Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cormaqon Noyan
Çormoqun noyon (v. 1240-cı illər) — Sunit ulusundan Çingiz xanın qorçusu. == Həyatı == == Ailəsi == Çormoqun noyonun Siramun noyon, Borak noyon adlı oğlanları vardı.
Sabit Noyan
Mehmet Sabit Noyan (30 Mart 1877, İstanbul - 1967), türk əsgəri. Ömər Faiq Bəyin oğludur. 14 dekabr 1902-ci ildə Hərbi Akademiyaya daxil oldu. Hərbi Akademiyanı leytenant rütbəsi ilə 27 may 1905-ci ildə bitirmişdir. 26 sentyabr 1905-ci ildə baş leytenant oldu. 1 sentyabr 1908-ci ildə Hərbi Akademiyanı Mümtaz Kapitan olaraq bitirdi. Balkan və I. Dünya Müharibələrində iştirak etmişdir . 19 Avqust 1914-də mayor rütbəsinə yüksəlmişdir. 8 yanvar 1914-cü ildə Müstəqil 22. Hicaz Diviziyasının Heyətinə, 8 İyul 1915-ci ildə 22-ci Ordu Korpusuna təyin edildi.
Tatavun Noyan
Tatavun Noyan — Elxanlı dövlətinin monqol mənşəli sərkərdəsi. == Haqqında == Anadoluda fəaliyyət göstərən monqol sərkərdələrindən biri olmuşdur. 1277-ci ilin 15 aprelində məmlüklərlə monqollar arasında baş vermiş Əlbistan döyüşü zamanı monqollardan, gürcülərdən, ermənilərdən və Anadolu Səlcuqlularından ibarət ordunun komandanı olmuşdur. Döyüşdə monqollar ağır məğlubiyyətə məruz qalmış və Tatavun Noyan döyüşdə həyatını itirmişdir.
Nonan
Nonan (C9H20) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Noyon
Noyon — Monqolustanda dünyəvi feodal. Noyon - Monqol ordusunda yüksək rütbəli başçı. == Mənbə == İ.Zeynalov. İzahlı tarix terminləri lüğəti. Bakı, "Azərnəşr", 2006, 284 səh.
Royan
Royan (fars. رويان‎) — İranın Mazandaran ostanının Nur şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,339 nəfər və 1,708 ailədən ibarət idi.
Baycu noyon
Baycu noyon (təq. 1201, Böyük Monqol imperiyası – 1260) — Besut ulusundan monqol sərkərdəsi. == Həyatı == Baycu noyon Hülaku xanın sərkərdəsi idi. Tümənbəyi sayılırdı. 30 min qoşunla Sivasda Səlcuqlulara qalib gəldi. Baycu noyon 1261-ci ildə Hülaku xan tərəfindən öldürüldü. == Ailəsi == Baycu noyonun Adak noyon adlı oğlu vardı.
Boyan Tokiç
Boyan Tokiç (13 yanvar 1981) — Sloveniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Boyan Tokiç Sloveniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Boyan Tokiç Sloveniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Boyan Tokiç Sloveniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Boyan mədəniyyəti
Boyan(ing. Boian) — Rumıniya və Bolqarıstan ərazilərində yayılmış Neolit mədəniyyəti (e.ə. 4-cü minillik). Boyan gölündəki (Rumıniya) məskənin adı ilə adlandırılmışdır. Boyan üçün üzəri qara boz rəngli və oyma xətlərlə bəzədilmiş gil qablar xarakterikdir. Qablar üzərindəki oyma xətlər çox zaman ağ maddə ilə doldurulurdu. Boyanda daş baltalar da tapılmışdır. Əhali əkinçilik , maldarlıq, ovçuluq və balıq tutmaqla məşğul idi. Qumelnisa mədəniyyətinin (Enolit dövrü) formalaşmasında Boyan mədəniyyətinin mühüm rolu olmuşdur.
