Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oroçlar
Oroçlar — Rusiyanın Xabarovsk vilayətində yaşayan xalq. Özlərini Nani adlandırırlar. 1,2 min nəfərdirlər. (1979). Oroçlarların etnogenezisində tunquslar iştirak etmişlər. Dilləri Tunqus-mancur dillərinin cənub qrupuna daxildir. Oroçların mədəniyyəti udegelərə yaxındır.
Oroklar
Oroklar (özlərini: ульта́, уйльта, на̄́ни) — Tunqus-mancur dillərinə mənsub dildə danışan xalqdır. Rusiya Federasiyasının az saylı xalqıdır Rusiyada orokların böyük əksəriyyəti Saxalin vilayəti ərazisində yaşayır. Belə ki, 346 nəfərdən 298 nəfəri burada yaşayır. Vilayətin əsas üç yaşayış məntəqəsində yayılmışlar: Poronaysk şəhəri, Noqliki qəsəbəsi və Val kəndi. Hazırda Valda 144 orok yaşarır. Rusiya Federasiyasında 2002-ci il məlumatına əsasən 346 nəfər Orok yaşayır Onlar həmçinin Qastello və Varşurev (Poronay rayonu), Viaxtu kəndində (Aleksandrovsk-Saxalin rayonu), Smirmıy qəsəbəsində (Smirmıy rayonu) və Oxinski rayonu kimi ərazilərdə onlara rast gəlinir Oroklar Rusiya ərazisindən başqa Yaponiyanın Hokkoyda 1989-cu il məlumatına görə 220 orok yaşayır. Hazırda isə onlar haqqında dəqiq məlumat yoxdur 2001-ci ildə Ukraynada aparılan siyahıya alınma nəticəsində ölkədə 959 orokun yaşaması müəyyənləşir. Bu insanlardan cəmi 12-si Orok dilini doğma dili (1%), 179 nəfər ukrayn dilini (19 %), 710 nəfər (74 %) isə rus dilini doğma dili hesab edir Bununla belə SSRİ ərazisində 1989-cu il məlumatına əsasən cəmi 2 orok yaşadığı bildirilir. 2002-ci ilə olan məlumata görə orokların yayılma arealı və sayları : Saxalin vilayəti: Poronaysk şəhəri — 119 nəf Val kəndi — 105 nəf Orok dili Tunqus-mancur dillərinə aiddir. Hazırda Saxalin vilayəti ərazisində cəmi 64 nəfər danışır.
Oromolar
Oromolar (amhar dilindən tərcümədə "Oromo" – "torpaq axtaran avaralar") — Efiopiya və Keniyada yaşayan xalq. Sayı təxminən 25 milyon nəfərdir. Гемечу К. М. Традиционная культура Оромо: генезис и эволюция. Монография / Гемечу Кедир Мохаммед; Моск. гос. ун-т культуры и искусств М.: Моск. гос. ун-т культуры и искусства, 2000. — 198 с. Кобищанов Ю. М. Оромо // Народы и религии мира / Гл.
Osovlar
Osovlar (rus. осовы, ing. snowslumps, slumps) dərələrin və qobuların dik yamaclarında, sirkəbənzər dayaz batıq çövəklik; qrunt və səth suları ilə, xüsusi ilə kölgəli yamaclarda qarın tədricən ərimə zamanı güclü rütubətlənmiş gillicə çöküntü qatının üst hissəsinin yer dəyişməsi nəticəsində əmələ gəlir; ağırlıq qüvvəsinin təsiri ilə qar kütləsinin yamac aşağı nisbətən yavaş yerdəyişməsi (qar sürüşməsi).
Toroslar
Toroslar (türk. Toroslar) — Mersin ilinin ilçəsi.
Oralar
"Oralar" — Azərbaycan televiziya verilişi. 2017-ci il aprelin 8-də ATV kanalında yayımlanıb. Verilişdə aparıcı Turanə Hüseynli qlamur həyat, dəbli butiklər, gənclərin əyləncə məkanlarına, Azər Qəribov şəhərlərin lüks həyatını, məşhur abidələrini, muzeyləri və turistik məkanlarını, Rüstəm Əfsərli isə büdcəli səyyah həyatı sürərək sadə insanların yaşayışını tamaşaçılara göstərir. 2018-ci ildə veriliş "Oralar" verilişi Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında "Televiziya verilişləri" nominasiyasında birinci yerə layiq görülüb. Oralar — Internet Movie Database saytında.
Orlar
Orlar, Horlar (yun. Ὥραι, fəsil) qədim yunan mifologiyasında, il fəsili ilahələri, Zevs və Temisin qızları (Helios və Selenanın qızları).
Ortalar (Qars)
Ortalar — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 40 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 20 km uzaqlıqda yerləşir. 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 297 nəfər daimi əhali yaşayır.
Çürük borolar
Çürük borolar (ing. rotten boroughs) — Birləşmiş Krallıqda XVIII əsrin sonu və XIX əsrin əvvəllərində əhalisi boşaldılmış, lakin parlamentdə təmsilçiliyini qoruyub saxlayan kənd və şəhərlər. Bu qəsəbələrdə seçicilərin səsləri çox vaxt yerli ev sahibi tərəfindən idarə olunurdu. Çox vaxt İcmalar Palatasında bir yer sadəcə alınırdı ki, bu da bir neçə onlarla seçici üçün çətin deyildi. 1832-ci il islahatından əvvəl parlamentə 2 deputat göndərən və yalnız 7 sakinin səsvermə hüququ olan Surreydəki Qatton qəsəbəsi "rekordçu" idi. Eyni zamanda, bir çox yeni böyük sənaye mərkəzləri, məsələn, Birmingem, parlamentdəki təmsilçilikdən tamamilə məhrum edilmişdi. Təkcə fəhlələr deyil, sənaye burjuaziyasının bir çox nümayəndələri də səsvermə hüququna malik deyildilər. 1815-ci ildə 20 milyondan çox olan Birləşmiş Krallıq əhalisinin yalnız 160 min nəfərinin səsvermə hüququ var idi. Sənaye şəhəri Yorkşir cəmi 2 deputatla təmsil olunmuşdu. Сэр Фрэнсис Бердетт Spielvogel, Western Civilization — Volume II: Since 1500 (2003) p.
