Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qılman
Qılman (ərəb. غِلْمَان‎; təkdə qulam, ərəb. غُلاَم‎) — bütün islam dünyasının ordularında qul əsgərləri və/yaxud muzdlular. IX əsrin əvvəllərindən XIX əsrin əvvəllərinə qədər islam dövlətləri ardıcıl olaraq qulları əsgər kimi yerləşdirmişdilər. Bu, İslam dünyasından kənarda çox nadir rastlanan bir hadisə idi. Quranda qılman 52:24-cü ayədə cənnətdə xidmət edən oğlanlara aid edilmişdir. Qılman (غِلْمَان) və onun tək variantı qulam (غلام) ərəb mənşəlidir. Bu söz "oğlanlar" və ya "qulluqçular" deməkdir. Ərəbcə ḡ-l-m (غ ل م‎). kökündən gəlir.
Qamma
Qamma - yunan əlifbasının üçüncü hərfi. Foton şüalanması bu hərflə işarələnir. Betadan sonra gələn hərfdir.
Qılman Musayev
Qılman İlkin (doğum adı: Qılman İsabala oğlu Musayev; 28 aprel 1914, Mərdəkan, Bakı qəzası – 6 noyabr 2009, Bakı) — Azərbaycan yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (2003), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 28 aprel 1914-cü ildə Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur. O, ilk təhsilini burada almış, 1926–1929-cu illərdə şəhər pedaqoji texnikumunda və 1932–1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuşdur. Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlamışdır. 1931–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi olmuş, burada əsərləri çap olunmuş, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə illərində Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləmiş, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır. Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyət yazıçı 1960–1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963–1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir. 1974-cü ildən fərdi təqaüdə çıxmışdır. Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.
Qılman Salahov
Qılman Balaməmməd oğlu Salahov (16 mart 1906, Balaxanı, Bakı qəzası – 1974, Bakı) — azərbaycanlı kamançaçalan, bəstəkar, dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcılarından və ilk rəhbərlərindən biri. Qılman Salahov 16 mart 1906-ci ildə anadan olmuşdur. O, 1922–1926-cı illərdə Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbində, daha sonra isə musiqi texnikumunda kamança sinfində oxumuşdur. Üzəyir Hacıbəyovun təşkilatçılarından olduğu və 1939-cu ildə Moskvada keçirilən xalq çalğı alətləri ifaçılarının I Ümumittifaq müsabiqəsinin laureatıdır. 1931-ci ildən Üzəyir bəy Hacıbəyovun dəvəti ilə xalq çalğı alətləri orkestrində fəaliyyət göstərmiş, 1938–1964-cü illərdə illərdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının mahnı və rəqs ansamblının bədii rəhbəri olmuşdur. Ansambl üçün bir sıra mahnılar və rəqslər hazırlamışdır. Bunlar arasında "Nəlbəki" və "Naz eləmə" rəqsləri var. Qılman Salahov 1974-cü ildə vəfat etmişdir..
Qılman İlkin
Qılman İlkin (doğum adı: Qılman İsabala oğlu Musayev; 28 aprel 1914, Mərdəkan, Bakı qəzası – 6 noyabr 2009, Bakı) — Azərbaycan yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (2003), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 28 aprel 1914-cü ildə Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur. O, ilk təhsilini burada almış, 1926–1929-cu illərdə şəhər pedaqoji texnikumunda və 1932–1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuşdur. Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlamışdır. 1931–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi olmuş, burada əsərləri çap olunmuş, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə illərində Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləmiş, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır. Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyət yazıçı 1960–1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963–1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir. 1974-cü ildən fərdi təqaüdə çıxmışdır. Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.
