Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Raqqa
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. == Tarixçə == 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Gəmi ranqı
Gəmi ranqı — döyüş gəmilərinin topların miqdarına, top göyərtəsinin, o cümlədən heyətin sayına görə təsnifat sistemidir. Təsnifat ilk dəfə İngiltərədə yaranmış və sonralar bir qədər düzəlişlərlə digər dəniz dövlətləri tərəfindən geniş istifadə olunmuşdur.
Matrisin ranqı
Matrisin ranqı— verilmiş matrisin sıfırdan fərqli minorlarının ən yüksək tərtiblisinin tərtibi. == Elementar çevrilmələr == Matrisin ranqını taparkən matrisin elementar çevirmələri adlanan aşağıdakı çevirmələrdən istifadə etmək olar: Matrisin 2 sətir və ya sütunun yerini dəyişmək; Matrisin 2 sətir və ya sütunu toplamaq və ya çıxmaq; Matrisin hər hansı bir sətir və ya sütunu ixtiyari ədədə vurub, digər sətir və ya sütunun üzərinə əlavə etmək; Bu zaman matrisin üzərində aşağıdakı əməlləri aparsaq matrisin ranqı dəyişməz. Bütün elementləri sıfır olan sətir və ya sütunları kənarlaşdırmaq (nəzərə almamaq) olar. Hər hansı sətir və ya sütun, başqa bir sətir və ya sütunun ixtiyari ədədə vurulmasından alınarsa onda bu sətir və ya sütunu kənarlaşdırmaq olar. Başqa sözlə, mütənasib sətir və ya sütunlardan kənarlaşdırmaq olar. == Matrisin ranqının tapılması == Matrisin ranqını tapmaq üçün bu matrisin sətir və ya sütunlarından düzəldilmiş minorunu yoxlamaq lazımdır. Əgər bunlardan birinin determinantı sıfırdan fərqlidirsə, onda matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əgər bu minorlardan hamısının determinantı sıfıra bərabər olarsa, onda bir vahid az olan minorlara keçirik. Əməliyyatı etdikdən sonra aldığımız minor sıfırdan fərqlidirsə, matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əks halda yenə bir vahid az olan minorlara keçirik.
Raqqa mühafəzəsi
Ər-Rəqqə mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 19.616 km², inzibati mərkəzi Ər-Rəqqə şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 0.903 milyon nəfərdir.
Raqqa əyaləti
Rakka əyaləti və ya Rakka bəylərbəyli — 1594-cü ildə III Murad dövründə qurulan Osmanlı imperiyası ərazisidir. Suriyanın 1516-cı ildə Yavuz Sultan Səlimin fəthindən sonra yaradılan vilayət Suriyanın şimal bölgələrini əhatə edən Hələb əyalətinə tabe idi. Rakka əyaləti 1594-cü ildə yaradılaraq mərkəzi Urfa olmaqla Hələb vilayətindən ayrılmışdı. Urfa, Ruha və ya Əl-Cəzirə adlandırıldı. Əyalət Türkiyənin Urfa, Suriyanın Rakka, Haseke və İraqın Ramadi bölgələrini əhatə edirdi. 9 bəylərbəylikdən ibarət olan əyalət, 1864-cü ildə yeni vilayət sisteminə keçildikdən sonra eyni torpaq əraziləri ilə Hələb vilayətinə qaytarılmışdır.
İsmayıl Haqqı
İsmayıl Hakkı (türk. İsmail Hakkı; 1883, İstanbul – 4 iyun 1923, Keşan[d], Ədirnə ili) — Türk hərbçisi və siyasətçisi. == Hərbi fəaliyyəti == 13 mart 1899-cu ildə hərbi məktəbə daxil olmuş və 10 yanvar 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. 1910–1911-ci illər arasında fransız ordusunda təlim keçdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 17 sentyabr 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra "İstiqlaliyyət medalı" ilə təltif edildi. 4 aprel 1923-cü ildə Keşan Jandarma Bölgəsinin müfəttişi olarkən vəfat etdi. == Mükafatları == "Osmaniyyə" ordeni Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == Həmçinin bax == İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi == Mənbə == T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 156.
