Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hamilə
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. == Necə hamilə qalmalı == Mütəxəssislər spermanın vagina içərisində ən uzun müddət qala bildiyi pozanı hamilə qalmaq üçün ən uyğun poza olduğunu bildirirlər. Ayrıca cinsi əlaqədən sonra qadının görəcəyi tədbirlər hamilə qalmaq şansını artırır. Misyoner pozada (kişinin üstdə olduğu) münasibət zamanı və münasibət sonrasında 1saat belin altına yastıq qoyaraq uzanmaq spermlərın daha rahat və uzun müddət vaginada qalmasını təmin edir. Ancaq yastıq çox qalın olmamalıdır. Diz dirsək pozasında olan bərabərlik hamilə qalmaq üçün ən uyğun şəkildir. Belə pozada bərabərlikdən sonra arxası üstə uzanmaq və belin altına yastıq qoymaq lazımdır. Ayaq üstə, oturan formada və ya qadının üstdə olduğu pozalarda spermanın vaginadan kənara axdığı üçün hamilə qalmağa uyğun poza deyil. Geniş yayılmış poza: kişinin üstdə, qadınla üz-üzə olduğu pozadır.
Naminə
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. == Morfoloji əlamətləri == D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Nailə
Nailə — Azərbaycan adı. Nailə Bağırova — Azərbaycan iqtisadçısı və dövlət xadimi Nailə Vəlixanlı — tarix üzrə elmlər doktoru, professor Nailə Sultan (II Əbdülhəmidin qızı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Nailə Əsgərzadə — Azərbaycan əsilli Rusiya jurnalisti Nailə Mehdibəyova — Azərbaycan televiziyasının ilk diktorlarından Nailə Mirməmmədli — bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Dadaşova — kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Nailə İslamzadə — televiziya aparıcısı, Azərbaycanın əməkdar artisti (1998). Nailə Rəhimbəyli — AMEA Folklor İnstitutunun “Musiqi Folkloru” şöbəsinin müdürü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Mirzəyeva — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. Nailə İsayeva — pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, qurucu direktoru Nailə Allahverdiyeva — Rusiya art-meneceri, rəssam Nailə Musayeva — Azərbaycan Memarlıq və İnşaat Universitetində alim.
Azərbaycan naminə
Azərbaycan naminə!
Kamilə Babayeva
Kamilə Babayeva (11 avqust 1974, Bakı) — Aktrisa, teleaparıcı == Həyatı == Kamilə Babayeva 11 avqust 1974-cü ildə Bakıda anadan olub.1981-1991-ci illərdə Bakı şəhər 7 saylı Məmməd Rahim adına orta məktəbdə təhsil alıb. 1983-1990-cı illərdə 2 saylı musiqi məktəbində təhsil alıb. 1991-1993-cü illərdə BDU-nun nəzdində qızlar kollecində təhsil alıb, 1994-1998-ci illərdə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. == Karyerası == 1993-cü ildə ANS TV-də xəbər aparıcısı kimi fəaliyyət göstərib. 1994-cü ildə BMT TV-də diktor kimi fəaliyyət göstərib. 1995-ci ildə Vahid TV-də veriliş aparıcısı olub. == Filmoqrafiya == Bağ mövsümü (film, 1985) – rol: Ağabalanın qızı Acılar bitməz (film, 2009) – rol: Ayla Aramızda qalsın (film, 2011-2013) – rol: Yeganə Vəkil hanı?
Kamilə Nəbiyeva
Kamilə Nəbiyeva (25 noyabr 1991, Xanagah, İsmayıllı rayonu) — müğənni, xanəndə. == Həyatı == Kamilə Nəbiyeva 25 noyabr 1991-ci ildə İsmayıllı rayonunun Xanagah kəndində musiqiçi ailəsində doğulub. Atası Tahir Nəbiyev xanəndə olub. İlk dəfə 6 yaşından oxumağa başlayıb. İlk musiqi təhsilini atasından alıb. 1998-2007-cu illərdə İsmayıllı rayon Xanagah kənd ümumi orta məktəbdə, 2009-2012-ci illərdə Bakı Humanitar Kollecin (köhnə adı Mədəni-Maarif Texnikomu) xanəndəlik fakültəsində, 2015-2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik fakültəsində təhsil alıb. Təhsil illərində xalq artistləri Gülyaz Məmmədova və Gülyanaq Məmmədovadan dərs alıb. == Fəaliyyəti == 2011-ci ildən Azərbaycan Televiziyasının solisti kimi fəaliyyət göstərir. Beynəlxalq Muğam Mərkəzinin solistidir. == Xarici səfərləri == ABŞ, Fransa, Almaniya, Avstraliya, İsveç, İtaliya, Mərakeş və digər ölkələrdə keçrilən konsert və festivallarda Azərbaycanı təmsil edib.
