Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Niger
Niger — rəsmi surətdə -Niger Respublikası — Qərbi Afrikada dövlət. Ölkə ərazisindən axan Niger çayının adı ilə adlanır. Niger tuareqlərin danışdıqları tamaşek dilində "Böyük çay" və ya "Çaylar çayı" deməkdir. Ölkə ərazisinin 80 %-i Saxara səhrasında yerləşir. Nigerin paytaxtı Niamey şəhəridir. Niger 7 ölkə ilə həmsərhəddir — Əlcəzair, Liviya, Çad, Nigeriya, Benin, Burkina Faso və Mali ilə. Müasir Saxara səhrasının ərazisində əlverişli rütubətli iqlim şəraiti olduğu dövrdə Nigerin sakinləri indikindən xeyli fərqlənirdi. E.ə. 8–6-cı minilliklərdə Higerdə Kiffiy mədəniyyəti mövcud olmuşdur. Kiffiy mədəniyyətinin nümayəndələri hündürboylu və möhkəm bədən quruluşuna malik idilər.
Esox niger
Qara durnabalığı (lat. Esox niger) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin durnabalığı cinsinə aid heyvan növü.
Helleborus niger
Qara şaxtagülü (lat. Helleborus niger) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin şaxtagülü cinsinə aid bitki növü.
Hyoscyamus niger
Qara batbat (lat. Hyoscyamus niger) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Haqqında == Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli, çiçəkləri bulaşıq sarı rəngdə dibçəyə oxşayır. Toxumu böyrəyi xatırladır. Bitki bütünlüklə xoşa gəlməyən bihuşedici qoxuya malikdir. Bat-bat atropin, hiostiamin, skopalamin alkaloidləri ilə zəngindir. Bitkinin bütün hissələri, xüsusilə toxumu zəhərlidir.
Indri niger
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.
Lui Dager
Lui Jak Mande Dager (fr. Louis Jacques Mandé Daguerre, Dagerr yazılışına da rast gəlinir; 18 noyabr 1787[…], Kormey-an-Parizi, Fransa krallığı – 10 iyul 1851[…], Bri-syur-Marn, İkinci Fransa Respublikası) — fransız rəssamı, kimyaçı və ixtiraçısı, daqerotipiya fotoqrafiya üsulunun yaradıcılarından biri. == Ədəbiyyat == Сочинение Дагера: Historique et description des precedes du daguerreotype et du diorama. P., 1839. Евгенов С.В., Дагер, Ньепс, Тальбот. Популярный очерк об изобретателях фотографии, М., 1938; Документы по истории изобретения фотографии. Переписка Ж.Н. Ньепса, Ж.М. Дагера и др. лиц, М., 1949.
Lycopus niger
Lycopus europaeus (lat. Lycopus europaeus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lycopus cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lycopus riparius Salisb.
Melanosuchus niger
Qara kayman (lat. Melanosuchus niger) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə və eyni adlı cinsə daxil olan növ. Melanosuchus cinsinin yeganə nümayəndəsi. Hal-hazırda qara kayman Boliviya, Braziliya, Kolumbiya, Ekvador, Fransa Qvianası, Qayana, Peru və ehtimal ki Venesuelada yayılmışdır. Tarixən arealı bir qədər daha geniş olmuşdur. Qara kayman tünd rəngli pullu dəriyə malikdir. Bu rəngləmə gecə ov edərkən kamuflyaj etməyə kömək edir və günnəş vannası qəbul edərkən istiliyin çəkilməsinə də kömək edir. Alt çənədə yaşlı heyvanlarda qəhvəyi rəngli boz zolaqlar var. Gənc heyvanların yan tərəflərində böyüdükcə yox olan açıq sarı və ya ağ zolaqlar vardır. Digər kaymalarda olduğu kimi, gözlər arasında yerləşən və sümüyün bir az altına uzanan sümüklü bir silsilə vardır.
