Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quam
Quam (ing. Territory of Guam) — Sakit okeanında Marian adaları qrupuna daxil olan ən böyük və ən cənubuda yerləşəm adası. Quam Havay adalarının 5 min kilometr qərbində yerləşir. Hüquqi baxımdan muxtar statusa malikdir, eyni zamanda Amerika Birləşmiş Ştatlarının federal torpaqlarından hesab olunan Quamda ABŞ hərbi qüvvələrinin böyük bazası vardır. Portuqal səyyah Ferdinand Magellan 1521-ci ildə ispanlar tərəfindən Quama göndərilmişdir. Məqsəd ada və orada yaşayan yerlilər haqqında ətraflı məlumat toplamaq idi. Yerlilərin mənfi davranışları səbəbindən Magellan adada yaşayan xalqı Larones (vandallar) adlandırdığı ehtimal edilir. İspaniya 1565-ci ildə Quam adasının ona məxsus olduğunu rəsmən elan etdi; adada gəlmələrə qarşı başlanmış müqavimət qısa zamanda qırılıdı və 1668-ci ildən başlayaraq onlar İspaniya ağalığını tanımalı oldular. Quamda yaşayan yerli əhalinin zorla katoliklik məhzəbinə qəbul etdirilmişdir. 1898-ci ilə qədər Quam İspaniyanın nəzarətində qaldı.
Quaş
Quaş (Sulu boya) — daha çox sıx və tutqun yapışqanlı, suda həll olunan rəngli boya növüdür. Quaş termini əvvəlcə Fransada XVIII əsrdə yarandı, ancaq bu rəngin yaradılması texnikası çox-çox əvvəllər — orta əsrlərlərə Avropada istifadə olunurdu. Orta əsrlərlərə kitab miniatürləri artıq adi akvarellə kombinasiyada sulu boyayla yerinə yetirilirdi. İntibah dövrünün rəssamları eskizlər, kartonlar və başqa hazırlıq işlərləri üçün, həmçinin portret miniatürləri üçün sulu boyanın texnikasını tətbiq edirdilər. Sulu boyanın texnikasının çiçəklənməsi XIX əsrin sonu — XX başlanğıcına təsadüf edir. Rusiyada rəssamlar birliyinin "İncəsənət Dünyası" quaşın (sulu boyanın) dekorativ keyfiyyətlərindən istifadə edərək böyük sənət əsərləri yaratdılar. Quaş tipli rənglər ağ boyaqlara (ruşullara) rəngli piqmentlərin və yapışqanların əlavə edilməsiylə hazırlanır. Ağ rəngli sulu boya ilə (ruşulların) rəng qatışığından alınan quaşa tutqun rəng zərifliyi (lətifliyi) verir, amma boyadan istifadə zamanı onun qurudulması vaxtı bir qədər vaxt aparır ki, rəsm çəkmə prosesində hər bir rəssam bunu nəzərə almalıdır. Quaş tipli boyaların köməyi ilə tünd tonları işıqlı tonlarla əvəz etmək daha asan olur. Sulu boya işlənmiş (çəkilmiş) rəsm və ya təsvir rütubətli yerdə saxlanılan zaman daha daha tez rənglərin tonu dəyişir.
Quti
Quti Ernandez (isp. José María Gutiérrez Hernández, 31 oktyabr 1976, Madrid) – Quti adı ilə tanınan, İspaniyalı, peşəkar futbolçu. Hücumameyilli yarımmüdafiəçi kimi çıxış etmişdir. Hazırda isə furbol məşqçisi kimi fəaliyyət göstərir. Quti karyerası ərzində, demək olar ki, yalnız Real Madrid klubunda oynayıb. O burada 542 rəsmi oyunda iştirak edib və uzun müddət komandanın vitse-kapitanı olub. Quti Real Madriddə 15 titul qazanmağa nail ola bilib, bunlardan ən mühümləri üç dəfə UEFA Çempionlar Liqası qalibi və beş dəfə La Liqa çempionu olmaqdır. O, Real Madriddən sonra peşəkar karyerasını Türkiyənin Beşiktaş PFK klubunda davam etdirib. Quti, İspaniya milli komandası ilə 13 dəfə meydana çıxıb və 1999-cu ildə debüt edib. == Karyerası == === Real Madrid === Torrexon de Ardozda anadan olan Quti, 1986-cı ildən etibarən Real Madridin futbol akademiyasında oynamağa başlayıb.
