Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Por-Royal
Por-Royal — Paris yaxınlığında qadın monastrı. XVII əsrdə yansenizmin, Fransada maarifçiliyinin mərkəzi olmuşdur. Paskal burada yaşamış və işləmişdir. Por-Royal məktəbində müxtəlif dərsliklər, o cümlədən kartezian rasionalizmi ruhunda yazılmış məntiq dərsliyi (müəllifləri Arno və Nikol) tərtib edilmişdir. Dərslikdə hökmlərin müfəssəl təsnifatı verilmiş,həmçinin sintetik və analitik metodların fərqi məsələsi nəzərdən keçirilmişdir. Yansenistlər mübarizədə yezuitlərin tərəfinə keçmiş XIV Lüdovikin əmri ilə monastır yandırılmışdır (1712). == Mənbə == Fəlsəfə Ensklopedik Lüğəti. 1997 ci-il. Səh.
Royal Bank
Royal bank – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə "Royalbank" ASC-nin lisenziyası ləğv edilmişdir. Eyni zamanda, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 13 iyul 2012-ci il tarixdən "Royalbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Həmçinin, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar bank barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank 16 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Mövcud qanunvericiliyə əsasən, həmin andan bankın öhdəliklərinin icrasına moratorium qüvvəyə minmişdir. 25 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin qərarı ilə banka ləğvedici təyin edilmişdir. Hal-hazırda bankda ləğvedici fəaliyyətə başlamışdır. Qeyd olunan qərar kütləvi informasiya vasitələrinə açıqlanmışdır. == Tarixçə == Bakının royal bankası – nın rəsmi adı "Royal Bank of Baku Açıq Səhmdar Cəmiyyəti" dir. Bank 1993-cü ilin avqust ayında "ÖZ BANK" adı altında səhmdar kommersiya bankı kimi yaradılmışdır. Bank öz fəaliyyətini 2 avqust 1993-cü il tarixindən Milli Bank tərəfindən verilmiş 158-saylı lisenziyaya əsasən fəaliyyət göstərir.
HMS Royal Sovereign (1786)
Əlahəzrətin gəmisi Royal Soveren — (ing. HMS Royal Sovereign — Her or His Majesty’s Ship Royal Sovereign) (1786) — üçdorlu, 100 döyüş topuna malik Böyük Britaniya Kral Donamasına məxsus sayca üçüncü I ranq xətt gəmisi. 1805 ci ildə Trafalqar döyüşündə iştirak etmişdir. Plimut kral tərsanəsində C. Uilyamsın layihəsi əsnasında 7 yanvar 1774 cü ildə əsası qoyulmuşdur. Tikintisinə ABŞ İstiqlal müharibəsi zamanında bir neçə dəfə fasilə verilsə də 11 sentyabr 1786 cı ildə suya salınmışdır. Gəmi 67,458 £ başa gəlmişdir. == Xidməti == Əsas xidmətini La Manş boğazında, bir neçə dəfə Aralıq dənizi yürüşlərində keçirmişdir. 1794 — admiral Hau donaması tərkibində Şanlı Bir İyun döyüşündə iştirak etmişdir. (14 ılü, 41 yaralı). 1795 — 16 iyunda Kornuollisin bayraqdarı olmuş.
Royal Bank of Baku
Royal bank – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə "Royalbank" ASC-nin lisenziyası ləğv edilmişdir. Eyni zamanda, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 13 iyul 2012-ci il tarixdən "Royalbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Həmçinin, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar bank barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank 16 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Mövcud qanunvericiliyə əsasən, həmin andan bankın öhdəliklərinin icrasına moratorium qüvvəyə minmişdir. 25 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin qərarı ilə banka ləğvedici təyin edilmişdir. Hal-hazırda bankda ləğvedici fəaliyyətə başlamışdır. Qeyd olunan qərar kütləvi informasiya vasitələrinə açıqlanmışdır. == Tarixçə == Bakının royal bankası – nın rəsmi adı "Royal Bank of Baku Açıq Səhmdar Cəmiyyəti" dir. Bank 1993-cü ilin avqust ayında "ÖZ BANK" adı altında səhmdar kommersiya bankı kimi yaradılmışdır. Bank öz fəaliyyətini 2 avqust 1993-cü il tarixindən Milli Bank tərəfindən verilmiş 158-saylı lisenziyaya əsasən fəaliyyət göstərir.
