Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarmaqlı bıçaq
Qarmaqlı bıçaq — xalça istehsalında türkbaf (Simmetrik) toxunuşlu ilmələri toxumaq üçün istifadə edilən ucu əyri qarmaqlı bıçaqlara deyilir. Qarmaqlı bıçaqlar əsasən iki formada olur: ilmələrin bağlanması və ilmələrin açılması üçün bıçaq. İlmələrin bağlanması üçün nəzərdə tutulan bıçaq xalça toxuculuğunda əsas alət hesab olunur və ondan xovlu ilmələrin bağlanması üçün istifadə olunur. İlmələrin açılması üçün istifadə edilən boğazı uzun, tiyəsi küt bıçaqlar yalnız xalçaların restavrasiyasıda və səhvlərin düzəldilməsində istifadə edilir. Belə bıçaqlardan xaça toxunması zamanı istifadə edilmir.
Qarmaqlı sümük
Qarmaqlı sümük (lat. os hamatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun aypara sümüyə məxsus yuxarı, İV və V daraq sümüklərinə məxsus aşağı, üçvəcli sümüyə məxsus basıq içəri və başlı sümüyə məxsus hamar bayır səthi vardır.
Qaramanlı
Yaşayış məntəqələri AzərbaycandaQaramanlı (Yevlax) — Yevlax rayonunda kənd.Oxşar toponimlərAşağı Qaramanlı — Neftçala rayonunda kənd. Yuxarı Qaramanlı — Neftçala rayonunda kənd.
Qaymaqlı
Qaymaqlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir. 1982-ci ildə kənd ərazisinin bir hissəsi SSRİ Mərkəzi Komitəsinin qərarı ilə Ermənistana verilmişdir. == Tarixi == Qaymaqlı kəndi İncə dərəsində yerləşən üç kənddən (Qaymaqlı, Kəmərli, Aslanbəyli) biridir. Qaymaqlının yerləşdiyi əlverişli coğrafi mühit burada hələ qədim zamanlardan insanların məskən salmasına imkan vermişdir. Kəndin yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəni nümunələr Qaymaqlıda insanların hələ İslamdan əvvəl məskunlaşdığını göstərir. Abidələrin böyük bir qisminin türk mənşəli olması yerli əhalinin türklərlə qədimdən mədəni əlaqələrinin olmasının əyani sübutudur. İncə dərəsindəki qəbristanlıqda 350-400 illik məzarların olması, bu yerlərin qədimliyindən xəbər verir. Orta əsr mənbələrində və bir sıra arxiv materiallarında Qazaxın, xüsusilə İncə dərəsinin İrandan Tiflisə, oradan da Rusiyaya gedən ticarət yolunun üstündə yerləşməsi ilə bağlı bir sıra maraqlı məlumatlara rast gəlinir. Bu yol Naxçıvan, İrəvan, Avey, İncə dərəsi boyu uzanıb gedirdi.
Aşağı Qaramanlı
Aşağı Qaramanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı türkdilli qədim qaramanlı (qaraimanlı kimi də qeydə alınmışdır) tayfasının adı ilə bağlıdır. Oykonimin əvvəlinə aşağı sözü onu digər eyniadlı kənddən fərqləndirmək üçün əlavə edilmişdir.Keçmiş Nuruş Əliyev adına kolxoz bu kənd ərazisində yerləşirdi. Kəndin Lapatin adlanan hissəsində talışlar məskunlaşmışdır və buranın əhalisi Lerikin Lapatin adlı ərazisindən gəlmişdir. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 28 km şimal-qərbdə, Salyan—Neftçala şose yolu kənarında, Kür çayının sağ sahilində, Salyan düzündədir.
