Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pinkel
Pinkel (нем. Pinkel)-Almaniyanın şimal-qərb zonasının milli yeməyidir. Oldenburq, Bremen, Frislandiya da geniş yayılıb. Qarniyeri kələm olur. Cənubi Almaniyada isə demək olar heç məşhur deyil. Pinkeldə istifadə edilən kolbasa, donuz ətindən, mal ətinin piyindən, yulafdan, soğandan, duz, istiotdan ibarətdir. Pinkelin əsas resepti demək olar ki, gizli saxlanılır. Buna görə də müxtəlif bölgələrdə müxtəlif cür hazırlanır. Əgər pinkelin əti çoxdursa o ətli pinkel və ya oldenburq pinkeli adlanır. Kələmli-pinkellər qış aylarında Almaniyanın şimal regionlarındakı kəndlər üçün hazırlanırdı.Oldenburq əyalətinin ətraflarında bu adət ənənə geniş yayılıb.
Nicole Aniston
Nikol Eniston (ing. Nicole Aniston; 9 sentyabr 1987, San-Dieqo, Kaliforniya) — alman və yunan əsilli ABŞ pornoaktrisası. Nikol Eniston 9 sentyabr 1987-ci ildə Kaliforniyada doğulub. 2009-cu ildə pornoqrafiya sektoruna qoşulmuş və o vaxtdan bəri 700-dən çox filmdə rol almışdır. 2012-ci ilin avqust ayında "Penthouse Pet of the Month" və 2013-cü ildə "the 2013 Penthouse Pet of the Year" mükafatının qalibi olmuşdur.
Nicole Scherzinger
Nikol Praskovya Elikolani Şerzinger (ing. Nicole Prascovia Elikolani Valiente Scherzinger; 29 iyun 1978, Honolulu) — ABŞ müğənnisi və aktrisası. Nikol Pussycat Dolls qrupunun baş vokalistidir.
Jikle çapı
Jikle çapı- (ing.giclée print, ru.печать жикле) - kətan və kağız üzərində rəsm əsərlərinin orijinaldan fərqlənməyən çapı. Fransızca “Le gicleur” (çiləmək, səpmək, sıçratmaq) sözündən götürülüb. Jikle texnologiyası şırnaqlı printerlərin iş prinsipinə əsaslanır. Bu texnologiya ölməz sənət incilərini təbii kətan üzərində tamamilə yenidən yaratmağa, ən kiçik rəng və işıq-kölgə nüanslarını təkrarlmağa, yaxılmış boyanın xarakterini və fakturasını ifadə etməyə imkan verir. Peşəkar surət çıxaran rəssamlar tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş bədii kopiyalardan fərqli olaraq, rəqəmsal bədii reproduksiya olan jikle əsl əsərin imitasiyası deyil, onun dəqiq faksimil təkrarıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Jerar Pike
Jerar Pike (2 fevral 1987[…], Barselona) — İspaniyanın "Barselona" klubunun, sabiq müdafiəçisi.
Xerard Pike
Jerar Pike — İspaniyanın "Barselona" klubunun,Sabiq Müdafiəçisi
Pike əməliyyatı
Pike əməliyyatı — İkinci Dünya müharibəsinin ilk illərində Qafqazda neft hasilatı obyektlərini məhv etmək üçün təklif olunan ingilis-fransız strateji bombardman planı. Plan Britaniya Hərbi Hava Qüvvələrinin komandanı Con Slesor tərəfindən hazırlanmışdı. Sovet İttifaqına qarşı ingilis hərbi planlaması, İkinci Dünya müharibəsinin ilk iki ilində (1939–1941), ingilislər və fransızlar alman–sovet ticarət müqaviləsi və Molotov-Ribbentrop paktının Stalini Hitler və Nasist Almaniyası ilə ortaq etdiyi qənaətinə gəldikdə həyata keçirilməyə başlandı. Plan Sovet iqtisadiyyatının dağıdılmasına nail olmaq və Almaniyanı Sovet resurslarından məhrum etmək üçün sovet neft sənayesinin məhv etməyi nəzərdə tuturdu. Molotov-Ribbentrop paktı bağlandıqdan sonra İngiltərə və Fransa SSRİ-nin almanlara neft satmasından narahat olmağa başladılar. Planlaşdırma 1939-cu ilin sentyabrında Sovet qoşunlarının Polşaya hücumundan dərhal sonra başladı və Stalin 1939-cu ilin noyabrında Finlandiyaya qarşı Qış müharibəsinə başladıqdan sonra genişləndi. Plana Şimali Norveç və İsveçin ələ keçirilməsi və Baltik dənizində Sovet qoşunları və dəniz qüvvələri ilə qarşıdurma aparmaq üçün Finlandiyaya irəliləmə daxil edilmişdi. Cotton, Sidney. Barker, Ralph (redaktor). Aviator Extraordinary: The Sidney Cotton Story.
