Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vaxtanq Qorqasali
I Vaxtanq Qorqasali (gürc. ვახტანგ I გორგასალი; 440, Mtsxeta – 502, Ucarma, Kaxetiya) — Kartliyə (İberiya) 449–502-ci illərdə çarlıq etmişdir. Qorqasali farsca "Qurdbaşlı" demək idi("Qorq"-Canavar,"Sa"-baş). Həmin adı ona iranlılar vermişlər çünki o iranlılarla döyüşdə başına qurd təsviri olan dəbilqə qoyarmış. Ehtimala görə Vaxtanqın dəbilqəsi qızılla örtülmüş poladdan idi. Vaxtanq Qorqasalinin adı ilə bir çox şəhərlərin və qalaların (Ucarma, Artanuci, Ciremi, Xornacubi qalası və s.) məbəd və kilsələrin ucaldılması bağlıdır. Onların arasında Kartlinin paytaxtının Msxetadan Tbilisiyə köçürülməsi xüsusi qeyd olunmalıdır. Vaxtanq həmçinin böyük kilsə islahatları keçirmişdir. Onun təşəbbüsü ilə kilsə başçısı Ranq Gürcüstanda baş yepiskopdan katalikosadək yüksəldildi. Bununla da kilsənin tam müstəqilliyinin əsası qoyuldu.O,ölkədən atəşpərəstləri qovdu.
Vaxtanq Qorqasalı

Qarğayatlı
Qarğayatlı - dağ adı. Qarğayatlı - Şuşa rayonu Zarıslı kəndi ərazisində dağ adı. Qədim türk dillərində Kərüqə sözündəndir.
Qarğıdalı
Qarğıdalı və ya bəzi bölgələrdə Məkə (lat. Zea mays) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin qarğıdalı cinsinə aid bitki növü. Qarğıdalı bitkisinin vətəni Meksikadır ki, dəniz səyyahı Kolumb tərəfindən 1493-cü ildə Avropaya gətirilmişdir. Qarğıdalı bitkisinin hündürlüyü 2-6 metr, kökü isə 100 sm-dək torpağa işləyir. Əkilmiş toxumdan gövdədə 3-6 qıçalar əmələ gəlir ki, hər birində 60-100 erkək və dişi toxumlar olur. Qarğıdalı bitkisinə düzgün aqrotexniki qulluq edilməlidir. Qarğıdalı taxıllar fəsiləsinə aid olmaqla ondan müxtəlif məqsədlər üçün istifadə olunur. Qarğıdalının qiymətli bitki olması ondan ibarətdir ki, o eyni zamanda iki məsələni: Dən ehtiyatlarını tamamlamaq və gövdəsindən yaxşı silos almaq məsələsini həll etməyə imkan verir. Bundan əlavə olaraq qarğıdalı dənindən un, yarma və konserv (şəkərli qarğıdalı) hazırlanır. Sənayedə isə qarğıdalı dənindən nişasta, etil spirti, dekstrin, şəkər, bal, yağ, E vitamini, askorbin və qlutamin turşuları alınır.
Qaracalı
Qaracalı (Əhər)
Qarğalı
Qarğalı - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. XIX əsrin ortalarından sonra adı çəkilmir. Toponimin mənşəyi barədə iki fikir ola bilər: Karqa tayfasının adını əks etdirir. Toponim türk dillərində karqa "üst-üstə düşmüş buzlaq daşları" sözündəndir. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Qarqaluq kənd xarabalığı, Zaqatala rayonundanunda Qarqalı dağı, Naxçıvanda Qarqalıq kəndi, Qazaxıstanda Karqalı toponimləri ilə mənşəcə eynidir.