Naser Şadli
Naser Şadli (Fransızca tələffüz: [nɑsɛʁ ʃadli]; 2 avqust 1989) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Belçika milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. O, peşəkar karyerasına Eerste Diviziya təmsilçilərindən olan Apeldoorn klubunda start vermişdir. 2010-cu ildə isə Tvente klubuna transfer olmuşdur. O, ilk mövsümdəcə KNVB Kubokunun qalibi olmuşdur. 2013-cü ildə Şadli Tottenhem Hotspur klubu ilə müqavilə imzalamışdır. Üç il sonra isə klub rekordu olan £13 milyon qarşılığında Vest Bromviç Albion klubuna transfer olmuşdur. Şadlinin atası Mərakeş vətəndaşıdır. O, 2010-cu ildə Mərakeş millisində debüt etmişdir. Növbəti ilə isə o, Belçika millisini təmsil etməyə başlamışdır. O, milli ilə 2014 və 2018 FİFA Dünya Kuboku turnirləri də daxil olmaqla, 51 oyunda iştirak etmişdir.
Niger (çay)
Niger (fr. Niger [niˈʒɛʁ], ing. Niger [ˈnaɪdʒər], yor. Niger, Ọya) — Qərbi Afrikada çay. Niger çayı Qvineya, Mali, Niger, Benin, Nigerya ölkələrinin ərazisindən keçir.
Niger Respublikası
Niger — rəsmi surətdə -Niger Respublikası — Qərbi Afrikada dövlət. Ölkə ərazisindən axan Niger çayının adı ilə adlanır. Niger tuareqlərin danışdıqları tamaşek dilində "Böyük çay" və ya "Çaylar çayı" deməkdir. Ölkə ərazisinin 80 %-i Saxara səhrasında yerləşir. Nigerin paytaxtı Niamey şəhəridir. Niger 7 ölkə ilə həmsərhəddir — Əlcəzair, Liviya, Çad, Nigeriya, Benin, Burkina Faso və Mali ilə. Müasir Saxara səhrasının ərazisində əlverişli rütubətli iqlim şəraiti olduğu dövrdə Nigerin sakinləri indikindən xeyli fərqlənirdi. E.ə. 8–6-cı minilliklərdə Higerdə Kiffiy mədəniyyəti mövcud olmuşdur. Kiffiy mədəniyyətinin nümayəndələri hündürboylu və möhkəm bədən quruluşuna malik idilər.
Niger deltası
Niger deltası — Nigerin cənubunda Niger çayının əmələ gətirdiyi delta. Ölkənin sıx məskunlaşılmış regionlarından biridir. Niger hökumətinin məlumatına görə vilayət 70, 000 km² ərazini əhatə edir. Region ölkənin 7,5 % ərazisini əhatə edir. Əvvəllər vilayətin ərazisinə 3 ştat daxil idi: Delta, Bayels və Riverz. Ancaq 2000-ci ildə Olusequn Obasanconun hakimiyyəti dönəmində Niger deltasına 6 ştat daxil edilir: Abia, Edo, İmo, Kross River, Akba İbon və Ondo. Delta ərazisində ümumilikdə 31 mln insan yaşayır. Bu əhali 40 etnik qrupda birləşir. Etnik baxımından İco və İqbo xalqları üstünlük təşkil edir. İl ərzində deltadan 3 mln barel neft hasil edilir.
Niger çayı
Niger (fr. Niger [niˈʒɛʁ], ing. Niger [ˈnaɪdʒər], yor. Niger, Ọya) — Qərbi Afrikada çay. Niger çayı Qvineya, Mali, Niger, Benin, Nigerya ölkələrinin ərazisindən keçir.
Niger ştatı
Niger ştatı (ing. Niger State) — Nigeriyanın Mərkəzi geosiyasi zonasında ştat. Ştatın adı onun ərazisində axan Niger çayından gəlir.