Piyalə Paşa
Piyalə Paşa(d. 1515 - ö. 1578) — Qanuni Sultan Süleyman dövründə 14 il kapitanı dərya vəzifəsində olmuş və mühüm qələbələr qazanmış bir Osmanlı dövlət xadimi və dənizçisidir. Əslən xarvatdı. Atası sonradan müsəlman olaraq Əbdürrəhman adını almışdır. Mohaç müharibəsindən sonra Macarıstandan yığılan bir uşaq kimi kiçik yaşlarda Endurana gətirilib burada təhsil almışdır. 1547-ci ildə qapıçıbaşı olaraq saraydan çıxmışdır. Sonra Gelibolu bəylərbəyi olmuşdur. 1553-cü ildə aldığı bəylərbəylik ilə kapitanı dərya adı verilmiş və kapitanı dərya adını 1567-ci ilə qədər saxlamışdır. 1555-ci ilin yazında əmrində olan 60 gəmidən ibarət donanma ilə və Turqut Rəislə birlikdə Fransaya yardıma göndərilib.
Aerotermik pillə
Barik pillə
== Atmosferdə barik pillə == Yüksəkliyə doğru atmosfer təzyiqinin 1mm.c.st azalması üçün lazim olan hündürlük barik pillə adlanır. Troposferin aşağı təbəqəsində barik pillə 10m qəbul edilmişdir. Troposferin yuxarı qatlarında barik pillə artır və barik pillə 12m,15m və daha böyük olur. Barik pillənin köməkliyi ilə müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. Yüksəkliyə doğru barik pillənin artması havanın sıxlığının az olması ilə əlaqədardır. Belə ki, 3000m hündürlükdə təzyiqin 1mm.c.st dəyişməsi üçün 15m,5000 metrdə isə 25m lazımdır və 1mm.c.st dəyişməsinə uyğun gələn hündürlük barik pillə adlanır. Bununla müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. == Okean səthi üzərində barik pillə == Okean səthi (0m) üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi əsas götürülür. Normal atmosfer təzyiqi 45 derecelik paraleldə,0 C temperaturda havanın 1sm2 səthə göstərdiyi təzyiq 760mm.c.st olaraq qəbul olunmuşdur. Atmosfer təzyiqi barometr cihazı ilə ölçülür.
Geometrik pillə
Geotermik pillə
Geotermik pillə- (ing. Geothermal step) Temperaturun 1 dərəcə artması üçün yer qabığı dərinliyinə şaquli xətt üzrə nə qədər enmək lazım olduğunu göstərən metr miqdarıdır.Geotermik pillənin orta kəmiyyəti 33 metrdir.Lakin süxurların istilik keçirməsindən,onların yatımının xarakterindən,relyefdən və s.səbəblərdən asılı olaraq geotermik pillə 27.7 metrlə (Hollandiya) 45.8 metr arasında (ABŞ) dəyişir.
Piyalə Paşa məscidi
Piyalə Paşa məscidi (osman. پیاله پاشا جامع Piyale Paşa Camii) və ya Tərsanə məscidi — Türkiyədə, İstanbul şəhərinin Bəyoğlu ilçəsinin Kasımpaşa məhəlləsində yerləşən XVI əsrə aid Osmanlı məscidi. Piyalə Paşa məscidi Osmanlı imperatoru memar Mimar Sinan tərəfindən vəzir və böyük admiral Piyalə Mehmed Paşa üçün dizayn edilmişdir. Məscid 1565-1573 -cü illərdə tikilmişdir. Böyük bir mərkəzi günbəzə malik olan Sinan tərəfindən hazırlanmış digər məscidlərdən fərqli olaraq, Piyalə Paşa məscidi hər birinin diametri təxminən 9 metr (30 ft) olan, üç sırada düzülmüş altı eyni günbəz ilə inşa edilmişdir. Məscid Vasat Atik Əli Paşa məscidi ilə birlikdə İstanbuldakı iki çoxqübbəli məsciddən biridir. Qübbələr namaz qılınan yerin mərkəzindəki bir cüt nazik qranit sütunla dəstəklənir. Minarə qiblənin əksi istiqamətindəki divarın ortasında yerləşir. Minarə 19-cu əsrin ortalarında yenidən qurulmuşdur. Məscidin üç daxili divarı üzərində kobalt-mavi fon üzərində yazılmış ağ süls skriptində yazılar olan bir sıra İznik saxsısı ilə örtülmüşdür.