Qarğıdalı (bitki)
Qarğıdalı və ya bəzi bölgələrdə Məkə (lat. Zea mays) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin qarğıdalı cinsinə aid bitki növü. Qarğıdalı bitkisinin vətəni Meksikadır ki, dəniz səyyahı Kolumb tərəfindən 1493-cü ildə Avropaya gətirilmişdir. Qarğıdalı bitkisinin hündürlüyü 2-6 metr, kökü isə 100 sm-dək torpağa işləyir. Əkilmiş toxumdan gövdədə 3-6 qıçalar əmələ gəlir ki, hər birində 60-100 erkək və dişi toxumlar olur. Qarğıdalı bitkisinə düzgün aqrotexniki qulluq edilməlidir. Qarğıdalı taxıllar fəsiləsinə aid olmaqla ondan müxtəlif məqsədlər üçün istifadə olunur. Qarğıdalının qiymətli bitki olması ondan ibarətdir ki, o eyni zamanda iki məsələni: Dən ehtiyatlarını tamamlamaq və gövdəsindən yaxşı silos almaq məsələsini həll etməyə imkan verir. Bundan əlavə olaraq qarğıdalı dənindən un, yarma və konserv (şəkərli qarğıdalı) hazırlanır. Sənayedə isə qarğıdalı dənindən nişasta, etil spirti, dekstrin, şəkər, bal, yağ, E vitamini, askorbin və qlutamin turşuları alınır.
Qarğıdalı (cins)
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
Qarğıdalı (dəqiqləşdirmə)
Qarğıdalı (cins) —
Qarğıdalı unu
Qarğıdalı unu — qarğıdalının üyüdülməsi nəticəsində əldə edilən incə toza verilən addır. Çörək və xəmir işləri başda olmaqla bir çox qidada istifadə olunur.
Qarğıdalı yarması
Qarğıdalı yarması – ağ dənli və sarı dənli bərк qarğıdalıdan, ağ dənli dişşəкilli qarğıdalıdan və partlayan qarğıdalı sortlarından istehsal edilir. Qarğıdalı yarması cilalanmış olmaqla 5 nömrədə buraхılır. Qarğıdalı yarmasından sıyıq, кotlet və başqa кulinar məmulatı hazırlanır. Əhmədov Ə.I. Ərzaq malları əmtəəşünaslığı. Ali məкtəblər üçün dərsliк. Yenidən işlənmiş və tamamlanmış iкinci nəşr. Baкı: "Iqtisad Universiteti" nəşriyyatı, 2006 – 480 səh.
Vaxtanq Qorqasali heykəli
Vaxtanq Qorqasali heykəli – İberiyanın Xosrovidlər sülaləsindən olan çarı Vaxtanq Qorqasalinın şərəfinə ucaldılmış atlı heykəldir. Heykəl Kür çayının sol sahilində, tarixi Metexi rayonu ərazisində, Metexi kilsəsinin qarşısında və Metexi körpüsünün yuxarısında yerləşir. Vaxtanq Qorqasali Gürcüstan tarixinin ən mühüm şəxsiyyətlərindən biri olmaqla, Tbilisinin yaşayış məntəqəsi kimi inkişaf etdirilməsində əlahiddə rol oynamışdır. Onun heykəlinin ucaldığı yerdə əvvəl çar sarayı olmuş və kilsə ilə birlikdə bütün kompleks tarixi Metexi qalası ilə əhatələnmişdir. Lakin Gürcüstanın Çar Rusiyasına birləşdirilməsindən sonra sarayın yerində həbsxana inşa edilmiş, kilsə isə cəbbaxana kimi istifadə olunmuşdur. SSRİ dövründə Metexi kilsəsi və onun ətrafındakı ərazi təmizlənmiş, 1970-ci ildə isə Metexi təpəsi üzərində daş postament üzərində heykəltaraş Elquca Amaşukelinin Vaxtanq Qorqasali heykəli ucaldılmışdır. Metexi təpəsi üzərində hündür saş postament üzərində yerləşən bürüncdən tökmə üsulu ilə hazırlanmış heykəlin üzü Qədim Tbilisi və onun mərkəzi meydanına baxır. Çar at üzərində oturmuş halda təsvir edilmişdir.
