Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pulqar yarpızı
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid biki növü. == Qısa morfoloji təsviri == Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5-10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10-15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5-7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. == Yayılması == == Arealı == Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Plugin
Plaqin (ing. Plug-in) — informasiya texnologiyalarında proqramların elə komponentləridir ki, bu proqramlara digər xüsusiyyətlər və imkanlar əlavə edirlər. Əgər dəstəklənərlərsə, plaqinlər proqramların xüsusiyyətlərini qismən dəyişə bilərlər. Məsələn, plaqinlər daha çox veb səyyahlarda istifadə olunur, onların köməyi ilə videolara baxmaq, virus baxışını həyata keçirmək, yeni fayl tiplərini göstərmək olur.
Pulpit
Pulpit (lat. pulpitis) - diş pulpasının iltihabıdır. Bir çox amillərin təsiri nəticəsində yaranır. Əsasən müxtəlif yollarla pulpaya daxil olmuş mikroorqanizmlər tərəfindən törədilir. Bu mikroorqanizlər pulpaya dişin zirvə dəliyindən daxil olmuşsa, əmələ gələn iltihabı proses qalxan pulpit adlandırılır. Əgər mikroorqanizlər qan cərəyanı vasitəsilə pulpaya düşmüşsə hematogen pulpit əmələ gəlir. Əsas simptomları ağrıdır. Ən xarakterik ağrıları bunlardır: əlavə qıcıqlandırıcıların təsiri olmadan öz-özünə (spontan) başlayan ağrılar, gecə ağrıları,güclənə və arabir kəsən ağrılar, lokallaşan və ya irradiasiya edən ağrılar, xarici qıcıqların (temperatur, mexaniki və kimyəvi qıcıqlar) təsirindən əmələ gələn və uzun müddət davam edən ağrılar, eyni zamanda sızıldayan, küt sancılı və s.
Pulsar
Pulsarlar(döyünən radio ulduz)-Qütblərindən radiodalğalardan rentgen şüalarına qədər böyük bir diapozonda şüalar yayan və öz oxu ətrafında yüksək sürətlə dövr edən neytron ulduzdur.Bu ulduzlar öz qütbləri ilə Yer kürəsinə tərəf döndükdə biz bu şüaları müşahidə edə bilirik. Bu obyektlər bir növ mayaka bənzəyirlər,yəni mayak çox istiqamətdə işıq saçır, lakin yalnız istiqaməti bizə tərəf olanda onu görürük.Pulsarlar yüksək sıxlığa və sürətli fırlanma perioduna malikdirlər.Onlar öz xəyali fırlanma oxları ətrafında bir saniyəyə bir neçə dövr edə bilərlər.Bəzi pulsarlar isə saniyəyə bir neçə yüz dövr edə bilirlər və belə pulsarları millisaniyə pulsarları adlandırırlar.Hesab olunur ki, pulsarlar yüksək və ultra-yüksək enerjili astrohissəciklərə namizəd ola bilərlər. Pulsarların dəqiq dövrləri onları faydalı edir. İkili neytron ulduzu sistemində pulsarın müşahidəsi dolayısı ilə qravitasiya dalğalarının mövcudluğunu təsdiq etmək üçün istifadə edilmişdir. İlk ekzoplanet PSR B1257 +12 pulsarının ətrafında kəşf edilmişdir. Pulsarların müəyyən növləri zamanı ən dəqiq ölçən atom saatlarına rəqib ola bilirlər. == Müşahidə tarixi == === Kəşf === İlk pulsar Cokelin Bell Bernell və Entoni Xyoiş tərəfindən 28 Noyabr 1967-ci ildə müşahidə edilmişdir. Onlar başlanğıcını səmanın eyni yerindən götürmüş və ulduz sutkasında saxlanmış bir-birindən 1.33 saniyə fərqlə ayrılmış iki döyünməni müşahidə edirdilər. İmpulslar üçün izah axtarır, qısamüddətli döyünmələr üçün ulduzlar kimi astrofiziki radiasiya mənbələrini istisna edirdilər və impulslar ulduz saatını izlədiyindən bu, texnogen radio tezlik müdaxiləsi də ola bilməzdi. Daha bir teleskopla aparılan müşahidələr şüalanma hadisəsini təsdiq etdi və hər hansı bir cihaz xətasının olmadığını göstərdi.Bu zaman Bernell və Xyoiş öz qeydlərində deyirdilər: "Biz həqiqətən də inanmırdıq ki, başqa bir sivilizasiyadan siqnalları qəbul etmişik, lakin açıq-aydın idi ki bizim ideyamız ağlımızı keçmişdi və bizdə bunun təbii radio dalğa şüalanması olmasına aid heç bir sübut yox idi.
