QEYSƏR
QƏBUL
OBASTAN VİKİ
Ayova (qəbilə)
Ayova (ing. Iowa, özlərini Bah-Kho-Je adlandırırlar) — "civere" qrupuna daxil olan, cənub-qərb siyudilli hindu qəbilələrindən biridir. Ayova qəbiləsi "Baxoje" qəbiləsi kimi də tanınır. == Adı == Onların adının Sioux ayuhwa ("yuxulu olanlar") sözundən gəldiyi deyilir. Erkən Avropa tədqiqatçıları çox vaxt tayfa adlarını başqa tayfaların onlara verdiyi etnonimlərdən götürürdülər. Bu təqdiqatçılar, bu adların xalqların özlərini adlandırdıqlarından fərqli olduğunu başa düşmurdulər. Beləliklə, ayuhwa sözu Ayova qəbiləsinə məxsus deyil. Bu söz Dakota ayuxbe dilindən gəlir. Xalqın özunu adlandırması isə, "boz qar" kimi tərcümə olunan "Baxoje" adıdır. Baxoje səhv olaraq "tozlu üzlər" və ya "tozlu burun" kimi də tərcümə edilmişdir.
Bambara qəbiləsi
Bambaralar — Malidə ən böyük qəbilə və xalq. Malidə ən böyük qəbilə olan Bambara qəbiləsinin öz dili var. Onlar Bambara dilində danışırlar. Bambara dili Malidə daha geniş yayıldığı üçün milli dil kimi qəbul edilmişdir. Bambara qəbiləsinin nümayəndələri ailələrə bölünür ki, bu ailələr onların üzvlərinin üzlərindəki çapıq və cizgilərlə bir-birlərindən ayrılırlar. Kişilər üzlərində daha çox gözə çarpan və daha dərin çapıqlar çəkməyə çalışırlar. Hazırda dövlət uşaqların və gənclərin üzlərinin bu cür çapıqlarla yaralanmasına icazə vermir. XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 4.
Mor qəbiləsi
Mosilər və ya Morlar —Şimali Afrikada xalq. Onlar Mor dilində danışırlar. XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. Özlərini daqari, birifor. nankanse, kusasi, mamprusi və başqa adlarla adlandırırlar. More dilində danışırlar. Dinləri İslamdır. Bir hissəsi xristiandır. Əsasən, əkinçilik, həmçinin heyvandarlıqla məşğul olurlar. Bambara qəbiləsi Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh.
On üçüncü qəbilə (Artur Kostler)
On üçüncü qəbilə — tarixçi Artur Kostlerin (1905-1983) türk və Qafqaz tarixini də əlaqələndirən kitabının adıdır. Yəhudi inancına görə İshaq oğlu Yaqubun iki oğlu olmuş, hər oğlu bir qəbilənin əsasını qoymuşdur. Dünya yəhudilərinin bu 12 qəbilədən gəldiyinə inanılmaqdadır. Ancaq özü də yəhudi olan Kostler şərq və şimal yəhudilərinin (Aşkenazilər) köklərininfərqli olduğu düşüncəsində olmuşdur. Kostler 1976-cı ildə nəşr etdirdiyi “On üçüncü qəbilə” adlı kitabında Orta əsrlərdə Şərqi Avropanın türklərin hakimiyyəti altında olduğundan hərəkət edərək, şimal və şərqi Avropa yəhudilərinin türk kökənli ola biləcəyini irəli sürməkdədir. Orta əsrlərin böyük bir hissəsində Şərqi Avropa türklərin hakimiyyəti altında idi. 576-cı ildə göytürklərin Krımın Kerç qalasına etdikləri səfəRdən sonra Qara dənizin şimalı tamamən türkcə danışanların hakimiyyəti altına keçdi. Sıra ilə Xəzər, Peçenek, Uz və Qıpçak kimi xalqlar XIII əsrdəki monqol hakimiyyətinə qədər bölgəni idarə etdilər.Böyük güc XI əsrə qədər xəzərlər, daha sonra da qıpçaklar oldu. Türkcə danışanlar və bozqırda yaşayanların çox zaman dini Gök Tenqri dini idi. Lakin xüsusilə, oturaq həyata keçənlər kitab dinlərini seçməyə üstünlük verirdilər.
On üçüncü qəbilə (kitab)

Pöl qəbiləsi
Pöl qəbiləsi — Malidə qəbilə. Malidə böyük qəbilələrdən biri olan Pöl qəbiləsinin öz dili var. Onlar Pöl dilində danışırlar. Pöl qəbiləsinin nümayəndələri əsasən heyvandarlıqla məşğul olurlar. Onlar dəri rənglərinin açıqlığı ilə başqa qəbilə nümayəndələrindən fərqlənirlər. XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 4.
