Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qafqaz
Qafqaz — Asiya və Avropada coğrafi region. Qafqazın şərq sərhəddinin Xəzər dənizi, qərbinin isə Qara dəniz olduğu qəbul edilir ancaq şimali və cənubi sərhədləri haqqında konsensus yoxdur. Şimalda fiziki-coğrafi sərhəd Kuma-Manıç çökəkliyi, hazırkı inzibati bölgüyə görə isə Krasnodar və Stavropol vilayətlərinin və Dağıstanın şimal sərhədləri hesab edilir. Bəzən Qafqaza şərti olaraq Kalmıkiya da daxil edilir. Şimali Qafqazın böyük hissəsinin tarixi-etnoqrafik olaraq rus çöllərinə və Aşağı Volqaboyuna daha yaxın olduğu nəzərə alındıqda isə Qafqazın şimal sərhəddini Kuban çayı boyunca, Kuma, Malke və Tereka təpərindən keçirmək olar. Beləliklə Krasnodar vilayətinin cənubu, Adıgey, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və Dağıstanın böyük bir bölümü bu bölgəyə daxil olur. Cənub sərhədlərini siyasi olaraq Azərbaycan, Ermənistan və Gürcüstan ilə İran və Türkiyənin sərhədləri təşkil edir. Azərbaycan Qafqaz ölkəsidir çünki, böyük və kiçik qafqaz dağları həmçinin böyük zirvələri Azərbaycanda yerləşir. Azərbaycan Qafqaz ölkəsidir, lakin əhalisi türklərdir, azərbaycanlıların əcdadları Orta Asiyadan gəlib. Roma tarixçisi Qay Yuli Solin özünün "Dünya möcüzələri haqqında" əsərində yazır ki, skiflər Qafqaz dağlarını "Kroukas" adlandırır, və bu, skifcə "qardan ağaran" deməkdir.
Qaftan
Qaftan — qədim türklərdə geyim forması. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olan qaftan, həm də genbalaq şalvar həyat tərzinin xeyli hissəsi at üstündə keçən türk xalqlarının süvari məişəti üçün ən münasib geyim növləri olmuşdur. Kitabi Dədə Qorqud dastanlarına əsasən Oğuz qaftanı biçim üsuluna görə dastanlarda "don" adlanan arxalığa çox yaxın idi, lakin onun tam eyni deyildi: "Xeyir xəbər gətürənə at, don verəm, qaftanlar geydürəm" ifadəsində bu ayrılıq aydın nəzərə çarpır. Arxalıq (don) kimi, qaftan da qol, gövdə və ətək olmaqla, üç hissədən ibarət biçilib tikilirdi. Lakin arxalıqdan fərqli olaraq qaftanın ətəyi nisbətən uzun olurdu. Bunu Kitabi Dədə Qorqud boylarındakı dolayı faktlardan aydın görmək olur: "Qaftanı altından ayağın bərk sardı, var qüvvətiylə atının yelisinə düşdi". Kitabi Dədə Qorqud dastanlarına əsasən, oğuzlar arasında qaftanın qaradan başqa qırmızı, qızılı, ağ və s. rəngli parçalardan tikilməsi məqbul sayılırdı: "Adağlusından ərgənlik bir qırmızı qaftan gəldi. Beyrək geydi. Yoldaşlarına bu iş xoş gəlmədi… Ayıtdılar: "Necə səxt olmayalum?
Qandax
Qandax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qandax kəndində milli tərkibi muğallardan ibarət 97 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Qandax kəndi Qandax İcra nümayəndəliyi və Qandax Bələdiyyəsi tərəfindən idarə olunur. Əhalinin ümumi sayı –1900 nəfər, Azərbaycanlılardan ibarətdir.390 evdə 541 təsərrüfat fəaliyyət göstərir.Ərazidə 1 məktəb, tibb məntəqəsi,mədəniyyət evi,kitabxana,400 abanentlik Telefon stansiyası,poçt,məsçid,fındıq təmizləmə sexi fəaliyyət göstərir.Qandax kəndindən Zaqatala şəhərinə məsafə 29 km,Bakı şəhərinə 418 km. Kənddə Qandax kənd məscidi dini icması fəaliyyət göstərir.