Lotu Quli
Lotu Quli (Nadir Nəriman oğlu Səlifov; 28 avqust 1972, Məmişli, Dmanisi rayonu – 20 avqust 2020, Antalya) — qanuni oğru. == Həyatı == Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli" gürcü dilində "ürək" deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli" Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar") yaxın dost olub. "Otar"ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi" barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski"yə "oğru" adı verən "Nardaranlı Mirseymur" da qətlə yetirilir ki, bunu da indiyədək "Quli"nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvada kı "Abşeron" restoranında baş vermiş atışmada da "Quli" və "Lənkəranski" tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru"lar və kriminallar bu davada əsasən "Quli"ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası" sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan") alıblar. "Quli"nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.
Məhəmməd Quri
Muizəddin Məhəmməd Quri (fars. معز الدین محمد غوری; 1149 – 15 mart 1206, Qəzni) və ya Şihabəddin – 1149-cu ildə anadan olmuşdur. Qövr (Qur) vilayətində anadan olan Quri Şimali Hindistanı üzərində rəhbərlik edib. Quri Cənubi Asiya ölkələrində müsəlmanlığı yayan hərəkatın başçılarından olub. O Əfqanıstan, Banqladeş, İran, Hindistan, Pakistan, Tacikistan və Türkmənistan kimi Cənubi Asiya ölkələrində müsəlman dini təlim edib. O, həmçinin Xarəzmşahlar dövlətinin rəhbəri olaraq Qərbi Asiyada yerləşən Xorasanı işğal edib. Məhəmməd Quri 1149-cu ildə indiki Əfqanıstanın Quri şəhərində anadan olub. Ancaq dəqiq doğum tarixi haqqında məlumat yoxdur. Onun atası Baha al-Din Sam olub. O, o dövrdə Quri regionunda yerli qaydalar yaradanlardan biri hesab olunur.
Qufi (personaj)
Qufi (ing. Goofy) — 1932-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır. Əsası Art Bebbit tərəfindən qoyulmuşdur. Qufi hündür, insanabənzər it olaraq hazırlanmışdır. Volt Disneyin digər məşhur qəhrəmanları olan Minni Maus və Donald Dakın onun ən yaxın dostudur. Bir çox cizgi filmlərdə bacarıqsız və ağılsız kimi nümayiş olunsada bəzi səhnələrdə o, özünəməxsus unikal beyin və yaddaşa məxsus olduğunu tamaşaçılara bildirir. 1930-cu illərdə personajın orijinal adı "Dippy Dawg" idi. 1950-ci illərdəki filmlərdə "George Geef" və ya "G. G. Geef" adı verilmişdir. Sonrakı illərdə adı elə Qufi olaraq qalmışdır. Qufi ilk dəfə 25 may 1932-ci ildə "Mickey's Revue" qısametrajlı cizgi filmində görülmüşdür.
Quni (Urmiya)
Quni (fars. قوني‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 898 nəfər yaşayır (140 ailə).
Quri Sultanlığı
Qurilər — 1148-1206-cı illərdə Əfqanıstanın Qur əyalətində hökmranlıq etmiş sülalə. Bunlar müxtəlif zamanlarda Əfqanıstan, İran, Hindistanın müəyyən hissələrini özlərinə tabe etmişdilər. Həmin sülalədən olan hökmdarlar bunlardır: Qiyasəddin Məhəmməd (1162-1203) Şəhabəddin (Müizəddin və ya Məhəmməd Quri) (1203-1206) Qurilər Xarəzmşahlarla mübarizədə hakimiyyətdən məhrum oldular .
