Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rıtıy burnu
Rıtıy burnu (bur. Хээрэ Хушуун, (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır. Burun Baykal gölünün daxilinə 2 km məsafədə uzanır. Onu Olxon adasından asanlıqla görmək mümklkündür. Ritıy çaylarının vadisi geoloji çatlar üzərində yerləşir. Rıtıy burnundan Barquzin çayının vadisinə qədər Baykalıq sahili ilə səkkiz iri təpə uzanır. Geoloji düzülüşdə alt proterozoy erasının dağ suxurları üstünlük təşkil edir.
Rahim
Rəhim və ya Rahim — Kişi adı. Rəhim Nağıyev — fəlsəfəşünas. Fəlsəfə e. n. (1968). Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Rəhim Rzayev — Rahim adı olan tanınmışlar Rahim Dünyamalıyev — Rahim Nuriyev — Rahim Sadıqov — Rahim Tağıyev — gizir.
Rəhim
Rəhim və ya Rahim — Kişi adı. Rəhim Nağıyev — fəlsəfəşünas. Fəlsəfə e. n. (1968). Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Rəhim Rzayev — Rahim adı olan tanınmışlar Rahim Dünyamalıyev — Rahim Nuriyev — Rahim Sadıqov — Rahim Tağıyev — gizir.
Rieti
Rieti (it. Rieti, lat. Reate) — İtaliyanın Rieti vilayətinin Latsio regionunda kommuna. İtaliyanın coğrafi mərkəzi onun ərazisində yerləşir. 2008-ci ildə kommunanın əhalisi 47,826 nəfər, əhalinin sıxlığı 231 nəfər/km2 olmuşdur. Rieti 207 km2 ərazini tutur. Raul Quidobaldi stadionunda yüngül atletika üzrə beynəlxalq yarışlar, Rieti Qran-prisi keçirilir.
Ritm
Ritm (lat. rhythmus, q.yun. ῥυθμός, q.yun. ῥέω, mənası: ahəng, uyğunluq)— eyni bir hadisənin müxtəlif tərkib hissələrinin müəyyən bir zaman çərçivəsində ahəngdar şəkildə, təkrarlanmasıdır. Başqa sözlə, sözün və ya səsin proporsional şəkildə təkrarlanmalıdır. Ədəbiyyatda ritm – sənət əsərlərində ortaq ölçülü müxtəlif ünsürlərin ardıcıl uzlaşması, obyektiv aləmin ritmik proseslərinin əsərdə əks etdirilməsi. Şerdə ritm – sistematik və ölçülü təkrarlar, öz aralarında uyğun şəkildə səslənən nitiq vahidləri, antik şeirdə uzun və qısa hecaların misra daxilində eyni şəkildə təkrarı, sillabotonik şeirdə vurğulu və vurğusuz hecaların ahəngdar növbələşməsi və s. Belə ahəngdarlıq şeir dilinə xüsusi bir ölçü verir. Ritm hələ qədim zamanlarda insanlar arasında birlikdə görülən iş prosesində özünü göstərmişdir. Qədim insan işin ahəngini sahmana salmaq, onu tez, asan görmək üçün eyni sözlərin, səs və hərəkətlərin təkrarından istifadə etmişlər.
Hacı Rəhim
Hacı Rəhim — erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı. == Həyatı == Hacı Rəhim Molla Şəfi oğlu 1860-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. O, Daşkənddə dinin mahir bilicilərindən olmuşdur. Hacı Rəhimin babası Qazaxın Dəmirçilər kəndindən Göyçə mahalına köçübdür. Ümumiyyətlə bu nəsil axund, molla kimi kənddə və digər bölgələrdə tanınmışlar. Kənddə dini məktəb açmış və kənd sakinlərinə dini elmlərdən dərs keçmişdir. Əsrin əvvəllərində ermənilərin Göyчə mahalında törətdiyi qırğına başçılıq edənlərə qarşы amansızlıq göstərənlərdən biri də Hacı Rəhimdir. Ailələrində dünyaya göz açan qardaş-bacılarının hamısı saza-sözə maraq göstərən, ürəyindən keçənləri qələmə alan olmuşlar. 1918-ci ildə Göyçə mahalında erməni millətçilərinə qarşı xalqı səfərbər edən və özü də bu yolda döyüşən igidlərdən biri olmuşdur. Daşnak ordusuna başçılıq edən Andranik Ozanyanin silahdaşlarından sayılan erməni generalı Selikovun başını da Göyçə mahalının Zod kəndində o kəsmiş və başı da doğma kəndi Daşkəndə gətirmişdir.
