Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əmmar Nəqşəvani
Seyid Əmmar Nəqşəvani olaraq tanınan Seyid Dr. Əmmar əl-Nəqşəvani (ərəb. عمار النقشواني‎) Britaniya-İraq əsilli intellektual elm adamı, müəllif və natiq. Nəqşəvani 2014-cü ildə 500 ən nüfuzlu müsəlman siyahısına daxil edilmişdir. Kolumbiya Universitetinin Orta Şərq İnstitutu və Kembric Universitetinin İslam Araşdırmaları Mərkəzində ziyarətçi elm adamı olmuşdur. Daha əvvəl Hartford Seminariyasında İslam hüququ məktəbləri və Şiə araşdırmaları, dialoquna aid olan İmam Əli kürsüsünü icra etmişdir. == Həyatı və təhsili == Nəqşəvani böyük Ayətullah Əbu əl-Qasim əl-Xoyinin Kufədəki nümayəndəsi olaraq vəzifəsini yerinə yetirən Höccətülislam Mürtəza Nəqşəvaninin (vəf.1990-cı il) oğlu Emad Nəqşəvaninin ailəsində anadan olub. Anası mərhum şeyx Məhəmməd-Təqi əl-İrəvaninin qızıdır. Ata tərəfdən etnik azərbaycanlı olaraq yeddinci şiə imamı Musa əl-Kazım vasitəsilə Məhəmmədin nəslindən olduğunu iddia edir. Dayısı Baqir əl-İrəvani Nəcəfin İslam seminariyasında bir fəqih və müəllimdir.
Nəqnə
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Nəqşi-Rüstəm
Nəqşi-Rüstəm— Persepol yaxınlığında Nəqşi-Rüstəm dərəsində yerləşən arxeoloji sahə. I Şapurun (241–272) dövründə imperiyanın tərkibi haqqında Nəqşi-Rüstəmdə "Zərdüştün Kəbəsi" adlı qədim od məbədindəki kitabədə Sasanilər dövlətinə tabe "İran olan" və "İran olmayan" iyirmi yeddi "şəhrin" içində "İran olmayan" Adurbadaqan, İberiya, Ermənistan, Sisakan, Albaniya, "Qafqaz dağlarına və Alban qapısınadək" Balasakanın da adları çəkilir. Nəqşi Rüstəm (Farsca: نقش رستم Næqš-e Rostæm) İranın Fars əyalətində, Persepolun 12 km şimal-qərbində yerləşən bir arxeoloji sahədir. Fars mifologiyasının qəhrəmanı Rüstəmin təsvir edildiyi düşünülən abidə məzarların altındakı Sasani oymalarına görə Nəqşi Rüstəm, yəni "Rüstəmin Rəsmi" adlandırılır. Nəqşi-Rüstəm də Əhəməni krallarına aid yeddi türbə var. Üzərindəki yazılar onlardan birinin I Daraya aid olduğunu açıq şəkildə göstərir. I Daradan başqa o biri üç məzarın, I Xerxes, I Artaserhas və II Daraya aid olduğu düşünülür. Persepolun arxasında tamamlanmamış vəziyyətdə tapılan iki məzar, ehtimal ki, II Artaserhas və III Artaserhasa məxsusdur. Yarımçıq qalan bir dənəsi, ən uzun iki il hökmdarlıq etmiş Arsesə, daha güclü ehtimalla isə Makedoniyalı İsgəndər tərəfindən taxtdan salınmış son Əhəmənilər hökmdarı III Daraya aiddir. Nəqşi-Rüstəmdəki qəbirlərdən əlavə, məzarların alt hissəsində Sasanilər padşahlarına aid yeddi nəhəng qayaüstü təsvir vardır.
Nəşə Təbrizi
Nəşə Təbrizi (XVII əsr, Təbriz, Cənubi Azərbaycan, Səfəvilər – 1775, Təbriz, Təbriz xanlığı) — XVIII əsrdə Təbrizdə doğulub yaşamış azərbaycanlı şair. O, həm də Nadir şahın saray şairi olub. == Haqqında == Əbdürrəzzaq Nəşə Təbrizi XVII əsrin sonunda Təbriz şəhərində anadan olub. Qaraqoyunlu Cahanşahın nəslindən olub. Nadir şahın yürüşlərində iştirak edib. == Yaradıcılığı == Nəşə Təbrizi Nadir şahın saray şairi olub. Azərbaycan və fars dillərində qəzəllər yazırdı. Saib Təbrizinin davamçısı, "hind üslubu"nun nümayəndəsi olub. Bir çox qəsidələri Nadir şahın göstərişi ilə müəyyən tarixi hadisələrə həsr edilib. 1743-cü ildə Nadir şah İmam Əlinin İraqın Nəcəf şəhərində olan türbəsinin günbəzini bərpa edərək minarəsi ilə birgə qızıllayanda şair Azərbaycan türkcəsində bu hadisəyə şeir həsr edir.
