Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vədi Səbra
Vədi Səbra (ərəb. وديع صبرا‎; 23 fevral 1876, Eyn əl-Cədidə[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 11 aprel 1952, Beyrut) — Livan bəstəkarı. Livan himninin ("Küllüna li-l-Vətən") musiqisini yazmışdır.
Əl Qəbba
Əl Qəbba və ya Əl Qubba — Liviyanın şimal-şərqində Əl-Cəbəl əl-Əxdar bölgəsində yerləşən və Derna rayonuna daxil olan şəhər. Əl-Cəbəl əl-Əxdar bütün digər əraziləri kimi dağlıq təbiəti, meşələri və otlaqları ilə fərqlənir. Qəbba Derna şəhərindən 40 km qərbdə, Əl-Baydanın şərqində, təxminən 50 km məsafədədir. == Tarixi == Qəbba qədim dövrlərə aiddir. Buraya həmçinin Roma xarabalıqları da daxildir. Roma mənşəli digər abidələr, indiyə qədər Əyn əl-Qəbba yaxınlığındakı və şəhərin qədim bazarının yanında, çox qədim dövrlərə aid olan bir binada (qədim məscid) hələ də mövcud olan bir binada təmsil olunan İslam abidələrindən əlavə olaraq qalır. Günbəzdəki qədim əşyalar Liviya dövlətinin laqeyd münasibətindən əziyyət çəkir, çünki məqbul bir şəkildə saxlanılmır və təhlükədə olan tarixi irslər sırasında yer alır.
Çingiz xanın qəbri
Ölümündən 800 il keçdikdən sonra da Çingiz xanın qəbrinin axtarışları davam edir. Hazırda bu iş üçün nəinki yeni texnologiyalara əl atılır, hətta dünyanın bir çox yerlərindən mütəxəssislər də cəlb olunur. Həvəskar arxeoloqlar Google xəritəsində kosmik sputniklərdən çəkilmiş şəkillərdən yararlanırlar. Ümumən istəklərinin nəticə verəcəyini söyləmək mümkündür. Hərçənd onu da deyək ki, axtardıqları heç də asan başa gələn deyil və illər ərzində ona çatmağa hesablanmış bütün cəhdlər uğursuzluğa düçar olub. Ümumən Böyük Monqol imperiyasının banisinin qəbri çoxlarına sakitlik vermir. Müəyyən qisim dünyanın fatehinin ölüm səbəbini bilmək istəyir. Bəziləri qəbirdəki xəzinənin axtarışındadır (belə bir ehtimal var). Amma qəbrin yerini müəyyənləşdirmək sanki açılması mümkün olmayan sirdir. Bu məqsədə çatmaq üçün təkcə insanlar deyil, belə desək, təbiət də çox çalışıb.
Gəbri
Gəbri (fars. گابري‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 44 nəfər yaşayır (14 ailə).
Zebra
Zebr (lat. Hippotigris) — atlar fəsiləsinin atlar cinsinin Dağ zebri (Equus (Hippotigris) zebr), Səhra zebri (Equus (Hippotigris) grevyi) və Düzənlik zebri (Equus (Hippotigris) quagga) növlərini əhatə edən yarımcins. Zebr və əhliləşdirilmiş atların hibridindən alınan zebrlər zebroid, eşşəklərlə hibridindən alınan zebrlər isə zebrul adlanır. Dağ zebrları onların ən kiçikləridir. Hündürlükləri 118–132 santimetrə, çəkiləri 204–257 kiloqrama çatır. Zebra balaları doğulduqdan 20 dəqiqə sonra yeriyir, 45 dəqiqə sonra isə tullana bilirlər. 3 aylığına kimi bala zebrlar su içməyə getmirlər. Anaları su içməyə gedən zaman onlar erkək zebrların yanında qalırlar. == Adı == Azərbaycan dilindəki zebr sözü rus. зебра (zebra) sözündən gəlib, onnan əvvəl isə Avropa dillərinə qalis.