Mehmet Qaramanlı
Mehmet Qaramanlı — Osmanlı imperiyasında xidmət etmiş, Osmanlı Tripolitaniyası və Liviyanın hakimi. Əhməd Qaramanlının oğludur. == Hakimiyyəti == Mehmet Qaramanlının hakimiyyətinin ilk illərində dəniz quldurluğu aktivliyi az idi, lakin xəzinə azaldıqca Neapol və Siciliya gəmilərinə hücuma icazə verməyə başladı. Daxili siyasət sakit idi. İngiltərə və Fransa ilə sazişlər imzalamışdı. Ölümündən sonra yerinə qardaşı Əli Qaramanlı keçdi.
Qaramanlı (Yevlax)
Qaramanlı — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Qaramanlı bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaramanlı eli
Qaramanlı eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş qurumlardan biri. == Tarixi == Bəzi alimlər Qaramanlı soyunun Anadoludan, Qaraman bəyliyindən gəldiyini güman edirlər. Əslində belə deyil. XIV yüzilliyin sonlarında Bərdə və Gəncəni idarə еdən Tərəkəmə kələntərlərindən birinin adı Qaraman bəy idi. Qaraman bəy Qara Yusif bəy Baranlı-Qaraqoyunluya qulluq edirdi. Vəfat edəndən sonra vilayəti oğulları idarə etməyə başladılar. Elə bu dönəmdə Əmir Teymur Barlasın yürüşləri başlandı. Qaraman bəyin oğulları Yarəhməd bəy və Şirzad bəy Əmir Teymura qarşı çıxdılar. Lakin yenilib qaçdılar. Əmir Teymur Qarabağı özünün xas qışlağına çevirdi.
Qaramanlı oymağı
Qaramanlı eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş qurumlardan biri. == Tarixi == Bəzi alimlər Qaramanlı soyunun Anadoludan, Qaraman bəyliyindən gəldiyini güman edirlər. Əslində belə deyil. XIV yüzilliyin sonlarında Bərdə və Gəncəni idarə еdən Tərəkəmə kələntərlərindən birinin adı Qaraman bəy idi. Qaraman bəy Qara Yusif bəy Baranlı-Qaraqoyunluya qulluq edirdi. Vəfat edəndən sonra vilayəti oğulları idarə etməyə başladılar. Elə bu dönəmdə Əmir Teymur Barlasın yürüşləri başlandı. Qaraman bəyin oğulları Yarəhməd bəy və Şirzad bəy Əmir Teymura qarşı çıxdılar. Lakin yenilib qaçdılar. Əmir Teymur Qarabağı özünün xas qışlağına çevirdi.
Qaramanlı türkcəsi
Qaramanlı türkcəsi (türk. Karamanlı Türkçesi, yun. Καραμανλήδικα) — həm yazılı türkcənin bir formasıdır, həm də Osmanlı Türkiyəsindəki türkdilli pravoslav xristianları olan Qaramanlılar icmasının danışdığı türkcənin bir ləhcəsidir. Rəsmi Osmanlı türkcəsi ərəb qrafikası ilə yazılmışdır. Lakin Qaramanlılar türkcə formalarını yazmaq üçün yunan əlifbasından istifadə etmişdilər. Qaramanlı türkcəsinin öz ədəbi ənənəsi var idi və XIX əsrdə çap olunmuş çoxsaylı əsərlər, bəziləri Anatoli və ya Misailidis nəşriyyatı, Yevangilinos Misailidis tərəfindən nəşr edilmişdir.1923-cü ildə Türkiyə-Yunanıstan əhali mübadiləsi çərçivəsində Qaramanlı yazıçı və natiqləri Türkiyədən köçürülürlər. Bəzi natiqlər diasporada öz dillərini qoruyub saxlaya bilirlər. Türkiyə latın əlifbasını qəbul etdikdən dərhal sonra yazılı formada istifadəsi dayandırılır. Qaramanlı dilində yazılmış əlyazmanın bir parçası da Qahirə Genizasında tapılmışdır. == Orfoqrafiya == == Tarixi == Qaramanlı türkcəsi haqqında məlumat Övliya Çələbinin Səyahətnaməsində də yer almışdır.
