Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sülalə
Xanədan və ya sülalə — Monarxiya quruluşlu dövlətlərdə irs əsasında nəsil hakimiyyəti silsiləsi.
Baqrationi sülalə
Baqrationlar və ya Baqrationilər (gürc. ბაგრატიონები) — Gürcüstanın qədim kral nəsli; Gürcüstanın bir çox, Rusiyanın isə bir neçə nəfər görkəmli dövlət və hərbi xadimi bu nəsildən çıxmışdı. Gürcü tarixi mənbələrində Baqrationilərin xronologiyası VI əsrdən hesablanır. Bəzi mənbələrə görə Avropada ən qədim kral nəslidir. == Milli mənşəyi == Qədim erməni mənbələrinə görə Baqrationilər Hay nəslindəndirlər, qədim gürcü mənbələrində isə Baqrationilər Farnavaz nəslinin davamçıları hesab edilir. Həmçinin, erməni mənbələri ənənəvi olaraq Baqrationilərin soykökünü İran şahı I Artakserksin dövründə — b.e.ə. V əsrdə, Ermənistan satrapı olmuş yəhudi əsir Şambata (Sumbata) bağlayırlar. Amma daha sonrakı erməni-gürcü mənbələrində bir qayda olaraq Baqrationilər Davud peyğəmbərin (Davud padşahın) törəmələləri hesab edilir. == İlkin Baqrationilər == == Orta əsrlərdə == XI–XII əsrlərdə Gürcüstan Baqrationilərin hakimiyyəti altında xeyli gücləndi. Kral IV David (Qurucu David) (1089–1125) Gürcüstanı müstəqilliyini bərpa etdi və bütün gürcü torpaqlarını öz hakimiyyəti altında birləşdirdi.
Qacarlar (sülalə)
Qacarlar sülaləsi (az-əbcəd. قاجارلار‎ və ya قَجَرلَر, fars. سلسله قاجاریه‎) — Azərbaycan və indiki İran ərazisində XVIII əsrin sonu — XX əsrin 20-ci illərinə qədər hakimiyyətdə olmuş azərbaycanlı- türk mənşəli sülalə. Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi) olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğlular sülaləsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Tarixçi Ələskər Şəmim yazır: "Səfəviyyə dövründə yazılan tarixdən belə görünür ki, Səfəviyyə şahlarının anaları Qacar elindən olublar. Bu el Araz çayının sahillərində yaşayıb.
Sünik (sülalə)
Sünik, Süni, Syuni, Sisakan sülaləsi (erm. Սյունի, Սիսակյաններ) – antik və orta əsrlər dövründə Sünik vilayətində hakimiyyət sürmüş alban sülalə. Qafqaz Albaniyası tarixinin ən güclü sülalələrindən biri kimi dəyərləndirilən Sünik sülaləsi eyni zamanda. Sünik sülaləsi Ermənistanın hökmdar sülalələri ilə qohumluq əlaqələrinə malik olmuşdur. Sünik sülaləsi nümayəndələrinin inşa etdirdiyi bir çox dəyərli tarixi-memarlıq abidələri dövrümüzə çatmışdır. Əfsanəvi şəcərə cədvəlinə görə Sünik sülaləsi Yafətin nəslindən gələn və erməni xalqının "əfsanəvi ilk hökmdarı sayılan" Haykın nəslindən (Hayk – Aramanyak – Aramais – Amasiya – Qeqam – Sisak) gəlmişdir. Moisey Xorenli bu sülalənin hakimiyyətə gəlməsini erməni hömdarı Valarşakın adı ilə bağlayır: "Erməni dilinin Şərqdəki son sərhəddlərinə isə yerli sülalələrdən Sisakanlar və Kadmeanlar hakim təyin edildilər." VIII əsr müəllifi Stefan Sünikli qeyd edir ki, "Sünikdə və Artsakda Sünik və Artsak dillərində danışmışlar." R. A. Açaryan belə hesab edir ki, ermənilərin formalaşmasında urartululardan başqa öz qədim dili və yazısı olan 18 xalq yaxından iştirak etmişdir. Stefan Sünikli və digər müəlliflərin məlumatlarına əsaslanan R. A. Açaryan VIII əsrə qədər həmin dillərdən yeddisinin yaşadığını və Sünik dilinin də həmin dillərdən biri olduğunu qeyd edir. Н. N. Adonts isə qeyd edir ki, Sünik həm mülki, həm də kilsə baxımından Ermənistandan az asılı olmuşdur və bu həmin ərazinin etnik fərqliliyi ilə bağlı idi. O, qeyd edir ki, "Ermənistanın alban ucqarı olan Sünik əhalisinə görə Ermənistanın digər ərazilərindən fərqlənirdi.