Mumiya: Əjdaha İmperatorunun Qəbri (film, 2008)
Mumiya : Əjdaha İmperatorunun Qəbri (ing. The Mummy: Tomb of the Dragon Emperor) — 2008-ci ildə istehsal olunmuş Mumiya seriyasının üçüncü seriyasıdır. == Məzmun == Qəddar Çin əjdaha-imperatoru Sin Şi Xuandi cadugər tərəfindən lənətlənmişdir. İmperator on min döyüşçüdən ibarət Terrakota ordusu ilə həmişəlik olarak sükuta qərq olunub. Bir dəfə macərapərəst Aleks O'Konnell qəflətən onları həmişəlik yuxudan oyadır. Nəticədə o, dirilmiş ölülərlə mübarizə aparmağı bilən yeganə şəxslər olan valideynlərinə müraciət etmək məcburiyyətində qalır. İmperator həyata qayıdır və qəhrəmanlar başa düşür ki, min illər ərzində onu gücü daha da artıb. Onun qarşısı alınmasa onda yeni dirilmiş İmperatorun Mumiyası bütün Asiyanı dünya ağalığı uğrunda mübarizəyə qaldırmağa hazırdır...
Mumiya : Əjdaha İmperatorunun Qəbri (film, 2008)
Mumiya : Əjdaha İmperatorunun Qəbri (ing. The Mummy: Tomb of the Dragon Emperor) — 2008-ci ildə istehsal olunmuş Mumiya seriyasının üçüncü seriyasıdır. == Məzmun == Qəddar Çin əjdaha-imperatoru Sin Şi Xuandi cadugər tərəfindən lənətlənmişdir. İmperator on min döyüşçüdən ibarət Terrakota ordusu ilə həmişəlik olarak sükuta qərq olunub. Bir dəfə macərapərəst Aleks O'Konnell qəflətən onları həmişəlik yuxudan oyadır. Nəticədə o, dirilmiş ölülərlə mübarizə aparmağı bilən yeganə şəxslər olan valideynlərinə müraciət etmək məcburiyyətində qalır. İmperator həyata qayıdır və qəhrəmanlar başa düşür ki, min illər ərzində onu gücü daha da artıb. Onun qarşısı alınmasa onda yeni dirilmiş İmperatorun Mumiyası bütün Asiyanı dünya ağalığı uğrunda mübarizəyə qaldırmağa hazırdır...
Gerra
Gerra (q.yun. Γέρρα, Gérrha) — Şərqi Ərəbistanda, İran körfəzinin qərb tərəfində qədim şəhər. == Təsviri == Strabon şəhəri "qapıları, divarları, damları rənglərlə dolu olan böyük evləri bir yana, ailə qızılı, düz [Qəvaim] üçbucaqları və içki şüşələri kimi qızıl və gümüşdən hazırlanmış bəzəkli alətlər, qızıl, gümüş və müqəddəs daşlar"ı varmış kimi təsvir edir. == Mənşəyi == Strabon sakinləri ərəblər kimi təsvir etmişdir. O, qeyd etmişdir ki, "ticarətləri sayəsində gerralılar ərəblərin ən zəngini olmuşdular". Digər mənbələr sakinlərin həqiqətən də ərəb olduqları ilə razılaşır. Yunanıstanda tapılan petroqliflərin Gerradan olan "Tərm əl-Lat" (Əl-Latın qulluqçusu) adlı bir adam tərəfindən göndərildiyi aşkar edilmişdir.
Cephalophus zebra
Cephalophus zebr (lat. Cephalophus zebr) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Debra Uinqr
Debra Winger 16 may 1955[…] An Officer and a Gentleman filmi ilə daha çox məşhurluq qazanmış ABŞ aktrisasıdır
Debra Winger
Debra Winger 16 may 1955[…] An Officer and a Gentleman filmi ilə daha çox məşhurluq qazanmış ABŞ aktrisasıdır
Equus zebra
Dağ zebri (lat. Equus zebr) — Təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin at cinsindən növ. İki yarımnövə ayrılır: Hartman dağ zebri (Equus zebr hartmannae) və Equus zebr zebr. == Görünüşü == Düzənlik zebrindən qara zolaqlarının daha enli olması ilə fərqlənir. Ağ zolaqlar daha ensiz olduğundan bu zebrlər qara görsənir. Ayaqlarındakı zolaqlar dırnaqlara kimi davam edir. Kütləsi orta hesabla 260-dən 370 kq-a qədər, uzunluğu 2,20 m, kütləsi isə 1,2-1,5 m-ə qədər olur. Hartman dağ zebrinin bir qədər böyük olanlarında digər alt növə nisbətən daha dəqiq qara zolaqları ilə seçilir.
