Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alatau qaramalı
Alatau qaramalı — Qırğızıstan və Qazaxıstanda yaradılmış südlük-ətlik qaramal cinsi. Yerli cinsin şvis və Kostroma cinsləri ilə cütləşdirilməsindən alınmışdır. == Xüsusiyyəti == Konstitusiyası möhkəmdir; yüksək dağ otlaqlarına uyğunlaşmışdır. Rəngi qonur, burnunun və közlərinin ətrafı açıq rənglidir. 4,000–5,000 kiloqram (bəziləri 10,222) süd verir. Südün yağlılığı 3,8–3,9%, bəzən 5% olur. İnəklərin diri çəkisi 500–550 kiloqram, buğalarınkı 700–800 kiloqramdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Алатауская порода // Qazaxıstan Milli Ensiklopediyası. — Almatı: Qazax ensiklopediyası, 2004. — Т. I. — ISBN 9965-9389-9-7.
Ayrşir qaramalı
Ayrşir qaramalı (ing. Ayrshire cattle) — südlük qaramal cinsi. == Xüsusiyyətləri == Rəngi ala-qırmızıdır. İnəklərin diri çəkisi 450–500 kiloqram, buğalarınkı 650–750 kiloqram olur. İldə 3500–4000 kiloqram süd verir, lakin bəzilərində buu rəqəm 10 min kiloqramdan çoxdur. Südün yağlılığı 4–4,5%-dir. == Tarixi == XVIII əsrdə Şotlandiyanın Ayrşir qraflığında yerli heyvanları Hollandiya və Şorthorn cinsləri ilə yaxşılaşdırmaq yolu ilə yetirdirilmişdir. Kanada, ABŞ, Finlandiya və Avstraliyada geniş yayılmışdır. Rusiyada Moskva, Novqorod, Kalininqrad və Kursk vilayətlərində, həmçinin Kareliyada saxlanılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Айрширская порода / Н. И. Стрекозов, В. И. Сельцов // А — Анкетирование.
Bestujev qaramalı
Bestujev qaramalı — südlük-ətlik qaramal cinsi. XIX əsrin I yarısında indiki Ulyanovsk vilayətində sahibkar S.P. Bestujev və onun ardıcılları tərəfindən yerli inəklər Şorthorn, Hollandiya, daha sonra Simmental, Vilstermarş və bəzi digər cinslərin buğaları ilə mürəkkəb damazlıq cütləşdirilməsi üsulu ilə alınmışdır. Rəngi, əsasən, qırmızıdır; bəzilərinin başında, döşündə və qarnında ağ ləkələr olur. İnəklərin kütləsi 480–550 kq, buğaların kütləsi 1000 kq-adəkdir. Damazlıq sürülərdə laktasiya dövrü (305 gün) zamanı sağım təqribən 4000 kq olur; südün yağlılığı 3,8–3,9%-dir. Bestujev qaramalı iqlimə yaxşı uyğunlaşır, davamiyyətli məhsuldarlığa malikdir. Rusiya Federasiyasının Başqırdıstan Respublikasında, Tatarıstan Respublikasında, Ulyanovsk və Samara vilayətlərində geniş yayılmışdır. Rusiya Federasiyasında südlük mal-qaranın ümumi sayının təqribən 2%-ini təşkil edir.
Kuramalı (Germi)
Kuramalı (fars. كورامالو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 583 nəfər yaşayır (114 ailə).
Qaramanı-Türkmanan
Türkmən (qədim adı Qaramanı-Türkmanan) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Tarixdə bu yer Qaramanı-Türkmanan adlanmışdır.
