Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rübabə Muradova
Rübabə Xəlil qızı Muradova (21 mart 1933, Ərdəbil – 28 avqust 1983, Bakı) — Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR xalq artisti (1971). == Həyatı == Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1951–1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil almışdır. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olmuşdur, amma onun şəxsi həyatı uğurlu olmur. O anasını itirdikdən sonra siqaret və içkiyə qoşanır. Bilindiyinə görə Rübabə Murabova Leyli və Məncnun operasında Leyli obrazını canlandırarkən o içkili olub və pis sözlərdən işlədib. O içkiyə səbəbindən "qaraciyər serozu" xəstəliyini tapır. 28 avqust 1983-cü ildə qaraciyər serozundan Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.
Lübabə binti Haris
Lübabə binti Haris (593, Məkkə – 655, ərəb. لبابة بنت الحارث‎) — İslam peyğəmbəri Məhəmmədin əmisi Abbasın həyat yoldaşı olan səhabə. O, Məhəmmədin həyat yoldaşı Xədicədən sonra müsəlman olan ikinci qadındır. Peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəliblə evlənən Lübabə binti Haris 6 oğul və bir qız dünyaya gətirir. Oğullarının hər biri İslam tarixində mühüm vəzifələr icra etmişdir. O, xəlifə Osmanın dövründə ərindən əvvəl vəfat etmişdir.
Rubab
Rübab — mizrabla çalınan simli-dartımlı musiqi aləti. == Tarixçə == Rübabın vətəni ərəb ölkələri hesab edilir. Alət e. ə. I minillikdə icad edilib. X əsrdə yaşamış görkəmli alim Əl-Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir". Orta əsrlərdə Azərbaycanda geniş istifadə edilmişdir. Nizaminin, Nəsiminin, Füzulinin, S. Ə. Şirvaninin və bir çox klassiklərin yaradıcılığında rübabın təsviri verilmişdir. N. Gəncəvinin, Ə. Xaqaninin (XII əsr) şerlərinə istinad etsək, Azərbaycanda rübabın Qaşqar (Qoşqar) növündən istifadə edilib. Bəzi qaynaqlara görə, Çində Kaşqar adlı çayın ətrafında uyğurlar yaşadığından alətə də Qaşqar rübabı adını veriblər.
Rübab binti İmra əl-Qeys
Rübab binti İmra əl-Qeys (və yaxud Ümm Rübab) (ərəb. رباب بنت امرئ القيس بن عدى بن أوس‎) ‏ İmam Hüseynin (ə) həyat yoldaşlarından biri, İmam Hüseynin ən kiçik övladı olan Əli Əsğərin anası.
Rübail
Rübail Nəcəf oğlu Allahverdiyev (d.21 may 1940, Kirovabad, Azərbaycan SSR - ö. 29 oktyabr 2017, Gəncə) – Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, biologiya elmləri namizədi, professor, Əməkdar müəllim. == Həyatı == Rübail Nəcəf oğlu Allahverdiyev 21 may 1940-cı ildə Gəncədə anadan olmuşdur. Burada 6 saylı orta məktəbi bitirmişdir. 1959-1964-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra institutda iki il komsomol katibi işləmiş, daha sonra 1966-1969-cu illərdə aspiranturada oxumuşdur. “Kadr uğrunda” qəzetinin redaktoru, 1971-1975-ci illərdə AKTİ-də partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1970-ci ildə “Camışlarda sərbəst və zülal təbiətli amin turşularının ontogenezdə dəyişməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adını almışdır.1976-cı ildə AKTİ-nin dosenti elmi adını almışdır. 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2010-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Yoluxmayan xəstəliklər kafedrasının professoru adına layiq görülmüşdür.
Rebab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır.Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı). Ərəb dünyasında rəbab yerinə daha çox skripka və kamançadan istifadə edilir.
