Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hippi
Hippi — 1960-cı illərdə Amerika Birləşmiş Ştatlarında başlayan və digər ölkələrə yayılan cərəyana məxsus şəxs. Hippilərin narkotik maddələrdən istifadə, cinsi azadlıq və qadın hüquqları barədə özlərinəməxsus yanaşmaları var. == Mahiyyəti == Hippi həyat tərzi, əslində, bugünkü mütləq rədd etmənin təməllərini atan bir hərəkatdır. Dünyanın bütün bitki, heyvan və insanlara aid olduğunu qəbul edən apolitik bir yanaşmadır. Özlərinə əsla sərhəd qoymayan, var olan bütün qaydaları rədd edən, komu həyatını müdafiə edən azad bir hərəkatdır. 1960-cı illərdə dövrün kommunist və faşist idealogiyalarına qarşı çıxan, azadlığın fərdin öz içində olduğunu müdafiə edən, lakin anarxist düşüncə tərzindən ayrılan, düşüncə formasının gerçək həyata çevrildiyi bir həyat tərzidir. Bundan əlavə, hippi tərzi müasir dövrdə moda cərəyanıdır. Hippiliyi bir axın olaraq analiz edən psixoanalist Erik Fromm hippilyi gəlmiş-keçmiş ən təsirli hərəkat olaraq qəbul edir. Çünki "çiçək uşaqları" azad sevginin, sülhsevərliyin bütün tələblərini yerinə yetirərək, inandıqlarını yaşamaqdan heç bir zaman çəkinməmiş və ümumi əxlaqın bütün təzyiqlərinə qarşı çıxaraq, bu alternativ həyat tərzini davam etdirməyi bacarmışdılar. == Etimologiyası və tarixi == Hippi sözü ABŞ-də 1960-cı illərin ortalarında meydana çıxmışdır.
Nikpey
Nikpey — İranın Zəncan ostanının Zəncan şəhristanının Zəncanrud bəxşində şəhər, Zəncanrud bəxşinin inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 427 nəfər və 119 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Nikpey şəhər statusunu 2011-ci ildə alıb. Şəhər öz qədim karvansarası ilə tanınır.
Nippon
Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 və ya Nihon-koku, "Yaponiya dövləti") — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır. Yaponiya 14.125 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir. Aparılmış arxeoloji qazıntı işləri Yaponiyanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir.
Nippur
Nippur (indiki Niffer və ya Nuffar) — İraqın cənub-şərq hissəsindəki qədim şəhərdir. Dövlət mərkəzi olmasa da, Mesopotamiyanın dini həyatında həlledici rol oynamışdır. Şumer əfsanələrinə görə Tanrı Enlil (Akkad dilində Bel) bu şəhərdə yaşayırdı. Nippurda yığışan tanrılar məclisinin qərarları barədə insanlara məlumat verən Enlil eyni zamanda gücün də nümayəndəsi hesab edilirdi. Başqa bir inanca görə, Enlil insanı Nippurda yaratmışdır. Ölkəni fəth edən hər bir padşah Enlilin müqəddəs idarəetmə gücünə sahib olmaq üçün mərasimlər keçirərək özünə xeyir-dua verməyə çalışardı. Buna görə, Mesopotamiyanı, hansı sülalənin idarə etməsindən asılı olmayaraq Nippur və şəhərdəki Enlil Məbədi öz müqəddəsliyini qoruyurdu. Amerikalı mütəxəssislər Mesopotamiyada ilk arxeoloji qazıntılarını 1889-1900-cü illər arasında Nippurda apardılar; 1948-ci ildə bu işə yenidən qayıtdılar. Şumer lövhələri şəhərin şərqindən tapıldığı üçün bu bölgə katiblərin məhəlləsi adlandırıldı. Nippur qazıntıları Şumer yazıları haqqında əsas məlumat mənbəyinə çevrildi.