Qiyan qəbiləsi
Qiyan qəbiləsi (çin. 呼衍) — Böyük Hun İmperiyasını idarə etmiş qəbilə. Bu qəbilənin üzvləri əsasən xatun olurdular. Qiyanlar Monqolustanın qərbində məskunlaşmışdılar.
Qəbilə
Qəbilə (ərəb. قبيلة‎, fars. قبیله‎) — ibtidai cəmiyyətdə bir soydan törəmiş və bir başçının iradəsi altında birlikdə yaşayan köçəri nəsil; oymaq. "Divanü Lüğat-it-Türk"ə görə (XI əsrdə) oğuzca qəbiləyə "boy" (بوى) deyilirdi.
Qəbilə başçısı
Qəbilə başçısı: Povestlər və hekayələr — Əlisa Nicatın 1987-ci ildə nəşr olunmuş povest və hekayələrdən ibarət kitabı.
Rəbiə (qəbilə)
Rəbiə — ərəb qəbiləsi. Ərəbləşmiş daha doğrusu arabı-müstaribe (ərəbləşmiş ərəblər) adlanan Adnanilərə mənsubdurlar. Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rəbiə qəbiləsindəndir. Şirvanşahların əslən İbrahim peyğəmbərin oğlu İsmayıl peyğəmbərin övladları olduğunu hesab edənlər də var. Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə əl-Bəhili xəlifə Osmanın (644-656) zamanında Aranı işğal etdi. Z. Bünyadovun fikrincə, Şirvan tarixində ərəb Rəbiə tayfasının Şeyban qəbiləsinin nümayəndələri böyük yer tutur. Bunlar əvvəlcə, mərkəzi Bərdədə olan yarımmüstəqil əmirlik, sonralar isə XI əsrədək yaşamış müstəqil Şirvanşahlar dövlətini yaratmağa müvəffəq olmuşlar. Məzyədilər kökcə Rəbiə adlı ərəb tayfasından idilər. Hələ xəlifə Osmanın (644-656) zamanında Aranı işğal edən Salman ibn Rəbiə bu tayfanın nümayəndəsi idi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər Azərbaycanda hələ o zamandan yerləşməyə başlamışdılar.
Tuareq qəbiləsi
Tuareq qəbiləsi — Malidə qəbilə. Malidə böyük qəbilələrdən biri olan Tuareq qəbiləsinin öz dili var. Onlar Tuareq dilində danışırlar. Tuareq qəbiləsinin nümayəndələri öz musiqiləri və rəqsləri ilə şərq xalqlarını xatırladırlar. XIX əsrin ikinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh. 4.
Yeni cəngavər qadınların qəbiləsi (roman)
Yeni cəngavər qadınların qəbiləsi — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tanınmış iş adamı Paşkov köhnə Yeni ili keçirmək məqsədilə şəhərdən kənar bağ evində qonaqlarını yığır – demək olar ki, yalnız yaxın adamlarını. Amma ziyafət başlanmamışdan əvvəl onu öz otağında bıçaqla qətlə yetirilmiş vəziyyətdə tapırlar. Ən əlverişlisi təsadüfi qətldən şübhələnməkdir – içəri girən oğruya maneə törədən Paşkov onun tərəfindən bıçaqlanır və cani qaçıb gedir. Lakin bu işin araşdırılması məşhur mütəxəssis Dronqoya həvalə olunur və o aydınlaşdırır ki, həmin gecə bağ evində yığışan “qatı dostlar” kimi adlandığımız insanlar olub –sən demə onları bir-birilərindən olduqca çox köhnə ədavətlər ayırırmış.
Şeylanlı qəbiləsi
Şeylanlı tayfası – Azərbaycanda yaşayan kürd tayfası. Birinci Qarabağ müharibəsindən əvvəl Laçın rayonunun Şeylanlı kəndində yaşayıblar. Kənd İkinci Qarabağ müharibəsinə qədər erməni qüvvələrinin işğalı altında qalmışdır. Hazırda məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşıblar. Onlar kürd dilinin kurmanc ləhcəsində danışırlar.
Bidri (qəbilə)
Bidri (türk. Bıdri) — əsasən Türkiyədə Qozluq və Sasonda yaşayan ərəb qəbiləsi. == Dili == Qəbilənin danışdığı ərəb dialekti Türkiyənin Şanlıurfa, Mardin və Hatay vilayətlərində, eləcə də ərəb dünyasında danışılanlardan əhəmiyyətli dərəcədə fərqlidir və başa düşülən deyil. == Tarixi == Regionda yaşayan ərəblər ermənilər ilə birgə yaşasalar da, sonda bir neçə tayfa istisna olmaqla, əksəriyyəti ermənilərin qırğınında iştirak etmişdilər.