Cebe noyon
Cebe noyon (Чжебе monq. "Cebe", "Ox", yaraq; adı — Cirqoaday aka; 1181, Monqolustan – 1225, Ukrayna) — Monqol minbaşısı, Çingiz xanın silahdaşı. == Həyatı == Cebe noyon Monqol ulusunun Besut/Yesut oymağından çıxmışdı. Monqolların Azərbaycana birinci yürüşü 1220–1222-ci illərdə baş vermişdi. Həmin yürüşdə monqollara Cebe noyon və Sabutay bahadur (1210–1225) başçılıq etmişdi. Cəbə və Sabutay bahadurın başçılıq etdiyi monqol ordusu Azərbaycana soxulub Zəncan, Ərdəbil, Sərab və Təbriz şəhərlərini ələ keçirərək qarət etdi1-ci yürüşdə monqolların Təbrizə 3 dəfə hücum çəkməsinə baxmayaraq, şəhər hər dəfə xərac verməklə qarətdən xilas oldu. Gəncə əhalisidə bu cür taktikanı seçdi və şəhər qarət olunmadı. Monqollar 1222-ci ildə Dərbənddən keçərək şimal istiqamətində geri qayıtmağı qərara aldılar.Onlar 1223-cü ildə Kalka çayı sahilində rus-qıpçaq qalib gəldilər,lakin İdilboyunda bulqarlarla döyüşdə məğlub olub Monqolustana qayıtdılar. == İbn əl-Əsir Cebe noyonun yürüşü haqda == Çin ətrafında çıxmış bir qövm Qaşqar və Balasaqun kimi Türkistan vilaləytlərinə gəldilər. Sonra oradan Səmərqənd, Buxara və qeyri Mavəraunnəhr şəhərlərinə getdilər və oraları alıb gələcəkdə söyləyəcəyimiz işləri gördülər.
Conatan Nolan
Conatan Nolan (ing. Jonathan Nolan; 6 iyun 1976, London) — Britaniya-Amerika senaristi və prodüseri. CBS telekanalının efirində yayımlanan "Person of Interest" (2011–2016) serialının yaradıcısıdır. O, həyat yoldaşı Lisa Coy ilə birgə yaratdığı HBO-nun "Westworld" serialına görə də məşhurdur. Böyük qardaşı rejissor Kristofer Nolandır.
Kristofer Nolan
Kristofer Edvard Nolan (ing. Christopher Edward Nolan; 30 iyul 1970[…], London) — Böyük Britaniya və ABŞ rejissoru. == Həyatı == Kristofer Nolan son dövrlərdə Hollivuddan çıxan azsaylı fərqli rejissorlardandır. Nolan ilk növbədə ssenariləri yaxşı işləyir, sonradan isə filmlərdə öz məharətini göstərir. Bu filmdə dövrün ab-havasını çox gözəl yaradıb. Kristofer Nolan 1970-ci il iyulun 30-da İngiltərənin paytaxtı London şəhərində anadan olmuşdur. Kiçik yaşlarından film çəkməyə marağı olan Nolan, atasının ona video-kamera alması ilə bu hobbisinin artıq daha real olmasını istəyir. Nolanın ilk fimi 1997-ci ildə reallaşdırığı qısa-metrajlı Doodlebug filmi olur. Nolan bu filmi ilə Hollivudda gələcək vəd edən rejissor kimi tanınmağa başlayır. Filmdə qismən fantastik məcrada psixoloji gərginliyi düzgün əks etdirən Nolan, sonda verdiyi mesaj ilə filmin yekununu süjetə tam uyğun şəkildə ifadə edir.
Mulay noyon
Mulay noyon (?-1313) — Qara tatar ağası, elxanlı sərkərdəsi. == Həyatı == Mulay noyon Diyarbəkr valisi təyin edilmişdi. Abaqa xanın əmiri idi.