Hafiz Rahim
Hafiz Rahim (19 noyabr 1983 - 9 iyul 2020) - Sinqapur peşəkar futbolçusu. == İlk illəri == Hafiz Rəhim 19 noyabr 1983-cü ildə Sinqapurda anadan olub. == Futbol karyerası == 2011-2020 illəri arasında Sinqapur Milli Futbol Komandasında və 2006-2011 illəri arasında Geylang International futbol komandasında oynayıb. == Ölüm == Hafiz Rəhim 9 iyul 2020-ci ildə Sinqapurda baş verən yol qəzası nəticəsində 36 yaşında öldü.
Məmməd Rahim
Məmməd Rahim Abbas oğlu Hüseynov (təxəllüsü: Məmməd Rahim; 7 (20) aprel 1907, Bakı – 6 may 1977, Bakı) — azərbaycanlı şair, dramaturq, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1964), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Ermənistan SSR əməkdar mədəniyyət xadimi (1970), Stalin mükafatı laureatı (1949). Məmməd Rahim 1907-ci il aprelin 20-də Bakıda kiçik sahibkar ailəsində doğulmuşdur. 1917-ci ildə atası ölmüş, dəmiryolu xidmətçisi olan böyük qardaşının himayəsində yaşamışdır. Bakı şəhər məktəblərində təhsil alıb APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olmuş (1928-ci ildə), eyni zamanda Azərnəşrdə tərcüməçilik etmişdir (1928-1931). Pedaqoji fəaliyyətə 1-ci Bakı beşillik sovet məktəbində başlamışdır (1931-1935). 1926-cı ildə ilk şeiri "Gördüm", 1930-cu ildə isə ilk şeir kitabı — "Arzular" çap olunmuşdur. Dövri mətbuatda fəal çıxış etmişdir. Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi(1938-1940) müdafiə bölməsinin rəhbəri (1941-1946), həm də İranda xüsusi ezamiyyətdə olmuşdur. 1946-cı ildən yalnız ədəbi yaradıcılıqla məşğul olduğuna görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir (1947-1950; 1951-1952).
Rahim Babayev
Rahim Hüseynov
Rahim Məmməd oğlu Hüseynov (1947, Salyan, Salyan rayonu) — professor, Azərbaycan Respublikasının sabiq səhiyyə naziri, "Təfəkkür" Universitetinin prorektoru, Biologiyaiya və təbiət elmləri kafedrasının müdiri, Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, "Dünya informasioloqları elitası" ünvanlı beynəlxalq müsabiqələr, akademik S.Vavilov və akademik Y.Məmmədəliyev adına mükafatların laureatı, ehtiyatda olan tibbi xidmət polkovniki. Rahim Hüseynov 1947-ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə həmin şəhərdə orta məktəbi bitirib N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1970-ci ildə institutu bitirmiş və həkim ixtisası almışdır. Həmin il təyinatla Ordu sıralarına göndərilmiş, 1972-ci ilə qədər İvanovo (Rusiya Federasiyası) vilayətinin Teykovo şəhərində hərbi hissənin həkimi işləmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1972–1975-ci illərdə Salyan rayon mərkəzi xəstəxanasında həkim-cərrah işləmişdir. 1975-ci ildə respublika Səhiyyə Nazirliyi aparatında Müalicə-profilaktika yardımı idarəsində həkim-inspektor, 1977–1980-ci illərdə nazirliyin Ərizə və şikayətlər şöbəsinin müdiri, Kadrlar, elm və təhsil müəssisələri idarəsinin rəisi, 1980–1986-cı illərdə Müalicə-profilaktika yardımı Baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1981-ci ildə Səhiyyə Nazirliyinin Kollegiya üzvü seçilmişdir. 1986-cı ildə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 1992–1993-cü illərdə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsində çalışmışdır.
