Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nubar
Nubar — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd. Abşeron rayonu ərazisində yaşayış yeri.
Çuvar
Çuvar — İranın İlam ostanının İlam şəhristanının Çuvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,574 nəfər və 1,080 ailədən ibarət idi.
Navar (Çaldıran)
Navar (fars. ناور‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 560 nəfər yaşayır (108 ailə).
Nevar dili
Nevar dili (नेपाल भाषा, Nēpāl bhāṣā, Newah Bhaye və Newari kimi də tanınan) – Nepalın əsas dillərdən biri. Təxminən Nepal əhalisinin 3%-inin ana dilidir.Nepal Bhasanın Çin-Tibet dilləri kimi təsnifləşdirilməsinə baxmayaraq,böyük ölçüdə Hind-ari dillərindən təsirlənmişdir. Nepalın xaricində, Nepal Bhasa , Hindistanda da danışılır, xüsusilə Sikkimdə ki 11-rəsmi dillərindən biridir.
Nubar Ozanyan
Nubar Ozanyan (erm. Նուպար Օզանեան) və ya psevdonimiylə Orxan Bakırcıyan (türk. Orhan Bakırcıyan, erm. Օրհան Բաքըրչըյան; 1956, Yozğad, Türkiyə – 14 avqust 2017, Raqqa, Suriya) — Türkiyədə anadan olmuş erməni kommunist siyasətçisi, TKP/ML partiyasının üzvü, Qarabağ müharibəsi iştirakçısı, müharibə cinayətkarı, terrorçu. Ozanyan Qarabağ müharibəsi zamanı çoxlu qətliamlar törədmişdir. Raqqa döyüşü zamanı İraq Şam İslam Dövləti qruplarına qarşı döyüşdə həlak olub. == Bioqrafiya == Nubar Ozanyan 1956-cı ildə Türkiyənin Yozğad şəhərində, kasıb bir erməni ailəsində anadan olmuşdur. İbtidai təhsil aldıqdan sonra o, radikal solçu ideologiyası ilə tanış olmuş və daha sonra TKP/ML partiyasına qoşulmuşdur. 1980-ci il Türkiyə çevrilişindən sonra, Ozanyan Fransaya qovulmuş, orada Yılmaz Güneyi müdafiə etmişdir. Ozanyan 1980-ci illlərin sonlarında TKP/ML partiyasının hərbi qolu olan TİKKO-ya qoşulmuşdur.
Nubar Terziyan
Nubar Terziyan (16 mart 1909, Konstantinopol – 14 yanvar 1994, İstanbul) — aktyor, Türkiyə ermənisi. == Həyatı == Nubar Terziyan 1909-cu ildə İstanbulda anadan olmuşdur. 1994-cü il yanvarın 14-də dünyasını dəyişib. Nubar Terziyan "Balıklı" erməni qəbiristanlığında dəfn olunub. == Fəaliyyəti == Nubar Terziyan 200-dən artıq filmdə çəkilib. Aktyor daha çox ikinci dərəcəli rolları ifa edib. 1951-ci ildə "Əfsuncu Baba", 1954-cü ildə "Kaçak", 1967-ci ildəki "Cici Gəlin" komediya filmləri xüsusilə uğurlu alınıb. 1974-cü ildə "Kismet", 1975-ci ildə "Delisin" musiqili komediya filmləri onun şöhrətini daha da bərkidib. Mehriban, nurani qoca rolu aktyorun karyerası boyu tez-tez yaratdığı obraz idi. Qoca yaşlarına qədər dayanmadan kinoya çəkilən aktyorun 1988-ci ildə sonuncu filmi "Biz ayrılmalıyız" olub.
Suvar Təkin
Seyfəddin Suvar Təkin ibn Ay Təkin Təbəriyə görə, Bağdadın kənarındakı Səmərrada yerləşdirilən xilafət qoşunlarında xəzər əsilli çox döyüşçü vardı. Müktəfinin dövründə xilafət ordusuna Suvar Təkin başçılıq edirdi. Elə onun hakimiyyəti illərində Hələbin əmiri Seyfəddin Suvar Təkin ibn Ay Təkin idi == Mənşəyi == Başqa məlumat əldə etmək mümkün olmadı, ancaq, bu şəxsiyətin dar etnik mənşəyi barədə onun suvar etnonimindən və tigin titulundan yaranan adından ehtimal etmək olar ki, o ya Qafqaz Hun elindən olan sabir olub, ya da İdil xəzəri.