Quti Xatun
Quti Xatun — Elxanilər dövlətinin qurucusu Hülaku xanın arvadı. Hülaku xanın yeddinci oğlu Elxanilərin üçüncü hökmdarı (1282-1284) Əhməd Təkudar xanın anasıdır. Konkurat (monqol) qəbiləsindəndir. Qarabağlar türbəsi onun şərəfinə inşa edilmişdir.
Quti dövləti
Kuti — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno–siyasi birliklərdən biri. E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir.
Qazi Əhməd Qumi
Qazi Əhməd Qumi —Səfəvilər sarayında xidmət etmiş, xəttat, münşi və vəzir olmuş İran tarixçisi Qazi Əhməd Qumi (1549-təqribən 1606) dövrün Azərbaycan mədəniyyətinin araşdırılmasına yardım edə bilən, dəyərli məlumatlar verən orta əsr müəlliflərindəndir. Qazi Əhməd Qumi “Xülasət ət-təvarix”, “Gülüstani-hünər”, “Məcmə əş-şüəra” kimi məşhur əsərlərin müəllifidir. Qazi Əhməd Qumi 1546-cı il mayın 17-də (hicri tarixi ilə 953-cü il rəbi əl-əvvəl ayının 18-də) İranın Qum şəhərində anadan olmuşdur. Qazi Əhmədin nəsli Qum şəhərindəndir. Ona görə də Qazi Əhməd “Qumi” nisbəsi daşımışdır. Qazi Əhməd Qumi ata tərəfdən ulu babaları Qumun zadəgan və nücəbalarından hesab olunurdular. Qazi Əhməd öz ulu babası Qazi Şərəfəddin Əbdülməcid Qumi haqqında yazır ki, o, 1497-ci ildə sonuncu Ağqoyunlu padşahlarının hakimiyyəti dövründəki iğtişaşlar zamanı Qum şəhərinin darvazalarını Eybə Sultanın qoşunları üçün açmaqdan imtina etdiyinə görə ailəsi ilə birlikdə öldürülmüşdür. Qazi Əhmədin ana tərəfdən babası Ağa Kəmaləddin Hüseyn öz dövrünün nüfuzlu şəxsiyyətlərindən olmuş, Qumda məşhur olan “Hüseyniyyə” adlı dərviş zaviyyəsinin əsasını qoymuşdur. Qazi Əhməd öz əsərlərində “Mir Münşi” təxəllüsü ilə tanınan atası Mir Şərəfəddin Hüseyn əl-Hüseyninin adını bir neçə dəfə çəkir. Mir Şərəfəddin 1508 -ci il iyul ayının 16-da (hicri tarixi ilə 914-cü il rəbi əl-əvvəl ayının 17-də) Qum şəhərində anadan olmuş və Herat şəhərində Şah I İsmayılın oğlu, Xorasanın naibi Sam Mirzənin dəftərxanasında münşi vəzifəsində çalışmışdır.
Quan İnin Metodu
Quan İnin Metodu — Cənub-Şərqi Asiyada, xüsusilə də Tayvanda qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Bu dini hərəkat əslən Vyetnamdan olan və özü özünü Ali Usta adlandıran Çinq Hay tərəfindən təsis edilmişdir. Quan İnin davamçıları Tanrının varlığını dərk etmək üçün daxili işığa və daxili səsə əsaslanan meditasiyaları təcrübədən keçirirlər. Onlar öz fəaliyyətlərini dünyada ən böyük vegetarian biznesi sayılan “Loving Hut” beynəlxalq restoranlar şəbəkəsi ilə pərdələyirlər. Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh. 13.