Rahim Mikayılov
Rahim Məmmədov
Rahim Nuriyev
Nuriyev Rahim İbrahim oğlu (15 mart 1955, Lənkəran rayonu) — Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, tarixçi, müəllim. Rahim Nuriyev 15 mart 1955-ci ildə Lənkəran rayonunun Darquba kəndində müəllim ailəsində anadan olub. İlk təhsilini Darquba və Kərgəlan məktəblərində alıb. Lənkəran pedaqoji məktəbini (1974), Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini (1986) bitirib. 1973-cü ildə əmək fəaliyyətinə, 1974-cü ildə pedaqoji fəaliyyətə başlayıb. 1975–1977-ci illərdə hərbi xidmətdə olub. Lənkəranın müxtəlif məktəblərində müəllim və Cəlilabad rayonunda İcra hakimiyyəti başçısı (1992–1993) işləyib. Hazırda Lənkəran şəhəri 9 saylı orta məktəbdə müəllim işləyir. Lənkəran bölgəsində milli-demokratik hərəkatın təşəbbüsçüsü, təşkilatçısı və liderlərindən biri olub. 1990-cı il yanvar hadisələri zamanı Lənkəranda "Elin səsi" qəzetinin nəşrini və həmçinin imperiyanın təcavüzkar siyasətini ifşa edən televerilişlər təşkil edib.
Rahim Quliyev
Rahim Yalçın oğlu Quliyev (18 iyun 2001; Cəlilabad, Azərbaycan — 02 oktyabr 2020; Füzuli- Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Rahim Quliyev 2001-ci ildə Cəlilabad rayonunun Həziabad kəndində anadan olmuşdur. Sabunçu rayon, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yaşamışdır. 15 sentyabr 2007-ci ildə Kəlbəcər adına 23 saylı tam orta məktəbə qəbul olub. 14 iyun 2016-cı ildə 71 saylı tam orta məktəbi bitirib. Sonra peşə məktəbinə daxil olaraq Avtomobillərin təmiri üzrə çilingər ixtisasi üzrə təhsilini başa vurmuşdur. Təhsil aldığı müddətdə həmin peşə üzrə çalışmışdır. Rahim Quliyev 2019-cu il iyulun 11-də hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Rahim Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. 02 oktyabr 2020-ci il tarixində Füzuli- Cəbrayıl istiqamətində gedən döyüşlərdə son damla qanına kimi vuruşaraq, şəhidlik zirvəsinə ucalmışdır.
Rahim Sadıqbəyli
Rahim Telman Sadıqbəyli (Rahim Telman Sadigbayli) (25 iyun 1965, Lənkəran) — Rejissor. Ssenari müəllifi. Tv prodüser, Aktyor. Rejissor assistenti. İkinci rejissor. 1965-ci il iyun ayının 25-i Azərbaycanın Lənkəran şəhərində anadan olub. İlk təhsilini Lənkəran şəhər 1-nli orta məktəbdə 1972-82 ci illərdə alıb. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət institutunun (Hal hazırda Mədəniyyət və İncəsənət universiteti) dram və kino aktyorluğu fakultəsinə daxil olub. 1983-85-ci illərdə hərbi xitmətdə olub. 1988-ci ildən 1993-cü ilə qədər Azərfilm kinostudiyasında rejissor asissenti və ikinci rejissor kimi çalışıb.
