Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amyen sülhü
Amyen yaxud Amien sülhü. 1802-ci ildə Fransa ile İngiltərə arasında bağlanmış bu sülhə əsasən İngiltərə Fransanın Avropada işğallarını tanıdı. İngiltərə Seylon və Trinidad adalarında hakimiyyətini saxladı, Hollandiya, Almaniya, İtaliya və İsveçrənin işlərinə qarışmaqdan əl çəkdi. Malta adasını "Malta cəngavərləri" cəmiyətinə qaytardı. Fransa Misirdən əl çəkdi. 2-ci antifransız koalisiyası dağıldı.
Antalkid sülhü
Antalkid sülhü, Şah sülhü — e.ə. 386-cı ildə Sard şərqində Afina və Fiv başda olmaqla yunan şəhər-dövlətləri koalisiyası ilə Sparta arasında imzalanmışdır. == Haqqında == Sparta diplomatı Antalkidin adı ilə adlanır. Əhəməni şahı II Artakserkin irəli sürdüyü şərtlər əsasında bağlanmışdır (digər adı da buradandır). Antalkid sülhü nəticəsində Kiçik Asiya və Kiprdəki yunan şəhərləri İranın hakimiyyəti altına keçmiş, Peloponnes ittifaqından başqa Yunanıstandakı bütün siyasi birliklər qadağan edilmişdir. Antalkid sülhünün şərtlərinə nəzarətin Spartaya həvalə edilməsi onun Yunanıstanda hökmranlığını möhkəmləndirdi. Beləliklə, Antalkid sülhü Yunan-İran müharibələri (e.ə. 500–449) dövründə yunanların qazandığı itirildi. Antalkid sülhü siyasi pərakəndəliyi və daxili çəkişmələri gücləndirdi. Ksenofontun "Yunan tarixi" adlı əsərində Antalki sülhünün mətni verilmişdir.
Bağdad sülhü
Brest sülhü
Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı — Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində (Polyak dilində: Brześć Litewski, Alman dilində: Friedensvertrag von Brest-Litowsk, 1945-ci ildən bəri sadəcə Brest) imzalandı. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının İttifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur. == Müharibənin arxa planı == === Son hərbi manevrlər === === Ərazi dəyişiklikləri === Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi. Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü. Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini — Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu.
Gülüstan sülhü
Gülüstan sülh müqaviləsi ( rus. Гюлистанский договор) — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan müqavilə. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bu müqavilənin imzalanması 1 yanvar 1813-cü ildə general Kotlyarevskinin Lənkəranı tutması ilə daha da sürətləndi. Müqavilə Dağıstanın, Gürcüstanın, bugünkü Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırkı Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi. Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlandı. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzaladı. Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Türkmənçay müqaviləsində Qacar dövləti tərəfindən təsdiq edilməsinə nail oldu. Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalandı. == Arxa plan == Rusiya imperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi.
Hüdeybiyyə sülhü
Hüdeybiyyə sülhü (ərəb. الحدیبیّة‎) — hicri VI (M.628/mart)ildə Hüdeybiyyə adlanan bir məntəqədə Hz. Peyğəmbərlə məkkə müşrikləri arasında bağlanmış bir sülh müqaviləsidir. Həcc mərasimlərini yerinə yetirmək üçün Məkkəyə yollanan müsəlmanlar Qureyş müşrüklərinin qadağası ilə üzləşdilər, Hz. Peyğəmbər Qüreyş müşrikləri ilə danışıqlar aparmaq qərarına gəldi və bunun üçün ilk olaraq Ömər ibn Xəttabı seçdi. Ancaq O, getməkdən imtina edib Osman ibn Əffanın getməsini təklif etdi, Osmanın getməsindən və öldürülməsi barədə yayılan şayiələrdən sonra hz. Peyğəmbər müsəlmanlara Rizvan beyəti kimi tanınan bir müqavilə bağladı. Tərəflər arasındakı danışıqlardan sonra nəhayət, tərəflər arasında on illik barışığı təmin edən Hüddeybiyyə Barışıq Sazişi bağlandı və müsəlmanlar o il Mədinəyə qayıtdılar ki, növbəti il Ümrə ziyarətini yerinə yetirmək üçün Məkkəyə gəlsinlər. == Müsəlmanların Həccə getmək əzmi == Hz. Peyğəmbər hicrətin VI ilində səhabələri ilə birlikdə Məkkəyə getdiyini və Allahın evini ziyarət etdiyi yuxusunda gördü.