Qılman İman
Qılman İman (tam adı: Həsənli Qılman İman oğlu; 15 fevral 1986, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycanlı şair-publisist, "goyce.az" saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010), Prezident təqaüdçüsü (2010). Qılman İman 15 fevral 1986-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində tanınmış şair Aqil İmanın ailəsində dünyaya gəlmişdir. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. 1992-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə qəbul olmuş və 2003-cü ildə Bərdə rayonu Yasif Kərimov adına Yeni Daşkənd kənd orta məktəbinin ХI sinfini əla qiymətlərlə bitirmişdir. 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə qəbul olub və 2007-ci ildə həmin ixtisası bitirmişdir. 2004-cü ildə "İslahat" qəzetində poeziya şöbəsinin müdiri, 2005-ci ildə "Etiraf" qəzetində baş redaktorun müavini vəzifəsində çalışmışdır. 2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıxış edir. İran, Türkiyə, Ukrayna, Fransa mətbuatında şeirləri çap olunub. Haqqında tanınmış şair və yazıçıların rəy və resenziyaları çap olunmuşdur. 2006-cı ildən 2008-ci ilə qədər Azərbaycan Televiziyasında çalışmışdır.
Qılman İmanlı

IMAX
IMAX (Image Maximum) yüksək ölçülü və aydın təsvir qabiliyyətinə malik film nümayişi sistemidir. Sistem Kanadanın əyləncə texnologiyaları şirkəti olan IMAX Corporation tərəfindən icad edilmiş və inkişaf etdirilmişdir. Adi bir film çərçivəsi 35 mm formatdadır, IMAX filmləri isə 70 mm-dir. Imax texnologiyasında 2D və ya 3D formatında nümayiş etdirilən film 7 mərtəbəli bina hündürlüyündə və basketbol meydançası ölçüsündə nəhəng ekrana proyeksiya edilir. IMAX sistemi indiyə qədər qurulmuş ən güclü 15.000 vattlıq proyeksiya lampası ilə əks etdirilir. Bu işığı hətta Aydan da görmək mümkündür. Təsviri 6 kanallı rəqəmsal surround səs sistemi müşayiət edir. Standart IMAX ekranının eni 22 metr və hündürlüyü 16 metrdir. Bundan əlavə, omni-max adlı IMAX tipində balıqgözü linzaların köməyi ilə təsvir sferik ekrana proyeksiya edilir və üfüqi oxda 180 dərəcə təsviri təmin edir. IMAX xüsusi məkanlarda geniş formatda təqdim edilən dünyanın ən uğurlu film nümayişi sistemidir.
Irmax iyesi
Qamma Scuti
Qamma Scuti — Latın dilində γ Scuti , Qalxan bürcünün cənubunda yerləşən ağ-qanadlı ulduzdur. 4.67 görünən ulduz ölçüsünə malik bu ulduz sönük olsa da adi gözlə görünə bilir. Yerdən 10.21 milliarcsan illik parallaksla görününən bu ulduz Günəşdən təxminən 319 işıq ili məsafədəd yerləşir. Hal-hazırda 41 km / s tezliklə Günəş Sisteminə doğru hərəkət edir, yəni 2.35 milyon il ərzində yalnız 20 i.i. (5.519 pc) məsafədə olacaq,, və ehtimal ki,-2,1 ulduz ölçüsünə malik olaraq, gecə göyün ən parlaq ulduzuna çevriləcək. Bu ulduz A spektral sinfinə malik, əsas ardıcıllıq ulduzudur və A2: V 237 milyon ildən sonra 222 km / s sürətlə fırlanan sürətlə dönür. Bu, ulduzun qütb radiusundan 21% daha böyük olduğu təxmin edilən ekvatorial şüa ilə bir oblasda forma verir. Günəşin kütləsi təxminən 2.91 dəfə, Günəş radiusunun isə 4.1 dəfədir. Günəşin parlaqlığını fotosferdən 150 min dəfə effektiv bir temperaturda 9,016 K radiasiya yayır.
