NƏRÇƏ
NƏRMAN
OBASTAN VİKİ
Nəriman
Nəriman — Azərbaycanda daha çox işlədilən kişi adı. Nəriman Nərimanov — ictimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycanın dövlət xadimi Nəriman İmranov — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri Nəriman Həsənzadə — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya elmləri namizədi (1965) Nəriman bəy Nərimanbəyli — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Nəriman Şıxəliyev — Operator. Rejissor. Nəriman MəmmədovNəriman Məmmədov (bəstəkar) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti.
Nəriman (Germi)
Nəriman (fars. نريمان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (26 ailə).
Nəriman Abbasov
Nəriman Ağaxan oğlu Abbasov (1 fevral 1994, Bakı) — azərbaycanlı MMA döyüşçüsü, yüngül çəki dərəcəsinin nümayəndəsi. 2013-cü ildən peşəkar səviyyədə çıxış edir və AMCFight Nights Global turnirlərində iştirakı ilə tanınır. Nəriman Abbasov yüngül çəkidə hal-hazırkı AMC Fight Nights Global (AMC FNG) çempionudur. 2022-ci ildən etibarən Azərbaycanı UFC idman turnirində təmsil edir. == Həyatı və karyerası == Nəriman Abbasov 1 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub.Azərbaycanı təmsil edən qarışıq döyüş sənəti (MMA) üzrə peşəkar döyüşçü Nəriman Şəhriyar Abbasovun rəhbərliyi altında məşq edir. "GabalaSportClub", "TTFightClub", "AzerbaijanFightClub" u təmsil edir. Qarışıq döyüş sənəti üzrə peşəkar döyüşçü kimi karyerasına 2013-cü ildə başlamışdır. "GEFC-Azərbaycan" turnirində debüt etmiş, hakimlər heyətinin qərarı ilə qələbə qazanmışdı. ACB, NomadMMAN1 PRO, AMC FightNightsGlobal turnirlərində çıxış etmiş, Kuat Xamitov, Artur Zaynukov, Mixail Gogitidze kimi döyüşçülər üzərində qələbə qazanmışdır.25 Aprel 2019-cu ildə, hakimlər heyətinin qərarı ilə Qazaxıstanlı döyüşçü Kaut Hamitov üzərində qələbə qazanaraq AMC Fight Nights Global (AMC FNG) çempionu oldu.2020-ci ildə hesabında uğurlu titul müdafiəsinə sahibdir: 25 sentyabr 2020-ci ildə AMCFNG-"FNG 98 - Fight Nights Global 98: Amirov vs. Bikrev" turnirində sabmişlə Mixail Gogitidze üzərində qələbə qazandı.11 aprel 2021-ci ildə AMC FNG "AMC FIGHT NIGHTS 100" yubiley turnirində Şamil Əmirovu texniki nokautla məğlub edərək ikinci uğurlu titul müdafiəsini həyata keçirdi.
Nəriman Allahverdiyev
Nəriman Allahverdiyev (tam adı: Nəriman Əmir oğlu Allahverdiyev; 11 oktyabr 1939, Narışlar, Laçın rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 11 oktyabr 1939-cu ildə Laçın rayonunun Narışlar kəndində anadan olmuşdur. Ailədə olan 5 uşaqdan ən kiçiyi olmuşdur. Atası Əmir Böyük Vətən Müharibəsində həlak olduğu üçün anası Bilqeyis uşaqları özü böyütmüşdür. Sonradan ailə Ağdam rayonunun Şahbulaq kəndinə köçmüş, Nəriman isə qardaşı ilə Bakıya təhsil almağa gəlmişdir. Burada o, Dərnəgül peşə məktəbinə sənəd verərək qəbul olmuş, məktəbi bitirərək bənnalıq sənətinə yiyələnmişdir. Bir çox tikinti obyektlərinin, o cümlədən də Respublika Sarayının tikintisində iştirak etmişdir. 1972-ci ildə ailə qurmuş, ailə həyatından 6 övladı yadigar qalmışdır. === Qanlı Yanvar faciəsi === 1990-cı il 19 yanvardan 20 yanvara keçən gecə Qırmızı Ordunun Bakıya hücumu və təcavüzü zamanı qətlə yetirilmişdir. Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Nəriman Cavadov
Nəriman Əhməd oğlu Cavadov (10 sentyabr 1956, Bəylik, Saatlı rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, publisist. YAP-ın üzvü. == Həyatı == Nəriman Cavadov 1956-cı il sentyabr ayının 10-da Azərbaycan SSR-nin Saatlı rayonunun Bəylik kəndində anadan olmuşdur. N.Cavadov 1975-ci ildə Saatlı şəhər S.Vurğun adına 1 saylı tam orta məktəbini bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olmuşdur. 1980-ci ildə ali təhsilini başa vuran N.Cavadov təyinatla Saatlı rayonuna qayıtmış və həmin rayonda çıxan "Dönüş" qəzetində zəhmətkeş məktubları şöbəsinin müdiri (1980-1987), qəzetin redaktor müavini (1987-1998) vəzifələrində çalışmışdır.Saatlı rayonunun "Dönüş" qəzeti redaksiyasında çalışdığı dövrdə Sov.İKP-nin və SSRİ Jurnalistlər İttifaqının üzvü, rayon Xalq Nəzarəti Komitəsinin büro üzvü və Saatlı şəhər Sovetinin (bir çağırış) deputatı olmuşdur. Universiteti bitirdikdən sonra hərbi kurs (3 ay) keçmiş və dövlət imtahanı verərək ehtiyatda olan leytenant rütbəsinə yiyələnmişdir. Daha sonralar isə ona baş leytenant rütbəsi verilmişdir. N.Cavadov 1998-ci ilin sonlarında öz ərizəsi ilə rayonda redaktor müavini vəzifəsindən çıxaraq Bakıya köçmüşdür. 1 yanvar 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının təsis etdiyi "Respublika" qəzetində müxbir, 2003-cü ildə isə şöbə müdiri vəzifəsinə təyin olunmuşdur və hal hazıradək bu vəzifədə çalışır.Azərbaycanın müxtəlif özəl universitetlərinin jurnalistika fakültələrində müəllim kimi çalışaraq tələbələrin jurnalist kimi yetişməsində, habelə işlədiyi “Respublika” qəzetində gənc jurnalistlərin ixtisaslarına daha mükəmməl yiyələnməsində N.Cavadovun əməyi az deyildir. Təcrübəli jurnalist KİVDF-nin keçirdiyi fərdi jurnalist müsabiqələrinin fəal iştirakçısıdır.
