Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vilyam
Vilyam — ad.
Nilaq
Nilaq (fars. نیلق‎ / Neyləq ) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Nilaq Kosar şəhristanının Mərkəzi bəxşinin Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 709 nəfər (kişilər: 358 nəfər - qadınlar: 351 nəfər) olmuşdur. Kənddə 143 ailə yaşayır.Kəndin əhalisi Azərbaycan türkləri dir və Azərbaycan türkçəsində danışırlar. Ərdəbildən 85 km cənub-qərbdə, Givi şəhərindən 17 km qərbdə, 37° 42' 10.18" şimal enində və 48° 11' 57.10" şərq uzunluğunda, dəniz səviyyəsindən 1395 m yüksəklikdə yerləşir. Şimaldan Nəsrava, Şimal-şərqdən Gəncah, Şimal-qərbdən Təbrizək, cənub-şərqdən Hiris, qərbdən isə Üçbulaq, Bağçacıq, Pirbidağ və Pərdəsti kəndləri ilə əhatə olunub. Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. Kənddə ibtidai və orta məktəb fəaliyyət göstərir.
Nilas
İlham
İlham — kişi adı, soyadı və təxəllüsü. İlham Axundov — İlham Əliyev (dəqiqləşdirmə) İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən). İlham Əliyev (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. İlham Əliyev (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı. İlham Əliyev (jurnalist) — jurnalist, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri. İlham Əhmədov İlham Əhmədov — Azərbaycan aktyoru, rejissor. "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəridir. İlham Əhmədov (alim) — alim, həkim. İlham Əsgərov — Azərbaycan aktyoru. İlham Həsənov — Azərbaycan Milli Qəhrəmanı İlham İsmayılov (əsgər) — şəhid İlham Məmmədli — Azərbaycan alimi, jurnalist.
Nimfa
Nimfalar ya Nimfa (yun. Νύμφη, "həddi-büluğa çatmış qız", "gənc qız"; lat. nympha) — yunan mifologiyasında təbii ruh və ya təbiət hadisələrinin qız cildində canlanmış ruhları. Nimfalar adətən təbiət qoynunda: meşələrdə, bulaqlarda, dağ və yamaclarda məskən salıb yaşayarmışlar. satirlər kimi nimfalar da yer səthində baş verən təbii hadisələrin ruhlarıdırlar. Rəvayətə görə onlar təbiət qoynunda Panın müşaiyəti ilə nəğmələr oxuyar, rəqs edər, Artemida ilə ova çıxar və Dionisin təşkil etdiyi kef məclislərində iştirak edərdilər. Hərdən insanlarla ünsiyyətə girərək qəhrəmanlarla sevişərmişlər. Dağlarda yaşayan nimfalar oreadlar, meşə və ağaclarda məskən salmış nimfalara diriadlar və hamadriadlar, bulaqlarda yaşayan nimfalara nayadalar və dəniz nimfaları isə nereidalar adlandırılır. Təbiət gözəlliklərinin tərənnümçüləri olan nimfalar incəsənət əsərlərində bənzərsiz dağınıq saçlara malik rəqs edən, nəğmə oxuyan və çələng toxuyan, bəzən yarı çılpaq gözəl qadın simasında təsvir edilirlər.
Alonso Uilyam
Alonso Uilyam (ing. William Alonso, 29 yanvar 1933, Buenos-Ayres – 11 fevral 1999, Boston) — amerikalı iqtisadçı, Alonso modelinin müəllifi. == Həyatı == Buenos-Ayresdə anadan olub.1946-cı ildə Peron rejimi dövründə atası Harvarda təyin edilmiş aparıcı ispan filoloqu Amada Alonso ilə birlikdə ABŞ-yə köçüb. 1954-cü ildə Harvardda memarlıq üzrə bakalavr,1956-cı ildə Harvard Dövlət İdarəçilik İnstitutunda şəhərsalma üzrə magistr dərəcəsi,1960-cı ildə Pensilvaniya Universitetində region şunaslıq üzrə doktorluq dərəcəsi almışdır.1960–1961-ci illərdə Alonso İndoneziyanın Bandunq Texnologiya İnstitutunda regional və şəhərsalma kafedrasında müəllim və direktor kimi çalışıb. 1962-ci ildə Venesuela Mərkəzi Universitetində qonaq mühazirəçi kimi çalışmışdır. 1963–1965-ci illərdə Harvard Universitetində Şəhər Araşdırmaları Mərkəzinin direktoru olub. Alonso həmçinin Yale, Kaliforniya, Berkli və Stanford Universitetlərində çalışıb. 1964-cü ildə o, "Məkan və torpaqdan istifadə" kitabını nəşr etdi və burada şəhər mühitində torpaq rentasının formalaşmasına, modelləşdirilmiş yanaşmanı müəyyən etdi. Onun modeli şəhər iqtisadiyyatının sütunlarından birinə çevrildi. 1976-cı ildə Harvard Universitetində Əhali Araşdırmaları Mərkəzinin direktoru oldu.