Nolan Buşnell
Nolan Buşnell (5 fevral 1943, Klirfild[d], Yuta) — mühəndis. == Həyatı == Buşnell 5 fevral 1943-cü il Yuta ştatı (ABŞ) Klervill şəhərində doğulub. Kiçik yaşlarından elektronika sahəsinə maraq göstərib. Loqan şəhərindəki kolleci bitirən Buşnell bir neçə il sonra Yuta ştatının universitetinə daxil olur. Mühəndislik elmlərindən başqa, o, maraqla iqtisadiyyatı, fəlsəfəni, riyaziyyatı və biznesin təşkilini öyrənirdi. Nolan təhsil aldığı dövrdə universitetdə Devid Evans və İvan Sazerlend elektron qrafikləri kursunu tədris edirdilər. Onlar Buşnellin gələcək uğurlu karyerasının bünövrəsini qoydular. O, bu kurslarda həvəslə iştirak edir və elektronika sahəsinin incəliklərini öyrənməyə və tətbiq etməyə səy göstərirdi. Buşnel kompüterlərə, xüsusilə videooyunlara heyran qalmışdı. O zaman "Ulduzlu müharibələr" adlı oyun xüsusilə məşhur idi.
Royan (Fransa)
Ruayan - Fransanın cənub qərbində bələdiyyə (kommün).
Royan (İran)
Royan (fars. رويان‎) — İranın Mazandaran ostanının Nur şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,339 nəfər və 1,708 ailədən ibarət idi.
Samaqar noyon
Samaqar noyon və ya Cemakar (XIII əsr – 28 yanvar 1296) — Qara tatar ağası, Abaqa xanın (1234–1282) sərkərdəsi. Samaqar noyonun adı 1271-ci ildə doqquzuncu xaç yürüşüylə kordinasiya edilmiş şəraitdə təşkil edilən Elxani hücumuna rəhbərlik edənlər sırasında çəkilir. == Həyatı == Samaqar haqqında az şey məlumdur, lakin onun adı monqollar və səlibçilər arasında həyata keçirilən əməliyyatlar kontekstində çəkilir. 1269-cu ildə ingilis şahzadəsi Edvard (gələcəkdə I Edvard) kiçik qüvvə ilə Müqəddəs Torpaqlara doqquzuncu xaç yürüşünə başladı. O, 9 may 1271-ci ildə Akraya çatdı. Bu zaman Müqəddəs Torpaqlarda vəziyyət çox kritik idi. Belə ki Məmlük rəhbərlərindən biri olan Baybars Tripolidakı frank əsilzadəsi VI Bohemondu mühasirəyə almışdı. === Samaqarın yürüşü === Edvard Akraya gələn kimi Elxanilərin o dövrki hökmdarı Abaqa xanın yanına səfir göndərdi. Edvard Elxanilərin qüvvələrindən də yararlanaraq Baybarsa hücum etməyi planlamaqda idi. Abaqa xan 4 sentyabr 1271-ci ildə təklifə cavab üçün yazmış olduğu məktubda buna müsbət cavab vermişdi: Məsələ ilə bağlı danışdıqdan sonra biz qərara gəldik ki, qüdrətli bir qüvvənin başında Cemakarı (Samaqarı) sizə yardım etməyə göndərək; beləliklə, yuxarıda adı çəkilən Cemakarla bağlı digər planları öz aranızda müzakirə edərkən, düşmənlə döyüşə girəcəyiniz dəqiq ay və gün barədə dəqiq qərarlar verməyinizə əmin olun.
Sulamiş noyon
Sulamiş noyon Adak noyon oğlu (?-1299)—Besut ulusundan elxanlı sərkərdəsi. == Həyatı == Sulamiş noyon tanınmış sərkərdə idi. Ünlü bir ailədən çıxmışdı. Atası Adak noyon, babası Baycu noyon Elxanilər dövlətinin adlı-sanlı sərkərdələri idilər. O da bir çox döyüşlərdə özünü tanıtmışdı. Elxanlı taxtında əyləşən Qazan xan, qarşılarında heç cür bacarıqlı olmadıqları Məmlüklərə qarşı cavab vermək üçün 1298-ci ildə Diyarbəkri işğal etdi. Bu sırada Məmlüklər, türkmənlərlə bərabər Maraşı ələ keçirdiler. Daha sonra Hələbdəki Məmlük əsgərləri Sisi vurdu. Buna görə Qazan xan onlara qarşı Suriyaya yönəldi və öncəki Rum valisi Sulamiş ibn Əfak (Üvək) bin Baycu ət-Tatariya bu səfərə qatılmasını əmr etdi. Ancaq Sulamiş bu əmrə tabe olmadı və Qazan xana qarşı üsyan bayrağı açdı (1298).