Qafan
Qafan (erm. Կապան; Kapan) — Ermənistan Respublikasının cənubunda yerləşən və Sünik mərzinin mərkəzi olan şəhər. Qafan rayonunun mərkəzi. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında yaşayış məntəqəsi. 1938-ci ildən respublika tabeliyində şəhərdir. Şəhərin adı keçmişdə mövcud olmuş indiki Qafan şəhərindən 10 km şimal-qərbə doğru, Oxçu çayının sağ sahilində yerləşmiş Qapan (Qafan) kəndinin adı ilə bağlıdır. Erməni mənbələrində Qapan formasında qeyd edilir. Toponim peçeneq türk tayfasına mənsub qapan etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qazax
Qazax — Azərbaycanda şəhər, Azərbaycan Respublikasının Qazax rayonunun inzibati mərkəzi. Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi əl-Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118–1120-ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi üçün Şərqi Gürcüstan XI–XIII əsr gürcü mənbələrində Didi Türkoba (Böyük Türk obası) adlanırdı.
Qaçaq
Qaçaq—Qaçaq hərəkatının üzvü. Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.
Güney Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. == Cənubi Qafqazın tarixi == Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Kiçik Qafqaz
Kiçik Qafqaz dağları (Gürcücə: მცირე კავკასიონი, Rusca: Малый Кавказ) — Qafqazda olan 2 dağ sıralarından biridir. Kiçik Qafqaz sırası 600 km uzunluğda, Böyük Qafqaz dağlarının cənubunda yerləşib. Onun ən uca dağı Gamış dağı (3724 m). Bu dağ sırası İran, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə sərhədlərindən keçir. == Kiçik Qafqaz haqqında == Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarətdir. Bunlar Murovdağ, Qarabağ, Mıxtökən silsilələri; Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir. Bəzi mənbələdə Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir. Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı Şahdağ zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi Gamışdağınədək (3724 m) uzanır.
Qafqaz xurması
Qafqaz xurması və ya Adi xurma (lat. Diospyros lotus) — ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Təbiətdə hündürlüyü 25 m və gövdəsinin diametri 150 sm olan, qışda yarpağını tökən ağacdır. Yarpaqları ellipsvarıdır. Gövdəsinin tünd rəngli və dərin çatlı qalın qabığı vardır. Cavan zoğları yaşılımtıl-qəhvəyi və ya tünd qırmızımtıl-qəhvəyi rəngində olur. Yarpaqları zoğ üzərində sıralı yerləşmişdir. Yarpaqlarının kənarı tam və ya azca dişlidir.
Qafqaz xədicəgülü
Qafqaz xəndəkotu
Qafqaz xəndəkotu (lat. Symphytum caucasicum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin xəndəkotu cinsinə aid bitki növü. Hündürlüyü 30-60 sm, gövdəsi düz, azbudaqlanan, yumşaq tüklü çoxillik ot bitkisidir. Uzun qalınlaşmış kökləri və qısa milşəkilli kökümsovları vardır. Gövdə yarpaqları yumurtaşəkilli və yaxud uzunsovdur, aşağı yarpaqları qismən uzun saplaq üzərindədir, küttəhərdir, orta yarpaqları qısa enli və ya demək olar ki, oturaqdır, enli neştərvari və ya uzanmış elliptik şəkildədir, sivriləşmişdir, kənarları qeyri-müəyyən xırda dişlidir, uzunluğu 5-10 sm, eni 2-4 sm-dir, alt tərəfdən bozumtul və məxmər kimidir, üst tərəfdən az tüklüdür. Qıvrımlar azçiçəklidir, yarpaqsızdır. Meyvə saplağı əyilən olub, uzunluğu 3-5 mmdir. Tac mavi rəngdədir. Fındıqların uzunluğu 3-3,5 mm-dir, uzunsov, demək olar ki, düzdür, qeyribərabəryanlıdır, nazik torvari qırışlı və az qabarıqdır. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Qafqaz yemişanı
Qafqaz yemişanı (lat. Crataegus caucasica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Azərbaycan. Talış, Gədəbəy (Qalakənd), Qazax, Daşkəsən, Cəbrayıl, Naxçıvan MR-in Ordubad rayonu ərazilərində rast gəlinir. Azərbaycanın endem bitki növüdür. CR A2abc; C1. Orta dağ qurşağına qədər daşlı-qayalı kolluqlu yamaclarda, dərələrdə, açıq yerlərdə bitir. Azərbaycanda dar bir arealda yayılmışdır. Hündürlüyü 2-3, bəzən 5 m-ədək olan koldur. Bəzən bitkinin hündürlüyü 7 m, gövdəsinin diametri 18 sm-ə qədər ola bilir.