Kağız pullar
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Minthe pulegia
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid biki növü. == Qısa morfoloji təsviri == Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5-10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10-15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5-7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. == Yayılması == == Arealı == Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Nikolay Şulgin
Nikolay Matveyeviç Şulgin (rus. Николай Матвеевич Шульгин; 1886 – yanvar 1942, Bakı) — sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1940), RSFSR əməkdar artisti (1934). == Həyatı == Nikolay Matveyeviç Şulgin 1886-cı ildə anadan olmuşdur. Moskva Universitetini və teatr məktəbində Vladimir Davıdovun sinfini bitirdikdən sonra 1910-cu ildə peşəkar teatr səhnəsinə çıxmışdır. İctimai fəaliyyət də göstərərək 1918-ci ildə Novoçerkasskda incəsənət işçiləri ittifaqının birinci sədri seçilmişdir.Nikolay Şulgin 1936-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur. Onun "Torpaq" pyesində Storejev obrazı, eləcə də Vaqif, Kreçinski, Arbenin və başqa obrazları özünəməxsusluğu ilə fərqlənmişdir.1934-cü ildə Nikolay Şulginə "RSFSR əməkdar artisti", 23 aprel 1940-cı ildə isə "Azərbaycan SSR xalq artisti" fəxri adları verilmişdir. 1939-cu ildə Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilmişdir.Nikolay Şulgin 1942-ci ilin yanvar ayında Bakıda vəfat etmişdir.
Vadim Şulgin
Vadim Şulqin — Azərbaycan memarı. == Həyatı == == Layihələri == Vadim Şulqin Bakıdakı "Mirvari" kafesini layihələndirib. Vadim Şulqin Kandeladan fərqli olaraq “Mirvari”nin qanadlarını səkkiz deyil, altıguşəli edib.Şulqin sonradan Bakının gözəl və öz möhtəşəmliyini qoruyan Heydər Əliyev Sarayını da layihələndirib. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Vadim Şulqinə həsr edilmişdir.
Luici Pulçi
Luici Pulçi (15 avqust 1432, Florensiya – 11 noyabr 1484, Padova) — XV əsr italyan şairi. == Həyatı == Lorenso Mediçi və Ancelo Politsiano ilə birlikdə Luici Pulçi (1432–1484) Kvatroçento dövrünün Florensiya şairlərinin triumviratını (üçlük) təşkil edir. Bu şairin ən məşhur əsəri olan "Nəhəng Morqante" — yeni tipli epopeya Lorenso Mediçinin via Larqa adlı malikanəsində yazılmışdır. Görkəmli italyan şairi Luici Pulçi qədim qvelf ailəsində anadan olmuşdur. Gənc yaşlarından başlayaraq o, taleyini Mediçi ilə bağlamışdır. 1467-ci ildə Pulçi diplomatik missiya ilə Pizaya, sonra isə Neapol kralının sarayına getmiş, burada araqonluları türklər əleyhinə ittifaq bağlamağa dəvət etmişdir. 1473-cü ildə o, Lukretsiya dela Albitsi ilə evlənmiş, ancaq bu da onun narahat həyatına təsir etməmişdir. Onun səfərləri davam etmiş, bu səfərlərin birində o, Paduyada vəfat etmişdir. == Yaradıcılığı == L.Pulçi öz gücünü müxtəlif janrlarda sınamışdır. O, 1469-cu ildə Lorensonun yarışda qələbəsi şərəfinə "Kostra Lorenso" adlı poema yazmışdır.