Kral-Vilyam
Kral-Vilyam (ing. King William Island, Eskimos dili ᕿᑭᖅᑕᖅ Kikerktak) — Kanada Arktik arxipelaqına aid ada. == Coğrafiyası == Kanadanın şimalında materik hissəsinə yaxın yerləşir. Sahəsi 13 111 km², sahil xətdinin uzunluğu 1289 km təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 61-ci, Kanadada isə 15-ci yeri tutur. Maksimal ölçüsü 155–120 kilometrdir. Adeleyd yarımadasından şimalda yarləşir və onu Simpson boğazı (3,5 km) ayırır. Şimal, Şimal-şərdə Buthia yarımadası yerləşir və Rey və Ceyms-Ross boğazları ayırır. Qərbdə Viktoriya (ada)sından onu Viktoriya (boğaz) ayırır. Cənub qərbində onun sahillərini Kuin Mod körfəzi yuyur.
Samner Uilyam
Samner Vilyam (ing. William Graham Sumner;d.30 oktyabr, 1840 – ö. 12 aprel, 1910) — Amerikan sosioloqu, Uel universitetinin professoru Samner Vilyam 1840-cı ilin 30 oktyabrında Amerika Birləşmiş Ştatlarının New-Cersi ştatında anadan olub . Atası Thomas Samner, 1836-cı ildə İngiltərədən ABŞ-yə gəldi və ingilis mənşəli olan Sarah Graham ilə evləndi. Samner 1863-cü ildə Uel Texnikumunda təhsilini başa çatdırdı və həmin ilin yayında Avropaya getdi. O, fransız və İvrit dillərini mənimsədi. 1866-cı ildə Samner, Uel Universitetində tələbələrin qrup lideri seçildi və həmin ilin sentyabr ayında o öz vəzifələrinə başladı. 1870 Sentyabr −1872 oktyabr tarixlərində Nyu-Cersi Saviour Kilsəsinin rektoru olmuşdur. 1872-ci ildə Uel Universitetinin Siyasi və İctimai Elmlər Professoru seçildi. Samner Vilyam 1910-cu ilin 12 aprelində Amerika Birləşmiş Ştatlarının New-Cersi ştatında vəfat etmişdir.
Samner Vilyam
Samner Vilyam (ing. William Graham Sumner;d.30 oktyabr, 1840 – ö. 12 aprel, 1910) — Amerikan sosioloqu, Uel universitetinin professoru Samner Vilyam 1840-cı ilin 30 oktyabrında Amerika Birləşmiş Ştatlarının New-Cersi ştatında anadan olub . Atası Thomas Samner, 1836-cı ildə İngiltərədən ABŞ-yə gəldi və ingilis mənşəli olan Sarah Graham ilə evləndi. Samner 1863-cü ildə Uel Texnikumunda təhsilini başa çatdırdı və həmin ilin yayında Avropaya getdi. O, fransız və İvrit dillərini mənimsədi. 1866-cı ildə Samner, Uel Universitetində tələbələrin qrup lideri seçildi və həmin ilin sentyabr ayında o öz vəzifələrinə başladı. 1870 Sentyabr −1872 oktyabr tarixlərində Nyu-Cersi Saviour Kilsəsinin rektoru olmuşdur. 1872-ci ildə Uel Universitetinin Siyasi və İctimai Elmlər Professoru seçildi. Samner Vilyam 1910-cu ilin 12 aprelində Amerika Birləşmiş Ştatlarının New-Cersi ştatında vəfat etmişdir.
