Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qülləli bina (Novoçerkassk)
Qülləli bina — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində yeləşən bir bina. Novoçekassk şəhəri Krasnı spusk küçəsi, ev 17 ünvanında yerləşir. Bina ampir stilində inşa edilmişdir. XIX əsrin ortalarında inşa edilmişdir. Arxitektur abidə 17 dekabr 1992-ci ildə Rostov vilayətinin məclisinin 325 saylı qərarı ilə regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. «Qülləli bina» özlüyündə bir villa olmuşdur. Bina Novoçerkassk şəhəri Krasnı spusk küçəsi, ev 17 ünvanında yerləşir. Üstəlik küçənin künçündə mövqe tutur. Təxmini olaraq XIX əsrin ortalarında inşa edilməsi ehtimal edilir. Bina ampir stilinə sahibdir.
Gülləli bina
Gülləli bina - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Gülləli bina Taqanroq şəhəri Şmidt küçəsi, ev 19 ünvanında yerləşir. Binanın tikintisinə 1802-ci ildə başlanılmışdır. Tikinti işləri 1810-cu ildə bitmişdir. Bina İvan Andreyeviç Varvasinin hesabına inşa edilmişdir. Hazırda isə bina tamamən sökülmüşdür. == Tarixi == Taqanroq şəhəri Şmidt küçəsi 19 ünvanında 1810-cu ildə İvan Andreyeviç Varvasinin vəsaiti hesbına inşa edilmişdir. Açıqcalarda bina gülləli bina olaraq keçərlidir. Belə ki, binanın fasadında çoxlu sayda gilizlər vardır. Şəhər fransiz-ingilis qüvvələri tərəfindən atəşə tutularkən qalın binanın divarlarına çoxlu sayda güllə dəymişdir.
Eyfel qülləsi
Eyfel qülləsi (fr. La Tour Eiffel) — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir. "Eyfel" adı qülləyə onu inşa edən memarın - Qüstav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir. Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayının yaxınlığında yerləşir. == Tarixi == Eyfel qülləsi 1887-1889-cu illər arasında Qüstav Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibətilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir.
Gömeç qülləsi
Gömeç qülləsi (türk. Gömeç Kalesi) ― Cənubi Türkiyədə, tarixi Kilikiyada Roma dövrünə aid gözətçi qülləsi. == Yer == Gözətçi qülləsi Mersin ilinin Ərdəmli ilçəsində, Qız qalasının təxminən üç kilometr şimalında və Ərdəmlinin 20 kilometr cənub-qərbində yerləşir. Qüllə divar qalıqları ilə birlikdə Qız qalasının arxa hissəsində, 240 metr yüksəkliyindəki təpənin üstündə dayanır. == Təsvir == Demək olar ki, tamamilə bütöv olan qüllənin hündürlüyü 11,32 metrdir. Zəminin ölçüləri 4,7 x 4,7 metr olduğu halda, üst hissədə bu ölçü 4,2 x 4,2 metrə qədər azalır. Blokların hündürlüyü 80 ilə 30 santimetr arasında dəyişir. Qapı cənub tərəfdədir və ölçüləri 1,9 x 0,96 metrdir. Qüllənin dörd mərtəbəsi var. Birinci mərtəbənin cənub tərəfində kərpiclənmiş bir pəncərə, yuxarıda, ikinci mərtəbədə bir yarıq pəncərə, üçüncüsündə isə hər tərəfi təxminən 85 santimetr olan bir kvadrat pəncərə var.
Gözətçi qülləsi
Gözətçi qülləsi, növbətçi və ya mühafizəçinin ətrafı müşahidə edə biləcəyi yüksək və təhlükəsiz bir yerdə tikilmiş bir istehkam növüdür. Normal qüllədən hərbi istifadəsi ilə fərqlənir. Gözətçi qüllələri fiziki təhlükəsizlik və ya yanğın riskinə qarşı meşə sahələrini müşahidə altında saxlamaq kimi tamamilə mülki vəzifələri də yerinə yetirə bilər. Bu gün ərazidə işçi heyətinə ehtiyac olmadığı üçün, gözətçilik işini ətrafında fırlanan bir müşahidə kamerası həyata keçirdir.