Allen Uippl
Allen Uippl, Allen Oldfader Uippl (ing. Allen Oldfather Whipple ) — ABŞ cərrahı. İlk dəfə mədəaltı vəzin xərçənginin cərrahi yolla müalicə metodunu işləmişdir. Onun şərəfinə həmin əməliyyat Uippl proseduru adlandırılır.Allen Uippl 2 sentyabr 1881 ci ildə Cənubi Azərbaycanin Urmiyə şəhərindən missiyoer ailəsində doğulmuş, 6 aprel 1963 cü ildə Nyu Cersi ştatının Prinston şəhərində vəfat etmişdir.
Cervus nippon
Xallı maral (lat. Cervus nippon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Xallı maral Şərqi Asiyanın-Rusiyanın dənizqırağından şimali Vyetnama və Yaponiyada yayılmışdır. Bu ərazilərdə təxminən 10 yarımnövü yaşayır. Hal hazırda Xallı Marallara İngiltərədə, Yeni Zellandiyada rast gəlmək olur. Erkəklərinin buynuzu 80 santimetrə çatır. Xallı Maralların çəkisi 80-130 kiloqrama çatır. Uzaq Şərqdə xallı Marallar enliyarpaq palıd meşələrində yaşayır. Onların hamiləlik dövrü 7.5 ay çəkir. Xallı marallar bir bala doğurlar.
Elisli Gippi
Hippias (yun. Ἱππίας m. ö.460 — 400) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndəsi, Sokratın çağdaşı. Riyazi əyrinin (quadratrix) yaradıcısı. Yunanıstanın bütün şəhərlərində, xüsusən Afinada dərs deyən Hippias fenomenal yaddaşa sahib idi və dövrünün bütün elmlərini dərindən bilirdi. Bu səbəbdən Poliqistor ləqəbini qazanmışdı. O dövrdə məlum olan bütün ədəbiyyat növlərində qələmini sınamış, ilk dialoq yazmağa da cəhd etmişdir. Platonun iki dialoqu ("Hippias Major" (Dahi Hippias) və "Hippias Minor" (Kiçik Hippias)) onun adını daşıyır. Həmçinin Platonun "Protaqor" dialoqunda aparıcı obrazlardan biridir. Universal biliyə malik Hippias poeziya, qrammatika, tarix, siyasət, arxeologiya, riyaziyyat və astronomiya üzrə mühazirələr demişdir.
Leonard Nimoy
Leonard Nimoy (ing. Leonard Simon Nimoy; 26 mart 1931[…] – 27 fevral 2015[…], Bel-Eyr, Los-Anceles, ABŞ) — ABŞ aktyoru. "Star Trek" teleserialında Spok personajının ifası ilə məşhurlaşmışdı. == Həyatı == Leonard Simon Nimoy 26 mart 1931-ci ildə Massaçusetsin Boston şəhərində Ukraynanın İziaslav şəhərindən olan yəhudi mühacirlərin ailəsində anadan olub.
Nippon (dəqiqləşdirmə)
Nippon Nippon (albom) — Musiqi albomu.
Nippon dioskoreyası
Nippon dioskoreyası (lat. Dioscorea nipponica) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinin dioskoreya cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ikievli ot bitkisi — lian olub, gövdəsinin uzunluğu 4 m-ə qədər, kökümsovları isə üfüqi, 2-3 sm diametrlidir. Çiçəkləri qəhvəyi-qonur olmaqla, kökləri sərtdir. Yarpaqlarının uzunluğu 6-12 sm, növbəli, saplağı geniş yumurtaşəkilli, ürəkvari əsasa malik olmaqla, 3-7 pərlidir. Yarpaqları dəricikli və qövsşəkilli damarlanmaya malikdir. Çiçəkləri bircinsli, ikievli, kiçik, tutqun-yaşıl rənglidir. 3-7 yarımçətir və qoltuq tumurcuqları olan çiçəkləri, dişicikli çiçəklərinin sadəcə fırçaları toplanılır. Meyvələri 3 yuvalı qutucuqda yerləşir. İyul-avqust aylarında çiçəkləyir və avqust-oktyabr aylarında isə toxumları yetişir.