Vilyam Ruto
Vilyam Ruto (21 dekabr 1966, Kamaqut[d], Keniya) — Keniya siyasətçisi, fəalı, 2022-ci ildən Keniya Prezidenti. O, Birləşmiş Demokratik Alyans Partiyasının təsisçisidir. Vilyam Ruto 21 dekabr 1966-cı ildə Keniyanın Kamaqut kəndində anadan olmuşdur. O, yerli ibtidai məktəbi bitirmişdir. Ruto 1980-ci illərin əvvəllərində Nayrobi Universitetində biologiya ixtisası üzrə təhsil almış və aktivizm işləri ilə məşğul olmuşdur. Vilyam Ruto 1992-ci il seçkilərində Daniel Arap Moinin yenidən seçilməsi üçün kampaniya aparmış, daha sonra Keniya Parlamentinin bəzi üzvlərinin köməkçisi kimi çalışmışdır. O, 1997-ci ildə ilk dəfə Keniya Parlamentinə seçilmişdir. Ruto 2007-ci il prezident seçkilərində Narıncı Hərəkat adından iştirak etməyi planlaşdırırdı. O, partiya praymerizində 368 səslə üçüncü yeri tutmuşdur. Ruto 2012-ci ildən Keniya hökumətində nazir vəzifələrində çalışmışdır.
Vilyam Saroyan
Vilyam Saroyan (erm. Վիլյամ Սարոյան, ing. William Saroyan; 31 avqust 1908[…], Fresno, Kaliforniya – 18 may 1981[…], Fresno, Kaliforniya) — erməni əsilli Amerikalı yazıçı. Vilyam Saroyan qısa hekayələri ilə məşhurdur. Yazdığı qısa hekayələr ilə böyük uğur qazanan Saroyan 1940-cı ildə Dram üzrə Pulitser mükafatı, 1943-cü ildə isə ən yaxşı hekayəyə görə Oskar mükafatı almışdır. Vilyam Saroyan 1908-ci ilin 31 avqust tarixində ABŞ-nin Kaliforniya ştatında yerləşən Fresno şəhərində anadan olmuşdur. Ailəsi Türkiyənin Bitlis ilindən Amerikaya mühacirət etmiş Osmanlı ermənilərindən idi. Saroyanın rahib olan atası 1911-ci ildə vəfat etməsi maddi baxımdan çətin vəziyyətdə olan ailənin durumunu daha da ağırlaşdırır. Anası onu və digər üç qardaşını yetimxanaya göndərməyə məcbur olur. Yetimxanada qardaşları ilə birlikdə beş il qaldıqdan sonra qardaşlar Fresno şəhərinə analarının yanına qayıdılar.
Vilyam Sivard
Vilyam Sivard (ing. William H. Seward) - Amerika Birləşmiş Ştatlarının XXIV Xarici İşlər Naziri, senator və keçmiş Nyu-York meri. Vilyam Sivardın dövlət orqanlarında xidmətə başlaması Avraam Linkolnun prezident seçilməsindən sonra baş vermişdir. Yüksək vəzifələrdə təmsil olunan Sivard, Linkolnun öldürülməsindən sonrada Endrü Consonun dövründə öz vəzifəsində saxlanılmışdır. Sivard quldarlığa qarşı olan fikirləri ilə tanınırdı, ABŞ Vətəndaş müharibəsi dövründə ABŞ-nin qalib gəlməsində böyük rolu olan Sivard abolisionizm hərəkatını hər zaman dəstəkləmişdir. 15 aprel 1865-ci ildə Avraam Linkolna sui-qəsd təşkil edilən axşam, Con Uilks But dövlətin xariçi işlər naziri və cənublular tərəfindən sevilməyən Sivarda qarşısda sui-qəsd planı təşkil etmişdir. Plana əsasən Sivardın qəstçilər Sivardın malikanəsinə gecə vaxtı daxil olmalı və onu boğaraq öldürməli idilər. Ancaq ev xidmətçisinin səsə oyanması və hayküy salması nəticəsində plan baş tutmamışdır. Vilyam Sivard ABŞ tarixinə Alyaska ştatını satın almaqla daxil olmuşdur. 1867-ci ildə Rusiya imperiyası ilə 7.2 milyon dollara imzalanan müqaviləyə əsasən Alyaska ABŞ-nin nəzarətinə keçirdi.
