Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Minarxizm
Minarxizm və ya tarixən Qarovulçu dövlət (ing. Night-watchman state) — məhdud və minimal olan, vəzifələri sadəcə vətəndaşları ordu, polis və məhkəmə ilə təmin etməklə, yəni hücum, oğurluq, müqavilə pozuntusu və fırıldarçılığın qarşısını almaqla hücum etməmə prinsipinin tətbiqedicisi olmaqdan ibarət dövlət modeli. Bu modelin tərəfini saxlayanlar minarxistlər adlanır.Minarxizm, anarxo-kapitalizm ilə yanaşı, libertarializmin iki sütunundan biridir. Bu hökumət forması əsasən ABŞ libertarianizmi, obyektivizm və sağ-libertarian siyasi fəlsəfəsi ilə əlaqələndirilir. Buna baxmayaraq, minarxizm anarxist olmayan libertarian sosialistlər və digər sol-libertarianlar tərəfindən müdafiə edilmişdir. Həmçinin, bəzi anarxistlər və sol-libertarianlar da minimal təminatlı dövləti fikrini ümumi sosial təhlükəsizliyin işçi sinif üçün qısamüddətli hədəf olması şərti ilə dəstəkləmişdir və təminat proqramlarını həm hökuməti, həm də ki kapitalizmi ləğv etməsinə səbəb olacağı halda dayandırmağı irəli sürmüşdür. Digər sol-libertarianlar kasıblar üçün nəzərdə tutulmuş sosial təminatdan əvvəl korporativ təminatı ləğv etməyi üstün tuturlar.Qarovulçu dövlət modeli 1974-cü ildə Robert Nozik tərəfindən müəllifi olduğu "Anarxiya, dövlət və utopiya" kitabında müdafiə edilmiş və populyarlaşdırılmışdır. Tarixşünas Çarlz Taunsend XIX əsr Böyük Britaniyasını bu hökumət formasının flaqmanı kimi qələmə vermişdir. == Etimologiya == Qarovulçu dövlət (alm. Nachtwächterstaa‎) termini almaniyalı sosialist filosof Ferdinand Lassal tərəfindən 1862-ci ildə Berlin şəhərində söylədiyi nitq zamanı yaradılmışdır.
Monarxiya
Monarxiya (lat. monarchia q.yun. μοναρχία — təkhakimiyyətlilik) — Ali hakimiyyətin vətəndaşların iradəsindən asılı olmayaraq tam və ya qismən bir mütləq dövlət başçısının (imperator, kral, sultan, padşah, şah, xan və s.) əlində cəmləşdiyi idarəetmə forması. Adətən, monarxın hakimiyyəti ömürlükdür və nəsildən-nəsilə ötürülür. Lakin Malaziya və Birləşmiş Ərəb Əmirliklərində monarx 5 il müddətində seçilir. 2011-ci ildə dünya siyasi xəritəsində 44 monarxiya var idi: 14-ü Asiyada, 12-si Avropada, 3-ü Afrikada, 1-i Okeaniyada. Onların arasında bir imperiya, krallıqlar, knyazlıqlar, hersoqluqlar, sultanlıqlar, əmirliklər, papa şəhər-dövləti olan Vatikan var. == Monarxiyanın xüsusiyyətləri == Hakimiyyət vərasət yolu ilə ötürülür; Müddətsiz olaraq həyata keçirilir; Əhalinin iradəsindən asılı deyil.Monarxiya çox uzun müddət yer üzündə hakim olan idarəçilik forması olmuşdur. Mütləq monarxiyalar da hələ ki var — Səudiyyə Ərəbistanı, Bruney və s. Burada xalqın azad iradəsi nəticəsində formalaşmış qurumlar mövcud deyil və dövlət suverenliyinin yeganə daşıyıcısı monarxdır.