Pippi Uzuncorablı
Uzuncorab Peppi (isveçcə tam adı "Pippilotta Viktualia Rullgardina Krusmynta Efraimsdotter Långstrump") – İsveç uşaq yazıçısı Astrid Lindqrenin üç cildlik uşaq hekayəsinin baş qəhrəmanı olan qız obrazıdır. Peppi nadinc, üzündə çilləri olan doqquzyaşlı bir qızdır. Onun qırmızı hörükləri hər iki tərəfdən burularaq yuxarıya baxır. Bundan əlavə, bu qızcığaz özündə bütün uşaqların xassiyyətini cəmləşdirir. Onun öz şəxsi atı var. O ən güclü qız olduğundan öz atını istənilən vaxt əl ilə yuxarıya qaldıra bilir. Peppi valideynlərsiz bir villada yaşayır və istədiyi hər şeyi etməyə qadirdir. Astrid Lindqrenin bu romanı 50-dən çox dilə tərcümə edilmişdir. Əsasən İnqer Nilsonun ifasında çəkilmiş film başqa dillərə çevrilərək böyük şöhrət qazanmışdır.
Rameş Sippi
Rameş Sippi (sindhi رمیش سپی; 23 yanvar 1947, Kəraçi, Britaniya Hindistanı) — Hindistan rejissoru. == Həyatı == Rameş Sippi 23 yanvar 1947-ci ildə Kəraçidə anadan olub. Ən yaxşı filmləri: "Zita və Gita", "Qisas və qanun".
Tippi Hedren
Tippi Hedren (ing. Tippi Hedren, 19 yanvar 1930, Minnesota, ABŞ) — ABŞ aktrisası, daha çox "Quşlar" və "Marni" filmlərindəki rolları ilə tanınır. Aktrisa Melani Qriffitin anası, Dakota Consonun nənəsidir. == Həyatı == Tippi Hedren (Natali Key Hedren) 19 yanvar 1930-cu ildə Minnesotanın Nyu-Ulm şəhərində anadan olmuşdur. Onun ata tərəfdən babası İsveçdən ABŞ-yə immiqrant kimi gəlmişdir. Anasının kökləri isə Almaniya və Norveçə gedib çıxır. O, öz sonrakı adı olacaq "Tippi"ni isə hələ uşaq ikən atasından almışdı. Gələcək aktrisanın atası elə hesab edirdi ki, Natali adı uşağa yox böyüklərə yaraşır. Yeniyetmə yaşlarında Tippi geyim mağazalarında moda nümayişlərində iştirak etmişdir. Tippi orta məktəbdə oxuyarkən onun ailəsi Kaliforniyaya gəlir.
Uippl proseduru
Pankreatoduodenektomiya, Uippl proseduru (lat. Duodenopancreatectomia, ing. Whipple procedure) — Mədəaltı vəzin bir hissəsinin kəsilib gıtürülməsi məqsədilə icra olunan mürəkkəb cərrahi əməliyyatdır. Bu zaman mədəaltı vəzin bir hissəsi ilə birlikdə öd kisəsi, nazik bağırsağın bir hissəsi (əsasən onikibarmaq bağırsaq), mədənin pilorik hissə —çıxacaq hissəsi və ətraf limfa düyünləri də kəsilib götürülür. Əməliyyat onu ilk icra etmiş amerika cərrahı Cənubi Azərbaycanin Urmiyə şəhərindən missiyoner ailəsində doğulmuş Allen Uipplin şərəfinə "Uippel proseduru" adlandırılmışdır. == Əməliyyata göstəriş == Uippl proseduru adətən mədəaltı vəzi, mədə çıxacağının, onikibarmaq bağırsaq xərçəngində icra edilir. Bəzən bu əməliyyat mədəaltı vəzin xroniki iltihabında da tətbiq olunur. == Əməliyyata hazırlıq == Ultrasəs müayinəsi; Kompütertomoqrafiya müaynəsi; Qanınlaboraor müayinəsi: lipaza, qələvi foffataza, qamma-qlutamintransferaza, bilirubin. Qan qrupu və uyğun ehtiya qan tədarükü. Fakultativ olaraq endoskopik retroqrad xolangiopankreatikoqrafiya (ERCP) və ya maqnetrezonans xolangiopankreatikoqrafiya (MRCP) müayinəsi == Gedişi == Əməliyyat qarınüstü köndələn qüvsi kəsiklə və qarın boşluğu açılaraq icra edilir.