Hippotigris zebra
Dağ zebri (lat. Equus zebr) — Təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinin at cinsindən növ. İki yarımnövə ayrılır: Hartman dağ zebri (Equus zebr hartmannae) və Equus zebr zebr. == Görünüşü == Düzənlik zebrindən qara zolaqlarının daha enli olması ilə fərqlənir. Ağ zolaqlar daha ensiz olduğundan bu zebrlər qara görsənir. Ayaqlarındakı zolaqlar dırnaqlara kimi davam edir. Kütləsi orta hesabla 260-dən 370 kq-a qədər, uzunluğu 2,20 m, kütləsi isə 1,2-1,5 m-ə qədər olur. Hartman dağ zebrinin bir qədər böyük olanlarında digər alt növə nisbətən daha dəqiq qara zolaqları ilə seçilir.
Zebra tortu
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü == Tort müxtəlif ölkələrdə == Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Zebra çiçəyi
Afelandra (lat. Aphelandra) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinə aid bitki cinsi. Otaq bitkisi kimi yetişdirilir. Bitkinin ana vətəni Orta və Cənubi Amerikadır. Qırmızı və sarı rənglərdə çiçək açırlar. Çiçəklənmə dövrü iyun və oktyabr ayları arasındadır. Afelandra çıçəyinin üstünə günəş şuaları düşməmək şərtilə isti və aydınlıq yerdə saxlanmalıdır. Afelandra yaz və yay aylarında daha çox sulanmalıdır. Soyuğa davamsızdır, isti sevəndir. Bitkinin çoxaldılması kökləri vasitəsi ilə həyata keçirilir.
Qaqra
Qaqra (gürc. გაგრა, abx. Гагра, rus. Га́гра) — Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Qaqra bələdiyyəsində (qismən tanınmış Abxaziya Respublikasının Qaqra rayonu) və Qara dənizin sahilində yerləşən kurort şəhər. Şəhərin əhalisi 1989-cu ildə 26,636 nəfər idi, ancaq Abxaziya müharibəsi zamanı və sonrası Abxaziyada gürcülərə qarşı olan etnik təmizləmə və digər demoqrafik dəyişikliklər sonra azalmışdır. Qaqra eyniadlı rayonun inzibati mərkəzidir. Şəhər Abxaziyanın qərbində yerləşir və Psou çayı vasitəsilə Rusiyanın Krasnodar diyarı ilə sərhəddir. == Etimologiya == Gürcü alimlərinə əsasən, "Qaqra" adı svan dilində qoz mənasını verən "Qakra" sözündən gəlir. Sovet idman turizmi ustası Bondarevə əsasən, şəhərin adı yerli "Qaqaa" qəbiləsindən gəlir. Professor V. Kcarçiyaya əsasən, "Qaqra" abxaz dilində ‘sahilin sahibi’ deməkdir (Qaqra tarixi xəritələrdə "Kakara" və ya "Kakkari" olaraq adlandırılmışdır).
Qəbir
Məzar, qəbir, və ya başdaşı — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq və ya qəbiristanlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Qəbul
Qəbul – 1)verilən, təslim edilən, göndərilən, təklif edilən şeyi alma. Məsələn, ərizələrin qəbulu başlanır, teleqramların qəbulu, malların qəbulu haqqında akt; 2)götürmə; öz sıralarına alma, daxil etmə; Məsələn, İnstituta qəbul; 3)söhbət etmək, danışmaq, dinləmək, yoxlamaq, müayinə etmək və s. üçün birini öz yanına buraxma. Məsələn, müdirin qəbul saatları, qəbul otağı (gələnlər üçün xüsusi otaq). == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qərar
