Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Prelat
Prelat — katolik kilsələrdə yüksək ruhani vəzifələrdən biri.
Presya
Presya (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Propan
Propan, C3H8 — Alkanlar sinfindən üzvi maddə. Təbii qazın tərkibində mövcuddur və neft məhsullarının parçalanması zamanı əmələ gəlir. Zəhərlidir. Propan rəngsiz, iysiz qazdır. Suda çox az miqdarda həll olur. Qaynama temperaturu −42,1 °S. Buxar konsetntratları 2,1%-dən 9,5%-ə qədər olan hava ilə qatışığı partlayış təhlükəsi yaradır. 0,1 MPa təzyiqdə (760 mm c.süt.) öz-özünə yanma temperaturu 466°S-dir. Alkan sırasının digər nümayəndələri ilə eyni kimyəvi xassələrə malikdir (dehidridləşmə və s.).
Prespa
Prespa — Şimali Makedoniya, Yunanıstan və Albaniya arasında paylaşılan bölgə. Bölgənin ortasında yerləşən Prespa gölləri ilə eyni adı paylaşır. Ən böyük yaşayış məntəqəsi 9 min nəfərin yaşadığı Şimali Makedoniyanın Resen qəsəbəsidir. == Tarixi == İki Balkan müharibəsindən sonra Osmanlının Avropadakı ərazilərinin bölünməsinin nəticəsi olaraq bölgə bu gün 3 ölkə arasında bölünür. Roma hakimiyyəti dövründə bu bölgə boyunca məşhur Eqnati yolu inşa edilmişdir. Yolla yanaşı, burada bir neçə qəsəbə də salınıb. VI-VII əsrlərdə slavyan tayfaları Prespada daimi məskunlaşmamışdı. Slavlar artıq talan edilmiş və əhalisi azalmış bölgəni keçib getmiş, lakin cənubdan Aralıq dənizi sahillərinə qədər davam etmişdilər. X əsrin sonu və XI əsrin əvvəllərində Komitopulların hakimiyyəti dövründə Prespa gölü ilə yanaşı, Prespa şəhəri də Birinci Bolqar İmperiyasının paytaxtı kimi qeyd olunurdu. Bu şəhər həm də Bolqarıstan Patriarxlığının iqamətgahı idi, hansı ki sonradan Ohrid Bolqar Patriarxlığına köçürüldü.
Papay
Prenam Pesse
Prenam Pesse (31 dekabr 1997) — Toqolu sprinter. Prenam Pesse Toqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Prenam Pesse birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 12.38 saniyəlik nəticə ilə 3-cü cığırda 4-cü yeri tutdu və mübarizəni dayandırdı.
Prespa gölü
Prespa — cənub-şərqi Avropada Albaniya, Yunanıstan və Makedoniya arasında bölünən iki şirin su gölünün adıdır. Ümumi səthinin sahəsinin 176.3 km²-i Makedoniya Respublikasına, 46.3 km²-i Albaniyaya və 36.4 km²-i Yunanıstana aiddir. Bunlar, 853 metr yüksəklikdəki Balkan yarımadasındakı ən yüksək tektonik göldür. Böyük Prespa Gölü (alb. Liqeni i Prespës, yun. Μεγάλη Πρέσπα, mak. Преспанско Езеро) Albaniya, Yunanıstan və Makedoniya arasında bölünmüşdür. Kiçik Prespa Gölü (alb. Prespa e Vogël, yun. Μικρή Πρέσπα) yalnız Yunanıstan (138 km² drenaj sahəsi, 42.5 km² səth sahəsi) və Albaniya (51 km² drenaj sahəsi, 4.3 km² səth sahəsi) arasında bölünmüşdür.
Pretty. Odd.
Pretty. Odd. — ABŞ pop-rok musiqi qrupu Panic at the Disco(en)-nun ikinci studiya albomu. 25 mart 2008-ci ildə Decaydance və Fueled by Ramen tərəfindən buraxılıb.
