Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Senecio renardii
Senecio renardii (lat. Senecio renardii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Filipp Lenard
Filipp Lenard Eduard Anton (7 iyun 1862 - 20 may 1947) — Fizika üzrə Nobel mükafatı laureatı (1905) == Həyatı == Filipp Lenard Eduard Anton 1862-ci il iyunun 7-də Slovakiyanın Preysburq (indiki Bratislava) şəhərində anadan olmuşdur. Milliyyətcə slovak olan bu alman fiziki Hitler rejiminin qatı tərəfdarı olmuşdur. Katod şüalarının tədqiqinə görə 1905-ci ildə Nobel mükafatı laureatı adına layiq görülmüşdür. Filipp Lenard Eduard Anton 20 may 1947-ci ildə Almaniyanın Messelhauzen şəhərində vəfat etmişdir. == Əsərləri == Lenard, Philipp (1906). Über Kathodenstrahlen (On Cathode Rays) (in German). Lenard, Philipp. Über Aether und Materie (On Aether and Matter) (in German). Lenard, Philipp (1914). Probleme komplexer Moleküle (Problems of complex molecules) (in German).
Renald Makdonald
Renald Makdonald (ing. Ranald MacDonald; 3 fevral 1824 – 24 avqust 1894) – 1840-ci illərdə Yaponiyaya səyahət edən ABŞ macəraçısı. İngilis dilini Yaponiyada tədris edən ilk şəxs hesab olunur. "Yaponiya: Macəra hekayəsi" memuarının müəllifidir. 1824-cü ildə ABŞ-nin Oreqonda yerləşən Astoriya qəsrində doğulub. Atası "Hudson's Bay" şirkətində işləyən tacir, anası isə Çinuki qəbiləsi şefinin qızı olan Şahzadə Şahzadə Sandi idi. Britaniya Kolumbiyasındakı uşaqlıq illəri zamanı qəzaya uğramış 3 yapon dənizçinin Flatteri yarımadasında quruya çıxması haqqında eşitdiyi xəbərdən sonra Yaponiyaya maraq göstərməyə başlamışdır. 1839-cu ildə məktəbi bitirdikdən sonra Ontarionun Sent-Tomas şəhərində yerləşən bir bankda 2 il boyunca məmur işləmişdir. Makdonald bankda işlədikdən sonra növbəti beş il ərzində dənizçi kimi bütün dünyanı səyahət etmək fikrinə düşmüşdür. Həmin dövr ABŞ-də Uzaq Şərqə marağın yaranmağa başladığı dövr idi və Makdonald da Yaponiyaya səyahət etmək istəyirdi.
Renara Şəmsiyeva
Gepard
Hepard — pişik cinsinə mənsub məməli heyvan. = Ümumi = Hepardlar (çitalar) qərbi və cənubi Afrika savannalarında yaşayırlar. Bədənindəki xallar, gözündən ağzına və çənəsinə enən qara xətləri var və bu xətlər günəş işığın çəkər, beləcə digər yırtıcılardan fərqli olaraq günün istisində belə rahatlıqla ovlana bilərlər. Həmçinin şuranın xəzi onu otlar arasında kamuflyaj edir. Ən məşhur xüsusiyyəti sürətlə qaçmasıdır. Dünyanın ən sürətli qaçan məməlisidir. Aslanlar kimi sürü şəklində və gizlənərək ovlanmaq yerinə, yüksək sürət avantajı sayəsində ovlanan heyvandır. Sıfırdan 125 km/saat sürətə sadəcə 3.5 saniyəyə çatır.[mənbə göstərin] Hepard kimi sürətli ovçudan heç bir şikar qaçıb canını qurtara bilməzdi, əgər bir mənfi xüsusiyyəti olmasa idi: Hepardlar uzun müddət bu sürətlə qaça bilmirlər. Əgər 500 metrdən artıq qaçarsa bədən temperaturu 46 dərəcəyə qalxır və bu da hepardın beyninə zərər verə bilər. Hepard balalarının ölüm təhlükəsi 90%-dir.