Vaxtanq Qorqasalı heykəli

Vaxtanq Qorqasalı meydanı
Vaxtanq Qorqasali meydanı
Vaxtanq Qorqasalı meydanı (gürc. ვახტანგ გორგასალის მოედანი); 1958-ci ilə qədər Tatar meydanı (gürc. თათრის მოედანი) və ya sadəcə Meydan (gürc. მეიდანი), xalq arasında isə Şeytanbazar (gürc. შეითანბაზარი) — Tbilisi şəhərinin tarixi mərkəzində, tarixi rayon olan Kala (Qədim şəhərin) sərhədində yerləşir. Meydandan Metexi körpüsü keçir və Hovannes Tumanyan, Kote Abxazi, Şardeni, Zdaneviç qardaşları küçələri ilə kəsişir. == Tarixi == Hazırkı adını meydan 1958-ci ildə Gürcüstanın kral I Vaxtanq Qorqasalı (V əsr) şərəfinə almışdır. Şəhərin ən qədim kommersiya sahəsi hesab edilir. Bu rolu 1920-ci ilə qədər yerinə yetirdi. Kür çayı boyunca (Metexi körpüsü) şəhərdəki ən qədim bərə yerində yerləşirdi.
Çingiz Qaraşarlı
Alatau qaramalı
Alatau qaramalı — Qırğızıstan və Qazaxıstanda yaradılmış südlük-ətlik qaramal cinsi. Yerli cinsin şvis və Kostroma cinsləri ilə cütləşdirilməsindən alınmışdır. == Xüsusiyyəti == Konstitusiyası möhkəmdir; yüksək dağ otlaqlarına uyğunlaşmışdır. Rəngi qonur, burnunun və közlərinin ətrafı açıq rənglidir. 4,000–5,000 kiloqram (bəziləri 10,222) süd verir. Südün yağlılığı 3,8–3,9%, bəzən 5% olur. İnəklərin diri çəkisi 500–550 kiloqram, buğalarınkı 700–800 kiloqramdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Алатауская порода // Qazaxıstan Milli Ensiklopediyası. — Almatı: Qazax ensiklopediyası, 2004. — Т. I. — ISBN 9965-9389-9-7.
Ayrşir qaramalı
Ayrşir qaramalı (ing. Ayrshire cattle) — südlük qaramal cinsi. == Xüsusiyyətləri == Rəngi ala-qırmızıdır. İnəklərin diri çəkisi 450–500 kiloqram, buğalarınkı 650–750 kiloqram olur. İldə 3500–4000 kiloqram süd verir, lakin bəzilərində buu rəqəm 10 min kiloqramdan çoxdur. Südün yağlılığı 4–4,5%-dir. == Tarixi == XVIII əsrdə Şotlandiyanın Ayrşir qraflığında yerli heyvanları Hollandiya və Şorthorn cinsləri ilə yaxşılaşdırmaq yolu ilə yetirdirilmişdir. Kanada, ABŞ, Finlandiya və Avstraliyada geniş yayılmışdır. Rusiyada Moskva, Novqorod, Kalininqrad və Kursk vilayətlərində, həmçinin Kareliyada saxlanılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Айрширская порода / Н. И. Стрекозов, В. И. Сельцов // А — Анкетирование.
Bestujev qaramalı
Bestujev qaramalı — südlük-ətlik qaramal cinsi. XIX əsrin I yarısında indiki Ulyanovsk vilayətində sahibkar S.P. Bestujev və onun ardıcılları tərəfindən yerli inəklər Şorthorn, Hollandiya, daha sonra Simmental, Vilstermarş və bəzi digər cinslərin buğaları ilə mürəkkəb damazlıq cütləşdirilməsi üsulu ilə alınmışdır. Rəngi, əsasən, qırmızıdır; bəzilərinin başında, döşündə və qarnında ağ ləkələr olur. İnəklərin kütləsi 480–550 kq, buğaların kütləsi 1000 kq-adəkdir. Damazlıq sürülərdə laktasiya dövrü (305 gün) zamanı sağım təqribən 4000 kq olur; südün yağlılığı 3,8–3,9%-dir. Bestujev qaramalı iqlimə yaxşı uyğunlaşır, davamiyyətli məhsuldarlığa malikdir. Rusiya Federasiyasının Başqırdıstan Respublikasında, Tatarıstan Respublikasında, Ulyanovsk və Samara vilayətlərində geniş yayılmışdır. Rusiya Federasiyasında südlük mal-qaranın ümumi sayının təqribən 2%-ini təşkil edir.