Vicdan haqqı
Vicdan haqqı — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. == Məzmun == Qohumu İmranın (İlham Hüseynov) ardınca Rusiyaya işləməyə getmiş ədəbiyyat müəllimi Kamil (Elxan Yunis), orada başına gələn hadisələrdən sonra, Larisa (Çimnaz Sultanova) adlı bir rus qadınla evlənir. Kamilin Azərbaycanda da ailəsi var. Həyat yoldaşı Dilarə (Kəmalə Müzəffər), qızı Nərgiz (Ülviyyə Xəlilbəyli) və oğlu Fariz (Murad İsmayıl) onun yolunu gözləyir. Rusiyada yaşadığı 8 il müddət ərzində Larisa ilə nikahdan bir oğlu da olur. Kamil düşdüyü çətin vəziyyətdən yaxa qurtarandan və bütün maddi problemlərini həll etdikdən sonra Azərbaycana qayıdır. Çox keçmir ki, Larisa da öz oğlu ilə onun yanına gəlir. Bu hadisədən isə yalnız İmran, Minayə (Hicran Nəsirova) və Afaqın (Təzəgül Hidayət) xəbəri var. Lakin hadisələr elə cərəyan edir ki, Kamil bu xəbəri digər ailə üzvlərindən də çox gizlədə bilmir. == Serial haqqında == Serialın ilk mövsümü 5 fevral 2016 – 24 iyun 2016-cı il tarixlərini əhatə etmişdir.
Komissiya haqqı
Komissiya ödənişi (komissiya haqqı) — cəmiyyətdə iqtisadi münasibətlərin müxtəlif sahələrində istifadə olunan iqtisadi və hüquqi termin. Komissiyanı kommersiya əməliyyatında, əməliyyatda vasitəçi kimi işləmək üçün ödəniş adlandırmaq olar, adətən əməliyyat məbləğinin faizi kimi hesablanır. Həmçinin, bu termin müəyyən bank əməliyyatlarını həyata keçirərkən bank tərəfindən tutulan komissiya xidmətlərinin ödənilməsinə aid edilir. == Komissiya müqaviləsində komissiya haqqı == Ödənişlər çox vaxt gəlirin faizindən istifadə etməklə hesablanır ki, bu da firmalara işçilərin maraqlarını firmanın maraqları ilə uyğunlaşdırmağa çalışaraq əsas agent problemini həll etməyə imkan verir. Bununla belə, mənfəətə əsaslanan yanaşmalar və ya mükafata əsaslanan yanaşmalar kimi faizlərdən başqa modellər mümkündür. Komissiyalar satış işçilərinə yalnız saatlıq və ya satış cəhdlərinə görə deyil, satılan məhsul və ya xidmətlərə görə (qismən və ya tam) maaş almağa imkan verir. Komissiya sistemlərinin bir çox növləri olmasına baxmayaraq, ümumi xərclərin idarə edilməsi üçün ümumi metodologiya hədəf gəlir kimi tanınır. Hədəf qazancları satıcının əsas əmək haqqı və gözlənilən komissiyalardır (satıcının kvotaya cavab verdiyini nəzərə alaraq). Qazanc hədəfləri satıcılara şirkətin məqsədlərinə cavab verdikləri təqdirdə gözlənilən ümumi kompensasiyanı təxmin etməyə kömək edir. Əsas və agentin maraqlarını uzlaşdırmağın ən geniş yayılmış yollarından biri agentin fəaliyyətini izləyən stimulların işlənib hazırlanmasıdır.
Hafiz Haqqı Paşa
Hafiz Haqqı Paşa (24 aprel 1878, Ədirnə - 15 fevral 1915, Ərzurum) - Osmanlı ordusunda xidmət etmiş hərbçi. Hərb məktəbində Ənvər Paşa, Mahmud Kamil Paşa və Fəxrəddin Paşa ilə eyni sinifdə təhsil almışdır. Bu məktəbdə ilk sinifini ikinciliklə, 5 dekabr 1902-ci ildə son sinifini isə birinciliklə bitirmişdir. Sultan V Muradın nəvələrindən biri olan Behiyə Sultanla (Mehmed Səlahəddin Əfəndinin qızı) ailə həyatı qurmuşdur. 1912-ci ildə Balkan müharibələrində iştirak etmişdir. "Vicdani" təxəllüsü ilə qəzetlərdə müxtəlif məqalələrin müəllifi olmuşdur. "Şanlı Əsgər" adlı kitabın müəllifidir. 3-cü Ordunun tərkibində rus və erməni birləşmələrinə qarşı Sarıqamış döyüşündə iştirak etmişdir. Döyüş ərzində Ənvər Paşanın rəhbərliyi altında olan birliklərin qeyd olunan hədəflərə qısa müddət ərzində çatmasına baxmayaraq, Haqqı Paşanın rəhbərliyi altında olan birliklər əsas hədəflərinə çata bilmədi və nəticədə döyüş əməliyyatı türklər üçün uğursuz oldu. Bu məğlubiyyətdən sonra Ənvər Paşa 3-cü Ordunun idarəçiliyini Hafiz Haqqı Paşaya təhvil verərək İstanbula qayıtmışdır.