Qamma paylanması
Qamma paylanması, Ehtimal nəzəriyyəsi və Riyaziyyatda, təsadüfi kəsilməz paylanmalar ailəsindən sayılır. Bu paylanmanın bir parametri miqyas parametri (θ) və başqa parametri isə, şəkilli parametr (k) dir. Əgər k Tam ədəd olarsa, paylanma hər birinin ədədi ortası θ(1/θnın nisbət parametri ilə ekvivalentdir) olan k qədər qüvvət funksiyası şəklində paylanmış təsadüfi dəyişənin cəmini göstərir.
Qamma testləmə
Qamma testləmə - (ing.gamma testing, ru.гамма-тестирование) -proqram məhsulunun satışa buraxılmasından öncə testlənməsinin üçüncü mərhələsi. Qamma testləmə mərhələsində yalnız sənədləşmə və qablaşdırma son şəkildə olmaya bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qamma şüalanma
Qamma şüalanma (simvolu: γ) –olduqca qısa dalğa uzunluğu ilə xarakterizə olunan elektromaqnit şüalanmasının bir növüdür. Dalğa uzunluğu 0.1 nm və ondan kiçik elektromaqnit dalğaları olub, yüksək enerjili foton selindən ibarətdir. İonlaşdırıcı şüalanmaya, yəni bir maddə ilə qarşılıqlı təsir göstərərək fərqli əlamətlərin ionlarının meydana gəlməsinə səbəb ola biləcək radiasiyaya aiddir. Qamma şüalanması yüksək enerji fotonların (qamma şüalarının) axınıdır. Qamma və rentgen şüaları arasındakı kəskin sərhəd müəyyən edilməməsinə baxmayaraq, qamma-şüa kvantının enerjisinin 105 eV-dən çox olduğu qənaətindədir. Elektromaqnit dalğalarının miqyasında, qamma şüaları rentgen şüaları ilə həmsərhəddir, daha yüksək tezlik və enerji aralığını tutur. 1-100 keV aralığında qamma şüalanması və rentgen şüalanması yalnız mənbəyində fərqlənir: əgər nüvə keçidində kvant yayılıbsa, onu qamma şüalanmasına aid etmək olar. Bir parçalanma zamanı verilən maddənin nüvəsindən xaricə alfa və betta zərrəciklər olmaqla yalnız biri atılır. İstənilən radioaktiv nüvə parçalanması isə qamma - fotonların şüalanması ilə müşahidə olunur. Beta şüalanmasının spektrinin nə üçün bütöv alınmasını araşdıran Pauli 1932-ci ildə fərz edib ki, nüvədən betta zərrəciyi ilə yanaşı kütləsi kiçik neytral zərrəcik də kənar edilir.
Qemma Beadsvort
Qemma Beadsvort (17 iyul 1987, Pert) — Avstraliyanı təmsil edən su poloçusu. Qemma Beadsvort, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb və 2 dəfə bürünc medal qazanıb. Qemma Beadsvort, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Qemma Beadsvort, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Qemma Makkou
Gemma McCaw— (2 may 1990, Tauranqa (Yeni Zellandiya)) Yeni Zelandiyayın otüstü hokkeyçisi Gemma McCaw Tauranqa'da doğulub. Mişel Flinnin ən kiçik övladı və yeganə qızıdır. Tauranqa Orta Məktəbində və Tauranqa Qızlar Kollecində oxuyub. Massey Universitetində idman elmini öyrənib. Gemma McCaw 2008 Yay Olimpiya Oyunları və 2012 Yay Olimpiya Oyunları, 2010 və 2014-cü il Birlik Oyunları da daxil olmaqla, 2008-ci ildən Yeni Zelandiya Qadınlardan İbarət Otüstü Hokkey üzrə Milli komanda da mübarizə aparıb. 2009-cu ildə Qadınlararsı "İlin Gənc Oyunçusu" adına layiq görülüb. Həm 2012, həm də 2016-cı il Olimpiadalarında onun komandası Bürünc medal oyununda uduzub və dördüncü olub. 2016 Yay Olimpiya Oyunlarından sonra o, hokkeyə uzun müddət fasilə verib və daha sonra təqaüdə çıxmaq qərarına gəlib. 2019-cu ilin noyabrında təqaüdə çıxıb. Gemma McCaw 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında yenidən yarışmaq niyyətində olub.
