Bulqar xanlığı


İdil bulqarlarıİdilKama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur

Tarixi dövlət
İdil Bulqar xanlığı
rus. Волжская Булгария
Çuvaşca: Аталçи Палхар
Gerb
Gerb

Paytaxt Bulqar, Bilyarsk, Bolqar
Dilləri Bulqar dili
Rəsmi dilləri
Dövlət dini Tenqriçilik, islam, şərqi ortodoks xristianlıq
Valyuta Dinar
Əhalisi
  • 2.000.000 ± 500.000 nəf.
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu.

Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar. Bulqar xanlarının adından pullar kəsilirdi.

Şərqi Avropaya monqolların yürüşü zamanı İdil (Volqa) Bulqar türk dövləti təhlükə altına düşdü. 1236-cı ildə monqollar bu dövlətin varlığına son qoydular

Volqa bulqarları İslam dinini qəbul edən ilk türk xalqlarından biridir. Bulqar xanı xəlifədən İslam dinini öyrədən alimlər göndərməyi xahiş etmişdi. Xəlifə İdil bulqarlarına bir qrup alim göndərmişdi. Onların arasında qiymətli tarixi məlumatları dövrümüzə qədər gəlib çatmış İbn Fədlan adlı ərəb səyyahı və alimi də var idi. İslam dinini qəbul edən bulqarlar öz milli dəyərlərini İslam dəyərləri ilə birləşdirdilər. Onlar İslam mədəniyyətinin yaranmasında böyük rol oynadılar.

Əvvəllər qrup halında yaşayan bulqarlarda hər qrupun bir hökmdarı olurdu, lakin IX əsrdən bulqarlar bir dövlət ətrafında birləşməyə başladılar. Bu qruplar bunlardır : Bulqar, Suvar, Barzula, İskil.

Bulqar dövləti 965-ci ilədək Xəzər xaqanlığından asılı vəziyyətə idi və vergi verirdi. Xəzər xaqanlığının devrilməsindən sonra müstəqilləşən bulqarlar 985-ci ildə Kiyev-Rus dövlətinin hücumuna məruz qalır, lakin ruslar tezliklə ərazini tərk edirlər. 1006-cı ildə bulqarlarla ruslar arasında ticarət müqaviləsi imzalanır.

Rusların bulqarlara qarşı mənfi münasibətinə baxmayaraq 1024-cü ildə Suzdal knyazlığında aclıq baş verərkən bulqarlar ruslara yardım göstərirlər. Yeri gəlmişkən qeyd edək ki, bulqarlar bərəkətli torpaqlarda məskunlaşdıqlarından oturaq həyat tərzi sürürdülər, əkinçilik (ağ darı, buğda və arpa əkirdilər), heyvandarlıq, zərgərlik, dəriçilik və kürkçülüklə məşğul olurdular. XəzərAral dənizləri ətrafı, Xarəzm, İran, Misir, Türkistan və hətta Şimal Buzlu okean əraziləri ilə ticarət edirdilər. Ticarətlərinin əsasını müxtəlif kürk və dəri, silahlar, bal və fındıq təşkil edirdi. "Bulqari" adlanan dəri və çəkmələr daha çox məşhur idi. Bulqarların kürk istehsalı bu ticarətlə məşğul olan digər xalq olan ruslarla münaqişələrə səbəb olurdu. Məhz bu səbəbdən XI–XIII əsrlərdə ruslarla savaşlar aparılır.

İdil-Bulqar şəhərləri bunlardır: Suvar, Osal, Tetiş, Cuke-tav, Züye, Kaşan, Kermencük, Kazan. Paytaxt Bulqar şəhəri IX–XII əsrlərdə Şərqi Avropanın ən mühüm ticarət mərkəzlərindən idi. Bu mərkəz indiki Kazan şəhərindən 115 km cənubda yerləşirdi. Şəhərin ən məşhur sarayları "Ağ saray" və "Qara saray" adlanan tikililərdir.

İdil-bulqarları qərbdə burtaslarla və ruslarla, şərqdə başqurdlarla həmsərhəd olublar. İdil çayının adının Hun xaqanı Attilanın ismindən götürüldüyü qeyd olunur. Bulqarların nəsli hesab edilən çuvaşlar "Adıl" adlandırırlar. Digər türk xalqları tərəfindən Atil, Etil, İtil və İdil kimi tələffüz olunur. Valday yaylasından başlayan İdil çayı Şupaşkar, Qorki, Kazan, Kuybişev, Volqoqrad və Astarxandan keçərək Xəzər dənizinə tökülür.