Qərar — yerli icra hakimiyyətləri, şəhər və kənd nümayəndələri tərəfindən onların səlahiyyətlərinə aid olan, vacib olan məsələlərin həlli üçün qəbul edilir. Qərar həmçinin kollegiyal idarəetmə xüsusiyyətinə malik olan müəssisə və təşkilatların ümumi yığıncaqlarında idarə heyətinin iclasında qəbul edilir. Ali hakimiyyət orqanının — Parlamentin (Deputatların səsçoxluğu ilə) — Parlamentin təşkilati məsələlərinə dair, Hökumətin hesabatına dair, büdcənin icrasının hesabatına dair, eləcə də Hökumətin formalaşdırılması, fəaliyyətinin qənaətbəxş olubolmamasına (votum) dair, yuxarı Məhkəmə orqanlarına hakimlərin seçilməsinə dair və s. aktı; Ali hakimiyyət orqanının- Məhkəmənin (Hakimin, Hakimlər kolegiyasının, Məhkəmə plenumunun və ya Rəyasət heyətinin) baxdığı konkret işlərin yekun nəticəsi xarakterli və ya ümumi göstəriş xarakterlı aktı; Mərkəzi Hakimiyyət orqanının — Hökumətin (Nazirlər Kabinetinin) ən mühüm siyasi və təsərrüfat məsələləri barəsində qəbul etdiyi aktı; dövlət və yaxud qeyri dövlət arbitajında baxılan təsərrüfat mübahisəsinin həllinə dair aktı; dövlət orqanının və yaxud vəzifəli şəxsin konkret məqsədli istiqamətli aktı; Yerli İcra hakimiyyətinin idarəçilik xarakterli aktı; Bələdiyyə orqanlarının yerli əhəmiyyətli aktları; İctimai (siyasi) təşkilatların başçıları və ya kollegial üzvləri tərəfindən (misal: qurultay, kofrans, sessiya) məqsədlərini həyat keçirilməsi naminə qəbul etdikləri aktları.
Qəbzə
Gəbzə (Gebze) ( Türkcə tələffüz: [ˈgebze] ) keçmişdə Dakibyza və ya Libyssa adlanan, Türkiyənin Kocaeli vilayətində bir rayondur. Coğrafi olaraq İstanbulun cənub-şərqində 65 km (30 mil) məsafədə, İzmit körfəzində, Mərmərə dənizinin şərq sahilində yerləşir. Qəbzə 2020-ci il etibarilə Kocaeli vilayətində əhalinin başına düşən ən böyük rayondur - rayon(ilçə) mərkəzi İzmit şəhəridir. Rayon əhalisi 1990-cı ildəki 159.116 nəfər sakindən 2020-ci ildə 392.945-ə qədər yüksəlmiş, son illərdə sürətli böyümə davam edir.
Qabran
Qabran və ya Qabran mak Domanqart (şot.kelt Gabhran mac Domangart; VI əsr – 560) — 538–558-ci illərdə Dal Riada kralı. == Həyatı == Qabran Dal Riada kralı I Domanqartın ikinci oğlu idi və onun yerinə böyük qardaşı Komqall keçmişdi. Onun hakimiyyəti dövründə əraziləri Dal Riada torpaqlarının şərqində yerləşən skottlarla piktlər arasında uzun müharibələr başlamışdır. 558-ci ildə (digər mənbələrə görə 560-cı ildə) Qabran Pikt kralı I Brude ilə müharibədə ölmüşdür. Qabranın yerinə qardaşı oğlu I Konall keçmişdir.
Qəbiz
Qəbizlik — Qəbizlik nadir və ya çətin bağırsaq hərəkətlərinə aiddir. Nəcislər çox vaxt sərt və quru olur. Digər simptomlar arasında qarın ağrısı, şişkinlik və bağırsaqların tam boşalmadığı hissi ola bilər. Qəbizliyin ağırlaşmalarına hemoroid, anal fissura və ya nəcisin tıxanması daxil ola bilər. Böyüklərdə bağırsaq hərəkətlərinin normal tezliyi həftədə üç dəfədir. Körpələr gündə üç-dörd dəfə, kiçik uşaqlar isə gündə iki-üç dəfə nəcis edirlər. Qəbizliyin bir çox səbəbi var. Ümumi səbəblərə nəcisin yavaş hərəkəti, bağırsaq sindromu və çanaq dibinin pozulması daxildir. Əsas müşayiət olunan xəstəliklərə hipotiroidizm, diabet, Parkinson xəstəliyi,, qeyri-qluten həssaslığı, kolon xərçəngi, divertikulit və iltihablı bağırsaq xəstəliyi daxildir. Qəbizliklə əlaqəli dərmanlara opioidlər, bəzi antasidlər, kalsium kanal blokerləri və antikolinerjiklər daxildir.