Bulqar
Bulqar (tatar. Bolğar, Болгар) — İdil bulqarları xanlığının partaxtı. Sonra Qızıl Orda nın böyük şəhərlərindən biri. İndi Tatarıstanın Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. == Tarixi == Tarixin uzaq keçmişində Volqa çayının yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi. Bu gün qıpçaq türklərindən olan müasir çuvaşlar türk bulqarlarının xələfləridir. Beləliklə, onların bir hissəsi Asparux xanın başçılğı altında Dunay Bolqarıstanın əsasını qoydu. Bulqar şəhərinin coğrafi yöndən uyğun bir yerdə salınmış olması, yəni Doğu Avropanın İdil-Oka, Klyazma, Kama kimi böyük nəhrlərin kəsişdiyi yerlərdə bulunması, qurudan isə doğrudan-doğruya karvan yolu ilə Orta Asiya ilə bağlı olması Doğu Avropa, Orta və Yaxın Şərq ölkələri ilə sıx ticarət münasibətləri saxlamasına şərait yaratmışdır.
Bulqur
Bulqur — Buğda yarması ilə hazırlanan Anadolu yeməyidir. Taxıl yemək qrupuna aiddir. Bulqur mühüm və ekonomik karbonhidrat yağıdır. == Hazırlanması == Bulqurun əsas inqridenti olan buğda, yeməyin ən mühüm əlamətidir. Çünki buğdanın tərkibində kəpək, çinqo, maqnezium, xrom, selenium var. B12-dən başqa bütün B vitamini maddələridə vardır. == Xüsusiyyəti == Bulqur insanın qanında olan yağları məhv edir. Karbonhidrat dəyəri yüksək, proteyn dəyəri azdır. Bulqurda olan B1 vitamini, sinir və həzm sistemində böyük rol oynayır. Uşaq və hamilə qadınlar üçün çox faydalı qidadır.
Salqir
Salqir (ukr. Салгир, Krım-Tat. Salğır, Салгъыр) — Krımda ən uzun çaydır, lakin ən bolsulu çay deyil (Belbek də həmçinin). Çay yatağının uzunluğu 232 km, çəkilmə sahəsi 3.750 km²-dir (digər mənbələrə görə 4010 km² qədər). Aşağıda axında ildə üç aydan çox müddətə quruyur. Əhəmiyyətli iqtisadi (suvarma da daxil olmaqla) və rekreasiya əhəmiyyəti var: çayın sahilində çox sayda park və gölməçələr var. Uzunluğu 204 km, drenaj hövzəsi 3750 km²-dir.Suyun orta axını 2 m³ / s təşkil edir. == Hidroqrafiya == Dəniz səviyyəsindən 390 metr yüksəklikdə Anqara və Kizilkobinka çaylarının birləşməsindən, Çatırdağ yamaclarında başlayır, Sivaş körfəzinə axır. Yuxarı axında suyun 40% -ni Ayanın sol qolundan götürür. Simferopol şəhərinin yaxınlığında bir su anbarı meydana gətirir.
Çılğır
Çılğır (əvvəlki adı: Çiləgir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Xaçmaz rayonunun Aşağı Zeyid kənd inzibati ərazi dairəsi tərkibindəki Çiləgir kəndi Çılğır kəndi adlandırılmışdır.
Puzır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Şulqi
Şulqi (şum. 𒀭𒂄𒄀; v. təq. e.ə. 2045) — təxminən e.ə. 2094–2046-cı illərdə hakimiyyətdə olmuş, üçüncü Ur sülaləsindən Ur çarı, Şumer və Akkad çarı. Əvvəllər onun adı Dunqi kimi oxunurdu, lakin indiki dövrdə bu transkripsiyadan istifadə edilmir. Şulqi Ur-Nammunun oğludur. Ur çarlarının annalları daha sonrakı dövrlərdə, Selevki padşahı II Antioxun hakimiyyəti dövründə bir tələbə tərəfindən köçürülmüş və çox zəif qorunmuş nüsxəsində verilən məlumata görə, Şulqi çar Utuxenqalın qızının oğlu idi.Şulqi hakimiyyətdə olduğu müddətdə dövləti davamlı və ardıcıl olaraq gücləndirmiş və genişləndirmiş, atasının dövründə başlanan tikililərin tikintisini tamamlatdırmışdır. Arxeoloqlar üzərində Ur-Nammunun möhürü olan yerlərdə Şulqinin möhürü olan kərpiclər tapırlar.
