Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sənədli
Sənədli film — müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktların film formasında tamaşaçılara çatdırma üsulu. Sənədli filmlərin əsas vəzifəsi tarixi əhəmiyyətli hadisələrin fiksiyası, tədris və təhsil üçün materialların yaradılması, tədqiqat və təbliğat xarakterli fikirlərin yayılmasıdır.Dünya kinosunun əsası məhz sənədli-xronikal kadrlarla başlamışdır. Qatarın bir başa ağ kətan üzərindən tamaşaçının üstünə doğru sürətlə gəlməsi tamaşaçılarda həyəcan və qorxu əmələ gətirmişdi. Kino sənətinin bu növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilik dərəcəsi baxımından bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, büsbütün incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək olduqca müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyildir. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir. == Tarixi == === 1900-cü ildən əvvəl === Tərifinə görə, ilk "hərəkətli şəkillər" sənədli filmlər adlanır. Bu cür filmlərdə stansiyaya daxil olan qatar, hərəkət edən gəmi və ya işdən qayıdan bir qrup insan kimi konkret səhnə təsvir edilirdi. İlkin filmlər (1900-cü ilə qədər) hadisələri təsvir edən yenilik və cazibədarlığın təsirinə məruz qalmışdır.
Arxeoloji abidələr
Arxeoloji abidələr (yun. archaios — qədim) — insanların yaratdığı qədim maddi mədəniyyət abidələri. Arxeoloji abidələrə, əsasən, əmək alətləri, silahlar, məişət əşyaları, insan məskənləri, şəhər və qala xarabalıqları, qaya təsvirləri, torpaq sədlər, sərdabəlar, emalatxana qalıqları, qəbirlər, qədim yazılar (daş və s. üzərində), suvarma kanalları, su kəmərləri və s. daxildir. Arxeoloji abidələr insan cəmiyyətinin tarixini öyrənir.
Sənədli film
Sənədli film — müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktların film formasında tamaşaçılara çatdırma üsulu. Sənədli filmlərin əsas vəzifəsi tarixi əhəmiyyətli hadisələrin fiksiyası, tədris və təhsil üçün materialların yaradılması, tədqiqat və təbliğat xarakterli fikirlərin yayılmasıdır.Dünya kinosunun əsası məhz sənədli-xronikal kadrlarla başlamışdır. Qatarın bir başa ağ kətan üzərindən tamaşaçının üstünə doğru sürətlə gəlməsi tamaşaçılarda həyəcan və qorxu əmələ gətirmişdi. Kino sənətinin bu növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilik dərəcəsi baxımından bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, büsbütün incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək olduqca müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyildir. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir. == Tarixi == === 1900-cü ildən əvvəl === Tərifinə görə, ilk "hərəkətli şəkillər" sənədli filmlər adlanır. Bu cür filmlərdə stansiyaya daxil olan qatar, hərəkət edən gəmi və ya işdən qayıdan bir qrup insan kimi konkret səhnə təsvir edilirdi. İlkin filmlər (1900-cü ilə qədər) hadisələri təsvir edən yenilik və cazibədarlığın təsirinə məruz qalmışdır.
Sənədli kino
Sənədli film — müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktların film formasında tamaşaçılara çatdırma üsulu. Sənədli filmlərin əsas vəzifəsi tarixi əhəmiyyətli hadisələrin fiksiyası, tədris və təhsil üçün materialların yaradılması, tədqiqat və təbliğat xarakterli fikirlərin yayılmasıdır.Dünya kinosunun əsası məhz sənədli-xronikal kadrlarla başlamışdır. Qatarın bir başa ağ kətan üzərindən tamaşaçının üstünə doğru sürətlə gəlməsi tamaşaçılarda həyəcan və qorxu əmələ gətirmişdi. Kino sənətinin bu növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilik dərəcəsi baxımından bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, büsbütün incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək olduqca müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyildir. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir. == Tarixi == === 1900-cü ildən əvvəl === Tərifinə görə, ilk "hərəkətli şəkillər" sənədli filmlər adlanır. Bu cür filmlərdə stansiyaya daxil olan qatar, hərəkət edən gəmi və ya işdən qayıdan bir qrup insan kimi konkret səhnə təsvir edilirdi. İlkin filmlər (1900-cü ilə qədər) hadisələri təsvir edən yenilik və cazibədarlığın təsirinə məruz qalmışdır.