Yuxarı Qaramanlı
Yuxarı Qaramanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı türkdilli qədim qaramanlı (qaraimanlı kimi də qeydə alınmışdır) tayfasının adı ilə bağlıdır. Oykonimin əvvəlinə yuxarı sözü onu digər eyniadlı kənddən fərqləndirmək üçün əlavə edilmişdir. == Əhali == Əhalisi 2737 nəfərdir.
Əhməd Qaramanlı
Əhməd Qaramanlı — Osmanlı Tripolitaniyasının 45-ci paşası. Qaramanoğulları sülaləsindən idi. == İlkin məlumat == Əhməd Qaramanlı Mansiya və Sahil bölgələrinin hakimi idi. Tripolitaniyadakı hərc-mərclik ona müstəqil hərəkət etməyə stimul verirdi. Xalq və ordunun da dəstəyini aldığı üçün 29 iyul 1711-ci ildə Tripolitaniya deyi Məhəmməd Xəlil ibn əl-Cinn Tripolidən uzaqda olanda şəhəri ələ keçirdi və öz hakimiyyətini elan etdi. Keçmiş deyə sadiq 300 nəfər edam olundu. Osmanlı sultanı III Əhmədin ona qəzəblənəcəyini bilən Əhməd, bu şəxslərdən qarət etdiyi sərvəti sultana təklif etmiş, sultan da onu bəylərbəyi kimi tanımış və 1722-ci ildə paşa tituluna layiq görülmüşdü. == Hakimiyyəti == Hakimiyyətinin ilk dövrləri 1711-1723-cü illər arasında Benqazi və Fəzzandakı üsyanları yatırtmaqla keçdi. Tripolinin divarlarını möhkəmləndirərək məscid və mədrəsə ucaltdı. Onun dövründə dəniz quldurları yenidən fəaliyyətə başladılar.
Əli Qaramanlı
Əli Qaramanlı — Osmanlı Tripolitaniyası hakimi, Əhməd Qaramanlının ikinci oğlu, paşa. 40 il hakimiyyətdə qalmışdır. == Hakimiyyəti == Əli Qaramanlı qardaşından sonra hakimiyyətə gəlmiş, 1754-1758-ci illərdə Manşiya və Sahil bölgələrində üsyanları yatırtmaq məcburiyyətində qalmışdır. Onun ordusunda 400 yeniçəri, 200-300 müsəlmanlaşdırılmış keçmiş-xristian, 500 alban və 600 ərəb əsgər var idi. Dənizçilərin çoxu ya alban ya da ərəb idi. 1767-ci ildə ölkədə yayılan yoluxucu xəstəlik və 1784-cü ildəki aclıq fəlakəti hakimiyyətinin sarsılmasına səbəb olmuşdu. Fransız konsulu onun haqqında yazırdı: 1790-cı ildə oğlu Həsən, digər oğlu Yusif tərəfindən güllələnərək öldürülmüşdü. Əli, Həsənin yerinə vəliəhd olaraq digər oğlu Əhmədi təyin etmişdi. Lakin yerli əhali Yusifi dəstəkləyirdi. Bəni Nüveyr qəbiləsinin köməyi ilə 1792-ci ildə üsyana başlayan Yusif tezliklə Əlcəzairdən gələn Əli Burğul paşanın gözlənilməz hücumu ilə qarşılaşdı.
Alatau qaramalı
Alatau qaramalı — Qırğızıstan və Qazaxıstanda yaradılmış südlük-ətlik qaramal cinsi. Yerli cinsin şvis və Kostroma cinsləri ilə cütləşdirilməsindən alınmışdır. == Xüsusiyyəti == Konstitusiyası möhkəmdir; yüksək dağ otlaqlarına uyğunlaşmışdır. Rəngi qonur, burnunun və közlərinin ətrafı açıq rənglidir. 4,000–5,000 kiloqram (bəziləri 10,222) süd verir. Südün yağlılığı 3,8–3,9%, bəzən 5% olur. İnəklərin diri çəkisi 500–550 kiloqram, buğalarınkı 700–800 kiloqramdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Алатауская порода // Qazaxıstan Milli Ensiklopediyası. — Almatı: Qazax ensiklopediyası, 2004. — Т. I. — ISBN 9965-9389-9-7.