Minimal əmək haqqı
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. == Azərbaycanda minimum əməkhaqqı == Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Minimum əmək haqqı

Torpaq Haqqı (1986)
== Məzmun == Filmdə neft istehsalı prosesində yol verilən laqeydlik nəticəsində və baxımsızlıq ucbatından dünyanın min cür nemətlərini yetişdirməyə qadir olan Abşeron torpaqlarının yararsıq hala düşməsindən bəhs edilir. Film eyni zamanda torpağı sevməyi və onu qorumağı öyrədir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Sirus Zindadel (Sirus kimi) Operator: Azər Salayev Bəstəkar: Əli Babayev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Uzunçarşılı İsmayıl Haqqı
İsmail Haqqı Uzunçarşılı (23 avqust 1888, Əyyubsultan, İstanbul ili – 10 oktyabr 1977, İstanbul) — Türkiyə siyasətçisi və tarixçisi. == Həyatı == 1912-ci ildə Darülfünunun ədəbiyyat bölümünü bitirərək Kütahya edadisi tarix müəllimi təyin olundu. 1921-ci ildə getdiyi Ankarada, ulusal hökumətcə öncə Trabzon Litseyində, sonra Kastamonu edadisində görəvləndirildi. Müəllimliyi çeşidli məktəblərdə sürdürən Uzunçarşılı 1926-cı ildə ibtidai məktəb müdürü, 1927-ci ildə Balıkəsir millətvəkili oldu. Məclis çalışmalarının yanı sıra 1932–1938-ci illər arasında İstanbul Universitəti Ədəbiyyat Fakültəsi Tarix Bölümündə dərslər verdi; Türk Tarix Kurumunda görəv yaptı. 1950-ci ildə millətvəkilliyindən ayrılaraq yalnızca tarix çalışmalarına davam etdi. Kastamonuda çıxan "Açık Söz" qəzetində dərc olunan yazılarla adını duyurdu. İlk çalışmalarını Kastamonu tarixi, Balıkəsir tarixi, Kütahya şəhəri (1932) kimi yerəl tarix araşdırmalarına ayırdı. Daha sonra Anadolu bəyliklərini incələmə mövzusuna girişdiysə də, Osmanlı imperiyasının siyasi tarixinə və dövlət təşkilatına ilişkin kitablarıyla tanındı. 89 yaşında arxivdə çalışırkən hayata gözlərini yumdu.
İbrahim Haqqı Ağyol
İbrahim Haqqı Ağyol Cümhiriyyət dövrünün ilk coğrafiyaçılarındandır. == Həyatı == İlk təhsilini Silistrədə alan Akyol, 1990-cu ildə oranı yüksək qiymətlərlə bitirmişdir. Məktəbdəki uğuruna görə onu Qalatasaray Sultanisə qəbul ediblər. Həmin dövrdə xaricə tələbə göndərmək yarışmasının qalibi olub, Avropaya Lausanne universitetinə Maarif nəzarəti altında oxumağa yollanır. 3 il ərzində təbii və fiziki coğrafiya üzrə coğrafiya namizədi olur və İstanbulla əsgərliyə görə qayıdır. Müxtəlif universitetlərdə dərs deyn Ağyol 1916-ci ildə Maarif nəzarəti altında Almaniyaya göndərilir. Berlində Texniki Universitetində 3 il qalır. 1923-cü ildə Darüflün imtahanına qatılaraq qalib olaraq, Darüflünə qoşulur. Fiziki və təbii coğrafiya üzrə Türkiyədə bu sahədə ilk coğrafiyaçılardan biri olur. Onun 30 yaxın kitanı dərc olunub.
İbrahim Haqqı Paşa
İbrahim Haqqı Paşa (d. 1863 — ö. 29 iyul 1918) — V Mehmed Rəşadın səltənətində 1 il 8 ay 18 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Türk arxeoloqu Halet Çambelin babasıdır. == Həyatı == == Mənbə == Hasan Yüksek, 19.
İsmail Haqqı Durusu
İsmail Haqqı (Durusu) (1871, Zincidərə, Kayseri — 1940, İstanbul), Mustafa Kamal və köməkçilərini Samsuna gətirən Bandırma Gəmisinin kaptanı. == Həyatı == 1871-ci ildə Kayserinin Zincidərə diyarında anadan oldu. Atası da onun kimi gəmi kapitanı olan Hacı Əhməd Əfəndidir. O, 1891-ci ildə Leyli Dəniz Ticarəti Məktəbini bitirdi. 24 mart 1892-ci ildə praktikant kapitan olaraq Kayseri gəmisinə təyin edildi. 1892–1893-cü illər arasında, Bahri Cedit (1892), Əli Saib Paşa (1893) və Dolmabağça (1892) gəmilərində üçüncü kapitanlıq vəzifəsini yerinə yetirdi. 1897–1907-ci illər arasında, Şərəf (1897), Mədinə (1897), Məkkə (1899), Saloniki (1900), Kaplan (1900), Sakarya (1901), Bahri Cedir (1905), Sakarya (1907) və Kaplan (1907) gəmilərində ikinci kapitanlıq vəzifəsini yerinə yetirdi. 1 aprel 1915-ci ildə kapitan kimi təyin olunduğu Doğan Gəmisi fırtına nəticəsində Mərmərə dənizində batdı. Osmanlı Seyr-i Sefain İdarəsi tərəfindən vəzifədən kənarlaşdırılıb sorğuya cəlb olundu və prosesin sonunda laqeydliyi olmadığı üzə çıxarıldı və vəzifəsinə geri döndü, Ankara gəmisində ikinci kapitanlıq vəzifəsini icra etdi. 1 may 1919-cu ildə Bandırma Gəmisinin Kapitanı oldu.