Royal Geografikal Sosayeti adası
Royal Geografikal Sosayeti adası (ing. Royal Geographical Society Islands) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Norveçli qütb tədqiqatçısı Roald Amundsen tərəfindən Kral Coğrafiya Cəmiyyətinin şərəfinə adlandırılmışdır. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Adalar Viktoriya boğazının sularında Viktoriya və Kral-Vilyam adaları arasında yerləşir. Cənub-qərbdə Cenni Lind adası yerləşir. Kanadanın coğrafi mərkəzindən məsafə 1015 km, ölkənin paytaxtı Ottavadan olan məsafə isə 2954 km-dir . Sahəsi 458,1 km²-dir. Ən hündür nöqtəsi 53 m-dir. Ümumdünya Təbiəti Mühafizə Fondu təsnifatına görə, Royal Geografikal Sosayeti, eləcə də qonşu Viktoriya və Kinq Uilyam adaları Şimali Amerikanın qütb tundrası ekoregionuna daxildir.
Philosophical Transactions of the Royal Society
Philosophical Transactions of the Royal Society Royal Society tərəfindən nəşr olunan elmi jurnaldır. Onun ilk nömrəsi 6 mart 1665-ci ildə nəşr olunmuşdur və o zaman cəmiyyətin katibinin şəxsi təşəbbüsü olmuşdur. Jurnal yalnız elmi məzmunlu ilk jurnal olmağı ilə bərabər, hələ də nəşr olunmaqda olan ən qədim elmi jurnaldır. 1752-ci ildə cəmiyyətin rəsmi nəşri olmuşdur.
Live at the Royal Albert Hall (Arctic Monkeys albomu)
"Live at the Royal Albert Hall" – ingilis rok qrupu Arctic Monkeys-in 7 iyun 2018-ci ildə Londonda yerləşən Royal Albert Hall-da etdiyi çıxışdan ibarət canlı albomu. Albom 4 dekabr 2020-ci ildə Domino Recording Company tərəfindən buraxıldı və bütün gəlirlər War Child xeyriyyə fonduna bağışlandı. == Mahnı siyahısı == Bütün mahnıların sözlərini Aleks Törner yazıb, musiqiləri Arctic Monkeys bəstələmişdir.
Clash Royale
Clash Royale — "Supercell" şirkəti tərəfindən yaradımış və nəşr edilmiş real zamanlı, pulsuz, çox oyunçulu videooyun. Oyun stolüstü kart oyunları, qala müdafiəsi və MOBA oyunlarından olan elementləri özündə birləşdirir. Oyun dünya miqyasında 2 mart 2016-cı ildə buraxılıb. "Clash Royale" oyun bazarında bir ildən az müddətdə 1 milyard dollar gəlir əldə edib. "Sensor Tower" şirkətinin məlumatına görə "Clash Royale" oyunun üç il ərzində qazandığı gəlir 2.5 milyard dollardır. Bu "Clash of Clans" oyunun ilk spin-off seriyasıdır. == Oynanış == Oyunda gümüş, qızıl, nəhəng, sehrli, epik, əfsanəvi kral sandığı, tac sandığı, turnir sandığı əfsanəvi sandıq var. Bu sandıqlar oyunun sonunda tapıla bilər və ya qiymətli daşlarla satın alına bilər. Bu sandıqlardan alacağınız kartlarla 8 kart destesi yaradaraq digər onlayn oyunçularla eyni vaxtda döyüşə biləcəyiniz bu oyunda maksimum 50 nəfərlik klanlar da var.Döyüş kuboklarını toplaya bilərsiniz. Oyunda 5 növ kart növü var: Ümumi, Nadir, Epik Əfsanəvi və Çempion.