Qərbi Səhra
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية‎ əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir. == Coğrafiya == Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Equus zebra hartmannae
Hartman dağ zebri(lat. Equus zebr hartmannae) — Dağ zebri növünə daxil ola yarımnöv. Əsasən Anqolanın cənub-qərbində və Namibiyanın qərbində yayılmışlar. Hartman dağ zebri 7–12 başdan ibarət olan qruplarda yaşayır. Onlar qayalarda hərəkət etməyi bacaran cəld heyvanlardır. Əsasən quru sərt dağlarda yaşayırlar. Belə bir fikir vardlr ki, Hartman dağ zebrini ayrıca bir növ olaraq qeyd etmək lazımdır. Ancaq genetik müayinələr bunun əksini deyir. Hartman dağ zebrinin populyasiyası son zamanlar azalmışdır. Onların sayı Namibiyada hazırda 15 min başdır.
Qala-yi Gəbri (Həftkel)
Qala-yi Gəbri (fars. قلعه گبري‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Zebra Dağı Milli Parkı
Zebra Dağı Milli Parkı (ing. Mountain Zebra National Park) — Cənubi Afrika Respublikasının Şərqi Keyp əyalətində yerləşən milli park. Milli park 1937-ci ilin iyulunda nəsilləri təhlükədə olan Keyp zebrlarını qorumaq üçün təşkil olunmuşdur. 1930-cu illərdə Key zebrları yox olmaq təhlükəsi ilə qarşı-qarşıya idilər. Milli parkın sahəsi o zaman 17,12 km2 idi. O zamanlar burada cəmi 5 ayğır və 1 madyan vardı və bu Keyp zebrlarının sayının artırılması üçün kifayət deyildi. 1950-ci ildə cəmi iki ayğır qalan qonşu fermer H. L. Lomland bura 11 Keyp zebrsı gətirmişdir. 1964-cü ildə burada cəmi 25 zebr vardı. Həmin il milli parkın sahəsi 65.36 km2-a çatdırılmışdır və Paul Miçau əraziyə daha 6 zebr gətirmişdir. O zamandan zebrların sayı davamlı artaraq 140-a çatmışdır.
2020 Qərbi Səhra döyüşləri
Qərbi Saxara döyüşləri - 2020-ci il 13 noyabrda başlamış, və hal-hazırda Mərakeş və Qərbi Saxara dövlətləri arasında davam edən döyüşdür. == Reaksiyalar == Rusiya - Rusiya Mərakeşi qınayaraq hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib Mavritaniya - Mavritaniya Qərbi Saxara ilə olan sərhədini bağlayıb. Qətər - Qətər Mərakeşi tam dəstəklədiyini bildirib.
Kobra
Kobra (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi. Kobra (ilan) — sürünənlər fəsiləsinə aid heyvan. Kobra (film, 1986) — Silvestr Stallonenin baş rolda çəkildiyi filmlərindən biridir. Kobra (Mortal Kombat) — Mortal Kombat oyun seriyasının personajlarından biridir.
Quora
Quora — istifadəçiləri tərəfindən yaradılan, redaktə edilən və idarə edilən sual-cavab saytıdır. Şirkət 2009-cu ilin iyun ayında yaradılmışdır və sayt 2010-cu ilin iyununda istifadəyə verilmişdir. Hal-hazırda sayt yalnız ingilis dilində fəaliyyət göstərir. Quora istifadəçilərin nik adla deyil, həqiqi adlarla qeydiyyatdan keçməsini tələb edir.
Qətran
Qatran — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur. O, əsasən qızdırıldıqda əriyən, alovla qaynayan, suda həll olunmayan amorf şəkilli kütlə halında olur. Qatranların çox hissəsi spirt və efirdə asanlıqla həll olur və müxtəlif rəngsiz və iysiz maddəyə çevrilir. Qatranlar kimyəvi tərkibinə görə karbonlu və hidrogenli olur, amma oksigen və azotu qəbul etmir. Qatran turşusu və trepenlər formal olaraq eyni kimyəvi əsasdan ibarətdir. Trepenlər və trepenoidlərə tez-tez yağ turşusu ilə birləşmə şəklində tropik regionlarda iynəli ağaclarda rast gəlinir. Sənaye üçün lazımlı trepen və qatran vericiləri kimi böcəklərdir. Burada qatranın miqdarı 2-10% təşkil edir. Daha sonra ən çox qatran ağacların köklərində olur. Bu qatranlar ya ağacı kəsməklə, ya ağac və ya kökünün ekstraksiyası ilə, ya da sellülozanın hazırlanması zamanı əmələ gələn əlavə maddə kimi əldə olunur.