Nəşə Qaraböcək
Nəşə Karaböcək (1 aprel 1947, İstanbul) — türk müğənni və aktrisa. Əsl adı Neşecan Göktürkdür. Hələ beş yaşında olarkən "Karaböcek" tamaşasında oynayıb və İsmət İnönü tərəfindən ona "Karaböcek" soyadı verilib. Sənətçi atasının dəmiryollarında çalışdığı vəzifəsinə görə İstanbulda doğulub. O, iki yaş yarımda olanda atasının təyinatı ilə bağlı ailəsi ilə birgə Ankaraya köçüb. 1968–1980-ci illərdə 12 il ərzində müxtəlif səsyazma şirkətlərindən 16 qızıl platin, 1 platin rekord, 1 qızıl bülbül və 2 qızıl kaset mükafatı alıb. 1981-ci ildə "Altın Plak" musiqi şirkətini quran sənətçi "Arabeskin anası" kimi tanınır.
Nəqşi Cahan meydanı
Nəqşi Cahan Meydanı (fars. ميدان نقش جهان‎ Meydān-e naḳş-e cahān; “Dünyanın şəkli meydanı” ya da fars. ميدان شاه‎ Meydān-e Şāh; “Şahın meydanı”) — Həm də İmam meydanı adı ilə tanınır. İsfahanın mərkəzində olan meydan, İranın ve cənub-şərqi Asiyanın ən geniş meydanıdır. Meydanın 4 küncündə 4 fərqli bina tikilmişdir: qərbdə Ali Qapı sarayı, şimalda Qeysəriyyə bazarı, şərqdə dini mərkəz olan Şeyx Lütfullah məscidi, cənubda isə İmam məscidi yerləşir. Meydanın üstü açıq hissəsi isə bir çox mərasimlər üçün ictimai məkan kimi fəaliyyət göstərir. Meydan İranın 20.000 rial əskinasının arxa tərəfində təsvir olunub. Abidə UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir. == Tarixi == Nəqşi Cahan meydanı qurulduğu gündən etibarən həm şəhər, həm ümümulikdə İran nəzdində öz orginallığını və toxunulmazlığını qoruyub saxlayan məkanlardan biridir. Meydanın inşası 1598-ci ildə başlasa da təxminən 1632-ci ildə başa çatmışdır.
Nəqşi-dil Validə Sultan
Nəqşidil Sultan (Gürcüstan – 6 sentyabr 1817, İstanbul) — 27. Osmanlı sultanı I Əbdülhəmidin xanımı, 30. Osmanlı sultanı II Mahmudun anası, Osmanlı imperiyasının Validə sultanı. == Həyatı == === İlk illəri və saraya gəlişi === Osmanlı tarixi mənbələrində adı adətən Nəqşidil olaraq anılsa da, bəzi arxiv sənədlərində, möhüründə və məzar kitabəsində adı Nəqşi, Nəqşi Qadınəfəndi olaraq qeyd olunur. Kimliyi və saraya gəlişi haqqında dəqiq məlumat olmasa da, onun fransız kral ailəsinə mənsub olması ilə bağlı məlumat doğru deyil. Belə ki, Sultan Əbdülhəmidin bacısı Əsma Sultanın sarayındakı kənizlərdən olduğu, padşahın bacısını ziyarəti əsnasında görüb bəyəndiyi bu qızı Topqapı sarayına gətirdiyi məlumdur. XVIII əsrdə hərəmxanaya alınan kənizlərin böyük bir qismi kimi onun da Qafqaz əsilli olduğu ehtimal olunur. === Sultan Əbdülhəmid səltənəti === Sultan Əbdülhəmidin yeddinci qadınəfəndisi olan Nəqşidil Sultan ilk övladı 22 oktyabr 1783-cü ildə dünyaya gələn Şahzadə Murad Seyfullah Əfəndidir. Ancaq bu övladını 3 mart 1784-cü ildə çiçək xəstəliyindən itirmişdir. Sarayın məsrəf kitablarına görə, övladını itirməsinə baxmayaraq sarayda aldığı məvacib padşahın əmriylə eyni saxlanılmışdır.
Qaraçay-i Nəqşi (Bostanabad)
Qaraçay-i Nəqşi (fars. قره چاي نقشي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (21 ailə).
Nəqne
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Nəğmə
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. == Mahnı necə yarandı? == Azərbaycan musiqisinin, eləcə də digər xalq musiqiləri arasında ən çox işlənən və ən çox sevilən musiqi növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi.
Nanay (nəğmə)
Nanay — mərasim nəğməsi. Ağızla çalınan oyun havası. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. == Nanaylar Ağbaba mahalında == Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır.