Qurmalı silah
Qurmalı silahı (Bolt action), qundağa bağlanma yerinin qarşısında, patron yatağının arxasında və tətiyin üstündə və tüfəngdən istifadə edən şəxsin əli tərəfdə (ümumiyyətlə sağda) yerləşən bir qurma qolu ilə atəş açmaq üçün hazırlanan odlu silah növüdür. İkinci dünya müharibəsi dövrünə qədər (İkinci Dünya Müharibəsində müharibəyə qatılmış bütün ordular ABŞ-dən başqa əsasən Bolt Action silahlarına sahib idi və bu silahlardan başqa əsgərlərini pulemyot və tapança ilə silahlandırırdılar) ikidən artıq patron götürə bilən piyada tüfənglərində seçilən və düzəldilməsi mümkün olsa da, müasir dövrdə artıq ordularda az atış tutumuna ehtiyac duyan (məsələn, snayperlər) və ov ilə ovçunun mümkün qədər bərabər olmasını təmin edən ovçular tərəfindən sevilir. Yarım avtomatik yivli silahları dəqiq atış qabiliyyətinə malik olan şəkildə dizayn etmək də asan məsələ olmadığından, Bolt actionlar daha ucuz və daha yüksək vuruş dərəcələri olan modellər şəklində istehsal olunurlar. Bundan əlavə, bu sistemin çox xarizmatik və gözəl olduğunu düşünən mülki atıcılar (xüsusən ovçular) yarı avtomatik silahla yırtıcının ard-arda vurulmasının həm etikaya uyğun olmadığını, həm də əyləncəli olmadığını nəzərə alaraq bu sistemi seçirlər. Hal-hazırda Türkiyədə yarı avtomatik yivli ov tüfənglərinə daşıma sənədi verilmir, məhz buna görə yivli silahlar ilə ova çıxmaq istəyən şəxslər yalnız Bolt action modelləri ilə qanuni olaraq ova çıxa bilirlər.
Sərt quramat
Qurama tikmə
Qurama tikmə (türk. kırkyama, özb. kurok, kurama, ing. patchwork, rus. лоскутное шитьё) - qədim tikmə növüdür, müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn bu tikmə üsulu. Məişətdə istifadə olunur və dekorativ əhəmiyyət daşıyır. Örtüklər, yorğanlar, yastıqçalar, salfetlərin və s. üzünü bu tikmə ilə bəzəmək olar. Bu növ tikmədə həndəsi elementlərdən daha çox istifadə edilib. Onlara ən çox Abşeronda, Gəncədə, Qazaxda və Gədəbəydə rast gəlmək olar.
Aberdin-Anqus qaramalı
Aberdin-Anqus qaramalı (ing. Aberdeen Angus) — tezyetişən ətlik qaramal cinsi. == Tarixi == Şotlandiyada yetişdirilmişdir. İngiltərə, Yeni Zelandiya, ABŞ, Kanada, Argentina və s. ölkələrdə əsas qaramal cinslərindəndir. 1932-ci ildə SSRİ-yə gətirilmişdir. Rusiyada əsas damazlıq təsərrüfatı Volqoqrad vilayətindədir. Azərbaycanda yerli cinsləri yaxşılaşdırmaq üçün istifadə olunur. == Xüsusiyyəti == Ayaqları qısa, rəngi qaradır. Buynuzsuzdur.
Köhnə Qaramalı (Auırqazı)
Köhnə Qaramalı (başq. Иҫке Ҡарамалы, rus. Ермолаевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Çuvaş Qaramalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 10 km.
Köhnə Qaramalı (Avurğazı)
Köhnə Qaramalı (başq. Иҫке Ҡарамалы, rus. Ермолаевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Çuvaş Qaramalı): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 10 km.
