NODAR

Nadir adının acar dilində dəyişdirilmiş forması.
NOBATƏLİ
NODƏR
OBASTAN VİKİ
Nodar Dumbadze
Nodar Dumbadze (gürc. ნოდარ დუმბაძე; 14 iyul 1928, Tiflis, Gürcüstan SSR, SSRİ – 4 sentyabr 1984, Tbilisi) — gürcü yazıçı. Nodar Dumbadze 1928-ci il 14 iyulda Tbilisidə doğuldu. Atası Vladimir Dumbadze Gürcüstan Kominist Partiyasının Maiakovski rayon komitəsinin birinci katibi, anası Anna Baxtadze isə evdar qadın idi. 1937-ci il Repressiyaları zamanı atasını güllələdilər, anası isə həbs olunub sürgün edilidi. Nodar 8 yaşında olanda xalaları onu Apxaziyaya apardı, bu zaman o, Tbilisi 15 saylı orta məktəbində oxuyurdu. Əmiləri həbs edilib güllələndikdən sonra onu nənəsi və babasının yanına, Çoxaturi rayonu Zenoba kəndinə göndərdilər. 1945-ci il Nodar Çoxaturi rayonu Xidistavi kənd orta məktəbini bitirdi və təhsilini dəvam elətdirmək üçün Tbilisiyə qayıtdı. 1950-ci ildə Tbilisi Dövlət Üniversitetinin ekonomika fakültetini bitirdikdən sonra Üniversitetin labaratoriyasında assestant olaraq işləyirdi bununla birlikdə də yaradıcılıq fəaliyyəti ilə məşğul olurdu. 1956–1957 illərdə onun yumoristik heykayələrinin üç kolleksiyası yayınlandı.
Nodar Kumaritaşvili
Nodar Kumaritaşvili (25 noyabr 1988 - 12 fevral 2010) — Gürcüstan idmançısı Kirşə idmanı üzrə Gürcüstan milli komandasının üzvü Nodar Kumaritaşvili 2010-cu ilin fevralında məşq zamanı dünyasını dəyişib. Faciə Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasiminə 5 saat qalmış baş verib. 21 yaşlı idmançı məşq zamanı ikinci yürüşün sonuncu 270 dərəcəlik döngəsində kirşəyə nəzarəti itirib. Saatda 144 kilometr sürətlə hərəkət edən kirşə divara dəyərək kənara atılıb. Həkimlər özlərini idmançıya yetirib ilkin yardım göstərməyə çalışıblar. Qəzadan 8 dəqiqə sonra vertolyotda olan Nodar xəstəxanaya çatdırılıb. Cəmi iki saat sonra isə gürcü vəfat edib. Mütəxəssislər faciəni yolun sürətli olması ilə izah edirlər. Böyük təcrübəsi olmayan idmançıların kirşənin həddən artıq sürət yığması ilə bacara bilmədiyindən ciddi çətinliklərlə üzləşəcəyi isə əvvəlcədən ehtimal olunurdu. Nodar Kumaritaşvili ölümündən sonra Beynəlxalq Olimpiya Komitəsinin (İOC) ali ordeni ilə mükafatlandırılıb.
Nodar Şaşıqoğlu
Nodar Şaşıqoğlu (13 mart 1927, Batum – 12 aprel 2013, Bakı) — Azərbaycan dramatik teatr və kino aktyoru, 2003-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Azərbaycan SSR xalq artisti. Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Onun həyat yoldaşı Mərziyyə Davudova da Azərbaycan teatrında çalışıb. Əsli acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib. 5–6 il Taqanka Teatrında çalışıb.
Nodar Şaşıqoğlu. Ürəklərdə qalan iz... (film, 2013)
Nodar Şaşıqoğlu. Ürəklərdə qalan iz... — rejissor Elvin Vəlimətovun 2013-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə dramatik teatr və kino aktyoru, Azərbaycanın və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlunun xatirəsinə həsr olunur. Filmdə "Uzaq sahillərdə", "Onun böyük ürəyi", "Əsl dost", "Matteo Falkone", "Bizim küçə", "Leyli və Məcmun", "Telefonçu qız" filmlərinin kadrlarından istifadə olunur.
Nodar Şaşıqoğlu. Ürəklərdə qalan iz (film, 2013)
Nodar Şaşıqoğlu. Ürəklərdə qalan iz... — rejissor Elvin Vəlimətovun 2013-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə dramatik teatr və kino aktyoru, Azərbaycanın və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlunun xatirəsinə həsr olunur. Filmdə "Uzaq sahillərdə", "Onun böyük ürəyi", "Əsl dost", "Matteo Falkone", "Bizim küçə", "Leyli və Məcmun", "Telefonçu qız" filmlərinin kadrlarından istifadə olunur.
Nodari Çitanava
Nodari Amrosiyeviç Çitanava (gürc. ნოდარ ჭითანავა; 10 mart 1935, Zuqdidi) — sovet və gürcü dövlət və partiya xadimi. 1989 — 1990-cı illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyası üzvü oldu. 1963-cü ildə Gürcüstan Politexnik İnstitutunu, 1968-cı ildə isə Sov. İkp MK yanında Ali partiya məktəbini bitirmişdi. 1974-1979-cu illərdə Gürcüstan SSR Kənd Təsərrüfatı Naziri idi. 1979-1985-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədrinin birinci müavini, 1985-1989-cu illərdə isə Gürcüstan Kommunist Partiyasının MK-nin katibi olmuşdur. 1989-cu il aprelin 14-dən 1990-cı il noyabrın 15-inə kimi Gürcüstan SSR Nazirlər Sovetinin sədri idi. 10 və 11-ci SSRİ Ali Sovetinin üzvü olmuşdur.