Ayrşir qaramalı
Ayrşir qaramalı (ing. Ayrshire cattle) — südlük qaramal cinsi. == Xüsusiyyətləri == Rəngi ala-qırmızıdır. İnəklərin diri çəkisi 450–500 kiloqram, buğalarınkı 650–750 kiloqram olur. İldə 3500–4000 kiloqram süd verir, lakin bəzilərində buu rəqəm 10 min kiloqramdan çoxdur. Südün yağlılığı 4–4,5%-dir. == Tarixi == XVIII əsrdə Şotlandiyanın Ayrşir qraflığında yerli heyvanları Hollandiya və Şorthorn cinsləri ilə yaxşılaşdırmaq yolu ilə yetirdirilmişdir. Kanada, ABŞ, Finlandiya və Avstraliyada geniş yayılmışdır. Rusiyada Moskva, Novqorod, Kalininqrad və Kursk vilayətlərində, həmçinin Kareliyada saxlanılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Айрширская порода / Н. И. Стрекозов, В. И. Сельцов // А — Анкетирование.
Bestujev qaramalı
Bestujev qaramalı — südlük-ətlik qaramal cinsi.XIX əsrin I yarısında indiki Ulyanovsk vilayətində sahibkar S.P. Bestujev və onun ardıcılları tərəfindən yerli inəklər Şorthorn, Hollandiya, daha sonra Simmental, Vilstermarş və bəzi digər cinslərin buğaları ilə mürəkkəb damazlıq cütləşdirilməsi üsulu ilə alınmışdır. Rəngi, əsasən, qırmızıdır; bəzilərinin başında, döşündə və qarnında ağ ləkələr olur. İnəklərin kütləsi 480–550 kq, buğaların kütləsi 1000 kq-adəkdir. Damazlıq sürülərdə laktasiya dövrü (305 gün) zamanı sağım təqribən 4000 kq olur; südün yağlılığı 3,8–3,9%-dir. Bestujev qaramalı iqlimə yaxşı uyğunlaşır, davamiyyətli məhsuldarlığa malikdir.Rusiya Federasiyasının Başqırdıstan Respublikasında, Tatarıstan Respublikasında, Ulyanovsk və Samara vilayətlərində geniş yayılmışdır. Rusiya Federasiyasında südlük mal-qaranın ümumi sayının təqribən 2%-ini təşkil edir.
Qaymaqlı bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaymaqlı xalçaları
Qaymaqlı xalçaları — Qazax xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == Qaymaqlı xalçası öz adını Gəncə-Qazax düzənliyində, Qazax rayonunun ərazisindəki İncəsu çayının (Kürün qolu) sahilində, Qazax şəhərindən 32 km şimal-qərbdə yerləşən Qaymaqlı kəndinin adından götürülmüşdür. "Qaymaqlı xalçaları"nı xalçaçılarımızın bir çoxu "Ləmbəli xalçası" və ya "Borçalı xalçası" hesab edirlər. == Bədii analiz == Qaymaqlı xalçalarının orta sahəsi ritmik təkrarlanan rombşəkilli naxışlarla doldurulmuş bir göldən, şaquli istiqamətdə uzanmış altıbucaqlı medalyondan ibarətdir. Gölün daxilindəki sərbəst sahələrə isə kiçik ulduzşəkilli naxışlar yerləşdirilmişdir. Bayram görkəmində olan bu xalaçaya gücləndirilmiş müxtəlif rənglər xüsusi görkəm verir. Qaymaqlı xalçalarının toxunması son dövrlər artdığına görə onlar özlərinin əvvəlki görkəmini itirmişlər. XIX əsrin əvvəlinə aid xalçalar həm görkəminə, həm də keyfiyyətinə görə sonralar toxunan xalçalardan çox fərqlənir. == Texniki xüsusiyyətlər == Bəzən sahəsi 4-5 kvadrat metrə çatan "Qaymaqlı xalçaları" əsasən kiçik ölçüdə olur. Nadir hallarda daha böyük ölçülü xalılara rast gəlmək olur.