Royality
Riyal
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Royan
Royan (fars. رويان‎) — İranın Mazandaran ostanının Nur şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,339 nəfər və 1,708 ailədən ibarət idi.
Roşal
Roşal — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir
Balaşzadə Röyal
Röyal Aslanov
Röyal Elzar oğlu Aslanov (17 may 2001; Abulbəyli, Tovuz rayonu — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Aslanov 2001-ci il mayın 17-də Tovuz rayonunun Abulbəyli kəndində anadan olub.2008-2013-cü illərdə N.Tusi adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. 2013-cü ildə ailəsi ilə birlikdə ölkə xaricinə köçüb. Orta təhsilini Rusiya Federasiyasının Tümen vilayətinin Nadım şəhəri, Panqodı qəsəbəsindəki 1 saylı məktəbdə davam etdirib. Röyal hələ üçüncü sinifdən güləş və boksla məşğul olub. Tümendə oxuyarkən də idmanla məşğul olmağa davam edib. Boks üzrə şəhər və vilayət yarışlarına qatılıb, fəxri yerlər tutub. 2017-cı ildə boks üzrə 16-17 yaşlı gənclər arasında ikinci yerə, 2018-ci ilin may ayında birinci yerə çıxıb. Subay idi. == Hərbi xidməti == Röyal Aslanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Röyal Balaşzadə
Röyal Balaşzadə (23 noyabr 2003; Anzov, Yardımlı rayonu – 17 sentyabr 2022; Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. == Həyatı == Balaşzadə Röyal Atduxan oğlu 23 noyabr 2003-cü ildə Yardımlı rayonunun Anzov kəndində anadan olmuşdur. Ailədə üç qardaşdan sonuncusu idi. 2004-cü ildə ailə yaşayış yerini dəyişib Bakıya köçür və 2010-cu ildə Röyal yaşadığı Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olur, 2019-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib, peşə məktəbinə daxil olur, 16 dekabr 2020-ci il tarixdə atası Balaşov Atduxan Tanrıverdi oğlunun qəfil miokart infarktından vəfat etməsi səbəbindən ailənin maddi ehtiyaclarını ödəmək üçün müxtəlif peşələrdə işləməyə başlayır. 2022-ci ilin yanvar çağırışı zamanı SHÇDX-nin Yardımlı rayonu şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidməti yerinə yetirmək üçün hərbi xidmətə çağrılır. Hərbi xidmətə böyük şövq və istəklə gedən Röyal Balaşzadə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində ilkin təlimləri aldıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) seçimlərinə daxil olur və xidmətini davam etdirmək üçün XTQ-nin "N" saylı hərbi hissəsinə göndərilir. 12/13 sentyabr 2022-ci ildən başlayan Ermənistan Silahlı Qüvvələrin törətdiyi təxribatların qarşısını alan dəstədə Balaşzadə Röyalda var idi, Röyal təlimlərdə fərqləndiyi kimi döyüş meydanında da öz cəsarəti, döyüş bacarığı ilə seçilirdi. Döyüş yoldaşları bildirir ki, biz Röyala heyran qalırdıq, çox yüksək bacarıqla döyüşürdü.14 sentyabr tarixində Kəlbəcər rayonu ərazisində döyüş tapşırığını yetirərkən odlu silahdan açılan güllə yarası nəticəsində şəhid olur. Ərazinin atəş altında olması və relyefin çətinliyi səbəbindən şəhidin nəşi yalnız 17 sentyabr 2022-ci il tarixdə "X" adlı rayon xəstəxanasında yaxınlarına təhvil verilir. Şəhidin cənazəsi ailəsinin yaşadığı Dədə Qorqud qəsəbəsinə gətirib, vida mərasimi keçirildikdən sonra atasının da dəfn olunduğu Xəzər rayonu, Binə-sovxoz qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunub.