Kamilə Sarıcalinskaya
Kəmalə Sarıcalinskaya — "Əməkdar Hüquqşünas", hüquq elmləri doktoru, professor. == Həyatı == 1926-cı il oktyabrın 22-də Ağdam rayonunda anadan olub. 1944–1950-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında təhsil alıb. 1967-ci ildə Moskva şəhərində namizədlik dissertasiyasını müdafıə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. BDU-nun hüquq fakültəsində fəaliyyət göstərən 12.00.08 – "Cinayət hüququ, kriminologiya və cəza-icra hüququ" və 12.00.09 – "Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat-axtarış fəaliyyəti" ixtisaslarında namizədlik dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının sədr müavinidir. Onun rəhbərliyi altında altı nəfər hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Hal-hazırda 5 nəfər tədqiqatçının dissertasiyasına elmi rəhbərlik edir. BDU-nun Hüquq fakültəsinin, Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin, AMEA İnsan hüquqları İnstitutunun, "Antinarkotizm" Beynəlxalq Elmi Analitik Mərkəzin elmi şuralarının üzvüdür. "Azərbaycan Hüquq jurnalı", "Dirçəliş- XXI əsr", "Qanun", "Antinarkotizm", "Hüquq + Gənclik" jurnallarının redaksiya heyətlərinin üzvüdür İki övladı var.
Kamilə Vəliyeva
Kamilə Abdulla qızı Vəliyeva (9 yanvar 1940, Bakı şəhəri) — dilçi alim, filologiya elmlər doktoru, tətbiqi dilçilik üzrə ilk tədqiqatçı. == Həyatı == Kamilə Abdulla qızı Vəliyeva 1940-cı il yanvarın 9-da Bakı şəhərində anadan olmuşdur. Atası – Vəliyev Abdulla Hüseyn oglu Moskva türkologiya məktəbinin yetirməsi, məşhur dialektoloq idi. Kamilə Vəliyeva Azərbaycanda tətbiqi dilçilik üzrə ilk tədqiqatçıdır. 1963-cü ildə Azərbaycan Dövlər Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1964-cü ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun məqsədli aspiranturasına daxil olmuş, 1971-ci ildə “Формальное описание синтеза азербайджанского языка” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1997-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. O, Respublika Ali Attestasiya Komissiyasının dil və ədəbiyyat üzrə ekspert şurasının üzvü olmuş, Dilçilik İnstitutunun Elmi Şurasının, Müdafiə Şurasının üzvüdür. 120-ə qədər məqalələri çap edilmişdir. O, 1971-81-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda kiçik elmi işçi, 1981-91 illərdə böyük elmi işçi olmuş, 1991-ci ildən tədqiqatı mətnlərin avtomatik işlənməsi problemlərinə həsr edilmişdir.
Kamilə Əliyeva
Kamilə Əli ağa qızı Əliyeva (8 iyun 1967, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağırış deputatı == Həyatı == Kamilə Əliyeva 1967-ci il iyunun 8-də anadan olub. Kamilə Əliyeva ali təhsilini S. Kirov adına Azərbaycan Dövlət Universitetində alıb. Kamilə Əliyeva ailəlidir. == Fəaliyyəti == Kamilə Əliyeva 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinin IV çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala-Balakən dairəsindən Milli Məclisdə mandat aldı. Kamilə Əliyeva 2015-ci il noyabrın 1-də Azərbaycan Milli Məclisinin V çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala dairəsindən Milli Məclisdə mandat aldı.