İdil suyu axar durur Qaya dibini oyar durur Bütün balıqlar baxa durur Gölü bilə daşırırlar.

("Divani-lüğət it-türk"dən)

Volqa bulqarları haqqında əsas məlumatları İbn Fədlan "Səfərnamə" əsərində veribdir. "Səfərnamə"də qeyd edilir ki, Bulqar xanı Şelkey oğlu Almış islami bilgilər əldə etmək üçün xəzər türklərindən Baştonun rəhbərliyi ilə xəlifə əl-Müqtədirə elçi göndərir.(920) 922-ci ilin mayın 12-də İbn Fədlanın başçılığı ilə Xilafətdən islam alimlər və inşaatçılar Bulqar şəhərinə ayaq basırlar. Saraydakı görüşdə Almış xan xəlifənin şərəfinə 3 dəfə bal şərabı içir. Fədlan Almış xanın islama səmimiyyətlə inandığını və onun "Allahım, bulqar xanı Yaltavarı islah et" duasını etdiyini qeyd edir. İslamdan əvvəlki bir sıra adətlər saxlanılsa da, yeni dinin ritualları ciddi şəkildə yerinə yetirilirdi. Hətta sübh namazını vaxtında qılmaq üçün gecələr oyaq qalınırdı. İbn Fədlan bu səyahəti əsnasına bulqarlarla yanaşı oğuzlar, xəzərlər, başqurdlar, slavlar haqqında dəyərli məlumatlar verir. Özünə Cəfər adını götürən Almış 944-cü ildə oğlu Əhmədi həccə göndərir və eyni zamanda xəlifəyə dəyərli hədiyyələr və bayraq ərmağan edir.

İdil-Bulqar dövləti islamı dövlət dini edən ilk türk dövləti olur. Almış xan isə İslamı qəbul edən ilk türk hökmdarlarından biri kimi tarixə keçir.

Xanlıqda eltəbər, buyruq, tudun kimi vəzifələr mövcud olubdur. Almış Cəfər xandan sonrakı bulqar başçılar bunlardır : " Mikayıl, Talib ibn Əhməd, Mömin ibn Əhməd, Mömin ibn Əl-Həsən.

Bulqar türklərində din-İstər Tuna, istərsə də, İdil bulqarlarında yeni dinin qəbulundan əvvəlki dinləri eyni idi. Bulqar totemizmində əsas yeri qartal və qurd tuturdu. Madara qəsəbəsindən tapılmış yazılarda Tanqra sözü bulqarların tenqri inancından xəbər verir. Bulqarlar Tanqranı səmavi hesab edirdilər və başqa xalqlar kimi Tanqranın insan olduğunu düşünmür, eyni zamanda hökmdarı Tanrı kimi səciyyələndirmirdilər. Xan sadəcə olaraq onların üzərində hakim olması üçün seçildiyindən digər insanlardan fərqləndirilirdi. Çünki xanın da hakimiyyətinin fani olduğunu, bir gün öləcəyini və öldükdən sonra onun yerinə başqasının gələcəyini bilirdilər. Madara qəsəbəsindəki yunanca olan yazının birində "Tanrı tərəfindən göndərilən, Tanrıya bənzər Balamir xan" ifadəsi qeyd olunubdur. Arxeoloq Geza Feher tərəfindən Presiyan xana aid Filippedə tapılmış yazılı kitabədə deyilir : " Bir kimsə həqiqəti axtararsa, Tanrı onu görər. Bir kimsə yalan söylərsə, Tanrı onu görür. Bulqar türkləri xristianlara çox yaxşılıq etdilər. Xristianlar bunları unutdular, fəqət Tanrı görür".

1224-cü ildə monqollar Kalka savaşında rusları məğlub etdikdən sonra bulqarların tələsinə düşərək məğlub olurlar. 1236-da Batı xan bu məğlubiyyətin əvəzini çıxaraq bulqarları darmadağın edir. Əmir Teymurun 1391–1395-ci illərdə Qızıl Ordaya qarşı apardığı savaşlarda bulqarlar da məğlub edilirlər. 1399-cu ildə bulqarlar ruslara yenildikdən sonra Kama çayının şimalına köçərək Kazan çayı ətrafında məskunlaşırlar. 1437-ci ildə yaradılan Qazan xanlığının əsasını da məhz həmin bulqar türkləri təşkil edir.