Məqtə
Məqtə — klassik poeziyada qəzəlin və qəsidənin son beyti. Məqtənin səciyyəvi xüsusiyyəti burada müəllifin adının, yaxud təxəllüsünün verilməsidir: == Həmçinin bax == Qəzəl Qəsidə Beyt Mətlə == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Nəqdi
Nəqdi-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Nəqdi-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Nəqədə
Nəqədə – (Azərbaycan Türkcəsində: Sulduz; farsca: نقده) İranın qərbində, Qərbi Azərbaycan ostanında şəhərdir. 1967–ci ilədək şəhər rəsmi olaraq Sulduz adlanırdı. Urmu gölündən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. Nəqədə yaxınlığındakı Təpə-i Həsənli adlı yer qədim mannalıların məskəni idi. Bu gün orada qədim Manna şəhərlərindən birinin xarabaları mövcuddur. Soyuqbulaq (Məhabad), Xana (Piranşəhr), Üşnü (Üşnəviyə) və Urmu (Urmiya) ilə əhatə olunub. Bu şəhərin tarixində çoxlu hadisələrin izi var. Arxeoloji qazıntılar Həsənlitəpədə şəhərin qədim tarixindən bəhs edir və şəhərin salınma tarixini eramızdan əvvəl 2000-ci ilə işarə edir. Assuriya, Manna və Türk tayfaları burada məskunlaşıblar. Nəhayət, Qacar sülaləsinin erkən vaxtında qarapapaq tayfaları Qafqazdan İrana köçür və Sulduz düzənliyində məskunlaşır.
Roland haqqında nəğmə
"Roland haqqında nəğmə" (fr. La Chanson de Roland) — qədim fransız jestləri janrında ən məşhur və əhəmiyyətli qəhrəmanlıq şeirlərindən biridir, Ronseval dərəsində Böyük Karl ordusu ilə bask ordusu arasında gedən döyüşdən bəhs edir. Fransız ədəbiyyatının ən qədim əsas əsəridir. “Roland nəğməsi”nin qədim fransız dilində 9 əlyazması dövrümüzə qədər gəlib çatmışdır. 1129-1165-ci illər arasında Anglo-Norman ləhcəsində yazılmış və Oksford Universitetinin Bodleian Kitabxanasında saxlanılan Oksford əlyazması kanonik sayılır. Görünür, o, ehtiyac yarananda müğənninin yaddaşını təzələmək üçün istifadə olunan bir növ “şparqalka” olub. İki mənşə nəzəriyyəsi var: Bedier müəllifin müəyyən bir Turold, 12-ci əsrin din xadimi olduğuna inanır. Ramon Menendez Pidal dastanın tədricən meydana çıxması nəzəriyyəsini irəli sürür, onun özəyini nağılçılar işləyib hazırlayırlar. Əsər 778-ci ilin avqustunda İspaniyadakı təcavüzkar kampaniyadan qayıdan Böyük Karl qoşunlarının arxa mühafizə dəstəsinin Ronceval dərəsindəki döyüşdə ölümündən bəhs edir. Şeirdə Sarasenlər (mavrlar, ərəblər) frankların əleyhdarları kimi təqdim edilir, baxmayaraq ki, əslində Rolandın dəstəsi basklarla döyüşdə həlak olub.
Nəğmə dərsi (film, 1974)
Ömrün səhifələri 1974-cü ildə ekrana çıxan 3 hissəli kinoalmanax və novella. == Məzmun == Ömrün səhifələri İntermediyada novelladan novellaya keçid edilir. Hadisələr bir restoranda oğlundan telefon zəngi gözləyən bir adamın (Şəmsi Bədəlbəyli) ətrafında baş verir. Və bu restoranda Fazil (Fazil Salayev), Eldəniz (Eldəniz Zeynalov), Baladadaş (Şamil Süleymanov), Fəxrəddin (Fəxri Həsənov) və s. obrazlar da vardır. Birinci novellanı telefon gözləyən kişiyə Fazilin özü danışır. İkinci novella Baladadaşın özünün yadına düşür. Üçüncünü isə Fəxrəddin danışır. Rəqiblər Novellada küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır. Baladadaşın ilk məhəbbəti Burada ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır.
Nöqtə
Nöqtə (.) – yazıda nəqli cümlənin bitdiyini göstərmək üçün işlədilən durğu işarəsi. Hər hansı bir fikrin və ya məlumatın bitdiyini göstərərkən, cümlənin sonunda nöqtə işarəsi qoyulur. Nöqtədən sonra tam fasilə edilir. Məsələn: Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Adlıq cümlələrin sonunda nöqtə qoyulur ki, bu nümunələrə də əksər hallarda köşə yazılarında rast gəlinir. Məsələn: 1990-cı il. 20 Yanvar. 20 il bundan əvvəlki o gün. Tabesizlik bağlayıcıları müstəqil cümlələri mürəkkəb cümlənin tərkib hissələri kimi birləşdirirsə, özündən əvvəl nöqtə qoyulur. Məsələn: Onlar seçkiləri rəsmən müşahidə etməyiblər.
