1. Sünni ruhanilərinə verilən ləqəb. Oğlan evi əfəndidən, molladan və s.
qohum-əqrəbadan bir dəstə camaat dəvət edib, qız evinə nikaha gedəcəkdir.
Dəng eyləmə məni, artıq qalmamış; Ehtiyacım cənnətə, əfəndi!
Əlac yoxdur əfəndidən, molladan; Həqiqətin binasını axtarın.
2. Keçmişdə: hörmət üçün oxumuş adamların, ruhanilərin adlarına qoşulan söz.
// Keçmişdə: hörmətlə müraciət.
Nağıl demirəm, əfəndim, hekayə deyirəm.
[Rza bəy:] Əfəndilər, bir də cavab verməyəcək olsanız, bu mübhəm sükutunuzu kəndim üçün böyük bir həqarət ədd edəcəyəm.
// Türk ziyalısına müraciət.
İlk dəfə gördüyü əfəndinin … danışıq ədası, yerişi, baxışı çox qəribə, qeyritəbii və gülməli göründü.