Qaracalı (Bicar)
Qaracalı (fars. قراجلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (35 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qaracalı (Nazlı)
Qaracalı (fars. قره جلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (29 ailə).
Qaracalı (Poldəşt)
Qaracalı (fars. قره جالو‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 468 nəfər yaşayır (89 ailə).
Qaracalı (Urmiya)
Qaracalı (fars. قراجلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (17 ailə).
Qaracalı (Xoy)
Qaracalı (fars. قراجلو‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qaracalı (Əhər)
Qaracalı (fars. قراجه لو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (30 ailə).
Qaraisalı
Karaisalı — Adana ilinin ilçəsi. 2018-ci ilin məlumatına görə ilçədə 22.308 nəfər yaşayır. 1 aprel: Kuvayi Milliyə təşkilatının quruluşu və Çuxurovada ilk Milli Mübarizə Hərakatının başlanması. Qızıldağ Yaylası Festivalı: Avqustun son həftəsində qeyd edilir.
Qaraqaşlı
Yaşayış məntəqələri Azərbaycanda Qaraqaşlı (Ağdam) —Ağdam rayonunda kənd. Qaraqaşlı (Ağsu) — Ağsu rayonunda kənd. Qaraqaşlı (Xaçmaz) — Xaçmaz rayonunda kənd. Qaraqaşlı (İmişli) — İmişli rayonunda kənd. Qaraqaşlı (Neftçala) — Neftçala rayonunda kənd. Qaraqaşlı (Sabirabad) — Sabirabad rayonunda kənd. Oxşar toponimlər Çayqaraqaşlı — Şabran rayonunda kənd. Hacıqaraqaşlı — Şabran rayonunda kənd. Xol Qaraqaşlı — Neftçala rayonunda kənd.
Qarqasar
Qarqasar - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Azərbaycanda və Ermənistanda "qarğa" sözünün iştirakı ilə düzəlmiş çoxlu toponim vardır. Toponimlərdə bu söz üç mə'nadadır. Qədim türk mənşəli karqa tayfasının adını əks etdirir. Qərbi Sibirdə, qırğızlarda və özbəklərdə Karqa tayfası mə'lumdur. Azərbaycanda Masallı, Xaçmaz və Naxçıvandv Qarqalıq kənd adları məhz bu tayfanın adını əks etdirir (yenə orada). Bə'zi mikrotoponimlərdə bu söz qarqa quş adını əks etdirir. Bə'zi toponimlərdə isə "qarqa" sözü türk dillərində karka - "üst-üstə düşmüş buzlaq mənşəli daşlar (qaya parçaları)"sözünün təhrifidir. Qarqasar toponimi də məhz karka və hasar "qalaça", "hörükda ş", "tsiklopik tikinti" sözlərindən ibarətdir.
Qarğıdalı (peyin) böcəyi
Qarğıdalı (peyin) böcəyi lat. Pentodon idiota Hrbst.-Böcəyi qaramtıl, yaxud qonuru-qaramtıl rəngdə olub. Böcəyi qaramtıl, yaxud qonuru-qaramtıl rəngdə olub. Xarici görünüşünə görə adi peyin böcəklərini xatırladır. Başı bədədninə nisbətən çox da böyük olmayıb, qırışıqlıdır. Bığcıqları 20 buğumludur, nəhayəti üç qısa lövhə ilə bitir. Qabaq kürəkciyi qabarıqdır, irəli tərəfdən sıxılaraq nazilmişdir, kənarları girdədir. Qanad üstlüyü qabaq kürəkcikdən bir az enlidir və qarıncığın axırıncı buğumunu örtmür. Ön ayaq baldırlarının xarici tərəfində üç, daxili tərəfində isə bir tikancıq vardır. Böcəyin uzunluğu 15–25 mm-dir.