Nvarsak sülhü
Nvarsak sülhü — 485-ci ildə bağlanmış sülh.
Nöyi sülhü
Nöyi sülhü və ya Nöyi-sür-Sen müqaviləsi (fr. Traité de Neuilly-sur-Seine) — Birinci Dünya müharibəsində qalib gəlmiş dövlətlərlə məğlubiyyətə uğramış Bolqarıstan arasında 27 noyabr 1919-cu il tarixində Fransanın paytaxtı Paris şəhəri yaxınlıqlarındakı Nöyi-sür-Sendə imzalanmış sülh müqaviləsi. Versal-Vaşinqton sisteminin əsasını təşkil edən müqavilələrdən biridir. 9 avqust 1920-ci il tarixində qüvvəyə minmişdir. Nöyi sülhünün şərtləri: Bolqarıstanın sahəsi 2566 km2 olan 4 rayonu Serblərin, Xorvatların və Slovenlərin Krallığına (1929-cu ildən Yuqoslaviya) verilmişdir. Bolqarıstan Qərbi Frakiyadan və beş il müddətinə Egey dənizinə çıxmaq hüququndan mərhum edilmişdir. Bolqarıstan qalib dövlətlərə 2,25 milyard qızıl frank məbləğində təzminat vermək barədə öhdəlik götürmüşdür. Bolqarıstan öz silahlı qüvvələrini məhdudlaşdırmaq barədə öhdəlik götürmüşdür. Nöyi sülhü 1923, 1930, 1938, 1940-cü illərdə yenidən nəzərdən keçirilmiş, İkinci Dünya müharibəsindən sonra isə tamamilə qüvvədən itmişdir. Borisova, Galina M. "Bulgaria, Greece and Britain's Policy 1919." Etudes Balkaniques (1983) 19#3 pp 77–91.
Paris sülhü
Paris sülhü (1783) — Parisdə və Versalda ABŞ İstiqlal müharibəsinin bitməsi. ABŞ-nin müstəqilliyinin Böyük Britaniya tərəfindən tanınması. Paris sülhü (1814) — 1814 cü ildə Parisdə Fransa ilə VI antifransa koalisiyası (Rusiya, Böyük Britaniya, Avstriya, Prusiya, sonradan isə İspaniya, İsveçrə, Portuqaliya) arasında imzalanmış müqavilə: Fransa 1 yanvar 1792 ci il sərhədlərinə qaytarılır, İsveçrə və Hollandiya, alman kyazlıqları və İtaliya müstəqilliyini bərpa edir. Paris sülhü (1815) — 1815 cü ildə Parisdə Fransa ilə VII antifransa koalisiyası (Rusiya, Böyük Britaniya, Avstriya, Prusiya) arasında imzalanmış müqavilə: Fransa 1790 ci il sərhədlərinə qaytarılır və ona 700 mln. frank kontribusiya qoyulur. Fransanın şimal şərqi hələ 3-5 il işğalda qalır.
Tilsit sülhü
Tilzit sülhü — Fransa ilə Rusiya arasında sülh müqaviləsi. 1807-ci ilin iyununda Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlub oldu. İyul ayında isə Tilzitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və Kontinental blokada siyasətinə (İngiltərəyə qarşı) qoşulmağa və böyük məbləğdə təzminat verməyə məcbur oldu. Шильдер, "Имп.
Tilzit sülhü
Tilzit sülhü — Fransa ilə Rusiya arasında sülh müqaviləsi. 1807-ci ilin iyununda Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlub oldu. İyul ayında isə Tilzitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və Kontinental blokada siyasətinə (İngiltərəyə qarşı) qoşulmağa və böyük məbləğdə təzminat verməyə məcbur oldu. Шильдер, "Имп.