Tan (sülalə)
Tan sülaləsi (Çincə: 唐朝; Pinyin: Tángcháo) - Çində (618-918)-ci illər arasında iqtidarda olmuş xanədan. VII əsrin əvvəllərində Çində hakimiyyət 300 il hökmranlıq etmiş Tan sülaləsinin (618-918) əlinə keçdi. Bütün hakimiyyət imperatorun əlində cəmləşmişdi. Onu «Səma oğlu» adlandırırdılar. Ölkənin təsərrüfatı bərpa və inkişaf etdirildi, cənub əyalətlərində şəkər qamışı və çay kolları sahələrindən ildə iki dəfə məhsul götürülürdü. Tan sülaləsinin işğalçılıq siyasəti nəticəsində Koreya və Vyetnam Çinə tabe edildi. Çin ordusu Böyük ipək yolunun ölkədən Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarət edirdi. Lakin 751-ci ildə xilafət qoşunları Çin ordusunu məğlub etdikdən sonra bu nəzarət Çinin əlindən çıxdı. Buna baxmayaraq, Çin bu yol vasitəsilə İran, Mərkəzi Asiya, Bizansla ticarət əlaqəsini genişləndirirdi. Çin Ərəb və İran tacirlərinin məskənləri olan Hind okeanının sahillərində ticarət aparırdı.
Xan (sülalə)
Han sülaləsi (çin. ənən. 漢朝, sadə. 汉朝, pinyin: Hàn cháo, hərfi mənası: "Han çao"; E.ə. 206—220) – Çin xanədanı. Tsin imperiyası Çin tarixində ilk xalq üsyanı nəticəsində süquta uğradı. Tsin Şixuanın ölümündən sonra yenə də qarışıqlıq dövrləri başladı. E.ə. 206-cı ildə keçmiş kəndxuda Lü Banın başçılığı altında qiyamçı dəstələr Tsin ordusunu asanlıqla darmadağın etdi və paytaxtı aldı. Bu Çudan olan Lyu Bana özünü Han hökmdarı elan etməyə imkan verdi, belə ki, Tsinin paytaxtı keçmiş Han hökmdarlığı ərazisində yerləşirdi.
Altıncı sülalə (Misir)
VI sülalə— Qədim Misirdə Qədim Padşahlıq dövrünə aid sülalə.Təxminən e.ə 2347–2216-cı illədə hakimiyyətdə olmuşlar.Bir çox tarixçilər VI sülalənin Qədim Padşahlıq(Çarlıq) dönəminin sonuncu sülaləsi olaraq qəbul edirlər.Lakin The Oxford History of Ancient Egypt VII və VII sülalələridə bu dövrə aid edir. == Ümumi məlumat == === Sülalənin ilk üzvü Teti === Sülalənin ilk üzvü Teti V sülalə hökmdarı Unisin qızı Iputla evlənmişdi.Manefonun fikrinə görə Teti öz muhafizəçiləri tərəfindən öldürülmüşdü. === I Pepi === Tetinin oğlu I Pepi Sinay yarımadası və Nubiya yürüşləri ilə tanınmışdır.Dövrümüzə çatmış yazılı məlumatlara görə I Pepiyə qarşı sui-qəsd təşkil olunsada uğurlu olmayıb.I Pepi və oğlu II Pepi Qədim Misirin ən qüdrətli fironlarından olmuşdur. == Fironlar == Manefona görə xanədanlıq 203 il hakimiyyətdə olmuşdur. Turin siyahısına görə bu müddət 181 il təşkil edir. Altıncı xanədanın məlum fironları aşağıdakı cədvəldə verilmişdir.
Beşinci sülalə (Misir)
V sülalə — Qədim Misirdə Qədim Çarlıq dövrünə aid sülalə. Təxminən e.ə 2504–2347 illərdə hakimiyyətdə olmuşdur. == Ümumi məlumat == Bu sülalənin hakimiyyəti dövründə dini inanclarda mühüm dəyişikliklər baş verir. Piramidalarda mətnlər həkk olunmağa başlayır. Bu yazılar Misirdə cənazə ədəbiyyatının ilk nümunələridir. Baş Allah Ranın kultu daha da inkişaf edir. Absirdə baş allahın şərəfinə məbədlər tikilir. Osirisə inam genişlənir.
