Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabina
Sabina — ad. Sabina Florian — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. Sabina Azema — Fransa aktrisası. Sabina Derflinger — Avstriyalı rejissor, ssenarist və prodüser;DigərSabina (region) — İtaliyanın mərkəzində, Umbriya, Latsio və Abruttso arasında yerləşən tarixi-coğrafi region.
Apaloderma narina
Apaloderma narina (lat. Apaloderma narina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin apaloderma cinsinə aid heyvan növü.
Juniperus sabina
Qazax ardıcı (lat. Juniperus sabina) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiya, Orta Asiya (Qazaxıstan, Qırğızıstan), Rumıniya, Bolqarıstan, Şimali Monqolustan, Çin (Tyan-Şan), Ukrayna və Ermənistanda yayılmışdır. Azərbaycanda yayılması: Naxçıvan MR və Quba rayonu ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Azərbaycanda Quba rayonu meşələrində subalp və alp meşə qurşağında dəniz səviyyəsindən 2000–3000 m hündürlukdə daşlı-qayalı yamaclarda bitir. == Təbii ehtiyati == Azərbaycanda təbii ehtiyatı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Asimmetrik çətirli, ikievli və ya birevli sürünən alçaqboylu, hündürlüyü 0,5–1 m-ə qədər olan koldur. Gövdəsinin qabığı sığallı və qırmızımtıl – sarı rənglidir. Hündürlüyü 1 m-ə çatir.
Sabina Azema
Sabina Azema (fr. Sabine Florence Azéma; 20 sentyabr 1949[…], 15-ci Paris dairəsi[d]) — Fransa aktrisası. == Həyatı == Sabina Azema 20 sentyabr 1949-cu ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur. O, Paris Konservatoriyasını bitirdikdən sonra teatr səhnəsində uğurla çıxış etməyə başlamışdır. Azema 1977-ci ildə kiçik rollarla kinoda debüt etmişdir. O, yalnız 1980-ci illərin əvvəllərində Fransa kinosunun ən böyük ustaları Alen Rene və Bertran Tavernye onun aktrisalığını kəşf etmişlər. Azema Renenin "Həyat romantikadır" (1983), "Ölümə sevgi" (1984), "Melo" (1986, "Sezar" mükafatı), "Siqaret çəkmə" (1993) və Tavernyenin "Ölkədə bazar günü" (1984, "Sezar" mükafatı) və "Həyat və başqa heç nə" (1990) filmlərində rol almışdır. Aktrisa həmçinin, Rober Enrikonun "Qırmızı zona" (1986) və ya Jerar Urinin "Vanilli çiyələkli dondurma" (1989) kimi ənənəvi kommersiya janrlı filmlərində də rol almışdır.
Sabina Derflinger
Sabina Derflinger (alm. Sabine Derflinger‎ d. 1963) — Avstriyalı rejissor, ssenarist və prodüser; Avropa Film Akademiyasının üzvü. == Bioqrafiyası == 1963-cü ildə Avstriyanın Vels şəhərində anadan olmuşdur. 1991-ci ildə bir neçə il filmlərdə rejissor və prodüser kimi işlədikdən sonra Vyana Film Akademiyasında (ixtisas ədəbiyyatı və dramaturgiya) təhsil almağa başlamışdır. 1996-cı ildə təhsilini "Filmerzählungen zwischen Epik & Dramatik" diplom işi ilə uğurla başa vurmuşdur. Sabina Derflinger bədii və sənədli filmlərdəki bir çox rolu ilə tanınır. Bu rollarına görə bir çox mükafatlara layiq görülmüşdür. Avstriyanın ORF kanalında yayımlanan "Tatort" cinayət serialını idarə edən ilk qadın oldu. Sonra eyni kanaldakı digər seriallarda rol alır.
Sabina Florian
Sabina Florian (d. 28 may 1983; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Sabina Florian İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Sabina dealbata
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Sabina Şıxlinskaya
Səbinə Şıxlinskaya (d. 26 aprel 1962 Azərbaycan SSR, SSRİ) — Azərbaycan rəssamı. == Həyatı == 2006-cı ildə Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar rəssam” fəxri adı" təltif olunub.
Sabina (region)
Sabina — İtaliyanın mərkəzində, Umbriya, Latsio və Abruttso arasında yerləşən tarixi-coğrafi region. Onun ən əhəmiyyətli şəhəri indiki Rietidə olmuşdur. Tarixən Sabina dili italik dillərindən olmuş, osk və umbr dilləri ilə yaxın, latın dili ilə qohum olan sabin dilində danışan sabinlərin yaşadığı ölkə olmuşdur.