Nərcə
Nərcə - İranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,604 nəfər və 1,661 ailədən ibarət idi. Əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar, dinləri isə şiə müsəlmandırlar. == Görməli yerlər == === Nərgə təpəsi === Bu təpə Takistan bölgəsində yerləşən ən böyük tarixi təpə olaraq,uzunluğu 220 metr, eni isə 180 metrdir. === İmamzadə Zərlan türbəsi === Nərcənin içində yertutan müqəddəs bir yer.
Rəqqə
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. == Tarixçə == 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Nəkbə
Nəkbə — (ərəb. النكبة‎ [an-Nakbah] "şok, fəlakət, fəlakət") — 1948-ci il Fələstin müharibəsi zamanı Məcburi Fələstində fələstinlilərin etnik təmizləməsi idi, onların zorakı yerdəyişməsi və torpaqlarını, əmlaklarını və əşyalarını ələ keçirmələri, eyni zamanda cəmiyyətin, mədəniyyətinin, şəxsiyyətinin, siyasi hüquqlarının və milli istəklərinin məhv edilməsidir. "Nəkbə" termini ilk dəfə suriyalı tarixçi Konstantin Zureyk tərəfindən 1948-ci ildə nəşr olunmuş "Məna ən-Nəkbə" (Fəlakətin mənası) kitabında istifadə edilmişdir. İsrail mənbələri Avropa yəhudilərinin fəlakəti ilə bağlı "Nəkbə" sözünün işlədilməsini qəbuledilməz hesab edir. == Tarixi == Nəkbənin əvvəlində Fələstin 1948-ci il mayın 15-də sona çatan mandat altında Britaniya hakimiyyəti altında idi. 29 noyabr 1947-ci ildə BMT Britaniya Fələstini sonradan müvafiq dövlətlərin yaradılması ilə yəhudi və ərəb hissələrinə bölmək qərarına gəldi. İlk ərəb qaçqınları 1947-ci ilin dekabrında öz torpaqlarını tərk etməyə başladılar. 28 dekabr 1947-ci ildə Xaqan və Lehi yəhudi yaraqlıları Qüdsün şimal-qərb kənarındakı Lifta ərəb kəndinə hücum edərək ərəbləri daşıyan avtobusa atəş açdılar. 1948-ci il yanvarın 6-da yəhudi terrorçuları Semiramis hotelində (Qüds) terror aktı törətmiş, onlarla ərəb həlak olmuşdu. 1948-ci ilin fevralına kimi ərəb qaçqınlarının sayı 20 minə çatdı.1948-ci il fevralın 15-də Xaqandan olan yəhudi silahlılar Qeysəriyyə və Atlit şəhərlərinin ərəb əhalisinə hücum etdilər.
Nöqtə, nöqtə, vergül...
Nöqtə, nöqtə, vergül… — rejissor Aleksandr Mitta tərəfindən 1972-ci ildə "Mosfilm" studiyasında çəkilmiş bir komediya və musiqili film janrında olan film. Filmin ilham aldığı Mixail Lvovskinin hekayəsi 1971-ci ildə Pioner jurnalında Hündürlüyə atla başlığı altında nəşr olunmuşdur. Premyerası 30 dekabr, 1973-cü ildə baş tutdu.. == Məzmun == 8 A sinfində Lyoşa Jiltsov təhsil alır. Sinifdə Lyoşadan başqa hər kəs özünü şəxsiyyət hesab edir. Bir gün sinifə yeni qız şagird Jenya Karetnikova gəlir. O, Lyoşa ilə dostlaşır. Onunla ünsiyyət quran Lyoşa, bütün çətinliklərini öz tənbəlliyindən və istəksizliyindən irəli gəldiyini başa düşür. O buna görə də çalışır və tədricən daha güclü, cəsarətli, daha çalışqan və bacarıqlı olur. Onun yeni keyfiyyətlərini göstərməsi üçün lazım olan gün gəlir.
Nəfəs nəfəsə (roman)
Nəfəs nəfəsə (tr. Nefes Nefese) - türk yazıçısı Ayşe Kulinin 2002-ci ildə nəşr olunmuş romanı. == Hekayə == Osmanlı dövlətinin son Sağlamlıq naziri Fazıl Rəşad Paşanın qızı Selva yəhudi oğlan Rafaelə aşiq olur. Lakin ailəsi buna qarşı çıxır və nəticədə ailəsi onları tərk edir. Selva və Rafael Fransaya köçürlər. Amma onlar burada da sakitçilik tapa bilmirlər. İkinci dünya müharibəsinin başlaması onların həyatını alt-üst edir. Onlar hər an nasistlər tərəfindən ölüm düşərgələrinə aparılmaq qorxusu ilə yaşayırlar. Həmin dövrdə isə Türkiyə müharibəyə qarışmadan, nə Almaniyanın, nə də müttəfiqlərin tərəfini tutaraq öz yoluna davam edirdi... == Mövzu == Ayşe Kulin bu romanında həm o dövrdə Türkiyənin müharibədən böyük zərər görmədən çıxmasını təmin edən insanların fəaliyyətindən, həm də Selva ilə Rafaelin İstambuldan Marselə, Ankaradan Qahirəyə qədər olan səyahətlərində öz canları bahasına olsa da yüzlərlə yəhudinin həyatı xilas etməsindən söhbət açır.