Birinci sülalə (Misir)
I sülalə — Qədim Misiri idarə edən ilk sülalə. == Ümumi məlumat == Yuxarı Misir nomu Narmer (Manefonun fikrincə onun adı Mina idi) Aşağı Misiri məğlub edərək Misiri vahid halda birləşdirir və adını tarixə birinci firon kimi yazdırmışdır. Bu dövrdə padşahlığın mərkəzi Tinis şəhəri idi. I sülalənin dəqiq olaraq hansı dövrdə hakimiyyətdə olmasını dəqiq olaraq demək mümkün deyil. Güman edilir ki, bu sülalə XXXIV və XXX əsrlərdə hökmdarlıq edib. Radiokarbon üsulu ilə aparılan analizə əsasən I xanədanlığın hakimiyyət illəri təxminən e.ə. 3218–3035 illər kimi göstərirlir. Təəssüf ki, bu dövrə aid yazılı abidələrin azlığından baş verən hadisələr yaxşı öyrənilməmişdir. Əsas məlumat mənbəyi "Narmer paleti" adlandırılan daş löhvədir. Ümumiyyətlə ilk sülalələrlə bağlı məlumatlar dəqiq deyildir və müəyyən mənada əfsanəvi xarakter daşıyır.
Doqquzuncu sülalə (Misir)
IX sülalə — Qədim Misirdə birinci aralıq dövrdə hakimiyyətdə olmuş sülalə. == Ümumi məlumat == Herakleopolis nomarxı I Xeti VIII sülaləni devirərək yeni hakim sülalənin əsasını qoymuşdur. Manefona görə IX və X sülalələr eyni bir sülalə olub Herakleopol hakimlərinin nəslindən gəlir. Roma tarixçisi Yevseyiyə görə Herakleopol sülaləsi IX və X adları ilə ümumilikdə 285 il hakimiyyətdə olmuşdur. Sekst Arikan isə bu xanədanın 185 illik hökmranlığını göstərir. Yurqen fon Bekerstuya görə IX sülalə hakimiyyətə təxminən e.ə 2192–2120-ci illər arasında gəlib. Digər mütəxəssislər bu hadisənin təxminən e.ə 2118/2141 illər aralığında baş verdiyini bildirirlər.. Manefona görə I Xeti bütün Misiri öz hakimiyyəti altında birləşdirmişdi. IX sülalə taxta güc yolu ilə çıxmışdılar. Manefon I Xeti zalımlığı ilə görə seçildiyi yazmışdı.
Dördüncü sülalə (Misir)
Qədim Misirdə Qədim padşahlıq dövrünün ikinci sülaləsi. Təxminən e.ə 2639–2506-cı illərdə hakimiyyətdə olmuşdur. Sülalə tarixdə "piramida tikənlər sülaləsi" kimi tanınmışdır. Beləki Xeops, Xefren, Menkaur piramidalarının tikintisi bu dövrə aiddir.
Onuncu sülalə (Misir)
X sülalə — Qədim Misirdə birinci aralıq dövrdə hömranlıq etmiş sülalələrdən biri. Qədim Misir sülaləri haqqında bir çox məlumat Manefonun yazılarından öyrənilir. Bir çox tədqiqatçılar IX və X sülaləni eyni bir nəsil olduğu bildirirlər. Bu nəsil vaxtilə Herakleopol monarxları olmuşdular. Herakleopol xanədanı təxminən 185 il padşahlıq etmişlər. X sülalə e.ə 2130–2040-cı illərdə fironluq etmişdir. Turin siyahısında Herakleopollu 18 fironun adı çəkilir. Ancaq onlardan yarısını oxumaq mümkün deyil. Arxeoloji tədqiqatlar X sülalənin bütün Misirdə hakim olmadığını göstərir. Beləki bu dövrdə Tebes monarxları güclənərək Aşağı Misiri özlərinə tabe edərək firon titulunu götürürlər.