Himeyuri qülləsi
Himeyuri qülləsi (ひめゆりの塔, Himeyuri no to) – Yaponiyanın Okinava prefekturasının İtoman şəhərində yerləşən memorial abidə. Abidə İkinci dünya müharibəsi zamanı yaralı yapon əsgərlərə tibbi yardım göstərmiş Himeyuri tələbələrinə həsr olunmuşdur. == Tarixi == "Himeyuri" sözü Okinava prefekturasının iki qadınlar məktəbini bildirmək üçün istifadə olunur: Okinava Normal Məktəbi və Okinava 1 Saylı Qızlar Liseyi. Bu söz adıçəkilən təhsil müəssisələrinin 1916-cı ildə yaratdıqları jurnalın adından yaranmışdır. Tezliklə bu məktəblərdə təhsil alan şəxslər Himeyuri tələbələri adlanmağa başlanmışdır. İkinci dünya müharibəsi zamanı Himeyuri tələbələri Okinava döyüşündə yaralanan yapon əsgərlərə tibbi yardım göstərmək məqsədilə səfərbər olmuşdurlar. Müharibə nəticəsində əsgərlərə qayğı göstərən 136 Himeyuri tələbəsi və müəllimi ölmüşdür. İkinci dünya müharibəsindən sonra Himeyuri tələbələrinin birinin qohumu Kinco Vaşin ərazi sakinləri ilə birlikdə insan qalıqlarını toplamağa başlamış və 1946-cı ildə bu abidənin əsasını qoymuşdur. == Xüsusiyyətlər == Əsasən kenotaflardan ibarət olan abidə müharibə zamanı Himeyuri tələbələri tərəfindən yaradılmış Haebaru sahə xəstəxanasının ərazisində və eyniadlı mağaranın yaxınlığında yerləşir. Bu mağara Himeyuri tələbələri tərəfindən əsgərlərə tibbi yardım göstərmək üçün istifadə olunmuşdur.
Kamanets qülləsi
Kamenets qülləsi (belar. Камянецкая вежа) — Belarusiyanın Kamenets şəhərində tarixi qüllə. Qüllənin digər adı olan, belaruscada Ağ Qüllə və ya Ağ Qala mənasını verən Белая вежа ifadəsi ehtimal ki, qüllənin Belavejskaya Puşça meşəsinə yaxınlığından irəli gəlir, lakin bu söz qalanın əsrlər boyu kərpicdən qırmızı rəng almış və hüç vaxt ağ olmamış rəngilə heç bir əlaqəsi yoxdur. Qalanın bünövrəsi haqqında ilk qeyd 1276-cı ilə aiddir. Memar Oleksa tərəfindən 1271–1289 arasında Volhynia Knyazlığının şimal sərhədində bir sərhəd qalası olaraq inşa edilən qüllə, Belarusiyada bu günə qədər qalan yeganə belə qüllədir. Bunaoxşar qüllələr Brest, Qrodno, Turav və Novoqrudokda da inşa edilmiş, lakin müharibələr zamanı məhv edilmişdir. Qüllə bu gün milli bir tarixi məkandır. Liasnaya çayına baxan kiçik bir yüksəkliyin üstündə dayanan qüllə bu gün Kamenetsin əsas əlamətidir. 1960-cı ildən bəri burada Brest regional muzeyinin bir filialı yerləşir. 30 yanvar 2004-cü ildə ərazi UNESCO-nun Ümumdünya irsi kateqoriyasında Müvəqqəti siyahısına əlavə edildi.
Kəbəloba qülləsi
Kəbəloba qülləsi və ya Kint bürcü — Zaqatalanın qədim Kebeloba kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == Qüllənin giriş qapısı şimal-şərq divarında, yer səviyyəsində yerləşir. Digər üç divarın hərəsində isə bir mazqal vardır. İkinci yarusun hər divarında iki mazqal yerləşdirilmişdir. Burada döşəmə səviyyəsində axar yeri düzəldilmiş və taxta novla əlaqələndirilmişdir. Qüllənin üçüncü yarusu ehtimal ki, yaşayış məqsədi ilə istifadə edilmişdir. 1.30 x 0.75 m tərəflərə malik böyük pəncərənin bu mərtəbədə yerləşməsi də həmin ehtimal təsdiq edir. Pəncərə qüllənin şimal-şərq divarındadır. pəncərə kanarı kimi iri monolit daşlar istifadə edilmişdir. Həmin daşlarda açılmış dəliklərdən taxta pəncərə qapaqları asılırdı.