Nəriman Dadaşov
Nəriman Məmməd oğlu Dadaşov (15 fevral 1938, Naxçıvan) — Naxçıvan Meliorasiya və Su təsərrüfatı nazirliyinin keçmiş nazir müavini, "Dövlət qulluğu" təqaüdçüsü, "Qırmızı əmək bayrağı" ordeni laureatı.[mənbə göstərin] == Həyatı == Nəriman Dadaşov 15 fevral 1938-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur. == Təhsili == 1946-cı ildə Naxçıvan şəhər 2№-li orta məktəbə daxil olmuş və 1956-cı ildə məktəbi bitirmişdir. 1956-cı ildə Naxçıvan Kənd Təsərrüfatı texnikomunun zootexnik şöbəsinə daxil olmuş və 1959-cu ildə zootexnik ixtisası üzrə bitirmişdir. 1963-cü ildə Azərbaycan Kənd Təsərrüfatı inistitutuna daxil olmuş və 1968-ci ildə kənd təsərrüfatının elektrikləşdirilməsi ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirmişdir. Mühəndis elektrik ixtisası verilmişdir. 1973-cü ildə Azərbaycan Ali Partiya məktəbinə daxil olmuş və 1975-ci ildə bitirmişdir. 1988-ci ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində Azərbaycan xalq təsərrüfatını idarəetmə inistitutunda müasir idarəetmə üsulları, istehsalın təşkili və planlaşdırılması sahəsində inistitutunun diplomunu almışdır. == Əmək fəaliyyəti == 1968–1969-cu illərdə Naxçıvan kənd təsərrüfatı texnikomunda müəllim işləmişdir. 1970–1975-ci illərdə Naxçıvan şəhər partiya komitəsində təlimatçı işləmişdir. 1975–1977-ci illərdə Naxçıvan şəhəri vilayət partiya komitəsində təlimatçı işləmişdir.
Nəriman Hüseynov
Nəriman Hüseynov (tam adı: Hüseynov Nəriman Vəli oğlu; 12 yanvar 1976, Azərbaycan SSR – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1976-cı ildə Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 42 nömrəli məktəbin VIII sinif şagirdi idi. Nəriman atışma səsinə küçəyə çıxmış, Salyan qazarmasının yanında avtomat gülləsi ilə yaralanmışdır. Məhəllə uşaqları onu xəstəxanaya aparıblar. Onlar xəstəxanaya çatanda hər yan zülmət imiş. Semaşko adına xəstəxananın işıqları söndürülübmüş. Səhər tezdən onun meyidini Semaşko adına xəstəxananın meyidxanasından tapıblar. Vəli kişinin 15 yaşına çatdırdığı ilki Nəriman ailənin yeganə oğlu idi.
Nəriman Həsənov
Həsənov Nəriman Məhəmməd oğlu - ( 20 fevral 1969; Qırılı, Ağstafa rayonu - 17 fevral 1994; Murovdağ, Azərbaycan) - Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsənov Nəriman Məhəmməd oğlu 1969-cu il fevralın 20-də Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlib. Nəriman orta məktəbi bitirdikdən sonra 1987-ci ildə həqiqi hərbi xidmətini çəkmək üçün Sovet Ordusu hissələrinə yollanır. Hərbi xidməti başa vurub öz yurduna qayıdaraq işləməyə başlayır lakin bu uzun sürmür. 1990-cı ildə könüllü hərbi komisarlığa gedərək xidmətini Qazaxın Alpout sərhəd məntəqəsində davam etdirir. Burda 3 il xidmət etdikdən sonra 1993-cü ilin fevralında Ağdərə istiqamətinə döyüş bölgəsinə yollanır. Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə 8 nəfərlə bir yerdə düşmənin mühasirəsinə düşürlər. 3 günlük mühasirədən sonra işlətdikləri hiylə nəticəsində mühasirədən azad olunurlar. 1994-cü ildə Kəlbəcərə gələrək xidmətini orada davam etdirir. Elə həmin ilin 17 fevral tarixində Murovdağ istiqamətində Otaqlı yüksəkliyinin azad olunması uğrunda gedən qızğın döyüşlərdə 4 nəfər döyüş yoldaşları ilə birlikdə şəhid olmuşdur.
Nəriman Həsənzadə
Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral 1931, Poylu, Qazax rayonu) — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı (2017), "İlin şairi" makafatı laureatı (2010), "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. == Həyatı == Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin İnstitutu bitirmişdir. 1954–1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur.
Nəriman Mövsümov
Nəriman Mövsümov (Mövsümov Nəriman Tofiq oğlu) — Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının professoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri 1 №-li Tibb kollecinin direktoru, tibb üzrə elmlər doktoru, professor. == Həyatı == Nəriman Mövsümov 1957-ci il avqust ayının 22-də Azərbaycan SSR-nin Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olub, 1974-cü ildə Bakı şəhərindəki 225 №-li orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub.1980-ci ildə ATİ-nin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirən N.Mövsümovun təyinatı Azərbaycan Elmlər Akademiyasının akademik A.Qarayev adına ET Fiziologiya İnstitutuna verilib və orada o, elmi işçi vəzifəsində ilk əmək fəaliyyətinə başlayaraq, 1982-1986-cı illərdə həmin institutun aspirantı olub. Elmi işlərə böyük həvəs göstərən gənc 1987-ci ildə “7-14 yaşlı uşaq və yeniyetmələrdə norma və nevroz zamanı ayıqlıq və yuxu dövrlərində vegetativ sinir sisteminin funksiyası“ mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib. O, Fiziologiya İnstitutunda çalışdığı dövrdə Gənc Alimlər Şurasının sədri seçilib, eyni zamanda Bakı şəhərində keçirilən Zaqafqaziya Gənc Alim-Fizioloqlarının Konfransı üzrə Təşkilat Komitəsinin sədri, XIV Ümumittifaq Fizioloqlar Cəmiyyəti Qurultayının Təşkilat Komitəsinin üzvü olub. O, 1996-cı ildə kafedranın dosenti vəzifəsinə seçilib, 10 il kafedranın tədris hissə müdiri vəzifəsində çalışıb və 2003-cü ildən indiyə qədər ATU-nun nəzdində fəaliyyət göstərən FD 03.013 Dissertasiya şurasının üzvüdür. Gənc və perspektivli alim 2004-cü ildə “Normada insanda və eksperimentdə bəzi balneoloji təsirlər zamanı qırtlaq vəzilərinin morfogenezi” mövzusunda Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb, 2009-cu ildə kafedranın professoru vəzifəsinə seçilib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı təsdiq edilib. N.Mövsümov 150-dən çox elmi əsərin, o cümlədən çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin, Şərqdə ilk dəfə çap olunan orijinal “Anatomiya atlası” kitabının müəllifi və həmmüəlliflərindəndir. Onun rəhbərliyi altında 3 nəfər tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib və təsdiqini alıb. N.Mövsümov 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər 1 №-li Tibb kollecinin direktoru vəzifəsinə təyin edilib və ona tapşırılan yüksək etimadı doğruldaraq indiyə qədər həmin vəzifəni müvəffəqiyyətlə yerinə yetirir. 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan alim hazırda Yasamal rayonu üzrə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Nəriman Məmmədov
Nəriman Məmmədov (bəstəkar) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti. Nəriman Məmmədov (professor) — Azərbaycanlı texnika elmləri doktoru, professor. Nəriman Məmmədov (prodüser) — Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi.“Nərimanfilm” kinostudiyasının rəhbəri,Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi.