Qərbi Çjou (sülalə)
Qərbi Çjou (çin. 东周) — Çində e.ə. 1045-ci ildən Qərbi Çjou çarlığını idarə etmiş, erkən səltənət. Bu sülalənin başlanğıcı Çjou sülaləsinin süqutuna əsadüf edir. Çjou sülaləsinin ilk yaranmış sivilizasiyası "Qərbi Çjou" adını daşıyırdı. "Qərbi Çjou" sülaləsi nisbətən inkişaf etmiş cəmiyyət idi. Kənd təsərrüfatı çiçəklənmiş, əkinçi əmək alətləri təkmilləşdirilmiş, bir çox kənd təsərrüfatı bitkiləri becərilməyə başlanmışdır. Çoxlu sayda incəsənət və mədəniyyət abidələri, həmçinin fəlsəfə, siyasət və tarix əsərləri meydana gəlmişdir. E.ə. 841-ci ilədək hadisələrin mütəmadi xronikası aparılmamışdır, hansı ki, Qərbi Çjou səltənət evi hadisələrin illik qeydiyyatını aparır və saxlayırdı.
Səkkizincı sülalə (Misir)
VIII sülalə — Qədim Misirdə birinci aralıq dövrdə hakimiyyətdə olmuş sülalə. Manefonun yazılarında bu sülalə Qədim Padşahlığa aid edilsədə, müasir dövrdə birinci aralıq zamanda hökm etdikləri qəbul edilir. Bu zaman artıq mərkəzi dövlət dağılmış və ayrı-ayrı müstəqil nomlar yaranmışdı. Onların VI sülalə ilə qohum olduqları göstərilir. Bəzən mövcud olduğu şübhə doğuran yeddinci sülalə ilə səkkizinci ilə birləşdirilir. Misiroloqlar hesab edirlər ki, səkkizinci sülalə Misiri təxminən 20–45 il idarə etmişdir. İllər intervalı bir neçədir: e.ə. 2190–2165 e.ə. 2181–2160 e.ə. 2191–2145 e.ə.
Tuya (XVIII sülalə)
Tuya — Yuyanın arvadı, ali Misir rəsmisi, firon III Amenofisin qayınanası.
Yeddincı sülalə (Misir)
VII sülalə — Manefonun yazılarına görə Qədim Misirdə birinci aralıq dövründə hökmranlıq etmiş sülalə. VII sülalənin mövcudluğu ilə bağlı şübhələr mövcuddur. Manefonun yazılarından başqa heç bir yerdə bu ada rast gəlinmədiyindən bəzi mütəxəssislər bu sülalənin tarixdə mövcud olmadığı fikrini müdafiə edirlər. Ənənəvi olaraq VII sülalənin hakimiyyəti birinci ara dövrə uyğun olduğu qəbul edilir. Manefona görə onlar çox qısa müddət taxtda olmuşlar. Yeddinci sülalə adətən uydurma hesab olunur və buna görə ya müasir alimlər tərəfindən tamamilə nəzərə alınmır, ya da səkkizinci sülalə ilə birləşdirilir. Buna görə bəzi alimlər VIII sülalə üzvlərinin bir hissəsini yeddinciyə aid edirlər. Fironların VII sülaləyə məxsusluqları mübahisəlidir. Çox vaxt VIII sülaləyə aid edilirlər.
Yuya (XVIII sülalə)
Yuya (e. ə. XV əsr, Ahmim[d], Sövhac mühafəzəsi[d] – e. ə. XIV əsr) — Tuyanın əri, ali Misir rəsmisi, firon III Amenofisin qayınatası.
Üçüncü sülalə (Misir)
Qədim Misirdə Qədim padşahlığın ilk sülaləsi. Təxminən e.ə 2686–2575 illərdə(başqa hesablamalara görə e.ə 2727–2655 illərdə) hökümdarlıq etmişlər. Sülalənin hakimiyyət dövrü sakit keçmiş, böyük münaqişələr olmamışdır. Bu illərdə fironlar bir çox tikinti işləri aparmışlar. İlk piramidanın sahibi Coser III sülalənin ilk hökmdarıdır.
İkinci sülalə (Misir)
Qədim Misir tarixinin Erkən Padşahlıq dövrünün ikinci sülaləsi. Hakimiyyətləri E.ə 2840-cı ildə Hotepsehemuinin firon taxtına çıxması ilə başlamış,e.ə 2686-da Hasahemuinin ölümü ilə sonlanmışdır.Paytaxt Tinis şəhəri idi. Bu dövrə aid məlumatların yetərli qədər olmaması səbəbindən ikinci sülalənin siyasi vəziyyəti,qonşu xalqlarla münasibəti çox zəif öyrənilmişdir.