Elidalı Hippi
Hippias (yun. Ἱππίας m. ö.460 — 400) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndəsi, Sokratın çağdaşı. Riyazi əyrinin (quadratrix) yaradıcısı. Yunanıstanın bütün şəhərlərində, xüsusən Afinada dərs deyən Hippias fenomenal yaddaşa sahib idi və dövrünün bütün elmlərini dərindən bilirdi. Bu səbəbdən Poliqistor ləqəbini qazanmışdı. O dövrdə məlum olan bütün ədəbiyyat növlərində qələmini sınamış, ilk dialoq yazmağa da cəhd etmişdir. Platonun iki dialoqu ("Hippias Major" (Dahi Hippias) və "Hippias Minor" (Kiçik Hippias)) onun adını daşıyır. Həmçinin Platonun "Protaqor" dialoqunda aparıcı obrazlardan biridir. Universal biliyə malik Hippias poeziya, qrammatika, tarix, siyasət, arxeologiya, riyaziyyat və astronomiya üzrə mühazirələr demişdir.
Nilay Aydoğan
Nilay Aydoğan (6 may 1992, İstanbul – 12 fevral 2023, Malatya) – Türkiyə qadın basketbolçu. == Karyerası == Aydoğan basketbol karyerasına "İstanbul Universiteti" komandasında başlamışdır. Daha sonra Türkiyənin "Gənclik və İdman", "Orduspor", "Güre Bələdiyyəsi", "İzmit Bələdiyyəspor", "Mersin Böyükşəhər Bələdiyyəspor", "Samsun Basketbol İhtisas", "Yalova VİP" basketbol klublarında çıxış etmişdir. Sonuncu klubu Türkiyə çempionatında çıxış edən "Çankaya Universiteti" komandası idi. Aydoğan Türkiyə milli qadın 3×3 basketbol komandasının üzvü olmuş və milli komanda ilə 17 oyuna çıxmışdır. 2022-ci ildə Konya şəhərində baş tutmuş İslam Həmrəyliyi Oyunlarının 3x3 basketbol turnirinin heyətinə seçilsə də, COVID-19 testi pozitiv çıxdığı üçün heyətdən çıxarılmışdı. == Ölümü == 2023-cü ilin fevralında nənəsinin evini ziyarət etmək üçün Malatyaya getmiş və baş verən Türkiyə–Suriya zəlzələsi zamanı bina dağıntılarının altında qalaraq ölmüşdür. Onun bədəni 12 fevralda dağıntıların altından çıxarılmışdır. Kasımpaşa Kulaksız məzarlığında dəfn olunmuşdur. Qadın basketbolu üzrə Türkiyə çempionatının 2022/23 mövsümünə onun adı verilmişdir.
Nippon TV
JOAX-DTV, Nippon TV kimi brendləşdirilmişdir və NTV olaraq tanınır — "Nippon News Network" və Nippon Televiziya Şəbəkə Sisteminin flaqman stansiyası. Gəlirlərinə görə Yaponiyanın ən böyük media konqlomeratı və "Sony"dən sonra ikinci ən böyük media konqlomeratı olan "The Yomiuri Shimbun Holdings"in törəmə şirkətidir.
Nippon Television
JOAX-DTV, Nippon TV kimi brendləşdirilmişdir və NTV olaraq tanınır — "Nippon News Network" və Nippon Televiziya Şəbəkə Sisteminin flaqman stansiyası. Gəlirlərinə görə Yaponiyanın ən böyük media konqlomeratı və "Sony"dən sonra ikinci ən böyük media konqlomeratı olan "The Yomiuri Shimbun Holdings"in törəmə şirkətidir.