Qafqaz zerintiyası
Qafqaz zirəsi
Qafqaz zirəsi (lat. Carum caucasicum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zirə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına göre növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları uzun-saplaqlı, uzunsov, ikiyə yarılmışlələkvaridir, son ayaları lansetvari və ya xətvaridir, gövdə yarpaqları 1-2 ədəd və ya heç olmur. Çətirlərinin 5 ədəd müxtəlif ölçülü şüaları vardır. Ləçəkləri ağdır. Meyvələri 3 mm uzunluğundadır. Çiçəkləməsi iyun-iyul, meyvə verməsi iyul-avqust aylarına təsadüf edir. Mezofit bitkidir.
Qafqaz zubru
Qafqaz zubru (lat. Bison bonasus caucasicus) — 1927-ci ilə qədər Baş Qafqaz silsiləsinin şimal-qərb meşəliklərində yayılmış, Avropa zubrunun bir yarımnövü. Düzənlik zubrundan nisbətən ölçülərinin kiçikliyinə görə fərqlənir. Buynuzu əyilmə, tüklərinin daha uzun və tünd olması onlar üçün xarakterikdir. Bu yarımnöv insan tərəfindən tükədilmişdir. Onlar əvvəllər şimal-qərbi İran ərazisinə qədər yayılmışdılar. XIX əsrin ortalarında ancaq Kuban çayı ətrafə ərazilərdə 2000 baş olaraq qalmışdı. Sayları insa tərəfindən ovlanması səbəbindn azalırdı. Birinci Dünya müharibəsi sonrası cəmi 500 baş zubr qalmışdı. 1927-ci ilin yayında sonuncu zubrun brakonerlər tərəfindən Aloud dağı ətrafında ovlanması qeydə alınmışdır.
Qafqaz zümrüdçiçəyi
Qafqaz zümrüdçiçəyi (lat. Scilla siberica subsp. caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinin sibir zümrüdçiçəyi növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B2ab (i,ii,iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik, soğanaqlı 6-20 sm hündürlükdə ot bitkisidir. Soğanaq enli-yumurtavari, bəzən yumurtavari, 2,8 sm hündürlükdə, 2,2 sm enindədir. Boz, bəzən qara qınla örtülüdür. Yarpaqları 2-4 ədəd, yaşəl, enli-xətvari, 6-15 mm enində, gövdədən qısa, təpə hissədə qapacıq var. Çiçək qrupu çox və ya az salxımdır.
Qafqaz zımbırtikanı
Qafqaz çubuqlucası
Qafqaz çubuqlucası (lat. Philadelphus caucasicus) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Qafqazın şimal-şərqində, Kiçik Asiyada dəniz səviyyəsindən 1800 m hündürlükdə yayılmışdır. Hündürlüyü 3 m olan koldur. Zoğları sarı və ya qırmızımtıl-sarıdır. Gövdənin qabığı qəhvəyi-qonur, çatlayan və soyulandır. Yarpaqları nazik, yaşıl, uzunsov, ellips və ya neştər formalı, 3,5-8 sm uzunluqda, uc tərəfdən sivri, əsası dairəvi, kənarları az gözə çarpan dişli, çılpaq və ya alt tərəfdən tüklüdür. May ayında 20-25 gün ərzində çiçəkləyir. Çiçəkləri ağımtıl rəngli, çox ətirli, 2-3,5 sm diametrində olub, 14 sm uzunluqda salxımvari çiçək qrupuna toplanmışdır. Çiçək qrupunun oxu və kasayarpaqları çılpaq və ya tüklüdür.
Qafqaz üstüzəni
Üstüzən (lat. Leucaspius delineatus delinecatus ) — öz cinsinin yeganə yarımnövüdür. Az saylıdır. Başı böyükdür, bədən uzunluğunun 26.0%-nə qədərini təşkil edir. Pulcuqları bədənə möhkəm yapışıb. Ağız başın ucunda yerləşir. Bel üzgəci bədənin nisbətən geri hissəsində yerləşir. Bədənin yanları uzunu tünd rəngli zolaq gedir. Pulcuqların dal kənarlarında sıra ilə tünd nöqtələr yerləşir. Xırda balıqdır, uzunluğu 40 mm-ə, kütləsi 820 mq-a qədər olur.