Rahim Sadıqov
Sadıqov Rahim Fərahim oğlu (1972, Masallı) — iqtisad elmləri namizədi, dosent, Bakı Biznes Universitetinin tədris işləri üzrə prorektoru. Rahim Fərahim oğlu Sadıqov 1972-ci ildə anadan olmuşdur. 1979-cu ildə Bakı şəhəri 19 saylı orta məktəbə birinci sinifə getmiş, 1989-cu ildə Masallı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Rahim Fərahim oğlu Sadıqov həmin ildə Azərbaycan Neft-Kimya İnstitutunda məktəblilər arasında keçirilən ümumrespublika riyaziyyat olimpiadasında I dərəcəli diploma layiq görülmüşdür. O, 1989-cu ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı Filialına (indiki Azərbaycan Dövlət İqtisad Universitetinə) daxil olmuşdur və 1994-cü ildə oranı bitirmişdir. 1995-ci ildə Binəqədi rayon Vergilər İdarəsində böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin olunmuşdu. 1999-cu ilə qədər şöbə rəisi vəzifəsində çalışmışdır. 2000-ci ildə Naxçıvan Universitetində tədris hissəsinin müdiri kimi çalışmış, 2002-ci ildə “Firmadaxili planlaşdırmanın formalaşdırılması və təkmilləşdirilməsi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2003-cü ildən 2006-cı ilədək Bakı Biznes Universitetində dekan müavini və dekan vəzifələrində çalışmış, 2006-cı ildən 2009-cu ilədək Azərbaycan Universitetində tədris hissəsinin müdiri kimi fəaliyyət göstərmişdir. 2009-cu ilin sentyabr ayından etibarən Bakı Biznes Universitetinin tədris işləri üzrə prorektorudur.
Rahim Sterlinq
Rahim Şakil Sterlinq (ing. Raheem Shaquille Sterling; 8 dekabr 1994, Kinqston, Yamayka) — ingilis futbolçu, "Çelsi" futbol klubunun və İngiltərə milli futbol komandasının futbolçusu. Sterlinq "Liverpul"a transferindən öncə yeddi il ərzində "Kuinz Park Reyncers"in futbol məktəbində oynamışdır. Sterlinq 2010-cu ilin fevral ayında "Liverpul" ilə razılığa gəlmişdir. 1 avqust 2010-cu ildə "Borussiya Münhenqladbax"la dostluq oyununda ilk dəfə forma geyinmişdir. "Liverpul" forması ilə ilk qolunu isə "Hibernian"a vurmuşdur. 14 iyul 2015-ci ildə 49 milyon funt-sterlinq qarşılığında "Mançester Siti"yə transfer olunmuşdur. Sterlinq əslən Yamaykalı olduğu üçün millinin U-17 yığmasında, həmçinin İngiltərənin U-17 yığmasında oynaya bilir.
Rahim Sərdarlı
Rahim Tağıyev
Rahim Əliyev
Rəhim Allahverdiyev
Rəhim Mir Kazım oğlu Allahverdiyev (1911, Artız, Qərbi Azərbaycan – 1975, Bakı) — alim, üzümçülük sahəsi üzrə Azərbaycanda ilk elmlər doktoru (1965) və professor, Ermənistanın xalq maarif komissarı müavini (1941–1942). Rəhim Mir Kazım oğlu Allahverdiyev 1907-ci ildə İrəvan yaxınlığındakı Artız kəndində (Ellər rayonu ərazisi) kəndli ailəsində anadan olmuşdur. Onun 130 il yaşamış ata babası Seyid Allahverdi də 1760-cı ildə bu torpaqda – İrəvanda dünyaya göz açmışdı. Yəni onlar tarixən həmin yerdə məskunlaşmışdılar. Rəhim Allahverdiyevin ailəsi qaçqınlığa məruz qalmış və bu dövrdə o, atasını, qardaş və bacılarını itirmişdir. Ona kiçik yaşlarından dayısı Məmmədbağır himayəçilik etmiş və 1922-ci ildə onların ailəsi İrəvana köçmüşdür. О, şəhər yeddillik məktəbini bitirdikdən sonra "Zəngi" (sonralar "Sovet Ermənistanı") qəzeti mətbəsində mürəttib müavini vəzifəsinə qəbul olunmuşdur. İstehsalatdan ayrılmaqla İrəvan fəhlə fakültəsində oxumuşdur. 1929-cu ildə fəhlə fakültəsini bitirən R. Allahverdiyev həmin ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1932-ci ildə oranı əla qiymətlərlə bitirmişdir. İki il İrəvandakı "Ararat" trestinin üzüm bağları sovxozlarında və Qəmərli (Artaşat) MTS-ində aqronom vəzifəsində işləmişdir.