Nəriman Nağıyev
Nağıyev Nəriman İsrafil oğlu — Azərbaycan Tibb Universitetinin Uşaq xəstəliklərinin propedevtikası kafedrasının dosenti, tibb elmləri namizədi. == Həyatı == Nəriman Nağıyev 1939-cu ildə Qərbi Azərbaycanda - indiki Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuşdur. O, 1956-cı ildə Spitak rayonunun Saral kənd orta məktəbini bitirmişdir. 1956-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstititunun Pediatriya fakültəsinə daxil olmuş və həmin fakültəni 1962-ci ildə "Fərqlənmə" diplomu ilə bitirmişdir. Təhsil aldığı illərdə Bakı şəhərində orta tibb işçisi vəzifəsində işləmişdir. Tibb İnstitutunu bitirdikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təyinatı ilə Zəngilan və Daşkəsən rayonlarında praktiki səhiyyədə çalışmışdır. O, əvvəlcə həkim, sonra uşaq xəstəlikləri şöbəsinin müdiri və rayonun baş pediatrı vəzifəsində çalışmışdır. Nəriman Nağıyev 1967-1969-cu illərdə müalicə profilaktika fakultəsinin uşaq xəstəlikləri kafedrasının kliniki ordinatoru olmuş və o müddətdə praktiki həkimliklə yanaşı, akademik Ə.A.Namazovanın rəhbərliyi altında elmi-tədqiqat işi aparmışdır. Nəriman Nağıyev 1973-cü ildə "Uşaqlarda revmatizm zamanı lipid mübadiləsinin göstəriciləri və onların hormon-dərman müalicəsi təsirindən dinamikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. İlk dəfə olaraq kompleks şəkildə lipid mübadiləsi göstəricilərini sağlam və revmatizm xəstəliyi olan uşaqlarda öyrənmişdir.
Nəriman Nərimanov
Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (az.-əbcəd نریمان نریماناوو‎; 14 aprel 1870, Tiflis – 19 mart 1925, Moskva) — Azərbaycan bolşevik inqilabçısı, ictimai-siyasi xadimi, yazıçısı, publisisti, həkimi; Azərbaycan SSR-in 1-ci Xalq Xarici İşlər Komissarı; Azərbaycan SSR İnqilab Komitəsinin Sədri; Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri; ZSFSR İttifaq Sovetinin 1-ci Sədri; SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci Sədri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Nəriman Nərimanov Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya onun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, 1894-cü ildə Bakıda ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi Azərbaycan milli romanının ("Bahadır və Sona") və ilk tarixi faciənin ("Nadir şah") banisidir. Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanılmışdır. Məsələn Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək vermiş və nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı verilən mücadilədə onlara böyük dəstək vermişdir. Daha sonralar Atatürk ona bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə N. Nərimanov ona "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar." deyə cavab göndərmişdir. == Həyatı == Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur.
Nəriman Paşayev
Nəriman Paşayev Əziz oğlu (d.27.05.1960-cı il Gədəbəy rayonu Hacılar kəndi) — coğrafiya üzrə elmlər doktoru, dosent, AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya institutunun "Azərbaycanın iqtisadi və siyasi coğrafiyası" şöbəsinin müdiri. == Həyatı == N.Ə.Paşayev 27.05.1960-cı ildə Azərbaycan Respublikası Gədəbəy rayonunun Hacılar kəndində anadan olmuşdur. N.Ə.Paşayev 1977-ci ildə Gədəbəy rayon Hacılar kənd orta məktəbini bitirmişdir. 1977-1978-ci illərdə Bakı Alüminium Prokat zavodunda (BAPZ) fəhlə işləmiş və 1978-1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra 1981-1982-ci illərdə yenidən BAPZ-da fəhlə kimi əmək fəaliyyətə başlamışdır. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinə daxil olmuş və 1987-ci ildə həmin fakültənin coğrafiya üzrə “İqtisadi və sosial coğrafiya” ixtisasını bitirmişdir. 1987-ci ildə universitetin rəhbərliyi onu gənc mütəxəssis kimi təyinatla Azərbaycan MEA-nın Coğrafiya İnstitutuna işə göndərmişdir. == Ailəsi == Ailəlidir, iki övladı var. Paşayev Azər Nəriman oğlu; Paşayeva Ləman Nəriman qızı. == Elmi fəaliyyəti == 1987-ci ildən indiyə qədər AMEA coğrafiya institutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır.
Nəriman Qasımoğlu
Qasımzadə Nəriman Qasım oğlu — şair, tərcüməçi, şərqşünas-alim.[mənbə göstərin] == Həyatı == Nəriman Qasımoğlu 1956-cı il dekabrın 26-da Bakıda doğulmuşdur. Hüseyn Cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirmişdir. Yəməndə (1977–1978) və Liviyada (1980–1982) ərəb dili üzrə mütərcim, BDU-da müəllim (1979–1980), Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor (1979–1980), Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi (1983–1989), SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984–1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri (1989–1992) vəzifələrində, ABŞ-nin Corctaun Universiteti (2003–2004), Macarıstanın Mərkəzi Avropa Universitetində (2006–2007), ABŞ-nin Kaliforniya Dövlət Univerisiteti (2009)və Harvard Universitetində (2012–2013) elmi araşdırmaçı qismində çalışmışdır. Hazırda ADA Universitetinin professorudur. ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur. 1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 80-ci illərdəki Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapmışdır. 1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. İlk mətbu yazısı ərəbcədən tərcümə etdiyi uşaq hekayələri ("Göyərçin" jurnalı, 1973) olmuşdur.
Nəriman Qasımzadə
Qasımzadə Nəriman Qasım oğlu — şair, tərcüməçi, şərqşünas-alim.[mənbə göstərin] == Həyatı == Nəriman Qasımoğlu 1956-cı il dekabrın 26-da Bakıda doğulmuşdur. Hüseyn Cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirmişdir. Yəməndə (1977–1978) və Liviyada (1980–1982) ərəb dili üzrə mütərcim, BDU-da müəllim (1979–1980), Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor (1979–1980), Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi (1983–1989), SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984–1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri (1989–1992) vəzifələrində, ABŞ-nin Corctaun Universiteti (2003–2004), Macarıstanın Mərkəzi Avropa Universitetində (2006–2007), ABŞ-nin Kaliforniya Dövlət Univerisiteti (2009)və Harvard Universitetində (2012–2013) elmi araşdırmaçı qismində çalışmışdır. Hazırda ADA Universitetinin professorudur. ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur. 1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 80-ci illərdəki Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapmışdır. 1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. İlk mətbu yazısı ərəbcədən tərcümə etdiyi uşaq hekayələri ("Göyərçin" jurnalı, 1973) olmuşdur.