Nadilə Sultan
Nadilə Sultan (d. 30 sentyabr 1856 - ö. 18 yanvar 1882) - 31. Osmanlı padşahı I Əbdülməcidin Şayəstə Qadınəfəndidən doğulan qızıdır. == Həyatı == Bacısı Mədiha Sultanla eyni ildə dünyaya gəlmişdir. Hələ 5 yaşında ikən atası vəfat etdi və Nadilə Sultan əmisi Sultan Əbdüləzizin hərəminə alınaraq burada böyüdüldü. Gənclik illərində tüberklozdan əziyyət çəkən Nadilə Sultan 6 oktyabr 1876 tarixində Dolmabağça Sarayında Çərkəz Mehmed Paşa ilə evləndi. 18 yanvar 1876 tarixində evliliyinin 6-cı ilində hələ övladı belə olmadan vəfat etdi. Məzarı Yeni Məsciddə yerləşir. Onun ölümündən sonra Çərkəz Mehmed Paşa Sultan Əbdüləzizin qızı Əsma Sultanla evləndi.
Nazilə Səfərli
Nazilə Səfərli-Cəlilova (25 yanvar 1979, Dmanisi) — Azərbaycan şairəsi, AYİ-nın üzvü, == Həyatı == Nazilə Cəfərova (Səfərli) 1979-cu il 25 yanvar Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Orta məktəbə Bolnisi rayon Kazreti qəsəbəsi 2№-li orta məktəbdə qədəm qoyub. 1993-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşüb. Suraxanı rayonunda məskunlaşıb. 9-cu sinfi 270№-li orta məktəbdə davam etdirib. 10-11-ci sinifləri isə Xətai rayonunda 269 saylı orta məktəbdə başa vurub. Ali məktəbi Rusiyada oxuyub. Vladimir şəhər Aviamexanika institutunun hüqüq fakültəsini bitirib. Evlidir. 2 oğlu var (Nurlan və Turan).
Nazilə İsgəndərova
Nazilə Telman qızı İsgəndərova (20 sentyabr 1975, Sumqayıt) — psixoterapiya və ilahiyyat elmləri doktoru, professor, yazıçı və ictimai xadim. == Həyatı == Nazilə Telman qızı İsgəndərova 1975-ci il sentyabrın 20-də Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Ailəsi əslən Qərbi Azərbaycandandır. 1992-ci ildə Sumqayıt şəhəri 35 nömrəli orta məktəbi bitirmişdir. 1992–1997-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 2000-ci ildə din və psixoterapiya üzrə doktorantura təhsilinə Türkiyənin Mərmərə Universitetində başlamış, sonra 2011-ci ildə Kanadada Vilfrid Laurier Universitetində (Wilfrid Laurier University) davam etdirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1994-cü ildə "Millət" qəzetində jurnalist kimi başlamışdır. 2011-ci ildən Toronto Universitetinin nəzdindəki Emmaneul Kollecinin professordur. Nazilə İsgəndərova müsəlman qadınlara qarşı məişət zorakılığı mövzusunda apardığı araşdırmaya görə nüfuzlu İlahiyyat Tədqiqatları Forumu (Forum for Theological Exploration) tərəfindən mükafatlandırılmışdır. Eyni zamanda digər araşdırmalarına görə Kanada Mənəvi Danışmanlıq Assosiyasiyası (Canadian Association for Spiritual Care) və Pastoral Terapiya Cəmiyyəti (Society for Pastoral Counselling) professional və tədqiqat mərkəzlərinin mükafatlarına layiq görülmüşdür.
Qanun naminə
Qanun naminə (film, 1968) — kinorejissor Muxtar Dadaşovun lentə aldığı Azərbaycan filmi. Qanun naminə (teleserial, 2013) — rejissor Xanlar Ağayevin lentə aldığı Azərbaycan teleserialı.
Ramilə Kaşdayeva
Ramilə Kaşdayeva (qızlıq soyadı: Yusubova; doğ. 28 iyul 1987, Tbilisi, Gürcüstan SSR) — Azərbaycan paracüdoçusu, keçmiş cüdoçu, Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri. Cüdo üzrə idman ustası, 2010-cu il dünya çempionatının bürünc mükafatçısı. == Karyerası == Ramilə Kaştayeva beynəlxalq səviyyədə ilk uğurunu 2003-cü ildə qazanıb. O, Bakı şəhərində keçirilmiş yeniyetmə cüdoçuların Avropa çempionatında iştirak etmiş və 63 kq çəki dərəcəsində qızıl medal qazanmışdır.2005-ci ildə Azərbaycan çempionatında 63 kq çəki dərəcəsində ikinci yerə çıxıb.2006-cı ildə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyində ikinci yerə çıxıb.2006 və 2009-cu illərdə 23 yaşadək gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.2008-ci ildə 63 kq, 2013-cü ildə isə 70 kq çəki dərəcəsində Azərbaycan çempionu olub.2010-cu ildə Tokio şəhərində keçirilmiş dünya çempionatında bürünc medal qazanıb.2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəsini 63 kq-a qədər çəki dərəcəsində təmsil edib. İlk görüşündə türkmənistanlı Gülnar Haytbayevanı 1 vazari və 1 yuka xalı ilə məğlub edib. İkinci görüşündə cənubi koreyalı Da-Vun Younqa ippon fəndiylə məğlub olaraq mübarizəni dayandırıb.2017 İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarında iştirak edib. 1/2 final mərhələsində Özbəkistan təmsilçisi Gülruh Rəhimovanı 5 saniyəyə ippon fəndiylə üstələyib. Final görüşündə digər Azərbaycan cüdoçusu Turanə Ağayevaya ipponla qalib gələrək qızıl medala sahib olub.