Vilyam Smit
Vilyam Smit (ing. William Smith; 23 mart 1769 — 28 avqust 1839) — 1815-ci ildə ilk regional geoloji xəritəni yaradan Böyük Britaniya geoloqu, paleontoloq. Vilyam Smit Oksfordşir qraflığında Con və Anna Smitlərin ailəsində anadan olmuşdur. Ailədə ondan balaca olan iki qardaşı - Daniel və Con və bacısı Elizabet var idi. Elizabetin oğlu Con Fillips Oksford universitetinin geologiya üzrə professoru olmuşdur. Atası Kuznets sətəlcəmdən vəfat edəndə Vilyam Smitin 8 yaşı vardı. Onun tərbiyəsi ilə dayısı Vilyam məşğul olmuşdur. Vilyam Smit ibtidai təhsilini kənd məktəbində almışdı. sonrakı təhsilini o, müstəqil şəkildə almışdır. Hələ uşaqlıq illərində Vilyam yaşayış yerinə yaxın ətraf ərazilərdə dəniz molyuskaları və dəniz kirpiləri ilə maraqlanmış və onların daşlaşmış qalıqlarını toplamağa başlamışdır..
Uilyam Vordsvort
Uilyam Vordsvort (7 aprel 1770[…] – 23 aprel 1850[…]) — ingilis romantik şairi. Samuel Teylor Koldric ilə birlikdə "Lirik balladalar"ın (1798) birgə nəşri ilə ingilis ədəbiyyatında romantizm dövrünün başlamasında rol oynayan şəxs kimi qəbul edilir. Vordsvortun maqnum əsəri, ümumiyyətlə, erkən illərinə aid yarı avtobioqrafik bir şeir olan və bir neçə dəfə yenidən işləyib genişləndirdiyi Prelüd olaraq qəbul olunur. Ümumilikdə "Koleric üçün şeir" kimi tanınan Prelüd, ölümündən sonra həyat yoldaşı tərəfindən adlandırılmışı və nəşr olunmuşdur. Vordsvort ən çox təbiətin gözəlliyini və gücünü, insan təxəyyülünü tərənnüm edən poeziyası ilə tanınır. Ən məşhur əsərlərinə "Tintern Abbey", "The Prelude" və "Ode: Intimations of Immortality" daxildir. Poeziyasından əlavə, Vordsvort həm də tənqidçi, esseist və siyasi fəal idi. O, Samuel Taylor Koldricin yaxın dostu idi və məşhur "Lirik balladalar" şeirlər toplusunda əməkdaşlıq edirdi.
Vilyam Nordhaus
Vilyam Nordhaus (ing. William D. Nordhaus; 31 may 1941, Albukerke, Nyu-Meksiko) — ABŞ iqtisadçısı. O, 2018-ci ildə İqtisadiyyat üzrə "Nobel" mükafatına layiq görülmüşdür. Nordhaus iqlim dəyişikliyinin uzunmüddətli makroiqtisadi təhlilə inteqrasiyasındakı fəaliyyətinə, eləcə də ətraf mühitin iqtisadiyyatı sahəsinə verdiyi qabaqcıl töhfələrə görə tanınır. Nordhaus 1941-ci ildə ABŞ-da, Nyu-Meksiko ştatının Albukerke şəhərində anadan olmuşdur. Onun valideynləri XIX əsrdə Santa-Fe yolu bölgəsinə köçən almaniyalı yəhudi mühacirlər idi. O, Yel Universitetində təhsil almış və hamısı iqtisadiyyat üzrə olmaqla 1963-cü ildə bakalavr dərəcəsi, 1966-cı ildə magistr dərəcəsi və 1967-ci ildə fəlsəfə doktoru dərəcəsi əldə etmişdir. Nordhaus 1967-ci ildə Yel Universitetində dərs deməyə başlamış və o vaxtdan bəri orada fəaliyyət göstərmişdir. Nordhaus 20-dən çox kitabın müəllifi və ya redaktorudur. O, iqlim dəyişikliyi iqtisadiyyatı ilə bağlı fəaliyyəti, o cümlədən Dinamik İnteqrasiya olunmuş İqlim İqtisadiyyatı (Dİİİ) modelinin inkişafı ilə tanınır.