Anarxizm
Anarxizm (q.yun. αναρχω –hakimiyyətsizlik) könüllü qurumlara əsaslanan özünü idarə edən cəmiyyətləri müdafiə edən siyasi fəlsəfədir. Bunlar əsasən dövlətsiz cəmiyyətlər olaraq təsvir olunur, lakin bəzi müəlliflərə görə bu qurumlar iyerarxiya olmayan azad birliklərdir. Anarxizm dövlətin arzu olunmaz, lazımsız və zərərli olduğu düşüncəsini əsas götürür. Anarxizm əsas xüsusiyyətlərini özünü dövlətə münasibətdə göstərir. Bu cərəyana özlərini aid edən insanlar üçün dövlət şər mənbəyidir (zülm, müharibələr, repressiyalar, sosial parazitizm) və sosial münasibətlərin radikal şəkildə mükəmməlləşdirilməsinin yolu dövlətin dağıdılmasından və ləğvindən keçir. Anarxistlər siyasi mübarizə vasitəsi olan partiya, təşkilatlar və s. qurumlara neqativ münasibət bəsləyirlər. Anarxistlər "birbaşa təsir" taktikasına, yəni vətəndaşların dövlət hakimiyyətinə qarşı yönəlmiş birbaşa kütləvi aksiyalarına, həmçinin "ölümlə təbliğat"a – terrorçuluğa çox ciddi əhəmiyyət verirlər.İndividualist anarxizmə görə, anarxizm siyasi mübarizə səviyyəsinə yüksəlmiş fərdi qiyamdır. Anarxizmə onun cəmiyyətə təsirini və yayılmasını məhdudlaşdıran bəzi çatışmazlıqlar xasdır; bunlar mövcud ictimai institutlara və dövlətə alternativlər haqqında qeyri-müəyyən və utopik baxışlar, eyni zamanda, həddən artıq fərdiyyətçilik, nizamsızlıq, təşkilati zəifliklərdir.
Konstitusiyalı Monarxiya
Konstitusiyalı monarxiya — monarxın hakimiyyətinin konstitusiya ilə məhdudlaşdırılmış hakimiyyət quruluşu. Konstitusiyalı monarxiyada real qanunverici hakimiyyət parlamentə, icraedici hakimiyyət isə hökumətə məxsusdur. Monarxiya iki növə ayrılır: nümayəndəli (və ya dualist) və parlamentli. Dualist monarxiyaya misal olaraq İordaniya, Mərakeş, Küveyti göstərmək olar. (Küveyti bəzən mütləq monarxiyaya aid edirlər). == Mütləq monarxiya quruluşlu dövlətlər == Monarxiya hakimiyyətin sülalə daxilində irsilik əsasında bir şəxsdən digər şəxsə keçdiyi idarəetmə formasıdır. Monarxlar qeyri-məhdud hakimiyyətə, konstitusiya ilə məhdudlaşmış səlahiyyətələr yaxud da sırf formal funksiyalar malik ola bilərlər. Monarx səlahiyyətlərinin qanunla məhdudlaşdırılmadığı 5 belə ölkə var: BƏƏ Bruney Oman Səudiyyə Ərəbistanı Esvatini. == Konstitusiyalı monarxiya quruluşlu dövlətlər == Monarxın hakimiyyətinin konstitusiya və qanunlarla məhdudlaşdırılmış idarəetmə formasıdır. Konstitusiyalı monarxiyada real qanunverici hakimiyyət parlamentə, icraedici hakimiyyət isə hökumətə məxsusdur.
Mütləq Monarxiya
Mütləq monarxiya — monarxiyanın əzəli və qəti forması; fеodal dövlətin son siyasi forması. Mütləq monarxiya fеodal münasibətlərinin dağıldığı və kapitalist münasibətlərin yarandığı dövrdə mеydana gəlmiş, mövcud olmuşdur, hərçənd müasir dövrdə də mütləq monarxiya mövcuddur. Mütləqiyyət üçün monarxın (kralın, şahın, sultanın, çarın, impеratorun və s.) qеyri-məhdud, (xalq tərəfindən) nəzarətsiz, hərtərəfli və dərin hakimiyyətinin olması və hətta onu (monarxı), ilahiləşdirilməsi (müqəddəsləşdirilməsi), dövlətin və dövlət hakimiyyətinin təmərküzləşdirilməsi və gеniş bürokratik aparatın mövcudluğu, funksional dövlət mеxanizminin və daimi ordusunun olması və s. səciyyəvidir.