Uippl xəstəliyi
Uippl xəstəliyi (ing. Whipple´ s dis.), interstisial lipodistrofiya – ancaq kişilərdə təsadüf edən neytral yağların sorulma və sintezinin pozulması, ishal, qarında ağrı, limfadenopatiya, qızdırma, poliserozit, dərinin piqmentasiyası, revmatoloji simptomlarla gedir. Törədici tropheryma Whipplii hesab edilir. İlk dəfə 1907-ci ildə amerikan patoloqu George Hoit Whipple tərəfindən təsvir edilmişdir. Diareya, stetoreya, kəskin arıqlama və anemiya ilə təzahür edən naməlum xəstəlik hadisəsinin Wipple tərəfindən seksion təhlili zamanı mezenterial limfa düyünlərinin qabarıq böyüməsi və poliserozit aşkar edildi.
Sippl sindromu
Sippl sindromuna (MEN II, MEN IIa) — qalxanabənzər vəzin xərçəngi (tirokalsitonin istehsal edən C-hüceyrəli karsinoma), ikitərəfli feokromositoma və hiperparatireoz (paratiroid bezlərinin hiperplaziyası və ya adenomatozu) daxildir. Dərinin amiloidozu və Hirşprung xəstəliyi ilə kombinasiyaları da mövcuddur. == Tarixi == Feokromositoma, medullar tiroid karsinoması və paratiroid adenomasının birləşməsi ilk dəfə 1961-ci ildə Sipple tərəfindən təsvir edilmişdir. 1974-cü ildə Sayzmor və həmkarları göstərdilər ki, MEN II tip feokromositoma və medullar tiroid karsinoması olan xəstələr 2 qrupa ayrılır: MEN IIa — paratiroid adenomalı. MEN IIb — qalxanabənzər ətraf vəzilərinə heç bir zərər vermir, lakin selikli qişa neyronomalarına və mezodermal anomaliyalarına rast gəlinir. 1993-cü ildə MEN IIa tipi üçün RET proto-onkogen geni uğurla klonlaşdırıldı. == Etiologiya (MEN IIa tip sindromunda genetik qüsurlar) == Sippl sindromu qalxanabənzər vəzin xərçəngi, feokromositoma və paratiroid şişlərinin autosomal dominant irsi birləşməsidir. MEN II tipinin genetik əsası və genetik markeri tirozin kinaz reseptorunun strukturunu kodlayan 10-cu xromosomun uzun qolunun parasentromerik bölgəsində lokallaşdırılmış RET protoonkogenində nöqtə mutasiyasıdır. Bu sindromun bütün variantları protoonkogenin mutasiyaları nəticəsində yaranır. Xəstələrin 93–95%-də protoonkogen c-retin nöqtə mutasiyaları (10q11), reseptoru neyrotrop faktorla kodlayan, yayılmasını tənzimləyən və sinir təpəsindən törəmə hüceyrələrin diferensiasiyası aşkar edilir.
Kipp aparatı
Kipp aparatı turşuların və qələvilərin məhlullarını bərk cisimlərlə reaksiya etməklə qazları almaq üçün istifadə olunan universal cihazdır.