Nəriman Quliyev
Nəriman Quliyev (28 dekabr 1926 – 20 may 2014) — nüvə fizikası sahəsində görkəmli alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA prezidentinin müşaviri, Fizika-riyaziyyat elmləri doktoru, professor, akademik. == Həyatı == Nəriman Ağaqulu oğlu Quliyev 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinə daxil olmuş, hələ gənc yaşlarından universitetdə elmi fəaliyyətə qoşularaq, bütün həyatını elmi yaradıcılığa həsr etmişdir. N.Quliyev və onun tələbələri nüvə və elementar hissəciklər fizikası sahəsində mühüm elmi nəticələr əldə etmiş və respublikamızda bu sahədə geniş tədqiqatlar aparmışdır. Həmin dövrdən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasında nüvə və elementar hissəciklər fizikası sahəsində tədqiqatların inkişafı bilavasitə akademik N.Quliyevin adı ilə bağlı olmuşdur. 1992-ci ildən isə Azərbaycan Respublikası müstəqil bir dövlət kimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv qəbul edilmiş və akademik N.Quliyev 1992-2003-cü illərdə həmin institutda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi olmuşdur. O, akademiyada 50 ilə yaxın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna ş.) ilə birgə elmi-tədqiqat işləri aparmışdır. Azərbaycan Respublikasının Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə yüksək enerjilər fizikası sahəsində elmi-texniki əməkdaşlığın inkişafına dair Dövlət müqaviləsi bilavasitə akademik N.Quliyev tərəfindən hazırlanmış və o, uzun illər ərzində bu sahədəki fəaliyyətə elmi rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə 1993-cü ildə AMEA Fizika İnstitutu “ATLAS” layihəsinin icraçıları sırasına daxil edilmişdir. Bu illər ərzində akademik N.Quliyevin rəhbərliyi ilə institutun əməkdaşları tərəfindən bu layihə çərçivəsində 200-dən çox elmi məqalə dərc edilmişdir.
Nəriman Qurbanov
Nəriman Əhmədağa oğlu Qurbanov (20 oktyabr 1960, Bakı) — Azərbaycan dövlət xadimi. O, Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə tanınır. Qurbanov Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzində müxtəlif vəzifələr daşımışdır. O, hal-hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində baş məsləhətçi vəzifəsində çalışır, protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili məsələləri ilə məşğuldur və dövlət qulluğunun baş müşaviridir. == Həyatı == Nəriman Əhmədağa oğlu Qurbanov 20 oktyabr 1960-cı il tarixində SSRİ respublikalarından olan Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində anadan olmuşdur. Atası Əhmədağa Əkbər oğlu Qurbanov "Muğanlı" təxəllüsünə sahib nasir, ssenarist və kino redaktoru, anası Surə Cəlil qızı Qurbanova isə evdar qadın olmuşdur. O, 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisadçı ixtisası ilə bitirmiş, 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutundan (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) politoloq ixtisası ilə məzun olmuşdur. == Fəaliyyəti == 1977–1979-cu illərdə "Azərbaycanfilm" kinostudiyasında işıqçı və kinomexanik kimi işləmiş olan Qurbanov 1981-ci ilə qədər Ermənistan SSR-nin Leninakan (indiki Gümrü) şəhərində SSRİ-nin sərhəd qoşunları sırasında hərbi xidmətdə olmuşdur. Bundan sonra 1984-cü ilə qədər Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) Nizami Rayon Komitəsinin ilk təşkilat katibi vəzifəsində çalışan Qurbanov 1986-cı ilə qədər Azərbaycan LKGİ Qaradağ Rayon Komitəsinin təşkilat katibi olmuşdur. O, həmin ilin axırlarına qədər həmin komitədə təlimatcı və təşkilat şöbəsinin müdiri kimi işləmiş, 1988-ci ilə qədər Azərbaycan LKGİ Mərkəzi Komitəsinin məsul icraçısı və Azərbaycan LKGİ Qaradağ Rayon Komitəsinin ikinci katibi olmuşdur.
Nəriman Rəsulov
Nəriman Moğbil oğlu Rəsulov (15 yanvar 1947, Təpəkənd, Amasiya rayonu) — professor. == Haqqında == 1947-ci ilin yanvar ayının 15-i Qərbi Azərbaycanın Amasiya rayonunun Təpəkənd kəndində anadan olub. Nəriman Rəsulov orta məktəbi Amasiya rayonunda bitirib. Nəriman Rəsulov 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) "Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1968–1970-ci illərdə Bakı Cihazqayırma Zavodunda sex ustası, texnoloq işləmişdir. 1970–1973-cü illərdə AzTU-nun "Maşınqayırma texnologiyası" kafedrasının aspirantı olmuşdur. 1973–1974-ci illərdə həqiqi əsgəri xidmət etmişdir. 1974-cü ilin dekabrından AzTU-da kiçik elmi işçi, baş elmi işçi, assistent, baş müəllim, dosent vəzifələrində çalışmış, 2004-ci ildən "Maşınqayırma texnologiyası" kafedrasının professoru, 2001–2009-cu illərdə Maşınqayırma fakultəsinin dekanı, 2009–2015-ci illərdə isə "Metrologiya və standartlaşdırma" kafedrasının müdiri işləmişdir. O, hazırda "Maşınqayırma texnologiyası" kafedrasının professoru vəzifəsində çalışır. Dosent Nəriman Rəsulov 1985–1986-cı tədris ilində M.Torez adına Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda fransız dilini mənimsəmiş, 1986–1989-cu illərdə Əlcəzairdə, fransız dilli Annaba Texniki Universitetində ixtisası üzrə müəllim işləmiş, əmək fəaliyyətinin yüksək göstəricilərinə və fəal ictimai işinə görə SSRİ-nin Annabadakı baş konsulluğunun Fəxri Fərmanı ilə təltif edilmişdir.
Nəriman Süleymanov
Süleymanov Nəriman Qoca oğlu (15 avqust 1930 – 15 aprel 1995) – nasir, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1985), Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1977). == Həyatı == 1930-cu il avqustun 15-də Qərbi Azərbaycanın Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir (1947–1952). Həmin vaxtdan "Pioner" jurnalı redaksiyasında ədəbi işçi, pioner və məktəblilər şöbəsinin müdiri, məsul katib, "Pioner" ("Günəş") jurnalının baş redaktoru vəzifəsində çalışmışdır (1977-ci ildən ömrünün sonunadək). Yazıçılar Birliyinin Təftiş komissiyasının müavini seçilmişdir (1991). Moskvada, Leninqradda, Daşkənddə, Düşənbədə və digər şəhərlərdə ədəbiyyat problemlərinə həsr olunmuş müşavirə, simpozium, konfranslarda fəal iştirak etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Macarıstan və Yuqoslaviya ölkələrində çıxan uşaq jurnallarında və almanaxlarda hekayələri çap edilmişdir. Ədəbi fəaliyyətə 1954-cü ildə "Azərbaycan pioneri" qəzetində çıxan kiçik bir hekayə ilə başlamışdır. Üç dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Nəriman Tahirov
== Həyati == Tahirov Nəriman Cəfər oğlu 1928 - ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olmuşdur. 1952 - ci ilde Azərbaycan Sənaye Institutunun (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft və Qaz quyularının istismarı ixtisası üzrə Neft - mədən fakultəsini bitirmişdir. 1957-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1973-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini və professor elmi adını almışdır. Nəriman Tahirov 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir. 1992-ci ildə Amerikada ürək çatışmazlığından vəfat etmişdir. Bakıda dəfn olunmuşdur. == Elmi fəaliyyətləri == N.Tahirov institutu bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında, Azərbaycan Elmi tədqiqat Neftçıxarma Institutunda (AzETNÇI) və Dərin Neft-Qaz Yataqları problemi Institutunda işlemişdir. O, M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft ve Kimya Institutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft ve Qaz yataqlarının işlenilməsi ve istismarı kafedrasında dərs demişdir. == Elmi nailiyyətləri == N.Tahirov neft ve qaz yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində tanınmış alim olmuşdur. Onun elmi tədqiqat istiqamətlərinə Layın fiziki-kimyası, neft-qaz veriminin artırılmasına yeni üsulları, neft hasilatının intensivləşdirilməsi sahəsində tədqiqatlar, dərində yerləşən layların neft-qaz verimi mexanizminin öyrənilmesi, səthi - molekulyar ve kapilyar hadisələr sahəsində tədqiqatlar, lay sularının selektiv tecridi üçün hidrotəcridedici material qismində istifadə edilən yüksək səmərəli və münasib qiymətli reagentlerin tapılması, həmçinin heft ve qaz quyularının quyudibi zonalarının fiziki-kimyevi üsullarla öyrənilməsi mexanizmi daxildir.