Vilyam Okkam
Vilyam Okkam və ya Uilyam Okkam (ən tezi 1287 və ən geci 1288 – 9 aprel 1349, Münxen, Bavariya hersoqluğu[d]) — məntiq alimi, filosof və ilahiyyatçı. Vilyam Okkam 1285-ci ildə (AD) Londonun cənubundakı Surreydə (İngiltərə) Okkam kəndində anadan olmuşdur. O, çox güman ki, Skotun rəqsinin tələbəsi idi. Okkam bir müddət Parisdə dərs deyirdi və kilsə ilə hökumət arasında davam edən mübarizədə millətçiliyin tərəfdarı oldu və nəticədə kilsə ondan narazı qaldı və Bavariya hökmdarına sığınmağa məcbur oldu. Uilyam Okkam XIV əsrin ən məşhur filosof idi, əslində sxolastik fəlsəfə dövrü Okkamla bitir. O İngiltərədə doğulub, Oksford universitetində oxuyub və dərs demişdir, fransiskanlar ordeninə daxil olub, papalığa qarşı mübarizədə fəal iştirak etmişdir. 1324-cü ildə bidətçilikdə ittiham edilir və Avinyonda həbsə alınır, sonradan Münhenə qaçmış, orada 1349-cu ildə vəbadan ölmüşdür. O dövləti papanın nüfuzundan müdafiə etmişdir. Filosof olaraq o, belə hesab edirdi ki, teologiya (ilahiyyat) elm deyil, fəlsəfə və həqiqi elmlər dinin təsirindən azad olmalıdır. Bilik inamdan ayrılmalıdır.
Vilyam Kolbi
Vilyam İqan Kolbi (ing. William Egan Colby; 4 yanvar 1920, Sent-Pol, Minnesota, ABŞ – 27 aprel 1996, Rock Point[d], Merilend) — ABŞ dövlət xadimi və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru (1973–1976). Vilyam Kolbi iki dəfə evlənmişdir. İlk dəfə 1945-ci ildə Barbara Heynzen ilə evlənən Kolbinin bu evlilikdən beş övladı var idi. 1984-cü ildə Kolbi Barbaradan boşanmışdı. O, Salli Şelton-Kolbi ilə evlənmişdir. Colby, William. Intelligence and the press: Address to the Associated Press annual meeting by William E. Colby on Monday, 7 April 1975. CIA (1975). 1975.
Vilyam Vestmorlend
Vilyam Çayldz Vestmorlend (ing. William Childs Westmoreland; 26 mart 1914[…], Spartanberq[d], Cənubi Karolina – 18 iyul 2005 və ya 19 iyul 2005, Çarlston, Cənubi Karolina) — ABŞ hərbi lideri və generalı. O, müxtəlif vaxtlarda Vyetnamdakı ABŞ qüvvələrinin baş komandanı və ABŞ ordusunun qərargah rəisi vəzifələrində çalışmışdır. Vyetnam müharibəsi zamanı ABŞ-nin əsas hərbi xadimlərindən biri kimi şöhrət qazanmışdır. Vilyam Vestmorlend həyatının son illərini veteran işlərində fəal iştirak edərək keçirmişdi. O, 18 iyul 2005-ci ildə həyat yoldaşı ilə birlikdə olduğu Cənubi Karolina ştatının Çarlston şəhərindəki qocalar evində vəfat etmişdir.
Vilyam Kidd
Vilyam Kidd (ing. William Kidd; 1645, Dandi, Şotlandiya – 23 may 1701[…]), kapitan Vilyam Kidd və ya sadəcə kapitan Kidd kimi də tanınır — Şotlandiya kaperi. Onun erkən həyatı ilə bağlı ziddiyyətli hesablar var, lakin onun Dandidə anadan lolduğu güman edilir. Kidd sonradan Nyu-Yorkda məskunlaşmışdır. Kidd 1690-cı ilə qədər Şimali Amerikada və Vest-Hinddə İngiltərənin maraqlarını qorumaq üçün təyin edilmiş yüksək müvəffəqiyyətli kaper olmuşdur. Kidd 1695-ci ildə Hind okeanında dəniz quldurlarını və düşmən fransız gəmilərini ovlamaq üçün Nyu-York, Massaçusets körfəzi və Nyu-Hempşirin qubernatoru Riçard Kutdan kral tapşırığı almışdır. Səyahətində bir çox hədəf tapa bilməmiş, ekipajının çox hissəsini itirmiş və qiyam təhlükəsi ilə üzləşmişdir. İngiltərədəki siyasi mühit ona qarşı çevrilmiş və Kidd pirat kimi qınanmışdır. Kidd Bostona qayıtdıqdan sonra Bellomont onun həbsi üçün hazırlıqlar aparmış və onu Londonda məhkəmə qarşısına çıxarmağa göndərmişdir. Kidd günahkar bilinərək 1701-ci ildə asılmışdır.