Qızmar günəş altında
"Qızmar günəş altında" — kinorejissor Lətif Səfərovun filmi. Kinopovestdə şəhərdən kəndə işləməyə gəlmiş gənc həkim Aydının (Əkbər Fərzəliyev) fədakar əməyindən bəhs olunur. Qısa ezamiyyətə gəlmiş Aydın özünün həkimlik borcunu burada, sadə insanların arasında qalmaqda görür. Film Həsən Seyidbəylinin "Kənd həkimi" povesti əsasında ekranlaşdırılmışdır. Film ssenari müəllifi Həsən Seyidbəylininn kinoda ilk işidir.[mənbə göstərin] Film aktrisa Məleykə Ağazadənin kinoda ilk işidir. Ssenari müəllifi : Həsən Seyidbəyli Quruluşçu rejissor : Lətif Səfərov Quruluşçu operator : Arif Nərimanbəyov Quruluşçu rəssam : Cəbrayıl Əzimov Rejissor : Rəşid Atamalıbəyov Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Əziz Şeyxov Mahnıların Mətni : Ənvər Əlibəyli Məsləhətçi : Ş. Həsənov (professor ), A. Həşimova (həkim), D. Babayev (həkim) Filmin direktoru : Bəşir Quliyev Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor : Tofiq Quliyev Rejissor assistenti : Ramiz Əliyev Operator assistenti : Tofiq Sultanov Mahnı İfa edən : Mirzə Babayev, Şövkət Ələkbərova İsmayıl Əfəndiyev-Aydın (Əkbər Fərzəliyev) (titrlərdə yoxdur) Hökümə Qurbanova-Nərminə (Töhfə Əzimova) (titrlərdə yoxdur) Ələsgər Ələkbərov-Nadirov (İsmayıl Əfəndiyev) (titrlərdə yoxdur) Sofa Bəsirzadə — Gülpəri (Sürəyya Qasımova) (titrlərdə yoxdur) Cabir, S. "Gənc istedadlar" [Müəllim-aktrisa, "Qızmar günəş altında" kino-filmində Gülpəri rolunu oynayan Sürəyya Qasımova və Opera və Balet Teatrının gənc balet artisti Rəfiqə Axundova haqqında] //Ədəbiyyat və incəsənət.- 1957.- 28 dekabr. Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Кино: Энциклопедический словарь / Гл. ред.
Qamma Böyük Köpək
Gamma Canis Majoris (ing. Canis Majoris) — Canis Major bürcündə ulduz. Gamma Canis Majoris, B8II üfüqi bir təsnifatı və +4.11 görünən bir böyüklüklə mavi-ağ B tipli parlaq nəhəngdir. Yerdən təxminən 440 işıq ili uzaqlıqdadlr. Anormal civə və maqnezium xəttlərini göstərən xarakterik bir Hg-Mg ulduzudur. Bu ulduzun Günəşin radiusunun 5,6 dəfə olması və xarici atmosferin effektiv temperaturu 13,596 K var. Bu ulduz spektroskopik ikili sistem olmağından şübhələlinir və 0.332 "bir 114,8 ° mövqeyə bərabər yanaşma ilə bir namizəd yoldaşı var. Collinder 121 açıq klasterinin üzvüdür.