İrsi monarxiya
İrsi monarxiya – irsi monarxiya və ya sülalə sistemi monarxiya idarəetmə sisteminin ən geniş yayılmış üsuludur və indiki monarxiyaların əksəriyyəti tərəfindən istifadə olunur. İrsi monarxiyada bütün monarxlar eyni ailədən gəlir və monarxiya ailənin bir üzvündən digərinə miras qalır. Sülalə sisteminin üstünlükləri sabitlik, davamlılıq və proqnozlaşdırıla bilənlik, həmçinin məişət məhəbbəti və sədaqətini sabitləşdirən elementdir. Məsələn, irsi monarxiyanın başında duran kral və ya kraliça ölürsə və ya taxtdan imtina edərsə, tac adətən sonrakı nəslə, padşahın və ya kraliçanın övladına müəyyən qaydada keçir. əgər o uşaq da ölürsə, bu dəfə tac öz övladına, övladı yoxdursa, qardaşına, bacısı oğluna, əmisi oğluna və ya başqa qohumuna keçir. İrsi monarxiyalarda varislik adətən müəyyən qaydalarla müəyyən edilir ki, kimin taxta çıxacağı çoxdan məlum olsun. Cari varislik adətən ən böyük uşaqla olur, lakin keçmişdə daha çox istifadə edilən başqa üsullar var, məsələn, ata nəslini, başqa seçilmiş vərəsə və ya yenidən seçilmiş vərəsə miras almaq kimi. Tarixən taxta çıxma sistemlərində, xüsusən də bu hüququn yalnız oğlanlara aid olub-olmaması və ya qızların da bu hüquqa malik olub-olmaması sualına diqqət yetirilməklə, fərqliliklər olmuşdur. Paternalist taxt-tac sistemində qadınlara nə taxta çıxmağa, nə də taxt-tacı öz nəsillərinə buraxmağa icazə verilmir. Ata qohumu ata nəslindən birbaşa ortaq əcdadı olan kimsədir.
Parlamenli monarxiya
Azərbaycanda anarxizm
Azərbaycanda anarxizm — Azərbaycanda anarxist icmasına verilən ad. Anarxizm Azərbaycanda olduqca kiçik bir siyasi hərəkatdır. == Tarixi == Azərbaycanda anarxizm ilk dəfə 1904-cü ildə Bakının şəhərətrafı ərazilərində meydana gəlmişdir. Hərəkatın ən aktiv dövrü 1906–1907-ci illərə təsaadüf edir. Bu dövrdə Azərbaycandakı anaxist təşkilatların sayı 40-a yüksəlmişdir. Buna baxmayaraq, yerli səlahiyyətlilərin verdiyi məlumatlara görə, bu təşkilatların üzvlərinin sayı az idi.Anarxist təşkilatlar tədricən tərəfkeşlərinin çoxunu itirdilər. Buna səbəb onların sistemə qarşı apardıqları mübazirənin qəddarca olması idi. Bu təşkilatlar sui-qəsdlər və partlayışlar təşkil edirdilər. 1908-ci ilin mart ayında "Qırmızı yüzlər" təşkilatının 50 üzvü həbs edilmiş və Sibirə sürgün edilmişdir. 1909-cu ildə "Qara qarğa", "Terror" və "Qırmızı bayraq" təşkilatlarının üzvlərinin demək olar ki, hamısı həbs edilmişdir.