Qarğıdalı gövdə kəpənəyi
Qarğıdalı gövdə kəpənəyi (lat. Pyrausta nubilalis Hb.)-Dişi kəpənəklər erkəklərdən iri olur. Dişi kəpənəklər erkəklərdən iri olur. Dişilərin qanadları açıq- sarımtıl rəngdədir. Üzərində qəhvəyi rəngdə ləkə və dişli zolaq vardır. Qanadları açılmış halda 27–32 mm, bədəninin uzunluğu isə 13–15 mm-dir. Erkək kəpənəyin ön qanadları açıq- qəhvəyi və ya bozumtul rəngdə olur. Tırtıllar 16 ayaqlı olub, sarımtıl bozdur. Tırtılın beli uzunu tutqun zolaq gedir. Baş, peysər buğumu və axırıncı buğumda qonur rəngli qalxancıqlar vardır.
Qarğıdalı qarabədən böcəyi
Qarğıdalı qarabədən böcəyi (lat. Pedinus femoralis L.)-Bu böcək qara rənglidir və onun ön döşü qanadüstlüyünə möhkəm birləşmişdir. Bu böcək qara rənglidir və onun ön döşü qanadüstlüyünə möhkəm birləşmişdir. Uzunluğu 7,5–9 mm-dir. Sürfələri sarəmtıl, döş buğumları və sonuncu qarıncıq buğumu tutqun sarı rənglidir. Qarıncığın nəhayətindən 4 qılcıq çıxır. Sürfələrin uzunluğu 20 mm-ə qədər ola bilir. Böcəklər bir ildən artıq yaşayır və alaq otları ilə qidalanır. Onlar gecələr fəaldır, gündüzlər isə kəsək, ot topaları və s. altında gizlənir.
Rza bəy Qaraşarlı
Rza bəy Qaraşarlı (1891, Şuşa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, müəllim, ictimai xadim. Rza bəy Kərbəlayı Baba bəy oğlu 1891-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirmişdi. Sonra ali savad almışdı. 1918-ci ilədək müxtəlif məktəblərdə riyaziyyat müəllimi işləmişdi. Sonra Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətində çalışmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdu. Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beşinci iclasında Bağır Rzayev baş katib postundan istefa verdi. Parlamentin 19 fevral 1920 tarixili sayca yüz iyirmi altıncı iclasında baş katib postuna sosialistlərdən Rza bəy Qaraşarlı seçildi. 1920-ci ildən sonra Bakı baş milisinin rəis müavini işləmişdi.
Köhnə Qaramalı (Auırqazı)
Köhnə Qaramalı (başq. Иҫке Ҡарамалы, rus. Ермолаевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Çuvaş Qaramalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 10 km.
Köhnə Qaramalı (Avurğazı)

Kür Qaraqaşlı
Kür Qaraqaşlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kür çayının sahilində, Salyan düzündədir. Yaşayış məntəqəsi keçmişdə Şirvanda yaşamış qaraqaşlı tayfasına mənsub ailələrin Kür çayı sahilində məskunlıaşması nəticəsində yaranmışdır. Oykonim Kür hidronimindən və Qaraqaşlı kənd adından ibarət olub, "Kür çayı sahilindəki Qaraqaşlı kəndi" mənasındadır. == Əhalisi == === Şəxsiyyətləri === Ağaxan Ağabəyli — alim Əliağa Kürçaylı — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Qaraqaşlı (Ağdam)
Qaraqaşlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Ağdam rayonunun Qaraqaşlı kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kəngərli kəndi mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.
Qaraqaşlı (Ağsu)
Qaraqaşlı — Azərbaycan Respublikasının Ağsu rayonunun Pirhəsənli kənd inzibati ərazi dairəsində kənd.