Tək sənədli interfeys
Tək sənədli interfeys(SDI (Single-Document Interface,однодокументный интерфейс,tek belgeli arabirim)-tətbiqi proqramların qrafik interfeysinin ayrı-ayrı pəncərələr şəklində təşkili üsulu. Bu interfeysdə aktiv pəncərənin menyunu, yaxud alətlər zolağını özündə saxlayan “fon” və ya “ana” pəncərəsi olmur; bu elementlər (menyu, alətlər zolağı) hər bir pəncərənin özündə olur. Birdən artıq sənədi eyni vaxtda redaktə etməyə imkan verən belə tətbiqi proqramlar (məsələn, mətn prosessorları) istifadəçidə elə təəssürat yarada bilər ki, sanki proqramın bir deyil, bir neçə kopiyası başladılıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,754 s.
Oğul (sənədli film)
Oğul sənədli filmi — 2022-ci ildə təqdimatı keçirilən sənədli film nəzərdə tutulur. Film Birinci Qarabağ müharibəsində mülki azərbaycanlıları azad etmək üçün erməni silahlı dəstəsi təslim olan Natiq Qasımov haqqındadır. == Haqqında == Film 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir. Filmin görüntü rejissoru Simon Stanforddur. 2021-ci ildə lentə alınan 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub. “Qafqazinfo”nun məlumatına görə, filmi Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib, rejissoru və ssenari müəllifi Karan Sinqh isə üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Ekran işində Birinci Qarabağ Müharibəsində iştirak edən "general" Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib: Bu ad doğrudan da yadımda deyil.
Bəyəhməd abidələr kompleksi
Bəyəhməd abidələr kompleksi — Naxçıvan MR-in Culfa rayonunun Bəyəhməd kəndi ərazisində yerləşən arxeoloji abidələr. == I Bəyəhməd == I Bəyəhməd Culfa rayonunun Bəyəhməd kəndindən şimal – qərbdə Dərəçayın sol sahilində, ilk dəmir dövrünə aid yaşayış yeridir. Abidə dağ silsiləsinin çaya enən yamacındadır. Sahəsi 1500 m² – dir. 1991 – ci ildə qeydə alınmışdır. Abidənin yerləşdiyi ərazidən uzun müddət əkin sahəsi kimi istifadə edildiyindən yerüstü materiallar və ilkin mədəni təbəqə dağılmışdır. Yerin səthində gil qab qırıqlarına, çəhrayı və boz rəngli tuf daşından hazırlanmış dən daşlarına təsadüf edilmişdir. Bəzi qab qırıqlarının üzərinə qara boya çəkilərək yüngülcə cilalanmışdır. Abidədən əldə edilmiş tapıntılar Culfa Tarix-Diyarşünaslıq muzeyində sərgilənir. Abidənin e.ə.
Kükü abidələr kompleksi
Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. == I Kükü == I Kükü abidəsi Şahbuz rayonunun Kükü kəndinin girəcəyində, Küküçayın sağ sahilində yerləşən qədim yaşayış yeridir. Abidə iki hündür təpəni və onların ətəyini əhatə edir. I Kükü abidəsinin sahəsi 74 hektardan artıqdır. Abidədə aparılan kəşfiyyat işləri nəticəsində mədəni təbəqənin böyük bir hissəsinin dağıdıldığı aşkar edilmişdir. Yaşayış yerinin bəzi hissələrində uçub – tökülmüş daş yığınlarına təsadüf edilir. Binalar dağın relyefinə uyğun olaraq ensiz səkilərdə yerləşdirilmişdir. Divar qalıqları bəzi yerlərdə 50 m məsafədən izlənilir. Yaşayış yerindən çəhrayı və boz rəngli gil küpələr, kasa və badya qırıqları tapılmışdır. Ərazidə qədim qəbirlərin olması güman edilir.
Maxta abidələr kompleksi
Maxta — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində yerləşən arxeoloji abidə.Maxta abidələr kompleksinə 3 tarixi-arxeoloji abidə daxildir: I Kültəpə yaşayış yeri (və ya I Maxta Kültəpəsi) — Şərur rayonunun Maxta kəndi ərazisində Erkən Tunc dövrünə aid qədim yaşayış yeri. II Kültəpə yaşayış yeri (və ya II Maxta Kültəpəsi) — Şərur rayonunun Maxta kəndinin şərqində İlk Tunc dövrünə (e.ə. IV minilliyin II yarısı – e.ə. III minilliyə) aid qədim yaşayış yeri. Maxta nekropolu — Şərur rayonunun Maxta kəndinin şimal-şərqində, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində yerləşən antik dövrə aid nekropol.