Ramilə Kaştayeva
Ramilə Kaşdayeva (qızlıq soyadı: Yusubova; doğ. 28 iyul 1987, Tbilisi, Gürcüstan SSR) — Azərbaycan paracüdoçusu, keçmiş cüdoçu, Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri. Cüdo üzrə idman ustası, 2010-cu il dünya çempionatının bürünc mükafatçısı. == Karyerası == Ramilə Kaştayeva beynəlxalq səviyyədə ilk uğurunu 2003-cü ildə qazanıb. O, Bakı şəhərində keçirilmiş yeniyetmə cüdoçuların Avropa çempionatında iştirak etmiş və 63 kq çəki dərəcəsində qızıl medal qazanmışdır.2005-ci ildə Azərbaycan çempionatında 63 kq çəki dərəcəsində ikinci yerə çıxıb.2006-cı ildə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyində ikinci yerə çıxıb.2006 və 2009-cu illərdə 23 yaşadək gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.2008-ci ildə 63 kq, 2013-cü ildə isə 70 kq çəki dərəcəsində Azərbaycan çempionu olub.2010-cu ildə Tokio şəhərində keçirilmiş dünya çempionatında bürünc medal qazanıb.2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəsini 63 kq-a qədər çəki dərəcəsində təmsil edib. İlk görüşündə türkmənistanlı Gülnar Haytbayevanı 1 vazari və 1 yuka xalı ilə məğlub edib. İkinci görüşündə cənubi koreyalı Da-Vun Younqa ippon fəndiylə məğlub olaraq mübarizəni dayandırıb.2017 İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarında iştirak edib. 1/2 final mərhələsində Özbəkistan təmsilçisi Gülruh Rəhimovanı 5 saniyəyə ippon fəndiylə üstələyib. Final görüşündə digər Azərbaycan cüdoçusu Turanə Ağayevaya ipponla qalib gələrək qızıl medala sahib olub.
Ramilə Qurbanlı
Qurbanlı Ramilə Cəfər qızı (13 oktyabr 1970, Cəbrayıl rayonu) — Azərbaycanlı jurnalist-publisist, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda aparıcı məsləhətçi, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü. == Həyatı == Ramilə Qurbanlı 1970-ci il oktyabrın 13-də Cəbrayıl rayonu Maralyan kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu rus dili filologiyası ixtisası üzrə bitirib. 1994–95-ci illərdə Xızı rayonu Sitalçay orta məktəbində rus dilindən dərs deyib. Mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edib. İlk dəfə 1995-ci ildə "Ədəbiyyat qəzeti"ndən peşəkar jurnalistika fəaliyyətinə başlayıb. "7 Gün", "Gənclik – P. S", "Gün Səhər", "Üç nöqtə", "Yeni zaman" qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında müxbir və redaktor vəzifələrində çalışıb. APA internet TV–də "Mizan" adlı müəllif proqramı ilə efirə çıxıb. "33 pərdəli dram", "Leyla Bədirbəyli","Lütfəli Abdullayev", "Əliağa Ağayev", "Ələsgər Ələkbərov", "Müharibə miniatürləri" adlı kitabların müəllifidir.