Piyalə və ox
Piyalə və ox — Novruz bayramı ve digər el şənliklərində təşkil edilmiş atüstü oyun. Orta əsrlərdə geniş yayılmış bu oyun klassik ədəbiyyatımızın nümunələrindən də bəllidir. Melumata görə, oyunda bir neçə nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin başına içi sikkə ile dolu piyalə qoyulur. Süvarilər hər dəfə çaparaq dirəyin yanından keçərkən, eyni yerdə yana çevrilib ox atırdılar. Oxlar qıjıltı ile piyalənin yanından ötüb-keçir. Serrast nişan alıb bu qiymətli mükafatı vurub salan qalıb sayılır ve piyalədən tökülən sikkələr ona çatır.
Bir piyalə çay
İttihad Partiyası və ya Qafqaz İttihad Firqəsi, həmçinin 1917–1918-ci illərdə"Rusiyada müsəlmanlıq" "İttihad" — 1917–1920-ci illərdə Azərbaycanda açıq fəaliyyət göstərmiş, Ümum-Rusiya Müəssislər Məclisində, Zaqafqaziya Seymində, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Müsavat və bitərəflər fraksiyasından sonra ən çox üzvü olan, ana müxalifət partiyası. İslam ideologiyasını siyasət səviyyəsinə qaldırmağa çalışan aparıcı təşkilat. Partiya 1921-ci ildə İttihadi-İslam, daha sonra Milliyəti İslam və yekun olaraq isə Azərbaycan Milli Müdafiə İslam Partiyası adını almışdır. == Tarixi == === Yaranması === Fevral inqilabından sonra Azərbaycanda lokal xarakterli ittihad ideologiyalı partiyalar yaranmışdır. Bunlara nümunə olaraq İrəvan və Gəncədəki İttihad cəmiyyətlərini, Gəncədəki İttihadi-İslam Cəmiyyətini və Firqeyi Məhəmmədiyə partiyasını göstərmək olar. Gəncədəki İttihad cəmiyyətinin lideri Məhəmməd Pişnamazzadə olmuşdur. Heybətqulu Məmmədbəyli xatirələrində partiyanın 1917-ci ilin yayında Bakı şəhərində bir neçə şəxs tərəfindən "Rusiyada müsəlmanlıq" Firqəsinin Təşkil Komitəsi yaradıldığı qeyd olunmuşdur. Bu komitə İsmailiyyə Sarayında yerləşmişdir. Təşkilat Komitəsinin üzvləri sırasında aşağıdakı şəxslər olmuşdur: Partiyanın quruluş ərəfəsində tanışlıq görüşləri təşkil edirdi. Belə yığıncaqlardan biri də 20 oktyabr 1917-ci ildə Sultan Məcid Qənizadə və Bəşir bəy Aşurbəyovun iştirakı ilə Təzəpir məscidində keçirilmişdir.
Caban (Diklə dehistanı)
Caban (fars. جابان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Yarıq boyu pillə
Yarıq boyu pillə (rus. уступ приразломный, ing. fault line scarp) — bir-birindən qırılmalarla ayrılan müxtəlif süxur laylarında selektiv eroziya nəticəsində yaranmış pillə. Ekzogen qüvvələr nəticəsində relyefdə əksini tapmış, tektonik qırılma. Denudasiya prosesləri nəticəsində kəskin dəyişilmiş olur.