Makao qülləsi
Makao qülləsi ( çin. 澳門旅遊塔會展娛樂中心 娛樂 旅遊 塔 會展 娛樂 中心 , port. Torre de Macau Torre de Macau , port. Centro de Convenções e Entretenimento da Torre de Macau; tam adı:port. Centro de Convenções e Entretenimento da Torre de Macau Centro de Convenções e Entretenimento de Torre de Macau ), Makao şəhərində turistlərin böyük marağını cəlb edən yüksək səviyyəli tikili teleqüllə, rabitə qovşağı kafe ,3D kino və pərakəndə satış məntəqəsi kimi istifadə olunur. . 338 metr hündürlüyündə olan teleqüllə Makao şəhərində ən yüksək binadır və Çində 18-ci yerdədir,dünyanın ən yüksək televiziya qüllələri siyahısında 19-cu yer tutur. == Təsvir == Qüllə yüksək sürətli liftlərlə təchiz olunmuşdur: onların maksimal sürəti dəqiqədə 540 metr (32.4 km / saat, 0-dan 235 metrədək yüksəlmək 40 saniyəyə bərabərdir) . .n Skywalk X sistemi qonaqları xüsusi ilə cəlb edir,qüllə xarici gəzinti platformasına , eləcə də dünyanın ən yüksək tulanma platformasına (qiymət 150 400 dollar jumps) malikdir . 235 metr hündürlükdə və 734 m² sahəsi olan bir görüntü platformasından 55 km-ə yaxın radius mənzərə açılır.Bu platformanın 2 bölməsi var ki,biri açıq-şüşə mənzərəli,digəri isə saat əqrəbinin əksi istiqamətində hərəkət etmə xüsusiyyətlərinə malikdir. . Polad şpinelin hündürlüyü 90 metrdir.
Merkuri qülləsi
Merkuri qülləsi (rus. Меркурий-сити-тауэр) — Rusiyanın paytaxtı Moskvada, Moskva Beynəlxalq Biznes Mərkəzinin 14-cü sahəsində yerləşən, çoxfunksiyalı bir biznes kompleksidir və Avropanın ən yüksək binalarından biri hesab edilir, hündürlüyü isə 338,8 metrdir. Merkuri qülləsinin yerüstü 75, yeraltı isə 5 mərtəbədən ibarətdir. 5 mərtəbə, yalnız avtodayancaq üçün nəzərdə tutulmuşdur. 75 mərtəbənin sahəsi 143181 m², yeraltı mərtəbənin sahəsi isə 30779 m²-dir. Binanın ümumi sahəsi 173960 m²-dir. İlk 40 mərtəbənin A + sinifli ofislər təşkil edir. Binanın 40-cı mərtəbəsində 975 kvadratmetr sahəsi olan çoxfunksiyalı bir "Mercury Space" böyük zal vardır. Məkan xüsusi tədbirlərː konfranslar, mərasimlər, qala gecəsi, toylar, partiyalar, moda nümayişləri və s. təşkil etmək üçün geniş imkanlara malikdir.
Monparnas qülləsi
Monparnas qülləsi — Fransanın paytaxtı Parisdə yerləşən göydələn. Göydələnin mərtəbələrinin sayı 60 mərtəbədən ibarət, hündürlüyü isə 210 m-dir. Binanın inşası 1969-cu ildən 1972-ci ilə qədər aparılıb. Monparnas qülləsi - Paris şəhəri daxilində yerləşən və "şəhərətrafı ərazilərində" olmayan yeganə göydələndir. Binanın yuxarı mərtəbələrində kafe, hədiyyə mağazası və şəhərin çox hissəsinin mənzərəsi olan müşahidə platforması mövcuddur. 1969-1972-ci illər arasında, keçmiş Monparnas stansiyasının yerində inşa edildi və 1973-cü ildə açılışı edildi. İndiki Monparnas stansiyası qüllənin qarşısında, bir az daha cənubda yerləşir. Monparnas qülləsi 209 metr hündürlüyündə və 59 mərtəbədən (terras da daxil olmaqla) ibarətdir. Bir restoran 56-cı mərtəbəni tutur. Ofislərin ümumi sayı 52 mərtəbə və ümumi sahəsi isə 90 000 m²-dir.