Ramilə Yusubova
Ramilə Kaşdayeva (qızlıq soyadı: Yusubova; doğ. 28 iyul 1987, Tbilisi, Gürcüstan SSR) — Azərbaycan paracüdoçusu, keçmiş cüdoçu, Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri. Cüdo üzrə idman ustası, 2010-cu il dünya çempionatının bürünc mükafatçısı. == Karyerası == Ramilə Kaştayeva beynəlxalq səviyyədə ilk uğurunu 2003-cü ildə qazanıb. O, Bakı şəhərində keçirilmiş yeniyetmə cüdoçuların Avropa çempionatında iştirak etmiş və 63 kq çəki dərəcəsində qızıl medal qazanmışdır.2005-ci ildə Azərbaycan çempionatında 63 kq çəki dərəcəsində ikinci yerə çıxıb.2006-cı ildə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyində ikinci yerə çıxıb.2006 və 2009-cu illərdə 23 yaşadək gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.2008-ci ildə 63 kq, 2013-cü ildə isə 70 kq çəki dərəcəsində Azərbaycan çempionu olub.2010-cu ildə Tokio şəhərində keçirilmiş dünya çempionatında bürünc medal qazanıb.2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəsini 63 kq-a qədər çəki dərəcəsində təmsil edib. İlk görüşündə türkmənistanlı Gülnar Haytbayevanı 1 vazari və 1 yuka xalı ilə məğlub edib. İkinci görüşündə cənubi koreyalı Da-Vun Younqa ippon fəndiylə məğlub olaraq mübarizəni dayandırıb.2017 İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarında iştirak edib. 1/2 final mərhələsində Özbəkistan təmsilçisi Gülruh Rəhimovanı 5 saniyəyə ippon fəndiylə üstələyib. Final görüşündə digər Azərbaycan cüdoçusu Turanə Ağayevaya ipponla qalib gələrək qızıl medala sahib olub.
Nailə Allahverdiyeva
Nailə Allahverdiyeva (15 mart 1978, Sverdlovsk) — Rusiya art-meneceri, rəssam, Sergey Kuryöxin mükafatı laueratı == Həyatı == Nailə Allahverdiyeva 15 mart 1978-ci ildə anadan olmuş, 1999-cu ildə M. Qorki adına Ural Dövlət Universitetini bitirmişdir. 1998-ci ildə İ. Babaes, E. Krjibitski, İ. Lyapnev gənc sənətşünaslar Assosiasiyasının üzvləri ilə birlikdə Yekaterinburqda yerli bədii səhnə vasitəsilə antifeminist təbliğatı genişləndirmək məqsədilə "Setkin mühasirəsi" art-qrupunu yaratmışlar. Qrup az fəaliyyətində əsas diqqəti qadın problemləri ətrafında mərkəzləşdirməyə çalışırdı. 2003-cü ildə "Setkin mühasirəsi: qrupu ArtKlyazma festivalında iştirak etmişdir. Nailə Allahverdiyeva Perm Dizayn inkişaf Mərkəzində direktor müavini vəzifəsində çalışmış. və Perm "Teatr-Teatr" qrupunun fəaliyyətini əlaqələndirmişdir. 8 aprel 2013-cü ildə o, Sergey Kuryöxin adına mükafatla təltif edilmişdir. == Layihələri == 2005 — Klaviatur abidəsi (A. Sergeyevlə birlikdə) kurator layihəsi, Yekaterinburq 2011 — "Red People", Perm. 2012 — "Gəlinlərin siması. Qazaxıstanın müasir incəsənəti", Perm.
Nailə Bağırova
Nailə Ağadadaş qızı Bağırova (20 iyun 1939, Bakı – 21 iyul 2020, Bakı) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti (1990–1996), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1989–1990), Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi (1989), Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri (1984–1988), Azərbaycan SSR maliyyə nazirinin müavini (1983–1984), Azərbaycan SSR əməkdar iqtisadçısı. == Həyatı == Nailə Ağadadaş qızı Bağırova 20 iyun 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.Nailə Bağırova əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan SSR Maliyyə Nazirliyində katibəlikdən başlamışdır. 1961–1983-cü illərdə burada baş inspektor, sənayenin maliyyələşdirilməsi idarəsində baş iqtisadçı, idarə rəisinin müavini, idarə rəisi, 1983–1984 illərdə Azərbaycan SSR maliyyə nazirinin müavini vəzifələrində işləmişdir.1984-cü ildə Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri təyin edilən Nailə Bağırova komitə ləğv edilənədək — 1988-ci ilədək bu bu vəzifədə çalışmışdır. 1989-cu ilin yanvar ayından Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi, həmin ilin may ayından isə Azərbaycan SSR əhaliyə məişət xidməti naziri olmuşdur. 1990-cı ilin noyabr ayından Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti vəzifəsində çalışmışdır.Nailə Bağırova "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Onun adı İngiltərədə çıxan "Dünyanın işgüzar qadınları" kitabına salınmışdır.Nailə Bağırova 21 iyul 2020-ci ildə vəfat etmişdir.