Fəzl (qəbilə)
Fəzl (ərəb. آل فَضْل‎, Āl Faḍl) — orta əsrlərdə Suriya səhrası və çöllərində hökmranlıq etmiş, müasir davamçıları əsasən Suriyanın cənubunda və Livanın şərqində yaşayan ərəb qəbiləsi. Fəzl qəbiləsinin əcdadı Fəzl ibn Rəbiə Bənu Tay qəbiləsinin nəslindən idi. Bu tayfa səlibçilərə qarşı börilər və zəngilərə yardım edərək şöhrət qazanmışdılar. Əyyubilər onları adətən əmir əl-ərəb vəzifəsinə təyin edərək Fəzr əmirlərini Suriyanın şimalındakı bədəvi qəbilələri üzərində səlahiyyət ilə təmin etmişdilər.
İsrailin on iki qəbiləsi
İsrailin on iki qəbiləsi (ivr. ‏שִׁבְטֵי־יִשְׂרָאֵל‏‎, Šīḇṭēy Yīsrāʾēl; mənası – "İsrailin qəbilələri") — yəhudi müqəddəs kitablarına görə, Bibliyada adı çəkilən, İsrail kimi də tanınan patriarx Yaqubun nəslinin davamçıları arvadları Ləya və Rəhilədən, kənizləri Bəlhə və Zülfədən olan on iki oğlunun qurduğu, birlikdə İsrail xalqını təşkil edən qəbilələr. Müasir elmdə İsrailin on iki qəbiləsinin tarixən mövcud olub-olmamasına şübhə ilə yanaşılır. Onlara görə, 12 rəqəmindən istifadənin milli yaradılış mifinin bir hissəsi kimi simvolik bir ənənəni ifadə etməsi ehtimalı daha yüksəkdir. İsrail övladları Bibliya patriarxı Yaqubun on iki oğlunun nəslindən gəlirdilər. Yaqubun ən azı bir qızı var idi – Dinə, lakin onun nəslinin davamçıları qəbilə kimi tanınmırdı. Yaqubun oğulları Fəddan-Aramda müxtəlif analardan dünyaya gəlmişdir. Onlar: Ləyanın oğulları; Rubən (Yaqubun ilk oğlu), Şəmun, Lavi, Yəhuda, Yəsakir və Zəbulun Rəhilənin oğulları; Yusif və Binyamin (Yaqubun sonuncu oğlu) Rəhilənin kənizi Bəlhənin oğulları; Dan və Niftalı Ləyanın kənizi Zülfənin oğulları; Cad və Aşir "Qanunun təkrarı 27:12–13"də on iki qəbilənin adları hallanır: "Yuşə 13-19"a əsasən, İsrail torpağı İsrailin on iki qəbiləsinə uyğun olaraq on iki hissəyə bölünmüşdü. Bununla belə, torpaq alan qəbilələr Bibliyadakı qəbilələrdən fərqlənirdi. Lavi qəbiləsinin torpaq mülkiyyəti yox idi, lakin onların idarəsi altında altı sığınacaq şəhəri və Yerusəlim məbədi var idi.
Nəxə (qəbilə)
Nəxə (ərəb. النُخَع‎) — Yəmən mənşəli ərəb qəbiləsi. Bu, daha böyük Məzhəc qəbiləsinin bir qoludur. Muaz ibn Cəbəl tərəfindən islamı qəbul etmişdilər. VII əsrdə islam fəthlərində iştirak etmişdilər. Qəbilənin Malik ibn Həris, Əlqəmə ibn Qeys və İbrahim Nəxai kimi görkəmli tarixi şəxsiyyətləri var. Əl-Həmdani "Ərəb yarımadasının təsviri" kitabında Nəxə qəbiləsindən bəhs etmişdir.
Əd (qəbilə)
Əd Kavmi vəya Əd (Ərəbcə: عاد) İslam dinin müqəddəs kitabı Quranda keçən və Nuh Kavmi kimi Allahın qəzabına uğrayaraq yox olan qədim bir Ərəb qəbiləsidir. Kavmin atası olan Əd, Nuhun nəvələrindən Avsın oğludur. Avsın atası İrəm, onun atası Nuhun oğlu Samdır. Tarixi gerçəkliyi haqqında hərhansı hərhansı bir sənəd tapılmayan topluluq, günümüzdə vəya keçmişdə hərhansı bir millət ilə tam bir formada əlaqələndirilməməktədir. Quranda özlərinə öz qəbilələrindən olan Hudun peyğəmbər olaraq göndərildiyindən bəhsedilir. Kavmin yaşadığı yer, qum təpələri anlamına gələn Ahkaf olaraq adlandırılmışdır. Quranda əl-Fussilət surəsi 15. ayətdə keçməkdədir. Əd Kavmindən Quran təfsirlərində yüksək binalar inşa edən, yüksək abidələr tikən və bu etdikləri işin özlərini ölümsüz qılacağını Zənnedən bir qövm olaraq bəhsedilir. Qurana görə yaradılmış ən gözəl şəhər, Əd Kavminin saldırdığı İrəm şəhəridir.