Nəsə baş verir (film, 1998)
Nəsə baş verir (hind. कुछ कुछ होता ह) — rejissor Karan Coharın filmi. == Məzmun == Rahul və Anceli Sent-Havye kollecinin tələbələridirlər. Rahul məktəb müdirinin qızı Tinaya vurulur. Tina Ancelinin tam əksidir. Rahul get-gedə Tinanın qəlbini ələ alır. Elə həmin vaxt Anceli də Rahula aşiq olduğunu hiss edir. Bir gün Anceli bütün cəsarətini toplayaraq bu sevgisini Rahula etiraf edir. Lakin Anceli sözünü deməmişdən qabaq Rahul Tinaya aşiq olduğunu deyir. Bundan sonra Ancelinin bütün ümidləri qırılır.
Toplan, nəsə baş verir (film, 2021)
Toplan, nəsə baş (hindcə: Koochie Koochie Hota Hai) — Tarh Mansukraninin rejissoru olduğu 2021-ci ildə kinoteatrlara veriləcəyi gözlənilən Hindistan cizgi filmi. Film 1998-ci ildə çəkilən Nəsə baş verir filminin cizgi filmi versiyasıdır. Səsləndirilmə olmayıb. Film necə var idisə, elə də qalıb. Bu da cizgi film sahəsində bir ilkdir. Lakin, filmin bəzi yerləri yararsız hala düşdüyündən yeni aktyorlar, aktrisalar səsləndiriblər. == Məzmun == Rahul və Anceli Sent-Havye kollecinin tələbələridirlər. Rahul məktəb müdirinin qızı Tinaya vurulur. Tina Ancelinin tam əksidir. Rahul get-gedə Tinanın qəlbini ələ alır.
Nəmə
Nəmə — türk mifologiyasında xeyir və ya şər xüsusiyyətlərə sahib ruh, mücərrəd varlıq. Karaneme adlı bir növü çox təhlükəli olaraq görülər. Növləri aşağıdakılardır: Aru Neme: xeyir ruhu. Kara Neme: şər ruhu. == Etimologiya == (Nə / Na / Ye / Ya) kökündən törəmişdir. Monqolcada qarışdırmaq, əlavə etmək mənaları ehtiva edir. Nə, ney kimi bir varlığı sual yolu ilə işarə edən sözlərlə eyni kökdən gəlir. Qədim monqolcada Nama / Neme / nomu, qədim türk dilində cumsan / Yomsa, buryatcada Nomo, Moqur dilində nomu sözləri ilə tunquscada Nume, mançjur dilində nəm istilik, səssizlik, yüngüllük bildirir. Nime isə tunqus dilində buynuz anlayışı ilə də əlaqəlidir. Monqol Neme (Türkçe Yemə / Ceme) artma, çoxalmaq mənaları daşıyır.
Nənə
Nənə sözünün bir neçə mənası ola bilər : Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. Bəzi yerlərdə anaya deyilir. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət.
Nərə
Nərə (lat. Acipenser) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Nəvə
Nəvə — oğlun və ya qızın uşağı.
Şəşə
Şəşə — türk və tatar mifologiyasında quldur quş. Gecə qeyb aləmindən gəlib oğlan uşağa vuraraq öldürür və ya qaçırır. Girdiyi evdəki uşaq ölür. Qırxı çıxmamış uşağın üzərindən keçdiyində körpə qapqara kəsilib ölür. Altı aylıq olmamış uşağı isə dimdikləriylə öldürər. Uşaqlara boğazlarından vurur. Onu tutan Şəşə Anası və ya Şəşə Atası olar. Beləcə digər Şəşə quşlarının zərər verdiyi uşaqları yaxşılaşdırar. Yarasa, Şəşə olaraq bilinər və ondan çəkinilər. Ondan qorunmaq üçün xarici qapının üzərinə öldürülmüş yarasa asılar.