Nailə Dadaşova
Dadaşova Nelli Hacı qızı (17 avqust 1947, Bakı) — Azərbaycan kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). == Həyatı == Dadaşova Nailə Hacı qızı 1947-ci ilin avqustun 17-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Bakı şəhər 26 saylı orta məktəbə daxil olub və 1965-ci ildə bitirib. 1967—72-ci illərdə M.F.Axundov adına Pedoqoji İnstitutunun filologiya fakultəsində təhsil alıb. Nailə Dadaşova 1964-cü ilin noyabrın 20-dən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının səs yazma sexində səs yazma texniki kimi işləməyə başalayıb. 1973-cü ildə isə kinostudiyanın montaj sexinə keçib. Dövrünün ən məşhur Azərbaycan filmləri üzərində işləyən Nailə Dadaşova tez bir zamanda adi montajçıdan ali dərəcəli kinemantajor rütbəsinə yüksəlib. Onlarla sənədli, bədii və cizgi filmini montaj edib. 2004-cü ildə isə təqaüdə çıxıb. 40 il iş təcrübəsi olan Nailə Dadaşova hələ də fəaliyyətini davam etdirir.
Nailə Mehdibəyova
Mehdibəyova Nailə Baxış bəy qızı (1935)—Azərbaycan televiziyasının ilk diktorlarından == Həyatı == Nailə Mehdibəyova 1935-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. Orta məktəbi bitirəndən sonra ADU-ya qəbul olmuşdu. Universitetin kimya fakültəsini tamamlayandan sonra bir müddət Azərbaycan Dövlət Televiziyasında diktor işləmişdi. Sonra Moskva şəhərinə köçüb SSRI Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində bələdçi kimi çalışmışdı. Az sonra Moskva şəhərində 74 nömrəli məktəbdə kimya fənnindən dərs deyir, göstərdiyi bilik, bacarıq, çalışqanlığa görə direktor seçilir. Nailə xanım Şamil Budaqovla ailə qurub. Lalə və Aliyə adlı qızları var.
Nailə Mirməmmədli
Nailə Mirməmmədli (23 may 1961, Bakı – 4 yanvar 2021, Bakı) — bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü. == Həyatı == Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur.1968–1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil almışdır. Nailə Mirməmmədli 1981–1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu ilə başa vurmuşdur. Təhsilini davam etdirmək məqsədilə Nailə Mirməmmədli 1994–1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) Bəstəkarlıq ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu dərəcəsi ilə başa vurmuşdur. 1994–2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən həyatın sonuna kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində dosent, baş müəllim vəzifəsində çalışıb. 2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli 4 yanvar 2021-ci ildə ürək tutmasından vəfat edib === Şəxsi həyatı === Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır. Sənətçi 2001-ci ildə atasını itirib. Bir il sonra isə 16 yaşlı oğlu dənizdə boğulub. 2007-ci ildə həyat yoldaşı və anası vəfat ediblər.Övladları: 1.
