Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qılınclı
Qılınclı (Laçın)
Qılınclı (Kəlbəcər)
Qılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. Oykonimin etnotoponim olması ehtimali var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını "qilicli tayfasına məxsus yurd yeri" kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qiliçli adlı obyektlərin olması da əsas verir. Yaşayış məntəqəsini Laçın rayonundaki Qilişli kəndindən köçmüş ailələr salmışlar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qılınclı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qılınclı Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Qılınclı (Laçın)
Qılınclı — Azərbaycan Respublikasının Laçın rayonu Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd. Qılınclı kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsi Qilıcdaş adlanan sahədə salındiğına görə belə adlanmışdır. Həqiqətən kəndin cənub-şərq hissəsində qilınca oxşadığına görə yerli tələffüzdə Qilicdaş adlanan dik, sivri qaya var. Kəndin butun əhalisi vaxtila Kəlbəcər rayonu ərazisinə köçüb eyniadli kəndi salmışdır. İndiki sakinlər isə sonralar yaxınlıqdakı Qarıqışlaq kəndindən köçən ailələrdir. Oykonimlərin etnotoponim olması ehtimalı var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın muxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını “qılıclı tayfasına məxsus yurd yeri” kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qılıçlı adlı obyektlərin olması da əsas verir.
Qılınclı (Urmiya)
Qılınclı (fars. قلينجلو‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (30 ailə).
Qılınclı (Duzluca)
Qılınclı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır.
Damokl Qılıncı
Damokl qılıncı (lat. Damoclis gladius) — qədim yunan mifologiyasının bu günə qədər gəlmiş ibarə xarakterli əfsanələrindən biri. Tavromeniyalı Timeyin (e.ə. 356 — e.ə. 260) itirilmiş sayılan Siciliya tarixinə dair kitabında qeyd edilir. "Damokl qılıncı" ifadəsi bu gün "təhdid", "təhlükə" mənasında da istifadə olunur. Qədim roma əfsanəsinə görə, e.ə. IV əsrdə Sarakuzyalina hökmdarı kral Sezar idi. O, sadə bir ailədə böyüməsinə baxmayaraq cəsarəti və hiyləgərliyi ilə məşhur idi. Kartaca ilə apardığı döyüşlərdən sonra Sarakuzyalina o dövrün ən güclü dövlətlərindən birinə çevrilmişdi.
Osman qılıncı
Osman qılıncı — (digər adı Taklide-Seif və ya Qılınc Alayı), Osmanlı İmperiyasının sultanlarının taxta çıxma mərasimi zamanı istifadə edilən mühüm dövlət qılıncı. Qılınca Osmanlı İmperatorluğunun qurucusu Osman Qazinin adı verilmişdir. Tətbiqi ilk olaraq Osman Qazinin qayınatası Şeyx Edebalinin Osman Qaziyə qılınc bağışlaması ilə başladı. Bu qılıncın istifadəsi padşahın taxta çıxmasından 2 həftə içərisində edilməsi məcburi idi. Bunun üçün İstanbulda Körfəz üzərindəki Əyyub məzar külliyyəsində keçirilib. Yeni padşah Topqapı Sarayından Səltənət Qayığına minərək Körfəzdən Əyyuba gəldi. Əyyub qəbiristanlığı, Səhabə Əbu Əyyub el-ensarinin VII əsrdəki İstanbulun ilk Müsəlman mühasirəsi zamanı şəhid olması səbəbiylə Fatih Sultan Mehmet tərəfindən tikdirilmişdir. Bu mərasim çox rəmzidi: Əvvəlcə yeni padşahın qılınca əl ataraq bir döyüşçü olduğunu göstərməsi baxımından vacib idi. Konyadan bir mövləvi dərviş bu qılıncın taxılma prosesində iştirak edirdi. XIX əsrin sonlarına qədər Müsəlman olmayan nümayəndələrin Əyyub Məscidindəki mərasimi izləməsi qadağan idi.