Çuvar nahiyəsi
Çuvar nahiyəsi - XIV əsr-XIX əsrlər. İnzibati ərazi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Axıstabad sancağı inzibati–ərazi nahiyə == Kəndlər == 1728 Osmanlı İmperiyasının Tiflis əyalətində Qazax livası inzibati–ərazi nahiyə == Kəndlər == Salehlər (Salahlı), Daş Salehlər (Daş Salahlı), Kəsəmənli, Qazançı, Qaralar, Kosalar, Sarıqamış, Kiçik Ayyaran, Böyük Ayyaran, Qaradink, Cücəvank, Xoşgünan, Qarabulaq, İncəqya Qızıldağ, Molla Abdulla, Peykanlı, Nəfsi-Əskipara, Əskiprayi-Gəbran, Vəli, Qapıçı, Məlikşah, Qut, Kürdlü, Rskbkt, Gəranis, Yuxarı Almalıq, Qala, Şəkərqala, Əlibəy, Bağağus, Qışlaq, Ağalı, Kunan, Gəlinqaya, Qoşakilsə, Çinar, Uluxan, Xanpaşalı, Üçgöl, Ürkməz, Ürkməz, Əmiryarlı, Qazaxbəndi, Dəmirçi, Dəmirçilər, Dördcanlı, Şahnəzərli, Cudaquşlu, Vəyəlli, Çanğlar, Dərvişlər, Kəsəmən Qulubəy, Abdulla Altunçular, Salehlili, Qazaxlı İsmayıl, Pirili, Sübhanverdi, Qaraçılar, Şəmsabad, Ağaxan Kəsəmənli.
Əbu Nuvas
Əbu Nuvas əl-Həsən ibn Hani əl-Həkəmi və ya Əbu Nüvas (ərəb. أبو نواس الحسن بن هانئ الحكم‎, fars. ابو نواس‎; təq. 756 və ya 762, Əhvaz – 814, 813, təq. 810 və ya 815, Bağdad) — Abbasilər dövründə yaşamış ərəb şairi. == Həyatı == Əbu Nuvas çox yoxsul bir ailədə, Xuzistan ərazisində Əhvaz şəhərində dünyaya göz açmışdı. Doğum tarixi müxtəlif mənbələrdə fərqli (747-62) qeyd edilmişdir. Atası Hani ərəb, anası Gülüban fars əsilli idi. 7-8 yaşlarındaykən ailəsi ilə birlikdə Bəsrəyə köçmüşdülər. Əbu Nuvasın uşaqlıq illəri Bəsrədə ehtiyac içində, sıxıntılı keçmişdir.
Navar xalqı
Navar xalqı — İordaniya, Suriya, Livan və Fələstində istifadə edilən bir neçə köçəri icma üçün ərəb terminidir. Alçaldıcı hesab edilən bu termin ərəblər tərəfindən bir neçə müxtəlif etnik qruplar üçün istifadə olunur. Onlar tarixən "qaraçılar" adlandırılıblar, əslində isə onlar özlüyündə qaraçı deyillər. Dom xalqı xüsusilə Navar kimi tanınır. Həm onlar, həm də qaraçılar Hindistandan gəlsələr də, iki kəskin fərqli etnik və mədəniyyətdən gəlmişdilər. Bu sayca kiçik, geniş yayılmış insanlar Cənubi Asiyadan, xüsusən də Hindistandan bölgəyə köçüblər. Digər ölkələrdə olduğu kimi, onlar özlərini şərəfsiz, lakin ağıllı hesab edən əhalinin qalan hissəsindən uzaq durmağa meyillidirlər. Nəvarlar ənənəvi olaraq toy və şənliklərdə musiqili əyləncələr təqdim edirdilər. Navarlı qadınların bu cür fəaliyyətlərdə iştirakı gəlirli olsa da, eyni zamanda qrupun aşağı statusunu gücləndirir. Navar həm də festivallarda falçı, sehrbaz və heyvan təlimçisi kimi fəaliyyət göstərir.
Pino-nuar
Pino-nuar (ing. Pinot noir) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Əsasən Fransada yetişdirilir. Bu üzümdən hazırlanan şəraba qara albalı və moruq da əlavə edilə bilər.