Nailə Mirzəyeva
Nailə Bəhmən qızı Mirzəyeva — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. == Həyatı == Mirzəyeva Nailə Bəhmən qızı 14 yanvar 1939-cu ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. 1966-cı ildə AMEA Zoologiya institutunun “Entomologiya” laboratoriyasının əyani aspirantı olmuş, 1971-ci ildə “Lənkəran bölgəsinin yarpaqyeyən böcəkləri” mövzusunda namizədlik dissertasiyası (Bakı), 2003-cü ildə “Azərbaycanın yarpaqyeyən böcəkləri” mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə etmişdir. 1969 - 1994-cü illərdə “Entomologiya” laboratoriyasında kiçik elmi işçi, böyük elmi işçi olmuş, 1994-cü ildən 2016-cı ilə kimi Zoologiya institutunun elmi katibi vəzifəsində çalışıb. == Elmi fəaliyyəti == Mirzəyeva Nailə Bəhmən qızı İnstitutda işlədiyi dövrdə AMEA-nın və keçmiş SSRİ EA proqramına daxil olan 10 elmi - tədqiqat mövzularının yerinə yetirilməsində iştirak etmişdir. Onlardan “Böyük Qafqaz bölgəsində meyvə və meşə ağaclarına zərərverən uzunburun böcəklərin bioekoloji xüsusiyyətləri və parazitləri”, “Lənkəran təbii vilayətində meşə ağaclarına zərərverən ksilofaq - böcəklər”, “Meyvə və meşə ağacların zərərvericilərinə qarşı bioloji mübarizədə entomofaqların arealdaxili köçürülməsi” və s. N.B.Mirzəyeva 1966-cı ildən indiyə kimi Azərbaycanın bütün bölgələrində yarpaqyeyən böcəklərin yayılmasını, müxtəlif aqrosenozlarda yarpaqyeyənlərin qida əlaqələrini, zərərverən böcəklərin bioekologiyasını, onların parazit və yırtıcılarını tədqiq edərək onlara qarşı mübarizənin elmi əsaslarını işləyib hazırlamışdır. Bu tədqiqatlar kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı mübarizədə tətbiq edilmişdir. O, 384 növün zoocoğrafiyasını, onların formalaşması yollarını araşdırmış, bir cinsi təftiş etmişdir.
Nailə Musayeva
Musayeva Nailə Fuad qızı (7 sentyabr 1957, Bakı) — Azərbaycan Memarlıq və İnşaat Universitetində "İnformasiya texnologiyaları və sistemləri" kafedrasının professoru, Texnika elmləri doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri. == Həyatı == Musayeva Nailə Fuad qızı 7 sentyabr 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun "Tətbiqi riyaziyyat" ixtisası üzrə istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olmuş, 1979-cu ildə təhsilini bitirmişdir. 1979–1983-cü illər ərzində "Azərelektroterm" istehsalat birliyində mühəndis-proqramçı vəzifəsində çalışmışdır. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun 05.13.07 — "Texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması" ixtisasına aspirant olaraq qəbul olmuşdur. 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının qərarı ilə 1994-cü ildə N.F. Musayevaya "Texniki sistemlərdə idarəetmə" ixtisası üzrə böyük elmi işçi adı verilmişdir. 1997-ci ildə Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Hesablama texnikası və istehsalat proseslərinin avtomatlaşdırılması" kafedrasının dosenti təyin olunmuşdur. 2002-ci ilin martında doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə 2003-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Nailə Nəzirova
Nelya (Nailə) Məhəmməd qızı Nəzirova — baletmeyster, rəqs quruluşçusu, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR və SSRİ dövlət mükafatları laureatı (1974, 1980). == Həyatı == 1956-cı ildə Bakı xoreoqrafiya məktəbini (Qəmər Almaszadə, Tatyana Amiraqo yetirməsi), 1969-cu ildə isə Moskvadakı GİTİS-in (Dövlət Teatr İncəsənəti İnstitutu) baletmeyster bölməsini bitirib.. Fikrət Əmirovun ölümündən sonra köçüb Fransaya və orada ermənikökənli sovet, fransız müğənnisi Jak Duvalyan ilə evlənib.
Bamiyə
Bamiyə (bitki)
Cəmilə
Cəmilə (ərəb. جميلة‎; gözəl, göyçək, cəzbedici) — qadın adı, ərəb mənşəli düzəltmə söz. Ərəbcə sözün kökü "cəmil" şəklindədir.
Damiyə
Damiyə — Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. == Toponimkası == Damiyə-Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. İrəvan quberniyasının Eçmiadzin qəzasında Dəm, Surməli qəzasında Dəmitəpə, Şarur-Dərələyəz qəzasında Dəmitəpə və Dəmibulaq. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında Dəmidaq adları ilə mənaca eynidir.
Nadiyə
Nadiyə (d. 19 iyun, 1973, Tur) fransız müğənnisi, Fransanın yüngül atletika üzrə çempionu. 2005-ci il "Victoires de la Musique" mükafatı laureatıdır. Əlcəzair ailəsində doğulmuşdur. "L'histoire en 16/9" və "Nâdiya" DVD-ləri buraxmışdı.
Nahiyə
Nahiyə — Tarixən Azərbaycan və Şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. == Tarixi == Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nayiyələrə bəylər başçılıq edirdilər.