Ekspropriativ anarxizm
Ekspropriativ anarxizm ( ispan : anarquismo expropiador ) Argentina və İspaniyada bəzi anarxist qrupları tərəfindən həyata keçirilən və oğurluq, soyğunçuluq, fırıldaqçılıq və valyuta saxtakarlığını ehtiva edən təcrübəyə verilən addır. Həyata keçirilən quldurluqlar “burjuaziyaya qarşı zəbt” adlanırdı. Bu hərəkat 1920-1935-ci illər arasında zirvəyə çatdı və onun ən məşhur praktikantları arasında Buenaventura Durruti, Fransisko Askaso, Severino Di Ciovanni, Miquel Arkangel Roşinya və Lusio Urtubia var idi. Fransız qeyri-leqalizmindən onunla fərqlənirdi ki, o, həyat tərzi kimi deyil, inqilabi fəaliyyətləri maliyyələşdirmək, anarxist təbliğatını dəstəkləmək və anarxist məhbusların azad edilməsini təmin etmək kimi siyasi məqsədlərə nail olmaq məqsədi daşıyırdı. == Nümunələr == Miquel Arkangel Roşinya və Andres Vazkez Paredes Argentinada olarkən Buenaventura Durruti və Los Solidarios ilə əməkdaşlıq etmişdilər; lakin sonra onlar Sakko və Vanzettinin edamına cavab olaraq Birləşmiş Ştatların maraqlarına qarşı bir sıra bombalı hücumlar təşkil etdilər. Bu kampaniyada məşhur italyan qulduru Severino Di Ciovanni də iştirak etdi. Onlar Antonio Moretti və Visente Moretti ilə birlikdə 1927-ci ilin oktyabrında Buenos-Ayresdəki Rouson xəstəxanasına qarət təşkil etdilər və 141.000 peso məbləğində pul ələ keçirdilər. Tarixçi Osvaldo Bayerin sözlərinə görə, Roşinya bu pulu Argentina valyutasının saxtalaşdırılmasını maliyyələşdirmək üçün istifadə etdi. Moretti qardaşları və Durruti tərəfindən məsləhət görülən üç katalon qarətçi Montevideoda Kambio Messinanı soymağa qərar verdi. Ancaq bu soyğunda üç nəfər həyatını itirdi və cəmi 4000 peso ələ keçirildi.
Ekzistensial anarxizm
Ekzistensial anarxizm — Bəzi müşahidəçilər hesab edir ki, ekzistensializm anarxizmin fəlsəfi bazasını təşkil edən ən bir ünsürdür. Anarxist tarixçi Peter Marshall (1946 —) iddia edir ki, "ekzistensialistlərin fərdi, azad seçim və mənəvi məsuliyyətə vurğu etməsi ilə anarxizmin əsas prinsipləri arasında sıx əlaqə var".
Eqoist anarxizm
Anarxo-eqoizm fərdi anarxizmin təsirli formasıdır. Fərdiyyətçi anarxizmin ən qədim tanınmış müdafiəçilərindən biri olan Maks Ştirnerin 1844-cü ildə yazdığı Uniqueness and Property” əsəri anarxo-eqoist fəlsəfəsinin əsas mətnidir.Onun fikrincə, Allahı, dövləti, əxlaqi qaydaları və cəmiyyəti nəzərə almadan istədiyi kimi hərəkət edən şəxsin cəmiyyət üzvləri qarşısında heç bir məsuliyyəti yoxdur. Ştirnerə görə hüquqlar insan şüurunda qorxudur və cəmiyyət deyə bir şey əslində mövcud deyil; “Fərdlər onun reallığıdır.” O, mülkiyyəti hüquqlara deyil, gücə və gücə malik olan varlıqlar kimi görür. Stirner eqoistlərin birliyini insanları bir araya gətirəcək bir təşkilat modeli olaraq görür.