WiMAX
WiMAX — Geniş qurğu spektoru üçün uzun məsafələrdə universal simsiz rabitəni təmin etmək məqsədi ilə hazırlanmış telekommunikasiya texnologiyasıdır (stansiya və portativ kompüterdən tutmuş mobil telefona gədər). WiMAX şəbəkəsi ənənəvi simli texnologiyaların istifadəsi ilə qoşulmaq imkanı olmayan abunəçilərə geniş zolaqlı xidmətlərin göstərilməsinə imkan yaradır. WiMAX texnologiyası yüksək keyfiyyətli rabitə və məlumatların ötürülməsi sürətini təmin edərək, sıx şəhər tikilmə yerləri daxil olmaqla, hər bir şəraitdə işləmək imkanını yaradır. WiMAX "son mil" geniş zolaqlı birləşmənin yaradılması, simsiz çıxış nöqtələrin yerləşdirilməsi, şirkət filialları arasında şəbəkənin təşkili və digər məsələlərin həlli üçün istifadə edilə bilər. Wimax Texnologiyası-Wimax (Worldwide Interoperability for Microwave Access) ingilis dilindən tərcümədə-Mikrodalğalı Giriş üçün Beynəlxalq Qarşılıqlı təsir qabiliyyəti mənasını verir. Wimax 10 GHs ilə 66 GHs tezlik diapozonunda işləyən və naqilsiz sistemlərin xüsusiyyətlərini ifadə edən İEEE 802.16 standartlarının digər adıdır. İlk növbədə Wimax geniş coğrafi sahəni əhatə edən və yüzlərlə istifadəçiyə çox aşağı xərclə xidmət göstərə bilən naqilsiz internet xidmətidir. Wimax necə işləyir? Wimax komyuterləri, mobil telefonları, Wimax proqramı ilə təchiz edilmiş digər cihazları naqilsiz internet xidməti ilə təmin edən və mikrodalğa texnologiyasını istifadə edən bir quruluşdur. Wimax texnologiyasına naqilsiz məlumat-xəbərləşmə bağlantısı qurarkən istifadə edilən baza stansiyaları daxildir.
Qızma dövrü (biologiya)
Qızma dövrü — heyvanlar arasında cütləşmədən öncə erkəklərin dişilərə sahiblənmək uğrunda mübarizəsi ilə müşahidə olunan dövrdür. Hər bir bioloji növdə bu individualdır. Bu proses canlılardan asılı olaraq ildə bir neçə dəfə təkrarlana bilir. Bu dövr öncəsi dişilərin cinsi orqanlarında müəyyən proseslər baş verir. Bəzi canlıların bədənindən özünəməxsus qoxu gəlir. Sanki dişi erkəyi cütləşməyə təhrik edir. Bunun nəticəsi olaraq erkəklərdə aqresivlik meylləri artır. Erkəklərin (xüsusi ilə məməlilərdə) dişilərə sahib olma uğrunda şiddətli döyüşlər baş verir. Ozoga, John J.; Verme, Louis J. "Activity Patterns of White-Tailed Deer during Estrus". Journal of Wildlife Management.
Coşua Kimmix
Yozua Kimmix (alm. Joshua Kimmich‎, 8 fevral 1995, Flensburq, Şlezviq-Holşteyn) — Alman futbolçusu, Bayern Münhen FK və Almaniya milli futbol komandasının oyunçusu.
Gilmar Lora
Karlos Gilmar Lora Saavedra və ya qısaca Gilmar Lora (24 oktyabr 2000, Lima) — Perunun Sporting Cristal klubu və Peru milli komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən perulu peşəkar futbolçu.
Yozua Kimmix
Yozua Kimmix (alm. Joshua Kimmich‎, 8 fevral 1995, Flensburq, Şlezviq-Holşteyn) — Alman futbolçusu, Bayern Münhen FK və Almaniya milli futbol komandasının oyunçusu.