Qismət qılıncı
Qismət qılıncı (pol. Miecz przeznaczenia) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı və ümumi personaj – cadugər Riviyalı Geraldın iştirakı ilə birləşdirilən hekayələr toplusudur. Həm xronologiya, həm də yazılma vaxtına görə “Qismət qılıncı” Cadugər seriyasından olan ikinci əsərdir. Bu kitabda Geralt ilk dəfə Siri ilə qarşılaşır və qismətini tapır. Kitab ilk dəfə polyak dilində 1992-ci ildə nəşr edilmişdir. İngilis dilində ilk nəşr 2015-ci ilə aiddir. Antologiyaya daxil olan aşağıdakı hekayələr xronoloji olaraq bir-biri ilə az əlaqəlidir: Mümkün olanın sərhəddi (pol. Granica możliwości) Buz qəlpəsi (pol. Okruch lodu) Əbədi alov (pol. Wieczny ogień) Bir qədər qurban (pol.
İslam qılıncı
İslam qılıncı (ərəb. سيف الإسلام‎‎, translit. Səyf əl-İslam) — 1937-ci ildə İslamın hamisi (ərəb. حامي الإسلام‎‎, translit. Hami əl-İslam) elan olunan İtaliya siyasətçisi Benito Mussoliniyə verilən əlbəyaxa döyüş silahı. 1934-cü ildə İtaliya Liviyası yaradıldıqdan sonra İtaliyanın Baş Naziri Benito Mussolini İslam diniylə müqayisələrin edilməsini təşviq edən qərarlar qəbul etmişdir. Bu qərarlara əsasən, Liviyanın yerli əhalisi "İtaliyanın dördüncü sahilində yaşayan İtaliya müsəlmanları" adlandırılmış, regionda məscidlər və mədrəsələr tikilmiş, Məkkə şəhərinə Həcc ziyarətinə və Tripolidəki İslam mədəniyyəti üzrə tədris edən ali təhsil müəssisəsinə getməyi asanlaşdırmaq üçün xidmət müəssisələri təsis edilmişdir. İnsanpərvər məqsədlərin arxasında faşistlər və İslamın bəzi məzhəblərinin rəhbərləri Birləşmiş Krallıq və Fransanı düşmən olaraq tanıdırdılar. Benito Mussolini bundan öz mənfəəti üçün istifadə etmək arzusunda idi. Bu ortaq maraqlar 1919-cu ildə imzalanan və ABŞ, Fransa və Birləşmiş Krallığın xeyrinə olmuş Versal sülh müqaviləsinə qarşı olan ikraha əsaslanırdı.
Allahyar xan Qılıncçı
Allahyar xan Qılıncçı (1735-?) — Qılıncçı tayfasının başçısı, Səbzivarın hakimi. == Həyatı == Allahyar xan Qılıncçı 1735-ci ildə Xorasanda anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qılıncçı elinə başçılıq etmişdi. Səbzivarı da əlinə keçirmişdi. Bu ərazi üstündə Hüseynqulu xan Məhəmmədhəsən xan oğlu Qovanlı-Qacarla üz-üzə gəlmişdi. Hüseynqulu xan Kərim xan Zəndin sərkərdələri tərəfindən oldürüləndən sonra Allahyar xan Xorasandan Xəzər dənizi sahillərinə qədər ərazilərə iddia etmişdi. Allahyar xan Qılıncçı Köklən türkmənlərinə qarşı vuruşaraq, Qorqanı, Astrabadı və digər yerləri müdafiə etmişdi. Allahyar xan Qılıncçı 1796-cı ildə Ağaməhəmməd şah Qovanlı-Qacara qarşı vuruşmuşdu. == Ədəbiyyat == Əzüdüddövlə, Tarix-eʿAzodi, 2nd ed., ed.