Qəzza
Qəzza və ya Qəzzə — Fələstinin cənub-qərbində yerləşən şəhər. Şəhər inzibati baxımdan Qəzza bölgəsinə daxildir və həmin bölgənin ən böyük şəhəri hesab olunur. Qəzzədəki insan yaşayış tarixi bu şəhəri dünyadakı ən qədim şəhərlərdən biri edəcək şəkildə 5.000 ilə çatır. Şimali Afrika və Levant arasındakı Via Maris deyilən ticarət rotası üzərində iştirak etdiyi üçün tarixinin böyük bir hissəsində Cənubi Fələstinin qiymətli bir antreposu və Qırmızı dəniz üzərindən gələn Ədviyyat Yolu üzərində əhəmiyyətli bir fasilə yeri olaraq funksiya gördü. Romalılar və daha sonra Bizanslılar altında, Qəzzə və nisbi sülh dövrü yaşayaraq əhəmiyyətli bir məskunlaşma vahid oldu. 635-ci ildə, İslam Ordusu tərəfindən fəth edildi və sürətli bir şəkildə İslami bir hüquq mərkəzi halına gəldi. Ancaq, Xaçlılar zəbti ilə şəhər xarab oldu. Aşağıdakı hissələrdə bir tarixçinin Xaçlıların şəhəri "pilotsuz və xarab tapdığından" bəhs etdiyi yazmaqda olub bu mövzuda qəti qaynaq yoxdur. Sonrakı əsrlərdə, Qəzzə sellər və Monqol axınları üzündən bir çox çətinlik yaşadı. 16-cı əsrdə, Osmanlı İmperatorluğuna daxil olduqda bir kənd idi.
Sabra
Sabra Ana Müharibə Tankı, IMI (Israel Military Industries) 'nin Ramat Haşaronda olan Slavi ağır silahlar tərəfindən hazırlanan, daha yüksək kalibreli top və passiv zirehlə inkişaf etdirilən M60A3 tankının modernize edilmiş bir uyğunlaşdırmasıdır. Sabra inkişaf paketinin hamısında müşahidə cihazı proqramları operativ tələblərə görə uyğunlaşdırılır. İlk nəsli Noyabr 2005-ci ildə təslim edilən, Türkiyə Silahlı Qüvvələrine aid 170 ədəd M60A1 tankı, Sabra Mk 2 paketi ilə inkişaf etdirilmişdir. M60T tanklarında, Sabra tanklarından istifadə olunan original M60A1/-A3 lərdə komandir avtomat qülləsi ,terror təşkilatı PKK ilə mübarizədə əldə edilən təcrübədə, qorunma halında avtomat odlanılması ehtiyac duyulub və hələ də istifadə olunur. == Silahlar == Sabranın əsas silâhı 120mm'lik MG-253 yivsiz topudur ki bu da IMI (əvvəldən taas) tərəfindən edilən Merkava Mark 3 əsas döyüş tankının topuna bənzəyir. Silâh, bir alov püskürtücü ilə silkələnmənin azalması və ilk vuruş ehtimalını ən yüksək səviyyədə saxlamaq üçün bir ısıl qol ilə nizamlandı. 42 top mərmisi üçün yer təmin edildi. Silâh, M60 tankındaki M68 topundandan daha çox təsir məsafəsinə və zireh dəlmə qabiliyyətinə malikdir. Silâh 120mm "Armour Piercing Fin-Stabilised Discarding sabote (APFSDS)" ehtiva edən yivsiz top NATO standartı sursatı ilə uyğundur. Bundan başqa, MG253 Topun LAHAT (Laser Homming Anti Tank) lazer idarə olunan Tanksavar mərmisini çatma qabiliyyətinə malikdir.
Səbha
Səbha (ərəb. سبها‎) — Liviyada şəhər.Tripolidən təxminən 800 km uzaqlıqda yerləşir. İraq Şam İslam Dövlətinin Liviyadakı mərkəzlərindən biri də buradır. 2011 ci ildən sonra Liviyada İslam Dövlətinin, həmçinin 2019-cu ilin yanvar ayından Haftərin mərkəzi burada yerləşir. Liviya vətəndaş müharibəsi zamanı bura mərkəz olub.