Qaymaqlı xalçası
Qaymaqlı xalçaları — Qazax xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == Qaymaqlı xalçası öz adını Gəncə-Qazax düzənliyində, Qazax rayonunun ərazisindəki İncəsu çayının (Kürün qolu) sahilində, Qazax şəhərindən 32 km şimal-qərbdə yerləşən Qaymaqlı kəndinin adından götürülmüşdür. "Qaymaqlı xalçaları"nı xalçaçılarımızın bir çoxu "Ləmbəli xalçası" və ya "Borçalı xalçası" hesab edirlər. == Bədii analiz == Qaymaqlı xalçalarının orta sahəsi ritmik təkrarlanan rombşəkilli naxışlarla doldurulmuş bir göldən, şaquli istiqamətdə uzanmış altıbucaqlı medalyondan ibarətdir. Gölün daxilindəki sərbəst sahələrə isə kiçik ulduzşəkilli naxışlar yerləşdirilmişdir. Bayram görkəmində olan bu xalaçaya gücləndirilmiş müxtəlif rənglər xüsusi görkəm verir. Qaymaqlı xalçalarının toxunması son dövrlər artdığına görə onlar özlərinin əvvəlki görkəmini itirmişlər. XIX əsrin əvvəlinə aid xalçalar həm görkəminə, həm də keyfiyyətinə görə sonralar toxunan xalçalardan çox fərqlənir. == Texniki xüsusiyyətlər == Bəzən sahəsi 4-5 kvadrat metrə çatan "Qaymaqlı xalçaları" əsasən kiçik ölçüdə olur. Nadir hallarda daha böyük ölçülü xalılara rast gəlmək olur.
Bozqır qartalı
Bozqır qartalı (lat. Aquila rapax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. == Qısa təsviri və yayılması == İri qartaldır. Rəngi qonurdur. Burun dəlikləri ovaldır. Səsi boğunuq çıxır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda miqrantdır. Burada Xəzər sahili boyunca uzanan düzənlik sahələrdə təsadüf olunur. Mart-aprel və sentyabr oktyabr aylarında görünür.
Kafr qartalı
Afrika qara qartalı (lat. Aquila verreauxii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Afrikada yaşayır. Növün latınca adı fransız botaniki və ornitoloqu Jül-Pyer Verronun şərəfinə adlandırılmışdır. == Arealı == Arealı Afrikada - Çad və Keniya Samburu Parkının cənubunda Finboş və Əjdaha dağları əraziləridir.
Məzar qartalı
Məzar qartalı (lat. Aquila heliaca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qanadları enli, böyük qartaldır. Ümumi rəngi tünd-qonurdur. Amma başında sarı “papağı”, çiyinlərində isə ağ xallar birləşib, uzunsov "güzgü" əmələ gətirib. Səsi it hürməsini xatırladır. == Yayılması == Avropada və Asiyada yayılıb, qışlamaq üçün Afrikaya qədər miqrasiya edir. Azərbaycanda dağətəyi sahələrdə nəsil verir, düzənlərdə qışlayır. == Yaşayış yeri və həyat tərzi == Qaya, yarğan və seyrək ağac olan sahələrdə nəsil verir.
Qan qartalı
Qan qartalı (qədim skandinav dilində - blóðörn) - Vikinqlər tərəfindən istifadə edilən edam növü. Edam məhkumun bel hissəsi yuxarıdan aşağıya doğru kəsilərək icra edilirdi. Qabırğalar onurğadan ayrılırdı və bununla da insan bədənində qartal qanadlarına bənzər iki yarım hissə yaranırdı. Edamın icrası ağciyərin çıxarılması ilə yekunlaşırdı. Qan qartalı Avropada icra edilən ən amansız edam növü hesab edilirdi. == Mənbə == Roberta Frank. "Viking Atrocity and Skaldic Verse: The Rite of the Blood-Eagle." The English Historical Review. Vol. 99, No. 391 Apr., 1984.