Türkmənçay sülhü
Türkmənçay sülh müqaviləsi (rusca:Туркманчайский договор, farsca:عهدنامه ترکمانچای) — Qacarlar sülaləsi ilə Rusiya imperiyası arasında imzalanan və İkinci Rusiya-İran müharibəsini bitirən müqavilə. 1828-ci ilin 10 fevral tarixində Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmışdır. Bu müqaviləyə əsasən, Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran, İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən torpaqlar hal-hazırkı Ermənistanın ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi. Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf Əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzalamışdır. Gülüstan müqaviləsində olduğu kimi bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanmışdır və bütün şərtlər Rusiya tərəfindən diktə edilmişdir. Hətta general Paskeviç İran nümayəndələrinə bildirmişdi ki, Rusiyanın təklif etdiyi şərtlər ilə razılaşmasa, Çar qoşunları Tehranı tutacaqdır. Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması nəticəsində Rusiya Cənubi Qafqazın və Şimali Qafqazın bir hissəsinin işğalını başa çatdırdı. Rusiya tərəfindən işğal olunan ərazilər 1918–1920-ci illər istisna olmaqla, bir də 1991-ci ildə müstəqil oldu.
Utrext sülhü
Utrext sülhü — Yeddi Birləşmiş Əyalət Respublikasının Utrext şəhərində 1713-cü il aprel və 1715-ci fevral ayları arasında İspaniya mirası uğrunda müharibədə döyüşən tərəflər arasında imzalanmış sülh müqaviləsi. II Karlos 1700-cü ildə uşaqsız ölməmişdən əvvəl, Fransadakı nəvəsi V Filippi özünün son vəsiyyətinə əsasən varisi olaraq təyin etdi. Bununla birlikdə V Filip Fransız şahzadəsi idi, XIV Lüdovikin nəvəsi idi və eyni zamanda Fransız taxtınada namizəd idi. Avropadakı digər böyük dövlətlər iki güclü dövlətin potensial birliyinə dözmək istəmirdilər. Əslində, müqavilələr, Fransanın və İspaniyanın birləşməməsini təmin edən digər zəruri təminatlarla birlikdə Avropadakı güc balansını qorumaq şərtilə, Fransız taxtına olan iddiasından da imtina etməsi müqabilində V Filipin İspan taxtını almasına icazə verdi. İspaniya, Böyük Britaniya, Fransa, Portuqaliya, Savoy hersoqluğu və Hollandiya Respublikası da daxil olmaqla bir sıra Avropa dövlətləri arasındakı müqavilələr müharibənin sona çatmasına kömək etdi. Müqavilələr, Fransadan XIV Lüdovikin nümayəndələri və bir tərəfdən nəvəsi V Filipp ilə Böyük Britaniyadan Anna Stüart, Sardiniyalı II Viktor Amadey, Portuqaliyadan V Juan və digər tərəfdən Hollandiyanın Birləşmiş Vilayətlərinin nümayəndələri arasında bağlandı. Fransa kralı sülaləsi üçün İspan tacını təmin etsə də, XIV Lüdovikin davamlı müharibələrində ifadə edilən Avropadakı Fransız hegemonluğunun sona çatmasına dair müqavilələr,güc balansına əsaslanan Avropa sisteminə yol açdı . İngilis tarixçisi G. M. Trevelyan iddia edir: XVIII əsr sivilizasiyasının sabit və səciyyəvi dövründə bağlanmış bu müqavilə, köhnə Fransa monarxiyasından Avropa üçün təhlükənin sonunu və bu ümumilikdə dünya üçün daha az əhəmiyyət kəsb edən bir dəyişikliyi - Böyük Britaniyanın dəniz, ticarət və maliyyə üstünlüyünü qeyd etdi. Başqa bir davamlı nəticə,orijinal Burbon Evi Fransada çoxdan devrilsədə,İspan Burbon sülaləsinin yaradılması idi.