Quli-Malik döyüşü
Quli-Malik və ya Quli-Malik gölü yaxınlığında döyüş — Səfəvi imperiyasının dəstəklədiyi Baburla Şeybanilər arasında artıq uzun müddətdir davam edən mübarizənin kulminasiya nöqtəsini təşkil edən döyüş. Döyüş Buxara yaxınlığında, Quli-Malik gölü yaxınlığında baş vermişdir. 1501-ci ildə yaradılmış Səfəvi dövləti çox sürətlə böyüməyə başlamışdı. Bu böyümə sayəsində dövlət elə bir yerə çatdı ki, artıq 1505-1506-cı illərdən etibarən Mərkəzi Asiyaya nüfuz etməyə başladı. Bu nüfuz prosesi 1510-cu ildə baş vermiş Mərv döyüşündə Şah İsmayılın Şeybani xanı məğlub etməsi ilə nəticələndi. Mərkəzi Asiyauğrunda Şeybani-Səfəvi rəqabəti isə hələ bundan sonra da davam etdi. Lakin bir müddət Səfəvi imperiyası Şeybanilərə qarşı Teymuri irsinə sahib çıxmağa çalışan və o sülalədən olan qanuni hökmdar Babura dəstək verməklə məşğul oldu. Şeybani xanın 1510-cu ildə ölümündən sonra Şeybanilər daxilində ara çəkişmələri başladı. Üsyanlar və daxili qarışıqlıqdan istifadə edən Babur hücuma keçərək 1511-ci ilin əvvəllərində Hisar adlanan bölgəni ələ keçirdi. Baburun hücumu zamanı bir çox insan onu Mavəraünnəhrin qanuni hökmdar hesab edərək onun ordusuna qatıldı.
Quri hökmdarlarının siyahısı
Quri hökmdarlarının siyahısı — 1148–1206-cı illərdə Əfqanıstanın Qur əyalətində hökmranlıq etmiş sülalə. Onlar müxtəlif zamanlarda Əfqanıstan, İran, Hindistanın müəyyən hissələrini özlərinə tabe etmişdilər. Mavi sətirlər, Qəznəvilərin vassallığında olan hökmdarları göstərir. Sarı sətirlər, Səlcuqların vassallığında olan hökmdarları göstərir. Yaşıl sətirlər, Xarəzmşahların vassallığında olan hökmdarları göstərir. Yaşıl sətirlər, Qəznəvilərin vassallığında olan hökmdarları göstərir.
Quti Xatun məqbərəsi
Quti Xatun Məqbərəsi — orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi XIV əsrdə Qarabağlar memarlıq kompleksində inşa edilmişdir. Tədqiqatçıların fikrincə, kompleksin qoşa minarələrini bağlayan baştağın (monqol hökmdarı Sultan Əbu Səidin 1316–35 dövründə tikilmişdir) üzərində Elxanilər sülaləsinin və dövlətinin banisi Hülaku xanın arvadı Quti xatunun adının yazılması məqbərənin onun şərəfinə inşa olunduğunu göstərir. Bax Qarabağlar türbəsi. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 288. ISBN 5-8066-1468-9.
Şeyx Abbas Qumi
Şeyx Abbas Qumi (1875, Qum – 21 yanvar 1941, Nəcəf) — İlahiyyatçı alim. Şeyx Abbas Qumi hicri 1294-cü ildə (1877) İranın Qum şəhərində anadan olmuşdur. Şeyx Abbas Qumi hicri 1359-cu ildə (1940) İraqın Nəcəf şəhərində vəfat etmişdir. Məfatihul-cinan. Beytül-əhzan. əl-Kuna vəl Əlqab Zübdətul-əhadis Şeyx Abbas Qumi, Məfatihul-cinan, mütərcim: Zəfər Cəfərzadə, Daneşe hamedun, Bakı, 2006, 5000 tiraj, 1232 səh.
Əhməd Azəri Qumi
Əhməd Azəri Qumi Bəydili — Şiə ruhani, fəqih və siyasətçi.O, həmçinin İranın Ekspertlər məclisinin üzvü idi. 1925-ci ildə Qumda dünyaya gəlmişdir.
GUAM
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat və ya qısa şəkildə GUAM — Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın üzv olduğu regional təşkilat. 1997-ci il oktyabrın 10-da yaradılmışdır. 1999–2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olmuşdur. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir. == Yaranması == GUAM — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə, Strasburqda Birgə Kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlamışdır. Kömmunikedə prezidentlər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf elətdirilməsinin vacibliyinin vurğulamışlar. 7 iyun 2001-ci ildə Yaltada təşkil olunmuş GUAM-ın ilk zirvə toplantısı onun beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynamışdır. Dövlət başçılari tərəfindən imzalanmış GUAM-ın "Yalta Xartiyası" iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirmişdir. 22 may 2005-ci il tarixində GUAM-ın Kişinyovda keçirilmiş zirvə toplantısı üzv-dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş etdirmişdir. Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətinə dair birgə mövqedən çıxış etmişlər və bununla əlaqədar GUAM Xarici İşlər Nazirləri Şurasına müvafiq qərar vermişlər.