Omar Naber
Omar Naber (d. 7 iyul 1981, Lyublyana, Sloveniya) — Sloveniya müğənnisi, bəstəkarı və gitara ifaçısı. O, Sloveniyanı 2005 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin hər iki cəhdində də müsabiqənin finalına adlaya bilməmişdir. Omar Naber 7 iyul 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Lyublyana şəhərində anadan olmuşdur. Omarın atası Samir Naber İordaniyalıdır və Lyublyanada diş həkimi olaraq çalışır. Anası Alenka Naber isə Sloveniyalıdır və piano müəllimidir. Omar da hər iki valideyni kimi xristian olaraq böyümüşdür. O diş həkimliyi ixtisası üzrə təhsilini başa vurduqdan sonra öz sənətini davam etdirməmiş və musiqi ilə məşğul olmağa başlamışdır. Omar 16 yaşında ikən Lyublyana institutunun Veter xoruna qoşulmuşdur. Müsahibələrindən birində Omar onu musiqiyə ilhamlandıran ABŞ-nin punk rok qruplarından Green Day olduğunu söyləmişdir.
Pycreus niger
Qara topalaq (lat. Cyperus niger) — topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.
Raphanus niger
Qırmızı turp (lat. Raphanus sativus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin turp cinsinə aid bitki növü. Başqa kökümeyvəlilərə nisbətən çox qısa müddətdə (18-25 günə) yetişir. Həm təbabətdə, həm də müxtəlif salatların hazırlanmasında istifadə olunur. Raphanistrum gayanum Fisch. & C.A.Mey. Raphanus acanthiformis Morel ex L.Sisley Raphanus acanthiformis J.M. Morel ex Sasaki Raphanus acanthiformis var. raphanistroides (Makino) Hara Raphanus candidus Vorosch. Raphanus chinensis Mill. Raphanus gayanus (Fisch.
Threnetes niger
Threnetes niger (lat. Threnetes niger) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin saqqallı kolibri cinsinə aid heyvan növü.
Trochilus niger
Threnetes niger (lat. Threnetes niger) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin saqqallı kolibri cinsinə aid heyvan növü.
Yager Development
Yager Development GmbH — mərkəzi Berlində yerləşən Almaniya videooyun istehsalçısı . Yager 1999-cu ildə Uve Beneke, Roman Qolka, Filipp Şellbax, Timo Ulmann və Matias Vize tərəfindən təsis edilmişdir. Onlar ən yaxşı "Yager" (2003) və "Spec Ops: The Line" (2012) videooyunlarının istehsalçısı kimi tanınırlar. Studiya həmçinin "Deep Silver" ilə qismən "Dead Island 2"nin istehsalı üzərində iştirak etmişdir. Oyunun istehsal prosesinin üçüncü ilində studiya ilə şirkət arasında əməkdaşlıq dayandırılmışdır. Şirkət 2020-ci ilin fevral ayında "Tencent Holdings"dən sərmayə almış və "Tencent"ə səhmlərinin kiçik bir hissəsini vermişdir. "Yager"in məlumatına görə, "Tencent"in qoyduğu sərmayə onların hazırkı və gələcək oyunlarının inkişafına və yayımına kömək etmək məqsədi daşıyırdı. "Tencent" 2021-ci ilin iyun ayında əksər səhmləri əldə etmiş və "Yager"dəki payını artırmışdır.
Pterocarpus niger
Dalbergia nigra (lat. Dalbergia nigra) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Niger bayrağı
Niger bayrağı müasir versiyası 23 noyabr 1959-cu ildə qaldırılmış və o dövrdən etibarən istifadə olunmağa başlayan Niger dövlət bayrağıdır. Bayraq üfüqi olaraq bayrağı üç bərabər hissəyə ayıran narıncı, ağ və yaşıl rənglərdən ibarətdir. Bayrağın yuxarı hissəsində mövcud olan narıncı rəng ölkənin şimal və şərq hissəsini əhatə edən Saxara səhrasını, aşağı hissəsində olan yaşıl rəng isə ölkənin qərb və cənub hissələrini əhatə edən yaşıl dərələri simvolizə edir. Bayrağın mərkəzi hissəsində yerləşən ağ rəngli zolaq isə millətin məsumluğuna, saflığına işarədir.Ağ zolağın mərkəzində, eyni zamanda da bayrağın da düz mərkəzində yer alan narıncı rəngli günəş isə, ölkənin mümkün bir müdafiə vəziyyətində millətin bütün hüquqlarından imtina edərək vətənini müdafiə edə biləcəyini göstərir. Ölkə bayrağının rəsmi olaraq hansı nisbətlərdə olması müəyyən edilmədiyi üçün, bayraq bir çox nisbətlərdə istifadə edilir.