Röyal Cəfərli
Röyal İkrəm oğlu Cəfərli (1 yanvar 1998; Beyləqan, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Cəfərli 1 yanvar 1998-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. 2004-2015-ci illərdə M. Mehdizadə adına Beyləqan şəhər 3 saylı tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Röyal Cəfərli 2016-cı ilin yanvarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2017-ci ilin iyulunda tərxis olunmuşdur. Röyal Cəfərli 2019-cu ilin mayından müddətdən artıq həqiqi hərbi xidmət edirdi. 2019-cu ilin 20 noyabr tarixində döyüş atışlı təlimdə göstərdiyi yüksək nailiyyətə, qarşıya qoyulan tapşırıqlarının yerinə yetirilməsində və nizam-intizamda fərqləndiyinə görə "N" saylı hərbi hissənin komandiri polkovnik Nemət Məmmədov tərəfindən fəxri fərmanla təltif edilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Röyal Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Röyal Cəfərov
Röyal Cəfərov (tam adı: Cəfərov Röyal Vaqif oğlu; 07.12.1991; Gəncə, Azərbaycan — 4 noyabr2020 ; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Röyal Cəfərov 1991-ci ildə Gəncədə anadan olub. Gəncə Nizami Aydın adına 18 nömrəli orta məktəbi bitirib. 2016 evlənmişdir. Ailəli idi. İki evladı var idi. == Hərbi xidməti == Gəncə Şəhidlər xiyabanı torpağa dəfn olunub.
Röyal Həsənov
Röyal Arzu oğlu Həsənov (2 yanvar 1992, Çobankənd, Gədəbəy rayonu – 3 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Həsənov 1992-ci il yanvarın 2-də Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgər olan Röyal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Röyal Həsənov oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. Gədəbəy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal Mədətov
Röyal Şahin oğlu Mədətov (14 may 1992; Qazax rayonu, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Mədətov 1992-ci il mayın 14-də Qazax rayonunun Hüseynbəyli kəndində anadan olub. 1998-2009-cu illərdə A. Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Röyal Mədətov 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb və yaralanıb. Azərbaycan Ordusunun kiçik giziri olan Röyal Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Röyal Mədətov oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Hüseynbəyli kəndində dəfn olunub.
Röyal Məmmədov
Röyal Misil oğlu Məmmədov (12 noyabr 1990; Kürdəmic, Şamaxı, Azərbaycan — 24 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Məmmədov 12 noyabr 1990-cı ildə Şamaxı rayonunun Kürdəmic kəndində anadan olub. 1997-ci ildə Şirvan şəhər 13 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2006-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib. Təhsilini Şirvan Peşə Liseyində davam etdirib, 2009-cu ildə Peşə Liseyini Radioteleviziya aparatlarının (videotexnikanın) təmiri və xidməti üzrə mexanik ixtisası ilə bitirib. 2009-cu ilin martın 30-da anası uzun sürən xəstəlikdən vəfat edib. 2009-2010-cu illərdə hərbi xidmətdə olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Röyal Məmmədov Füzuli, Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 24 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Şirvan Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal Nəsirov
Röyal İmran oğlu Nəsirov (d. 16 mart 1997; Cəlilabad, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Röyal Nəsirov 1997-ci ilin 16 mart günündə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Röyal Nəsirov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Röyal Nəsirov doğulduğu Cəlilabad rayonunun Məlikqasımlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Nəsirov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Röyal Qaçayev
Röyal Fərman oğlu Qaçayev (5 yanvar 2002; Sündü, Qobustan rayonu, Azərbaycan — 14 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Qaçayev 5 yanvar 2002-ci ildə Qobustan rayonunda dünyaya gəlib. 2020-ci ildə orta məktəbi bitirib və həmin il hərbi xidmətə çağırılıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Röyal Qaçayev Suqovuşan döyüslərində savaşıb. 14 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Qobustanda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Qaçayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Qaçayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Röyal Qaçayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Röyal Quliyev