Təzəkənd-i Hasil-i Qubi (Qoşaçay)
Təzəkənd-i Hasil-i Qubi (fars. تازه كندحاصل قوبي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (36 ailə).
Güni (Mahnişan)
Güni (fars. گوني‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (62 ailə).
Mirzə Kərim Şüai
Mirzə Kərim Şüai (?-1894) — XIX əsr Azərbaycan şairi. Firudin bəy Köçərli Mirzə Kərim Şüai haqqında yazır: Mirzə Kərim "Şüai" təxəllüs əslən Dərbəndin cənub tərəfindən — Kürə nahiyəsində Üşdül qəryəsindən İsrafil adında bir şəxsin oğludur. Məzkur mahalda polkovnik Sultan Əhməd bəy ki, o mahalın maliki-riqabı hesab olunurdu, Mirzə Kərimi öz yanında müsəlmani mühərrirliyinə götürüb, hər yerə gedəndə öz yanınca aparardı. Hətta Şeyx Şamilin davasında Mirzə Kərimə əvvəlinci çin və medal verdiribdir. Sonralardan məzkur Sultan Əhməd bəy Dərbənddə sakin olduğu üçün Mirzə Kərimin atası İsrafil öz əhlü əyalı ilə köçüb Dərbəndə gəlibdir və orada cənab polkovnikin zilli-himayətində dolanırdı. İttifaqən Sultan Əhməd bəy övzayi-zəmanədən təngə əlib, özünü qətlə yetirdi və Mirzə Kərim öz vəliyyün-neməsinin qətlindən bir növ müttəhim olub Sibirə göndərildi və neçə illər orada qalıb, imperaturi-əzəm tərəfindən fərmani-humayun sadir olmağa görə, mürəxxəs olub, dübarə Dərbəndə müraciət elədi. Artıq fəhmü zəkavət sahibi olmağa görə, Rusiyada qaldığı zaman rusca oxumağı və yazmağı ləyaqətincə kəsb etmişdi. Sibirdən qayıdandan sonra Dərbənddə nəcib familiyadan təəhhül ixtiyar edib, əziz və möhtərəm şəxslərdən biri oldu və məhəllə rəisi (kvartalnı) mənsəbinə nail olub, xoş güzəran edərdi və sakin olduğu məhəllənin şəbih ümuratına mübaşir olub, məscidi-camedə şəbih gətirmək həm ona mühəvvəl olmuşdu. Şüai şəbih büsatına dair mükalimələr yazıb, mərsiyələr inşa etmişdir və bunlardan əlavə bir kitab hürufi-heça qafiyəsində təlif edib, öz həyatında birinci dəfə çap etdiribdir. Çifayda, o kitabı ələ gətirmək bizə məqdur olmadı.
Azərbaycan-GUAM münasibətləri
GUAM iştirakçılara Avropa İttifaqı və NATO ilə yaxınlaşmaq üçün qarşılıqlı əməkdaşlıqdan istifadə etməyə kömək etmək üçün yaradılmışdır. GUAM ölkələri Rusiyanın regionda ekspansionizminin qarşısını almaq istəyi ilə bağlı formalaşdırılmış ortaq birlik rolunu oynayır Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatında strateji rolu var. Beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə əlaqələrin genişləndirilməsi Azərbaycanın marağındadır. == Tarix == Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın əməkdaşlığı 1996-cı ildə Avstriyanın paytaxtı Vyanada başlayıb və burada dörd dövlət ümumi məqsəd və təşəbbüslər irəli sürüb. 1997-ci ildə Avropa Şurasının Zirvə görüşü zamanı bu dövlətlərin prezidentləri regional əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirdilər. 1999-cu il aprelin 24-də GUAM daha bir üzv dövlət - Özbəkistan tərəfindən genişləndirildi və adı GUÖAM olaraq dəyişdirildi. 11 sentyabr terror aktı Özbəkistanın GUAM-dakı üzvlüyünü dayandırmaq qərarına təsir etdi. 2006-cı ildə adı dəyişdirilərək Demokratiya və İqtisadi İnkişaf Təşkilatına çevrildi. == Heydər Əliyev və GUAM == Heydər Əliyev GUAM-ın 1999-cu ildə Vaşinqton, 2001 və 2002-ci illərdə Yalta sammitlərində iştirak etmişdir. Onun sözlərinə görə, təşkilat coğrafi prinsiplərə və ən çox da Transqafqaz magistralı ilə əməkdaşlığa böyük önəm verir və üzv ölkələrin iqtisadi məqsədlərinə xidmət edir.