İsmail Haqqı Uzunçarşılı
İsmail Haqqı Uzunçarşılı (23 avqust 1888, Əyyubsultan, İstanbul ili – 10 oktyabr 1977, İstanbul) — Türkiyə siyasətçisi və tarixçisi. == Həyatı == 1912-ci ildə Darülfünunun ədəbiyyat bölümünü bitirərək Kütahya edadisi tarix müəllimi təyin olundu. 1921-ci ildə getdiyi Ankarada, ulusal hökumətcə öncə Trabzon Litseyində, sonra Kastamonu edadisində görəvləndirildi. Müəllimliyi çeşidli məktəblərdə sürdürən Uzunçarşılı 1926-cı ildə ibtidai məktəb müdürü, 1927-ci ildə Balıkəsir millətvəkili oldu. Məclis çalışmalarının yanı sıra 1932–1938-ci illər arasında İstanbul Universitəti Ədəbiyyat Fakültəsi Tarix Bölümündə dərslər verdi; Türk Tarix Kurumunda görəv yaptı. 1950-ci ildə millətvəkilliyindən ayrılaraq yalnızca tarix çalışmalarına davam etdi. Kastamonuda çıxan "Açık Söz" qəzetində dərc olunan yazılarla adını duyurdu. İlk çalışmalarını Kastamonu tarixi, Balıkəsir tarixi, Kütahya şəhəri (1932) kimi yerəl tarix araşdırmalarına ayırdı. Daha sonra Anadolu bəyliklərini incələmə mövzusuna girişdiysə də, Osmanlı imperiyasının siyasi tarixinə və dövlət təşkilatına ilişkin kitablarıyla tanındı. 89 yaşında arxivdə çalışırkən hayata gözlərini yumdu.
İsmayıl Haqqı Baltacıoğlu
İsmayıl Haqqı Baltacıoğlu (türk. İsmail Hakkı Baltacıoğlu 28 fevral 1886, İstanbul – 1 aprel 1978, Ankara) — Türkiyə hüquqşünası, alimi, yazıçısı və dramaturqu. 1923–1927-ci illərdə İstanbul Universitetinin rektoru. 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Baltacıoğlu Təhsil İslahatı Hərəkatının Türkiyədəki ən məşhur nümayəndəsi olmuşdur. Pedaqoq, dramaturq kimi Cümhuriyet dönemi teatr tarixinin əhəmiyyətli nümayəndələrindən biridir. == Həyatı == İsmayıl Haqqı Baltacıoğlu 1886-cı ildə İstanbulda Mucurlu Baltacıoğlu İbrahim Edhem Efendi və Düzceli Hamdune xanımın ailəsində anadan olub. Uşaqlığını Cihangirdəki babası Əbdürrəhman Əfəndinin evində keçirib. İlk təhsilini Sirkeliməscit Mahallesinde "Şemsülmekatipte" almış, sonra Maşrıkı Füyüzat adlı xüsusi bir məktəbdə davam etdirmişdir. İbtidai təhsilini sonda Kışlaarkası İbtidai məktəbində tamamlamışdır. Orta təhsilini Fevziye Rüşdiyesi və Vefa Liseyində tamamlayıb (1903).
İsmayıl Haqqı bəy
İsmayıl Haqqı bəy (türk. Ismail Hakki bey; 1 yanvar 1865 – 30 dekabr 1927) — Osmanlı imperiyası dövrünün bəstəkarı və musiqiçisi. Ən məşhur mahnılarından biri "Fikrimin incə gülü" (türk. Fikrimin ince gülü) mahnısıdır.
Ərzurumlu İbrahim Haqqı
Ərzurumlu İbrahim Haqqı (18 may 1703, Ərzurum ili – 22 iyun 1780, Siirt) — türk sufi nümayəndəsi, sosioloq və alim. Marifətnamə əsərinin yazarıdır. == Həyatı == Kiçik yaşlarında atasını sonra isə anasını itirən İbrahim Haqqı bir müddət əmisinin yanında yaşamışdır və bu müddət ərzində təhsilinə davam etmişdir. 1747-ci ildə İstanbula gələrək sultan I Mahmud ilə görüşmüşdür. Sonra yenidən Ərzuruma qayıdan İbrahim Haqqı davamlı olaraq dini və elmi mövzularla maraqlanmışdır. İbrahim Haqqı 1780-ci il 22 iyunda ölmüşdür. Məzarı Siirt ilinin Tillo ilçəsində yerləşir. == Fəaliyyəti == Ümumilikdə on beş əsər yazan İbrahim Haqqının ən əsas əsərləri Divan və Marifətnamədir. Ərzurumlu İbrahim Haqqı astronomiya, fizika, psixologiya, sosiologiya və din sahələrində bir çox fəaliyyət göstərmişdir.