Sədra
Sədra (fars. شهر جدید صدرا‎) — İranın Fars ostanında və Şiraz şəhərinin yaxınlıqında yeni şəhər.
Səhra
Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür. Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox seyrək bitki örtüyü olan ərazi. Səhraların iki növü mövcuddur: Qum səhraları və buz səhraları. Qum səhralarında vahələrə (oazislərə) də rast gəlinir. Vahələr suyun səthə yaxın yerlərdə toplanmasından əmələ gəlir. Bitkilər bu yerlərdə bitir, bunu nəticəsində vahə yaranır. == Xüsusiyyətləri == Səhranın əmələ gəlməsinin ən başlıca səbəbi yağıntının buxarlana biləcək sudan 7–30 dəfə az olmasıdır. Səhranın özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum temperatur +49,5°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik temperatur amplitudası 90°, gündəlik 30°-yə qalxır.
Umbra
Umbra (lat. Umbra) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin umbralar fəsiləsinə aid heyvan cinsi.
Zəhra
Zəhra — ad. Zəhra Şahtaxtinskaya — Azərbaycan zooloq, helmintoloqu. Biologiya elmləri doktoru (1953), professor (1954). Zəhra Qazıyeva — həkim-terapevt, Azərbaycanın Əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1969). Zəhra Kərimova — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı. Zəhra Salayeva — məşhur Azərbaycan nevropatoloqu, tibb elmləri doktoru (1963) Zəhra Qürbət — azərbaycanlı rejissor. Zəhra Cəfərova — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi Zəhra Bədəlbəyli — azərbaycanlı aktrisa, şairə və pianoçu. Zəhra Nemati — İranlı oxatan.
Şəqra
Şəqra (Qətər)
Cerba
Cerba — Aralıq dənizində ada. == Sahəsi == Sahəsi 514 km2 . == Əhalisi == Əhalisi 139,6 min (2004). == Coğrafiyası == Tunis sahillərində, Qabes körfəzinin cənub hissəsindədir. Tunisin mülkiyyətidir. Səthi düzənlikdir; Antropogen çöküntülərdən ibarətdir. Quyu suyundan və gətirmə sulardan istifadə olunur. Xurma palmaları, zeytun və əncir ağacları becərilir. Balıq və süngər ovlanır. Turizm inkişaf etmişdir.
Debora
Debora — "Tanax"a görə İsrail Krallığından əvvəlki hakimlər dövründə yaşamış dördüncü hakim, tək qadın hakim və Yəhudilikdə qəbul olunan qadın peyğəmbər. Onun barəsində "Tanax"dakı "Hakimlər Kitabı"nda iki fərqli yerdə – "Hakimlər 4" və "Hakimlər 5"-də məlumat verilmişdir.
Gəbbə
Gəbbə bir növ xalçadır ki Qaşqay elində toxulur. Gəbbənin uzun qılları var və onun toxumasında daha çox hörmə işlənir ki gəbbənin yumşaqlığında əhəmiyyətli dərəcədə təsir edir.
Gərab
Gərab (Luristan)
Qelma
Qelma (ərəb. قالمة‎) — Əlcəzairin şimal-şərqində şəhər. Eyniadlı vilayətin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Saybuz çayının sağ sahilində, dəniz səviyyəsindən 256 metr yüksəklikdə yerləşir. Qelma ölkənin paytaxtı Əlcəzairdən təxminən 390 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalisi 120,847 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.
Gəbzə
Gəbzə (Gebze) ( Türkcə tələffüz: [ˈgebze] ) keçmişdə Dakibyza və ya Libyssa adlanan, Türkiyənin Kocaeli vilayətində bir rayondur. Coğrafi olaraq İstanbulun cənub-şərqində 65 km (30 mil) məsafədə, İzmit körfəzində, Mərmərə dənizinin şərq sahilində yerləşir. Qəbzə 2020-ci il etibarilə Kocaeli vilayətində əhalinin başına düşən ən böyük rayondur - rayon(ilçə) mərkəzi İzmit şəhəridir. Rayon əhalisi 1990-cı ildəki 159.116 nəfər sakindən 2020-ci ildə 392.945-ə qədər yüksəlmiş, son illərdə sürətli böyümə davam edir.