Aral dənizinin quruması
Aral dənizinin səviyyəsinin aşağı düşməsi— 20-ci əsrin ikinci yarısında Aral dənizinin su həcminin 90%-nin itirilməsi və onun yerində Aralqum səhrasının yaranması ilə bağlı antropogen-təbii ekoloji fəlakətdir. Müasir alimlərin hesablamalarına görə, Aral dənizinin səviyyəsinin azalmasına antropogen amillərin təsiri 70%-dən çoxdur. Aral bölgəsində kənd təsərrüfatının inkişafı, ilk növbədə suvarılan sahələrdə pambıqçılığın intensiv becərilməsi ilə əlaqədar kəskin tənəzzül başlandı. Əkin sahələrini suvarmaq üçün 1960-cı illərə qədər Aral dənizini qidalandıran Amudərya və Sırdərya çaylarının bütün su ehtiyatı paylanmışdı, çoxsaylı su anbarları və kanallar su təchizatı və buxarlanma arasında balansı pozdu. 1985-1986-cı illərdə dəniz səviyyəsi 53 m-dən 41 m-ə (Baltik dənizinin səviyyəsinə nisbətən) düşdü, Berq boğazı qurudu, Aral iki müstəqil su anbarına - Böyük və Kiçik su anbarına bölündü. 2002-ci ilə qədər səviyyə daha 10 m aşağı düşdü, 2006-cı ildə Böyük Aral dənizindən dərin su hissəsi - keçmiş Tşe-Bas körfəzi ayrıldı. 1960-2009-cu illər arası Aral dənizinin sahəsi 67,499 km²-dən 6,700 km²-ə qədər azaldı. Ümumdünya Meteorologiya Assosiasiyasının məlumatına görə, Aral dənizinin quruması 20-ci ən böyük antropogen ekoloji böhranlarından biridir. Dənizin keçmiş sərhədlərindən 100 km-ə qədər radiusda iqlim kəskin kontinental xarakter almış, yağıntıların miqdarı bir neçə dəfə azalmış, tuqay meşələri məhv olmuş, 130-dan çox heyvan və 30 növ balıq yox olmuşdur. Toz fırtınaları quru dəniz yatağından qumu və orada yığılmış kimyəvi çirkləndiriciləri uzun məsafələrə aparır.
Ağbaş Qazaxıstan qaramalı
Ağbaş Qazaxıstan qaramalı — ətlik qaramal cinsi. Qazax və kalmık inəklərinin Hereford buğa cinsi ilə cütləşdirilməsindən alınmışdır. Konstitusiyası möhkəm, ətlik keyfiyyəti yüksəkdir; otlaq şəraitində yaxşı kökəlir. Ağbaş Qazaxıstan qaramalının rəngi, əsasən, qırmızı, başı, döşü, qarnı, ayaqlarının aşağı hissəsi və quyruğunun ucu ağ olur. İnəklərin diri çəkisi 540–560 kq, buğalarınkı 850–1000 kiloqramdır. İnəkləri ildə 1300–1700 kq süd verir; Rusiyanın Orenburq, Volqoqrad və Saratov vilayətlərində də yetişdirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Бугримов Е. И., Казахская белоголовая порода крупного рогатого скота, М., 1952. Акопян К., Казахский белоголовый скот на Юго-Востоке СССР, Чкалов, 1956. Скотоводство. Крупный рогатый скот, т.
Ağbaş Ukrayna qaramalı
Ağbaş Ukrayna qaramalı — südlük cins. XIX əsrdə Ukraynada yerli Polesye inəklərinin Hollandiya qaramal cinsi buğaları ilə cütləşdirilməsindən alınmışdır. Əsasən, qara və qırmızı rənglidir. Əksəriyyətinin başı, boğazının, qarnının altı, ayaqları və quyruğunun ucu ağ olur. İnəkləri ildə 2500–3000 kiloqram, ən yaxşıları 4000–4500 kiloqram süd verir; südünün yağlılığı 3,6–3,7%-dir. İnəklərin diri çəkisi 400–450 kiloqram, buğalarınkı 800–900 kiloqramdır. Ukraynanın Kiyev, Jitomir, Vinnitsa və Xmelnitski vilayətlərində yetişdirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Рабоче-мясной скот // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Çuvaş Qaramalı (Avurğazı)
Çuvaş Qaramalı (çuvaş Чăваш Хурамалĕ, başq. Сыуаш-Ҡарамалы) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 25 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 7 km.