Dominqos Repas
Frame Relay
Frame Relay — (kadrların retranslyasiyası) 1984-cü ildə CCITT (Consultative Committle for International Telegraph and Telephone) yaradılmış və sonra ANSI(American National Standarts Institute) tərəfindən təkmilləşdirilmişdir. == Frame Relay-ın üstün cəhətləri == X.25 protokolundan fərqli olaraq Frame Relay daha güclü informasiya axınına malik əlaqə xətləri üçün nəzərdə tutulub ki, bu da onun daha yüksək məhsuldarlıqlını və keyfiyyətini təmin edir. Bundan başqa Frame Relay-ın üstün cəhətlərindən biri də səhvlərin aşkar edilməsi üçün tsiklik-artıqlı koddan (FCS) istifadə edilməsidir. Ancaq burada həmin səhvlərin düzədilməsi mexanizmi yoxdur. == Frame Relay verilənlər blokunun formatı == Bayraqlar (flags) verilənləri hər iki tərəfdən məhdudlaşdırır (hərəsi 1 bayt). Öndəki bayraqdan sonra 2 baytlıq ünvan (address) sahəsi gəlir. Sonra verilənlər sahəsi gəlir – Data. Daha sonra 2 baytlıq FCS sahəsi gəlir. Frame Relay həm ümumi, həm də xüsusi şəbəkələrdə istifadə edilə bilər. Bu zaman Frame Relay interfeysi olan T1 multipleksorundan istifadə edilir ki, bu da başqa interfeysləri də ona qoşmağa imkan verir ( məs.səsin ötürülməsi, videotelekonfras keçirilməsi və s.).
Memfis Depay
Memfis Depay (13 fevral 1994) — niderlandlı futbolçu. Hazırda Atletiko Madriddə çıxış edir. Futbolçu Sparta Rotterdam, PSV Eyndhoven, Mançester Yunayted və Olimpik Lion futbol klublarında çıxış etmişdir. Oynadığı 393 oyunda, 152 qol vurmuş və 96 assist etmişdir.
Papay Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Terra preta
Terra preta (port. terra preta, port. terra preta do indio — qara torpaq, hindlilərin qara torpağı) — aşağı temperaturda aktivləşdirilmiş kömürə əsaslanan süni (antropogen) torpaqlar. Arxeoloqlar tərəfindən Amazon Hövzəsində (Braziliya) (Terra preta do indio) və dünyanın digər bölgələrində aşkar edilmişdir. Hal-hazırda, məhsuldarlığı artırmaq və bitki sağlamlığını yaxşılaşdırmaq üçün sənaye və sənətkarlıqla istehsal olunur. Terra preta torpaqlarının və kompostların istehsalı üçün biotexnologiyalar mövcuddur. Terra pretanın istehsalı üçün xammal kimi, bu texnologiyaların köməyi ilə zərərsizləşdirilən heyvan və insan nəcisindən istifadə edilə bilər. Həm tarixi, həm də müasir terra preta torpaqları aktivləşdirilmiş kömür və kompostla zəngindir. Tarixi torpaqlarda saxsı qablar, insan və heyvan sümükləri də var. Terra preta torpaqlarının təbii çernozemlərlə heç bir əlaqəsi yoxdur.
Popay əməliyyatı
"Popay" əməliyyatı (ing. Operation Popeye) — 1967–1972-ci illərdə, Vyetnam müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələri tərəfindən iqlim silahlarından istifadə əməliyyatı. Əməliyyatın adı cizgi film personajı olan Dənizçi Popayın adı ilə verilmişdir. Yüksək dərəcədə məxfi olan bu proqram çərçivəsində Şimali Vyetnam hərbçilərinin tədarükünü pozmaq, yol səthini yumşaltmaq və sürüşmələrə səbəb olmaq üçün Ho Şi Min cığırı boyunca yağışlar mövsümünü uzatmağa cəhd edilmişdir. ABŞ-nin keçmiş müdafiə naziri Robert Maknamara beynəlxalq elmi ictimaiyyətin bu əməliyyata etiraz edə biləcəyindən xəbərdar idi, lakin o, prezidentə ünvanladığı memorandumda qeyd etmişdir ki, keçmişdə bu cür etirazlar ABŞ-nin milli təhlükəsizliyinin maraqlarına uyğun hesab edilən hərbi əməliyyatların qarşısını almaq üçün əsas olmamışdı. Kimyəvi hava proqramı Taylanddan başlayaraq Kamboca, Laos və Vyetnam üzərində həyata keçirilmişdir. İddialara görə, əməliyyat o zamankı müdafiə naziri Melvin Leyrdin icazəsi olmadan dövlət katibi Henri Kissincer və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən maliyyələşdirilmişdir. Leyrd Konqres qarşısında hava dəyişikliyi proqramının taktiki silah kimi istifadə məqsədilə mövcudluğunu şiddətlə təkzib etmişdi. "Rainmaking in SEASIA" başlıqlı hesabatda Kaliforniyada yerləşən Çayna-Leyk Hərbi Hava Qüvvələri bazasında hazırlanmış və Okinava, Quam, Filippin, Texas və Floridada sınaqdan keçirilmiş proqramda təyyarələr tərəfindən qurşuni yodid və gümüş yodiddən istifadəni təsvir edir. Bu səy "Stormfyuri" layihəsi adlı qasırğanın öyrənilməsi proqramının bir hissəsi idi.