Federasiya ilə idarə olunan qəbilə əraziləri(Pakistan)
Federal idarə olunan qəbilə əraziləri (FATA ; puşt. فدرالي قبايلي سيمې ; urdu وفاق کے زیر انتظام قبائلی علاقہ جات‎) Pakistanın şimal-qərbində, 1947-ci ildən KPK-nın Əyalət Məclisi ilə yanaşı mövcud olan və Pakistan parlamenti tərəfindən qəbul edilmiş Pakistan Konstitusiyasına İyirmi Beşinci Düzəlişlə 2018-ci ildə qonşu əyalət Hayber Paxtunxva ilə birləşdirilən müddətə qədər mövcud olmuş muxtar özünüidarə etmə hüququ olan qəbilə bölgəsi idi. O, yeddi qəbilə ərazisi(rayon) və altı Sərhəd rayonlarında ibarət idi və birbaşa Pakistan hökuməti tərəfindən Sərhəd Cinayətləri Qaydaları adlı xüsusi qanunlar dəsti ilə idarə olunurdu. 24 may 2018-ci ildə Pakistan Milli Assambleyası tərəfindən irəli sürülən və ertəsi gün Senat tərəfindən təsdiqlənən FATA-KP birləşməsi üçün Pakistan Konstitusiyasına düzəlişin lehinə səs verdi. Dəyişiklik Hayber-Paxtunxva əyalətinə təsir göstərdiyi üçün 27 may 2018-ci ildə Hayber Paxtunxva Məclisinə təsdiq üçün təqdim edildi və səs çoxluğu ilə qəbul edildi. 2018-ci il mayın 28-də Pakistan Prezidenti FATA-nın Müvəqqəti İdarəetmə Qaydasını iki il müddətində Xayber Paxtunxva ilə birləşənə qədər FATA üçün müvəqqəti qaydalar toplusunu imzaladı. 25-ci Düzəliş 31 may 2018-ci ildə Prezident Məmnun Hüseyndən razılıq aldı, bundan sonra FATA rəsmi olaraq Hayber Paxtunxva ilə birləşdirildi.
Federasiya ilə idarə olunan qəbilə əraziləri

Qeyri-mümkün missiya: Quldurlar qəbiləsi
Qeyri-mümkün missiya: Quldurlar qəbiləsi (ing. Mission: Impossible – Rogue Nation) — McQuarrie və Drew Pearce'in hekayəsindən Christopher McQuarrie tərəfindən yazılan və rejissorluq edilən 2015-ci il Amerika döyüş casus filmidir. Bu, "Qeyri-mümkün missiya 4" (2011) filminin davamı və "Qeyri-mümkün missiya" film seriyasının beşinci hissəsidir. Baş rolda Tom Kruz, Ceremi Renner, Saymon Peqq, Vinq Rayms, Rebekka Ferqyuson, Şon Harris və Alek Bolduin çəkilib. Mümkün olmayan Missiyalar Qüvvələrinin agenti Ethan Hunt (Kruz) və onun komandası, dağıldıqdan və Hantın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən təqib edilməsindən sonra gizli şəkildə dünyanın hər yerindən fırıldaqçı hökumət agentlərindən ibarət beynəlxalq qara əməliyyat terror qruplaşması olan The Syndicate ilə mübarizə aparmalı olurlar. Qeyri-mümkün missiya – Ghost Protocol filminin təkrar yazılarını tamamlayan McQuarrie 2013-cü ilin avqustunda Qeyri-mümkün missiya – Rogue Nation filminin direktoru elan edildi. Kruz, Renner, Pegg və Rhames filmlərinin qayıdışları 2014-cü ilin iyulunda təsdiqləndi, eyni zamanda ekran işi də çəkildi. Ferguson, Harris və Baldwin həmin ilin oktyabrında aktyor heyətini tamamladılar. Əsas çəkilişlər 2014-cü ilin avqustundan 2015-ci ilin martına qədər Vyana, Kasablanka, London və Hertfordşirdəki Leavesden Studios da daxil olmaqla yerlərdə aparılmışdır. Filmin rəsmi adı 2015-ci ilin martında açıqlanıb.

Digər lüğətlərdə