Fəlsəfi anarxizm
Fəlsəfi anarxizm — anarxizmdə intellektual tənqidə, xüsusən də siyasi hakimiyyətin və hökumətlərin legitimliyinə diqqət yetirən bir düşüncə məktəbi. Amerikalı anarxist və sosialist Benjamin Taker dinc təkamül anarxizmini inqilabi törəmələrdən ayırmaq üçün fəlsəfi anarxizm terminindən istifadə edirdi. Fəlsəfi anarxizm mütləq hər hansı bir hərəkət və ya hakimiyyətin ləğvi istəyini nəzərdə tutmasa da, fəlsəfi anarxistlər hər hansı bir hakimiyyətə tabe olmaq üçün heç bir öhdəlik və ya vəzifəyə inanmırlar və eyni zamanda dövlətin və ya hər hansı bir şəxsin əmr vermək hüququna malik olduğuna təkzib edirlər. Fəlsəfi anarxizm konkret olaraq fərdiyyətçi anarxizmin tərkib hissəsidir. Tədqiqatçı Maykl Friden fərdiyyətçi anarxizmin dörd geniş növünü müəyyən etmişdir. Birinci növ, başqalarına yaxşılıq etməyi nəzərdə tutan “proqressiv rasionalizm” ilə özünüidarəni müdafiə edən Uilyam Qodvin ilə əlaqəlidir. İkinci növ, ən çox Maks Stirnerlə əlaqəli eqoizmdir. Üçüncü növə Herbert Spenserin ilkin proqnozlarında və onun bəzi davamçılarının, məsələn, Uordsvort Donistorp kimi, "dövlətin sosial təkamülün mənbəyində artıqlıq olduğunu" proqnozlaşdırdığı düşüncələrində rast gəlinir. Dördüncü növ eqoizmin zəifləmiş formasını özündə ehtiva edir və sosial əməkdaşlığı bazarın müdafiəçisi kimi izah edir, amerikalı individualist anarxist Benjamin Taker və ekoloq anarxist Henri Devid Toro kimi davamçıları vardır. == Ümumi baxış == === Növləri === Uilyam Qodvin tərəfindən yaradılmış fəlsəfi anarxizm fərdlərdən öz mühakimələrinə uyğun hərəkət etmələrini və hər bir fərdə eyni azadlığı vermələrini tələb edir.
Fərdiyyətçi anarxizm
Fərdiyyətçi anarxizm fərdi şüur və fərdi marağa heç bir kollektiv orqan və ya dövlət orqanı tərəfindən əngəl törədilməməli olduğunu müdafiə edən anarxizm modelidir. Fərdi anarxizm, sosialist, kollektivist və kommunalist hərəkatların ümumi mülkiyyət ideyasına qarşı mülkiyyətin fərdlərin əlində olmasını müdafiə edir. Qodvin xeyriyyəçilik ideyasını müdafiə edərkən hər bir fərdin öz əməyi və əmlakı üzərində fərdi söz sahibi olmaq hüququnu da ifadə edirdi və zamanla hökumətin kiçilməsinə səbəb olacaq mütərəqqi rasionalizmə inanırdı ki, bu da son nəticədə dövlətin ləğvinə səbəb olmalı idi. Bu fəlsəfənin tanınmış adlarından biri olan Maks Stirner həm də ilk fərdiyyətçi anarxistdir. Ştirnerin fəlsəfəsi fərdiyyətçi anarxizmin eqoist formasıdır; Onun fikrincə, Allahı, dövləti, əxlaqi qaydaları və cəmiyyəti nəzərə almadan istədiyi kimi hərəkət edən şəxsin cəmiyyət üzvləri qarşısında heç bir məsuliyyəti yoxdur. Ştirnerə görə hüquqlar insan şüurunda qorxudur və cəmiyyət deyə bir şey yoxdur; “Fərdlər onun reallığıdır.” O, mülkiyyəti hüquqlara deyil, gücə malik olan varlıqlar kimi görür. Stirner, mərhəmətsizliyə hörmət ediləcəyi eqoistlərin birliyini insanları bir araya gətirəcək bir təşkilat modeli olaraq görür. Boston anarxistləri fərdiyyətçi anarxizmin fərqli, daha az radikal formasını müdafiə edirdilər. Onlar azad bazarları və xüsusi mülkiyyəti dəstəkləyirdilər. Onlar azadlığın və mülkiyyətin qorunmasının şəxsi müqavilələrlə təmin edilməsinin tərəfdarı idilər.