Pikə Axundova
Pikə Axundova (Talıblı; 1984, Bakı) — Bəstəkar-pianoçu, pedaqoq, prezident təqaüdçüsü, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr və "Gənclər Mükafatı" laureatı. Pikə Mirzəağa qızı Axundova (Talıblı) 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini 4 yaşında ikən anasından almış, daha sonra fortepiano ixtisası üzrə, 1989-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin hazırlıq, 1990-cı ildə isə 1-ci sinfinə daxil olmuşdur. 2001-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini 3 şöbə üzrə (fortepiano, bəstəkarlıq, nəzəriyyə) əla qiymətlərlə bitirmişdir. 2001-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq və fortepiano şöbələrinə qəbul olmuşdur. Bəstəkarlıq ixtisası üzrə akademik Arif Məlikov, fortepiano ixtisası üzrə isə Dilarə Mirzəquliyevanın sinfində təhsil almışdır. 2005-ci ildə Magistr pilləsinə qəbul olmuş, 2007-ci ildə həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. 2007-ci ildə aspiranturaya qəbul olmuş və 2010-cu ildə yenə də fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda Bülbül adına orta ixtisas musiqi məktəbində və G.Şaroyev adına 11 illik musiqi məktəbində bəstəkarlıq və fortepiano ixtisasları üzrə müəllim vəzifəsində çalışır. Bundan başqa Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və doktorantıdır.
İçke Bayramqol (Uçalı)
İçke Bayramqol (başq. Иҫке Байрамғол, rus. Старобайрамгулово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 73 km, ən yaxın dəmiryol stansiyasından (Kuramino stansiyası): 33 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
İçke Draj (Şaran)
İçke Draj (başq. Иҫке Драж), rus. Стародражжево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Pisarev kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 21 km, kənd sovetliyindən (Pisarev): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 51 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (69%) üstünlük təşkil edir.
İçke Keçkenəş (Şaran)
İçke Keçkenəş (başq. Иҫке Кескенәш, rus. Старый Кичкиняш) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd İçke Tombaqoş kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 16 km, kənd sovetliyindən (İçke Tombaqoş): 9 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 47 km.
İçke Tamyan (Şaran)
İçke Tamyan (başq. Иҫке Тамъян), rus. Старый Тамьян) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Bazqıya kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 25 km, kənd sovetliyindən (Bazqıya): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 25 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (85%) üstünlük təşkil edir.
İçke Tombaqoş (Şaran)
İçke Tombaqoş (başq. Иҫке Томбағош, rus. Старотумбагушево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd İçke Tombaqoş kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 7 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 43 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə marilər (90%) üstünlük təşkil edir.
İçke Tırbıy (Şaran)
İçke Tırbıy (başq. Иҫке Тырбый, rus. Старотурбеево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 15 km, kənd sovetliyindən (Miçurinsk): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 57 km.
İçke Çikəy (Şaran)
İçke Çikəy (başq. Иҫке Сикәй, rus. Старочикеево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 33 km, kənd sovetliyindən (Miçurinsk): 15 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 75 km.
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?, Yaponiyada tanınan adı ilə Dungeon ni Deai wo Motomeru no wa Machigatteiru Darou ka (ダンジョンに出会いを求めるのは間違っているだろうか, azərb. Zindanda qız tutmağa çalışmaq düz deyil?‎) və ya qısaca DanMachi (ダンまち?) — Suzuhito Yasudanın rəssamlığı ilə Fucino Omori tərəfindən yazılmış ranobe seriyası. SB Creative 2013-cü ilin yanvarında GA Bunko imprinti altında 19 cildini buraxmışdır. Ranobe seriyası əsasında 1 spin-off ranobesi və 2 manqa adaptasiyası istehsal olunmuşdur. J.C.Staff studiyası tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 4 aprel 2015-ci ildən 27 iyun 2015-ci ilə kimi yayımlanmışdır. 7 dekabr 2016-cı ildə OVA seriyası buraxılmışdır. 2018-ci ilin fevralında ikinci mövsümü və orijinal film adaptasiyası anons edilmişdir. Bundan əlavə "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" adlı spin-off ranobesi 2014-cü ilin yanvarında, "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Familia Chronicle!" (Nilitsunun rəssamlığı ilə) adlı spin-off ranobesi 2017-ci ilin martında nəşr olunmağa başlamışdır. Hər iki ranobe manqa adaptasiyası əldə etmişdir. "Sword Oratoria" əsasında 2017-ci ildə anime serialı adaptasiyası çəkilmişdir.