Puent-Nuar
Puent-Nuar (fr. Pointe-Niore; hərfi tərcüməsi: "Qara nöqtə") — Afrikada, Konqo Respublikasında eyniadlı əyalətdə yerləşən şəhər. Konqo Respublikasının Brazzavildən sonra ən böyük ikinci şəhəridir. Atlantik okeanının sahilində yerləşir. Əhalinin sayına görə də şəhər ölkə üzrə ikincidir. 2010-cu ilin siyahıalmasına görə şəhərdə 829.134 nəfər yaşayır. Şəhərdə bir liman, bir hava limanı və 550 km uzaqlıqda olan Brazzavillə əlaqə saxlamağa yardımçı olan dəmiryolu var. == Tarixi == Fransa müstəmləkəsi dövründə qurulan şəhər fransız qüvvələri üçün salınmışdır. Bu torpaqlara ilk dəfə 1484-cü ildə gələn portuqallar sahildən görünən qara qayalıqlar səbəbi buranı "Qara nöqtə" adlandırmış, daha sonra fransızların gəlişindən sonra uyğun adla — Puent-Nuar ("Qara nöqtə") əvəz olunmuşdur. 1924–1934-ci illərdə Brazzavillə dəmir yolu xətti inşa edilmiş, 1939-cu ildə isə liman istifadəyə verilmişdir.
Tyerri Nuar
Tyerri Nuar (fr. Thierry Noir) – Berlində yaşayan fransız küçə sənətçisi . O, Berlin divarında rəsmlər çəkən ilk küçə rəssamı hesab olunur. 5 il ərzində Berlin divarının 5 km-ə yaxın hissəsini rəsmlərlə bəzəmişdir. == Bioqrafiyası == 1958-ci ildə Fransanın Lion şəhərində anadan olmuş və həyatının ilk illərini də burada keçirmişdir. Burada həyatda heçnəyə nail olmayacağını anlayıb gözlənilmədən 1982-ci ildə Qərbi Berlinə köçmüşdür. Başlıca səbəb kimi musiqilərinin fanatı olduğu Devid Boui və İqqi Pop kimi sənətkarların həmin dövrdə orada yaşaması göstərilir. Maddi imkanı olmadığından Berlin divarı yaxınlığındakı Mariannenplatzda yerləşən və 1978-ci ildə qeyri-leqal olaraq gənclər mərkəzi kimi fəaliyyət göstərən baxımsız xəstəxanada məskunlaşmışdır. Qaldığı bina onun kimi maddi imkanı olmayan bir çox rəssamın sığınacağına çevrilmişdi. Tyerri ömrünün 20 ilini burada yaşamışdır.
Nubar Ozanyan dəstəsi
Nubar Ozanyan dəstəsi (erm. Նահատակ Նուպար Օզանեան Գումարտակ, ərəb. طابور الشهيد نوبار اوزانيان‎) — Suriya Demokratik Qüvvələrinin tərkibində Suriyada fəaliyyət göstərən erməni hərbi təşkilatı. 2019-cu ilin aprelində qurulmuşdur. Lideri Masis Mutanyandır. == Tarixçə == Dəstə, 2019-cu il aprelin 24-də, erməni soyqırımının 104-cü ildönümünündə yaradılmışdır. 2017-ci ildə Raqqada öldürülən Türkiyə Marksizm-leninizm kommunist partiyası silahlı qolunun lideri olan Nubar Ozanyanın şərəfinə adlandırılmışdır. Məqsədləri erməni xalqı, dili və mədəniyyətini, eyni zamanda bütün rojava xalqlarını "Faşist Birlik və Tərəqqi Partiyası təmsilçiləri" olaraq "İraq Şam İslam Dövləti və Türkiyədən" qorumaqdır. 14 avqust 2019-cu il tarixdə Nubar Ozanyan dəstəsi və Türkiyə Marksizm-leninizm kommunist partiyası tərəfindən Ozanyanın Raqqa müharibəsində ölümünün ikinci ildönümünü qeyd edən ortaq bir mərasim təşkil edilmişdir. Suriya Demokratik Qüvvələrinin tərkibində Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusuna qarşı Sülh Bulağı əməliyyatında vuruşmuşdur.
Nübar Həkimova
Nübar Muxtarova
Nübar Muxtar qızı Muxtarova (30 avqust 1948) — Azərbaycan pedaqoqu, pedaqoji elmlər doktoru (1996), professor (1997). "Tərəqqi" medalı ilə təltif olunmuşdur (2009). == Həyatı == Nübar Muxtarova 30 avqust 1948-ci ildə Litva SSR-in Şaulyay şəhərində anadan olmuşdur. Sonra Şamaxı rayonuna köçmüşlər. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1986-cı ildən Bakı Dövlət Universitetində çalışır. 10 elmi-praktik konfransın, o cümlədən, 4 beynəlxalq elmi-praktik konfransın təşkilatçısı və rəhbəri olmuşdur. Rusiya, Türkiyə, Çin, Malayziyada keçirilən beynəlxalq konfranslarda çıxış etmişdir. BDU-nun Böyük Elmi Şurasının qərarı ilə nəşr olunan "Pedaqoji aləm" adlı jurnalın təsisçisi və baş redaktorudur (1999-cu ildən). Bakı şəhər YAP Səbail rayon Qadınlar Məclisinin sədridir.