Naina İbrahimova
Naina Ağəli qızı İbrahimova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2010). == Həyatı == Naina İbrahimova 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində ali təhsil almışdır. 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa vəzifəsində işləyir.20 dekabr 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.Teatrda işlədiyi müddətdə bir neçə rollar oynamışdır. Onların arasında: Nisə xanım (M.F.Axundov "Lənkəran xanlığın vəziri"), Züleyxa (Elçin "Poçt şöbəsində möcüzələr"), Katya Volkova (A.Qalin "Konkurs"), Marion Dübua (M.İbrahimbəyov "Neft bumu"), Şirin (S.Vurğun "Fərhad və Şirin") kimi rolları qeyd etmək olar. N.İbrahimova bir çox kliplərdə çəkilib, fotomodel kimi tanınır. == Şəxsi həyatı == Aktrisa Naina İbrahimova rəssamlar Ağəli İbrahimovun və Nadejda İbrahimovanın qızıdır. 2013-cü ilin oktyabr ayında Fərid adlı fotomodellə ailə qurub. Bu cütlüyün 2015-ci ilin fevralın 23-də oğul övladı olub. == Filmoqrafiya == Bəyaz həyat (film, 2003) "Moskva-Bakı" qatarı (film, 2005) Bir dəfə Qafqazda (film, 2007) Qüdsi (film, 2007) Sonuncu dərviş (film, 2009) Vəkil hanı?
Marina Lapina
Marina Lapina (6 mart 1981, Volqoqrad) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Marina Lapina 1981-ci il martın 6-da anadan olub. == Karyerası == Marina Lapina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə çəkic atma turnirində 55.34 metr nəticə göstərdi və təsnifat mərhələsini 46-cı pillədə başa vurdu.
Angina
Tonzillit və ya angina (lat. angina – sıxılma, boğma, boğulma) — boğazgəlmə, badamcıqların və boğaz limfaidlərinin iltihablı kəskin infeksion xəstəliyi.Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. == Əlamətləri == Geniş yayılmış kəskin yoluxucu-allergik xəstəlik. Törədiciləri: streptokokk, stafilokokk və s. Uşaqlar və gənclərdə xüsusilə tez-tez baş verir. Xəstəliyin bir neçə forması mövcuddur: kataral, follikulyar, fibrinoz, fleqmonoz, lakunar, və s. Ən yüngül forması kataral anginadır. Bu zaman badamcıqlar qırmızı olur, bir qədər şişir; dil isə quru və ərplə örtülü olur. əsnəyin selik örtüyü qızarır, boğaz gicişir və quruyur, udqunduqda ağrı olur. Yaşlı adamlarda temperatur çox artmır, uşaqlarda isə 39–40°C-yə qədər yüksəlir.
Balina
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Fabian
Fabian (lat. Fabianus; 200, Roma – 20 yanvar 250, Roma) — Roma Papası (236–250), Fabian əslən zadəgan bir Romalı idi və atasının adı Fabius idi. Keçmişi haqqında başqa bir məlumat bilinmir. Fabian yekdilliklə Roma yeni yepiskopu elan edilmişdir. == Həyatı == Anteranın qısa hakimiyyətindən sonra Fabian yeni bir papa seçilməsi üçün kənddən Romaya gəldi. Fabianın seçilmәsi ilә Roma katolik kilsәsi tarixindә papa vә antipapaların әdavәti nәticәsindә baş vermiş ilk parçalanma tamamilә aradan götürülmüşdür. Fabian görkəmli və nəcib kilsə xadimi hesab edilirdi. Fabianın 14 illik hakimiyyəti dövründə xristianların təqibində sakitlik baş verdi. Fabian Romadakı xristian qәbiristanlıqlarında bәrpa işlәrinә başçılıq etmişdir. Filipp Ərәbin hakimiyyәti dövründә papa Pontian Romalının vә İppolit Romalının cәsәdlәrinin qalıqlarının Sardiniyadan Romaya köçürülmәsinә nail olmuşdur.
Kabinda
Kabinda (port. Cabinda) — Anqolanın əyalətlərindən biri, anklav vəziyyətindədir. Müstəqilliyə qədər Portuqaliya Konqosu adlanırdı. Ərazisi — 7270 km², əhalisi — təqribən 716 076 nəfər (2014). Anqolanın 18 mahalından biri. Ərazi Anqolaya məxsus olsa da, Konqo Respublikasının sərhədləri daxilində yerləşir. Kabindanın statusu siyasi baxımdan mübahisə doğurur. FLEK adlı terror təşkilatı Anqola Silahlı Qüvvələrinə qarşı Kabindanın müstəqilliyi uğrunda uzun illərdir ki, mübarizə aparır. == Coğrafiya == Kabinda mahalının ərazisi 7.270 km² olmaqla, Anqolanın şimalında yerləşir. Ərazini Anqoladan dar su keçid ayırır.