Nargilə
Qəlyan — Orta Şərq, Qafqaz və Cənubi Asiyaya xas ənənəvi bir tütün çəkmə vasitəsi İstifadəçinin bir xortum vasitəsilə sudan keçərək süzülən tüstünü içinə çəkməsini təmin edən bir qurğudur. Qəlyanın içim şəkli və forması yüzlərlə il keçdikdən sonra daha da formlaşmışdır. Bu istifadə ənənəsi ilə sadə bir alətdən daha çoxunu ifadə edir, hətta şərq mədəniyyətinin bir parçası halına gəlmişdir. Qəlyan təməl olaraq 4 hissədən meydana gələr: Sər: Qəlyanın uzun gövdəsi. Boyun qisimi dar olmaqla birlikdə qarın qisiminə enildikcə diametri genişləyən, quruluş olaraq dolçaya bənzəyən bir parçadır. Şüşə, metal və dulusçuluqdan edilir. Lülə: Ən üstdə olan, təmbəkinin qoyulduğu dəlikli tabaq. Gümüş, düyü ya da misdən edilmiş, oymalarla bəzəkli bir mühafizə ilə çevrilidir, üzərinə köz qoyularaq lazımlı istilik təmin edilir. Marpuç: Tüstünü şüşədən alan və ağıza çatdıran hissədir. Bu hissədə istifadə edilən xortum qoyun dərisindən edilir.
Samilər
Samilər — İkiçayarasında, Mesopotomiyada yaşayan qədim xalq. == Tarixi == İkiçayarası əraziləri ən qədim insan məskənlərindən olub, insan sivilizasiyasının mərkəzi sayılır. Ərazinin cənub hissəsi bataqlıqlardan ibarət olmuş, neolit dövründə - bataqlıqlar quruduqdan sonra əhali bu yerlərə köçmüşdür. Şimal ərazilərdə məskunlaşma daha əvvəllər baş vermişdir. İkiçayarasına şərqdən və şimal-şərqdən şumerlər gəlib, qərbdən və şimal-qərbdən samilər gəlib. Qədimdə şərqdə və şimal-şərqdə türklər yaşayıb, qərbdə və şimal-qərbdə samilər. Bu vəziyyət olduğu kimi indi də davam etməkdədir. Lakin qədim akkadların samilər olduğunu hamı qəbul edir, qədim şumerlərin türk olduğuna şübhə edirlər. == Dilləri == Samilər Sami dil ailəsinə mənsub idilər.
Samirə
Samərra (ərəb. سَامَرَّاء‎ Sāmarrāʾ) — İraqda şəhər, Səlahəddin mühafəzasıın inzibati mərkəzi. Dəclə çayının sahilində yerləşir. Keçmişdə Abbasilər xilafətinin paytaxtı olmuşdur. Samərra şəhəri şiələr arasında məzhəbi əhəmiyyəti var. Bunun səbəbidə onların iki imamı Həsən Əskəri və Əliyyə-Nəqi türbələrinin orada olmasıdır. == Tarixi == Abbasilər dövründə, 892-ci ildə Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah hazırlandı və bu iqamətgah Samərra (kim görsə heyrətlənər) adlandı. Bu şəhər qədim mədəniyyət mərkəzidir ki, Übeyd mədəniyyətinin kökü sayılır. Azərbaycan xalqının qəhrəman oğlu Babək bu şəhərdə edam olundu.
Gemile
Gemile (türk. Gemile) — Türkiyənin sahilində, Fəthiyə şəhəri yaxınlığında yerləşən adadır. Adada IV və VI əsrlər arasında tikilmiş kilsələrin və tikililərin bir neçə xarabalığı yerləşir. Arxeoloqlar güman edirlər ki, ada müqəddəs Nikolay Çudotvoreçin ilkin basdırılma yeri ola bilər. == Coğrafiyası == Kiçik ada təxminən Fəthiyə şəhərindən 9 kilometr cənubda yerləşmişdir. Türkiyə sahilindən 200 metr məsafədə yerləşir. Gemile adası insan yaşamayan qayalıq adadır. Adanın şimal sahili boyunca kiçik liman yerləşir. Qalan sahil xətti qayalıqdır və sıldırımlıdır. == Görməli yerləri == Adada IV və VI əsrlər aralığında Bizans İmperiyası dövründə tikilmiş beş kilsənin xarabalıqları yerləşir.