Qurney qartalı
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Qarabağlı
Qarabağlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Pənahəli xan Qarabağlı — Qarabağ xanlığının yaradıcısı. Mirzə Camal Cavanşir Qarabağlı — Tarixçi, Qarabağ xanlarının baş vəziri, Rizvan Qarabağlı — memar, memarlıq namizədi, Azərbaycan Memarlar İttifaqının üzvü. Telman Qarabağlı — erməni hüquqşünas, yazıçıKəndlər AzərbaycanQarabağlı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Qarabağlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Qarabağlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Qaradağlı
Qaradağlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Aydın Qaradağlı — Azərbaycan diktoru, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Vüqar Qaradağlı — müəllim, alim, jurnalist, Əməkdar jurnalist, BDU-nun dosenti. Həsənəli xan Qaradağlı — Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi. Kazım xan Qaradağlı — Qaradağ xanı (1730-1763). Aygül Qaradağlı — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Xanım Qaradağlı — diktor Aydın Qaradağlının qızı.Kəndlər Qaradağlı (Dərbənd) — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Qaradağlı (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Qaradağlı (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Qaradağlı (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Qaradağlı (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Qaradağlı (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd.
Qaradağlı (Qaradağlı, Ağdam)
Qaradağlı (digər tarixi adı Kolbasan; kəndin yerləşdiyi yerin tarixi adı Soltanqobu) — Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Qaradağlı Ağdam rayonunun Xaçın nahiyəsində kənd adı. Azərbaycanda (Beyləqan, Bərdə, Goranboy, Xocalı, Xocavənd, Tərtər, Ucar, Füzuli, Xaçmaz və Şəki rayonları) Qaradağlı kənd adları ilə mənşəcə eynidir. XV əsrdə Şah İsmayıl hakimiyyətə gələrkən hərbi qüvvə ilə kömək etmiş qızılbaş tayfalarından biri. Qaradağlı tayfasının adı əslən onların hazırda Cənubi Azərbaycan ərazisində yerləşən Qaradağ mahalından olmaları ilə bağlıdır. Səfəvilər hakimiyyətə gəldikdən sonra Şah İsmayıl hərbi xidmətinə görə bu tayfaya Azərbaycanın müxtəlif bölgələrində ərazilər bağışlamışdır. Bu kənd "Soltan qobu" adlı yerdə qaradağlı tayfasına mənsub yeddi ailənin məskunlaşması nəticəsində yaranmışdır. Bu kəndin digər tarixi adı da Kolbasan olub.XIX əsrin ikinci yarısında Ağdam rayonu ərazisində, Ağdam, Gülablı, Qaraxanlı və Kaqartlı kənd icmalarında dörd Qaradağlı adlı kənd vardı. == Tarixi == Qaradağlı kəndinə erməni quldurları bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir.
Aydın Qaradağlı
Qaradağlı Aydın Çingiz oğlu (20 avqust 1929, Quba – 28 yanvar 1980, Bakı) — Azərbaycanlı diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı. 1946-cı ilin dekabr ayının 18-dən Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləmişdir. Azərbaycan SSRin əməkdar atisti (1964), ürəklərə nüfuz edən, aydın, təmiz, cilalanmış, məlahətli səs sahibi idi. == Həyatı == Aydın Qaradağlı 20 avqust 1929-cu ildə Qubada anadan olub. 1944-cü ildə orta məktəbi, 1945-ci ildə Gəmiçilik məktəbini (Azərbaycan Dövlət Dəniz Akademiyasını) bitirib. 1946-cı il dekabr ayın 18-də Azərbaycan SSR dövlət radiosuna diktor vəzifəsinə işə qəbul olunmuşdur. 1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr məktəbini (aktyor ixtisası ilə), 1949-cu ildə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. 1951–1954-cü illər (1951-Gürcüstan SSR, 1952–1954-Rumıniya) Sovet Orsusunda xidmət edib. 1955-ci ildə Gültəkin xanım Cabbarlı ilə ailə həyatı qurub. 1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olur.