Rübai
Rübai — Şərqdə yazılı ədəbiyyatın geniş yayılmış şeir janrlarından biri. == Haqqında == Rübai birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst qalan dörd misralıq müstəqil əsərdir. Bəzən misralarda həmqafiyə olan sözlərdən sonra rədif də gələ bilər. Dörd misrada bitkin, həm də məna və ideyaca mühüm, dərin fəlsəfi bir fikir ifadə etmək rübaidə əsas şərtdir. Dünya ədəbiyyatında rübainin ən klassik nümunələrini Şərqin dahi mütəfəkkiri Ömər Xəyyam yaratmışdır. Onun fəlsəfi dərinlik və emosional tərzdə yazılmış rübailərində böyük həyat sevgisi, həqiqətpərəstlik, dini mövhumata qarşı üsyankarlıq və s. tərənnüm olunurdu: Əlimdə olsaydı əgər iqtidar, Bu köhnə fələki kökündən yıxar, Təzədən elə bir fələk qurardım, Ki, hər kəs yaşardı azad, bəxtiyar. Azərbaycan ədəbiyyatının intibah mərhələsinin ən qüdrətli sənətkarı Məhsəti Gəncəvi də rübai janrında gözəl sənət nümunələri yaratmışdır.
Rütbə
Hərbi rütbə — Hərbi qulluqçunun digər hərbi qulluqçulara münasibətdə hüquq və vəzifələrinin müəyyən edən sistem elementi. Dövlətlərin Silahlı Qüvvələrinin hərbi rütbələrinin fərqlənmə nişanları kimi poqon, şevron, kokarda və digər forma geyimi elementləri götürülür.
Rəbab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır.Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı). Ərəb dünyasında rəbab yerinə daha çox skripka və kamançadan istifadə edilir.
Bübanə (Sərdəşt)
Bübanə (fars. بوبانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (29 ailə).
Dübarə (Urmiya)
Dübarə (‎‎fars. گرديك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (41 ailə).
Nüşabə Araslı
Nüşabə Araslı (Nüşabə Həmid qızı Araslı; 25 mart 1941, Bakı) — Filologiya üzrə elmlər doktoru, Professor, AMEA-nın müxbir üzvü (2017). == Həyatı == Nüşabə Araslı 25 mart 1941-ci ildə Bakıda anadan olub. == Əsas elmi əsərləri == 1. Arif Ərdəbili və onun “Fərhatnamə” poeması. Bakı, 1979 2. Nizami və türk ədəbiyyatı. Bakı, 1980 3. Nizaminin poetikası.
Nüşabə Məmmədova
Nüşabə Əsəd Məmmədli (8 dekabr 1946, Kirovabad) – müasir Azərbaycan yazıçısı, jurnalisti, dramaturqu, publisiti və ictimai xadimidir. Psixoloji realizm üsulunda yazdığı əsərlər 21-ci əsrin vacib və aktual problemlərini qaldırır. Əsərlərin çoxsunda həyatın şəraitlər ilə savaşan bir güclü qadın obrazı yaradır. Bir neçə əsərərində Nüşabə Məmmədli tarixi motivlərə əsaslanır. (“Cavad xan”, “Süleyman peyğambərin padşaqlığı”) Əsərləri rus, inqilis, polyak, gürcü, ukrayn, fars, türk dillərinə tərcümə olunmuşdur. Azərbaycan ədəbiyyatının “İmpressionizm”in banisidir. == Həyatı == Nüşabə Məmmədova Əsəd qızı Gəncədə doğulub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Elə həmin ildən "Novosti Gyandji" qəzetində fəaliyyətə başlayıb. 1991-1995-ci illərdə həmin qəzetin redaktoru olub.