Odla və qılıncla
Odla və qılıncla, Henrik Senkeviç tərəfindən 1884-cü ildə yazılmış tarixi roman. Kitabın motivləri əsasında 1999-cu ildə film çəkilmiş, 2011-ci ildə isə videooyun çıxarılmışdır. Ukraynada Bogdan Hmelnitski və qonşuları arasındakı mübahisə barıt çəlləyinin fitilini alovlandırdı və bütün kazakların zadəganlara qarşı üsyan etməsinə səbəb olan oda çevrildi. Şərqdən tatar qoşunlarının məsələyə müdaxiləsi ilə Ukrayna qan gölünə döndü. Uzun müddət yatırılmış kazak kəndlilərinin kinləri; basqınlar, qırğınlar və təcavüzlərlə üzə çıxırdı. Knyaz Yaremanın ordusunda yüngül süvari dəstəsinin zabiti Jan Kretuski şahzadə Helenə aşiq olur. Ancaq qız kazaklar tərəfindən qaçırılır. Kretuski və dostları indi yalnız Reç Pospolita uğrunda mübarizə aparmayacaq, eyni zamanda onun itkin düşmüş, təhqir olunmuş simvolu olan gözəl şahzadəni tapmaq üçün də mübarizə aparacaqlar.
Nadir şahın qılıncı
Nadir şahın qılıncı — Əfşar imperiyasının hökmdarı Nadir şah Əfşarın (1736-1747) istifadə etdiyi qılınc. İranın Tehran şəhərində yerləşir. Nadir şahın qətlə yetirilməsindən təxminən 50 il sonra şahlıq etməyə başlayan Fətəli şah Qacar dövründə üzərinə yazılar yazılmış və bəzədilmişdir. Qılıncın qını briliantlarla bəzədilmişdir. Müasir tarixçi Maykl Eksvorti bildirir ki, "Nadir bir neçə dəfə özünü təsvir etmək üçün qılınc təsvirindən yararlanmışdır". Fətəli şahın heç bir rəsmində qılınc görünməyir. Lakin Gülüstan sarayının Mərmər otağının divarında Fətəli şahın varisi Məhəmməd şah Qacarın at üstündə olarkən qılıncı taxtığını əks etdirən rəsm əsəri vardır. Qılıncın və qınının arxa tərəfində bir neçə misra ilə birlikdə qəbzənin üstündə şahın və onun iki oğlunun şəkli əks olunub. Nadirin yürüşləri Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant/ Figure 1.
Odla və qılıncla (film)
Odla və qılıncla (Polyakca: Ogniem i Mieczem; Ukraynca: Вогнем і Мечем, rom: Voqnem i Meçem) — rejissor Jerji Hoffmanın 1999-cu ildə çəkdiyi Polşa istehsalı tarixi dram filmidir. Film Henryk Sienkiewiczin Odla və qılıncla romanından ilhamlanaraq çəkilmişdir. Film indiyə qədər çəkilmiş ən bahalı Polşa filmidir.
Əjdahanın qılıncı (film, 2015)
Əjdahanın qılıncı (çin. ənən. 天將雄師, ing. Dragon Blade) — 2015-ci ildə Çin tarixi fəaliyyət filmidir. Filmin ssenaristi və rejissoru Daniel Li-dir və baş rolda Ceki Çan oynayır. Filmdə Çan, Han sülaləsi dövründə Qərb bölgələrinin Mühafizə heyətinin komandiri Huo An rolunu oynayır. Əjdahanın qılncı, Çin Yeni il tətil dövrünün ilk günü 19 fevral 2015-ci ildə IMAX 3D-də buraxıldı. Film 4 sentyabr 2015-ci ildə Lionsgate Premiere tərəfindən ABŞ-də yayımlandı. Çinin şimal-qərbində, miladdan əvvəl 48 (İngilis dilində ekranda 50 e.ə.), Çinin İpək Yolu Müdafiəsi Heyəti adlanan bir təhlükəsizlik şirkəti, döyüşləri dayandırmaq və barışıq ideyasını təbliğ etmək niyyətindədir. Kapitan Huo An (Ceki Çan) bir döyüşü müvəffəqiyyətlə dayandırır.
