Mirzə Məmmədvəli Qəmərlinski
Mirzə Məmmədvəli Qəmərlinski (1871, İrəvan – 1916, Yelizavetpol) — İrəvan ədəbi-mədəni mühitinin tanınmış nümayəndəsi.
Mirzə Məmmədvəli Əli oğlu Qəmərlinski 1871-ci ildə İrəvan şəhərində çar ordusunun generalı Əli Qəmərlinskinin ailəsində dünyaya göz açmışdır. Əvvəlcə mollaxanada dini dərs alan Məmmədvəli Qəmərli sonradan gimnaziyaya girmiş , təhsilini tamamlayaraq ayrı-ayrı yerlərdə açılan bir və iki sinifli məktəblərdə ana dilindən dərs demişdir. O, 1898-ci idə İrəvanda rus-tatar məktəbini bitirib , 1900-cü il martın 13- də İrəvan Quberniya məclisində imtahan verərək müəllim adı almışdı.1901–1911-ci illərdə İrəvan rus-tatar gimnaziyasında işləmişdi.
Məmmədvəli Əli oğlu Qəmərlinski İrəvan ədəbi-mədəni mühütinin tanınmış nümayəndəsi kimi ömrü boyu müəllim işləmişdir. Lakin o , müəllimlik fəaliyyəti ilə yanaşı, bir sıra kitabların, o cümlədən "Atalar sözü", "Vətən dili", " İrəvan Quberniyası haqqında xatirələr " eləcə də birinci , ikinci və üçüncü sinifər üçün " Ana dili " dərsliklərinin müəllifi olmuşdur.
Həsən bəy Zərdabi ilk "Atalar sözü" kitabının nəşr olunmasının əks səda doğurduğunu , bir ədəbi-mədəni hadisə olduğunu təqdir etmiş, hətta bu onəmli hadisəyə "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində yer ayırmışdır.[mənbə göstərin]
Mirzə Məmmədvəli bir neçə şəxs ilə birlikdə 1902-ci ildə İrəvanda ilk qızlar məktəbi açmışdır. Bu haqda "Kaspi"qəzeti, bir qədər sonra "Şərqi-rus" qəzeti özünün 1903-cü il 14-cü sayında həmin məktəbin şəriət müəllimi Məmmədvəli Qəmərlinskinin məlumatını dərc etmişdi. Burada deyilirdi:
Məmmədvəli Qəmərlinski Mirzə Ələkbər Sabir ilə tanışlığını belə xatırlayır:
Məmmədvəli Qəmərli 1916-cı ildə ermənilər qırğınlar törədəndə ailəsi ilə Gəncə şəhərinə köçmüşdür. O, burada məktəb direktoru işləmişdir.