Ərşə
Ərşə kəndi — Qarabağın Arazbar qəzasında qərar tuturdu. Orta çağda feodal ara savaşları səbəbiylə dağıdılıb. XVIII əsr el şairi Aşıq Lələ deyir: 1727-ci ilə aid Osmanlı qaynağında bu qədim yurd yeri haqqında yazılır: "Arasbar qəzasına tabe olan Ərşə kəndi. Kənddə heç kim yaşamır. Otuziki tayfasından Eymirli oymağı burada əkinçiliklə məşğul olur, üşr və bəhrəni torpaq sahibinə verir. Dənli bitkilərdən əldə edilən gəlir: 47.000 ağça". XVIII əsrin əvvəllərində Otuziki elinin Ozan oymağı da bu yurdda binələyirmiş. Avşar elinin Ərşəli adlı oymağı, Ərdəbil yörəsində, Muğanda Ərşə adlı nahiyə vardı.
Nəşr
Nəşr – 1)çap edib yayma; 2)dini etiqada görə, qiyamət günü bütün ölülərin dirilməsi; 3)poliqrafik cəhətdən müstəqil tərtibatı olan, redaksiya–nəşriyyat işləməsindən keçən, müəyyən buraxılmış məlumatları olan və müəyyən informasiyaların yayılmasını təmin edən çap əsəri. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Maddi nöqtə
Maddi nöqtə - sıfır ölçülərin abstrakt həcmi. Fizikada real cismin ideallaşdırılmış təsviri hesab edilir.. Maddi nöqtə kimi konkret situasiyada ölçüsü və forması nəzərə alınmayan kütlə götürülür. O mexaniki sistemin yalnız irəli-geri hərəkətə malik modelidir. Burada daxili sərbəstlik dərəcələri nəzərə alınmır. Maddi nöqtə nə fırlana , nə deformasiyaya uğraya bilir. Ona görə də maddi nöqtə ilə yalnız kinetik və potensial enerjini ifadə etmək mümkündür. Maddi nöqtə ən sadə mexaniki sistem olub minimal sərbəstlik dərəcəsinə malikdir.Eyni zamanda maddi nöqtə kütlə, yük, sürət, impuls, enerji kimi kəmiyyətlərlə ifadə oluna bilər. Verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cisim maddi nöqtə adlanır. Məsələn gimnast 1000m məsafəyə qaçış zamanı maddi nöqtə hesab edilə bildiyi halda turnikdə hərəkət edən vaxt maddi nöqtə hesab edilə bilməz.İrəliləmə hərəkəti edən cismin bütün nöqtələri eyni hərəkətdə olduğundan onun hərəkətini maddi nöqtənin hərəkəti kimi öyrənmək olar.
Mehmandar (Nəqədə)
Mehmandar (fars. مهماندار‎) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 592 nəfər. yaşayır (119 ailə).
Nüqtə məscidi
Nüqtə məscidi (ərəb. مسجد النقطة‎‎ - Damla məscidi; İmam Hüseynin qanının damlası) — Suriyada Hələb şəhərində "Jawshan" dağında yerləşir. Həmçinin "JAWSHAN" dağında,bu məscidin yaxınlığında "Sidq məbədi" kimi bilinən (ərəb. : مشهد السقط‎ - Sidq olunan yer) daha bir məbəd var. Kərbəlanın əsirləri Hələbi keçəndən sonra,Hüseynin həyat yoldaşlarının birinin uşağı sidq olur.Ölü doğulan bu uşağın adı Muhsin olur və o bu ərazidə dəfn edilir. == Tarix == Kərbəlanın əsirləri Yezidin əmri ilə çoxlu şəhərlər gəzdirilərək Dəməşqə gətirilir.Hələb yaxınlığında olarkən orada yaşayan bir xristian rahib Hüseynin başından yuxariya-səmaya ucalan nuru sezir.Əsirləri aparan karvan istirahət etmək üçün dayanarkən rahib onlara yaxınlaşır və Hüseynin başının bir gecəlik özündə qalması müqabilində 10.000 dirhəm təklif edir.Onlar razılaşandan sonra rahib Hüseynin mübarək başını bir daşın üzərinə qoyur və bu başdan axan qan daşa bulaşır. Səhəri gün o rahib mübarək başı geri verir və İslam dinini qəbul edir.Bu hadisəni məscidin içindəki lövhədə görmək mümkündür. === Bu hekayənin başqa nəqlləri: === Digər şiə mənbələrində isə deyilir ki,Kərbəlanın əsirləri Hələbdən keçərkən Hüseynin mübarək başı burada bir daşın üzərinə qoyulur.Hüseynin mübarək başı daşın üzərinə qoyulanda o mübarək başdan daşın üzərinə qan axmağa başlayır. Sünni mənbələrində deyilir ki,bir çoban yuxuda olarkən keçilərindən birinin ayağları daşların arasında ilişdiyi yerdə,Hüseynin şərəfinə məscid tikdiyini görür.Yuxudan ayılanda çoban görür ki, keçinin xilas olub və həmin daşların arasından su fantan vurmuğa başlayib. === Son tarix === Məscid 1920-ci ildə Kral Faisalın əmri ilə partladılıb.Təmir işləri 40 il sonra başladı və 1970-ci ildə tamamlandı.Məscidin dam örtüyü 1991-ci ildə inşa edilib.
