Moldava Respublikası

Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (mold. Republika Moldova), keçmiş mənbələrdə Moldaviya[4]Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir.

Moldova
mold. Republica Moldova
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Discover the routes of life
Himn: "Limba Noastră"
(azərb. "Bizim dilimiz"‎)
Tarixi
 • Müstəqilliyin elanı 27 avqust 1991
Rəsmi dilləri
Paytaxt Kişinyov
İdarəetmə forması Parlamentli respublika
Prezident

Maya Sandu

[ 24.XII.2020 ~ ]
Baş nazir Natalia Gavrilița [ 6.VIII.2021 ]
Sahəsi Dünyada 140-cı
 • Ümumi 33,846 km² km²
 • Su sahəsi (%) 1,4
Əhalisi
 • Əhali 2,682,000 nəfər (129-cu)
 • Siyahıyaalma (5.10.2004) 3 938 679 nəf.
 • Sıxlıq 120 nəf./km² (87-ci)
ÜDM (AQP)
 • Ümumi 17,19 milyard dollar  (148-ci)
 • Adambaşına 4 800 dollar  (171-ci)
Valyuta Moldova leyi
İnternet domeni .md
ISO kodu MD
BOK kodu MDA
Telefon kodu +373
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi.

Vətəndaşlıq

[redaktə | mənbəni redaktə et]
  • 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalınmasına yekunlarına əsasən[5]:
    Moldova əhalisinin ümumi sayı 3,383,332[5] nəfər olmuşdur. Onlardan:
    Moldova Respublikası vətəndaşları: 3,371,082[5] nəfər olmuşdur. Onlardan:
    İkili vətəndaşlığı olanlar: 12,705[5] nəfər
    Xarici dövlətlərin vətəndaşları: 6,486[5] nəfər olmuşdur. Onlardan:
    MDB və Baltikyanı dövlətlərin vətəndaşları: 5,554[5] nəfər
    Digər dövlətlərin vətəndaşları: 932[5] nəfər
Moldova əhalisinin milli tərkibi, 5–12 oktyabr 2004 sa.[6][7][8]
Etnik qrup Moldova R. Etnik qrup Dnestryanı R.
cəmi 3 383 332 cəmi 555 347
moldavan 2 564 850 moldavan 177 382
ukraynalı 282 406 rus 168 678
rus 201 219 ukraynalı 160 069
qaqauz 147 500 bolqar 13 858
rumın 73 276 qaqauz 4 096
bolqar 65 662 belorus 3 811
qaraçı 12 271 alman 2 071
belorus 5 059 yəhudi 1 259
yəhudi 3 608
polyak 2 383
erməni 1 829
alman 1 616
tatar 974
azərbaycanlı 891
gürcü 501
yunan 482
litvalı 259
latış 185
eston 77
digər 4 264 digər 6 924
m.g. 14 020 m.g. 17 199
  • Qeyd: m.g. — Milliyyətini göstərməyənlər.

Hal-hazırda Moldovada rəsmi dil Moldovan dilidir. Bu dil Rumın dili ilə eynidir, lakin rumınlardan fərqli olaraq, Moldovanların öz xüsusi dialekti var. Ölkədə, əsasən də paytaxt Kişinyovda moldovanlar rus dilində də danışırlar.

Əsas etnik qruplar və ana dili üzrə Moldova əhalisi, 2004 s.a.[9]
Etnik qrup Say Moldovan dili Ukrayna dili Rus dili Qaqauz dili Rumın dili Bolqar dili Digər dillər Bilinmir
cəmi 3 383 332 2 029 847 186 394 380 796 137 774 558 508 54 401 21 504 14 108
moldovan 2 564 849 2 011 403 3 606 63 290 402 481 593 493 4 062
ukraynalı 282 406 8 189 180 981 89 853 510 2 358 149 366
rus 201 218 3 279 586 195 573 180 1 341 163 96
qaqauz 147 500 1 274 616 8 618 136 155 338 318 181
rumın 73 276 1 139 131 571 3 71 327 6 99
bolqar 65 662 2 084 110 9 134 395 682 53 178 79
digər 34 401 2 478 364 13 751 129 869 94 16 621 95
m.g. 14 020 1 6 14 013

*Qeyd: m.g. — Milliyyətini göstərməyənlər.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
Moldovada şərab istehsalı

Moldaviyanın təsərrüfatının əsasını aqrar-sənaye kompleksi təşkil edir. K/t-da üstün yeri bitkiçilik tutur, onun aqrar sahələri üzümçülük-şərabçılıq, meyvə-tərəvəz konservi, aqrar-sənaye kompleksidir (ASK). Üzümçülük-şərabçılıq mərkəzi-Kodrlarda, tərəvəzçilik Dnestr subasarlarında, meyvəçilik hər yerində yayılmışdır, əsas dənli bitkisi buğda və qarığdalıdır. Meşə-çöl zonasında şəkər çuğunduru becərilir. Öz tələbatını taxılla tam ödəyir. Heyvandarlıq şimalı və mərkəzində südlük-ətlik və donuzçuluq, cənubunda qoyunçuluqdur. ASK-si tərkibində müxtəlif maşınqayırma (bağçılıq traktorları, soyuducular, yeyinti avadanlıqları) sahələri inkişaf etdirilmişdir. İstilik və su elektrik stansiyaları fəaliyyət göstərir.