Nəhəcir abidələr kompleksi
Nəhəcir – Culfa rayonunda eyni adlı kəndin ərazisində və dağın ətrafında yerləşən abidələr kompleksi. == Nəhəcir qalası == Nəhəcir qalası Nəhəcir dağının coğrafi – strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı cənub hissəsi üzərindəki yastı sahədə e.ə. II minilliyə — I minilliyin əvvəllərinə aid qaladır. Qala 2001-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir. Qala ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçik həcmli daş həvəng – dibək, qara, boz və çəhrayı rəngli qab qırıqları, Nəhəcir qalası ilə həmdövr olan dağıdılmış kurqandan isə e.ə. II minilliyin əvvəllərinə aid monoxrom boyalı gil qablar əldə edilmişdir. Dağın cənub və şərq ətəklərindəki terraslarda iri qaya parçalarından siklop tipli müdafiə səddləri tikilmişdir. Divarların eni 2 – 2,5 m – dir. Qalanı Nəhəcir dağının cənub ətəyindəki düzən sahədə yaşamış və iqtisadi, mədəni cəhətdən inkişaf etmiş qədim tayfalar düşmən basqınlarından müdafiə məqsədi ilə tikmişlər. == I Nəhəcir == I Nəhəcir Culfa rayonunun Nəhəcir kəndinin şimal – şərqində Tunc dövrünə aid yaşayış yeridir.
Urud abidələr kompleksi
Urud abidələr kompleksi — Zəngəzur mahalının Qarakilsə (01.03.1940–cı ildən Sisian) rayonunun Urud (03.07.1968–ci ildən Vorotan) kəndi ərazisində yerləşən qədim Azərbaycan - türk tarixi - memarlıq abidələri kompleksi. Kompleksə Urud qalası, Urud qəbirsanlığındakı nadir məzar daş nümunələri və daş stelaları, o cümlədən digər abidələr daxildir. == Ümumi məlumat == Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü.Urud qalasının adı mənbələrdə 450 – ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1104 – cü ildə Səlcuqlular, 1386 – cı ildə Əmir Teymur, 1407 – ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.03. 07. 1968 – ci ildə ermənilər Urud kəndinin adını dəyişərək Vorotan, Urud qalasının adını isə Vorotanberd qoymuşlar. Bununla belə Urud kəndində 1988 – ci ilə kimi yalnız Azərbaycan türkləri yaşamışlar.
Abidələr danışır (film, 1964)
Abidələr danışır qısametrajlı sənədli filmi rejissor Rasim Ocaqov tərəfindən 1964-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır. == Məzmun == Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır.
Böyükdüz arxeoloji abidələr kompleksi
Böyükdüz arxeoloji abidələr kompleksi — Kəngərli rayonunda Son Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidələr kompleksi. Böyükdüz arxeoloji abidələr kompleksinə 4 arxeoloji abidə daxildir: I Böyükdüz yaşayış yeri — eyniadlı kəndin cənubunda, Araz çayının sol sahilində yerləşən orta əsrlərə aid yaşayış yeri. II Böyükdüz yaşayış yeri — Köhnə Böyükdüz kəndindən qərbdə, Böyükdüz çaylağının sağ tərəfində yerləşən antik dövr abidəsi. I Böyükdüz nekropolu — eyni adlı kənddən cənub-şərqdə antik dövrə aid arxeoloji abidə. II Böyükdüz nekropolu — I Böyükdüz yaşayış yerinin yaxınlığında, keçmiş sərhəd-gözətçi məntəqəsinin yerləşdiyi təpədə antik dövrə aid arxeoloji abidə.
Sarıbulaq arxeoloji abidələr kompleksi
Sarıbulaq arxeoloji abidələr kompleksi — Şərur rayonunda arxeoloji abidələr kompleksi.Sarıbulaq abidələr kompleksinə 5 tarixi-arxeoloji abidə daxildir: Sarıbulaq yaşayış yeri — orta əsrlərə aid qədim yaşayış yeri. I Sarıbulaq nekropolu — antik dövrə aid nekropol. II Sarıbulaq nekropolu — antik dövrə aid nekropol. Sarıbulaq oba yeri — orta əsrlərə aid arxeoloji abidə. Sarıbulaq yurd yeri — eyni adlı oba yerindən təqribən 5 km cənubda orta əsrlərə aid arxeoloji abidə.
Yurdçu arxeoloji abidələr kompleksi
Yurdçu arxeoloji abidələr kompleksi – Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Yurdçu kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksi.Yurdçu arxeoloji abidələr kompleksinə 5 arxeoloji abidə daxildir: Yurdçu yaşayış yeri — Yurdçu kəndindən cənub-qərbdə İlk Dəmir dövrünə aid arxeoloji abidə. Yurdçu dəfinəsi — Yurdçu kəndi ərazisindən tapılmış müxtəlif dövrlərə aid gümüş və miss sikkə dəfinəsi. Yurdçu kurqanları — Yurdçu kəndinin qərbində son antik dövrə aid olan arxeoloji abidə. Yurdçu nekropolu — Yurdçu kəndi yaxınlığında Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə. Yurdçu sərdabəsi — Yurdçu kəndinin şimal-qərbində yerləşən Dəmir dövrünə aid arxeoloji abidə.