Qaraqaşlı (Neftçala)
Qaraqaşlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
Qaraqaşlı (Sabirabad)
Qaraqaşlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Pənah Hüseynov — Azərbaycan Respublikasının Baş Naziri (aprel 1993 – iyun 1993-cü il), Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı (2005-2010). Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Qaraqaşlı (Xaçmaz)
Qaraqaşlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qaraqaşlı (İmişli)
Qaraqaşlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 3643 nəfərdir ki, onun da 1781 nəfəri kişi, 1862 nəfəri isə qadındır.
Qaraqaşlı bələdiyyəsi
Qaraqaşlı bələdiyyəsi (Ağsu) - Azərbaycanın Ağsu rayonunda bələdiyyə. Qaraqaşlı bələdiyyəsi (Neftçala) - Azərbaycanın Neftçala rayonunda bələdiyyə. Qaraqaşlı bələdiyyəsi (İmişli) - Azərbaycanın İmişli rayonunda bələdiyyə.
Qaraqaşlı xalçaları
Qaraqaşlı xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Qaraqaşlı yemişan
Qaraqaşlı yemişan (lat. Crataegus atrofusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Qafqazda təbii halda yayılmışdır. Hündürlüyü 3-5 m-ə qədər olan koldur. Gövdə qabığı qəhvəyi və ya bozdur. Çətiri kürəvi və ya yumurtavari, tikanlıdır. Yarpaqları növbəli, adətən dilimlidir. Çiçəkləri mürəkkəb qalxanvarı çiçək qrupuna toplanmaqla budaqların ucunda yerləşmişdir. Kasayarpaqcıqları və ləçəkləri 5-dir. Yumurtalıq 1-2-5 meyvə yarpaqcığından əmələ gəlmişdir.
Qardaşəli Teyyubov
Qardaşəli Teyyubov (Tam adı: Qardaşəli Ağaqardaş oğlu Teyyubov; d.7 noyabr 1938, Şamaxı, Əngəxaran k, ö.27 noyabr 2012, Bakı — SSRİ Jurnalistlər Birliyinin üzvü Qardaşəli Teyyubov 1938-ci il 7 noyabr tarixində Şamaxı rayonu Əngəxaran kəndində anadan olmuşdur. Bakıda Sənaye Texnikomunu bitirdikdən sonra 1962-ci ildə Sergey Mironovik Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistikə fakültəsinə daxil olmuş, oranı 1967-ci ildə bitirmişdir. Atası Teyyubov Ağaqardaş Nurulla oğlu Böyük Vətən müharibəsində vəfat etmişdir. Universitetə daxil olduğu ildən “Azərbaycan pioneri” (Savalan) qəzetinin ştatdankənar əməkdaşı olmuş, “Bakı”, "Kommunist" (Xalq) qəzetlərində, "Təşviqatçı" jurnalında çalışmış, radioda ayda bir dəfə 20 dəqiqəlik veriliş ilə çıxış etmişdir. Şamaxida "Yeni Şirvan" qəzetinə mutəxəsis dəvət olunmuş, sonradan hemin qəzetdə məsul katibin müavini olmuşdur. Həmçinin T.Qardaşəli 1975-ci ildən 1991-ci ilə qədər 10.000 tirajla cixan "Texniki Tereqqi ugrunda" qəzetin baş redaktoru olmuşdur. 1991-ci ildən ömrunun sonuna qədər Hemkarlar Ittifaqinin orqani olan "Ùlfət" qəzetinin qurucusu ve şöbə mudiri vəzifəsində çalışmışdır. 1986-ci ilde SSRI jurnalistlər Ittifaqinin üzvü seçilmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Mehbalıyev tərəfindən 2005-ci ilinin 19 iyun tarixində Milli Mətbuat Günü ilə bağlı əlaqədar Azərbaycan Həmkarlar İttifaqlarının Mətbuat Orqanlarında səmərəli yaradıcılığına görə “Fəxri Fərman”la təltif edilmişdir. “Qizil Qələm” mukafatını layiq görülmüş, həmçinin SSRİ “Əmək Veteranı”dır.