Fuad
Fuad (ərəb. فؤاد‎) — ərəb dilində "ürək" mənasını verən kişi adı. Bu adı olan tanınmış şəxslər Fuad Poladov — Azərbaycan aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcılsənətkarlarından biri Fuad Aslanov — azərbaycanlı boksçu. Fuad Əliyev Fuad Əliyev (siyasətçi) — siyasətçi Fuad Əliyev (akademik) — kimya elmləri doktoru, professor, 2014-cü ildən AMEA-nın həqiqi üzvü (akademik).
Fuci
Fuci (富士山 Fuci-san) və ya Fuciyama "müqəddəs dağ") Yaponiyada yerləşən, hündurluyü 3777 metr olan yatmış vulkan. Burada həmçinin Yaponiyanın ən uca zirvəsi yerləşir. Bu sonuncu dəfə burada vulkan 1707–1708 illərə təsadüf etmişdir. Fuci dağı yaponların ən çox ziyarət etdiyi məkandır.
Le-Qüa (İzer)
Le-Qüa (fr. Le Gua) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38187. Kommunanın 2012-ci il üçün əhalisi 1839 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 340 ilə 2161 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Audi
Audi AG ([ɑʊdɪ]) — avtomobillər istehsalında ixtisaslaşan Volkswagen Group konsernində Audi markası altında Almaniya avtomobil istehsalçısı. Baş ofis Inqolştadtda (Almaniya) yerləşir. Sloqanı Vorsprung durch Technikdir ("Texnologiya ilə tərəqqi"). 2016-cı ildə istehsal həcmi 1,903,259 avtomobil təşkil edib. 2012-ci ildə Alman avtomobil mütəxəssisləri Audini ən yaxşı istifadə edilən avtomobil kimi qiymətləndirdi. == Tarixi == Audi DKW, Horch, Audi və Wanderer markaları altında avtomobil və motosiklet istehsal edən dörd şirkətin birləşməsi nəticəsində meydana gələn Auto Union birliyininin davamçısıdır. Dəyişikliklər nəticəsində yalnız Audi markası qalmışdır. İlk Wanderer avtomobili 1913-cü ildə çıxdı, ilk öz müəssisəsi isə (Horch & Co.) 1899-da təşkil edilən və kreditorlar işdən çıxdıqdan sonra 1909-cu ildə isə Audi ortaya çıxdı. 1910-cu ildə ilk avtomobil istehsal olundu. Almancadan tərcümədə Horx (Horch) "qulaq asmaq" deməkdir.