Rəhim Alxas
Rəhim Alxas (xın. Раьхıим Алхас; tam adı: Rəhim Xəlfə oğlu Alxasov; 20 mart 1937, Xınalıq, Quba rayonu – 20 sentyabr 2003, Xınalıq, Quba rayonu) — xınalıqlı şair, aşıq, publisist, poliqlot, pedaqoq. Rəhim Alxas 20 mart 1937-ci ildə Quba rayonunun Xınalıq kəndində anadan olmuşdur. Məşhur xınalıqlı şair Rəhim Alxasın yaradıcılıq dövrü XX əsrin ikinci yarısına aiddir. Beş dildə – Azərbaycan, xınalıq, özbək, tatar və türkmən dillərində şeirlərin müəllifi və Xınalıq kənd orta məktəbinin müəllimi olmuş Rəhim Alxas xınalıq dili barədə xeyli tədqiqat işi aparmış və müəyyən etmişdir ki, Xınalıq dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənir. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir. Şairin öz doğma kəndinə sıx bağlılığını əks etdirən bir şeir belədir: Onun yazılarından da xınalıqlıların Allaha necə inandıqları bir daha aydın görünür: Rəhim Alxas Xınalıqda Xıdır Nəbi məscidində imamlıq etmişdir. Bütün şahdağlıların fəхri, görkəmli xınalıqlı şair Rəhim Alxas doğulub, boya-başa çatdığı doğma Xınalıq kəndində 2003-cü il sentyabr ayının 20-də vəfat etsə də, həmin gün onun cənazəsi ailəsinin məskunlaşdığı Quba rayonunun Vladimirovka (Gülüstan) kəndinə gətirilmiş, sentyabr ayının 21-də həmin kəndin qəbiristanında dəfn edilmişdir. Vətən təranələri. Bakı, "Elm", 1990 (az.) «Хыналыкъ» (Шеирдир.
Rəhim Arazi
Rəhim Arazi (tam adı: Nəcəfov Rəhim Cəfər oğlu; 1928, Alışar, Naxçıvan MSSR – 19 avqust 1982, Alışar, İliç rayonu) — Dissident şair. Nəcəfov Rəhim Cəfər oğlu (Arazi) 1928-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun III kurs tələbəsi olarkən siyasi fəaliyyətinə görə ailəsi (anası, qardaşı və bacıları) ilə birlikdə Cənubi Azərbaycana mühacirət etmək cəhdinə görə həbs olunmuş, 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1957-ci ilə qədər Komi MSSR-da siyasi dustaqlar üçün həbs düşərgələrində saxlanılmışdır. Amnistiyaya görə həbsdən vaxtından əvvəl azad olunduqdan sonra ailəsini dolandırmaq üçün uzun müddət fəhlə, gözətçi, kankan işləmişdir. 1967-ci ildən ömrünün sonuna kimi müxtəlif məktəblərdə riyaziyyatdan dərs demişdir. 1982-ci ilin avqust ayının 19-da doğma kəndində vəfat etmişdir. Siyasi və lirik şeirlərdən, kiçik poemalardan ibarət 4 dəftəri qalmışdır. Oğlu Yusif Nəcəfov atasının məhbəs şeirlərini çap üçün hazırlasa da, onlardan yalnız bir neçəsi "Ulus" və "Hürriyyət" qəzetlərində işıq üzü görmüşdür. Sabiq SSRİ-nin bir sıra dissidentləri ilə tanışlığı olan, Azərbaycan SSR məmurları tərəfindən təqib edilən, xalq tərəfindən həm anlaşılan, həm də anlaşılmayan Rəhim Arazi fərd kimi (əslində xalqı ilə birlikdə) faciəli bir ömür yaşamışdır.