Nüşabə Sadıxlı
Sadıxlı Nüşabə Ağabala qızı — filologiya üzrə fəlsəfə doktoru, Müsavat Partiyası Məclisinin sədri. == Həyatı == Nüşabə Sadıxlı 1949-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri 190 N-li məktəbdə alıb. 1972-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 1984-cü ildə həmin fakültənin aspiranturasının əyani şöbəsini bitirib. 1972-ci ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində çalışır. Fəaliyyəti dövründə fakültə elmi şurasının üzvü olub və universitetin elmi, ictimai həyatında yaxından iştirak edib. Bu fəaliyyətinə görə BDU-nun rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Dünya ədəbiyyatı kafedrasının dosentidir. Dünya ədəbiyyatı fənnini Filologiya və Jurnalistika fakültələrində tədris edir. 1984-cü ildə "Azərbaycan-Bolqarıstan ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
Nüşabə Vəkilova
Nüşabə Rəşid qızı Babayeva-Vəkilova — fəlsəfə doktoru, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəridir (2019-cu ildən). == Həyatı == Nüşabə Babayeva-Vəkilova Bakıda anadan olub. 190 nömrəli məktəbdə təhsil alıb. ADU-nun (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin fars bölməsində təhsil alıb. Az. EA-nın (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda çalışmış, 1978–1981-ci illərdə AMEA Şərqşünaslıq İnstitutunun əyani bölməsinin aspirantı olmuş, 1981-ci ildən 2000-ci ilə kimi isə burada əmək fəaliyyətini davam etdirmişdir. "Cənubi Azərbaycan maarifçilərinin ictimai — siyasi baxışları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru adını qazanmışdır. "Cənubi Azərbaycan maarifçiləri" adlı monoqrafiyanın müəllifidir. 1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi çalışmışdır. 2000–2015-ci illər ərzinde Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur.
Nüşabə Ələsgərli
Nüşabə Ələsgər qızı Hümmətova (Nüşabə Ələsgərli) (21 dekabr 1967, Nuxa) — Azərbaycan müğənnisi və aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Hümmətova Nüşabə Ələsgər qızı (Nüşabə Ələsgərli) 21 dekabr 1967-ci ildə Şəkidə anadan olmuşdur. Atası Hümmətov Ələsgər Xəlil oğlu həkim, anası Hümmətova Solmaz Qaffar qızı müəllimə olmuşdur. Uşaq yaşlarından Aşıq Sakit Qurbanovun yanında saz sənətini öyrənmişdir. 1974-cü ildə 1-ci sinifə getmiş, lakin 1976-cı ildə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşlər. Sumqayıtda 26 nömrəli məktəbdə təhsilini davam etmiş və eyni zamanda 3 nömrəli musiqi məktəbinin fortepiano sinifində təhsil almışdır. 1982-ci ildə 8-ci sinifi bitirib Soltan Hacıbəyov adına Musiqi Texnikumunun xor dirijorluğu şöbəsinə daxil olmuşdur. 1986-cı ildə texnikumu fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olmuşdur. Həm məktəbdə, həm texnikumda, həm də Konservatoriyada təhsil illərində Əməkdar incəsənət xadimi, dirijor Fazil Əliyevdən dərs almışdır. Məktəbdə xorda oxuyarkən, təhsil məkanlarında isə bir müəllim kimi Fazil Əliyevin tələbəsi olmuşdur.
Qüsabə (Meşkinşəhr)
Qüsabə (fars. قصابه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,110 nəfər yaşayır (488 ailə).
Rübail Allahverdiyev
Rübail Nəcəf oğlu Allahverdiyev (d.21 may 1940, Kirovabad, Azərbaycan SSR - ö. 29 oktyabr 2017, Gəncə) – Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, biologiya elmləri namizədi, professor, Əməkdar müəllim. == Həyatı == Rübail Nəcəf oğlu Allahverdiyev 21 may 1940-cı ildə Gəncədə anadan olmuşdur. Burada 6 saylı orta məktəbi bitirmişdir. 1959-1964-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra institutda iki il komsomol katibi işləmiş, daha sonra 1966-1969-cu illərdə aspiranturada oxumuşdur. “Kadr uğrunda” qəzetinin redaktoru, 1971-1975-ci illərdə AKTİ-də partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1970-ci ildə “Camışlarda sərbəst və zülal təbiətli amin turşularının ontogenezdə dəyişməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adını almışdır.1976-cı ildə AKTİ-nin dosenti elmi adını almışdır. 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2010-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Yoluxmayan xəstəliklər kafedrasının professoru adına layiq görülmüşdür.