Geqard
Geğard (erm. Գեղարդ, [geghárd], hərfi tərcümədə — "nizə"), həmçinin köhnə Əyrivəng (tərcümədə "mağara monastırı") adı da istifadə olunur) – Ermənistan Respublikasının Kotayk mərzi ərazisində yerləşən unikal memarlıq abidəsi və monastır kompleksidir. Monastır Qoğt çayının (Azat çayının sağ qolu) vadisində, paytaxt İrəvan şəhərindən təxminən 40 km cənub-şərqdə yerləşir. 2000-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına əlavə edilmişdir.. Dini tikilinin tam adı Geğardavəngdir (erm. Գեղարդավանք, [geghárdavánkh]), tərcümədə "nizə monastırı" mənasını verir. Monastır kompleksinin adı ehtimala görə Longin nizəsindən götürülüb; belə ki, məhz bu nizə ilə çarmıxa çəkilmiş İsa sancılmışdı. Deyilənə görə, Ermənistan ərazisinə həmin nizəni bir çox digər müqəddəs əmanətlər ilə birlikdə Həvari Faddey gətirmişdi. Nizə hal-hazırda Eçmiədzin kafedralının muzeyində saxlanılır. Monastırın ətrafındakı qayalıqlar, Qoğt çay dərəsinin tərkib hissəsi sayılır və monastır kompleksi kimi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib.
Hepard
Hepard — pişik cinsinə mənsub məməli heyvan. = Ümumi = Hepardlar (çitalar) qərbi və cənubi Afrika savannalarında yaşayırlar. Bədənindəki xallar, gözündən ağzına və çənəsinə enən qara xətləri var və bu xətlər günəş işığın çəkər, beləcə digər yırtıcılardan fərqli olaraq günün istisində belə rahatlıqla ovlana bilərlər. Həmçinin şuranın xəzi onu otlar arasında kamuflyaj edir. Ən məşhur xüsusiyyəti sürətlə qaçmasıdır. Dünyanın ən sürətli qaçan məməlisidir. Aslanlar kimi sürü şəklində və gizlənərək ovlanmaq yerinə, yüksək sürət avantajı sayəsində ovlanan heyvandır. Sıfırdan 125 km/saat sürətə sadəcə 3.5 saniyəyə çatır.[mənbə göstərin] Hepard kimi sürətli ovçudan heç bir şikar qaçıb canını qurtara bilməzdi, əgər bir mənfi xüsusiyyəti olmasa idi: Hepardlar uzun müddət bu sürətlə qaça bilmirlər. Əgər 500 metrdən artıq qaçarsa bədən temperaturu 46 dərəcəyə qalxır və bu da hepardın beyninə zərər verə bilər. Hepard balalarının ölüm təhlükəsi 90%-dir.
Leonard
Emeri Klerens Leonard (ing. Emery Clarence Leonard; [9 iyun 1892 – 1968[…]) — Amerika botanik-təsnifatçısı, американский ботаник-систематик, Akantkimilər bitki fəsiləsi üzrə mütəxəssis. == Elmi işləri == Leonard, E.C. The North American species of Scutellaria (неопр.) // Contributions from the United States National Herbarium. — 1927. — Т. 22, № 10. — С. 703—748. Leonard, E.C. The Acanthaceae of Colombia. — Washington, 1951—1958. == Leonardın şərəfinə adlandırılmış takson == Leonardia Urb., 1922 [= Thouinia Poit., 1804, nom.
Rekord
Rekord (lat. 'recordum «yadasalınan» ing. record) — hansısa sahədə ən böyük nailiyyət. Daha böyük nailiyyət əldə edən şəxs rekordsmen adlanır.
Renfri
Renfri (pol. Renfri) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Kreyden knyajnası. Sapkovskinin əsərində Renfri Kreyden knyazı Fredefalkın birinci evliliyindən olan qızı, Arideya adlı ikinci həyat yoldaşının ögey qızıdır. Arideya sehrli güzgü vasitəsiylə Renfrinin onun ölümünə səbəb olacağını öyrənir və bu haqqda sehrbazlara məlumat verir. Sehrbaz Streqobor isə belə qərara gəlir ki, knyajna mutantdır. O zaman qızı öldürməyə qərar verilsə də, Renfri xilas olur. Bundan sonra knyajna köçəri həyat yaşamağa başlayır, bir neçə il sonra isə yeddi cırtdandan təşkil edilmiş quldur dəstəsinə rəhbərlik edir. Bundan sonra Renfri “Sorokoputka” ləqəbi ilə tanınır və qəddarlığı ilə məşhurlaşır. On yeddi yaşı olarkən Renfri bütün Maxakamı qorxu altında saxlaya bilir. Blavikendə Rendri Geraltla qarşılaşır və bazar meydanında döyüş zamanı cadugər tərəfindən öldürülür.
Revari
Revari (hind. रेवाडी, ing. Rewari) — Hindistanın Xaryana ştatında yerləşən şəhərdir. Revari dairəsinin inzibati mərkəzidir. Şəhər təxminən Dehlidən 82 km cənub-qərbdə və Qurqaonadan 51 kilometr məsafədə yerləşmişdir. Şəhər dəniz səviyyəsindən 244 m yüksəklikdə yerləşmişdir. Şəhər vasitəsilə Racastxanda başlayan və Dehlidə Nacafqarx gölünə düşən quruyan Saxibi çayı axır. Revari şəhərinin iqlimi quraqlıq kimi səciyyələnir. Yanvarın orta minimum temperatur 6 °C təşkil edir. May və iyun aylarında orta maksimum temperatur — 41 °C təşkil edir.
Riçard
Riçard — kişi adı. I Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. II Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. III Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. Riçard Stolman — amerikalı azad proqram təminatı fəalı, haker və proqramçı. Riçard Dokinz — britaniyalı etoloq, ateist alim, təkamülçü bioloq və yazıçı Riçard Nikson — Riçard Conson — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 9-cu vitse-prezidenti. Riçard Stoun — ingilis iqtisadçı. 1984-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb Riçard Morninqstar — ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi (2009–2012). Riçard Meyer — ABŞ-lı memar.
Wedard
Wedard — 2002-ci ildə Sternenfrost (Andreas Schnell) tərəfindən Memmingen, Bavariyada qurulmuş alman depressive black metal qrupudur. Bütün alətləri Sternenfrost ifa edirdi lakin 2006-cı ildən bu yana barabanda Karmaggedon ləqəbli Matt Aldrich müşayiət etməkdədir. Mahnı sözləri əsas etibarilə depressiya, melanxoliya və təbiət üzərinədir. Mahnıları dinlərkən xüsusilə gitara riffləri və ardından gələn Sternenfrostun vokalı və qışqırıqları ilə musiqinin ağır tempinin müşayiəti altında depressiv bir atmosferə bürünüb özünüzü qaranlığın soyuğu və yanlızlığında tapa bilərsiniz.
Senari
Ssenari 1) improvizasiyaya əsaslanan pyesin teatrda qısa (dialoq və monoloqsuz) məzmunu, baletdə və operada tamaşanın süjet sxemi, librettosu. 2) Kino sənətinin və televiziyanın ifadə vasitələrinin köməyi ilə təcəssüm etdirilmək üçün nəzərdə tutulan ədəbi əsər. Maraqlı və diqqətçəkici olması mütləq olan ssenari mövzusunun əsas qaynaqları bunlardır: Müəllifin həyat təcrübələri Roman, hekayə, dram və ya qəzet xəbərləri Tarixi hadisələr Yaşadığımız cəmiyyət İctimai hadisələr və s.
Renaj
Renaj (fr. Renage) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38332. Kommunanın 2012-ci il üçün əhalisi 3647 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 229 ilə 464 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 25 km şimal-qərbdə yerləşir.
Filipp Leonard
Filipp Leonard (ing. Philip Leonard) - ABŞ kino rəssamı və aktyorudur.
Geqard monastırı
Geğard (erm. Գեղարդ, [geghárd], hərfi tərcümədə — "nizə"), həmçinin köhnə Əyrivəng (tərcümədə "mağara monastırı") adı da istifadə olunur) – Ermənistan Respublikasının Kotayk mərzi ərazisində yerləşən unikal memarlıq abidəsi və monastır kompleksidir. Monastır Qoğt çayının (Azat çayının sağ qolu) vadisində, paytaxt İrəvan şəhərindən təxminən 40 km cənub-şərqdə yerləşir. 2000-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına əlavə edilmişdir.. Dini tikilinin tam adı Geğardavəngdir (erm. Գեղարդավանք, [geghárdavánkh]), tərcümədə "nizə monastırı" mənasını verir. Monastır kompleksinin adı ehtimala görə Longin nizəsindən götürülüb; belə ki, məhz bu nizə ilə çarmıxa çəkilmiş İsa sancılmışdı. Deyilənə görə, Ermənistan ərazisinə həmin nizəni bir çox digər müqəddəs əmanətlər ilə birlikdə Həvari Faddey gətirmişdi. Nizə hal-hazırda Eçmiədzin kafedralının muzeyində saxlanılır. Monastırın ətrafındakı qayalıqlar, Qoğt çay dərəsinin tərkib hissəsi sayılır və monastır kompleksi kimi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib.
Gerard Merkator
Gerard Merkator və ya latınlaşdırılmış adıyla Gerarde Kremer (lat. Gerhardus Mercator, 5 mart 1512, Rupelmonde — 2 dekabr 1594, Duysburq) — Flamand kartoqrafı və coğrafiyaşünası. O, 1569-cu dünya xəritəsi ilə tanınıb, yeni bir proyeksiya ilə hazırlanmışdır ki, bu da sabit gövdəsi olan bir gəminin köklərini, yəni bu günün naviqasiya xəritələrində hələ də istifadə edilən bir düz xətti göstərir. Merkator, Hollandiya kartoqrafiya məktəbinin qurucularından biridir və məktəbin qızıl dövrünü yaşadığı 16 və 17-ci əsrlərdə ən əhəmiyyətli nümayəndəsi sayılır. O, dünyanın ən tanınmış coğrafiyaşünası idi, lakin ilahiyat, fəlsəfə, tarix, riyaziyyat və maqnetizmlə maraqlanırdı və eyni zamanda, dünya qlobusu və elm alətləri düzəldən usta bir oyma və xəttat idi. == Bioqrafiya == Gerard Merkator 5 mart 1512-ci ildə Rupelmonde şəhərində anadan olmuşdur (İndiki şimali Belçika, Flandriya). Doğulduğunda ona Gerarde Kremer adı verilmişdi. Merkator, Rupelmonde şəhərində məktəbə getmiş, burada oxuma, yazma, hesab və latın dilinin əsaslarını öyrənmişdir. Gerard Merkator 2 dekabr 1594 tarixində Duysburq şəhərində 82 yaşında vəfat etmişdir == Milliyəti == Merkatorun milliyəti mübahisəli bir məsələdir. 1868-ci ildə, 1569-cu ildə hazırlanan dünya xəritəsinin 300-cü ildönümü səbəbiylə edilən hazırlıqların bir hissəsi olaraq belçikalı Jan-Van Raemdonk, Flamand coğrafiyaşünası Merkatorun nəşr etdiyi bioqrafiyasında kökünün Rupelmondeyə əsaslanıran spekulyativ bir de-Kremer ailə ağacı da mövcud idi.
Hepard (cins)
Hepard (lat. Acinonyx) — pişiklər fəsiləsinə aid heyvan cinsi.
III Riçard
III Riçard (ing. Richard III of England) (2 oktyabr 1452 – 22 avqust 1485) — İngiltərə və İrlandiyanın York sülaləsindən olan son kralı. İngiltərədə orta əsrlər dövrünü sonlandıran Gül müharibəsinin həlledici döyüşü olan Bosvort döyüşündə məğlub oldu və öldürüldü. Uilyam Şekspirin "III Riçard" adlı tarixi pyesinin baş qəhrəmanıdır. Böyük qardaşı IV Eduardın 1483-cü ilin aprelində vəfatından sonra taxta onun 12 yaşlı oğlu V Eduard çıxarıldı və qardaşının vəsiyyətinə uyğun olaraq Riçard gənc kralın naibi elan olundu. Ancaq 22 iyun tarixinə planlanan tacqoyma mərasimindən bir neçə gün əvvəl yeni kralın valideynlərinin nigahı qanunsuz, övladları isə qeyri-məşru elan edildi və beləcə taxtdan əl çəkdirildilər. 25 iyunda toplanan lordlar palatasının verdiyi qərarla Qloster hersoqu olan Riçard kral elan edildi. 6 iyul 1483-cü ildə baş tutan tacqoyma mərasiminin ardından devrilən V Eduard və kiçik qardaşı York hersoqu Riçard London qalasına həbs olundu və onlardan bir daha heç bir məlumat alınmadı. Gənc şahzadələrin əmiləri tərəfindən öldürüldüyü iddia edilsədə, bu barədə nə bir dəlil, nə də cəsəd tapılmadı. Səltənəti illərində III Riçarda qarşı 2 böyük üsyan baş verdi.
II Riçard
II Riçard və Bordolu Riçard (ing. Richard II of England; ing. Richard of Bordeaux) (6 yanvar 1367, Bordo – təq. 14 fevral 1400) — İngiltərə kralı. Atası vəliəhd Eduard Vudstok 1376-cı ildə vəfat etdi və yeganə oğlu olan Riçardı atası III Eduardın varisi olaraq geridə qoydu. Bir il sonra babası III Eduardın ölümünün ardından 10 yaşlı Riçard İngiltərə kralı oldu. II Riçard səltənətinin ilk illərində real hakimiyyət əmiləri Gentli Con və Tomas Vudstokun təsiri altındakı məclisin əlində idi. Sonrakı illərdə isə İngiltərə Yüzillik müharibə və kəndli üsyanları kimi daha mühüm problemlərlə üzləşdi. Bununla birlikdə II Riçard atası və babasından fərqli olaraq sülh tərəfdarı idi. Üstəlik zadəganların hüquqlarını məhdudlaşdıraraq sarayda xüsusi mühafizə birliyi yaratdı.
I Riçard
Şirürəkli Riçard (ing. Richard the Lion Heart, fr. Richard Cœur de Lion; 8 sentyabr 1157 — 6 aprel 1199) — Plantagenetlər sülaləsindən ingilis kralı. == Həyatı == Dünya tarixində "Şirürəkli Riçard" kimi məşhur olan ingilis kralı II Henrinin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar.
Konisburqlu Riçard
Konisburqlu Riçard (ing. Richard of Conisburgh; təq. 1376 – 5 avqust 1415, Sauthempton, Hempşir qraflığı[d]) — 1. York hersoqu Edmond Lanqli və ilk xanımı Kastilyalı İzabellanın ikinci oğludur. İngiltərə kralı V Henriyə qarşı tərtiblənən sui-qəsddə adı hallanmış, bu səbəblə edam edilmişdir. 3. York hersoqu Yorklu Riçardın atası, IV Eduard və III Riçardın babasıdır. == Mənbə == Barker, Juliet (2006). Agincourt: The King, the Campaign, the Battle. London: Abacus.
Lennard Maloni
Lennard Maloni (8 oktyabr 1999-cu ildə anadan olub) — 2.Bundesliqa təmsilçilərindən olan Yunion Berlin klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Yunion Berlin === Maloni Yunion Berlin akademiyası vasitəsilə inkişaf etmişdir. Maloni öz peşəkar karyerasında debütünü 1 aprel 2018-ci ildə Qroyter Fürth klubuna qarşı oyunda etmişdir. O, 77-ci dəqiqədə Marsel Hartel ilə əvəz olunmuşdur. 2.Bundesliqa görüşündə Yunion Berlin rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Maloni yoxlama oyunlarında Almaniya gənclər yığmasının U-18 və U-19 komandalarına dəvət almışdır. 7 iyul 2018-ci ildə Maloni Amerika Birləşmiş Ştatlarında oynamaq istədiyini bildirmiş və Amerika U-20 millisinə dəvət almışdır. O, milli ilə Şimali Karolina və Tobakko Roud klublarına qarşı yoldaşlıq oyunlarında iştira etmişdir. == Şəxsi həyatı == Maloni Almaniyada anadan olmuşdur. Onun atası Amerika, anası isə Almaniya vətəndaşıdır.
Leonard Boyarski
Leonard Boyarski (ing. Leonard Boyarsky; XX əsr) — ABŞ geymdizayneri və rəssamı. O, daha çox "Interplay Entertainment" şirkətinin "Black Isle Studios" studiyasındakı işləri, xüsusilə də "Fallout" (1997) və "Fallout 2" (1998) videooyunlarının istehsalındakı rolu ilə tanınır. Boyarski həmçinin, "Troika Games" studiyasının həmtəsisçidir. O, burada "Arcanum: Of Steamworks and Magick Obscura" (2001) və "Vampire: The Masquerade – Bloodlines" (2004) kimi videooyunların istehsalında iştirak etmişdir. Leonard Boyarski eyni zamanda "Blizzard Entertainment" tərəfindən yayımlanan "Diablo III" (2012) videooyununda aparıcı dünya dizayneri kimi çalışmışdır. == Ludoqrafiya == == İstinadlar == == Xarici keçidlər == leonardboyarsky.com — Rəsmi saytı Leonard Boyarski — MobyGames saytında. (ing.) Leonard Boyarski — "No Mutants Allowed" saytında.
Leonard Eyler
Leonard Eyler (alm. Leonhard Euler; 15 aprel, 1707, Bazel, İsveçrə — 18 sentyabr, 1783, Sankt-Peterburq, Rusiya) — isveçrəli riyaziyyatçı və fizik və astronomdur; milliyətcə isveçrəlidir. Rusiyada və Almaniyada işləmişdir. Riyazi analiz, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, riyazi fizika, göy mexanikası və s. sahələrdə 800-dən artıq əsərin müəllifidir. Elmin inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir. XVIII əsrin ən əhəmiyyətli riyaziyyatçısı. == Həyatı == Eyler 15 aprel 1707-ci ildə İsveçrənin Bazel şəhərində Paul Eyler və Marqaret Brukerin ailəsində dünyaya gəlib. Az sonra Eylerlər Rien şəhərinə köçürlər. Müəllimi dövrün qabaqcıl avropalı riyaziyyatçılardan İohann Bernulli olub.
Hücum kənarı
Hücum kənarı - hər hansı bir aerofoilin qabaq tərəfdə, axıntı ilə birinci olaraq qarşılaşdığı uc hissə.