İyirminci sülalə (Misir)
XX sülalə - Qədim Misirdə yeni padşahlıq dövründə hakimiyyətdə olmuş sonuncu sülalə. XIX sülalənin son hökmdarı Tausertin hökmdatlığının son illərində mərkəzi hakimiyyət zəiflədi. Bu dövr tapıntılar az olduğundan yaxşı öyrənilmişdir. Güman edilir ki, taxt-tac uğrunda mübarizə və yadelli hücumların çoxaldığı bu zamanda Setnaxt adlı şəxs hakimiyyəti ələ keçirərək yeni sülalənin əsasını qoymuşdur. Bəzi misirşünaslar Setnaxtın II Ramzesin çoxsaylı uşaqlardan birinin övladı olduğunu qeyd edirlər. Setnaxt rəqiblərini məğlub edərək ölkədə sabitlik yaratdı. Setnaxtdan sonra taxta oğlu III Ramzes çıxdı. Yeni firon dəniz xalqlarına qarşı uğurlu müharibələri, Suriya, Fələstin və Punta yürüşləri ilə tanınırdı. III Ramzesin dövründə geniş tikinti işləri aparılmışdır. Onun hakimiyyətinin 29-cu ilində bəşər tarixində ilk tətil baş verdi.
Şərqi Çjou (sülalə)
Şərqi Çjou (çin. 东周) — Çində e.ə. 770 ildən e.ə. 256-cı ilədək Çjou çarlığını idarə etmiş, paytaxtı Loi olmuş hökmdar sülaləsi. Bu sülalənin başlanğıcı Çjou sülaləsinin süqutuna təsadüf edir. Yarımköçəri jun tayfaları ilə (çjoululara qohum) tez-tez baş verən və e.ə. VIII əsrdə daha da kəskinləşən hərbi münaqişələr ucbatından hökmdar Pin-van e.ə. 770-ci ildə dövlətin paytaxtını şərqə köçürür, bu dövr isə – "Şərqi Çjou" adını alır. "Şərqi Çjou" sülaləsinin hakimiyyəti dövrü quldarlıq quruluşunun dağılması ilə əlamətdardır. Bu dövrün sonu (e.ə.
On altıncı sülalə (Misir)
XVI sülalə — ikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri (e.ə. XVII–XVI əsrlər). XVI sülalə fironları mərkəzi Tebes şəhəri olmaqla Yuxari Misirdə hökmdarlıq edirdilər. Tədqiqatlar göstərir ki, XIII sülalədən bəri davam edən aclıq bu dövrdə də qalırdı. Bu hal ölkədə olan ağır sosial-iqtisadi vəziyyətlə bağlı idi. Bu dövrdə Misir torpaqları vahid mərkəzdə birləşdirilməmişdi. Ölkənin ayrı-ayrı bölgələrində fərqli sülalələr hakimiyyətdə idi. Ikinci aralıq dövr mərkəzi hakimiyyət uğrunda gedən müharibələrlə xarakterikdir. Böhran vəziyyəti insanların həyat şəraitinə mənfi təsir edir, ölkəni yadelli hücumlarına dayanaqsız edirdi. Yevseyiyə görə XVI sülalədən olan 5 hökmdar 190 il hökmdarlıq etmişlər.
On beşinci sülalə (Misir)
XV sülalə — ikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri. E.ə. XVII–XIV əsrlərdə hakimiyyətdə olmuşdur. XV və XVI sülalənin əsasını Ərəbistan yarımadasının Fələstin bölgəsində yaşayan hiksoslar qoymuşdular. Manefona görə hiksoslar Misirə hücum edərək Nil deltasını ələ keçirirlər (e.ə. 1675-ci il). Hiksos hökmdarları firon titulunu götürərək Misirdə hakimiyyətə gəlirlər. Bu hadisə XIV sülalənin sonuna gətirib çıxardır. Ancaq 2010–2011-ci illərdə Edfu şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində həm XV sülalə hökmdarı Xiana, həm də IV Sobekhotepə (XIII sülalədən olan firon) məxsus kartuşlu möhürlər aşkar edildi. Bu onu göstərir ki, XV sülalə artıq XIII sülalənin hakimiyyəti zamanı mövcud idi.