Muxas qülləsi
Muxas qülləsi — Azərbaycanın Oğuz rayonunun Muxas kəndindən 1 km şimalda orta əsrlərə aid (təqribən IX – XIII əsrlər) qüllə. Muxas qülləsi Muxas kəndinin şimalında, Daşağıl keçidi qarşısında yerləşir. Qüllə şimal, cənub və qərb tərəflərdə düzbucaqlı planda, şərq tərəfdə isə yarımdairəvi olub ərazinin relyefinə uyğunlaşdırılmışdır. Qüllənin hündürlüyü 11,6 metr, divarın qalınlığı hörgünün aşağı hissəsində 1,5 metr, yuxarıda 1 m-dir. Qala divarında hündürlüyü bayır tərəfdən 1,1 metr, içəridən 1,5 metr olan qapı yeri vardır. Muxas qülləsinin üçqatlı olduğu ehtimal olunur. İkinci qatda mağzal və işıqlandırma üçün pəncərə rolu oynamış, hündürlüyü 1,5 metr, eni 0,6 metr olan açırım vardır. Qüllə çaydaşı və kirəc məhlulu ilə tikilmişdir. 1 x 0,5 x 0,5 metr ölçülü sal daşlar qüllənin künclərində və pəncərə yerlərində istifadə olunmuşdu. Qüllənin ərazisində aparılmış yoxlama qazıntılar burada 0,5 metr qalınlıqda mədəni təbəqə aşkar edilmişdir.
Piza Qülləsi
Piza qülləsi (it. Torre pendente di Pisa) — 1360-cı ildə tikilmişdir. Piza şəhərinin zənglərdən ibarət olan bir qalasıdır və Santa Mariya Assunto kilsəsinin şəhər ansamblının əsasını təşkil edir. Qala özünə "Yıxılan qüllə" adını qazanmışdır və bütün dünyada öz xarici görkəminə görə tanınmışdır. Çünki qüllənin xaricindən diqqət yetirdikdə onun az qala yıxılacağı görünür, lakin yerə yaxşı bərkidilmişdir. Nə qədər yaxşı bərkidilsə belə, İtaliya hökumətinin onu düz saxlamaq üçün xərclədiyi pul onu düzəltmək üçün xərcləyəcəyi puldan çoxdur. Qüllənin təməli 1174-cü ildə qoyulub. Binanın müəllifi Bonnano Pizano olubdur. Qüllənin əyildiyini görən memar, onu yarımçıq buraxmır və onu hissə-hissə tikirlər. Nəhayət, 200 il sonra Pisa qülləsini onun nəvəsi Tomazo Pizano bitirir.
Qahirə qülləsi
Qahirə qülləsi(ərəb. برج القاهرة‎, Borg Al-Qāhira) Misirin Qahirə şəhərində yerləşən konkret qüllə. Bu qüllə Misirdə və Şimali Afrikada 50 il ən yüksək quruluş olmuşdur.
Qalata qülləsi
Qalata qülləsi — İstanbul şəhərinin Qalata səmtində yerləşən 528-ci ildə inşa olunmuş tarixi qüllə. Qalata qülləsi İstanbul şəhərinin əsas simvollarındandır. UNESCO qülləni 2003-cü ildə Ümumdünya irsi obyektlərinin siyahısına daxil edib. Qalata müdafiə divarları daxilində gözətçi qülləsi olaraq tikilən qüllə, içərisində olan müxtəlif elementlərlə birlikdə turizm məqsədləri üçün, sərgi sahəsi kimi və muzey olaraq istifadə olunur. Beyoğlu və İstanbulun simvolik tikililərindən biridir. Qalata qülləsi dünyanın ən qədim qüllələrindən hesab olunur. Qüllə Bizans imperiyasının imperatoru Anastasiusun göstərişi ilə 528-ci ildən inşa olunmağa başlanmışdır. 1204-cü ildə IV xaç yürüşü zamanı ciddi dağıntılara məruz qalan qüllə, 1348-ci ildə İsa Qülləsi adı ilə köhnə qüllənin yerində yenidən inşa olunmuşdur. 1348-ci ildə ikinci dəfə inşa olunan Qalata qülləsi həmin dövrdə Konstantinopol şəhərinin ən hündür binası hesab olunurdu. Bu gün mövcud olan qüllə 1445–1446-cı illərdə yüksəldilmişdir.