  • 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalmasının yekunlarına əsasən:
    Ümumi ölkə əhalisinin sayı: 3,383,332 nəfər olmuşdur. Onlardan:
    10 yaş və yuxarı yaşda olan əhalinin sayı: 3,012,069[10] nəfər olmuşdur. Onlardan:
    Ali təhsillilərin sayı: 304,091[10] nəfər
    Orta-xüsusi peşə təhsillilərin sayı: 287,328[10] nəfər
    Orta təhsillilərin sayı: 910,387[10] nəfər
    Məcburi orta təhsillilərin sayı: 869,254[10] nəfər
    İbtidai təhsillilərin sayı: 533,111[10] nəfər
    Təhsili olmayan ancaq oxuyub-yazmağı bacaranların sayı: 77,431[10] nəfər
    Təhsili olmayan və oxuyub-yazmağı bilməyənlərin sayı: 30,025[10] nəfər
    Təhsili səviyyəsi haqqında məlumatları bildirməyənlərin sayı: 442[10] nəfər

Ana məqalə: Moldovada seçkilər

Seçkilər sistemi

[redaktə | mənbəni redaktə et]

Moldovada seçkilər milli qanunvericiliyə uyğun olaraq keçirilir. Moldovanın parlamenti (Parlamentul) 4 ildən bir keçirilən seçkilərdə vətəndaşlar tərəfindən seçilir. Parlamentin 101 üzvü var. 2001-ci ildən etibarən ölkənin prezidenti parlament üzvləri tərəfindən seçilir. Moldova konstitusiyasına uyğun olaraq bir namizəd iki dəfə prezident seçilə bilər. İlk dəfə prezident seçilmək üçün parlamentin 61 deputatının dəstəyi, ikinci müddətə seçilmək üçün isə 51 deputatın səsi lazımdır. Heç bir namizəd prezident seçilmək üçün lazımi qədər səs toplaya bilməsə parlament seçkiləri yenidən keçirilir. Moldovanın hazırli prezidenti Nikolae Timofti 23 mart 2012 tarixində Moldovanın prezidenti seçilib.

  1. Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya. 1991.
  2. Hotărârea nr. 36 din 05.12.2013 privind interpretarea articolului 13 alin. (1) din Constituție în corelație cu Preambulul Constituției și Declarația de Independență a Republicii Moldova. 2013.
  3. http://chartsbin.com/view/edr.
  4. Молдавија Совет Сосиалист Республикасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 25.
  5. 1 2 3 4 5 6 7 Biroul Naţional de Statistică: Populaţia după cetăţenie, pe grupe de vîrstă, sexe şi medii/Население по гражданству, возрастным группам, полу и типу местности/Population by citizenship, age group, sex and area Arxivləşdirilib 2013-11-14 at the Wayback Machine
  6. Population statistics of Eastern Europe (pop-stat.mashke.org): Ethnic composition of Moldova 2004 Arxivləşdirilib 2015-05-02 at the Wayback Machine and Ethnic composition of Moldova 2004 (all places, Moldova & Transnistria) Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
  7. Office of the High Commissioner for Human Rights (OHCHR): WRITTEN REPLIES BY THE GOVERNMENT OF MOLDOVA CONCERNING THE LIST OF ISSUES (CERD/C/MDA/Q/7) RECEIVED BY THE COMMITTEE ON THE ELIMINATION OF RACIAL DISCRIMINATION RELATING TO THE CONSIDERATION OF THE FIFTH, SIXTH AND SEVENTH COMBINED PERIODIC REPORTS OF MOLDOVA (CERD/C/MDA/7) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine---Seventy-first session, Geneva, 30 July-17 August 2007
  8. Population statistics of Eastern Europe (pop-stat.mashke.org): Ethnic composition of Transnistria 2004 Arxivləşdirilib 2011-08-19 at the Wayback Machine
  9. Biroul Naţional de Statistică: Populaţia după naţionalităţile de bază, limba maternă şi limba în care vorbeşte de obicei/Население по основным национальностям, родному языку и языку на котором обычно разговаривает/Population by main nationalities, mother tongue and language usually spoken Arxivləşdirilib 2013-11-14 at the Wayback Machine
  10. 1 2 3 4 5 6 7 8 9 Biroul Naţional de Statistică: Populatţia în vîrstă de 10 ani şi peste după nivelul de instruire, pe medii, în profil teritorial/Население в возрасте 10 лет и старше по уровню образования и типу местности, в территориальном разрезе/Population aged 10 years and over by educational attaiment and area, in territorial aspect Arxivləşdirilib 2013-11-14 at the Wayback Machine