Nəriman Vəliyev
Vəliyev Nəriman Adil oğlu — professor. == Həyatı == Nəriman Vəliyev 1928-ci ildə Ermənistan SSR Eçmiədzin (indiki Masis) rayonunun Çobankərə kəndində anadan olmuşdur. İbtidai təhsilini rayonun Reyhanlı kənd orta məktəbində almışdır. Babası Məmmədəli bəy Cəfər Ağa oğlu bölgənin çox nüfuzlu şəxslərindən olduğundan 1937-ci ildə Qazaxıstana sürgün edilmiş, bundan sonra atası Adil bəy təqiblərdən yaxa qurtarmaq məqsədilə ailəsini götürüb Gəncəyə köçmüşdür. Nəriman Vəliyev orta təhsilini 1938-1941-ci illərdə Gəncə şəhərində Dəmiryolu məktəbində davam etdirmişdir. 1941-ci ildə ailəsi Ucar şəhərinə köçdüyündən orta təhsilini 1946-cı ildə burada tamamlamışdır. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olmuş və həmin fakültəni 1951-ci ildə bitirmişdir. Əmək fəaliyyətinə də elə həmin il Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunda elmi işçi kimi başlamışdır. 1959-cu ildə dissertasiya müdafiə edərək coğrafiya elməri namizədi – alimlik dərəcəsi almışdır. 1960-cı ildən başlayaraq elmi və pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirmişdir.
Nəriman Yusifov
Nəriman Həbib oğlu Yusifov — uzun müddət SSRİ Ali Soveti Rəyasət Heyətində məsul vəzifələrdə işləmiş dövlət xadimi və Azərbaycan SSR-nin ədliyyə naziri. == Həyatı və fəaliyyəti == Nəriman Həbib oğlu Yusifov 1926-cı ildə Vedibasar mahalının Böyük Vedi kəndində anadan olub. Bakıda hüquq təhsili aldıqdan sonra bir müddət müxtəlif vəzifələrdə çalışıb. Daha sonra 1966–1978-ci illərdə 12 il Moskvada, Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləyib. Sonradan Azərbaycana gəldikdən sonra bir müddət Bakı şəhər prokuroru, sonradan isə Azərbaycan SSR ədliyyə naziri vəzifələrində işləyib. Təqaüdə çıxdıqdan sonra Moskvada işlədiyi illər haqqında "12 il Moskvada — Kremldə" adlı kitab yazıb. Kitabda müəllif Şevardnadze, Voroşilov, Georqadze, marşal Budyonnı, Kosıgin, Rudenko ilə bağlı xatirələrini qeyd edib. 21 noyabr 2018-ci ildə uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib.
Nəriman Zeynalov
Nəriman Zeynalov — "Qızıl qələm" mükafatı laureatı, görkəmli jurnalist == Həyatı == 1933-cü ildə Göyçay rayonunda anadan olub. 1956-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. İstedadı, təşəbbüskarlığı və çalışqanlıq keyfiyyətləri nəzərə alınaraq universitetin mətbuat tarixi kafedrasında müəllim saxlanılıb. Paralel olaraq, “Xalq qəzeti”ində (o zamankı “Kommunist” qəzeti) ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Sonrakı illərdə taleyini BDU-nun jurnalistika fakültəsi ilə bağlayan N.Zeynalov “Molla Nəsrəddin” jurnalının tarixi ilə bağlı 1967-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib. Azərbaycanın mətbuat tarixi ilə bağlı 2 cildlik dərslik hazırlayıb. == Fəaliyyəti == N.Zeynalov peşəkar fəiliyyətində jurnalistikanın nəzəri və praktik sahələrinə paralel surətdə diqqət ayırıb. O, 1977-ci ildən başlayaraq 10 ilə qədər “Sovet kəndi” qəzetinə redaktorluq edib. Ömrünün son illərində doğma jurnalistika fakültəsinə qayıdan Nəriman müəllim dekan seçilib. 1989-cu ilin yazında dünyasını dəyişib.
Nəriman Özsoy
Neriman Özsoy – Türkiyə Qadın Milli Voleybol Komandasının hücumçusu. Əslən bolqar olan oyunçu 2007-ci ildə milləşdirilmişdir. == Karyerası == Neriman Özsoy karyerasına Əczacıbaşında başlamaşdır. A komandaya keçdikdən sonra Rusiyada oynamaq istəyən voleybolçu Uraloçkaya transfer olunmuş, komandasının icazəsi olmadığından daha sonra geri dönmüşdür. Karşıyakayla müqavilə imzaladıqdan sonra bir il bu komandada oynamış, növbəti mövsüm isə Eczacıbaşıya qayıtmışdır. Nerimanın doğma komandasına gəlişi daha uğurlu alınıb. Belə ki, voleybolçu bu səfər Eczacıda 2 dəfə Türkiyə Qadınlararası Voleybol Çempionatının qızıl medallarına yiyələnmişdir. Həmçinin 1 dəfə də Türkiyə kubokunun sahibi olmuşdur. Eczacıbaşında üç il oynadıqdan sonra İtaliya klubu "Sirio Perugia"ya transfer olunmuşdur. Ancaq bu klubda bir oyun belə oynamadan Polşa komandası Atoma icarəyə verilmişdir.