On birinci sülalə (Misir)
XI sülalə — Qədim Misirdə birinci aralıq dövrdə hakimiyyətdə olmuş sülalələrdən biri. Təxminən e.ə. 2130–1991 illəri aralığında taxtda olmuşlar. X sülaləni devirən Tebes nomarxları yeni, XI sülalənin əsasını qoyurlar. XI sülalənin hakimiyyəti birinci aralıq dövrün sonu və Orta padşahlığın yaranması ilə xarakterikdir. Sülalənin başlağıcı İkunun oğlu Böyük İntefdən götürülür. Ancaq Manefonun yazılarına, Turin siyahısına və müasir tədqiqatlara əsasən xanədanın ilk padşahı I Mentuhotep idi. XI sülalə ilkin zamanlar bütün Misiri ələ keçirə bilmirlər. Beləki Herakleopolda yerli sülalə firona tabe olmurdu. II İntefə aid edilən yazılara əsasən göstərirlir ki, o firon titulunu götürən və Herakleopolla müharibə aparan ilk hökmdar idi.
On doqquzuncu sülalə (Misir)
XIX sülalə - Qədim Misirdə yeni padşahlıq dövründə hakimiyyətdə olmuş sülalə. XIX sülalənin banisi XVIII sülaləndən olan son hökmdar Horemhebin dövründə ordu komandiri olmuş Parames idi. Horemheb övladı olmadığına görə Paramesi öz vəliəhdi elan edir. Onun ölümündən sonra Parames I Ramzes adı ilə taxta çıxır. Beləliklə yeni xanədanlığın əsası qoyulur. I Ramzes hakimiyyətinin ikinci ilində Nubiya hücum edir. Nil sahilində tapılmış artefaktlar bunun sübutudur. I Ramzesin ölümündən sonra taxta onun oğlu I Seti çıxır. I Seti sülalənin ən görkəmli nümayəndələrindən idi. Fironun qarşısında duran ilkin məqsəd Misirin Asiya torpaqlarındakı hegemonluğunu geri qaytarmaq idi.
Şəlalə
Şəlalə — Çay yatağı boyu bərk süxurları yuyub keçə bilmədiyi hissələrində əmələ gəlmir. Su bir neçə çıxıntıdan töküldükdə şəlalələr kaskadı əmələ gəlir. Yer kürəsində ən hündür şəlalələr Anhel (1054 m, Venesuela, Çurun çayı), Tugela (933 m, CAR, Tugela çayı) və Yosemitidir (727.5 m, ABŞ, Mersed çayı). Viktoriya şəlaləsinin (120m) eni 1800 m, Niaqara şəlaləsinin (51 m) eni 1100 m-dir.Stenli və Lvinqston şəlaləsi-konqo çayı, İquasa şəlaləsi - parana çayı Azərbaycanda bir neçə kiçik şəlalə (Mucuq, Afurca və s.) vardır. Şəlalənin əsas iki tipi vardır: Niaqara tipli şəlalə — bu tip şəlalənin eni hündürlüyündən xeyli artıq olur. Məsələn, Şimali Amerikada Niaqara şəlaləsi. Josemiti tipli şəlalə — bu tipdə olan şəlalədə su xeyli ensiz zolaqla çox hündürdən tökülür. Məsələn, Kaliforniyada Josemiti, Cənubi Amerikada Anhel və s.
Qanlı şəlalə
Qanlı şəlalə — qan-qırmızı dəmir oksidli axar olaraq Taylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Dəmirlə zəngin olan duzlu su kiçik çatdan çıxır. Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür. Bu göl dağ arası dərələrin dəniz suyu ilə dolması nəticəsində əmələ gəlir. Bu göl təxmini olaraq 4-1,5 mln il öncə buz qatının altında qalmışdır. Göl suyunun duzluğu okean suyunun duzluğunu 10 dəfə üstələyir. Bu səbəbdən su hətta –10 °C temperaturda belə göl donmur. Qırmızı su mənbəyi 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilmişdir. İlk əvvəllər suyun qırmızı olması Qırmızı yosunla əlaqəli olması düşünülsə də sonradan paslanmış dəmir olması müəyyən edilmişdir. Göldən axan su qrunt tərkibində olan dəmirin oksidləşməsi nəticəsində əmələ gəlir.