BuBi
"BuBi" (rəsmi olaraq: MOL BuBi) — Macarıstanın Budapeşt şəhərində velosiped paylaşma şəbəkəsidir. Adı, Budapeşt və Bicikli (macar dilində velosiped) sözlərindən yaradılmış və "baloncuq" mənasını verir. 2019-cu ilin may ayına kimi şəbəkə 143 dok stansiyadan və 1846 velosipeddən ibarət idi. == Tarixi == BuBi layihəsi Budapeşt Bələdiyyəsi tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu layihə üçün kapital qoyuluşu təqribən 900 milyon HUF (təxminən 3 milyon €) təşkil edir. Bu məbləğin 85% -i Avropa Birliyi, qalan 15% -i isə yerli hökumət tərəfindən ödənilir. Təxminən 250 milyon HUF (təxminən 800.000 €) illik əməliyyat xərcləri ən böyük inteqrasiya edilmiş neft və qaz qrupu olan MOL tərəfindən ödənilir və Macarıstanda bir yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir, buna görə də layihə "MOL Bubi" adlandırılmışdır. Təchizat və proqram təminatı və velosipedləri özündə birləşdirən Nextbike-nin velosiped paylaşma sisteminin həyata keçirildiyi hər yerdən fərqli olaraq Budapeştdə bu sistem Nextbike tərəfindən idarə edilmir. Budapeştdə bu sistem T-Systems və Csepel tərəfindən idarə olunur. Normalda nextbike-nin velosiped paylaşma sisteminin digər tətbiqlərində velosipedlər Nextbike-nin öz istehsal salonuna toplanaraq dünyaya çatdırılır, lakin Budapeştdə velosipedlər Macar velosiped istehsalçısı Csepel tərəfindən istehsal olunur və yığılır.
Cudi
Husi
Husilər və ya rəsmi adı ilə Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş təşkilat. Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husiyə görə verilmişdir. 2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004-cü ildə silahlı iğtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
Budi
Budi (ukr. Буди, rus. Буди) — Ukraynanın Xarkov vilayətinin Xarkov rayonunda yerləşən kənd tipli yaşayış məntəqəsi. Merefanın sol sahilində, Donun drenaj hövzəsində yerləşir. 2022-ci ilin məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 5,829 nəfərdə ibarətdir. 2024-cü ilin 26 yanvar tarixinədək Budi şəhər tipli qəsəbə statusuna malik olub. Həmin tarixdə isə yaşayış məntəqəsinin şəhər tipli qəsəbə statusu ləğv edilərək, kənd tipli yaşayış məntəqəsi statusuna çevirilmişdir.
GAAP
Ümumi qəbul olunmuş mühasibat uçotu prinsipləri (ing. Generally Accepted Accounting Principles, GAAP) — milli qanunvericiliyə uyğun olaraq hər ölkədə tətbiq olunan milli mühasibat standartları (məsələn, Rusiya GAAP termini var). Bir qayda olaraq, GAAP qısaltması, fərqli praktik vəziyyətlər üçün mühasibat prosedurunun ətraflı tənzimlənməsindən fərqli bir xüsusiyyəti (xüsusən də Beynəlxalq Maliyyə Hesabatı Standartları, BMHS) olan ABŞ GAAP-a istinadla istifadə olunur. 2008-ci ilin avqust ayında ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) beynəlxalq maliyyə hesabat standartlarına keçid və ABŞ GAAP-dan imtina üçün təklif olunan bir yol xəritəsini (ing. proposed roadmap) təqdim etdi. Xarici şirkətlərin IFRS hesabatını SEC-ə təqdim etmələrinə icazə verilir. Bununla birlikdə, 2011-ci ilin fevral ayında SEC, BMHS-nin Amerika hesabatına tətbiq edilməməsi barədə qərarı ehtiva edən başqa bir sənəd yayımladı: Boeing, Pepsico və digər şirkətlərin tələbi ilə beynəlxalq standartların məcburi tətbiq olunması üçün son tarixlər 2015-2016-cı illərə köçürüldü. Bütün Amerika şirkətlərindən ABŞ-də qızıl mühasibat standartı hesab olunan GAAP-a uyğun olaraq maliyyə hesabatlarının yayılması tələb olunur, çünki bu, sui-istifadəni minimuma endirir və hesabat istifadəçilərinin hədəflərinə uyğun gəlir. BMHS-nin əleyhdarları arasında McDonalds kimi bir çox Amerika şirkəti var ki, bu sistemə keçid nisbətən kiçik fayda ilə müqayisədə yüksək xərclərlə əlaqələndirilir. BMHS tətbiqinin tərəfdarları, sponsorluq edən və IFRS standartlarının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən Böyük Dördlərdir (KPMG ümumiyyətlə FASB-nin IASB ilə tamamilə əvəz edilməsini təklif etmişdir).
Qaan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.