Türklər gəlir: Ədalətin qılıncı
Türklər gəlir: Ədalətin qılıncı (türk. Türkler Geliyor: Adaletin Kılıcı) — ssenaristi və prodüseri Mehmed Bozdağ, rejissoru isə Kamil Aydın olan Bozdağ Film imzalı tarixi türk filmi. Film, XV əsrdə (1450-ci illərdə) Fateh Sultan Mehmetin Lazar Brankoviçin zülmünə son qoymaq üçün göndərdiyi Axıncıların əhvalatını anladır.
Qılıçlı
Qılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. Oykonimin etnotoponim olması ehtimali var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını "qilicli tayfasına məxsus yurd yeri" kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qiliçli adlı obyektlərin olması da əsas verir. Yaşayış məntəqəsini Laçın rayonundaki Qilişli kəndindən köçmüş ailələr salmışlar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qılınclı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qılınclı Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Mount & Blade: Odla və qılıncla
Mount & Blade: Odla və qılıncla (İngilis dili ndə: Mount & Blade: With Fire & Sword) orta əsrlər mövzusuna aid bir rol oynamalı videooyundur. TaleWorldsun icazəsi ilə Sich Studio adlı bir rus şirkəti tərəfindən hazırlanmış oyun, 2008-ci ildə buraxılmış oyun Mount & Blade üçün müstəqil bir genişləndirmə paketidir. Paradox Interactive tərəfindən dünyada 3 may 2011-ci ildən istifadəyə verilmişdir. XVII əsr Avropasında baş verən hekayədə bəzi personajlar Nobel mükafatı laureatlı müəllif Henrik Senkeviçin Odla və qılıncla adlı kitabından götürülmüşdür. Hadisələr XVII əsr Avropasında baş verir. Xəritə Qara dənizdən Skandinaviyaya qədər uzanır. Oyunda olan xəritədəki şəhərlər əsl memarlıq formasında miqyasları kiçildilmişdir. Şəhərlər kifayət qədər böyükdür. Binalar və onların daxili strukturları çox xırda detallarına qədər göstərilmişdir. Şəhərlərdə yeraltı zirzəmilər/tunellər mövcuddur.
Dağ Qılıçlı
Dalqılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Dağ Qılıçlı Kəlbəcər rayonunda kənd. Dikyurd yaylasının ətəyindədir. Oykonimin birinci komponenti (dağ) kəndin yerləşdiyi coğrafi movqeyi bildirir, ikinci komponent isə etnotoponimdir. "Dağlıq ərazidə, dağ ətəyində olan Qılıçlı kəndi" mənasındadır.
Türklər gəlir: Ədalət qılıncı (film, 2020)
Türklər gəlir: Ədalətin qılıncı (türk. Türkler Geliyor: Adaletin Kılıcı) — ssenaristi və prodüseri Mehmed Bozdağ, rejissoru isə Kamil Aydın olan Bozdağ Film imzalı tarixi türk filmi. Film, XV əsrdə (1450-ci illərdə) Fateh Sultan Mehmetin Lazar Brankoviçin zülmünə son qoymaq üçün göndərdiyi Axıncıların əhvalatını anladır.
Türklər gəlir: Ədalətin qılıncı (film, 2019)
Türklər gəlir: Ədalətin qılıncı (türk. Türkler Geliyor: Adaletin Kılıcı) — ssenaristi və prodüseri Mehmed Bozdağ, rejissoru isə Kamil Aydın olan Bozdağ Film imzalı tarixi türk filmi. Film, XV əsrdə (1450-ci illərdə) Fateh Sultan Mehmetin Lazar Brankoviçin zülmünə son qoymaq üçün göndərdiyi Axıncıların əhvalatını anladır.
Qılışlı
Qılınclı (Laçın)
Qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin] Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
Qılıccı (Miyanə)
Qılıccı (fars. قليج چي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (19 ailə).