Mikri-Prespa gölü
Mikri-Praspa gölü və ya Kiçik Prespa gölü (yun. Λίμνη Μικρή Πρέσπα, Limni Mikri Prespa; alb. Prespa e Vogël, mak. Мало Преспанско Езеро, Malo Prespansko Ezero) — Yunanıstan (hövzəsinin sahəsi 138 km², səthinin sahəsi 42,5 km²) ilə Albaniya (hövzəsinin sahəsi 51 km², səthinin sahəsi 4,3 km²) arasında yerləşən tektonik göl. İki Prespa gölündən ən kiçiyidir. Mikri-Praspa gölü nadir quş növlərinin çoxalması və qidalanması üçün uyğun olan bataqlıqlara malik olması ilə tanınır. Burada dünyanın ən böyük qıvrımlələk qutan koloniyası çoxalır. Gölün florasını 1.500-dən çox bitki növü təşkil edir. Bu növlərdən 146-sı Ohrid gölü üçün, 39 növü Prespa gölləri üçün endemikdir. Göldə Aqios Axillios adlı ada yerləşir.
Oxrid-Prespa qoruğu
Oxrid-Prespa qoruğu (mak. Прекуграничен биосферен резерват „Охрид-Преспа“ ; alb. Oher – Prespe, Rezerve Ndërkufitare Biosfere) ― Şimali Makedoniya və Albaniya sərhəddindəki Oxrid və Prespa göllərini əhatə edən qoruq. Qoruq su hövzələri və ətrafındakı dağlıq relyefi əhatə edən 446 244,52 hektar əraziyə malikdir. Oxrid-Prespa bölgəsi 11 iyun 2014-cü il tarixində İsveçdə keçirilən UNESCO beynəlxalq komissiyasının sessiyasında biosfer qoruğu elan edilmişdir. Oxrid-Prespa qoruğu göllərin ətrafındakı dağlıq ərazilərdən başlayaraq su hövzələri ətrafındakı subtropik meşələrə qədər müxtəlif ekosistemləri əhatə edir. Oxrid-Prespa göl sistemi Avropadakı ən böyük sistemlərdən biridir. Hər iki göl geoloji və bioloji bənzərsizliyinə görə milli və beynəlxalq səviyyədə müstəsna dəyərə malikdir. Oxrid gölü endemik növləri ilə məşhurdur (200-dən çox) və bunlardan beşi gölün içindəki mikroekosistemlərlə məhdudlaşır. Göldəki on yeddi balıq növündən Oxrid alabalığı (Salmo letnica) da daxil olmaqla onu endemikdir.
Preney yarimadasi xalqlari
İberlər və ya iberiyalılar (lat. Hibērī, yun. Ἴβηρες, İberes) — əvvəllər şərqi və qərbi İspaniya ərazisində məskunlaşmış, sonralar isə Pireney yarımadasının xeyli hissəsinə yayılmış qədim tayfalar. Onlar arasında turdetan, turdul, bastetan, karpetan və başqa tayfalar var idi. İberlərin məntəyi haqqında muxtəlif mülahizələr mövcuddur. İberlər haqqında ilk yazılı mənbə e.ə. VI əsrə aiddir. İspaniyanın cənub hissəsi (indiki Əndəlüs və Mursiya) İberiya mədəniyyətinin əsas mərkəzi idi. E.ə. VI–III əsrlərdə İspaniyaya soxulmuş keltlərlə iberlərin qaynayıb-qarışması nəticəsində kelt-iber tayfaları qrupu yaranmışdır.
Replay (Tamta mahnısı)
Replay (azərb. Təkrar oynat‎) — Kiprin 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Tamta "Replay" mahnısı ilə Kipri İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı İsveç bəstəkarları Aleks Papakonstantinu, Qeraldo Sandell, Viktor Svensson, Albin Nedler, Kristoffer Foqelmark tərəfindən bəstələnmişdir. Papakonstantinu daha öncə 2007-ci ildə Yunanıstanın, 2009-cu ildə Azərbaycanın və 2012 və 2018-ci illərdə Kiprin Avroviziya mahnılarını yazmışdır.
The Pretty Reckless
The Pretty Reckless — qrup 1993-cü ildə doğulan Amerikan gənc aktrisa Taylor Momsen tərəfindən quruldu. Digər qrup üzvləri: Ben Phillips (gitara), Mark Damon (bass gitara) və Jamie Perkins (zərb alətləri). Əvvəlcə qrupun adı The Reckless olmalı idi, amma onu müəllif hüququyla problemlərə görə The Pretty Reckless ilə əvəz etdilər. Qrupun "Make Me Wanna Die" adlı ilk mahnıları 13 may 2010-cu ildə çıxdı və debüt "Light Me Up" adlı ilk albomları 30 avqust 2010-cu ildə çıxaraq,UK Rock Chart-da birinci yeri tutdu.