Vestfaliya sülhü
Vestfaliya sülhü — 15 may və 24 oktyabr 1648-ci ildə Osnabrük və Münsterdə imzalanan sülh müqavilələri. Bu sülh beynəlxalq münasibətlərdə suveren dövlət prinsipinin bərqərar olmasına gətirdi. Sülh haqqında danışıqlar Vestfaliya əyalətinin tarixi ərazilərində: Müntser katolik yepiskopluğunda və Osnabryuk protestant yepiskopluğunda keçirilirdi. Müqəddəs Roma imperiyası tərəflər arasında bərabər prinsiplərin təmin edilməsi məqsədilə sülh danışıqlarının şərtlərinin müzakirəsini protestant dövlətlər və İsveçlə Osnabryuk yepiskopluğunda, katolik dövlətlər və Fransa ilə Münster yepiskopluğunda aparırdı. Vestfaliya sülhünün bağlanması ilə Müqəddəs Roma imperiyasında Otuzillik müharibə bitdi. Bəzən Vestfaliya sülhünə İspaniya ilə Birləşmiş Niderland Əyalətləri arasında, Səksənillik müharibəni bitirən 1648-ci il 30 yanvar sülh müqaviləsini də aid edirlər. Bununla belə Hollandiya ilə İspaniya arasındakı döyüş əməliyatlarını Otuzillik həm də Səksənillik müharibənin hissəsi hesab edirlər. Vestfaliya sülhü ilk müasir diplomatik konqresin nəticəsi hesab olunur. O, Avropada milli suverenitet konsepsiyaya əsaslanan yeni qaydaların başlanğıcı oldu. Razılaşma Müqəddəs Roma imperiyası, İspaniya, Fransa, İsveç, Niderland və Müqəddəs Roma imperiyası knyazları timsalında onların müttəfiqlərinə aid idi.
Nüvə sülhü
Nüvə sülhü — beynəlxalq münasibətlərdə tərəflər nüvə silahının istifadəsinə səbəb ola biləcək vəziyyətlərdən qaçmağa çalışacaqlar deyə nüvə silahının mövcudluğunun bəzi hallarda böhranın eskalasiyası riskini azalda biləcəyini iddia edən nəzəriyyə. Nüvə sülhü nəzəriyyəsinin tərəfdarları buna görə də idarə olunan nüvə silahının yayılmasının qlobal sabitlik üçün faydalı ola biləcəyinə inanırlar. Tənqidçilər iddia edirlər ki, nüvə silahının yayılması nüvə silahının qəsdən və ya qəsdən istifadəsi ilə nüvə müharibəsi şansını, habelə nüvə materialının zorakılıq edən qeyri-dövlət aktorlarının əlinə keçməsi ehtimalını artırır. Bu məsələ ilə bağlı əsas mübahisə beynəlxalq münasibətlərdə neorealist nəzəriyyənin banisi Kennet Vals ilə beynəlxalq siyasətdə təşkilati nəzəriyyələrin aparıcı tərəfdarı olan Skott Saqan arasında olmuşdur. Vals ümumiyyətlə "daha çoxunun daha yaxşı ola biləcəyini" iddia etmişdir. O, yeni nüvə dövlətlərinin əldə etdikləri nüvə imkanlarından nüvənin qarşısının alınması məqsədilə istifadə edəcəklərini və bununla da sülhü qoruyacaqlarını irəli sürmüşdür. Saqan iddia etmişdir ki, yeni nüvə dövlətlərində tez-tez yeni silahları üzərində adekvat təşkilati nəzarət yoxdur, bu da qəsdən və ya təsadüfi nüvə müharibəsi və ya nüvə terrorizmi törətmək üçün terrorçular tərəfindən nüvə materialının oğurlanması riskini artırır. 2009-cu ildə "Journal of Conflict Resolution" jurnalında dərc edilən bir araşdırma nüvə sülh fərziyyəsini kəmiyyətcə qiymətləndirmiş və sabitlik–sabitsizlik paradoksunun mövcudluğuna dəstək tapmışdır.
Brest sülhü (1918)
Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı — Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində (Polyak dilində: Brześć Litewski, Alman dilində: Friedensvertrag von Brest-Litowsk, 1945-ci ildən bəri sadəcə Brest) imzalandı. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının İttifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur. == Müharibənin arxa planı == === Son hərbi manevrlər === === Ərazi dəyişiklikləri === Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi. Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü. Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini — Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu.