AEGEE
AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe) , yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir. İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200 -dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. == Təşkilatın tarixi == 1985 Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir.
Məqsəd
Məqsəd — subyektin şüurlu surətdə can atdığı real və ya ideal zirvə; prosesin hərəkət etdiyi son nəticə. == Məqsəd və vasitələr == Məqsəd və vasitələrin qarşılıqlı münasibəti məsələsi müxtəlif dövrlərdə mütəfəkkirlərin diqqət mərkəzində olmuş, bu problemə fəlsəfi, etik, siyasi nöqteyi-nəzərdən yanaşılmışdır.Mənəvi məqsədlər, onların fəaliyyətinin nəzəri təsviri, adətən şəxsiyyətlərarası münasibətlər sahəsilə məhdudlaşırdı, siyasi sahələrdə isə o, təbliğat vasitəsi kimi qəbul olunurdu. Buna görə də bu mənada siyasi məqsəd və vasitələrin tədqiqi çox mürəkkəb xarakter daşıyır. Siyasi məqsəd və vasitələr probleminin əsasını siyasət və ideologiya üzərində nəzarət təşkil edir.Bu nəzarətə isə şəxsiyyətin azadlığı səbəb olur. Siyasi məqsəd və vasitələrin qarşılıqlı münasibətləri problemi ümumi milli mənafelərin nəzərə alınması, xüsusi maraqlar üzərində nəzarət sisteminin yaradılmasının zəruriliyini nəzərdə tutur. == Mənbə == Robert F. Mager. Goal Analysis, 3rd. edition, 1997. Eliyahu M. Goldratt, Jeff Cox. The Goal: A Process of Ongoing Improvement.
Narse
Narse (Qafqaz Albaniyası)
Negev
Negev səhrası (ivr. ‏הנגב‏‎ [ɦaˈnegev], q.yəh. הַנֶגֶב‎ [ɦanˈnɛɣɛv]) — Yaxın Şərqdə, İsrail ərazisində (ərazisinin 60 % əhatə edir). Səhranın sahəsi 12 000 km² təşkil edir. Səhranı Arava vadisi şərqdən, Akaba körfəzi ilə cənubdan, Aralıq dənizi və Sinay yarımadası qərbdən, şimaldan Yəhudi səhrası, Yahudi dağlığı və İsrail sahilboyu düzənliyi ilə əhatə olunmuşdur. Negev regionu iki yerə bölünür: Negev və Şimali Negev. Geoloji baxımdan Negev bir platodur. 600-800 metr arasında dəyişən hündürlüyə malikdir. Arid denudasiya feylef formaları geniş yayılmışdır. Maxteş adını daşıyan relyefi forması arasında Ramon maxteşi 300 metr hündürlüyə, 8 km enə və 40 km uzunluğa malikdir.
Nehrə
Nehrə — qatıqdan çalxalamaq yolu ilə yağ (çıxarmaq) hasil etmək üçün işlədilən qab. Nehrənin Dəri, ağac və gil növləri olmuşdur. Ağac nehrələr, əsasən, Gəncə–Qazax zonasında, gil nehrələr isə subtropik zonada yayılmışdır. Qazax şəhəri yaxınlığında (Babadərviş), Naxçıvanda (Kültəpə) və b. yerlərdə tapılmış gil nehrələr e.ə. 4–3-cü minilliklərə aid edilir. Azərbaycan məişətində XX əsrin ortalarına qədər çox geniş istifadə olunan nehrəni iki üsulla hazırlayırlar. Taxtadan hazırlamaq üçün palıd ağacından 1,5 və ya 2 metr uzunluğunda tir kəsir. Tirin içərisini nehrəgir vasitəsilə oymaqla düzəldirlər. Digər üsul Aran rayonlarında, əsasən meşə zəif olan yerlərdə gildən küpəyə oxşar şəkildə hazırlayırlar.
Neqev
Negev səhrası (ivr. ‏הנגב‏‎ [ɦaˈnegev], q.yəh. הַנֶגֶב‎ [ɦanˈnɛɣɛv]) — Yaxın Şərqdə, İsrail ərazisində (ərazisinin 60 % əhatə edir). Səhranın sahəsi 12 000 km² təşkil edir. Səhranı Arava vadisi şərqdən, Akaba körfəzi ilə cənubdan, Aralıq dənizi və Sinay yarımadası qərbdən, şimaldan Yəhudi səhrası, Yahudi dağlığı və İsrail sahilboyu düzənliyi ilə əhatə olunmuşdur. Negev regionu iki yerə bölünür: Negev və Şimali Negev. Geoloji baxımdan Negev bir platodur. 600-800 metr arasında dəyişən hündürlüyə malikdir. Arid denudasiya feylef formaları geniş yayılmışdır. Maxteş adını daşıyan relyefi forması arasında Ramon maxteşi 300 metr hündürlüyə, 8 km enə və 40 km uzunluğa malikdir.