Qafqaz İmarəti
Qafqaz Əmirliyi (çeçencə Имарат Кавказ, rus. Кавказский Эмират) — 31 oktyabr 2007-ci ildə indiki Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarında və Stavropol vilayətində hazırda özünü bütün Qafqazın əmiri elan etmiş Dokka Ömər Əbu Osman tərəfindən mövcudluğu bəyan olunmuş, de-fakto mövcud olmayan və heç bir dövlət və ya təşkilat tərəfindən tanınmayan xəyali İslam dövləti. Qafqaz Əmirliyinə daxil olan ərazilərin adı dəyişdirilmiş və Rusiyanın Qafqazı işğal etmədən öncə olan adlar qeri qaytarılmışdır. Qafqaz Əmirliyinin bayrağı qara rəngdə olub, ortasında ərəb dilində "Kəlmeyi-Tövhid" yazılmışdır. Transkripsiyası: "Lə İlahə İlləllah". Mənası: "Allahdan başqa ilah yoxdur". Bayrağın məhz bu rəngdə olmasının səbəbi İslamın ilkin vaxtlarında Cihad bayrağının rənginin qara olmasıdır.[mənbə göstərin] Noxçi Ço (Çeçenistan (İçkeriya)) Qalqay Ço (İnquşetiya və Şimali Osetiya (İriston)) Noqay Düzənliyi (Stavropol diyarı) Çərkəz Birləşdirilmiş Kabardin-Balkar-Qaraçay Dağıstan Çeçenistan Respublikası "Noxçi Ço" vilayəti adlandırılmışdır, çünki yerli əhali tarix boyu özünü noxçi milləti adlandırmışdir. Noxçi Ço vilayətinin paytaxtı hesab etdikləri Qroznı şəhərinin adı "Cövhərqala"ya dəyişdirilmişdir. Bu I Çeçenistan müharibəsində çeçenlərin millli müqavimət hərəkatının rəhbəri Cövhər Dudayevin şərəfinə edilmişdir. Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın adı dəyişdirlmiş və Şamilqala adlandırılmışdır.
Qafqaz İsgəndəriyyəsi
Qafqaz İsgəndəriyyəsi (q.yun. Αλεξάνδρεια στον Καύκασο) — Hinduquş dağlarının cənub ətəklərində, Paropamisadahda yerləşən ellin şəhəri. Şəhərin əsası e.ə. 329-cu ilin martında Əhəmənilər imperiyasının Qəndəhar satraplığının paytaxtının yerində Makedoniyalı İskəndər tərəfindən qoyulmuş, burada 7 min nəfər makedoniyalı, 3 min nəfər muzdlu döyüşçü, bir neçə min nəfər aborigen məskunlaşdırılmışdır. Şəhərin Qafqaz İsgəndəriyyəsi adlandırılmasının səbəbi qədim dövrlərdə Hindiquşun Asiya Qafqazı kimi tanınması ilə bağlıdır. E.ə. II-I əsrlərdə Qafqaz İsgəndəriyyəsi "Alasandra" adı ilı Hind-yunan çarlığının paytaxtlarından biri idi. Hökmdar sarayında buddizm dini yüksəliş dövrünü yaşayır, monarxların əksəriyyəti yunan dilində danışırdılar. Şri-Lankada belə hesab edirdilər ki, Anuradhapurda böyük Budda məbədinin əsasının qoyulmasında 30 min monarx iştirak etmişdir. Qafqaz İsgəndəriyyəsinin yerini arxeoloqlar dəqiq müəyyən edə bilməmişlər.
Qafqaz şaqqıldağı
Şoranlıq toppuzlusu (lat. Sphaerophysa salsula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin toppuzlu cinsinə aid bitki növü.
Qafqaz şaxtagülü
Qafqaz şaxtagülü (lat. Helleborus caucasicus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin şaxtagülü cinsinə aid bitki növü.