Südabə Həsənova
Südabə Cəmşid qızı Həsənova (5 fevral 1947, Yengicə, Noraşen rayonu) — Azərbaycan hüquqşünası və dövlət xadimi, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2017). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2005–2021), Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (2000–2005), Azərbaycan Respublikasının ədliyyə naziri (1998–2000), ədliyyə nazirinin birinci müavini (1987–1992, 1993–1998) vəzifələrində çalışmışdır. == Həyatı == Südabə Həsənova 1947-ci ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. == Fəaliyyəti == 1971–1973-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi işləmişdir. 1973-cü ildən Bakı şəhər Kirov (indiki Binəqədi) rayon məhkəməsinin hakimi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə S. Həsənova Bakı Şəhər Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmişdir. 1980-ci ilin 27 martında S. Həsənova Azərbaycan SSR Ali Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmiş, Ali Məhkəmənin intizam kollegiyasının sədri təsdiq edilmişdir. 1980-ci ilin noyabrında Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin təlimatçısı vəzifəsinə təyin edilmiş və 1987-ci ilədək orada işləmişdir. S. Həsənova 1987-ci ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə Nazirinin 1-ci müavini vəzifəsinə təyin olunmuşdur.
Südabə İrəvanlı
Südabə İrəvanlı (Südabə Tofiq qızı Kazımova; 7 yanvar 1962, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, şair. == Həyatı == Südabə İrəvanlı 07 yanvar 1962-ci ildə Azərbaycanın əzəli torpağı olan Dağ Borçalının Soyuqbulaq kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Rusiya Taymır Yazıçılar Birliyinin üzvü, Aşıq Pəri Məclisinin üzvü və Mirvarid Dilbazi Poeziya Məclisinin üzvüdür. 1984 -cü ildən Rusiyanın Taymır mahalının Norilsk şəhərində otuz iki il yaşamış və orda Azərbaycan Diasporasının nəzdində "Qadınlar şura"sının sədri vəzifəsində uzun müddət çalışmışdır. Rusiya Taymır Yazıçılar Birliyinin "Yanan Ürəklər", "Aysberq", "Vətən həsrət olanda" və.s kimi almanaxlarında şeirləri çap edilmiş və iki dəfə poeziya müsabiqələrinin qalibi olmuşdur. Bir çox şeirləri rus dilinə çap olunmuşdur. Azərbaycanda "Palitra" , "Azərbaycan", "Sahibkarlıq" kimi qəzetlərdə və "Elm və Həyat", “Mişov dağı” kimi jurnallarda şeirləri çap edilmişdir. Südabə İrəvanlı hazırda "Mirvarid Dilbazi Poeziya" Məclisi İctimai Birliyinin "Poeziya" şöbəsinin rəhbəridir. == Ailəsi == Ailəlidir, üç övladı var.
