1. Sözlərə qoşularaq çağırış, xitab, müraciət bildirir.
// Eyni mənada bəzən cümlənin ortasında işlənir.
// Bəzən cümlənin axırında təkid bildirən ədat kimi işlənir.
2. İntonasiyadan asılı olaraq məmnunluq, hiddət, istehza, narazılıq, təəccüb və s. hissləri ifadə edir.
3. Həyəcan, dəhşət, qorxu, peşmanlıq və s. hissləri ifadə edən səs (uzadılaraq xüsusi intonasiya ilə və bəzən təkrar şəklində işlənir).
Aaa, mən nə etdim! Aaa, bu necə adamdır! Aaa, nə böyük ilandır! – Yenə bir başqa xəbər varmı? – Bizim qonşu Kərim. – A… A… A? Bəli, hə, hə.
4. Bəzən cümlənin axırında və ya sözdən sonra gələrək, təəccüb bildirir, yaxud danışılan sözə diqqəti cəlb edərək, onun haqqında düşündürmək üçün işlənir. Bu paltoya yüz manat vermişəm; yüz manat a!