Aygül Qaradağlı
Aygül Qaradağlı (1 sentyabr 1959, Bakı) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aygül Aydın qızı Qaradağlı 1959-cu il sentyabrın 1-də Bakı şəhərində görkəmli diktor Aydın Qaradağlı və diktor Gültəkin Cabbarlının ailəsində doğulmuşdur. Xanım Qaradağlının kiçik, Vüqar Qaradağlının böyük bacısıdır. 1964-cü ildə tanınmış rəssam Güllü Mustafayeva "Bizim uşaqlar" silsiləsini yaradarkən Aygül Qaradağlının da şəklini çəkmişdir. Aydın Qaradağlının qızıdır.
Məhəbbət Qarabağlı
Məhəbbət Qarabağlı (tam adı: Məhəbbət İsmayıl oğlu Qarabağlı; 5 may 1941, Kəpənəkçi, Lüksemburq rayonu – 25 dekabr 2017) — Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı (1999-2005) == Həyatı == Məhəbbət Qarabağlı 5 may 1941-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində anadan olmuşdur. 1956-cı ildə kənd 8 illik, 1958-ci ildə isə Bolnisi rayon orta məktəbini bitirmiş və elə həmin il Bolnisi Rayon Xalq Maarifi Şöbəsinin əmri ilə doğma kənd 8 illik məktəbinə ibtidai sinif müəllimi təyin edilmişdir. Orada uğurla işləyərək iki il pedaqoji iş stajı topladıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul olunmuşdur. Çalışqanlığı və ictimai fəallığı ilə başqalarından seçilərək hələ birinci kursda ikən institutun Tələbə Elmi Cəmiyyətinə sədr seçilmişdir. Bir neçə dəfə qonşu ölkələrdə keçirilən tələbə elmi konfranslar çıxış edərək təhsil aldığı ali məktəbi təmsil etmişdir. Məhəbbət Qarabağlı 1966-cı ildə ali təhsilini başa vuraraq, təyinatla Mingəçevir şəhər 11 nömrəli orta məktəbə ixtisası üzrə müəllim göndərilmişdir. 1970-ci ildə şəhər 7 nömrəli 8 illik məktəbə, 1976-cı ildə isə şəhər 14 nömrəli orta məktəbə direktor təyin edilmişdir. 1976-1978-ci illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin qiyabi şöbəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1977-ci ildən Mingəçevir Şəhər Xalq Maarif Şöbəsinə rəhbərlik etmişdir. 1982-ci ildə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi sədrinin I müavini, 1990-cı ildə isə alternativ səsvermə yolu ilə Mingəçevir Şəhər Sovetinə sədr seçilmişdir.
Qarabağlı (Ağsu)
Qarabağlı — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Qarabağlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Qarabağlı (Qaraçöp)
Qarabağlı (rəsmi olaraq gür.: g.ə. წიწმატიანი, l.ə. tsitsmatiani) və yaxud Qaramanlı Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində məhəllə. 2023-ci il siyahıyaalınmasına əsasən məhəllədə azərbaycanlılardan ibarət 2500 nəfər (1352 nəfəri kişilər, 1148 nəfəri qadınlar) əhali yaşayır.