Con Viliam
Con Viliam — (25 iyun 1811 - 17 avqust 1893) Amerikalı rəssam. == Həyatı == O, Nyu-Yorkda anadan olub. Viliam və Durand yaxın dost olub. Onlar 1830-cu illərdə Nyu-Yorkda qravüraçı kimi bərabər işləyiblər. Dostu Durandın sayəsində onun rəssamlığa marağı artıb və rəssamlıqla yaxından maraqlanıb. == Ailə həyatı == 1867-ci ildə o, Nyu-Hempşirin Tamvorst şəhərində Helen M. Havord ilə evlənib. Onların (1867-1939) bir oğlu olub. Viliam 1893-cü ildə Nyu-Yorkun Saratoqa-Sprinqs şəhərində vəfat edib.
Uilyam Lipskomb
Uilyam Lipskomb (ing. William Nann Lipscomb; 9 dekabr 1919[…], Klivlend, Ohayo – 14 aprel 2011[…], Kembric, Massaçusets) – Amerika kimyaçısı, Nobel mükafatı laureatı. Əsas tədqiqatları nüvə maqnit rezonansı, nəzəri kimya, bor kimyası və biokimya üzrə olub. U. Lipskomb Ohayo ştatının Klivlend şəhərində 1919-cu ildə anadan olub. 1920-ci ildə ailəsi Kentukki ştatının Leksinqton şəhərinə köçdü, 1941-ci ildə Kentukki Universitetində kimya üzrə bakalavr dərəcəsi alana qədər burada yaşadı. 1946-cı ilə qədər Kaliforniya Texnologiya İnstitutunda kimya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. 1946–1959-cu illərdə Minnesota Universitetində dərs demişdir. 1959–1990-cı illərdə Harvard Universitetində kimya professoru, 1990-cı ildən isə fəxri professoru olmuşdur. U. Lipskomb 1944-cü ildən 1983-cü ilə qədər Meri Adele Sargentlə evli idi. Onların üç övladı var idi, onlardan biri cəmi bir neçə saat yaşamışdı.
Uilyam Noulz
Uilyam Noulz — (ing. William Knowles) 1 iyun 1917 il, Taunton, Massachusetts, ABŞ — 13 iyun 2012 il, Chesterfield, Missuri, USA- amerikalı biokimyaçı, Noyori Ryodzi ilə birlikdə 2001-ci il kimya üzrə Nobel mükafatı laureatı və Barri Şarpless ilə "əczaçılıq sənayesində istifadə edilən tədqiqatlar üçün — redoks reaksiyaları üçün xiral katalizatorların yaradılması" üzrə mükafat almışdır. ABŞ Milli Elmlər Akademiyasının üzvü (2004). U. Noulz Massaçusets ştatının Şeffild şəhərindəki Berkşire məktəbində oxuyub. Tədrisdə öz sinfinə rəhbərlik edirdi və məzun olduqdan sonra Harvard Universitetinə qəbul olundu. Kollecə daxil olmaq üçün çox gənc olduğunu hiss edən Uilyam Noulz, Massaçusets ştatının Andover şəhərindəki Fillips Akademiyasında bir il keçirdi. İlin sonunda o, kimya üzrə ilk mükafatını — 50 dollarlıq Boylston Məktəb Mükafatını aldı. Bir illik hazırlıq məktəbindən sonra U. Noulz, üzvi kimyada konsentrasiya ilə kimya ixtisası üzrə təhsil aldığı Harvardda oxudu. 1939-cu ildə bakalavr dərəcəsini aldı və Kolumbiya Universitetində aspiranturaya daxil oldu. 1986-cı ildə təqaüdə çıxdıqdan sonra Uilyam Noulz Sent-Luis şəhərinin ətrafı olan Missuri ştatının Çesterfild şəhərində yaşadı.