18 saylı Nərimanov-Nizami seçki dairəsi
19 saylı Nərimanov birinci seçki dairəsi
20 saylı Nərimanov ikinci seçki dairəsi
Arif Nərimanbəyov
Nərimanbəyov Arif Əmirbəy oğlu (13 aprel 1917, Bakı – 16 may 1992, Bakı) — Azərbaycan kinooperatoru, rejissor, ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). == Həyatı == Arif Nərimanbəyov 13 aprel 1917-ci ildə Bakıda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsini bitirib (1944). Müharibədən sonra Bakı kinostudiyasında işləməyə başlayıb. Rejissor kimi bir "Mozalan" kinojurnalı çəkib. 16 may 1992-ci ildə vəfat edib. == Filmoqrafiya == Əbədi odlar ölkəsi (film, 1945) Zəfər bayramı (film, 1945) Fətəli xan (film, 1947) Quba bağlarında və Tərtərçay vadisində (film, 1949) Rahatdır, əlverişlidir, etibarlıdır (film, 1949) Bakının işıqları (film, 1950) Mingəçevir (film, 1950) Səhər nəğməsi (film, 1950) Azərbaycan sərhədçiləri (film, 1951) Gənc Leninçilər (film, 1951) Quba bağlarında (film, 1953) Bərəkətli torpaq (film, 1954) Bəxtiyar (film, 1955) Qızmar günəş altında (film, 1957) Bakı və bakılılar (film, 1957) Bir qalanın sirri (film, 1959) Akif Cəfərovun briqadası (film, 1960) Azərbaycanın böyük kimyası (film, 1961) Leyli və Məcnun (film, 1961) Tofiq Əhmədovun orkestrinin konserti (film, 1962) Möcüzələr adası (film, 1963) Qaraca Qız (1966) İnsan məskən salır (film, 1967) O qızı tapın (film, 1970) Həyat bizi sınayır (film, 1972) Var olun, qızlar... (film, 1972) Kimdir Məmməd Məmmədov? (film, 1973) Ömrün Səhifələri (1974) Rəqiblər (1974) Dərviş Parisi partladır (film, 1976) Ürək... Ürək...
Bəhram Nərimanov
Bəhram Nərimanov — Əməkdar bədən tərbiyəsi və idman xadimi == Həyatı == Azərbaycanda idman akrobatikası üzrə ilk SSRİ idman ustası adını alan Nərimanov 1959-1972-ci illərdə Azərbaycan yığma komandasının baş məşqçisi olub. O, 1960-1972 və 1994-2000-ci illərdə Azərbaycan İdman Akrobatikası Federasiyasının sədri vəzifəsində çalışıb. Nərimanov ölkə prezidenti tərəfindən bədən tərbiyəsi və idmanın inkişafındakı əməyinə görə "Şöhrət" ordeninə layiq görülüb. Həmçinin prezident təqaüdçüsü olan akrobat 80-dan çox elmi məqalənin müəllifidir. Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Bəhram Nərimanov 10 iyun 2010-cu ildə 77 yaşında dünyasının dəyişib.
Fərman bəy Nərimanbəyli
Nərimanbəyli Fərman bəy Əmir bəy oğlu (1898–1970) — Cümhuriyyət tələbəsi, mühəndis. == Həyatı == Fərman bəy Nərimanbəyli 1898-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdir. Orta təhsil aldıqdan sonra 1920-ci ilin yanvarında ADR hökuməti onu Fransaya ali təhsil almağa göndərmişdir. Kann şəhərindəki Politexnik Universitetini bitirdikdən sonra Azərbaycana dönmüşdür. İxtisasca energetik idi. Azərbaycan Dövlət Plan Komitəsində elektrikləşdirmə bölməsinin rəisi işləmişdir. 1937-ci ildə həbs olunmuş və sürgünə göndərilmişdir. Sürgündən qayıtdıqdan sonra Mingəçevirdə yaşamış və işləmiş, 1977-ci ildə orada vəfat etmişdir. == Ailəsi == Fərman bəy Fransada oxuyarkən fransız qızı İrma Lyarude ilə ailə həyatı qurmuşdur. Vidadi və Toğrul adlı oğulları var.
Gülsüm Nərimanova
Gülsüm Nərimanova (Əliyeva) — İctimai-siyasi, dövlət xadimi, yazıçı, publisist Nəriman Nərimanovun həyat yoldaşı. == Həyatı == 1898-ci ildə Bakı şəhərində əslən Şamaxıdan olan tacir Mirkazım Əliyevin ailəsində anadan olmuşdur. Ev təhsili almışdı və rus dilini yaxşı bilirdi. 1915-ci ildə o, böyük mütəfəkkir, görkəmli dövlət xadimi Nəriman Nərimanovla ailə həyatı qurur və həmin zamandan onun həyatında sözün əsl mənasında yeni dövr başlayır. Gülsüm xanım 1941-ci ildən Sovet qadınları antifaşist komitəsinin üzvü kimi radio ilə ingilis qadınlarına müraciətində öz taleyi haqqında danışarkən deyirdi: "…Mənim bəxtimə elə bir ömür yoldaşı düşdü ki, bütün həyatım boyu ona minnətdaram. Mən Nərimanov kimi böyük bir şəxsiyyətin simasında mehriban, həssas, qayğıkeş ömür yoldaşı, xalqın azadlığı, səadəti uğrunda yorulmaq bilmədən çalışan alovlu bir mübariz insanı gördüm. O, həyatının son dəqiqəsinə kimi öz amalından, xeyirxah işindən dönmədi. Bizim birgə ailə həyatımızın son anına kimi o, mənim üçün ən əziz dost və müəllim oldu…"N. Nərimanovun təsiri ilə ictimai həyata qoşulan Gülsüm xanım öz tərcümeyi-halında yazır ki, o, müsəlman qadınlar arasında siyasi iş aparmış, gizli ədəbiyyat yaymış, onları yeni həyata səsləmişdir. Getdikcə fəallığını artıraraq Bakıda əlillər evi, uşaq baxçası və körpələr evlərinin yaradılması işində böyük səy göstərmişdir. Təhsilini daim artırmağa çalışan Gülsüm xanım 1921-ci ildə Azərbaycan Xalq Maarif Komisarlığmin məktəbəqədər tərbiyə şöbəsinin müsəlman qadınlar üçün açdığı ilk kursu bitirmişdir.1925-ci ildə N. Nərimanovun vəfatından sonra oğlu Nəcəfin təlim-tərbiyəsi ilə məşğul olmaqla bərabər yenə də təhsilini davam etdirmiş, Moskva Pokrovski adına məktəbin fəhlə fakültəsində oxumuşdur.
Kamil Vəli Nərimanoğlu
Kamil Vəli Nərimanoğlu (azərb. Kamil Nəriman oğlu Vəliyev‎; 18 avqust 1946, Cəbrayıl) — tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. == Həyatı == Kamil Vəli Nərimanoğlu 18 avqust 1946-cı ildə Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə burada orta təhsilini başa çatdırmışdır. 1970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.Kamil Vəli Nərimanoğlu universiteti fərqlənmə diplomu ilə bitirdiyinə və mətbuatda müntəzəm çıxış etdiyinə görə elə həmin il universitetdə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim saxlanılır. Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi almış, 1988–1998-ci illər arasında universitetdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmiş, Böyük Elmi Şuranın üzvü olmuşdur. Kamil Vəli Nərimanoğlu 1974-cü ildə "Azərbaycan dilində — ki şəkilçisi" mövzusunda namizədlik, 1988-ci ildə isə "Azərbaycan qəhrəmanlıq eposunun poetik sintaksisi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1977-ci ildən "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü olmuş, 1983-cü ildən isə Azərbaycan Yazıçılar Birliyində tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Türkiyə Folklor Araşdırmaları Vaqfının nümayəndəsi, 1990-cı ildə Konya Səlcuq Universitetinin fəxri doktoru adını almışdır. Həmçinin Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvüdür.