Çayların quruması və donması
Gurakani
Böyük Moğol İmperiyası (fars. گورکانیان‬‎, translit. Gūrkāniyān; urdu مغلیہ سلطنت‬, translit. Mughliyah Saltanat) və ya Baburlu İmperiyası (fars. امپراتوری مغولی هند‎, translit. Empīrāturī-ye Moġolī-ye Hend) — 1526–1859-cu illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti. Moğollar türk idilər. "Moğol" adı onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Baburlu imperiyasının hökmdarları şah, xan, xaqan və padşah titulları daşıyırdılar. Qərbdə (Avropada) isə Baburlu xanları "Monqol (moğol) imperatoru" olaraq bilinirdilər.
Qaramani
Qaramani — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Həbib Qaramani Cəbrail b. Molla Məhəmməd əl-Qaramani 1204/1790-cı - Əsəri Fransa Milli Kitabxanasında qorunur.
Qarağacı
Qarağacı (əvvəlki adı: Qarahacı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mirzəcəfərli kənd inzibati ərazi dairəsi tərkibindəki Qarahacı kəndi Qarağacı kəndi adlandırılmışdır.
Bulamacı
Bulamacı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Bulamacı (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd.
Amerika qarağacı
Amerika qarağacı (lat. Ulmus americana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Araz qarağacı
Ulmus minor subsp. minor (lat. Ulmus minor subsp. minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinın kiçik qarağac növünə aid bitki yarımnövü. == Təbii yayılması == Yabanı halda Şimali İranda və Qafqazda bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan ağacdır. Zoğları əvvəlcə sıx tüklü olur, sonralar tədricən tüksüzləşir, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqları uzunsov, ellipsvari və ya tərs-oval formalı, dərivari, üst tərəfdən çılpaq, parlaq, yaşıl, alt tərəfdən açıq-yaşıl, məxməri tüklüdür. Ayanın kənarı tam və ya enli, küt dişli, qaidəsi ürəkvari və ya zəif pazvari, üçbucaqlı və ya sivridir. Yarpaqların saplağı 0,5–1,5 sm uzunluqdadır.
Həbib Qaramani
Həbib Qaramani (Niğdə ili – 1497) — XV əsr xəlvəti şeyxlərindən biri. Soyunun ata tərəfdən Ömərə, ana tərəfindən isə Əbu Bəkrə çatdığı söylənilir. == Həyatı == Həbib Qaramani Qaramanda, Niğdə yaxınlığında, Ortaköy qəsəbəsində doğulmuşdur. O zaman Niğdə Qaramana bağlı olduğundan Qaramani nisbəsini almışdır. Təhsilini tamamladıqdan sonra Sultan Rüknəddin mədrəsəsində müdərrislik etmişdir. Daha sonra Bakıya gələrək Seyid Yəhyaya intisabla tam 12 il onun yanında olmuşdur. Seyri-sülukunu tamamlayaraq icazə və xilafətlə şeyxinin əmri üzərinə Anadoluya xidmət üçün göndərilmişdir. Şeyx Həbib əfəndi uzun müddət Ankarada qalmışdır. Burada Hacı Bayram Vəlinin qəbrini ziyarət etmiş, Ağşəmsəddinlə də bir müddət münasibətdə olmuşdur. Ayrıca Kayseridə Şeyx İbrahim Tənnuri və Nəqşibəndilik təriqəti xəlifələrindən Əmir ilə söhbət etmişdir.
Qarağacı (Bərdə)
Qarağacı (əvvəlki adı: Qarahacı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mirzəcəfərli kənd inzibati ərazi dairəsi tərkibindəki Qarahacı kəndi Qarağacı kəndi adlandırılmışdır.