Puli Alam
Puli alam — Əfqanıstanın Lövgər vilayətində şəhər. Məşhur əfqan kriketçilər Məhəmməd Nəbi və Gülbəddin Nayib burada anadan olub.
Halal pullar (film, 2008)
== Məzmun == Film aktyor həyatından bəhs edir. Maraqlısı odur ki, filmdə baş verən hadisələr bir teatrın həyatdakı səhnəsini canlandırır. Yəni filmin qəhrəmanı olan Rasim teatr rejissorudur. Ancaq teatr bağlandığından rejissor və aktyor heyəti işsiz qalıb. Bunlar imkansızlıq üzündən fırıldaqçılıqla məşğul olmağa başlayırlar. Əllərindən də yalnız rol oynamaq gəldiyindən çörəkpulu qazanmaq üçün həmin bu fırıldaq aktyorlar obrazlarını elə həyatdaca yaratmağa məcbur olurlar. Yəni, həyatda olan hadisələri görüb həyatın səhnəsində hər biri öz rolunu oynayır. Film nikbin sonluqla bitir. == Film haqqında == Filmin çəkilişləri 3 aya yaxın davam edib. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elmar Kərimov Quruluşçu rejissor: Emin Mirabdullayev Quruluşçu operator: Kənan Məmmədov Bəstəkarlar: Rəşad Haşımov, Ənvər Sadıqov Səs rejissoru: Teymur Kərimov İkinci rejissor: Kamran Məmmədov Prodüser: Müşfiq Hətəmov === Rollarda === Ramiz Əzizbəyli — Rasim Nuriyyə Əhmədova Vüsal Murtuzəliyev — Azad Azər Axşam — Hamlet Arif Quliyev Arif Qasımov Rafael İsgəndərov Murad Dadaşov — türk vətəndaşı Ramiz Sərkərov Tamara Babayeva-Nigar Rəfael Dadaşov — Tariyel Samir Ələsgərov Fərid Rzayev Camal Həşimov Bəhram Bağırzadə Cavid İmamverdiyev Kənan Məmmədov Emin Mirabdullayev == Həmçinin bax == 2008-ci ilin Azərbaycan filmləri == İstinadlar == == Xarici keçid == Tahirə.
Zaman puldur, səmərəlilik həyatdır
"Zaman puldur, səmərəlilik həyatdır", Çin xalq Respublikasının islahat və açılışının ilk mərhələsində Şençjen Şekou Sənaye Bölgəsinin inşası zamanı irəli sürülmüş təbliğat şüarıdır. Bu şüar 1981-ci ilin martında Şekou İnşaat komandiri-komandanı Yuan Geng tərəfindən irəli sürülmüş və Den Syaopin ilk dəfə 1984-cü ilin yanvarında Şenjen şəhərinə baxış keçirdiyi zaman təsdiqlənmişdir. İslahat və açılışda bu şüar "İdealogiyanın əsarətini qıran ilk bahar gurultusu" olaraq bilinəndən bəri ölkədə yayılmışdır. 1 oktyabr 1984-cü ildə, Çin Xalq Respublikasının qurulmasının 35-ci ildönümü münasibətilə keçirilən milli mərasimdə, şüar Tiananmen Meydanında Şekou Sənaye Bölgəsi tərəfinfən ortaya çıxdı. == Tarixi == 1978-ci ilin dekabrında Çin Kommunist Partiyası XI Mərkəzi Komitəsinin Üçüncü Plenar iclasını keçirdi. Den Syaopin partiya sədri və baş nazir Hua Guofengi həqiqi ali lider olaraq dəyişdirərək islahat və açılışa başladı. 