Internet Relay Chat
Internet Relay Chat və ya IRC (azərb. Retranslasiyalı İnternet Çat‎) – real rejimdə digər insanlar ilə şəbəkə vasitəsilə danışa bilinən retranslasiyalı sistem xidməti. Sistem 1988-ci ildə fin tələbə Yarko Oykarinen tərəfindən (Jarkko Oikarinen) tərəfindən yaradılıb. Sistem qısa olaraq IRC adlandırılır. Dünyada IRC ilk dəfə olaraq Fars körfəzindəki müharibə (Səhrada tufan) zamanı populyarlıq qazanmağa başladı. Məhz o dövrdə, 1991-ci ildə müharibələrin getdiyi dövrdə dünyadan gələn bütün məlumatlar, xəbərlər bir yerdə yığılaraq on-line rejimdə IRC vasitəsilə retraanlasiya edilirdi. == İzahı == IRC serverinə qoşulduqda istifadəçi qarşısında kanallar çıxır. Əgər kanal operatorları və ya sahiblərinin icazəsi varsa ora istənilən istifadəçi daxil ola bilər (qoşula bilər). Kanal virtual otaq rolunu oynayır. Əgər hər-hansı limit yoxdursa bura Planetin istənilən yerindən adam qoşula bilər.
Prey Kodeks
Kodeks Prey, Prey Kodeks və ya Macar Dua Əlyazması — XII əsrin sonu XIII əsrin əvvəllərinə aid orta əsr əlyazmalar toplusu. 1813-cü ildə 1770-ci ildə onu aşkar etmiş Dyörd Prainin şərəfinə adlandırılmışdır. Əlyazma macar dilində silsilə nəsr mətninin ilk məlum nümunəsidir. Kodeks Budapeştin Seçeni adına Milli Kitabxanasında saxlanılır. Kodeksdəki (f. 154a) ən mühüm sənədlərdən biri Cənazə vəzi və duasıdır (mac. Halotti beszéd és könyörgés). Bu, 1192–1195-ci illərə aid macar dilində qədim əlyazma mətnidir. Cənazə vəzinin əhəmiyyəti onunla izah olunur ki, macar və ural dillərində bu günədək gəlib çıxmış ən qədim mətndir. Kodeksdə həmçinin missal, Pasxa sirr oyunu, musiqi notları ilə mahnılar, Macarıstan kralı Kalmanın dövründə qəbul edilmiş qanunlar və Macar krallarının siyahıya alındığı salnamələr də var.
Mari-Luis Koleyra Preka
Mari-Luis Koleyra Preka (malta Marie Louise Coleiro Preca 7 dekabr 1958) — Malta Leyborist Partiyasının üzvü, maltalı siyasətçi, 4 aprel 2014-cü ildən bəri Malta Prezidenti. == Bioqrafiyası == Mari-Luis Koleyra Preka 1958-ci ilin sonunda Malta adasının mərkəzində (o zaman İngilis müstəmləkəsi) Qormi şəhərində anadan olmuşdur. Malta Universitetini bitirib. 1982-1991-ci illərdə baş katib vəzifəsini tutarkən Maltanın Leyboristlər partiyasına rəhbərlik edən ilk qadın olur. Bundan əlavə müxtəlif dövrlərdə sosialist gənclərin milli bürosunun üzvü, partiyanın qadın şöbəsinin müdiri (1996-2001) və partiyanın İl-Ħelsien qəzetinin naşiri vəzifələrində çalışmışdır. 1998-ci ildən Malta Leyboruist Partiyasından Malta Parlamentinə seçilir. Alfred Sant Leyborist Partiyasının lideri vəzifəsindən istefa verdikdə, yeni bir liderin seçilməsində iştirak edir. Lakin heç bir nəticə əldə edə bilmir. 2013-cü ilin mart ayında Cozef Muskat hökumətinə Ailə və Sosial Həmrəylik Naziri olaraq çalışır. 2014-cü ilin mart ayının əvvəlində ölkənin Baş naziri onu Malta prezidenti vəzifəsinə tövsiyə edir və qısa müddətdə bu vəzifəyə təsdiq edilir.
P.Y.T. (Pretty Young Thing)
P.Y.T. (Pretty Young Thing) — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Bend Over and Pray the Lord
Bend Over and Pray the Lord — Lordi studiya albomu.