Yumurta qoyan
Yumurta qoyan — çoxalma növü olaraq, embrion əmələ gəlməsi ana bətnindən kənarda yumurta daxilində əmələ gəlirlər. Mayalanmış yumurtalardan balalar yumurta daxilində gedən proseslər nəticəsində əmələ gəlir. Yeni balalar yumurta qabığını yararaq oradan çıxırlar. Yumurta qoymaqla çoxalan canlılara misal: cücülər, balıqlar, molyusklar, sürünənlər (böyük əksəriyyəti) və bütün quşlar yumurta ilə çoxalır. Məməlilərdən isə birdəliklilərə aid iki növ yumurta ilə çoxalır. Dinozavrlarda yumurta qoymaqla çoxalırmışlar.
Çormoqun noyon
Çormoqun noyon (v. 1240-cı illər) — Sunit ulusundan Çingiz xanın qorçusu. == Həyatı == == Ailəsi == Çormoqun noyonun Siramun noyon, Borak noyon adlı oğlanları vardı.
Boyan Letiç
Boyan Letiç (21 dekabr 1992, Brçko[d]) — Azərbaycan Premyer Liqasında çıxış edən Sabahın futbolçusu.
Nolan Nort
Nolan Nort (ing. Nolan North; 31 oktyabr 1970, Nyu-Heyven) — ABŞ film və səs aktyoru. == Həyatı == Nyu-Heyvendə anadan olmuşdur. Şimali Karolina Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Təxminən bir il Nyu-Cersidə jurnalist kimi çalışmışdır. O, sonra Nyu-Yorka köçmüş və burada aktyorluq karyerasına başlamışdır. O, "Gözəl kiçik yalançılar" serialında Piter Hastinqs rolunu oynayaraq şöhrət qazanmışdır. 1999-cu ildən Cill Morrey ilə evlidir və iki oğlu var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Nolan Nort ilə əlaqəli mediafayllar var.
Nolan Quld
Nolan Quld (ing. Nolan Gould, 28 oktyabr 1998) — amerikalı aktyor.
Alınaq Noyon
Alınaq Noyon (ö. 1284, Elxanilər dövləti) — Elxani dövlətində xidmət etmiş komandanlardan biri və Gürcüstan hakimi. O, Elxani hökmdarı Əhməd Təkudarın kürəkəni idi. Onun Hülakü xanın komandanlarından biri olmuş Tügür Bitikçinin oğlu olduğu ehtimal edilir. == Həyatı == Alınaq Əhməd Təkudarın taxt uğrunda mübarizədəki rəqibi Arquna qarşı yürüşı komandanlıq etmişdir. Arqun yazda özünə müttəfiqlər qazanmaq və güc toplamaq üçün Xorasanı tərk etdi. Onun əsas dəstəkçiləri kiçik əsilzadələr və əyanlar idilər. Eyni zamanda Təkudar da özünün ögəy qardaşı olan Qonqurtayın Arqun ilə ittifaq qura biləcəyindən şübhələnməyə başladı. Beləliklə, Qonqurtay Təkudarın Gürcüstan hakimi Alınaq tərəfindən taxta qarşı sui-qəsd planlamaqda ittiham edildi və 17 yanvar 1284-cü ildə həbs edildi. Elə növbəti gün Qonqurtay edam edildi.
Cəlmə noyon
Cəlmə noyon (?-?) — Böyük Monqol imperiyasının sərkərdələrindən biri. == Həyatı == Uryanxay oymağından Çarçıday dəmirçinin oğlu idi. Atası onu götürüb Çingiz xanın yanına getdi. Xan onu keşik dəstəsinə götürüb tez bir zamanda yüksəltdi. Xanın 4 sadiq dostundan biri idi. == Ailəsi == Cəlmə noyonun Yisun Təvə adlı oğlu vardı. O, Çingiz xanın yayçılarının başçısı idi.
Röyan Hüseynov