31 yanvar 1979-cu ildə Şençjen Şekou Sənaye Bölgəsi rəsmi olaraq quruldu və Çinin xarici dünyaya açılan ilk təcrübə zonası oldu. Yuan Geng, Şekou İnşaat Baş İdarəsinin komandiri vəzifəsində çalışmış və "Şekou Modeli" ni yaratmışdır. 1981-ci ilin mart ayının bir günü, Yuan Geng Honkonqdan Şekouya qayıqla üzdü və gəmiyə 6 şüar yazdı: "Zaman puldur, səmərəlilik həyatdır, müştərilər imperatordur, təhlükəsizlik qanundur, hər şey idarə olunur və hamı məsuliyyət daşıyır" Yuan Geng dərhal şüarın yaxşı olduğunu düşünən China Merchants Group'un idarəedici direktoru Liang Hongkun və China Merchants Information Room'un yapon tərcüməçisi Li Bingshengə göstərdi. Sonrakı sənaye bölgəsi kadr iclasında Yuan Geng əksər iştirakçılar tərəfindən təsdiqlənən bu 6 şüarı oxudu, lakin bəzi iştirakçılar Kommunist Partiyasının müştərilərə "imperator" kimi yanaşdığına qəbul etməyib "müştərilər imperatordurlar" deyilməsinə etiraz etdilər.
Buldır adası
Buldır adası (ing. Buldir Island, aleut. Идмааҳ) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan kiçik ada. == Coğrafiya == Ada su üstü bir qayalığı təşkil edur. Uzunluğu 7 km, eni 3–4 km təşkil edir. Ərazisi dağlıqdır. Əsasən tundra bitkiləri ilə örtülmüşdür. Adada iki vulkan vardır: Buldır (656 m) və Vostoçnı (580 m). Soyuq dəniuz iqliminə malikdir. Duman və atmosfer yağıntıları adı haldır.
Bulqar dili
Bulqar dili - Qədim ölü Türk dillərindəndir. Böyük Bulqariyanın parçalanmasmdan sonra bulqar tayfalarının bir hissəsi Dunayda və Orta Volqaboyunda, digər hissələri isə Azov sahillərində məskunlaşdılar və məhz buna görə də həmin tayfaların dilləri Dunay-Volqa və Kuban-Bulqar adlandırılmışdır. Bulqar dilinin ayrı-ayrı leksemləri haqqında hələ M. Kaşğarinin tədqiqatlarında da rast gəlmək mümkündür.
Bulqar dilləri
Bulqar dilləri (Oğur dilləri) — türk dil qrupuna daxildir. Bu dil qrupuna daxil olan dillər arasında çuvaş dili istisna olmaqla digərləri ölü dillərdir.
Bulqar xanlığı
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur == Zəmin == Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.
Domeniko Puliqo
Domeniko Puliqo (it. Domenico Puligo; 1492, Florensiya, İtaliya – 27 sentyabr 1527, Florensiya, İtaliya) — Florensiyada işləyən İntibah dövrünün İtaliya rəssamı. Əsl adı Domeniko di Bartolommeo Ubaldinidir. == Həyatı == Ridolfo Girlandayo onun müəllimi olmuşdur. Hazırda Baltimordaki Uolters Qalereyasında yerləşən "Müqəddəs Bernarın qavrayışı" adlı qurbangahı çəkmişdir. Mükəmməl portret rəssamı kimi də tanınır. Corco Vazarinin italyan rəssamlarının bioqrafiyaları haqqında kitabında onun adı çəkilir. Onun Yakone Puliqo adlı qardaşı da rəssam olmuşdur.