Röyal İlham oğlu Quliyev — Dövlət Sərhəd Xidmətinin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Röyal Quliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Quliyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Quliyev "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal Qurbanov
Röyal Ziyad oğlu Qurbanov (d. 21 avqust 2001; Beşdam, Siyəzən – 5 oktyabr 2020; Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Röyal Qurbanov 21 avqust 2001-ci ildə Siyəzən rayonunun Beşdam kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == 2019-cu il oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Xüsusi təyinatlı dəstənin kəşfiyyat bölüyündə xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində Suqovuşanın azad edilməsində şücaət göstərmiş, oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Qurbanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Qurbanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal Tağıyev
Röyal Tağı oğlu Tağıyev (13 may 1995, Qubalıbalaoğlan, Hacıqabul rayonu – 6 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Tağıyev 13 may 1995-ci ildə Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində anadan olub. == Hərbi xidməti == Röyal Tağıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Röyal Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayılın azad edilməsi zamanı vuruşaraq həlak olmuşdur. Röyal Tağıyev Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Tağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Röyal Tağıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal Xasıyev
Röyal Abuzər oğlu Xasıyev (19 aprel 1993; Şəki rayonu, Azərbaycan — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Xasıyev 1993-cü il aprelin 19-də Şəki rayonunun İkinci Biləcik kəndində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Röyal Xasıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Röyal Xasıyev oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun İkinci Biləcik kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Xasıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Xasıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Xasıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal İbrahimov
Röyal İbrahimov (tam adı: Röyal Qulam oğlu İbrahimov; 19 fevral 2002; Lənkəran, Azərbaycan — 2 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri , İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal İbrahimov 19 fevral 2002-ci il Lənkəran şəhəri,Vel kəndində anadan olmuşdur. == Hərbi xidməti == Röyal İbrahimov 14.07.2020-ci ildə həqiqi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Röyal İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Röyal İbrahimov noyabrın 2-də şəhidlik zirvəsinə yüksəlmişdir. Röyal İbrahimov noyabrın 6-ı Lənkəran şəhəri,Vel kəndində dəfn olnmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi .
Röyal Ələkbərov
Röyal Ələkbərov (tam adı: Röyal Fərmail oğlu Ələkbərov, 23 iyun 1994; Qıvraq, Kəngərli, Naxçıvan MR – 16 oktyabr, 2020; Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Ələkbərov 23 iyun 1994-cü ildə Naxçıvan MR-nın Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 2000-2008-ci illərdə kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == 2008-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə liseyi bitirərək Bakı şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2015-ci ildə leytenant rütbəsi alaraq məzun olur və Daşkəsəndə yerləşən “N” saylı Hərbi Hissənin taqım komandiri vəzifəsində xidmətə başlayır və 2018-ci ilədək Murovdağ yüksəkliyində xidmətini davam etdirir. 2018-ci ildə baş leytenant rütbəsi alır. 2018-2020-ci illərdə Gəncədə “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət edir.Röyal Ələkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərmiş, 16 oktyabr, 2020-ci ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şəhid Röyal Ələkbərov İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Ələkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Royan (Fransa)
Ruayan - Fransanın cənub qərbində bələdiyyə (kommün).
Royan (İran)
Royan (fars. رويان‎) — İranın Mazandaran ostanının Nur şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,339 nəfər və 1,708 ailədən ibarət idi.
Röya
Röya ya da yuxugörmə — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
Ağyal
Ağyal — Gədəbəy rayonu ərazisində dağ; Ağyal — Qazax rayonu ərazisində dağ; Ağyal — Tovuz rayonu ərazisində dağ; Ağyal — Zəngilan rayonu ərazisində dağ.