Niger gerbi
Niger gerbi Afrika qitəsində yerləşən ölkələrdən biri olan Niger tərəfindən hal-hazırda istifadə edilən rəsmi dövlət gerbidir. Gerbin mərkəzi hissəsində yerləşən və ağ fona sahib olan qalxanın daxilində qızıl rəngində dörd rəmz vardır. Gerbdəki simvollar arasında yer alan günəş qalxanın mərkəzi hissəsində, heraldik baxımından gerbin sağ tərəfində isə ölkədəki qaradərililəri və hausaları simvolizə edən nizə, onun üzərində diaqonal olaraq yerləşdirilmiş olan və ağdərili insanları simvolizə edən iki ədəd qılınc var, sol tərəfdə isə ölkədəki əkinçilik fəaliyyətini simvolizə edən üç ədəd darı sünbülü, aşağı hissəsində isə inək hesab edilən və ölkə daxilindəki heyvandarlığı və eyni zamanda da şimalda yaşayan köçəri icmaları simvolizə edən zebu başı yerləşdirilmişdir. Gerbin arxa tərəfində ikisi sağda və ikisi də solda olmaqla diaqonal formada yerləşdirilmiş olan nizələr qatlanmış (və ya örtülmüş) Niger bayrağı ilə göstərilir. Gerbin alt hissəsindəki ağ rəngli fonda yerləşən şüar zolağında isə ölkənin fransızca adı olan REPUBLIQUE DU NIGER (Azərbaycan dilində: Niger Respublikası) sözləri yazılmışdır.
Lupinus niger
Sarı acıpaxla (lat. Lupinus luteus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Tomas Nagel
Tomas Nagel (Neycel) (ing. Thomas Nagel; 4 iyul 1937[…], Belqrad) — amerikalı filosof, idrak, siyasət və etika fəlsəfəsinin tədqiqatçısı. O, Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü, Britaniya Akademiyasının müxbir üzvü (1988), Fransa Əxlaq və Siyasi Elmlər Akademiyasının (2017) və Oksforddakı Korpus Kristi Kollecinin fəxri üzvüdür. Nagel fəlsəfi yaradıcılığının ilk günlərindən etika, siyasi və hüquq fəlsəfəsi, metafizika, qnoseologiya və ağıl fəlsəfəsinə xüsusi diqqət yetirməklə, geniş spektrli məsələlər üzərində işləyirdi. Geniş populyarlıq Nagelə 1974-cü ildə Philosophical Review jurnalında onun "Yarasa olmaq nə deməkdir?" ("What Is It Like to Be a Bat?"), məqaləsinin nəşri ilə gəldi, həmçinin yarasa şüuru timsalında şüur ​​problemlərinə reduksionist yanaşmanı tənqid edir. Bu sensasiyalı məqalədən başqa, Nagel 62 başqa məqalə və 40-a yaxın tənqidi məqalə yazıb. "The New Republic" jurnalı Nageli "ən maraqlı Amerika filosoflarından biri" adlandırdı. Nagelin xarakterik xüsusiyyəti mürəkkəb fəlsəfi materialı əlçatan formada təqdim etmək bacarığıdır. Onun kitabı "Hər şey nə deməkdir? Yaxud rus dili də daxil olmaqla dünyanın 21 dilinə tərcümə edilmiş fəlsəfəyə çox qısa bir giriş" ən aktual fəlsəfi problemlərin demək olar ki, bütün spektrini başa düşülən və aydın şəkildə əks etdirir.
Anser anser
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.