Bir-birini əvəzləyən dağıdıcı yürüşlərə tab gətirməyən Bulqar dövləti 1552–1584-cü illərdə çar Rusiyasının hücumlarına məruz qalır və şəhərləri darmadağın edilərək varlığına son qoyulur. Beləliklə, yeddi əsr müddətində öz mövcudluğunu qoruyub saxlayan bulqar dövləti rusların dağıdıcı yürüşlərindən sonra süqut edir və Çar Rusiyasının hakimiyyəti altına düşür, lakin Tuna bulqarlarından fərqli olaraq onlar öz milliliklərini bu günədək qoruyub saxlaya bilirlər.

1904-cü ildə çap edilmiş S. N. Yujakovun ensiklopediyasında Çar Rusiyası dönəmində Rusiya ərazisində 1.300.000 Kazan tatarlarının, yəni bulqarların yaşadığı qeyd edilir. 1920-ci ildə Bulqar adı dəyişdirilərək Tatarıstan, bulqar dili isə tatar dili ilə əvəz olunur. 1929-cu ildə Stalin rejimi bulqarların ərəb əlifbasından istifadəsini və IX əsrdən XX əsrədək olan bütün bulqar ədəbiyyatını qadağan edir. 1920-ci ildə Tatar kommunistləri Mirsultan Qaliyev ilə Q. İbrahimovun cəhdləri nəticəsində "Tataristan cumhuriyyəti" yaradılır. SSRİ dönəmində bütün bulqar partiyaları, yayım mərkəzləri, qəzet və jurnalları, bayramları, tarixi, ədəbiyyatı qadağan edilir. 1923-cü ildə Volqa Müsəlman Bulqar Məclisi ləğv olunur və məclisin binası ilə kitabxanası əllərindən alınır. Yerli oğuz dili qadağan edilərək rus və qıpçaq dilləri rəsmiləşdirilir.

  1. Абрар Каримуллин "Булгары — этнос и этноним", Казань
  2. Артамонов М. И. "История хазар"
  3. Давлетшин Г. М. Волжская Булгария:духовная культура.(домонгольский период X-нач. ХШ века, Казань, 1990
  4. Евгени Константинов, "Дрезговини", роман, София, "Народна младеж", 1960.
  5. Мирфатых Закиев, Я. Кузьмин-Юманади "Волжские булгары и их потомки", Казань, 1993
  6. Попов А., "Обзор хронографов русской редакции", 1866.
  7. Риза Бариев "Философские аспекты этногенеза волжских булгар"
  8. Риза Бариев "Волжские булгары: история и культура", СПб, 2005
  9. Ризаэддин Фахретдинев "Болгар вэ Казан тереклэре", Казан, 1993
  10. Сиротенко В. Т. Введение в историю международных отношений в Европе во второй половине IV — начале VI вв. Часть I. Источники. Пермь, 1973.
  11. Сиротенко В. Т. История международных отношений в Европе во второй половине IV — начале VI в. Пермь, 1975
  12. Г. В. Вернадский. "Древняя Русь".
  13. Бичурин Н. Я., "Собрание сведений".
  14. "Летопись византийца Феофана от Диоклетиана до царей Михаила и его сына Феофилакта", 1884–1887.
  15. Мизиев И. М., "История Карачаево-балкарского народа".
  16. "Краткая история Болгарии (С древнейших времен до наших дней)", издательство "Наука", Москва, 1987.
  17. Кури Вантер, "История чувашского народа", Чебоксары, библиотека ж-ла "Знамя", 1990.
  18. Сокровища хана Кубрата. Государственный Эрмитаж, АО "Славия", 1997 год.
  19. К. Иречек, "История болгар", Варшава, 1877.
  20. Юхма Мишши, "Древние чуваши", Чебоксары, 1996.
  21. Каховский В. Ф., "Происхождение чувашского народа", 2003.
  22. Халиков А. Х., "Кем без, болгарлармы, татартармы? Кто мы — булгары или татары?".
  23. Ю. Немет, венгерский исследователь, ""
  24. Иоахим Вернер, "Захоронение в Малом Перещеннине и Кубрат, хан болгарский", "Софийские новости" газета, 1985, 9 января.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]