Kusanaqi (qılınc)
Kusanaqi (草薙) – Yaponiya miflərində əfsanəvi qılınc. Hərfi tərcümədə "ot biçən" deməkdir. Kusanaqi Yaponiya imperatorluq ailəsinə məxsusdur və inanca görə Şintoizm tanrısı Susano tərəfindən hədiyyə edilib. Şintoizm miflərində və əfsanələrində Kusanaqi çox böyük gücə malik bir qılıncdır. Ondan istifadə edən döyüşçü sadəcə bir əli ilə bütöv ordunu məhv edə bilər. == Əfsanələr == === Susano tərəfindən tapılması === Bir versiyaya görə qılınc Susanoya Amaterasu tərəfindən verilib. Digər bir versiyaya görə isə o, qılıncı Koşi adı nəhəng səkkizbaşlı ilanın quyruğunda tapıb. Əfsanəyə görə Susano gözəl bir qıza vurulur, lakin qızın yeddi bacısının ilan tərəfindən öldürüldüyünü və bu qızın da dalınca gələcəyini öyrənir. Susano qızı qorumaq üçün onu darağa çevirib saçına taxır. İlanla qarşılaşanda onu şərabla aldadaraq yatızdırır və onu öldürür.
Misri qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah. Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin] Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar.
Zülfüqar (qılınc)
Zülfüqar (ər:ذوالفقار) Əli bin Əbu Talibin qılıncı Zülfüqar ərəb sözü olub "fəqərələr sahibi" mənasını ifadə edir. Fəqərə özü onurğa mənasındadır. Bu adın qılınca onun arxasında nahamar və hamar cızıqların olduğu üçün verildiyi nəql olunur. Çoxlu belə düşünülür ki zülfüqarın iki baş və bleydi varmış, amma Deyxudanın dediyinə görə "bu fikir əsas qılınc deyil." fəqət İbni Şəhr Aşub Mənaqib kitabında zülfüqarı iki başlı zikr edib. Bəzi mənbələrdə, bu qılınc kiçik dekorativ bezellər uzun və dar çuxurlarla dəstədən qılıncın ucuna qədər çəkilən iki bleydli qılınc kimi tanıdılıb. habelə İmam Sadiqdən gələn bir hədisə görə qılınca zülfüqar adı verilməsinin nədəni onun Onurğaya oxşamağındandır. Biharül Ənvarda Gələn İmam Baqirdən nəql olunan bir başqa hədisdə belə deyilir:"Niyə ki Əli Zülfüqar qılıncı ilə heç kimə vurmadı məgər bu ki onu bu dünyada ev-uşaqından və axirətdə cənnətdən uzaq salmışdır." Zülfüqarın Əliyə necə yetişməsinə görə müxtəlif nəzər və baxışlar var. Əli ər-Rzadan nəql olunan bir hədisə görə Cəbrayıl Zülfüqarı özü ilə göydən gətirmişdir. Məhəmməd Baqir Məclisi Mənaqibdən (ərəb. محمد باقر المجلسي‎) nəql edir ki, Hədid surəsinin 25-ci ayəsində bu hadisəyə işarə olunur.
Qılınc (Çiftlikköy)
Qılınc — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == 1902-ci ildən eyni adla tanınan kənddə XX əsrin əvvəllərində 500 erməni yaşayırdı. 1926-cı ildə Türkiyə Respublikası hüdudlarında kənd statusu almışdır.
Əli Qılınc
Əli Qılınc, əsl adı Süleyman Asəf Əmrullah ya da daha çox bilinən adı ilə Qılınc Əli (8 fevral 1890, Konstantinopol – 14 iyul 1971, İstanbul), türk hərbçi və siyasətçi. 3 mart 1906-cı il tarixində İstanbul Gedikli Kiçik Zabitlər Məktəbini bitirdikdən sonra, göstərdiyi üstün xidmətlərinə görə mayor rütbəsi almışdır. I Dünya Müharibəsinə qatılmış, Çanaqqala döyüşlərində yaralanmışdır. Qafqaz İslam Ordusunda Nuru paşanın yavərliyini etmişdir. Qafqaz İslam Ordusu yaradıldığı zaman Ənvər paşanın qardaşı Nuru paşa onun komandanı təyin edildi. Bu ordunun tapşırığı Qafqazda türk təsirini daha da artırmaq idi. Əli Qılınc Nuru paşanın yavəri kimi Qafqaz İslam Ordusunun bütün hərəkatlarında iştirak etmişdir. Bakının azad edilməsindəki xidmətlərinə görə təltif edilmişdir. Mudros barışığına görə Osmanlı qoşunları Azərbaycan Xalq Cümhuriyyətini tərk etməyə məcbur edildikdən sonra Anadoluya geri dönmüş və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmişdir. 28 oktyabr 1919-cu ildə Mustafa Kamal Paşa tərəfindən Maraş, Antep ətraflarında Qüvvə-i Millini qurmaq tapşırıldı.