Nüşabə Məmmədli
Nüşabə Məhəmmədəli qızı Məmmədli (Məmmədova) (6 yanvar 1953, Ağdam) — yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri, "Yazıçı qadınlar" jurnalının təsisçisi və baş redaktoru. == Həyatı və yaradıcılığı == Nüşabə Məhəmmədəli qızı Məmmədli (Məmmədova) 6 yanvar 1953-cü ildə Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna daxil olmuş və oranı ingilis dili müəllimi ixtisası üzrə uğurla bitirərək əmək fəaliyyətinə ingilis dili müəllimi kimi başlamışdır.N. Məmmədli "Ədalət", "İnterfaks", "Reportar", "Karvan" qəzetlərində müxbir, baş redaktorun müavini, baş redaktor vəzifələrində çalışmışdır. N. Məmmədli bədii yaradıcılığa hələ erkən yaşlarında başlamışdır (1967). N. Məmmədli çoxlu sayda esse, mənsur şeirlərin, şeirlərin, lətifələrin, satirik hekayələrin, hekayə, oçerk, pritça, rəvayət və əfsanələrin, habelə alleqorik povestlərin və irihəcmli romanların müəllifidir. Onun çoxlu sayda əsərləri Qarabağa, şəhidlərə, qaçqınlara və əsr düşmüş qadınlara həsr olunub. Nüşabə Məmmədlinin Qarabağın əsir düşmüş qadınlarından bəhs edən "Zəngulə" romanı respublikamızda və eləcə də xarici ölkələrdə müxtəlif nominasiyalarda mükafatlara layiq görülmüşdür. Bu əsər 2005-ci ildə "İlin kitabı" elan olunmuşdur. Nüşabə Məmmədlinin "Göylərdə keçən ömür" sənədli povesti, "Bu bir oyundur" hekayələr kitabı, "Zəngulə", "Vicdan dustağı", "Sevgi xiyabanı" romanları oxucular tərəfindən maraqla qarşılanmışdır.Yazıçı "Рулады, или глас вопиющего в пустыне" ("Zəngulə") əsərinə görə Rusiya Federasiyasının Yazıçılar İttifaqı tərəfindən milli ədəbiyyatımıza verdiyi samballı töhvəyə görə Q. R. Derjavin adına orden ilə təltif olunmuşdur. N. Məmmədli 1000-ə yaxın publisistik məqalənin müəllifidir.
Dəmir Qübbə
Dəmir Qübbə (ivr. ‏כִּפַּת בַּרְזֶל‏‎, kippat barzel) — İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir. İsrail gələcəkdə bu sistemlərin maksimum atəş məsafəsini 70 kilometrdən 250 kilometrə qədər artırmağı planlaşdırır.İsrail Dəmir Qübbə sistemini ilk dəfə 27 mart 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirmişdir. Bu sistem ilk dəfə 7 aprel 2011-ci ildə Qəzzədan atılan Qrad raketlərini məhv etmişdir. 10 mart 2012-ci ildə ''Yerusəlim Post''da yer alan məlumata əsasən Dəmir Qübbə Qəzzə zolağından əhalinin sıx məskunlaşdığı ərazilərə atılan raketlərin 90%-ni zərərsizləşdirə bilmişdir. 2012-ci ilin noyabrında verilən rəsmi məlumata görə, sistem 4 gün ərzində Qəzzə ərazisindən buraxılan 400-dən çox raketi zərərsizləşdirməyə müvəffəq olmuşdur.Həmçinin, İsrail gələcəkdə açıq dənizdə yerləşən qaz platformalarının mühafizəsini gücləndirmək məqsədi ilə Dəmir Qübbə sistemlərinin Barak 8 ZRK ilə birlikdə işləyəcək dəniz variantını hazırlamağı da planlaşdırır. == Arxa plan == Livanda yerləşən Hizbullah təşkilatının 1990-cı illərdən etibarən İsrailin şimalında yerləşən yaşayış məntəqələrini raket atəşinə tutması İsrail Müdafiə Qüvvələrinin və əhalinin təhlükəsizliyini sual altında saxlayırdı. Bu səbəbə görə İsrail öz qısa məsafəli hava hücumundan müdafiə sistemini yaratmaq fikrinə düşdü, lakin ABŞ-nin müdafiə sahəsi üzrə mütəxəssisləri bu cəhdin uğursuzluqla nəticələnəcəyini bildirirdi.2004-cü ildə briqada generalı Daniel Qoldun İsrail Silahlı Qüvvələrinin tədqiqat və inkişaf bürosunun rəisi vəzifəsinə təyin olunması nəticəsində bu ideyada mühüm irəliləyiş əldə olundu. Qold yeni raket əleyhinə müdafiə sisteminin yaradılması planının tərəfdarı idi.
