Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tea LaFond
Tea LaFond (5 aprel 1994) — Dominikalı üçtəkanla tullanan atlet. Tea LaFond Dominikanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Tea LaFond birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar üçtəkanla tullanma yarışlarında təsnifat mərhələsində 12.82 m məsafəyə tullanaraq 37-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Platon
Platon (yun. Πλάτων; ən tezi e.ə. 428 və ən geci e.ə. 427[…], Afina – ən tezi e.ə. 348 və ən geci e.ə. 347, Afina), şərq mənbələrində Əflatun — qədim yunan filosofu, Klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi, Sokratın şagirdi, Aristotelin müəllimi. Platon Afinada aristokrat ailəsində dünyaya gəlmiş, orada yaşayıb yaratmışdır. Platonun atası Ariston (m. ö. 465–424) Attika çarı Kodrunun, anası isə Afinalı islahatçı Solonun nəslindən idilər.
Dövlət (Platon)
"Dövlət" (yun. Πολιτεία) — ideal dövlət problemi ilə bağlı Platonun dialoqudur. E.ə. 360-cı ildə yazılmışdır. Platonun fikrincə dövlət ədalət ideyasının ifadə şəklidir. Dialoqda ilk dəfə filosoflar əbədi olaraq mövcud olan ideyaya çata bilən şəxslər kimi təqdim edilir. == Platonun təklif etdiyi quruluş == Platonun dövləti üç zümrədən ibarətdir: Ali zümrə: yalnız müdrik insanlar vətəndaşların düzgün həyat tərzi sürmələrinə cavabdeh ola bilərlər. platonun fikrincə dövlətin başında filosoflar dayanmalıdırlar (tərbiyəçilər zümrəsi) Mühafizəçilər zümrəsi: bu zümrə dövlətin daxili və xarici təhlükəsizliyinə cavabdehdir(döyüşçülər zümrəsi). Digər vətəndaşların zümrəsi(sənətkarlar, tacirlər, kəndlilər) onların vəzifəsi dövləti zəruri ehtiyaclarının təmin edilməsidir (təchizatçılar zümrəsi). Platonun dövlətində mülkiyyətin ictimai növü mövcuddur və şəxsi mülkiyyət qadağandır.
Platon (fotoqraf)
Platon (tam adı: Platon Antoniou; 20 aprel 1968, London) — Britaniya fotoqrafı.
Platon Akademiyası
Platonun Akademiyası — E.ə. 380-ci illərdə Afina yaxınlığında mifik qəhrəman Akademanın şərəfinə adlandırılmış bölgədə Platon tərəfindən əsası qoyulmuş dini-fəlsəfi birlik. Platon Afinada ilk dəfə “Akademiya” - qəhrəman Akademin şərəfinə belə adlanan - fəlsəfə məktəbini yaratdı. O, fəlsəfi idealizm sistemini işləyib hazırladı ki, ona uyğun olaraq, insanın hissləri ilə qavranılan dünya, – bütün şeylərin hissən duyulmaz, dəyişməz, təkcə filosofun təfəkkürü ilə dərk olunan obrazların - sərbəst surətdə mövcud olan real “ideyalar” dünyasının yalnız zəif inikasıdır. Əsası bu konsepsiya üzərində qoyulmuş Platon Akademiyası Aralıq dənizinin hər tərəfindən alimləri özünə cəlb edirdi və təqribən 900 il - b.e. VI əsrinə qədər mövcud oldu. Demokritin mexanistik materializminin əksinə olaraq, Platon idealizminin etik sistemi insan həyatını rifah və xeyirxahlıq anlayışları baxımından nəzərdən keçirərək, dünyanı şüurlu başlanğıc tərəfindən nizamlanmış, ruhlandırılmış (ruh verilmiş) təsəvvür edirdi. Platon etikası onun qəlbin üç tərkib hissəsi: ağıl, iradə və hiss haqqında təliminə əsaslanır ki, buna da üç məziyyət uyğun gəlir: ağıl - müdrikliyin əsası kimi; iradə - mətinliyin əsası kimi; hissiyyatı cilovlama – ağılın və ya özünü ələ almanın16 əsası kimi. Bu məziyyətlərin harmonik birləşməsi dördüncünü - ədaləti yaradır. Akademiyada müxtəlif elm sahələri tədqiq olunurdu:fəlsəfə, riyaziyyat, astronomiya, təbiət elmləri və s.
Platon Melioranski
Platon Mixailoviç Melioranski (18 noyabr 1868 - 16 may 1906) — türkoloq, professor. Platon Mixailoviç Melioranski 18 noyabr 1868-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdur.Orta təhsilini Peterburqda almışdır. Uşaq yaşlarından başlayaraq xarici dillərə böyük maraq göstərən Melioranski universitetə daxil olmaq vaxtı gələndə Peterburq Universitetinin filologiya fakültəsi ilə şərq dilləri fakültəsi arasında seçim etmək məcburiyyətində qalmışdır. Nəhayət, şərq dilləri fakültəsinin ərəb, fars və türkcə-tatarca bölməsini seçən Melioranski hələ liseydə oxuduğu vaxtlarda tanış olduğu V. Radlovun tövsiyəsi ilə türk dialektləri üzərində çalışmağa başlamışdır. Şərq dilləri fakültəsində təhsilinə davam edən Melioranski xüsusi olaraq V. Radlovdan türk dili dərsi alırdı. Radlov kimi Melioranski də ilk olaraq Altay dialektlərini öyrənməyə başlamış, daha sonra isə qazax dili üzərində dayanmışdır. Bundan başqa, Radlov ilə birlikdə «Kutadğu bilik»i oxumuş, çağatayca dil nümunələri üzərində çalışmışdır. Bu dərslər gənc Melioranski üçün olduqca yararlı idi. Çünki şərq dilləri fakültəsində həmin vaxtlarda türkologiyanın öyrənilməsində təkcə osmanlı türkcəsinin öyrənilməsinə yer verilirdi. 1820-ci ildə Melioranski şərq dilləri fakültəsinin köməyi ilə qırğız (qazax) dil və folkloru sahəsində axtarış etmək üçün Orenburq və Turğay ərazilərinə səyahətə çıxmışdır.