Zirincli
Zirincli yaşayış yeri — Sirab kəndindən şimalda, Sirabçayın sol sahilində dağ ətəyində yerləşən arxeoloji abidə.
Qaliçli Avraami
Qaliçli Avraami (rus. Авраа́мий Га́личский; XIV əsr – 20 iyul 1375) — Rus Kilsəsinin müqəddəsi. Avraami XIV əsrdə yaşamışdır. O əvvəlcə Nijni Novqorod Peçerski Yüksəliş monastırının qardaşları arasında olmuş, sonra isə Radonejli Serginin yanına, Troitse-Sergi lavrasına köçmüş və onun şagirdi olmuşdur. Daha sonra Avraami onun xeyir-duası ilə Qaliç-Mer knyazlığına getmiş və yeni monastırların tikintisində iştirak etmişdir. XVIII əsrdə biri istisna olmaqla, onun tikintisində iştirak etdiyi bütün monastırlar ləğv edilmiş və prixod kilsələrinə çevrilmişdir. Avraami Qorodetski monastırında vəfat etmişdir. Ənənəvi olaraq onun ölümü 1375-ci ilə aid edilir. Avraaminin həyatında yalnız 1389-cu ildə Qalisiya knyazı olmuş knyaz Yuri Dmitriyeviçin müasiri adlandırılmasına əsaslanaraq, Dmitri Prilutski və Yevgeni Qolubinski onun ölümünü sonrakı dövrə aid edirlər. 1608–1631-ci illərdə Avraaminin qalıqları üzərində daşdan Şəfaət katedralı tikilmişdir.
Qaliçli Daniil
Danil Romanoviç Qalitski (ukr. Данило I Галицький) (1201-1264) — Qalitsiya-Volın knyazı. 1259-cu ildə monqol-tatar basqınlarından sonra Qaliç-Volın knyazı Danil Qalitski dağıdılmış şəhərləri, qalaları bərpa etmək məqsədilə alman sənətkarlarını, memarlarını, ticarət adamlarını knyazlığa dəvət etdi. Əcnəbi mühacirləri cəlb etmək məqsədilə o, Maqdeburq şəhər hüququna müvafiq olaraq, onlara yerli idarəetmə, məhkəmə sistemində azadlıqlar vermiş, sosial-iqtisadi sahədə bir sıra imtiyazlar bağışlamışdı. Knyaz Danil Qalitskinin apardığı siyasət təcrübəli alman sənətkarlarının, inşaatçılarının, tacirlərinin fəal şəkildə Qərbi Ukraynada məskunlaşması ilə nəticələndi. Knyaz Vladimir Vasilkoviçin dəfn mərasimini təsvir edən Qaliç-Volın salnaməsinin müəllifi yazırdı: «Onun tabutu üstündə bütün vladimirlilər - kişilər, qadınlar və uşaqlar; almanlar, surojlular və novqorodlular» ağlayırdılar. Генеалогия Михайло Грушевський. ХРОНОЛОГІЯ ПОДІЙ ГАЛИЦЬКО-ВОЛИНСЬКОГО ЛІТОПИСУ Довідник з історії України. За ред. І.Підкови та Р.Шуста.- К.: Генеза, 1993.
Qılıçi (Ərdəbil)
Qılıçi (fars. قَلِیچی‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (37 ailə).