Qız qülləsi
Qız qülləsi (türk. Kız Külesi, ing. Maiden's Tower) — Orta əsr Bizans dövründən bəri Türkiyə, İstanbuldakı Üsküdar sahillərinin 200 m-də (220 illik) Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adada bir qüllədir. İstanbulun simvollarından biri sayılır. Xırda donanma qələbəsindən sonra qədim yunanıstanlı general Alkiviad Qara dənizdən gələn gəmilər üçün Xrizopolis (indiki Üsküdar) qarşısında kiçik bir qayada xüsusi stansiya tikdirdi. 1110-cu ildə Bizans İmperatoru Aleksey Komnin daş divarla qorunan taxta qüllə inşa etdi. Qüllədən Konstantinopoldakı Manqananın dörddəbirində Avropa sahilində qurulan başqa bir qülləyə dəmir zəncir uzanırdı. Bundan sonra ada Asiya sahilinə sualtı qalıqları hələ də görünən müdafiə divarı ilə bağlandı. 1453-cü ildə Osmanlı Konstantinopolu (İstanbul) fəth edərkən qala venesiyalı Qabriel Trevisanonun əmri ilə Bizans qarnizonu tərəfindən tutuldu. Sonradan II Mehmed dövründə Osmanlı türkləri tərəfindən ora gözətçi qülləsi olaraq istifadə edildi.
Snayper qülləsi
FNSS Snayper qülləsi — bir şəxs tərəfindən istifadə edilə bilən, bir çox fərqli nəqliyyat vasitəsi üzərinə quraşdırıla bilən, lakin əslində Zirehli Döyüş Maşınları üçün istehsal edilmiş bir qüllə sistemi. Qüllənin üstündə qoşa ağızlı 25 mm-lik M242 Bushmaster avtomat topu və 7,62 mm-lik pulemyotu mövcuddur. Qüllə bir mil üstündə saniyədə 60 dərəcə hərəkət edə biləcək formadadır. Qüllədə dörd ədəd M27 birləşdirilmiş gündüz/gecə uyğunlaşdırılmalı periskoplar mövcuddur. Bundan əlavə, qüllədə səkkiz ədəd duman buraxıcısı mövcuddur. Mərminin başlanğıc sürəti 1,100 m/s (3,610 ft/s), dəqiqədə atılan mərmi sayı 200 mərmi, effektiv mənzili 2,000 m (1.2 mil), maksimum mənzili 6,800 m (4.23 mil), nişangah sistemi əsas: Gündüz/Gecə (Görüntünü yaxınlaşdıran və ya termal) Asılı Görüntü Sistemi: 4 ədəd pereskopdur.
Spasskaya qülləsi
Spasskaya qülləsi (rus. Спасская башня) — Qırmızı meydana hakim olan, Kremlin şərq hissəsində yerləşən, sərbəst keçid divarı ilə əhatələnmiş əsas qüllədir. Spasskaya Qülləsi 1491-ci ildə italyan memar Pietro Antonio Solari tərəfindən tikilmişdir. İlk vaxtlarda o Kremlində yerləşən Flor və Lavr kilsəsindən sonra Frolovskaya qalası kimi adlanırdı. Qalanın müasir adı Spas Nerukotvornı (Xilaskar) adlı ikonadan gəlir ki, bu da 1658-ci ildə divarın daxilində olan qapıların üzərində yerləşirdi (1917-ci ildə götürülmüşdür) və divarın üzərində Spas Smolenski (Smolenski xilaskarı) təsvir edilmişdir ki, məhz bu divar 16-cı əsrdə qalanın xarici divarı kimi (1937-ci ildə onun üzəri suvanmış amma 2010-cu ildə yenidən tməmir edilərək üzəri açılmışdır) inşa edilmidşir. Spasskaya Qülləsi tac bölməsində çardaq olan ilk tikililərdən biri idi ki, bu 1624–1625-ci illərdə şotland memar Xristofer Qalovey və Bajen Oqurtsov tərəfindən təməli qoyulmuşdur. Bir neçə tarixi hesablara görə Spasskaya Qülləsinin üzərində olan saat 1491-1585-ci illər aralığında peyda olmuşdur. Adətən bu Kremlin zəngi kimi adlandırılır və rəsmi olaraq Moskva vaxtını təyin edir. Saatın diametri 6 metrdir. Qülləsnin qapıları Çar dövründə Kremlin daxilinə yeganə giriş idi.
Su qülləsi
Su qülləsi — İçmək və istifadə üçün yararlı suyun saxlanılması üçün tikilmiş qüllə.