Mikayıl Nərimanoğlu
Quliyev Mikayıl Nəriman oğlu (9 mart 1965, Zəngilan) — əməkdar jurnalist. == Həyatı == 1965-ci ildə Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Zavod həyatı", "7 gün" "İki sahil", "Sərhəd", "Aydınlıq", "Qarabağ", "Olimpiya dünyası", "525-ci qəzet", "Səs", "Yeni Azərbaycan", "Azərbaycan", "Respublika", "Xalq qəzeti", və digər mətbuat orqanlarında, lent.az, publika.az, 1news.az, sportnews.az saytlarında və UEFAdirect, "Neft və Qaz" jurnallarında müxtəlif səpkili yazıları dərc olunub. 1988-ci ildən mətbuatda çalışır. İlk öncə "Zavod həyatı" qəzetində, 1991-ci ildən 2005-ci ilə qədər isə bu qəzetin bazasında təsis olunan "İki sahil" qəzetində müxbir və şöbə müdiri vəzifələrində işləyib. 2005-ci ildə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi və eyni zamanda 2006-cı ildə AFFA-nın təsis etdiyi "Futbol dünyası" qəzetinin baş redaktoru vəzifəsində işləyib. "Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq onun rəhbərliyi altında AFFA-nın rəsmi saytı (www.affa.az) saytı 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) operativ fəaliyyət göstərir. Azərbaycanın idman həyatında ilk dəfə olaraq idman video portalı (www.affavideo.az) və internet TV (www.affatv.az) yaradılıb. Azərbaycan futbolunun 100 illik tarixinin foto və video materiallarını araşdıraraq ictimaiyyətə çatdırılmasında müstəsna xidməti olub.
Müzəffər Nərimanov
Nərimanov Müzəffər Əliəkbər oğlu (28 iyul 1897, Tiflis – 21 aprel 1938, Moskva) — Azərbaycan SSR dövlət xadimi, Nəriman Nərimanovun əmisi nəvəsi. == Həyatı == Nərimanov Müzəffər ilk təhsilini rus-tatar məktəbində almışdır. Bakı realni məktəbində oxuyarkən inqilabi hərəkata qoşulmuşdur. Fevral-burjua demokratik inqilabından (1917) sonra Bakı quberniya ərzaq komitəsinin müvəkkili, Azərbaycanda Sovet hakimiyəti qurulduqdan sonra isə Nuxa qəza və Zaqatala mahal fövqəladə komissarının müavini olmuşdur. 1921-ci ildə AK (b) P Fabrik və Zavod Rayon Komitəsinin katibi seçilmişdir. 1925-ci ildə G.V.Plexanov ad. Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, AK (b) P MK təşkilat şöbəsinin müdiri (1925-1927), Azərbaycan SSR Xalq FKM komissarını müavini (1927-1928), ÜİK (b) P Sverdlovsk Dairə Komitəsinin katibi (1929-1930), AK (b) P MK katibi, Ural Vil.İstehlak İttifaqının sədr müavini (1930-1933), AK (b) P MK kütləvi təşkilat şöbəsinin müdiri, Orconikidze Rayon Komitəsinin katibi, Bakı Komitəsinin katibi, sonra II katibi (1933-1937) vəzifələrində çalışmışdır.ÜİK (b) P-nın 16 və 17-ci qurultaylarının, AKP və Zaqafqaziya kommunist təşkilatlarının bir sıra qurultaylarının nümayəndəsi olmuşdur. Dəfələrlə AK (b) P MK, ÜİK (b) P Zaqafqaziya Ölkəvə Sverdlovsk Vil.Komitələrinə, Azərbaycan SSR MİK və SSR MİK-nə üzv seçilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.Müzəffər Əliəkbər oğlu Nərimanov 1937-ci ildə sentyabrın 3-də Mir Cəfər Bağırov tərəfindən həbs edilmişdir. Saxtalaşdırılmış materiallar əsasında onun barəsində irəli sürülən ittihama görə Nərimanov Azərbaycanda fəaliyyətdə olan əksinqilabi təxribatcı və ziyanverici trotskiçi-terrorçu təşkilatın rəhbərlərindən biri kimi alman və türk kəşfiyyatı ilə xəyanətkar əlaqəyə girərək onların tapşırığı ilə Azərbaycanın xalq təsərrüfatına ziyan verən diversiya işlərini həyata keçirmişdir.
Məhəmməd Nərimanoğlu
Məhəmməd Nərimanoğlu (tam adı:Sadıqzadə Məhəmməd Nəriman oğlu) — == Həyatı == 1957-ci il fevral ayının 18-də Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olmuşdur. 1974-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbini, 1982-ci ildə Gəncə Politexnik Texnikumunu, 1990-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitunu, 1993-cü ildə Jurnalist Peşəkarlığı İnstitutunu bitirmiş, ixtisasca rejissor-jurnalistdir. Azərbaycan Elmlər Akademiyasının dissertantıdır. 1976-1978-ci illərdə keçmiş SSRİ-nin Krasnoyarsk vilayətində hərbi xidmətdə olub. 1980-1987-ci illərdə Kəlbəcər rayon mədəniyyət Şöbəsində və Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evində, 1993-cü ilin aprel ayınadək Kəlbəcərdə çıxan "Yenilik" qəzetində (korrektor, ədəbi işçi, müxbir, şöbə müdiri, məsul katib, 1993-95-ci illərdə "Respublika", 1995-2002-ci illədə "Yeni Azərbaycan" qəzetlərində məsul katib, sonralar "Gələcək", "7-ci qitə", "Yeni bəşər", "Ozan" qəzetlərinini redaktor və baş redaktor vəzifələrində çalışmış, 2002-ci ildən 2010-cu ilin aprel ayınadək "Vətən səsi" qəzetinin şöbə müdiri olmuşdur. Həmin tarixdən Milli Məclisin orqanı olan rəsmi dövlət qəzetində – "Azərbaycan"da çalışır. Ədəbi yaradıcılığı hələ orta məktəb illərindən başlamış, dövri mətbuatda müxtəlif janrlarda çoxsaylı məqalələri dərc edilmişdir. 1994-cü ildə ilk kitabı "Dağların sinə dağı" ("Azərbaycan" nəşriyyatı), 1995-ci ildə "Yurd göynərtisi" ("Azərbaycan" nəşriyyatı), 1996-cı ildə "Ümid işığı" ("Səda" nəşriyyatı), 1998-ci ildə "Dədə ocağı"("Gənclik" nəşriyyatı), "Qanlı köynəklər", "Qiyamətə qalan qisas", 2001-ci ildə "Kəlbəcər – Azərbaycanın qala qapısı", "Şərəfli ömürlərin işıqlı yolları" ("Təfəkkür" nəşriyyatı),2005-ci ildə "Kəlbəcər dünyası- yüz şairin bir kitabı", 2006-cı ildə "Kəlbəcər: sazın-sözün harayı", 2008-ci ildə "Astara Azərbaycanın cənub mirvarisidir", 2009-cu ildə "Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası", 2010-cu ildə "Kəlbəcər dünyası: folklor nümunələri", "Ağdaban faciələri" (beş dildə -azərbaycan, rus, ingilis, ərəb və fransız), "Kəlbəcər – təbii sərvətlər və möcüzələr diyarı" ("Adiloğlu" nəşriyyatı, 2011-ci ildə "Kəbədə möcüzə" kitabları nəşr edilmiş, "Heydər Əliyev: Kəlbəcərin sərvətləri zəngin, insanları fədakardır" və sair kitabları çapa hazırlanmışdır. Yüzlərlə kitabın naşiri və redaktorudur. Bir sözlə, 30-dək ədəbi-bədii kitabın müəllifi yüzlərlə müəllifin kitablarının redaktoru, "Yenilik Press" qəzetinin təsisçisidir.