Sədat Haqqı Əldəm
Sədat Haqqı Əldəm (türk. Sedad Hakkı Eldem; 18 avqust 1908, İstanbul – 7 sentyabr 1988, İstanbul) — türk memar, akademik və yazıçısı. O, XX əsrin aparıcı türk memarlarından biridir. Osmanlı dövrü evləri, XVIII-XIX əsr saray və malikanələri, klassik Osmanlı memarlığına dair araşdırmaları ilə memarlıqda ənənəvi motivlərin təkrar istifadəsi istiqamətində öncül memarlardan biri olub. == Həyatı == Sədat Haqqı Əldəm 1908-ci ildə İstanbulda Osmanlı yüksək təbəqəsinə mənsub bir ailənin övladı olaraq dünyaya gəlib. Atası diplomat İsmayıl Haqqı bəy, anası Əzizə Qalip xanımdır. Ana tərəfdən ulu babası II Əbdülhəmidin dövründə Osmanlı dövlətində baş vəzir vəzifəsində çalışmış Osmanlı dövlət xadimi İbrahim Əthəm Paşadır. İbrahim Əthəm Paşanın oğullarından biri olan babası İsmayıl Qalip bəy Türkiyədə numizmatikanın banisi kimi tanınır. Onun böyük əmilərindən Osman Həmdi bəy türk muzeyşünaslığının banisi, Xəlil Əthəm bəy isə geologiya elminə verdiyi töhfələr ilə tanınır. Sədat Haqqı bəyin uşaqlığı, diplomat olan atasının vəzifəsinə görə Avropanın Cenevrə, Münxen, Sürix kimi şəhərlərində keçib.
Reqqi
Reqqi — Yamaykaya məxsus musiqi janrıdır. 1960-cı illərin sonlarında Yamaykada ska və rocksteady janrları əsasında təşəkkül tapmışdır. Lakin reqqi onlara nisbətən yavaşdır. Yamayka üslublu rok musiqisi də deyilir. Mənşəyi calypso, rock'n roll, hətta R&B-yə söykənir. Xüsusi bir növü olan "roots reqqi" rastafari hərəkatı ilə çox yaxındır. Sevgi, sülh, bərabərsizlik, yoxsulluq kimi mövzularda olur. 1970-ci illərdən sonra məşhurlaşmışdır. Əfsanəvi ifaçı Bob Marli reqqinin dünyada məşhurlaşmasına səbəb olmuşdur. Reqqi musiqi janrında basslar böyük əhəmiyyət daşıyır.
İbrahim Haqqı Ərzurumi
Ərzurumlu İbrahim Haqqı (18 may 1703, Ərzurum ili – 22 iyun 1780, Siirt) — türk sufi nümayəndəsi, sosioloq və alim. Marifətnamə əsərinin yazarıdır. == Həyatı == Kiçik yaşlarında atasını sonra isə anasını itirən İbrahim Haqqı bir müddət əmisinin yanında yaşamışdır və bu müddət ərzində təhsilinə davam etmişdir. 1747-ci ildə İstanbula gələrək sultan I Mahmud ilə görüşmüşdür. Sonra yenidən Ərzuruma qayıdan İbrahim Haqqı davamlı olaraq dini və elmi mövzularla maraqlanmışdır. İbrahim Haqqı 1780-ci il 22 iyunda ölmüşdür. Məzarı Siirt ilinin Tillo ilçəsində yerləşir. == Fəaliyyəti == Ümumilikdə on beş əsər yazan İbrahim Haqqının ən əsas əsərləri Divan və Marifətnamədir. Ərzurumlu İbrahim Haqqı astronomiya, fizika, psixologiya, sosiologiya və din sahələrində bir çox fəaliyyət göstərmişdir.
