KÖNÜLAÇAN

sif. Ürəkaçan, xoşagələn, xoş; sevindirici, zövq verən, ləzzət verən. Könülaçan mahnı. – Qarşıda Xəzər dənizi, Qara və Ağ şəhər zavodları görünürdü.
Bu, könülaçan bir mənzərə idi. S.Hüseyn.
[Səriyyə:] Həyatda hər şey necə gözəl, necə könülaçandır. İ.Əfəndiyev.
Bəxtəvərlər kəndinin axşamları qarğaşalı olduğu kimi, səhərləri könülaçan, gecələri sözlü-söhbətlidir. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÖNÜLAÇAN könülaçan bax ürəkaçan
KÖNÜL
KÖNÜLLÜ

Digər lüğətlərdə