Sintez anarxizm
Sintez anarxizmi, sintezçi anarxizm və ya sintez federasiyaları öz iştirakçılarında müxtəliflik axtaran və anarxizm prinsipləri altında müxtəlif təmayüllü anarxistlərə qoşulmağa çalışan anarxist təşkilatın formasıdır. 1920-ci illərdə bu forma özünün əsas tərəfdarları kimi üç əsas tendensiyanın anarxistləri olan anarxo-kommunistlər, individualist anarxizm və anarxo-sindikalizm tərəfindən formalaşdırıldı. Beynəlxalq Anarxist Federasiyalar ətrafında qruplaşdırılmış anarxist federasiyaların əsas prinsipidir. == Tarix == === Sifətsiz anarxist düşüncə məktəbləri ilə anarxizm arasında mübahisələr === "Sifətsiz anarxizm " ifadəsinin yaradıcıları Kuba əsilli Fernando Tarrida del Marmol və Rikardo Melladır . 1880-ci illərdə mutualist, fərdiyyətçi və kommunist anarxistlər arasında gedən gərgin mübahisələr onu narahat edirdi. Onların "sifətsiz anarxizm" ifadəsini işlətmələri anarxist meyllər arasında daha çox tolerantlıq nümayiş etdirmək və anarxistlərin nəzəri cəhətdən belə heç kimə qərəzli iqtisadi plan tətbiq etməməli olduqlarını aydınlaşdırmaq cəhdi idi. Sifətləri olmayan anarxistlər ya müəyyən anarxist iqtisadi modelləri səhv olaraq rədd etməyə, ya da bir-birlərini nəzarətdə saxlaya bilmələri üçün onların hamısını məhdud dərəcədə əhatə etmək üçün plüralist mövqe tutmağa meyil edirdilər. Bu anarxistlər üçün iqtisadi seçimlər bütün məcburi hakimiyyətin aradan qaldırılması üçün "ikinci dərəcəli əhəmiyyət kəsb edir" və azad təcrübə azad cəmiyyətin yeganə qaydasıdır. Bu münaqişə tezliklə İspaniyanın hüdudlarından kənarda yayıldı və müzakirələr Parisdəki La Revolte jurnalının səhifələrində öz yerini tapdı. Bu, bir çox anarxistləri Erriko Malatestanın "sadəcə fərziyyələr üzərində çəkişmələr aparmaq bizim üçün doğru deyil" arqumenti ilə razılaşmağa sövq etdi.
Üsyançı anarxizm
Üsyançı anarxizm və ya qiyamçılıq - hədəfləri inqilabi zorakılıq, silahlı mübarizə, hərəkət və təbliğat yolu ilə dövlətin təxribatçı tənqidini irəli sürməkdir. Üsyançı anarxizm həm fərdiyyətçi, həm də daha az dərəcədə sosial anarxizmdən təsirlənir. Bununla belə, Müasir qiyamçı anarxistlərin əksəriyyəti fərdiyyətçi, Eqoizm və ya inqilabdan çox qeyri-qanunilikdən üsyana və akselerasiyaçılığa qədər post-sol anarxist inanclar toplusu ilə əlaqələndirilir.
Böyük Britaniya monarxı
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının monarxı - Böyük Britaniyanın dövlət başçısı. Monarx dövlət başçısı olaraq icra hakimiyyətinə malik deyildir. Hökumət Britaniyanın 2 partiyalı sistemi hesabina parlamentə də xeyli dərəcədə təsir edir. Monarx millətin birliyinin və dövlətin varisliyinin simvoludur. O, cəmiyyətdə sabitliyin təminatçısıdır. Monarxın ənənə və konstitusiya adətləri ilə müəyyən olunmuş, bəzən məhkəmə presedentləri ilə müəyyən olunmuş, bəzən presedentləri ilə təsbit edilmiş və parlamentin iradəsindən asılı olaraq olmayan müstəsna hüquqları var. O, qanunları imzalayır və veto hüquqlarına malikdir (1707-ci ildən istifadə etmir). O, paralament iclaslarına xüsusi dəvətlə gələ bilər. O, parlamentin illik sessiyasını nitq söyləyərək açır. Monarx baş nazirin hazırladığı nitqi oxuduğundan heç nə dəyişə bilməz.