İsmayıl Haqqı (dəqiqləşdirmə)
İsmayıl Haqqı
İsmayıl Haqqı Oktay
İsmayıl Haqqı Paşa və ya İsmayıl Haqqı Oktay (29 oktyabr 1881, Afina, Yunanıstan Krallığı – 11 oktyabr 1977, İstanbul, Türkiyə) — son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu, Osmanlı hərbçisi, diplomatı və filatelisti. == Həyatı == === İlk illəri === 29 oktyabr 1881-ci ildə Afinada dünyaya gəldi. Atası o əsnada Osmanlı imperiyasının Afina səfiri olan Əhməd Tofiq Paşa, anası isə onun isveç əsilli xanım Elizabet Tschumidir. Cütlüyün 4 övladından ən böyüyü olan İsmayıl Haqqı bəyin ilk uşaqlıq illəri Afinada keçdi. Afinadakı yunan əsilli dayəsindən yunanca, atasının Berlin səfirliyi dövründə isə (1881-1895) təhsil aldığı məktəblərdə alman və fransız dillərini öyrəndi. Beləliklə, hələ 14 yaşında ikən 3 əcnəbi dil bilən intellektual bir gənc olmuşdu. Atası Əhməd Tofiq Paşanın 1895-ci ildə İstanbula çağırılaraq Xariciyyə Nəzarətinə təyin edilməsi ilə digər ailə üzvləri kimi İsmayıl Haqqı bəyin də həyatı tamamilə dəyişdi. İlk dəfə İstanbula gələn İsmayıl Haqqı bəy, kiçik qardaşı Əli Ülvi bəylə birlikdə xüsusi müəllimlərdən bir ilə yaxın türkcə, ərəbcə və farsca dərsləri aldı. Ardından 1896-cı ildə Qalatasaray litseyinə daxil oldu. Ardından hərbi məktəbə daxil olan İsmayıl Haqqı bəy burada Sultan Əbdülhəmidin yavərlik sinifinə seçildi və 4 il sonra məzun oldu.
Əmək haqqı fondu
Əmək haqqı fondu — bir müəssisənin işçilərinə ödəməli olduğu əmək haqqının toplamını ifadə edir. Bu fond, işçilərin əmək haqqı, bonuslar, sosial müavinətlər və digər əmək ödənişlərini əhatə edir. == Daxildir == Əmək haqqı fondunun tərkibinə aşağıdakılar daxildir: Əmək haqqı — işçilərin aylıq, həftəlik və ya saatlıq ödənişləri. Bonuslar — illik mükafatlar, hədəf bonusları və ya performansa əsaslanan mükafatlar. Sosial müavinətlər — sığorta, pensiya fondlarına ödəmələr və digər sosial təminatlarla bağlı xərclər. Vergilər — işçi əmək haqqından tutulmalı olan vergilər və işəgötürənin ödəməli olduğu sosial sığorta vergiləri. === Daxil olmayan === Əmək haqqı fonduna təqaüdlər, pensiyalar, xüsusi fondlardan birdəfəlik pul mükafatları, müavinətlər, gündəlik müavinətlər, sosial sığorta müavinətləri, xüsusi geyim xərcləri daxil edilmir. Əmək haqqı fondunun təhlili zamanı fondun planlı və faktiki həcmi müqayisə edilir, maya dəyəri və tənzimləyici yanaşmalardan istifadə edilir, indeks metodundan istifadə edilir. == Əmək haqqı fondunun idarə edilməsi == Planlaşdırma — müəssisələr, maliyyə imkanlarına uyğun olaraq əmək haqqı fondunu planlaşdırmalıdırlar. Təhlil — fondun istifadəsi və işçi məmnuniyyəti arasında balansın qorunması vacibdir.
Otello Qaggi
Otello Qaggi — İtalyan anarxo-sindikalist, mühacir. == Həyatı == 1896-cı il 6 mayda Arezzo şəhərində anadan olan Otello aktivist həyatına 1911-ci ildə Liviyanın işğalına qarşı çıxaraq başlamışdı. 1915-ci ildə 35-ci piyada diviziyasında əsgərliyə göndərilmiş, lakin fərarilik etdiyi üçün həbs olunmuşdu. 1917-ci ildə ordudan qovulmuşdu. 1921-ci ildə mədəndə işləyən fəhlə Aqostino Lonqinin ölümündən sonra başlayan anarxistlərin Kastelnuovo dei Sabioni üsyanında siyasi qətl törətməklə təqsirli bilinərək 30 il həbs cəzası və 165 italyan lirəsi cərimə almışdı. 6 iyun 1921-ci ildə həbsdən qaçmış, bir müddət San Marinoda gizlənmişdi. Ordan da qaçaraq gəmi ilə Odessaya gəlmişdi. Oradan da qızı Lilin ilə Bakıya gəlmişdi. Gəldikdən bir neçə ay sonra, 1922-ci ilin noyabrında Bakıda həbs edilmişdi, dekabr ayında Qafqazdakı SR təşkilatları ilə əlaqədə təqsirli bilinmişdir. 3 il həbs olunmuş və Çelyabinsk həbsxanasına göndərilmişdi.