Qarabağlı (Salyan)
Qarabağlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 28 kilometr məsafədə yerləşən Qarabağlı kəndinin maraqlı tarixi var. Tarixi mənbələrdə göstərilir ki, Qarabağlı kəndi əsasən 1698–1700-cü illərdə Ağdam rayonunun Abdal və Gülablı kəndindən köçən ailələr tərəfindən formalaşmışdır. Bu fakt Qarabağlı kənd qəbristanlığında olan hicri tarixi ilə yazılmış baş daşlarında olan əski əlifba ilə yazılan yazılardan məlum olur. Sonradan 1845-ci illərdən, 1905-ci illərədək Şamaxıdan Kolanı tayfalarının bir hissəsi həm susuzluqdan bu ərazilərə yerləşmiş, həmdə qışlaqlarını burada salmışdır. 1948-ci ildə isə Stalinin əmri ilə Qərbi Azərbaycandan, yəni Ermənistanın Əzizbəyov rayonundan (keçmiş Dərələyəz mahalı, 18-ci əsrdə Qarababa adlanan sonralar Paşalı adlanan, əsasən Terp (Tarixi mənbələrdə Derp) və Tarp kəndləri) buraya 80–90 ailə köçürülmüş və burada onlara yaşayış evləri tikilmişdir.[mənbə göstərin] == Əhali üzrə inzibati bölgü == Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlər. 2009-cu il əhalinin siyahıyaalınması məlumatları əsasında Qarabağlı kəndinin cəmi əhalisi 8367 nəfər olub. === Birinci Qarabağ müharibəsi Şəhidləri === === Vətən Müharibəsi şəhidləri === Qasımov Elməddin Aqil oğlu (1999-2020) Daşdəmirov Elmar Seymur oğlu (2001-2020) Mustafayev Samir Elşən oğlu (1995-2020) Xanəlıyev Albaba Elşən oğlu (2002-2020) Şirəliyev Kənan Telman oğlu (2001-2020) == Təhsil == 15 sentyabr 2012-ci il tarixində rayonun Qarabağlı kəndində 480 şagird yerlik tam orta məktəb binasının açılıb. Ümumilikdə Qarabağlı inzibati vahidliyində 4 təhsil ocağı var. Qarabağlı-1 və Qarabağlı-2 saylı tam orta məktəb Qarabağlı kəndində yerləşir.
Qarabağlı (Samux)
Qarabağlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 667 nəfərdir. == Toponimikası == Yaşayış məntəqəsi Qarabağdan köçüb gəlmiş ailələrin məskun­laşması nəticəsində yaranmışdır. Oykonimlər "Qarabağdan olanlar, Qarabağdan gələnlər" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Qarabağlı (Xaçmaz)
Qarabağlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qarabağlı bələdiyyəsi
Qarabağlı bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Qarabağlı bələdiyyəsi (Şəki) — Şəki rayonunda bələdiyyə. Qarabağlı bələdiyyəsi (Salyan) — Salyan rayonunda bələdiyyə.
Qaradağlı (Ağdam)
Qaradağlı (Qaradağlı, Ağdam)
Rizvan Qarabağlı
Rizvan Sarı oğlu Babaşov (10 yanvar 1956, Şükürbəyli, Qaryagin rayonu) — Azərbaycan memarı, memarlıq namizədi, Azərbaycan Memarlar İttifaqının üzvü. == Həyatı == Rizvan Qarabağlı 10 yanvar 1956-cı ildə Füzuli rayonunun Şükürbəyli kəndində anadan olub. 1973-cü ildə Şükürbəyli kənd orta məktəbini bitirib. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun memarlıq fakültəsini memar ixtisası üzrə bitirib. 1990-cı ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insititunda baş laborant vəzifəsində elmi faliyyətə başlayıb və həmin ildə institutun aspiranturasına daxil olub. "Memar Kərbəlayi Səfixan yaradıcılığı və Qarabağın dini memarlığı" adlı namizədlik dissertasiyasını müdafiə edərək memarlıq namizədi elmi adına layiq görülüb. Hazırda həmin institutda aparıcı elmi işci vəzifəsində çalışır və "Qarabağ memarlığı" adlı doktorluq mövzusu üzərində işləyir. 1993-cü ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. == Fəaliyyəti == Rizvan Qarabağlının işlədiyi layihələr əsasında Füzuli rayonu ərazisində "Şəhidlər xatirəsinə abidə" kompleksi, "Heydər parkı", Xırdalan şəhərinin məzarlığında "Seyid Əşrəf məqbərə-məscid memarlıq kompleksi", eləcə də müxtəlif yerlərdə bir çox yaşayış binaları inşa olunub. == Əsərləri == Memar Qəzənfər Əlizadə.