Davud Qülləsi
Davud Qülləsi (İvrit: מגדל דוד, romanlaşdırılmış: Migdál Davíd), Qala (ərəb. القلعة, romanlaşdırılmış: əl-Qala'a) kimi də tanınır — Qüdsün Köhnə Şəhərinin Yaffa Qapısının girişinin yaxınlığında yerləşən qədim qaladır. Bu günə qədər dayanan qala Məmlük və Osmanlı dövrünə aiddir. O, müsəlman düşmənləri tərəfindən səlibçilərin Müqəddəs Torpaqda mövcudluğunun son onilliklərində dəfələrlə dağıdıldıqdan sonra Hasmoniya, Herodiya, Bizans və Erkən Müsəlman dövrlərinə aid bir sıra əvvəlki qədim istehkamların yerində inşa edilmişdir. Burada 2500 ildən çox keçmişə aid mühüm arxeoloji tapıntılar var, o cümlədən Birinci Məbəd dövrünə aid karxana, sənətkarlıq şouları, konsertlər, səs və işıq tamaşaları üçün bir məkandır. İsrailli arxeoloq Dan Bahat yazır ki, şəhərin bu ərazisində yerləşən ilk üç Hasmon qülləsi Hirod tərəfindən dəyişdirilib və "Şimal-şərq qülləsi "David Qülləsi" adlandırılan daha böyük, daha nəhəng bir qüllə ilə əvəz edilib. 5-ci əsrdən başlayaraq" "Davud Qülləsi" adı 19-cu əsrdə qalanın şimal-şərqindəki Herod qalasından qalanın qarşı tərəfindəki 17-ci əsrə aid minarəyə və 1967-ci ildən sonra köçmüşdür. ​ == Haqqında == "Davud Qülləsi" adı ilk dəfə eramızın 5-ci əsrində Hirodiya qülləsi üçün bu yerin Kral Davudun sarayı olduğuna inanan Bizans xristianları tərəfindən istifadə edilmişdir. 2010-cu ildə İsrail Qədim Əşyalar İdarəsi adından Yehudah Rapuano tərəfindən saytın sorğusu aparıldı.
Səlcuqlu qülləsi
Səlcuqlu qülləsi — Konyanın Səlçuqlu dairəsində "Nalçacı Transformasiya Layihəsi" çərçivəsində Konya köhnə avtovağzalının yerinə inşa edilən 163 m. hündürlüyündə 42 mərtəbəli göydələn. Göydələn Konya və Mərkəzi Anadoluda inşa edilən ən hündür göydələndir. Türkiyənin 6-cı göydələni ünvanına sahibdir. Göydələn 2006-cı ildən istifadəyə verilib. Bina Konyanın rəsmi avtomobil nömrə nişanının 42 olmasına görə 42 mərtəbə inşa edilmişdir və son iki mərtəbəsi digər mərtəblərdən fərqli olaraq, dairə şəklindədir. 41 və 42-ci mərtəbələr restoran olaraq nəzərdə tutulmuşdur, həmçinin öz oxu ətrafında fırlanması planlaşdırılır. Bundan əlavə, binanı Konyanın hər tərəfindən görmək mümkündür.
Təkamül qülləsi
Təkamül qülləsi (ing. Evolution Tower) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən 255 metr hündürlüyündə, 55 mərtəbəli tikili. 2019-cu ilin siyahıya alınmasına görə Rusiya göydələnləri sırasında 10-cu yeri tutur. Kompleksin ümumi sahəsi 154 min m²-dir. Ofislərə 94 min m² sahə ayrılmış, onlardan 79 min m² hissəsi icarəyə, 14,7 min m² hissəsi isə ticarət payına düşür. Əvəllcə Aleksandr Çiqirinskinin "Sneqiri" və Yelana Batruvanın "İnteko" layihələrinə görə paytaxtda ən böyük Şadlıq sarayı tikilməsi planlaşdırılırdı, lakin 2008-ci ildə baş verən böhran layihəi dayandırdı. 2010-cu ildə "İnteko" öz payını Viktor Raşnikov və onun tərəfdaşı Naderə satdı. Və bundan sonra Şadlıq sarayı ideyası nəzərən iş komponenti üstün tutularaq ofis qülləsinin layihəsi hazırlandı. 2011-ci ildə göydələnin tikintisi başlanılır və 2014-cü ildin dördüncü rübündə qüllə tam istifadəyə verilir.
Yelizaveta qülləsi
Biq Ben (ing. Big Ben) — Londonda yerləşən zəngli saat qülləsi. Vestminster saray kompleksinin bir hissəsi. 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında "Britaniyanın səsi" adlandırırlar. Biq Ben Britaniyanın fəxri və rəmzi sayılır. Biq Beni bəzən Müqəddəs Stefan qülləsi də adlandırırlar. Qüllə 1858-ci ildə tikilmişdir. Qüllədəki saat isə 11 iyul 1859-cu ildə işə salınmışdır. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir.