Otello Qaqqi

Caqqi Vasudev
Caqqi Vasudev (ing. Jaggi Vasudev, hind. जग्गी वासुदेव, kann. ಜಗ್ಗಿ ವಾಸುದೇವ್), daha çox Sadhquru kimi tanınır (ing. Sadhguru; 3 sentyabr 1957) — hind yoqu və mistiki. Dünyada yoqa proqramlarını həyata keçirən İşa Fondunun təsisçisi. == Aydınlanma təcrübəsi == İyirmi beş yaşında, 23 sentyabr 1982-ci ildə Caqqi gələcək həyatını dəyişdirəcək dərin mənəvi təcrübə yaşadı. Sadhquru bir dəfə Maysordakı Çamundi təpələrinə necə getdiyini və gözləri açıq bir qayanın başında necə oturduğunu təsvir edir. Birdən bədəninin sərhədlərini hiss etməyi dayandırdı və onu əhatə edən hər şeylə birlik hiss etdi. Onun sözlərinə görə, o, harada olub-olmadığını ayırd edə bilməyib.
Araqlı
Araqlı (türk. Araklı) — Trabzon ilinin ilçəsi.
Daqqa
Daqqa— çəki ölçü vahidi. == Ümumi məlumat == Daqqa silindrə oxşayan təkqulplu dəmir qabdır. Məişətdə ondan başlıca olaraq dən ölçmək üçün istifadə edilmişdir. Ağzının kənarı və dibi çöldən ensiz dəmir köbə ilə haşiyələnmişdir. Ağzının diametri təxminən 22 sm, dərinliyi 21 sm olur. Daqqa 10 girvənkə (4 kq) arpa, 15 girvənkə (6 kq) buğda tutur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Alqı-satqı
Alqı-satqı müqaviləsi — satıcının məhsulu alıcının mülkiyyətinə verməyi, alıcının isə həmin məhsulu qəbul etməyi və onun müqabilində müəyyən pul məbləğini ödəməyi öhdəyə götürməsi. Müqavilədə satışın predmeti və həcmi, müddəti və yeri, malın keyfiyyətinin müəyyən edilməsi metodları, gələcəkdə satışın qiyməti və dəyəri, daşıma şərtləri, malın təhvil verilməsi və qəbul edilməsi qaydası, ödənişin şərtləri, zəmanətlər və sanksiyalar, arbitraj haqqında şərtlər, müqavilə bağlayan tərəflərin hüquqi ünvanları və imzaları göstərilir. Məzmunu ömürlük dəyişməyən alqı-satqı müqaviləsi yaşına və ya səhhətinin vəziyyətinə görə əmək qabiliyyəti olmayan şəxs ona mülkiyyət hüququnda məxsus olan daşınmaz əmlakı alıcıya verməsi, alıcının isə satıcının ömrünün sonuna qədər alış qiymətinin ödənilməsi kimi ona mənzil, qida verməyi, ona qulluq etməyi və kömək göstərməyi öhdəyə götürməsidir. Satıcının ömürlük saxlanması şərti ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə alıcı hətta daşınmaz əmlak təsadüfən məhv olduqda belə müqavilə üzrə öhdəliklərinə riayət etməyə borcludur. Satıcı sağ ikən alıcı tərəfindən həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi yolverilməzdir.
Alqı-satqı müqaviləsi

Rəqqə
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. == Tarixçə == 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Saqqız
Saqqız — udulmadan çeynəmək üçün nəzərdə tutulmuş yumşaq, yapışqan maddə. Müasir saqqız dadlandırıcılar, yumşaldıcılar/plastikləşdiricilər, aromatizatorlar, rəngləndiricilər və adətən sərt olan poliol örtüyündən ibarətdir. Onun elastik-plastik, yapışqan, çeynəmə xüsusiyyətlərinə kömək edən polimer, plastifikator və qatran komponentlərinin fiziki-kimyəvi xüsusiyyətlərinə görə onun teksturası kauçuku xatırladır. == Tarixi == Saqqız çeynəmə ənənəsi görünür ki, təkamül prosesi ilə zaman-zaman inkişaf etmişdir, çünki bu vərdişin izləri bir çox müxtəlif erkən sivilizasiyalarda müşahidə olunur. Saqqız müxtəlif formalarda Neolit dövründən bəri mövcuddur. Finlandiyanın Kierikki şəhərində ağcaqayın qabığının qatranından hazırlanmış, üzərində diş izləri olan 5 min illik saqqız tapılmışdır. Saqqızın hazırlandığı qatran belə hesab edilirdi ki, antiseptik xüsusiyyətlərə və digər müalicəvi faydalara malikdir. O, kimyəvi cəhətdən neft qatranına bənzəyir və bu baxımdan digər erkən saqqızlardan fərqlidir. Mayyalılar və asteklər saqqızın müsbət xüsusiyyətlərindən ilk dəfə istifadə etmişdilər. Onlar saqqız kimi bir maddə hazırlamaq üçün və gündəlik istifadədə əşyaları bir-birinə yapışdırmaq üçün əsas kimi təbii ağac saqqızından istifadə etdilər.