Kiçik Qaynarca sülhü
Kiçik Qaynarca sülhü (türk. Küçük Kaynarca Antlaşması, rus. Кючук-Кайнарджийский мир) — Osmanlı və Rusiya imperiyaları arasında 10 (21) iyul 1774-cü ildə imzalanmış və 1768–1774-cü illər rus-türk müharibəsini başa çatdıran sülh müqaviləsi. == Tarixi şərait == XVIII əsrin II yarısında Rusiya Sağsahil Ukraynası və Belorusiyanı Polşadan geri almaq, Baltik dənizində yeni ərazilər tutmaqla yanaşı Litva və Latviyanı da işğal etmək və Qara dəniz ətrafındakı torpaqlara yiyələnmək siyasəti aparırdı. Rusiyanın Qara dənizdə möhkəmlənmək siyasəti daha çox Osmanlı dövlətini narahat edirdi. == Müharibənin gedişi == 1768-ci ildə Osmanlı Rusiyaya müharibə elan etdi. 1770-ci il Larqa və Kaqul döyüşlərində və eyni zamanda 1770-ci il Çeşmə dəniz döyüşündə Osmanlı ordusu məğlub oldu. == Müqavilə şərtləri == 1774-cü ildə hər iki dövlət arasında Bolqarıstan ərazisindəki Kiçik Qaynarca kəndində sülh müqaviləsi bağlandı. Müqavilə Rusiyanın müharibə zamanı əldə etdiyi bəzi ərazi uğurlarını təsdiq etdi: Kerç, Yeniqala və Kinburn əraziləri Rusiyaya verildi; Rus gəmilərinə Qara dənizdə sərbəst üzmək hüququ verildi (Beləliklə, Rusiya Qara dəniz dövlətinə çevrildi) Rus ticarət gəmilərinə Bosfor və Dardanel boğazlarından sərbəst keçmək hüququ verildi; Valaxiya və Moldaviya Rusiyanın himayəsinə keçdi; Krım xanlığı Osmanlıdan ayrılaraq müstəqil oldu (1783-cü ildə Rusiya Krım xanlığını ləğv edərək "Tavrida" adı ilə özünə birləşdirdi); Dnepr və Buq çayları arasındakı ərazilər Rusiyaya keçdi. Müqavilə 1700-cü il İstanbul müqaviləsi istisna olmaqla, Osmanlı və Rusiya imperiyaları arasında əvvəlki bütün müqavilələri ləğv etdi.
Ümumdünya sülhü (Bəhailik)
Bəhai dininin mərkəzi qayəsi dünya xalqlarının birliyini bərqərar etməkdir. Bəhaullah qətiyyətli şəkildə bildirirdi ki, "Allah Əmrini və Onun Dinini canlandıran təməl məqsəd bəşər aləminin maraqlarının qorunması və onun birliyinin irəlilədilməsi"dir. Öz yazılarında, Bəhaullah, sülhə gedən yolu 2 mərhələdə təsvir edirdi — kiçik sülh və böyük sülh. Kiçik sülh mahiyyətcə dünya xalqları arasıdna kollektiv təhlükəsizlik razılaşmasıdır. Bu razılaşmaya görə, təcavüzkar tərəf ortaya çıxanda xalqların biri digərini qorumağa qalxır, o zamana ki, təcavüzkar ərazi qəsb etməyə, yaxud qonşu xalqı məhv etməyə çalışır. Kiçik sülh əhatə sahəsində məhdudlaşır, təməl sistemin qurulması, milli sərhədlərin ümumi qəbulu və xalqların suverenliyi. Bəhailər inanır ki, kiçik sülh İlahi iradə vasitəsilə irəliləyir və prosesə bəhailərin birbaşa təsiri gözəçarpmayacaq qədər azdır. Böyük sülh kiçik sülh prosesinin nəhayi hədəfidir və özlüyündə mənəvi və sosial birliyi nəzərdə tutur — o dövr ki, dünya xalqları həqiqətən başqa xalqları özlərindən fərqləndirmir və bir-birilərinə qayğı göstərirlər, nəinki sadəcə bir-birilərinə dözürlər. Bu prosesə Bəhai baxışı ondan ibarətdir ki, bu Bəhai təlimlərinin, prinsiplərinin və tətbiqlərinin bütün dünya boyunca yayılması ilə mümkündür. Dünya sülhü və onun təməl elementləri haqqında Ümumdünya Ədalət Evinin "Dünya Sülhü Vədi" sənədində yazılmışdır.
İkinci Torun sülhü.