Çayqovuşan (şəlalə)
Çayqovuşan – İsmayıllı rayonunun Çayqovuşan, İstisu və Qalacıq kəndlərinin yaxınlığında yerləşən şəlalə. Şəlalə birbaşa çaya tökülən kiçik və yüksəklikdə yerləşən nisbətən böyük olmaqla iki hissədən ibarətdir.
Şəlalə Həsənova
Şəlalə Həsənova — Baki Slavyan Universitetinin jurnalistika kafedrasının professoru,Azərbaycan Respublikasının əməkdar jurnalisti 2018 - Professor əvəzi (Bakı Slavyan Universitetinin jurnalistika kafedrası üzrə) 2017 - Dosent 2011 - Dosent əvəzi 2004 - Filologiya üzrə fəlsəfə doktoru 1980 - Bakı Dövlət Universiteti, filologiya fakültəsi (fərqlənmə diplomu ilə) 1975 — 189 №-lı orta məktəb (qızıl medalla) 2023.04 -h/h Baki Slavyan Universitetinin jurnalistika kafedrasının professoru 2022.26.01- 2023.04 Baki Slavyan Universitetinin rektorunun müşaviri: 2016- 2022 Baki Slavyan Universiteti (BSU), Jurnalistika kafedrasının müdiri; 2010 - 2016 BSU, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası, müdir müavini; 2009- 2010 “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi, sədr; 1999-2009 Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, dövlət qulluğunun müşaviri; 1997-1999 “NİKOİL” İnvestisiya Şirkəti, icra aparatının rəhbəri; 1995-1997 Azərbaycan Respublikasının Xarici İqtisadi Əlagələr Nazirliyi, mətbuat katibi; 1981-1995 “Azneft” birliyinin (hazırda SOCAR) elmi-tədqiqat stansiyası, Neft Akademiyasının xaricilər üçün rus dili kafedrası, “Aqroprom”-un “Kənd təsərrüfatı xəbərləri” jurnalı, “Bakı-Baku” qəzetinin siyasi şöbəsi, Yazıçılar Birliyinin “Литературный Азербайджан” jurnalında çalışmışam. Dövlət təşkilatları və yaradıcılıq birliyinin ödülləri 1996 - “Humay” mükafatı -Yazıçılar Birliyinin təqdimatı ilə ən yaxşı elmi-tədqiqat əsərinə görə; 2015 - Fərdi təqaüd - Yazıçılar Birliyinin Prezident fondundan; 2017 - Diplom - QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi Filmlər Festivalında “Qafqaza erməni köçü xronikası” filmimə görə; 2018 - Fəxri Fərman - Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyi tərəfindən “Yaradıcılıq və innovasiya sahəsində nailiyyətlərə görə”; 2018 - Medal - Rövşən Mustafayev adına Beynəlxalq fond tərəfindən “Azərbaycan həqiqətlərinia ictimaiyyətinə düzgün çatdırılmasına görə”; 2018 -Təşəkkürnamə - ABŞ, Nyu-York ş. Bruklin rayonunun başçısı Eric L. Adams tərəfindən Azərbaycan mədəniyyəti və tarixini Amerika ictimaiyyətinə tanıtıma görə; 2019 - Türkiyə, İstanbul ş. “Yılın en iyi PR uzmanı” - “Türkiye-Azerbaycan kardeşlik ödülleri” müsabiqəsi. 2005- “İctimaiyyətlə Əlaqələrin İnkişafina kömək” İctimai Birliyinin təsisçisi və sədri; 2008-h/h erməni yalanlarının ifşasına yönəlmiş informasiya savaşı istiqamətində saytlar və filmlərin hazırlaası, PR və kommunikasiya üzrə treninqlərin keçirilməsi; 2016-Riqada keçirilmiş Beynəlxalq elmi konfransda erməni professoru, qondarma “erməni genosidi” muzeyinin sabiq direktoru Ayk Demoyana qarşı çıxışım İnternetdə iki milyondan çox baxış yığmışdır.Baxhttps://youtu.be/bjRunGnPhXA 2017- GHT-lərə dövlət dəstəyi şurasının keçirdiyi sənədli filmlər festivalında “Qafqaza erməni köçü xronikası” filminə görə diplom; 2015-2018 - “Ermənilərin Qafqaza köçü xronikası”, “İlk xristian ölkəsinin izi ilə”, “İrəvanda azərbaycanlıların izi ilə”, “İrsimizə atəş açmayın” adlı sənədli filmlərimin ABŞ, Macarıstan, Latviya, Rusiya, Ukrayna, Gürcüstanda xarici ictimaiyyətə təqdimatı;2019 – “Azərbaycan Ermənistanı” interaktiv xəritə” adlı https//realmap.az saytının hazırlanması. 02.2018 - «Türkmənçay Sülhg müqaviləsi -190: tarixi həqiqətin izi ilə” Beynəlxalq konfransın təşkili və keçirilməsi. QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə yardımı ilə; 11.2018 - İrəvan haqqında filmin Amerikada təqdimatı və ictimai müzakirənin təşkili. QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə yardımı ilə; 10.2019 - “Azərbaycan Ermənistanı” interaktiv xəritəsinin hazırlanması və təqdimatı. AR Gənclər və İdman nazirliyinin maliyyə yardımı ilə; 2019 - Ictimaiyyətlə əlaqələr üzrə tədrisin təkmlləşdirilməsi üçün “PR Ensiklopediyası”nın hazırlanması. QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə yardımı ilə; 2020 - “Fərdi elektron pəncərə məlumat sistemi”-nin təkmilləşdirilməsi üçün modullarin hazirlanması və mövcud resursların səmərəli istifadəsi.