Vilyam Eşbi
Vilyam Ross Eşbi (ing. William Ross Ashby;; 6 sentyabr 1903, London – 15 noyabr 1972) — ingilis psixiatrı, kibernetika mütəxəssisi, mürəkkəb sistemlərin öyrənilməsində qabaqcıl. Kembric Universitetini bitirib. 1930-cu ildən psixiatr işləyib. 1947-ci ildən 1959-cu ilə qədər Ashby İngiltərənin Qloster şəhərindəki Barnwood House Xəstəxanasında tədqiqat direktoru olub. 1959–1960-cı illərdə Bristolda Burden Nevroloji İnstitutunun direktoru olub. 1960-cı ildən — İllinoys Universitetinin Elektrik Mühəndisliyi Departamentinin Kibernetika və Psixiatriya professoru (Ərbana, ABŞ). 1971-ci ildə Kral Psixiatriya Kollecinin üzvü oldu. Ashby homeostatı icad etdi (1948) və özünütəşkilat anlayışını təqdim etdi. O, onun adını daşıyan tələb olunan müxtəliflik haqqında qanunu (Eşbi qanunu) tərtib etmişdir: "nəzarət o zaman təmin edilə bilər ki, menecerin vasitələrinin müxtəlifliyi (bu halda bütün idarəetmə sistemi) ən azı vəziyyətin müxtəlifliyindən az olmasın.
Vilyam Katonivere
Vilyam Maivalili Katonivere (ing. Wiliame Maivalili Katonivere; 20 aprel 1964, Suva) — 2021-ci ildən etibarən Fici Prezidenti vəzifəsində xidmət edən siyasətçi.
Uilyam Mörner
Uilyam Mörner (24 iyun 1953) — amerikalı kimyaçı və Stenford Universitetində kimya və tətbiqi kimya professoru. Kimya üzrə fəlsəfə doktoru (Kornell Universiteti, 1982-ci il), 2014-cü ildə kimya üzrə Nobel mükafatı laureatlarından biri (flüoresan mikroskopiyasının inkişafına görə). ABŞ Milli Elmlər Akademiyasının üzvü (2007 il). == Karyerası == Uilyam Mörner Kaliforniyanın San Xose şəhərindəki IBM Almaden Tədqiqat Mərkəzində 1981-1988-ci illər arasında tədqiqatçı alim, 1988-1989-cu illər arasında menecer və 1989-1995-ci illər arasında layihə meneceri kimi fəaliyyət göstərmişdir. ETH Sürixdə Fiziki Kimya üzrə dəvətli professor kimi təyin olunduqdan sonra (1993-1994-cü illərdə), o, 1995-1998-ci illər arasında San-Dieqodakı Kaliforniya Universitetinin Kimya və Biokimya Departamentində Fiziki Kimya üzrə Fəxri Kafedrada işləmişdir. 1997-ci ildə Harvard Universitetində Robert Börns Vudvordun dəvəti ilə professor vəzifəsinə təyin edilmişdir. Onun tədqiqat qrupu 1998-ci ildə Stenford Universitetinə köçürülmüş və burada kimya professoru (1998-ci il), Harri S.Moşer professoru (2003- cü il) və Tətbiqi Fizika Professoru (2005-ci il) olmuşdur. U.Mörner 2011-2014-cü illərdə Kimya kafedrasının müdiri vəzifəsinə təyin edilib. Onun növbəti tədqiqat maraqları və tədqiqat sahələrinə aşağıdakılar daxildir: tək molekullu spektroskopiya və super rezolyusiyaya malik mikroskopiya, fiziki kimya, kimyəvi fizika, biofizika, nanohissəciklərin tutulması, nanofotonika, fotorefraksiya polimerləri və spektral dəliklərin yandırılması. 2014-cü ilin may ayına olan məlumata görə, U.Mörner Stenford magistr tələbələri tərəfindən yazılmış 26 dissertasiyanın rəhbəri kimi siyahıya alınmışdır.