Svan qülləsi
Svan qülləsi (gürc. სვანური კოშკი) — Gürcüstanın şimal-qərbindəki tarixi dağlıq bölgə olan Svanetidə yerləşən, tetraedral quruluşa malik müdafiə qülləsi. VIII-XVIII əsrlərdə tikilmiş bu tarixi tikililərdən eyni zamanda yaşayış yeri, fövqaladə vəziyyət olduğu zaman və tez-tez oluna biləcək hücumlardan qorunmaq üçün mühafizə, müdafiə postları kimi də istifadə edilmişdir. Adətən bir tərəfindən Svan ailələrinin yaşayış binası kimi istifadə olunan qüllə taxta və ya daş tavanlarla ayrılmış üç-beş, nadir hallarda altı mərtəbəli olurdu. Birinci mərtəbəsi pəncərələri və boşluqları olmayan yaşayış yeridir. Burada, müdafiə zamanı kvadrat zalın ətrafında taxta arakəsmələrin arxasında təkcə ailələr deyil, həmçinin mal-qaralar da yerləşirdirilirdi. Zalın mərkəzində tavanı yanmaqdan qoruyan nazik daş plitəli açıq kamin də var idi. Qüllənin girişi bir mərtəbə yuxarıda, taxta pilləkənlə qalxılan yerdədir. Həmçinin bu mərtəbədə mal-qaranın yemi və alətləri üçün anbar var idi. Mərtəbələr biri-birinə taxta pilləkənlərlə bağlanırdı.
Çjunyuan qülləsi
Çjunyuan qülləsi- Çinin Henan vilayətində yerləşən poladdan hazırlanmış teleqüllə .Hündürlüyü 388 metrdir (1273 fut). Tikinti 2011-ci ilin fevral ayında başa çatdırılmışdır . Televiziya qülləsi kimi istifadə olunur. 2012-ci ildən etibarən dünyanın ən yüksək 20 teleqülləsindən biridir.. Qüllə hiperboloid strukturunu yaradan borular şəklində elementlərlə əhatə olunmuş mərkəzi bir nüvədən ibarətdir .Qüllənin quruluşu Yapon arxitektoru Kisho Kurokavanın iştirakı ilə həyata keçirilmişdir. . Qüllənin müşahidə göyərtəsi amorf bir forma malikdir və bir neçə ayrı konus formalı şüşəli platformalardan ibarətdir. Gözləmə mənzərəsinin üçüncü və dördüncü mərtəbəsində dünyanın ən böyük panoraması olaraq Guinness Rekordlar Kitabında qeyd edildi. Panorama hündürlüyü 18 metr, uzunluğu 164 metr, sahəsi isə 3012 kvadrat metrdir . Müşahidə göyərtəsində polad antennalar yerləşdirlib Teleqüllə, 58.000 kvadrat metrlik bir ərazidə yerləşir.
Şabolovka qülləsi
Şuxov qülləsi (rus. Шуховская башня) və ya Şabolovka qülləsi (rus. Шаболовская башня) — Rusiyanın paytaxtı Moskvada yerləşən, Vladimir Şuxov tərəfindən hazırlanmış teleradio qülləsi. 160 metr hündürlüyündə olan bu diaqrid struktur Rusiya vətəndaş müharibəsi illərində — 1920–1922-ci illərdə poladdan hazırlanmışdır. Şuxov qülləsi hiperboloid quruluşa malik olub (hiperbolik polad torşəkilli örtük) konusşəkillidir. Qüllə diaqrid quruluşa malikdir və onun polad örtüyü küləyə davamlı olması üçündür (hündür binalar üçün əhəmiyyətli dizayn faktoru). Orijinal plana əsasən qüllənin hündürlüyü 350 metr olmalı idi. Lakin tikildiyi dörvrdə Rusiyada polad ehtiyatları az olduğundan 160 metr hündürlüyündə tikilmişdir. Şuxov qülləsi Moskvada, Kremlın bir neçə kilometr cənubunda yerləşir, amma turistlərin bura daxil olmasına icazə verilmir. Qüllə Şabolovka küçəsi, 37 ünvanında yerləşir.