Kabinə
Kabinə — sərnişinlərin səyahət etdiyi kokpit və yük bölməsindən başqa təyyarələrdəki hissəyə verilən addır. Düz bir uçuş rejimi əsnasında təyyarənin qalxdığı hündürlükdə atmosfer təzyiqi çox aşağı olduğundan, sərnişinlərin oksigen dəstəyi olmadan səfəri davam etdirməsi qeyri-mümkündür. Buna görə kabinələrə süni şəkildə təzyiq edilir. Ticarət məqsədli hava nəqliyyatında kabin bütün təyyarələrdə müəyyən siniflərə bölünür. Xüsusiyyətləri aviaşirkətlərə görə fərqlənən bu səyahət siniflərindən ən çox yayılanları business class (biznes sinfi) və ekonom sinifləridir. Siniflərarası ayrılma bir panel və ya pərdə vasitəsilə həyata keçirilir. Oturma yerləri, istirahət zonaları, xidməti avadanlıqların saxlanıldığı yerlər, (mətbəx) tualetlər də kabinənin bir hissəsi hesab olunur.
Karina
Karina — ad. Karina Kapur — Hindistan kino aktrisası. Karina Lixvar — İsraili təmsil edən bədii gimnast. Karina Lipiarska — Polşalı oxatan. Karina Qarsiya — Boliviyalı atıcı. Karina Qoriçeva — qazax ağır atleti Karina Aznavuryan — Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004) Karina Maruyama — keçmiş Yaponiya qadın futbolçusu.
Latina
Latina — İtaliyanın Latsio Bölgəsində eyni adı daşıyan Latina vilayətinin mərkəzi olan bir şəhər.
Makina
== Çap maşını == Makina (Çap maşını) — mexaniki, elektromexaniki və elektron-mexaniki cihaz. Klaviaturaya barmaq basmaqla mürəkkəbli lent vasitəsi ilə kağıza mətnlər yazılır.Bu maşın 1871-ci ildə Xristofer Latham tərəfindən icad edilib. == Daktilo yazısı == Müasir dövrdə bir sıra qrafika növləri olduğu kimi, yazı növləri də vardır. Qrafika bütöv yazı sistemini əhatə edir. Yazının növləri isə tamamilə başqadır. Buraya, görməyən adamların qalın kağız üzərində açdıqları deşiklərdən ibarət yazı, Morze əlifbası deyilən yazı sistemi (bundan rabitə sistemində geniş istifadə edilir) də aiddir. Yazı növlərindən biri də daktilo yazısıdır. Daktilos- yunanca barmaq deməkdir. Barmaqlar vasitəsilə fikrin ifadə edilməsi kar-lalların əsas ünsiyyət vasitəsidir. Daktilo necə yaranmışdır?
Malina
Malina Moruq növünə aid yeyilən meyvə Malina yarpaqları təzə və ya quru bitki mənşəli və dərman çaylarda istifadə edilə bilər.
Marina
Marina — qadın adı.
Nabran
Nabran — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Nabran Azərbaycanın Xaçmaz rayonunda, Rusiya-Azərbaycan sərhədinin yaxınlığında yerləşən, məşhur kurort və istirahət mərkəzidir. Əhalisi 1,313 nəfərdir. İstirahət mərkəzi Nabran, Dalğalı, Turist, Meşəli, Günəşli, Samurçay və Şimal kəndlərindən ibarətdir. Nabran, Xaçmaz Rayonunun ən böyük istirahət mərkəzidir. Azərbaycanın paytaxtı Bakıdan 3 saatlıq məsafədə yerləşən Nabran Xəzər dənizi sahilində subtropik meşələrlə əhatələnir. Nabran bir neçə kilometr ərazini əhatə edən yaşayış qəsəbəsidir. Evlər, oteller, əyləncə obyektləri və restoranlar istirahət mərkəzinin sol tərəfində, 30 kilometrlik sahil boyunca uzanan çimərlik isə yolun sağ tərəfindədir. == Coğrafiyası və iqlimi == Nabran qəsəbəsi Xəzər dənizi sahilində, Xudat şəhərinin yaxınlığında yerləşir. == Ekoloji vəziyyət == Nabran qəsəbəsindəki meşə massivlərində qırılan ağacların yerində 100-ə yaxın qanunsuz tikililər inşa olunub.
Naminə
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. == Morfoloji əlamətləri == D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Nandina
Nandina (lat. Nandina) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.
Narino
Narino (isp. Nariño) — Kolumbiyanın departamentlərindən biri, ölkənin qərbində yerləşir. Sakit okenanın giriş-çıxış imkanlarına sahibdir. İnzibati mərkəzi Pasto şəhəridir. == İnzibati bölgüsü == Narino departamenti 5 region və 64 bələdiyyəyə bölünür.
Qalina
Qalina — qadın adı və təxəllüs Qalina Vişnevskaya — Sovet və rus opera müğənnisi. Qalina Timçenko — Rusiya jurnalisti Qalina Tançeva — Bolqarıstanlı bədii gimnast. Qalina Nikandrova — Bolqarıstanlı bədii gimnast. Qalina Malaşenko — Bolqarıstanlı bədii gimnast. Qalina Marinova — Bolqarıstanlı bədii gimnast. Qalina Bıstrova — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası.
Narınc
Mandarin (lat. Citrus aurantium) - sitrus cinsinə aid bitki növü.