Qarağacı qəbiristanlığı
Qarağacı qəbiristanlığı — Ağdamda qədim qəbrstanlıq Şəhərin cənub səmtində, 5 kilometrlik məsafədə yerləşən qəbiristanlığın yaşının 3 min ilə dayandığı deyilir. Burada bizim dövrümüzə gəlib çatan bir qəbirüstü kitabənin isə 1174-cü ilə aid olduğu təsdiqlənib. "Qarağacı"dakı dörd türbə olmuşdur. Uğurlubəyovların türbəsi Qədim Qarağac qəbiristanlığında yerləşirdi. Burada ilkin olaraq Uğurlu bəy Fərəculla bəy oğlu Uğurlubəyov və zaman keçdikcə bəzi yaxın adamları dəfn edilmişdi. Sonralar onların qəbirləri üzərində türbə ucaldılıb və həmin vaxtdan da ona "Uğurlubəyovların türbəsi" adı verilib". 24 fevral 1992-ci il Ağdam rayonunun Qarağacı qəbiristanlığı yaxınlığında yerləşən milis postunun ermənilər tərəfindən atəşə tutulması nəticəsində 16 nəfər azərbaycanlı yaralanıb. Qəbrstanlıq dağıdılmış, 4 türbəsi məhv edilmişdir.
Qrosqeym qarağacı
Türkmənistan qarağacı
Sürünən qarağac (lat. Ulmus pumila) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. Çinin şimal-qərbi və şimal-şərqində, Qazaxıstan, Qərbi Sibir, Monqoliya, Tibet, Hindistan, Koreya, Cənubi Avropa və Şimali Amerikada yayılmışdır. Hündürlüyü təxminən 25 m, gövdəsinin diametri 1m olan ağacdır. Zoğların qabığı hamar, bozumtul — qonur, tünd boz və ya parlaq boz rəngli, kobud, bəzi yerlərdə çatlayır bilər. Budaqları açıq sarımtıl-boz, açıq boz-qonur rəngli, hamar və ya tükcüklü, pulcuqludur. Qış tumurcuqları yumurtavari və şarşəkilli formadadır. Yarpaqları ellipsvari-oval, ellipsvari-lansetvari və ya yumurtavari-lansetvari formalı, uzunluğu 2–8 sm, eni 1,2–3,5 sm, ucu biz və simmetrik bünövrəlidir. Öz arealında quraqlı rayonlarında kol kimi bitir. Respublikamızda yaşıllaşdırmada bir çox rayonlarda mədəni şəraitdə becərilir.
Bulamacı (Xudabəndə)
Bulamacı (fars. بولاماجي‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 755 nəfər yaşayır (197 ailə).
Bulamacı (Zəncan)
Bulamacı (fars. بولاماجی‎) - İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Bəzi mənbələrə görə kəndin əhalisi 1000-ə yaxındır və 200-250 ailənin olduğu təxmin edilir.
Qarahacı yaşayış yeri
Qarahacı yaşayış yeri (bəzən Qarağaclı kimi də işlədilir) - Kür-Araz tunc döv­rü mə­də­niy­yə­ti­nin il­kin mər­hə­lə­si­nə aid ya­şa­yış ye­ri. Ağ­dam şə­hə­rin­dən 3 km qərb­də, müa­sir dövr qə­birs­tan­lı­ğı olan sa­hə­də, Qar­qar­ça­yın sol sa­hi­lin­də yer­lə­şib. Sa­hə­si 2 hek­ta­ra ya­xın­dır. Bir his­sə­si Ağ­dam-Şu­şa şos­se yo­lu sa­lı­nar­kən ma­te­ri­kə qə­dər kə­si­lib. Kə­sik­də 1,3 m. qa­lın­lı­ğın­da mə­də­ni tə­bə­qə ay­dın se­çi­lir. Bü­töv­lük­də tə­pə­nin hün­dür­lü­yü 3 m-dir. Hə­lə 1926-cı il­də İ.İ.Me­şa­ni­no­vun bur­da çay daş­la­rın­dan hö­rül­müş dai­rə­vi hö­rük­lə­rin ol­ma­sı haq­qın­da mə­lu­mat ver­miş və on­la­rı «krom­lex»lər sı­ra­sı­na da­xil et­miş­dir. 80-ci il­lər­də İ.H.Nə­ri­ma­nov və H.Cəfərov abi­də­də yox­la­ma təd­qi­qa­tı işi apar­mış­dır. Hər iki hal­da təd­qi­qat işi kəş­fiy­yat xa­rak­te­ri da­şı­mış­dır.