Nübar Novruzova
Nübar Novruzova (tam adı: Nübar Qulu qızı Novruzova; 8 mart 1958, Naxçıvan) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Nübar Qulu qızı Novruzova 1958-ci ilin martın 8-də (sənədlə 1 martdır) Naxçıvanda anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. Universitetdə oxuyarkən Adil İsgəndərov, Rza Təhmasib və Zəminə Hacıyeva kimi pedaqoqlardan təhsil almışdır. 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qəbul edilmişdir. Daim axtarışlar aparan, yorulmadan çalışan aktrisa az vaxt ərzində teatrın aparıcı aktrisası olub, baş rollarda müvəffəqiyyətlə çıxış etmişdir. Aktrisanın əsas rolları bunlardır: "Qonşu qonşu olsa" Ağca — ("Qara qız" S. S. Axundov, A. Şaiq) Xumar — ("Qızaran üfüqlər") Leyla — ("Sən nə üçün yaşayırsan?", İmran Qasımov, Həsən Seyidbəyli) Qumru — ("Sabah çoxdan başlanır", Rəhman Əlizadə) Nazlı — ("Ərizə", Əli Əmirli) Bala Dovşan — ("Çal oyna", İskəndər Coşğun) Bahar — ("Ana laylası", İskəndər Coşğun) Qadın — ("Unutmağa kimsə yox", Kamal Abdulla) Naza — ("Məhəbbət, şeytan və lambada", Marat Haqverdiyev) Yetər — ("Hacı Qəmbər", Nəcəf Bəy Vəzirov) Şeytan — ("Toxmaq Əhməd", Rauf İçərişəhərli) Naza — ("Ləyaqət", Marat Haqverdiyev) Nargilə — ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev) Jannina — ("Məzəli hadisə", Karlo Qoldoni) Sona xanım — ("Hacı Qara", Mirzə Fətəli Axundov) Böyükxanım — ("Aydın" C. Cabbarlı) Zalxa — ("Hekayəti-xırs quldurbasan" M. F. Axundov) Ana — ("Ələddinin sehrli çırağı" N. Kazımov) Tənbəl qız — ("Göyçək Fatma" Azərbaycan xalq nağılı) Missis Sauberi — ("Oliver Tvistin macəraları" Çarlz Dikkens) Qonşu — ("Viktoriya" Knut Hamsun) Sədəf qarı — ("Əcəl atı" Vaqif Əlixanoğlu) Səkinə — ("Mən səni sevirəm" Əli Əmirli) Dayə — ("Romeo və Cülyetta" U. Şekspir) Xeyransa — ("Buzovna kəndinin əhvalatları" Elçin) Yelena xala– ("Dörd əkizin nağılı" P. Pançev) Markolfa — ("İtalyansayağı xoşbəxtlik" D. Fo, P. Filippo) Ana — ("Ağ ölüm" V. Siqarev) == Mükafatları == Teatr sənətinin inkişafındakı xidmətlərinə görə o, 1991-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. 10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Poqos Nübar
Poqos Nübar (q.erm. Պօղոս Նուպար; 2 avqust 1851, Konstantinopol, Osmanlı imperiyası – 25 iyun 1930[…], XVI arondisman (Paris)[d]) — Misirin üç dəfə valisi olmuş Nübar Paşanın oğlu. Erməni Milli Nümayəndə heyətinin sədri və digər on erməni milli hərəkatının lideri ilə birlikdə 1906-cı il aprelin 15-də Erməni Ümumi Xeyirxahlar İttifaqının (AGBU) qurmuş və 1906-1928-ci illərdə onun ilk prezidenti olmuşdur. 1912-ci ildə o, katolikos V Gevorq tərəfindən Ermənistan Milli Nümayəndə heyətinə sədr təyin edilib. == Həyatı == Nübar 1851-ci ildə İstanbulda anadan olub. Onun atası Misirin baş naziri Nübar Paşa olub. Misir və Fransada inşaat mühəndisi kimi təhsil alıb. Misirdə su işləri və Sudanda suvarma layihələrində çalışıb.