Rimma Abdullayeva
Rimma Əli qızı Abdullayeva ((24 oktyabr 1931, Ağdam – 27 yanvar 2017, Bakı) — Azərbaycanın əməkdar mədəniyyət işçisi (2007), film direktoru, prodüser. Rimma Abdullayeva 24 oktyabr 1931-ci ildə Ağdamda anadan olub. 1953-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirdikdən sonra "Mosfilm" kinostudiyasında film direktoru ixtisası üzrə ali kurslarda təhsil alıb. Rimma Abdullayeva "Bir cənub şəhərində", "Qətldən sonra yeddi gün", "Yol əhvalatı", "Qaladan tapılan mücrü", "Qəm pəncərəsi", "Avqust gələndə", ЭSahilsiz gecəЭ və digər ekran əsərlərində film direktoru işləyib, Azərbaycanın görkəmli kino xadimləri ilə çiyin-çiyinə çalışıb, bu gün də sevilərək izlənilən filmlərin ərsəyə gəlməsində yaxından iştirak edib. Rimma Abdullayeva 27 yanvar 2017-ci ildə vəfat etmişdir. Abşeron ritmləri (film, 1970) — rol: direktor Avqust gələndə (film, 1984) Bir axşam... (film, 1985) Bir cənub şəhərində (film, 1969) Dantenin yubileyi (film, 1978) Ən vacib müsahibə (film, 1971) İmtahan (film, 1987) Qaladan tapılan mücrü (film, 1982) Qəm pəncərəsi (film, 1986) Qətldən yeddi gün sonra (film, 1991) Ötən ilin son gecəsi (film, 1983) Sahilsiz gecə (film, 1989) Sumqayıtın əks-sədası (film, 1992) Ürək... Ürək...
Rimma Kazakova
Rimma Fyodorovna Kazakova (rus. Ри́мма Фёдоровна Казако́ва; 27 yanvar 1932[…], Sevastopol, Krım MSSR – 19 may 2008[…]) — rus şairəsi. Rimma Kazakova 27 yanvar 1932-ci ildə Sevastopolda doğulub. 19 may 2008-ci ildə Odintsovoda vəfat edib.
Simax Şeyda
Simax Şeyda (20 iyun 1936, Vartaşen – 13 fevral 2024, Münxen) — Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biri, Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, şair-dramaturq. SSRİ "Əmək veteranı" medalı laureatı Simax Şeyda 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-cı ildə ailəliklə Gəncə şəhərinə köçüb. Burada Sabir adına 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib. Simax Şeyda əmək fəaliyyətinə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlayıb. Orada baş metodist və direktor olub. Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965–1990) və "Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb. Dağ yəhudisi olmasına baxmayaraq, Simax Şeyda həmişə Azərbaycan dilində yazıb, yaradıb. "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalı səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub.
Rimma Zyubina
Rimma Zyubina (ukr. Римма Анатоліївна Зюбіна; 23 avqust 1971, Ujqorod) — Ukraynalı teatr və kino aktrisası, teleaparıcı, ictimai xadim. 2017–2019-cu illərdə "Ukraynada çəkiliş" reytinqinə görə ən yaxşı aktrisa kimi tanınıb. Çoxsaylı teatr mükafatlarının, o cümlədən iki dəfə Kiyev Pektoral Mükafatının, eləcə də bir sıra beynəlxalq mükafatların laureatı olmuşdur. Rimma Zyubina Zakarpatiyanın Ujqorod şəhərində anadan olub. Atası hərbçi olduğu üçün üç yaşından yeddi ilinədək Macarıstanda yaşayırır. Məhz Macarıstanda bacısının baş rolda oynadığı "Zoluşka" tamaşasına baxandan sonra uşaq arzusu olaraq aktrisa olmaq fikrinə düşür. Uşaqlıqdan baletlə məşqul olur, musiqi məktəbində oxuyur, həmçinin 17 yaşından etibarən Zakarpatiya Dram Teatrının nəzdində fəaliyyət göstərən "Rovesnik" uşaq teatrında, studiya teatrında iştirak edir. Ujqorod Mədəni-Maarif Məktəbini fərqlənmə diplomu ilə bitirir, bundan sonra bir neçə teatrda işləməyə dəvət edilir, lakin o, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetini seçir. Bir il burada oxuduqdan sonra Ujqoroda qayıdır və yerli dram teatrında işə düzəlir.
Qızmar günəş altında (film, 1957)