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu
Azərbaycan Tibb Universiteti – Azərbaycanın tibb profilli ali təhsil müəssisəsi. == Tarixi == === AXC dövrü === Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır. 1919-cu ilin may ayında tanınmış cərrah professor İ. Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir. Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ. Şirokoqorov, S. Davidenkov, F. İlyin, L. Levin, N. Uşinski, K. Malinovski, P. Rostovsev, M. Çlenov və başqalarının böyük rolu olmuşdur. Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: Adilə Şahtaxtinskaya və Ceyran Sultanova. === SSRİ dövrü === ==== 1930–1940-cı illər ==== 1930-cu ilə kimi Bakı Dövlət Universiteti tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında 287\99 saylı qərarı verildi.
N. Nərimanov adına NQÇİ-də estakada qəzası
N. Nərimanov adına NQÇİ-də estakada qəzası — "Azneft" İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçması nəticəsində baş vermiş qəza. Hadisə 2016-cı ilin 15 dekabr tarixində yerli vaxtla saat 05:00-də baş vermiş, səbəb kimi isə Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək göstərilib. == Arxa plan == 41 metr/saniyə sürəti ilə əsən güclü külək Azneft İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurmuşdur. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.Estakadada bütün əlavə işlər dayandırılsa da, zərurətə görə Neft Yığım Məntəqəsində növbədə olan 10 nəfər neftçi itkin düşmüşdür. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunmuşdur. Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azneft İB-nin rəhbərliyi qəzadan sonra hadisə yerinə yollanmışdır. Həmin gün baş vermiş hadisə ilə əlaqədar Azneft İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər Prospekti 73) qərargah yaradılmışdır.
Nəcəf Nərimanov
Nəcəf Nəriman oğlu Nərimanov (2 dekabr 1919, Bakı – 10 sentyabr 1943, Volnovaxa[d], Donetsk vilayəti) — İkinci dünya müharibəsinin iştirakçısı, SSRİ dövlət xadimi və məşhur Azərbaycan yazıçısı Nəriman Nərimanovun oğlu. == Həyatı == Nəcəf Nəriman oğlu Nərimanov 2 dekabr 1919-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Atası Nəriman Nəcəf oğlu Nərimanov Azərbaycan SSR-in ilk hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922-1925) olmuşdur. Anası Gülsüm Mirkazım qızı Nərimanova tacir ailəsində anadan olmuşdur. 19 mart 1925-ci ildə atası Nəriman Nərimanovun ölümündən sonra Nəcəf anası Gülsüm xanımla birgə həyatının ağır mərhələsinə qədəm qoyur. Nəriman Nərimanovun sağlığında Kremlin yeməkxanasında pulsuz qidalanan ailə sonradan bu imtiyazlardan məhrum olur, Gülsüm xanım və 6 yaşlı Nəcəf çörək imtahanına çəkilir. Erkən ailə həyatı qurduğu üçün ali təhsil almayan Gülsüm xanım bütün çətinlikləri ram edərək Petrovski adına fəhlə fakültəsinin ictimai-iqtisad şöbəsində axşam təhsili alır, gündüzlər isə işləyirdi. O, oğlu Nəcəfi dözümlü, atası kimi görmək istəyirdi. 1928-ci ildə Nəcəf Nərimanov Moskva şəhərində 109 №-li məktəbə daxil olur. O, fransız dilində çox gözəl danışırdı.
Qışlaq-i Nərimankəndihacıhavar (Biləsuvar)
Qışlaq-i Nərimankəndihacıhavar (fars. قشلاق نريمان كندي حاجي هاوار‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (9 ailə).
Qışlaq-i Nərimankəndiəmiraslan (Biləsuvar)
Qışlaq-i Nərimankəndiəmiraslan (fars. قشلاق نريمان كندي اميراصلان‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 43 nəfər yaşayır (11 ailə).
Rauf Nərimanbəyli
Rauf Cəmil oğlu Nərimanbəyli (1929)—Musiqi akademiyasının professoru. == Həyatı == Rauf Cəmil oğlu Nərimanbəyli 1929-cu ildə, Bakıda anadan olmuşdur. 1954-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildən dosent, 1994-cü ildən professor adı almışdır. Pedaqoji fəaliyyətinə kamera-ansamblı sinfində konsertmeyster kimi başlamışdır. 1961-ci ildən kafedranın müəllimidir. 1967-71-ci illərdə konservatoriyada ifaçılıq fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1976-cı ildən 1993-cü ilədək kamera ansamblı kafedrasının müdiri, 1993-1999-cu illərdə orkestr şö’bəsinin dekanı olmuşdur. 1999-cu ildən kamera ansamblı kafedrasının müdiridir. Məzunlarının sayı 250-yə yaxındır.
Saman Nəriman Cahan
Saman Nəriman Cahan (fars. سامان نریمان جهان‎, d. 18 aprel 1991, Bünab, Şərqi Azərbaycan ostanı, İran) — hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi komandasının keçmiş cənubi azərbaycanlı yarımmüdafiəçisi, 23 yaşadək futbolçulardan ibarət İran millisinin keçmiş üzvü. == Klub karyerası == Əhalisi azərbaycanlılardan ibarət olan və əsasən Azərbaycan dilində danışılan bölgə olan Şərqi Azərbaycan ostanının Bünab ərazisində anadan olan Saman futbolçu karyerasına Təbrizin İran peşəkar futbol liqasındakı təmsilçisi Traktorda başlamışdır. Həmçinin onun peşəkar futbolçu kimi yetişməsində Təbrizin digər klubu Maşın Sazi və Tehranın Neft Tehran klublarının da böyük rolu olub. Peşəkar olaraq karyerasına 2012-ci ildə məhz Neft Tehran klubunda başlayıb. Həmin ilin ikinci yarısını icarə əsasında Göstəriş Poladda keçirən Saman, özünü yaxşı nümayiş etdirmiş və növbəti mövsüm Göstərişə transfer edildi. Traktorda icarədə oynayıb yenidən Göstərişə qayıdan Saman 2016-cı ilin yayında Avstriya Bundesliqası təmsilçisi Volfsbergerə baxışa yollansa da, maliyyə problemləri səbəbindən onun transferi baş tutmadı. Saman 2016-17 mövsümündə yenidən qurulmuş Maşın Sazi komandasına qatıldı. Azadi stadionunda İstiqlalla oyunda məhz onun qolu sayəsində komandası Tehran təmsilçisi ilə heç-heçə etdi.
боя́знь жуткова́то зерносовхо́з са́льто скрыва́ть трёхэта́жный шии́тка мужа́ться повы́вести приду́мывание си́кхи трёхсто́пный колозень cereus explosion motor firing hammer funniment knew Mort pilot burner sanjak излечение интермедия исподволь новизна