Alvar
Toponimlər
Avuar
Avuar (fransız dilində “avoir” – sahib olmaq, əmlak, aktiv sözündən yaranmışdır) geniş mənada sahibinin öhdəliklərini ödəmək imkanı verən müxtəlif aktivlərdir (pul vəsaitləri, çeklər, veksellerlər, akkreditivlər). Dar mənada isə avuar dedikdə bankların xarici ölkələrdə yerləşən banklardakı hesablarında əcnəbi valyuta ilə sahib olduqları vəsait başa düşülür. Hər hansı bir ölkəyə məxsus olan həmin vəsaitlərin toplusu onun əcnəbi avuarı adlanır. Həmin avuarların hesabına ödənişlər edilir, borc öhdəlikləri bağlanır, ölkələr arasında ödəniş dövriyyəsi həyata keçirilir. Dünya iqtisadiyyatında ödəniş dövriyyəsinin əhəmiyyətli hissəsi ABŞ dolları, avro, yapon yeni, ingilis funt sterlinqi ilə həyata keçirildiyindən, avuarların ən geniş olaraq bu valyutalarda yayılmışdır. == Növləri == Sərbəst; Dondurulmuş; Xüsusi rejimlə istifadə olunan; Əməliyyat avuarı (cari ödənişlər üçün); Sığorta avuarı (ehtiyat); İnvestisiya avuarı; Təzminat avuarı. Aydın olduğu kimi, avuarlar sahibinin borc öhdəliyini ödəmək üçün nəzərdə tutulmuş aktivlərdir. Bundan əlavə, onlar vasitəsilə təsərrüfat fəaliyyəti aparılır. Çünki mahiyyət etibarilə şirkətə “su üzərində qalmağa” kömək edir və hətta gəlir qazandırır. Yox əgər, məhz bank avuarlarından danışmalı olsaq, deməliyik ki, bu zaman avuarlar beynəlxalq əməliyyatlar və hesablamalaq üçün istifadə olunur.
Bulvar
Bulvar (fr. boulevard, alm. bollwerk‎) — möhkəmləndirilmiş torpaq sahəsi, küçə, dəniz və çay sahili kənarında gəzinti üçün ayrılmış sahə. Bulvar piyada gəzintisi, insanların istirahəti üçün nəzərdə tutulur. Eyni zamanda bina və səkiləri tozdan və nəqliyyatla birbaşa təmasdan qoruyur. Bulvarda heykəl və abidələr qoyulur, fontanlar, uşaq və idman qurğuları, kafe və ticarət kioskları yerləşdirilir. == Qalereya == == Mədəniyyətdə == == Ədəbiyyat == Г. И. Воробьёв. Лесная энциклопедия. Москва, изд.Большая российская энциклопедия,1985, т.1, стр.
Buxar
Buxar və ya buğ — fizika, kimya və mühəndislikdə buxarlaşmış suyu ifadə edir. 100 dərəcə ətrafındakı istilikdə və standart atmosferik təzyiqdə buxar, safdır, şəffaf qaz halındadır və maye haldakı sudan 1600 qat daha həcimlidir. Buxar suyun qaynama nöqtəsindən daha istidir. Daha yüksək temperaturlardakı buxara qızdırlmış buxar deyilir. Maye haldakı su, çox isti maye bir maddə ilə təmas etdiyində (məsələn lava və ya ərimiş metal), çox tez olaraq buxar halına gələ bilər. Buna buxar partlaması deylir. Bu partlayış xüsusilə bağlı sahələrdə ani təzyiq dəyişikliyi səbəbiylə, son dərəcə böyük ziyanlara səbəb ola bilər. Buxar maşınında buxar vasitəsi ilə turbin və ya porşenin hərəkətini təmin etmək mümkün olur. Digər sənaye proseslərində buxar borular vasitəsi ilə yığdığı enerjini istilik transferi ilə köçürür. Buxardakı yığılmış təzyiqin səbəbi suyun yüksək buxarlanma istiliyidir.
Cupar
Cupar— İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,830 nəfər və 1,054 ailədən ibarət idi.
Davar
Divar
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. == Coğrafiyası və təsviri == Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələdə dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
Kunar
Kunar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Kuçar
Kuçar (fars. کوچار‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 384 nəfər yaşayır (124 ailə).
Kəvar
Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,158 nəfər və 4,753 ailədən ibarət idi.
Lumar
Lumar — İranın İlam ostanının şəhərlərindən və Sirvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,702 nəfərdən və 591 ailədən ibarət idi.