Hərbi rütbə
Hərbi rütbə — Hərbi qulluqçunun digər hərbi qulluqçulara münasibətdə hüquq və vəzifələrinin müəyyən edən sistem elementi. Dövlətlərin Silahlı Qüvvələrinin hərbi rütbələrinin fərqlənmə nişanları kimi poqon, şevron, kokarda və digər forma geyimi elementləri götürülür.
Kapitan (rütbə)
Kapitan (lat. capitaneus, caput — başçı) — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kapitan-leytenant rütbəsidir.
Kaymakam (rütbə)
Kaymakam (Osmanlı dili: قائم مقام) — Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən miralay və mayor rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında polkovnik-leytenant hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Kaymakam rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Qorçu (rütbə)
Qorçu — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçubaşı isə Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin-qorçuların başçısı olub dövlətin sütunu (Ərkani-dövlət) hesab edilirdi. Qorçubaşı etimad əd-dövlədən sonra Səfəvilər dövlətinin ən böyük əmirlərindən idi. Bütün qorçuların işini qorçubaşı idarə edirdi. == Mənası və vəzifəsi == İlk dəfə olaraq "Xülasət ət-təvarix" in Berlin nüsxəsində bu sözün qoruqçu şəklinə də təsadüf edilir. H. Zərinəzadə bu sözün azərbaycanca "qoruyucu" mənasında olduğunu yazır. Əlyazmalarda qorçulardan Sultan Ustaclunun, Əhməd bəy Avşarın və başqalarının adları çəkilir. XV yüzilin sonu və XVI yüzilin birinci yarısında qorçubaşı və əmir əl-üməra vəzifələri ayrı-ayrılıqda işlədilmişdir. S.M. Onullahi yazır ki, XV yüzildə qorçubaşılar əmir əl-üməradan xeyli aşağı pillədə idilər. Lakin XVI yüzilin ikinci yarısında qorçubaşıların nüfuzu artmış və əmir əl-üməra vəzifəsini əvəz etmişdir.
RuTube
RuTube (rus. Рутьюб) — ən böyük rus videoportalı. İstifadəçilərə videolentlərin saxlanması, ötürülməsi və göstərilməsi xidməti göstərir.
Zubarə
Zubarə – Qətərin paytaxtı Dohadan təqribən 105 km məsafədə, "Aşşimal" bələdiyyəsində yerləşən Qətər yarımadasının şimal qərb sahilində yerləşən dağılmış qədim qala-şəhər. == Ümumi məlumat == "Əl-Zubarə və "Əz-zubarə" kimi də tanınır. Qala XVIII əsrin ilk yarısında əsas qəbilələrdən olan "Bəni Utbə"nin nümayəndəsi Al ibn Əli tərəfindən tikilmişdir. 2013-cü ildə UNESCO-nun Ümümdünya Mədəni İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülüb.Bu qala qədim dövrlərdə Hörmüz boğazı ilə Fars körfəzinin qərb tərəfi arasında yerləşmiş qlobal ticarət və mirvari yığımı üçün uğurlu mərkəzə çevrilmişdi. Eləcə də bölgədə 18–19-cu əsr qəsəbələrinin ən geniş və ən yaxşı saxlanılan nümunələrindən biri hesab edilir. Qalanın daxili və xarici Fars körfəzində yerləşən digər yaşayış məntəqələrindən fərqli olaraq, şəhər həyatı, quruluşu və Fars körfəzinin sosial və iqtisadi tarixi aspektlərinin 20-ci əsrdə neftin kəşf edilməsindən əvvəlki dövrə məxsus üslublarına xüsusi diqqət yetirilməklə qorunub saxlanmışdır. 400 hektar (xarici şəhər divarının içərisində 60 hektar) ərazini əhatə edən Zubarə Qətərin ən əhəmiyyətli arxeoloji bölgəsidir.Qala daxilində şəhər, xarici, eləcə də sonradan tikilmiş daxili divarlar, liman, dəniz kanalları, ekspozisiya divarları, "Murair Qalası" və daha yaxın tarixdə tikilmiş "Zubara Qalası" yerləşir.