Secale
Çovdar (lat. Secale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Çovdarın vətəni Qafqazın, Kiçik və Orta Asiyanın dağətəyi rayonlarıdır. Çovdar payızlıq buğda və arpanın əkinlərində bitən alaq otları növündən yaranıb. Çovdar e.ə. I–II minillikdə Dnepr, Dnestr, Oka çaylarının hövzələrində, İsveçrənin, Macarıstanın, Danimarkanın ərazilərində becərilirdi. Çovdarın əkin sahələri barədə məlumata ilk dəfə XI-XII əsrlərin əlyazmalarında rast gəlmək mümkündür. O bir sıra Avropa ölkələrində geniş yayılmışdır. Çovdar unundan çörək bişirilir. O, buğdanın məhdudiyyətli istehsalı olan rayonlarda əsas çörək bitkisidir.
Slade
Slade (oxunur "Sleyd" ; əvvəllər Ambrose Slade) — Britanialı rok qrupdur, qlem rokun liderlərindən biridir.
Zülal
Zülal — α-aminturşu qalıqlarından təşkil olunmuş yüksək molekullu təbii birləşmədir. Üzvi maddələr arasında mühüm əhəmiyyət kəsb edən və çox mürəkkəb quruluşa malik olan birləşmələrdən biri də zülallardır. Züllallar bitki, heyvan və insan orqanizminin yaranması və inkişafında müstəsna əhəmiyyətə malikdir. Zülallar canlı orqanizmdə müxtəlif funksiyalar daşıyırlar. Onlar dərinin, əzələlərin, müxtəlif orqanların toxumalarının tərkibinə daxildir. Bəzi zülallar bioloji katalizator (fermentlər) xassəsinə malik olub, orqanizmdə gedən bütün kimyəvi proseslərdə iştirak edirlər. Zülallar orqanizmin enerji mənbələrindən biri olmaqla bərabər, orqanizm üçün infeksiyalardan müdafiə rolunu oynayırlar. α-aminturşulardan təbii sintezolunmuş üzvi birləşmə, canlı hüceyrənin əsas tərkib hissəsi. Molekul kütləsi on minlərdən milyonadək və daha çoxdur. Amfoter elektrolitdir, molekullarında sərbəst karboksil və amin turşuları var.
Slate
Slate — cari hadisələri, siyasət və mədəniyyəti əhatə edən ABŞ onlayn nəşri. 1996-cı ildə "The New Republic" nəşrinin keçmiş redaktoru Maykl Kinsli tərəfindən yaradılmışdır. Resurs əvvəlcə "Microsoft"a məxsus idi və MSN-nin bir hissəsi idi. 21 dekabr 2004 cü ildə nəşr "The Washington Post Company" tərəfindən satın alınmış və sonradan adı dəyişdirilərək "Graham Holdings Company" olmuşdur. "Slate" 4 iyun 2008 ci ildə "Graham Holdings Company" tərəfindən təsis edilmiş "The Slate Group" tərəfindən təhvil alınmışdır. "Slate"in baş ofisi Nyu Yorkda yerləşir və həmçinin Vaşinqtonda nümayəndəliyi var.