Con Kiprian Fipps Vilyams
Con Kiprian Fipps Vilyams (16 noyabr 1922, Vellinqton) — Yeni Zelandiyalı kardioloq, onun adını daşıyan sindromu kəşf edən. == Bioqrafiyası == 1945 və 1947-ci illərdə Vellinqtondakı Viktoriya Kollecindən (indiki Universitet) Elm və İncəsənət Bakalavr dərəcələrini aldı. 1953-cü ildə tibbi təhsilini Danidində aldı. Bundan sonra cərrah olaraq işə başladı. 1961-ci ildə sonradan adının verildiyi bir sindrom aşkarladı. Acı çəkənlərin məntiq pozğunluqları, ürək problemləri və "elf" üzləri var. 1969-cu ildən bəri, sevdikləri ilə təmaslarını dayandırdı, digərləri ilə yanaşı, yazıçı Janet Frame ilə əlaqələrini kəsdi (bir həftə əvvəl rəsmiləşdirməyi təklif etdi, Frame istəmədi), amma həmkarları onunla Avropada görüşməyə davam etdilər. Bu görüşlərin intensivliyi 1970-ci illərin ikinci yarısından bəri azalmışdır. 1979-cu ildə Cenevrədə pasportunu yeniləndi, 1988-ci ildə İnterpol , bacısının istəyi ilə, alimi izləyə bilmədi və Yeni Zelandiya Ali Məhkəməsi onu "1978-ci ildən bəri öldüyünü güman etdi". Vilyams haqqında son məlumat 2000-ci ilin yanvarında, Yeni Zelandiya tarixçisi Maykl Kinqin tərcümeyi-halında onun haqqında məlumatların görünməsinin qarşısını almağa çalışdığı zaman gəldi.
Danganronpa: Trigger Happy Havoc
Danganronpa: Trigger Happy Havoc (ダンガンロンパ 希望の学園と絶望の高校生, Danganronpa: Kibō no Gakuen to Zetsubō no Kōkōsei, azərb. Danqanronpa: Ümid akademiyası və ümidsizlik tələbələri‎) Spike (daha sonra Spike Chunsoft) şirkəti tərəfindən istehsal olunmuş cinayət, müəmma və macəra vizual romanı. "Danganronpa" seriyasının ilk oyunudur. Vizual roman Yaponiyada 25 noyabr 2010-cu ildə PlayStation Portable platforması üçün, 20 avqust 2012-ci ildə isə iOS və Android platformaları üçün buraxılmışdır. İki manqa adaptasiyası və iki spin-off ranobe adaptasiyası hazırlanmışdır. Lerche studiyası tərəfindən 13 seriyalıq anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 4 iyul 2013-cü ildən 26 sentyabr 2013-cü ilə kimi yayımlanmışdır. Sikvel oyunu "Danganronpa 2: Goodbye Despair" 26 iyul 2012-ci ildə PlayStation Portable platforması üçün buraxılmışdır. Hər iki oyununun qarışığından ibarət "Danganronpa 1・2 Reload" 10 oktyabr 2013-cü ildə PlayStation Vita platforması üçün buraxılmışdır. NIS America birinci oyununun Vita remeykini 11 fevral 2014-cü ildə Şimali Amerikada, 14 fevral 2014-cü ildə Avropa və Avstraliyada buraxmışdır. Oyun 18 fevral 2016-cı ildə Steam platforması üçün buraxılmışdır.
Happy birthday to you
Happy birthday to you — dünyada ən çox oxunan mahnı hesab edilir. Mahnının əsl qaynağı amerikalı iki bacıya aiddir. Orijinal adı "Good Morning to All"Ş yəni "Hamınıza sabahınız xeyir" olmuşdur. Daha sonra mahnının mətni dəyişdirilərək bütün dünyaya indiki adı ilə yayılmışdır. Lakin müəlliflik haqqı bacılara aiddir, onlardan sonra da "Warner chappel" musiqi şirkətinə keçmişdir.
Nip
Nip (fr. Nippes, h.kreol Nip) — Haiti Respublikasının 10 departamentindən biri. 2003-cü ildə Qrand-Ans departamentindən ayrılma nəticəsində yaranmışdır. Ölkənin cənub-qərbində, Tiburon yarımadasının şimal sahilində yerləşir. Sahəsi — 1,267,8 km², əhalisi — 311 497 nəfərdir (şəhər daxil olmaqla — 51,111 nəfər, kənd — 260,386 nəfər, 2009-cu il). İnzibati mərkəz — Miraqoan şəhəridir.
Hajime no Ippo
Hajime no Ippo — boks mövzulu yapon manqası.