Patoloji rollar
Patoloji rollar — həm ifaçısına, həm də bütün ailəyə psixo-travmatik təsir göstərən, bir növ, şəxsiyyətlərarası ailə rollarıdır. Patoloji rollar konsepsiyasının inkişafına əsas töhfəni H. Rixter (1970) vermişdir. O, "Ailə — bir xəstə olaraq" kitabında müxtəlif növ patoloji rollar haqqında fikirlərini bildirmişdir. Həmçinin E.G.Eydemiller və V.V.Yustiskis də bu konsepsiyaya istinad etmişlər . Əslində, patoloji rollara əlavə olaraq, oxşar anlayışlar var, lakin fərqli adlarla. Məsələn: valideynlər və uşaqlar arasında qarşılıqlı münasibətləri əks etdirən "tərbiyə üsulu", ailə üzvlərindən birinin psixi sağlamlığına əks təsir göstərən "ailə münasibətlərinin xarakteri" və s. E. G. Eydemillerə görə, konkret olaraq hər ailədəki rol sistemi bir neçə kriteriyaya cavab verməlidir: Rollar bütöv, əlaqəli sistem formalaşdırır. Rolun ifaçısına olan tələblərdə ciddi ziddiyyətlər yaranarsa, onun icrası yolunda da əhəmiyyətli maneələr yaranar. Məsələn, bir qadının peşə rolunu eyni dərəcədə tam şəkildə yerinə yetirməsini tələb etməsi nəticəsində həyat yoldaşı və ananın rolu, fərdin psixi sağlamlığına və bütün ailənin həyatına mənfi təsir göstərən rolların həddindən artıq yüklənməsi ilə nəticələnə bilər. Fərdin oynadığı ümumi rollar ailədə ehtiyaclarının ödənilməsini təmin etmək üçün hazırlanmışdır.
Qoçlar (Puldəşt)
Qoçlar (fars. گچلر‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (13 ailə).
İldırım Ordular qrupu
İldırım Ordular qrupu (almanca: Heeresgruppe İldırım), I Dünya Müharibəsi dövründə Osmanlı dövlətinin Sinay və Fələstin cəbhəsi və İraq cəbhəsini müdafiə etmək üçün qurduğu ordular qrupu. 24 iyun, 1917-ci ildə Hələbdə Ənvər paşanın və alman komandirlərinin qatılması ilə (Mustafa Kamal Atatürk daxil) olan toplantıda general Falkenheinin rəhbərliyində "İldırım Ordular qrupu"nun yaradılması qərara alındı. Bu yeni qərar Fələstin-Suriya-İraq cəbhələrini bir yerə gətirəcəkdi. Bu qərarda belə Sinay və Fələstin cəbhəsinə çox qüvvə ayrılmamışdı. Ancaq bu dəfə Almaniya bu qrupa 6 min nəfərlik kömək qrupu göndərəcəkdi ki, bunun da bir hissəsi Sinay və Fələstin cəbhəsi üçün nəzərdə tutulmuşdu. Oktyabr ayında (1917) Sinay və Fələstin cəbhəsindəki Osmanlı qüvvələrinin sayı 40 min nəfər idi. Buna qarşı ingilis qoşunları komandanı Allenby idə 191 min nəfərlik qüvvəyə sahib idi. İngilislərin təchizatı və silah-sursatı baxımından da Osmanlıdan xeyli irəlidə idi. Hələb toplantısından sonra İstanbula geri dönən Baş Komandan vəkili Ənvər paşanın ilk işi planlaşdırılan İldırım Ordular qrupunun qurulması olmuş və general Falkenheinin qrup komandanlığına təyinatını (11 iyul, 1917), sultanın təstiqindən keçirdikdən sonra 11 iyul, 1917-ci ildə təşkil əmrini vermişdi. İldırım Ordular qrupunun quruluş məqsədi ilk əvvəllər Bağdadın geri alınması idi.
Vroclav
Vrotslav (pol. Wrocław, polyak: [ˈvrɔt͡swaf] ( dinlə); alm. Breslau‎, pronounced [ˈbʁɛslaʊ] ( dinlə), lat. Vratislavia və ya Wratislavia) — Polşanın cənub-qərb hissəsində yerləşən Aşağı Sileziya əyalətinin tarixi bölgəsi və paytaxtıdır. Şəhər, Odra çayı üzərndə salınmışdır. Şəhər əhalisinin sayı isə rəsmi hesablamalara əsasən 631.235 nəfərdir və bununla da Polşanın dördüncü böyük şəhəri sayılır. Paytaxt Varşavadan sonra Polşanın ikinci böyük biznes mərkəzi hesab edilir. Hala Ludowa ("Xalq Salonu") Ostrów Tumski ("Katedral adası"), Racławice Panorama Plac Grunwaldzki ("Grunwaldzki meydanı") St.
Oracular Spectacular
Oracular Spectacular — ABŞ musiqi qrupu MGMT(en)-nin debüt studiya albomu. 2 oktyabr 2007-ci ildə RED Ink Records tərəfindən buraxılıb.