İkinci Torun sülhü - Prussiya konfederasiyasının səlibçilərə qarşı üsyanı nəticəsində başlanmış on üç illik müharibəni (1354-1466) yekunlaşdıran, 19 oktyabr 1466-cı ildə Tevton ordeni ilə Polşa krallığı arasında Torun şəhərində imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi 3 perqament vərəqindən təşkil olunmuş 12 səhifəlik 456x296 mm. olçüdə dəftərdən ibarətdir. Mətn latın dilindədir. Mətndə 55 möhür, Roma papasının rəsmi nümayəndəsi general Rudolf Ryudeshaymın və xalq notariusları Yan Evix de Attendornun və Stanislav Franko Redkoviçin imzaları vardır.. Hər iki tərəf Roma papası II Pavel və Müqəddəs Roma imperatoru III Fridrix tərəfindən təsdiq edilmiş sülh müqaviləsinin şərtləri ilə razılaşdılar, lakin Polşa tərəfi israr etdi (Tevton ordeni də bu tələblə razılaşmağa məcbur oldu) ki, bu cür təsdiq olmadan da sülh müqaviləsi hüquqi qüvvəyə malikdir. Torun sülh müqaviləsinə əsasən Tevton ordeninin qərb mülkləri - Qdanskın sahilboyu əraziləri, Xelmin, Mixailov, Malbork, Elblonq torpaqları və Varmiya yepiskopluğu (knyazlığı) Polşanın tərkibinə keçirdi. Sonralar Tevton ordeninin bu əraziləri Polşa və ya Prussiya krallığı adlandırılmışdır. Malbork (Marienburq) itirildikdən sonra özünü Polşa kralının vassalı elan edən Tevton ordeninin paytaxtı Könisberq şəhəri oldu. Górski K., Związek Pruski i poddanie się Prus Polsce.
İli Çayı sülhü
İli Çayı sülhü İli Çayı sahilində Yükük şad və Xallıq İşbara Yabqu xaqan tərəfindən Nuşibi qəbilə başçısı Kül-erkinin vasitəçiliyi ilə imzalanmışdı. Sülhün maddələrinə görə: 1. İli çayının şimalı Yükük şad və onu dəstəkləyən Tulu tayfalarına verildi. 2. İli çayının cənubu Xallıq İşbara Yabqu xaqan və onu dəstəkləyən Nuşibi tayfalarına verildi. Sülhün imzalanmasından 4 il sonra Yükük şad öz torpaqlarından imtina etdi və Künduz şəhərinə köçdü.
Sülhün əzələləri
Fulton çıxışı — 1945-in sonu 1946-cı ilin əvvəllərində Vinston Çörçill bir neçə ay ABŞ-də səfərdə olduğu müddətdə prezident Harri Trumenlə, dövlət departamentinin rəhbərləri və digər siyasi xadimlərlə görüşlər keçirir. Çörçill bir neçə həftə Floridadakı kurorta qaldığı müddətdə "Sülhün əzələləri" adlı çıxışını hazırlayır. Çörçillin nitqi Ettli, Boven, Trumen və dövlət katibi Ceyms Birnsin razılığı ilə baş tutur. Çörçill nitqinin əvvəlində çıxışının ümumdünya əhəmiyyətini daşıdığını və okeanın o tayındakı qardaş ölkələrə səsləndiyini vurğulayır. Çörçillin 1946-cı ilin 5 mart tarixində Fultonun Vestminster kollecindəki "Sülhün əzələri" adlı nitqindən əsas hissələr: - İndi biz hansı strateji konsepsiyaya əməl etməliyik? Biz indi bütün ölkələrdə, hər bir evin, ailənin, azadlığını və təhlükəsizliyini təmin etməliyik. Buna nail olmaq üçün 2 dəhşətdən xilas olmaq lazımdır - müharibələr və tiranlar. Məqsədimiz yeni müharibələrin qarşısını alnması olmalıdır. İndi müharibələrin qarşısını almaq üçün beynəlxalq təşkilat yaranıb. Millətlər Cəmiyyətinin xələfi olan Birləşmiş Millətlər Təşkilatı yaradılmışdır.