Nequr
Nequr — İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanının Dəştyari bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,759 nəfər və 647 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfidirlər. Nequr, bəluc dilində, təpəətəyi deməkdir.
Nequs
Nequs (tam: Çarların çarı — Nquse Negest; amh. nigūs) — 1975-ci ildə monarxiyanın ləğv olunmasınadək Efiopiya (Həbəşistan) imperatorunun titulu. Nequs hakimiyyətin və dövlətin rəhbəri olurdu. İcra və qanunverici hakimiyyəti özündə birləşdirirdi. Əfsanəyə görə İsrail Krallığının üçüncü kralı Süleyman (Solomon) və Səba Məlikəsi Bilqeysin övladları Eritreya dövlətində yaşayan tiqrelərdir. 1890-cı ilə kimi müasir Eritreyanın bir hissəsində yerləşən Medri Bahri və 1974-cü ilə kimi Efiopiya hökmdarı kimi tanınan Bahri Negusun titulu idi. Sonralar Bibliya və ya digər ədəbiyyatda qarşılandıqda, bu titul "Padşah" və "İmperator" sözlərinin tərcüməsi kimi istifadə edilməyə başlandı. == Baxış == "Nequs" sözü qədim Ge'ez Negus Ge'ez ነጉሥ dilindən gələn bir isimdir və tərcümədə "şahlıq" anlamı verir. Son vaxtlar, ən vacib və mühüm: Qojjam, Veleqa və dənizə doğru (Buradan müasir Eritreyanın bir hissəsində yerləşən Bahr Neqasi "Dənizin şahı" adı əmələ gəlir) əyalətlərinin başçılarının vəzifəsi kimi Nequs titulu istifadə olunurdu.
Nəfəs
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Nəqusa
Nəqusa (ərəb. النقوسة‎) — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. Eyniadı dairənin inzibati mərkəzidir və buradakı yeganə kommunadır. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 540 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 125 metr yüksəkdir. Ngusa kommunası Uarqla, Əl-Aliyə, Əl-Həcirə, Hassi-Ben-Abdullah və Sidi-Xuiled kommunaları ilə həmsərhəddir. Sahəsi 2907 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,3 °C-dir.
Nəğədə
Nəqədə – (Azərbaycan Türkcəsində: Sulduz; farsca: نقده) İranın qərbində, Qərbi Azərbaycan ostanında şəhərdir. 1967–ci ilədək şəhər rəsmi olaraq Sulduz adlanırdı. Urmu gölündən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. Nəqədə yaxınlığındakı Təpə-i Həsənli adlı yer qədim mannalıların məskəni idi. Bu gün orada qədim Manna şəhərlərindən birinin xarabaları mövcuddur. Soyuqbulaq (Məhabad), Xana (Piranşəhr), Üşnü (Üşnəviyə) və Urmu (Urmiya) ilə əhatə olunub. Bu şəhərin tarixində çoxlu hadisələrin izi var. Arxeoloji qazıntılar Həsənlitəpədə şəhərin qədim tarixindən bəhs edir və şəhərin salınma tarixini eramızdan əvvəl 2000-ci ilə işarə edir. Assuriya, Manna və Türk tayfaları burada məskunlaşıblar. Nəhayət, Qacar sülaləsinin erkən vaxtında qarapapaq tayfaları Qafqazdan İrana köçür və Sulduz düzənliyində məskunlaşır.
Neqab
Neqab — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Cuveyn şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,022 nəfər və 3,087 ailədən ibarət idi.
İnese
İnese — ad. İnese Libina-Eqnere — latviyalı dövlət və siyasi xadim. İnesu Emiko Takeoka — keçmiş Yaponiya qadın futbolçusu.
Naqisə
Naqisə (fars. ناگيسا‎‎; VII əsr) — Sasani hökmdarı II Xosrovun sarayında yaşamış musiqiçi. Görkəmli arfa ifaçısı kimi şöhrət qazanmışdır. Bərbəd Mərvəzi kimi o da II Xosrova həsr olunmuş nəğmələrin müəllifi idi. Mənbələrə görə, bir gün tamaşaçılar onun ifasından o qədər təsirlənmişdilər ki, bir çoxları onun musiqisinin yaratdığı həddən artıq emosiyadan huşunu itirmiş və ya paltarlarını cırmışdılar. == İstinadlar == == Əlavə ədəbiyyat == During, Jean; Mirabdolbaghi, Zia, eds. (1991). The Art of Persian Music. Washington D.C.: Mage Publishers.