Platon Oyunski
Platon Oyunski (10 noyabr 1893, 29 oktyabr (10 noyabr) 1893 və ya 1893 – 31 oktyabr 1939 və ya 1939, Yakutsk) — Yakut yazıçısı, alim-filoloq və ictimai xadim, Yakut sovet ədəbiyyatının banisi. Platon Oyunski 11 noyabr 1893-cü ildə Yakutiyada doğulmuşdu. Oyunski XX əsrin böyük və faciəvi fiqurlarından biri olub. Onun haqqında danışanda adətən belə yazırlar: Şair və inqilabçı. Yazışı və publisist. Romantik və praqmatik. İdealist və materialist. Qurucu və dövlətçi. O zamankı SSRİ tərkibində Yakutiya Sovet Sosialist Muxtar Respublikasının yaradılması məhz onun uzun mübarizəsi nəticəsində mümkün olub. Respublikasının dövlət kimi təşəkkül tapmasında, elm və mədəniyyətinin inkişafında və doğma ana dilində məktəb və nəşrlərin olmasında Platon Oyunski gərgin əmək sərf edib.
Platon mağarası
Mağara haqqında mif — Platonun "Dövlət" əsərinin yeddinci kitabında özünün "ideya" haqda təlimini izah etmək üçün istifadə etdiyi məşhur alleqoriya. Ümumilikdə platonizmin və obyektiv idealizmin təməl daşı hesab olunur. Mif Sokratla Platonun qardaşı Qlavkonun dialoqu şəklində ifadə olunur. — Sən ziyalılıq və cəhalətlə bağlı bizim insan təbiətimizi belə bir hala bənzədə bilərsən… Təsəvvür et ki, insanlar sanki yerin altında, işığın geniş düz xətt boyunca uzandığı bir mağarada yaşayırlar. Kiçik yaşlarından onların boyunlarında və ayaqlarında tərpənməyə imkan verməyən zəncirlər var və yerlərindən tərpənə, həm də başlarını döndərə bilmədikləri üçün onlar yalnız gözlərinin önündəkini görürlər. İnsanlar hündürdə yerləşən ocaqdan saçan işığa öz arxalarını çeviriblər, ocaq və insanlar arasında sehrbazların öz köməkçilərini arxasında gizlədib ordan müqəvvaları oynatdıqları parça kimi, çox da hündür olmayan hasarla əhatələnmiş bir dağ yolu keçir. — "Mən bunu təsəvvür edə bilirəm" — Qlavkon dedi. — Onda təsəvvür et ki, hasarın o biri tərəfində başqa insanlar özləri ilə müxtəlif əşyalar aparırlar və onu elə tutublar ki, əşyalar hasarın üstündən görünür. Onlar daşdan və taxtadan hazırlanmış müxtəlif canlıların heykəllərini və təsvirlərini aparırlar. Bu zaman adətən onların bəziləri danışır, bəziləri isə susur.
Siyasətçi (Platon)
Siyasətçi(qəd. yun. Πολιτικός) — Platonun yaradıcılığının yekun mərhələsinə yaxın yazılmış və bir növ "Sofist" dialoqunun davamı kimi dəyərləndirilən dialoqdur. Dialoqun iştirakçıları: Sokrat və Feodor yalnız əsas iştirakçıları təmsil edirlər və onların iştirakı yalnız bir neçə giriş frazasının səsləndirilməsi ilə məhdudlaşır. Əsas dialoq iştirakçıları gənc Sokrat və Eleydən gəlmiş gəlmədir.
Nikolaos Platon
Nikolaos Platon (yun. Νικόλαος Πλάτων; 8 yanvar 1909, Kefaloniya[d] – 28 mart 1992, Afina) — Yunanıstan arxeoloqu. Kritdə aşkar edilmiş dörd saraydan sonuncusu olan Zakrosdakı Minoy sarayının kəşfçisi. Platon arxeoloqlar tərəfindən Minoy sivilizasiyasının tarixini təsvir etmək üçün istifadə olunan iki mövcud xronologiya sistemindən birini təklif etmişdir. Onun xronologiyası Kritin böyük memarlıq komplekslərinin (saraylarının) tədqiqi məlumatlarına əsaslanır: Knoss, Fest, Maliya və Kato Zakros. Hal-hazırda saray dövrlərinin xronoloji əlaqəsi daha qədim dövrlərə doğru yenidən işlənmişdir, lakin dövrləşdirmənin özü tarixçilər tərəfindən istifadə olunmağa davam edir. XX əsrin əvvəllərində Minoy sivilizasiyasının kəşfçisi Artur Evans tərəfindən təklif olunan başqa bir sistem də istifadə olunur. Bu, Minoy keramikası növlərinə əsaslanan tanışlığa əsaslanır.