Sülhün və Cenevrə Sazişlərinin Müdafiəsi Komitəsi
Sülhün və Cenevrə Sazişlərinin Müdafiəsi Komitəsi —1954-cü ilin avqustunda Nquen Hıu Tho tərəfindən Sayqonda yaradılmış Vyetnam siyasi təşkilatı. Komitə həmin ilin noyabrında Cənubi Vyetnam hökuməti tərəfindən ləğv və qadağan edilmiş, Nquen Hıu Tho və təşkilatın digər üzvləri polis basqından sonra həbs edilmişdir.
Sülh
Sülh — hansısa dövlətin, böyük ərazinin əhalisinin müəyyən dövr ərzində digər dövlətlə açıq müharibə vəziyyətində olmaması zamanı. Sülh dövlətlərin bir-biri ilə münasibətlərinin qeyri-zorakılıq şəraitində qurması, bir-birinin milli maraqlarını uzlaşdırması və bütün bunların müqavilə ilə təsdiqləməsi nəticəsində mümkün olur. Sülh şəraiti müharibə nəticəsində pozulur. Sülhsüz nə ictimai, nə də şəxsi təhlükəsizlik mümkün olmur. R.Ceksonun hesablamalarına görə 1945-ci ildən sonra dünyada cəmi 26 gün müharibəsiz keçib. İstənilən müharibənin istəyi sülhdür. Cəmiyyət Nobel Sülh mükafatı BMT Яндекс.
Yurdda sülh, cahanda sülh
Yurdda sülh, cahanda sülh! (türk. Yurtta sulh, cihanda sulh) — şüarı Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürk 20 aprel 1931-ci ildə Anadolu turları zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını tələffüz edib. Bu şüar sonradan Türkiyə Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 20 aprel 1931-ci ildə Anadolu səfəri zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını səsləndirmişdir. Əslində şüarın cümləsi genişdir. Atatürk nitqində "Hesab edirəm ki, Cümhuriyyət Xalq Partiyasının qəti ümumi siyasətini ifadə etmək üçün aşağıdakı qısa cümlə kifayətdir: Yurdda sülh, cahanda sülh üçün çalışırıq".
Sülhə məcburetmə
Sülhə məcburetmə — hərbi gücün əksər halda döyüşən tərəfin iradəsinə zidd olaraq bir münaqişədə sülhün bərpa olunması məqsədilə tətbiq edilməsi. Bunun yerinə yetirilməsi üçün əksər hallarda sülhməramlı əməliyyatlardan daha çox hərbi qüvvə tələb olunur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının nizamnaməsinin VII fəsli əsasən, təşkilat artıq imzalanan qətnamə və yaradılan atəşkəsləri qüvvəyə mindirmək üçün zorakı qüvvədən istifadə etmək hüququna malikdir. 2020-ci ilin sentyabr ayının axırlarında başlayan Qarabağ döyüşləri Azərbaycan hökuməti tərəfindən Ermənistanı sülhə məcburetmə əməliyyatı adlandırılmışdır.
Riyad Sülh
Riyad əs-Sülh (ərəb. رياض الصلح‎; 1894, Sayda – 17 iyul 1951, Amman) — Livan Ərəb Respublikasının 1-ci baş naziri. Riyad Sülh Livanın cənubundakı Sayda şəhərində, 1894-cü ildə anadan olmuşdur. Livana köçən Misir və qismən-Fələstin mənşəli ərəb ailəsində görkəmli bir sünni torpaq sahibi idi. Rza Sülh, Nəbətiyyədə və Sayda'da bir islahatçı sub-qubernator və bir lider millətçi ərəb lideri idi. 1915-ci ildə Rza Sülh Osmanlı qüvvələri tərəfindən mühakimə olundu və Smirna'ya, Osmanlı İmperiyasına sürgünə getdi. Sonra Osmanlı valisi olaraq vəzifə yerinə yetirdi.Həmçinin Dəməşqdə Emir Feysəl hökumətində daxili işlər naziri vəzifəsini də icra etmişdir Sülh Paris Universitetində hüquq və siyasi elmlər üzrə təhsil almışdır. Atası Osmanlı Məclisində millət vəkili olduğu üçün gəncliyinin çox hissəsini İstanbulda keçirdi. Sülh iki dəfə Livanın baş naziri vəzifəsini icra etdi. Onun ilk müddəti Livan müstəqillik qazandıqdan dərhal sonra (25 sentyabr 1943 - 10 yanvar 1945) olmuşdur.