Qafqaz şəhərləri
Qafqaz Əmirliyi
Qafqaz Əmirliyi (çeçencə Имарат Кавказ, rus. Кавказский Эмират) — 31 oktyabr 2007-ci ildə indiki Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarında və Stavropol vilayətində hazırda özünü bütün Qafqazın əmiri elan etmiş Dokka Ömər Əbu Osman tərəfindən mövcudluğu bəyan olunmuş, de-fakto mövcud olmayan və heç bir dövlət və ya təşkilat tərəfindən tanınmayan xəyali İslam dövləti. Qafqaz Əmirliyinə daxil olan ərazilərin adı dəyişdirilmiş və Rusiyanın Qafqazı işğal etmədən öncə olan adlar qeri qaytarılmışdır. Qafqaz Əmirliyinin bayrağı qara rəngdə olub, ortasında ərəb dilində "Kəlmeyi-Tövhid" yazılmışdır. Transkripsiyası: "Lə İlahə İlləllah". Mənası: "Allahdan başqa ilah yoxdur". Bayrağın məhz bu rəngdə olmasının səbəbi İslamın ilkin vaxtlarında Cihad bayrağının rənginin qara olmasıdır.[mənbə göstərin] Noxçi Ço (Çeçenistan (İçkeriya)) Qalqay Ço (İnquşetiya və Şimali Osetiya (İriston)) Noqay Düzənliyi (Stavropol diyarı) Çərkəz Birləşdirilmiş Kabardin-Balkar-Qaraçay Dağıstan Çeçenistan Respublikası "Noxçi Ço" vilayəti adlandırılmışdır, çünki yerli əhali tarix boyu özünü noxçi milləti adlandırmışdir. Noxçi Ço vilayətinin paytaxtı hesab etdikləri Qroznı şəhərinin adı "Cövhərqala"ya dəyişdirilmişdir. Bu I Çeçenistan müharibəsində çeçenlərin millli müqavimət hərəkatının rəhbəri Cövhər Dudayevin şərəfinə edilmişdir. Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın adı dəyişdirlmiş və Şamilqala adlandırılmışdır.
Nacax
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə Azərbaycan və İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət. Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
GAFAM
Big Tech — ən böyük informasiya texnologiyaları şirkətləri. Termin ən çox ABŞ-dəki Böyük Beşlik texnologiya şirkətlərinə aiddir: Alphabet (Google), Amazon, Apple, Meta və Microsoft. Çində Baidu, Alibaba, Tencent və Xiaomi (BATX) Böyük Beşliyin ekvivalentidir. Big Tech, həmçinin Netflix kimi yüksək qiymətləri olan kiçik texnologiya şirkətlərini və ya avtomobil istehsalçısı Tesla kimi yüksək texnologiya təcrübələrinə malik qeyri-texnoloji şirkətləri də əhatə edə bilər. Big Tech konsepsiyası investisiya bankçılığı sahəsində Goldman Sachs, Morgan Stanley və J. P. Morgan, Big Three konsaltinq firmaları, Big Oil və Big Media kimi digər bazar sektorlarında bir neçə şirkət tərəfindən bazar üstünlüyünün konsolidasiyasına bənzəyir. == Zəmin == "Big Tech" termini ilk dəfə 2013-cü ildə media hesabatlarında ortaya çıxdı, çünki bəzi iqtisadçılar bu şirkətlərin kiçik tənzimləmə ilə dominant olmalarına dair əlamətlər gördülər. 1990-cı illərin sonlarında Dotkom köpüyü Nasdaq Composite fond bazarı indeksinin əksəriyyətini sildikdən sonra sağ qalan texnologiya şirkətləri bazar paylarını genişləndirdilər və artıq startap sayıla bilməzdilər. "Big Tech" termini 2016-cı ildə ABŞ-də keçirilən seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı aparılan araşdırmadan sonra 2017-ci ildə populyarlaşdı, çünki bu texnologiya şirkətləri böyük miqdarda istifadəçi məlumatlarına ("Böyük verilənlər") çıxış əldə etməkdə oynadığı rol və istifadəçilərinə təsiri Konqres tərəfindən araşdırıldı. "Big Tech" termini 1970-ci illərin enerji böhranından sonra ən böyük neft şirkətlərinin "Big Oil" adlandırılmasına və ya ABŞ Konqresinin bu sənayeləri tənzimləməyə çalışdığı üçün ən böyük siqaret istehsalçılarının "Big Tobacco" adlandırılmasına bənzəyir. Bu, həm də XIX əsrin əvvəllərində əsas medianın "Big Media" və ya "Media Giants" adlı az sayda korporasiyaların dominantlığında qalmasına bənzəyir.
Garcan (Ərdəbil)
Garcan (fars. گرجان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 936 nəfər yaşayır (233 ailə).