Sayqı
Hörmət və ya sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq. Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Bangi
Banqi (fr. Bangui, sanqo Kötä gbätä tî Bangî) — Mərkəzi Afrika Respublikasının paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 622 771 nəfərdir. Şəhərin əsası 1889-cu ildə fransız hərbi məntəqəsi kimi Ubangi-Şari koloniyasında qoyulmuş, daha sonra adı Kubangi-Şari olaraq dəyişdirilmiş və fransız Ekvatorial Qvineyasının bir hissəsinə çevrilmişdir. rəsmi adı tərcümədə "kandarlar" ("astanalar") mənasını verir.
Dağlı
Dağlı (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd Dağlı (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd; Dağlı bələdiyyəsinin mərkəzi. Dağlı (Türkiyə) — Türkiyədə kənd.
Haqvi
Haqvi (erm. Հագվի) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı Aqvi kimi də qeyd edilir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Haqvi bələdiyyəsi"ni (erm. Հագվի համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 402 nəfərdir.
Langi
Langi—Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Legor inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçıların ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəqqəti dayanacaq” mənasındadır. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləngi oyk., sadə. Qusar r-nunun Aşağı Legor i.ə.v.-də qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçılann ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəq¬qəti dayanacaq” mənasındadır.
Marqi
Marqi (lat. Leopardus wiedii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Qarğı
Qarğı (lat. Arundo) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Qayğı
Qayğı (film, 1943)
Çağrı
Davud Çagrı bəy Mikayıl bəy oğlu (989-1060) — Oğuz elinin Qınıq boyundan, Səlcuqlu sultanı. == Həyatı == Davud Çağrı bəy Mikayıl bəy oğlu 989-cu ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf edən Çağrı bəy 1060-cı ilin martında Səraxs şəhərində 70 yaşında ikən vəfat etdi. O, dünyasını dəyişərkən böyük oğlu Alp Arslan Xorasanda atasının yanında idi və onun yerinə ölkəni idarə edirdi. Çağrı bəyin digər oğlanları Qavurt bəy Kirmanda, Yakut bəy isə Azərbaycanda baş vali idilər. Çağrı bəyin digər arvadından olan oğlu Süleyman isə çox gənc olduğu üçün ona hər hansı bir vəzifə tapşırılmamışdı. Çağrı bəy vəfat edəndən sonra ölkəni idarə edən Sultan Toğrul bəy onun övladlarının hamısını öz vəzifələrində saxladı == Ailəsi == Oğulları Alp Arslan bəy Kavurd bəy Yaquti bəy Süleyman bəy == Yürüşləri == Urfalı Matvey (Matheos/Mattew) adlı bir erməni keşişi özünün salnaməsində Böyük Səlcuq İmperatorluğunun iki banisindən biri olan Çağrı bəyin (digəri onun qardaşı Toğrul bəydir) 1016-1021-ci illərdə Orta Asiyadan Anadoluya tərtib etdiyi hərbi səfəri qeyd edərkən deyirdi: "Həmin il bizim ölkəmizə yel kimi uçan atlarının üstündə, əllərində uzun nizələri, çiyinlərində oxları və yayları olan və qadın kimi uzun saçları olan cəngavər bir qövm (millət) gəldi. Aman ya Rəbb, onlar nə qədər qorxunc idilər". Həmin vaxta qədər heç türk döyüşçüsü ilə qarşılaşmamış erməni ordusunda, üstlərinə yağış kimi yağan oxların yatdığı dəhşət səbəbi ilə, başlayan panika ağır məğlubiyyətə səbəb olmuşdu. Bəli, erməni keşiş Matveyin dediyi bu "qorxunc" millət Çağrı bəyin oğuzları idi və 3000 nəfərlik oğuz süvarisi erməni Vaspurakan çarlığının ərazisini cəmi bir gün ərzində fəth etmişdilər.
Araqvi
Araqvi (qədim adı Araqva; gürc. არაგვი) — Gürcüstanın şərqindən axan, Kazbek, Duşeti və Msxeta bələdiyyələrinin ərazisindən keçən çay, Kürün sol qolu. Çayın uzunluğu 112 km-dir. Drenaj hövzəsinin sahəsi 2740 km²-dir. İllik su axınının həcmi isə 1,8 km³-dir. Çayın yatağı əsasən qumdaşı, şist və əhəngdaşıdır. Jinvali su anbarı və onun 130 MVt gücündəki su-elektrik stansiyası Gürcüstanın enerjisinin çox hissəsini istehsal edir. Su anbarı 1986-cı ildə tikilib. == Adı == Çayın qədim adı Araqvadır. Gürcü dilindən "sürətli", "təxminən" kimi tərcümə olunur.
Bağlı
Bağlı (Uludərə) — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. Hacı Bağlı (Sulduz) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd.