Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Epopeya
Epopeya — romanın bir növüdür. Epopeya qədim yunan dilində "epos" sözündəndir, hadisələrin daha geniş, ətraflı nağıl edilməsi deməkdir. Epopeya epik janrın ən mürəkkəb və geniş növüdür. Epopeya – [yun. poieo – yaradıram] 1)qədim poeziyada tədricən sintezləşərək dastan şəklində formalaşmış rəvayət, əfsa-nə, nəğmə silsiləsi ("İliada", "Odisseya" və s.); 2)ümumxalq və tarixi əhəmiyyətli problemlər qaldırılan, ictimai həyat prosesləri əhatəli əks etdirilən epik təhkiyənin ən iri, monumental forması. Epopeyada ümumxalq həyatı əsas yer tutur və demək olar ki, burda bütöv xalq həyatı təsvir olunur. Bu əsərdə əsas surətlər xalqı təmsil edir. Epopeyada yazıçı bütöv xalq hərəkatını, ümumi əhvali-ruhiyyəni əks edir. Epopeya kompozisiya cəhətdən mürəkkəb, süjet etibarilə çoxşaxəli olur. Məsələn: Lev Tolstoyun "Hərb və sülh" romanında 600-ə qədər surət iştirak edir.
Dəri corab (epopeya)
Kuperin bədii yaradıcılığında əsas yeri "Dəri corab" haqqında romanlar silsiləsi təşkil edir. Kuper, sanki ona görə dünyaya gəlmişdi ki, hindu mövzusunu böyük ədəbiyyata gətirsin. O, hinduların həyat və məişətini, inam və etiqadlarını diqqətlə öyrənmişdir. Onların folkloru Kuper üçün mənəvi qida mənbəyi olmuşdur. Hinduların şifahi xalq ədəbiyyatının təsiri məhz "Dəri corab" haqqında romanlar silsiləsində daha qabarıq nəzərə çarpır. Kuper Natti Bampoya həsr olunan epopeya üzərində qısa fasilələrlə on səkkiz il çalışmışdır. Silsiləsinə 1823-cü ildə "Pionerlər" romanı ilə başlamış və 1841-ci ildə "Vəhşi heyvan ovçusu" əsəri ilə tamamlamışdır. Maraqlıdır ki, Kuper həmin silsilədən olan əsərləri xronoloji ardıcıllıqla deyil, özünəməxsus bir prinsip əsasında yazmışdır. Belə ki, 1827-ci ildə qələmə aldığı "Preriya" (Geniş çöl) romanında Natti Bamponun ölümünü təsvir etmişdir. Lakin Kuper bu obrazdan ayrıla bilməmişdir.
Roman
Roman — yazılı ədəbiyyatın və epik növün ən irihəcmli janrı. XII-XIII əsrlərdə ispan, italyan, fransız dillərində yazılmış hər bir nəsr əsərinə roman deyilirdi. "Roman" sözü fransız, ispan, italyan və s. dillərinin daxil olduğu roman dil qrupunun adı ilə bağlıdır. Bu dillərdə təhkiyə üsulu ilə qələmə alınan hər hansı bədii əsər XII-XIII əsrlərdə roman adlandırılsa da, sonralar roman xüsusi janr kimi formalaşmışdır. Roman epik növün həcm etibarilə ən böyük janrdır. Romanda təsvir edilən hadisələr və surətlər povestlə müqayisədə xeyli çoxdur. Hekayə və povestdə yazıçı, adətən, qəhrəmanın həyatının müəyyən bir mərhələsini təsvir etdiyi halda, romanda yazıçı qəhrəmanı dinamik inkişafda göstərmək, bəzən onun bütün ömür yoluna nəzər salmaq imkanı qazanır. Silsilə təşkil edən iki hissəli roman dilogiya, silsilə təşkil edən üç hissəli roman trilogiya adlanır. Mehdi Hüseynin "Abşeron" və "Qara daşlar" romanları birlikdə dilogiya təşkil edir.
Cəmilə (roman)
Cəmilə — Orxan Kamalın yazdığı roman. Çox gənc yaşlarında həyat mübarizəsi ilə qarşılaşan Orxan Kamal ürəyində iz buraxan hər şeyi ədəbiyyata köçürüb. Yaşadıqları, şahidi olduqları, müşahidə etdikləri qələminin ucunda hekayəyə, romana, tamaşaya, şeirə çevrildi. O, həyatı çox sadə dildə təsvir etsə də, sanki ustad rəssamın fırçası ilə çəkirdi. Halbuki o, ağrı-acı, çarəsizlik və yoxsulluğu təsvir edərkən belə, misraları arasında həmişə yaşamaq sevinci, ümid var idi. "Cəmilə" Orxan Kamalın həyatından sətirləri aşıb-daşdıran bir romandır. Arxa planda 1934-cü ildə Adanada bir kasıb fəhlə məhəlləsi və işçilərin dolanışıq mübarizəsi izah edilir; Bosniyalı gözəl qız, fəhlə Cəmilə ilə ayda 24 lirə 95 kuruş cəza alan Katib Necatinin sevgi hekayəsi. Orxan Kamal öz qəhrəmanlarını və yaşadıqları mühiti özünəməxsus realizmi ilə təsvir edərkən, cəmiyyətin bütün yoxsulluğuna, düşmənçiliyinə, prinsipsizliyinə, duyarsızlığına qarşı insanları ayaqda tutan həmrəylik və dostluq bağlarının möhkəmliyini vurğulayır. Cemile — Orhan Kemal Cemile Cemile "Qanun Nəşriyyatı".
Damğa (roman)
Damğa — Rəşad Nuri Güntəkinin ilk dəfə 1924-cü ildə nəşr olunmuş romanı. Digər romanlardakı kimi bu əsərin də dili və anlatımı olduqca aydın və canlıdır. Əsər ilk sətirlərdən sonuncu cümləsinədək oxucusunu gərginlikdə saxlayır. Hadisələr, süjet xətti sanki muncuq kimi ardı-ardına düzülür... Romanı acı bir eşq macərası da adlandırmaq olardı, lakin yazıçı əsərini cəmiyyətdə çox tez-tez rast gəli­nən bir problemə – insana təsadüf və ya qeyri-təsadüf hadisə­dən sonra cəmiyyətin vurduğu «damğa»ya həsr edib... Əsərdə paşa oğlu İffət adlı gənc elə uşaqlıqdan olmazın çətinliklər, həbs, həbsdənsonrakı aclıq, səfalət, «damğa»lı və təhqir dolu həyat yaşayır. Amma, hətta ən yaxın adamlarının belə ona etibar etməməsi onu dürüst olmaqdan çəkindirə bilmir... Roman isə heç kimin gözləmədiyi sonluqla bitir... Əsər Əsgər Ağayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib Bakıda 1989-cu ildə Dodaqdan qəlbə romanı ilə birlikdə Azərnəşrdə 375 səhifədə, Bakı Kitab Klubu tərəfindən 2014-cü ildə 168 səhifədə və 100 tirajla çap edilmişdir. Bakı Kitab Klubu.
Diplomat (roman)
Diplomat romanı—(ing. The Diplomat) 1949-cu ildə Ceyms Oldric tərəfindən 1945–46-cı illərdə Cənubi Azərbaycanda baş vermiş müstəqillik hərəkatı haqqında yazılıb. Romanın baş qəhrəmanı həyatının böyük hissəsini Cənubi Azərbaycanda keçirmiş Mak-Qreqordur və bu obrazın protatipi Ceymc Oldricdir. Hadisələr Soyuq Müharibə dövründə cərəyan edir. Diplomat romanını 1949-cu ildə Britaniya əsilli Avstraliyalı yazıçı Ceymc Oldric yazıb. İlk nəşri 1949-cu ildə Britaniyada, nəşriyyatçı "The Bodley Head", 728 səhifədən ibarət bir şəkildə yayınlayıb. Roman Britaniyanın Mak-Qreqor və Britaniyalı diplomat Esseksin İranda, o cümlədən, Cənubi Azərbaycanda baş vermiş üsyan nəticəsində Rusiyaya səfər etməsi ilə başlayır. Mak-Qreqor ixtisasca geoloq olsa da, Rus, İran və Azərbaycan dillərini bildiyinə görə Essekslə birlikdə gedir. Onların fikrincə, Cənubi Azərbaycanın güclənməsində Rusiyanın böyük rolu var idi. Buna görə də, bu məsələni həll etmək üçün Esseks Kremldə Molotovla görüşür.
Dirilmə (roman)
Dirilmə (rus. Воскресение) — Lev Tolstoyun ilk dəfə 1899 – cu ildə nəşr edilmiş sonuncu romanı. Bu roman eyni zamanda Tolstoyun sağlığında nəşr edilmiş sonuncu böyük əsəridir. Əsər ilk dəfə Niva həftəlik jurnalında hissələr şəklində nəşr edilmişdir. Tolstoy bu əsərində insanlar tərəfindən hazırlanmış qanunların həmişə qüsurlu olduğunu və kilsə təşkilatlarının ikiüzlülüyünü çatdırmağa çalışmışdır. Bu əsərdə də, digər romanlarında olduğu kimi, yazıçını maraqlandıran əsas məsələ insan məsələsidir. Əgər "Hərb və Sülh" romanında Tolstoy "xalq fikrini", "Anna Karenina"da "ailə fikrini" əsas götürmüşdüsə, "Dirilmə"də onu cəmiyyət məsələsi düşündürür və öz qəhrəmanlarını cəmiyyət fonunda təsvir edir. Onun qəhrəmanlarının başına gələn fəlakətlər ilk növbədə onların yaşadıqları cəmiyyətlə, bürokratik dövlət sisteminin yaratmış olduğu həyatla bağlanılır. Əsərdə iki həyat sferası təsvir olunur: onlardan biri təbiət, digəri isə cəmiyyətdir. Təbiət insanın mahiyyətinə tam uyğun gələn sferadır: həm təbiəti, həm də insanları Allah yaratmışdır və onlar arasına heç bir ziddiyyət yoxdur.
Drakula (roman)
Drakula — İrlandiya yazıçısı Brem Stokerin əsəridir. Bu əsər ilk dəfə 1897-ci ilin may ayında çapdan çıxmışdır. Əsərin baş qəhrəmanı Qraf Drakuladır. Əsərdə Qraf Drakula öldükdən sonra dirilən bir varlıqdır. Lakin Conatan Harker adlı vəkil isə bundan xəbərsizdir. Conatan Drakulanın Londonda ev alması üçün Transilvaniyaya gəlir. Conatan Drakula ilə gün ərzində yalnız gecələr görüşə bilir. Conatanın işi qurtarsa da, Drakula onu qəsrdən getməyə imkan vermir. Qəsrin bütün qapılarının bağlı olduğunu görən Conatan artıq dustaq olduğunu başa düşür. Drakula Conatanı məcbur edir ki, o, hər ay evə məktub yazıb, yaxşı olduğunu və burada bir az qalacağını bildirsin.
Düyünlər (roman)
"Düyünlər" romanı – stalinizmin ədalətsiz represiyallarına məruz qalmış insan haqqında Süleyman Vəliyevin romanıdır. Roman stalinizmin ədalətsiz repressiyalarına məruz qalmış bir insanın qayıdışından sonra olan taleyini təsvir edir. Roman 1966-cı ildə Süleyman Vəliyev tərəfindən Bakı şəhərində qələmə alınmışdır. Əsər stalinizmin ifşasından cəmi 10 il sonra ortaya gəlmişdi. Bakı şəhərində Azərneşr nəşriyyatında 1970-ci ildə ayrı kitab ilə çap olunmuşdu. Bu mövzu ilə əlaqədar Azərbaycan ədəbiyyatında ciddi əsərlərdən biridir. Bu əsər haqsız olaraq məhv edilmiş minlərlə həmvətənlərimizin xatirəsinə qoyulan söz abidəsi idi. Əsərdə neft mexaniki Vasifə öz qohumu, xalaoğlusu Balaxan, şər atır və onun yazdığı məktub Vasifin taleyini sındırır. Çətinlikləri mərdliklə dəf edən Vasif adamlara inamını itirməmişdir. Lakin Vasifin doğma şəhər dönüşü ilə hər şey öz yoluna düşmür, qarşısında geniş yollar açılmır; o, I yenə də müxtəlif adamlarla qarşılaşır.
Dəyirman (roman)
Dəyirman (türk. Değirmen) məşhur Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin 1941-ci ildə satirik üslubda yazdığı qısa roman. Roman ilk dəfə 1944-cü ildə nəşr edilmişdir. Romanın bəhs etdiyi dövr 1914-cü ildir və hadisələr Osmanlı imperiyasının Sarıpınar adlanan məntəqəsində cərəyan edir. "Dəyirman" romanında uydurma bir zəlzələ hadisəsinin böyüyərək Osmanlı dövlətinin və hətta dünyanın gündəminə girən bir məsələ halına gəlməsi təsvir edilir. Sarıpınar adlanan bir bölgədə meydana gəldiyi düşünülən bir zəlzələdən sonra baş verən tragikomik hadisələr, baş verməmiş zəlzələnin zəlzələ olubmuş kimi ortaya çıxarılması cəhdi canlandırılmışdır. Anadoludakı yoxsul bir qəsəbə olan Sarıpınarın 1914-cü ildə rəhbər vəzifədə çalışanlar ruh dünyası canlandırılmış, səriştəsiz, intriqaçı dövlət məmuru tipləri yaradılmışdır. Romandan hasil olan qənaət budur ki, dövlət məmuru olmayan hadisələri sanki baş vermiş kimi göstərməməlidir və hər kəs öz vəzifə və məsuliyyətlərinə uyğun hərəkət etməlidir. Çünki ört-basdır edilən səhvlər daha böyük problemlərə səbəb olur. Xəlil Hilmi Efendi: Vilayətin valisi, mülayim xasiyyətli və nəzakətli bir adam Rəşid bəy: Vilayətin bələdiyyə başqanı, yardımsevər bir insan Arif bəy: Vilayətin həkimi, valinin ən yaxın dostu Ömər bəy: Vilayətin zənginləridən, səxavətli bir insan Xurşid: Valinin mühafizəçisi, saf niyyətli insan Həmid bəy : Vilayətin mutasarrıfı (qubernatoru) Rüfət : Bələdiyyənin baş katibi Kızanlıklı Naciyə: Şəhərdə düzənlənən əyləncələrdə oynayan rəqqasə "Dəyirman" romanı ilk dəfə 1944-cü ildə İstanbulda Semih Lütfi nəşriyyatında yayınlanmışdır.
Eden (roman)
Ədən — Polşa yazıçısı Stanislav Lem tərəfindən 1959-cu ildə yazılmış fantastik roman. Polyak dilindədir. Stanislav Lem digər romanlarında olduğu kimi texnoloji inkişaf, yenilik mövzusuna müraciət etmişdi. Amma digər romanlarından əsas fərqi siyasi baxışlara yol verilməsidir. Kosmosda hərəkət edən kosmik gəminin heyəti robot mühəndislərindən, kapitandan, kimyaçıdan və fizikdən ibarətdir. Gəmiləri naməlum planetə enməyə məcbur olur və onlar planeti öyrəməyə başlayırlar. Tərk edilmiş fabrik tapırlar və planetdə mədəniyyətin olub-olmamasını müzakirə edirlər. Kosmik gəmidə qəribə canlının tapılmasından sonra bu planet haqqında daha çox şey öyrənirlər.
Epistolyar roman
Epistolyar roman – [yun. epistole – məktub] ictimai xadimlərin və ya ayrı-ayrı şəxslərin mətbuatda dərc edilərək, ədəbiyyata və ictimai həyata daxil olmuş məktubları. Məktub formasında yazılmış elmi, ədəbi və publisist əsərlər də epistolyar ədəbiyyata aid edilir. Epistolyar – 1)məktub şəklində yazılmış; 2)bir yazıçının, mütəfəkkirin, şairin məktublar məcmusu. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Eşq (roman)
Eşq (türk. Aşk) — Elif Şafakın 2009-cu ildə işıq üzü görən romanıdır. Roman bu epiqrafla başlayır: "Ya Eşqin ortasındasan, mərkəzində; ya da xaricindəsən, həsrətində". Əsərin orijinalı ingilis dilindədir, türkcəyə tərcümə edən isə Kadir Yiğit Usdur. Qırx yaşlı Ella Rubinsteyn amerikalı evdar xanımdır. Tipik burjua dəyərlərinin hökmran olduğu zəngin bir ailəsi, qaydasında gedən və görüntü olaraq "problemsiz" görünən bir evliliyi var. Üç övladını böyütdükdən sonra nəşriyyatda redaktor köməkçisi olaraq işə başlayır. İlk işi isə A. Z. Zahara adlı tanınmayan bir yazarın sufizm fəlsəfəsi mövzusunda olan tarixi romanını dəyərləndirməkdir, lakin həyatının çox çətin bir mərhələsində əlinə aldığı bu kitab gözləmədiyi tərzdə Ellaya təsir edəcək və o, dünyavi eşqi kəşf etmək kimi çətin və təhlükəli səfərə çıxacaq. "Eşq" romanı kitab içində bir kitab, həyatın mənasını dərk etmək yolundakı eşq macərasıdır. "Eşq" Elif Şafakın axtarış, gerçəklik və kəşfetmə istiqamətində bir romanıdır.
Fiesta (roman)
Fiesta (ing. The Sun Also Rises; azərb. "Günəş doğur"; "Günəş də doğar"; Günəş bir də doğacaq; Günəş də qalxır‎) — Ernest Heminqueyin romanı. 1926-cı ildə yazılmış “Fiesta” Ernest Heminqueyin ilk əhəmiyyətli əsəri hesab olunur. 2009-cu ildə "Newsweek" jurnalı "Fiesta"nı bütün xalqların və bütün dövrlərin ən yaxşı 100 kitabı arasına daxil edib. Roman Fransa və İspaniyaya səfərləri sırasında müharibələrarası zaman kəsiyində “itirilmiş nəsil” adlanan bir neçə nəfərin tarixinə həsr olunub. Birinci Dünya Müharibəsindən sonra müharibədə aldığı yara səbəbindən cinsi iqtidardan məhrum olmuş amerikalı jurnalist Xake Barnes və müharibədə tibb bacısı olmuş Brett Aşley müharibələrarası zaman içində Parisdə yenidən görüşürlər. Onlar Şimali Amerika cəmiyyəti ilə əlaqə saxlayırlar. Romanın ilk, əsas hissəsindəki hadisələr bu cəmiyyətin ətrafında dövran edir. Oradan Xake, Brett və yoldaşları Con, Bill və Mayk balıq tutmaq və Sanfermin bayramında iştirak üçün İspaniyanın Pamplona şəhərinə yola düşürlər.
Fəlsəfi roman
Fəlsəfi roman — bir roman növüdür. Bu tip romanların əsas önəmli hissəsin də fəlsəfi suallara və müzakirələrə yer ayrılır.Bu mövzular da cəmiyyətin rolu və xüsusiyyətləri həyatın məqsədi, ənənələr, sənətin insan həyatındakı yeri və ya təcrübə ilə səbəblərin məlumatın inkişafındakı rolu ola bilər. Bu sualların müzakirəsi qondarma hadisələr çərçivəsində həyata keçirilir. Bu növün bir alt növü də "fikir romanları"dır, bu romanlar elm fantastika, utopiya və distopya qurğusu ilə bənzər mövzulara bölünə bilər.
Gertruda (roman)
Gertruda — Hermann Hesse tərəfindən yazılmış, 1910-cu ildə nəşr edilmiş roman. Peter Owen Publishers tərəfindən ingilis dilində nəşr edilmişdir. Kuhn adlı məşhur bəstəkarın xatirəsinə həsr edilmişdir. Gertrud hekayəsinin ilk hissəsində uşaqlıq və yetkinlik illərindən bəhs edir.Hekayənin qalan hissəsi Gertrud İmtor və opera müğənnisi Heinrich Muothun münasibətlərindən bəhs edir. Kuhn ilk görüşdə Gertrudla maraqlanır, lakin o, bəstəkarın bir neçə il əvvəl dostluq etdiyi Muotha aşiq olur və onunla evlənir.
Günahkar (roman)
Günahkar — Orxan Kamalın yazdığı və 1957-ci ildə nəşr olunan roman. Ədəbiyyatımızın ümid və nikbin qələmi olan Orxan Kamal kriminalda həyat oyunlarına qarşı xəyalları və xəyalları ilə sağ qalmağa çalışan balaca bir uşağın erkən və ağrılı macərasından bəhs edir. Orxan Kamalın məşhur "Küçələrin uşağı" romanının birinci cildi olan "Günahkar" həyatın və uşaqları küçələrə aparan ağrılı yolun hekayəsidir. Orxan Kamalın kitabları oxucunun həyatda rastlaşa biləcəyi nadir xəzinələrdəndir. Çox az yazıçı oxucusunu formalaşdırdığı qədər oxucu dünyasında iz qoyur. Orxan Kamal ümid və nikbinliyi bərpa etmək üçün bizə yol göstərir.
Haradasan? (roman)
Haray (roman)
Haray — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. Əsərin qəhrəmanı Kazım kişi qəzaya uğradığı gəmidə tənha qaldığı günlərdə ömrünün müxtəlif mərhələlərində rastlaşdığı yaxşı, pis adamları yada salır, təzadlı hadisələri xatırlayır. Beləliklə, Xəzər dənizi və Kür çayı gəmiçilərinin bir neçə nəslinin sevincli, fərəhli, həm də çətin, dolanmbac yollu həyat salnaməsi gözlərimiz qarşısında canlanır.
Kappa (roman)
Suda yaşayanlar ölkəsində və ya orijinal adı ilə Kappa (河童) – Rünoske Akutaqava tərəfindən 1927-ci ildə yazılmış novella. Əsər kappalar ölkəsinə düşdüyünü iddia edən və ordakı həyatını danışan psixiatrik pasientdən bəhs edir. Tənqidçilərin bir qismi bu əsəri Tayşo Yaponiyasının kəskin satirakası hesab etdiyi halda, bir qismi Akutaqavanın şəxsi əzablarını əks etdirdiyini düşünür. Adı verilməyən 23 nömrəli pasient kappalar ölkəsinə düşməsini və orda yaşadıqlarını nəql edir. O, Hotakadake dağlarında olarkən bir kappa ilə rastlaşır və onu təqib edərkən səhvən bir dəlikdən onların ölkəsinə düşüb huşunu itirir. Tezliklə o, kappalarla birlikdə yaşayaraq onların dilini və mədəniyyətini öyrənir, orada çoxlu dost qazanır. Lakin kappalarda bir çox şeyin insanlardan fərqləndiyini görür. Məsələn, kappa doğulmazdan qabaq ondan doğulub-doğulmamaq istədiyi barədə sual verilir. Və ya dişi kappalar erkək kappaların dalınca düşüb onları tutmağa çalışır. Pasient kappaların dünyasındakı bir çox şeydən şok olduğunu da danışır.
Kimyagər (roman)
Kimyagər (port. O Alquimista) — Braziliya yazıçısı Paulo Koelyonun romanı. Əsərdə Santyaqo adlı gəncin simasında insanın seçdiyi yol, heç bir çətinliyə baxmadan bu yolla getməyin yaranışın qayəsi olması əks olunub. Əsərdə, Şərq fəlsəfi fikrində qırmızı xətlə keçən “vəhdəti-vücud” dünyagörüşünün bədii təcəssümü kimi, insanın təbiətin bir parçası olduğu canlı boyalarla işlənilib. Heç nəyin təsadüf olmaması, hər hadisənin, sözün, uğur və uğursuzluğun bir əlamət olması romanın qayəsini təşkil edir. İnsan bu əlamətləri anlayarsa və Öz Yolunu davam etdirərsə kainatın ona məqsədinə çatmaqda yardım etməsi əminliyi İslam fəlsəfəsinin “nə baş verirsə, insanın xeyrinədir” tezisi ilə üst-üstə düşür. Ümumiyyətlə, inam və inadla həqiqətə çatmağın mümkünlüyünü ifadə edən “Kimyagər”də Şərq dünyagörüşü və həyata yanaşması işlənilib. Müəllif böyük həqiqətləri bədii və canlı obrazların içində verdiyindən, roman çox oxunaqlıdır: geniş oxucu auditoriyasına hesablanan bu kiçik həcmli əsəri qızıl axtarışına çıxan Santyaqonun başına gələn macəralar, misi qızıla çevirməyi bacaran kimyagərlərin böyük elmi haqda bilgi, fövqəlqüvvələrin insan həyatında oynadığı rolu görmək kimi də, böyük fəlsəfi fikirlərin ifadəsi, insanın təbiət hadisəsinə çevrilməsinə qədər mükəmməlləşməsi, əsl sevgi romanı və s. kimi də oxumaq olur. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır.
Kiçicik (roman)
Kiçicik - Orxan Kamalın yazdığı və 1960-cı ildə çap olunmuş romanıdır. Müəllif romanı elə həmin ildə yazıb. Yoxsulluğu və məhrumiyyəti ən yaxşı təsvir edən yazıçılardan biri olan Orxan Kamalın “Camaşırçı qızı” hekayələrində tükənməz arzularına baxmayaraq, ümidlərini tükənməz arzuları ilə yaşatmağa çalışaraq, reallığın amansız soyuqluğundan qorunmağa çalışan insanlardan danışır.
Kontakt (roman)
Коntakt — astronom Karl Saqan tərəfindən yazılmış elmi-fantastik roman. İlk dəfə 1985-ci ildə Simon & Schuster nəşriyyatı tərəfindən ingilis dilində nəşr edimişdir. Roman rejisor Robert Zemikis tərəfindən 1997-ci ildə ekranlaşdırılmışdır.
Koramal (roman)
Koramal — Rövşən Abdullaoğlunun 2022-ci ildə nəşr olunan 4-cü romanı. Kitabın təqdimat mərasimi Gəncədə baş tutub. İşıq üzü gördükdən cəmi bir neçə gün sonra artıq birinci nəşri tükənib. Bitməyən savaşlar, yuyulmuş beyinlər, insanlarla manipulyasiya edən imperialist qüvvələr, xəyanət, müəmmalı siyasi oyunlar, sirli qəhrəmanlar… – Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da. – Bəs, görəsən, xainlərin adı tarixə xain kimi düşməyəcək? Bu müharibədə yaşadığımız dəhşətlərdən gələcək nəsillərin xəbəri olmayacaq?.. Beşguşəli qızıl ulduzun parlaması uğrunda sevdiyi hər şeyi tərk etmək, silaha sarılıb yad diyarlara getmək asan deyildi, ancaq zaman iki cəbhə yoldaşına dönüşün daha çətin olduğunu göstərdi. Əfqanıstanda birgə vuruşduqları, uğrunda canlarını təhlükəyə atdıqları ermənilərlə öz vətənlərində, doğma Qarabağda alovlanan hərb meydanında üz-üzə gəldilər. Bu dəfə iki dost qarşısındakına duyduğu saxta nifrətdən deyil, arxada qoyduqlarına olan sonsuz sevgidən silaha sarıldı. Yaşatmaq və məhv etmək istəyi, heyvani instinktlər və ali dəyərlər, cəsarət və cinayət – qəhrəmanlar mürəkkəb mənəvi dilemmaların öhdəsindən necə gələcəklər?
Korlaşma (roman)
Korlaşma — Almaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman. "Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır. Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir. Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır. Roman 3 hissədən ibarətdir: Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.
Elodeya
Elodeya (lat. Elodea) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin suboyarkimilər fəsiləsinə aid bitki cinsi. Şimali və Cənubi Amerikada 10 növü var. Keçmiş SSRİ-də 2 növü - sıx elodeya və Kanada elodeyası (gətirilmiş bitkidir), o cümlədən Azərbaycanda bir növü bitir. Su hövzələrində kütləvi surətdə çoxaldıqda gəminin hərəkətini çətinləşdirir (buna görə elodeyaya "su taunu" deyirlər). Bitki hüceyrəsinin quruluşunu öyrənmək üçün elodeya qiymətli obyektdir. Akvariumlarda da yetişdirilir.
Exophya
Epidendrum (lat. Epidendrum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
İpomeya
İpomeya (lat. Ipomoea) — sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. ?*Otvari qrammofonçiçək (Ipomoea hederacaea Jacq.) ?*Sibir qramafonçiçəyi (Ipomoea sibirica (L.) Pers.) Ipomoea aristolochiaefolia Ipomoea sloteri Ipomoea × multifida İpomeya:The Plant List saytında takson barədə məlumat.
Poppya
Luffa (lat. Luffa) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.