Rəhim Babayev
Rəhim Sadıq (Sadıx) oğlu Babayev (19 oktyabr 1930, Bakı – 20 iyul 2010, Bakı) — Azərbaycan fleytaçalanı, Azərbaycan Respublikasının xalq artisti (2008). Rəhim Babayev 19 oktyabr 1930-cu ildə Bakıda anadan olmuşdur. 1973-cü ildə Ə.İsgəndərovun sinfində Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1952-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestrinin, 1978-ci ildən həmçinin Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti olmuşdur. 1958–2010-cu illərdə pedaqoji fəaliyyət göstərmişdir. Rəhim Babayev 20 iyul 2010-cu ildə Bakıda vəfat etmişdir. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 17 sentyabr 2008 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 Babayev Rəhim Sadıq oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010.
Rəhim Cavadbəyli
Rəhim Cavadbəyli — Cənubi azərbaycanlı tədqiqatçı, milli mədəni fəal, siyasi məhbus. Rəhim Cavadbəyli 1976-cı ildə Təbrizdə anadan olub. Orta məktəbi Təbrizdə bitirib. Kiyev Dövlət Universitetinə daxil olaraq 2008-ci ildə beynəlxalq hüquq fakültəsini bitirib. 1991-ci ildən Azərbaycan Milli Hərəkatının tələblərini müdafiə etməyə başlayıb. Doktor Məhəmmədtağı Zehtabinin başçılığı altında təşkil edilən milli-mədəni tədbirlərdə iştirak edib. Onun təşəbbüsü ilə Babək qalasına ilk dəfə yürüş edənlərdən olub. 2001-ci ildə ən yaxın fikirdaşları ilə birlikdə "İlqar" Mədəni Cəmiyyətində fəaliyyətini davam etdirib. 2003-cü ilin sentyabrında təzyiqlər artdığından R.Cavadbəyli Güney Azərbaycanı tərk edərək Quzey Azərbaycana mühacirət etməyə məcbur olub. 2014-cü ildən Türkiyədə yaşayıb, fəaliyyət göstərib.
Rəhim Cəmilov
Rəhim Cəlil oğlu Cəmilov (1941, Zaqatala) — Azərbaycan dövlət xadimi, Azərbaycanın taxıl məhsulları naziri (1986–1991). Cəmilov Rəhim Cəlil oğlu 1941-ci ildə Azərbaycan SSR Zaqatala şəhərində anadan olmuşdur. 1960-cı ildə Zaqatala şəhər 1 nömrəli tam orta məktəbi bitirmişdir. 1960–1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda mühəndis ixtisasi üzrə ali təhsil almışdır. 1965–1967-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1967–1972-ci illərdə aspirant olmuş və namizədlik dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-ci ildə böyük elmi işçi vəzifəsinə irəli çəkilmişdir. 1974–1978-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Plan Komitəsinin Kənd təssərüfatı idarəetmə şöbəsinin rəis müavini, 1978–1980-ci illərdə Təbiətin mühafizəsi şöbəsinin rəisi olmuşdur. 1980–1983-cü illərdə Kommunist Partiyası Mərkəzi Komitəsinin Kənd təsərrüfatı şöbəsinin müdir müavini və müdiri, 1983–1986-cı illərdə Yeyinti sənayesi şöbəsinin müdiri işləmişdir. 1980 və 1985-ci illərdə Zəngilan seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.