Rubas
Rubas (keçmişdə Xoşmənzil adlanırdı) – Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. 2002-ci il əhali siyahıyaalınmasına əsasən sakinlərinin sayı 3.326 nəfər olmuşdur. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən tərkib baxımından kənd əhalisini azərbaycanlılar, tabasaranlılar və ləzgilər təşkil edir.
Rubat
Rubat — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Mahidəşt bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 996 nəfər və 248 ailədən ibarət idi.
Rudab
Rudab — İranın Rəzəvi Xorasan ostanının Səbzivar şəhristanının Rudab bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,470 nəfər və 883 ailədən ibarət idi.
Rafiq Subaye
Rafiq Subaye (ərəb. رفيق السبيعي‎‎; 9 Fevral 1930 – 5 Yanvar 2017) — Suriyalı film aktyoru, yazıçı və direktor. == Karyerası == Subaye qədim Dəməşqin ən qədim rayonlarından birində anadan olmuşdur. O, Suriyada dram filmlərində aktyor kimi fəaliyyət göstərmişdir. Subaye həmçinin Əbu Səyyah adı ilə tanınır. Bu ləqəb ona pyeslərdə və televiziya seriallarında oynadığı surətlərin xarakterlərinə görə verilmişdir.
Robert Muqabe
Robert Muqabe (şo. Robert Gabriel Mugabe [muɡaɓe], ing. Robert Gabriel Mugabe [muːˈɡɑːbiː]; 21 fevral 1924[…], Kutama[d], Cənubi Rodeziya[d], Britaniya İmperiyası – 6 sentyabr 2019[…]) — Zimbabvenin ikinci prezidenti (21 fevral 1924[…], Kutama[d], Cənubi Rodeziya[d], Britaniya İmperiyası – 6 sentyabr 2019[…]), diktator. == Həyatı == 21 fevral 1924-cü ildə Kutama qəsəbəsində anadan olan Muqabenin atası dülgər, anası isə Britaniya müstəmləkəsi olan Cənubi Rodeziyadan (indiki Zimbabve) müəllimə idi. == Təhsili == Muqabe ibtidai təhsilini katolik məktəbində almış, ali təhsilini isə Cənubi Afrika Respublikasındakı qaralar üçün nəzərdə tutulmuş universitetdə davam etdirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra bir müddət Qana Respublikasında müəllim işləmişdir. == Siyasi fəaliyyəti == Ölkəsinə geri qayıdarkən burada irqi mübarizənin gərginləşdiyini görən Muqabe müəllimlik işini buraxaraq, siyasi fəaliyyətə başlayır və Coşua Nkomonun yaratdığı Zimbabve Xalq İttifaqına qoşulur. 1963-cü ildə Coşua ilə gərgin münasibətlərinə görə Coşuadan ayrılıb özünə yeni partiya qurur. === Həbsi === Yeni partiya rəhbəri olduqdan qısa müddət sonra həbs edilərək 11 il cəza çəkir. Bu illər o, çox əziyyət çəkir, işgəncələr görür, hətta xəstəlikdən dünyasını dəyişmiş üçyaşlı oğlunun dəfninə də onu buraxmırlar.
Rubacer parviflorum
Rubus parviflorus (lat. Rubus parviflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Sinonimləri == Bossekia nutkana Greene Bossekia parviflora (Nutt.) Greene Rubacer parviflorum (Nutt.) Rydb. Rubus natkanus G.Don [Spelling variant] Rubus nutkanus Mo‡. ex Ser. Rubus nutkanus var. nuttallii Torr. & A.Gray Rubus nutkanus var. parviflorus (Nutt.) Focke Rubus nutkanus var. parvifolius A.Gray Rubus parviflorus var.
Rubble (pişik)
Rubbl (3 may 1988, Devon qraflığı – 3 iyul 2020, İngiltərə) — 3 may 1988-ci ildən 3 iyul 2020-ci il tarixinə qədər yaşamış dünyanın ən yaşlı pişiyi. Rubbl Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.