Quləli
Qul Əli — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. Qul Əli (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Quləli (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Quləli (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Gülməli səhifələr
Gülməli səhifələr (ing. Funny Pages) — Oven Klaynın rejissorluğu ilə 2022-ci ildə çəkilmiş komediya filmi. Filmin prodüserliyini Safdi qardaşları etmişdir. Film mentoru öldükdən sonra evi tərk edən 17 yaşlı Robert adlı karikaturaçıdan bəhs edir. Robert Nyu-Cersi ştatının Trenton şəhərindəki zirzəmiyə köçür və burada əvvəllər karikaturaçı olmuş Volles adlı bir adamla tanış olur. Vollesin ağıl sağlamlığında bir az problem var. == Rollarda == Daniel Zolghadri — Robert Bleichner Matthew Maher — Wallace Miles Emanuel — Miles Maria Dizzia — Jennifer Josh Pais — Lewis Marcia Debonis — Cheryl Quartermaine Stephen Adly Guirgis — Katano Michael Townsend Wright — Barry Cleveland Thomas Jr.
Gülablı
Gülablı — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Gülablı kəndi Qarabağın dağlıq ərazisində yerləşən bir hissəsidir. Vaxtilə bu kənd Şuşa qəzasının tərkibində olmuşdur. Gülablı kəndini Tanrı sanki əhvalının xoş olduğu vaxtda yaradıb. Kəndi əhatə edən dağlar, zümrüd meşələr onun gözəlliyini birə beş artırırdı. Kənddən xeyli aralıda bulaq sularının bir-birinə qarışmasından əmələ gələn çayın kəndi ikiyə bölməsi bu yaşayış məntəqəsinin gözəlliyini bir az da tamamlayırdı. Gözəl təbiəti, saf havası qədimlərdən burada yaşayış olmasından xəbər verir. Təsadüfi deyil ki, xanlıq dövründə (söhbət Qarabağ xanlığından gedir) xan övladlarına dayə və süd anası Gülablı kəndindən tutulardı. Firudin Şuşinski yazırdı: “XVIII əsrdə İbrahim xan Şuşada doğulan hər bir oğlan uşağına Abdal-Gülablı kəndindən dayə və süd anası tutmaq barədə fərman verib. Bu kəndin əhalisinin şücaətini qiymətləndirən Qarabağ xanının bu fərmanına əməl olunması, oğlan uşaqlarının hünərli olmasına səbəb olmaqla yanaşı, həm də Abdal-Gülablıdakı gözəl səsə malik nəsillərin də Şuşada ecazkar səsli xanəndələrin yetişməsinə təsir edən əsas amillərdən idi.
Gülallı
Gülallı (keçmiş adı: Qurudərə) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Böyük Qaramurad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Böyük Qaramurad kənd inzibati ərazi dairəsi tərkibindəki Qurudərə kəndi Gülallı kəndi adlandırılməşdır. == Toponimikası == Gülallı kəndi dağlıq ərazidədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 133 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gülgəzli
Gülgəzli — Azərbaycan Respublikasının Bərdə rayonunun Kolayır kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ düzündədir. Yerli əhalinin məlumatına görə, Gülgəz adlı bir qadının övladı tərəfindən salındığı üçün kənd belə adlandırılmışdır. == Əhalisi == === Tanınmışları === Rafil Hüseynov – Masallı Rayon İcra Hakimiyyətinin başçısı. Rafael İsgəndərov – komediya aktyoru. == Təhsilin vəziyyəti == Gülgəzli kənd orta məktəbi 1946-ci ildən etibaren fəaliyyətə başlamışdır. Gülgəzli məktəbinin yetişdirdiyi onlarla savadlı şagirdlər bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycanı təmsil edirlər.
Qurieli
Qurieli ( gürc. გურიელი) və ya Qurielovlar (rus. Гуриеловы) — Quriya knyazlığının suveren knyazlarının (mtavarlarının) soyadı. 1871-ci ildən sonra Qurieli ailəsinin knyazlarının gücü sona çatmışdır. Son hökmdarın əmisioğlu David Qurieli (1802–1856) Qurieli (Qurielovlar) knyazlıq ailəsinin əsasını qoymuşdur. Onun nəsli 1850-ci il fərmanı ilə Rusiya imperiyasının knyazlıq ləyaqətində təsdiqlənmişdir. Rusiya imperiyasında Qurieli ailəsinin knyazları Tiflis quberniyasının şəcərə kitabının beşinci hissəsinə daxil edilmişdir. Долгоруков П. В. Российская родословная книга. — СПб.: Тип. Э. Веймара, 1856.