Dülmir (Sərdəşt)
Dülmir (fars. دول مير‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Süzen Polqar
Susan Polqar (mac. Polgár Zsuzsa; 19 aprel 1969, Budapeşt, Macarıstan Xalq Respublikası)— Macarıstanlı və Amerikalı şahmat qrosmeysteridir. O şahmat müəllimi, məşqçi , yazıçı, Texas universitetində şahmatın inkişafı üçün Susan Polqar institutunun başçısı və təsisçisi və Şahmat olimpiadasının qalibidir. O məşhur Polqar bacılarının ən böyüyüdür: Susan Polqar, Sofiya Polqar, Yudit Polqar. 15 yaşında 1984-cü ilin iyulunda FİDE retinq cədvəlində dünya qadın oyunçularının top-retinqində yer aldı və növbəti 23 ildə top üçlüyə düşdü. O, 1996-cı ildən 1999-cu ilə qədər qadınlar arasında şahmat üzrə dünya çempionu olub. Polqar 10 olimpiya medalı qazanıb (5 qızıl, 4 gümüş, 1 bürünc). O, 2006-cı ildən bəri rəsmi yarışlarda iştirak etməyib. 1997-ci ildə o Nyu-Yorkda Polqar Şahmat Mərkəzinin əsasını qoyub. 2002-ci ildə o uşaqlara, xüsusən qızlara şahmat hazırlığı keçmək üçün Susan Polqar Fondunu yaratdı.
Tuşqır (Baltas)
Tuşqır (rus. Тошкурово, başq. Тушҡыр) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 436 nəfərdir. == Tarixi == Tuşqır kəndi, XVII əsrin sonlarında və ya XVIII əsrin əvvəllərində başqırdlar tərəfindən qurulmuşdur. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 17 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 81 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (94%) üstünlük təşkil edir. == İstinadlar == == Xarici keçidlər == (Başqırdca) Tuşqır // Başqırdıstan Ensiklopediyası. Ufa: Başqırdıstan Elmlər Akademiyası.
Vadim Şulqin
Vadim Şulqin — Azərbaycan memarı. == Həyatı == == Layihələri == Vadim Şulqin Bakıdakı "Mirvari" kafesini layihələndirib. Vadim Şulqin Kandeladan fərqli olaraq “Mirvari”nin qanadlarını səkkiz deyil, altıguşəli edib.Şulqin sonradan Bakının gözəl və öz möhtəşəmliyini qoruyan Heydər Əliyev Sarayını da layihələndirib. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Vadim Şulqinə həsr edilmişdir.
Yudit Polqar
Yudit Polqar — macarıstanlı şahmatçı. Yudit Polqar 15 yaşında ikən dünyanın ən gənc qrosmeysteri adını alaraq, Bobi Fişerin rekordunu bir ay təzələyib. Onun atası ona və bacılarına şahmatı hələ evdə ikən körpə yaşlarında öyrətməyə başlayıb. Ata bütün dünyaya sübut etmək istəyirdi ki, əgər uşaqlar şahmatı öyrənməyə çox erkən yaşda başlasalar, daha çox uğur əldə edə bilərlər.
İradə Gülfir
İradə Gülfir (Quluyeva İradə Gülməmməd qızı) — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional şöbəsinin sədri, Tədris İstehsalat Mərkəzinin direktoru, Əlillərin Ümumrespublika festivalının 7 qat qalibi, bir çox müsabiqələrin laureatı, 11 kitabın müəllifi. == Həyatı == İradə Gülfir 1958-ci il dekabr ayının 25-də Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Dünya işığını, gözəlliklərini görməkdən məhrum olsa da, bəsirət gözü açıqdır. Ürəyinin gözü ilə görüb, yazıb yaradır. == Yaradıcılığı == İradə Gülfir 11 adda kitabın müəllifidir. Minlərcə şeirləri, 45 adda poeması, rübailər kitabı var. 22 şeirinə mahnı yazılıb. Vətənpərvər şeirlərinə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov diplomçusudur, işlədiyi cəmiyyətin fəxri üzvüdür. Əlillərin Ümumrespublika festivallarının (1998, 2001, 2004, 2007, 2010, 2013-cü illər) qalibi olub, şeir naminasiyası üzrə 1-ci dərəcəli diplomçudur. 1988-ci ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki rayonlararası Təşkilatında çalışır və hal-hazırda da həmin təşkilatın sədridir.