Şahtaxtı arxeoloji abidələr kompleksi
Şahtaxtı arxeoloji abidələr kompleksi – Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Tanınmış arxeoloq Qəhrəman Ağayev 1979–1987-ci illərdə Şahtaxtı arxeoloji abidələr kompleksində tədqiqatlar aparmış, bu abidənin daha qədim dövrlərə aid olması qənaətinə gəlmişdir. 2007-ci ildən sonra başlayan arxeoloji qazıntılarla onun bu fikri təsdiqləndi.Şahtaxtı arxeoloji abidələr kompleksinə 4 arxeoloji abidə daxildir: Govurqala — Şahtaxtı kəndindən şimal-qərbdə Tunc-İlk Dəmir dövrlərinə aid qala. Şahtaxtı yaşayış yeri — Şahtaxtı kəndi yaxınlığında yerləşən orta əsrlərə aid qədim yaşayış yeri. I Şahtaxtı nekropolu — Govurqaladan şimal-şərqdə yerləşən, Orta, Son Tunc-İlk Dəmir dövrlərinə aid nekropol. II Şahtaxtı nekropolu — Govurqaladan cənub-qərbində yerləşən yerləşən Son Tunc-İlk Dəmir dövrlərinə aid nekropol.
"Salnamə" sənədli filmlər studiyası
Salnamə — Azərbaycanda film studiyası. == Tarix == 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
"Yaddaş" Sənədli Filmlər Studiyası
== Tarixi == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sənədli filmlər istehsal edən studiyasıdır. Əvvəllər C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının tərkibində kinoxronika bölməsi olub. 1991-ci ildən müstəqil sənədli filmlər studiyaları kimi fəaliyyət göstərdilər. 1993-cü ildən "Azərbaycanfilm" kinostudiyasının nəzdində müstəqil studiya kimi fəaliyyət göstərir. Studiyanın ilk rəhbəri Zaur Məhərrəmov olub. 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. Yaddaş Studiyası 1997-ci ildən başlayaraq dövlət sifarişi ilə ildə bir sənədli film çəkir. Yaddaş əsasən portret janrına müraciət edir. Filmləri arasında "Şeytanbazar" (Nizami Abbas), "İlyas Əfəndiyev" (Cəmil Fərəcov), "Arif Babayev", "Həsən Seyidbəyli", "Rafiq Babayev" (Cəmil Quliyev), "Səma Şairi" (Şamil Nəcəfzadə) var. Direktor: Cavid İmamverdiyev Prodüser: Xanlar Cəfərov əməkdar mədəniyyət işçisi Rejissor-operator: Nizami Abbas əməkdar incəsənət xadimi Rejissor: Mübariz Nağıyev == Mənbə == Zaur Məhərrəmov.
Azərbaycan Kinosu-Sənədli Filmlər
Sənədli film — müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktların film formasında tamaşaçılara çatdırma üsulu. Sənədli filmlərin əsas vəzifəsi tarixi əhəmiyyətli hadisələrin fiksiyası, tədris və təhsil üçün materialların yaradılması, tədqiqat və təbliğat xarakterli fikirlərin yayılmasıdır.Dünya kinosunun əsası məhz sənədli-xronikal kadrlarla başlamışdır. Qatarın bir başa ağ kətan üzərindən tamaşaçının üstünə doğru sürətlə gəlməsi tamaşaçılarda həyəcan və qorxu əmələ gətirmişdi. Kino sənətinin bu növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilik dərəcəsi baxımından bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, büsbütün incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək olduqca müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyildir. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir. == Tarixi == === 1900-cü ildən əvvəl === Tərifinə görə, ilk "hərəkətli şəkillər" sənədli filmlər adlanır. Bu cür filmlərdə stansiyaya daxil olan qatar, hərəkət edən gəmi və ya işdən qayıdan bir qrup insan kimi konkret səhnə təsvir edilirdi. İlkin filmlər (1900-cü ilə qədər) hadisələri təsvir edən yenilik və cazibədarlığın təsirinə məruz qalmışdır.
Qafqaz Neoliti (sənədli film)
Qafqaz Neoliti — sənədli film. Azərbaycan Dövlət Televiziyası — Azərbaycantelefilm Yaradıcılıq Birliyinin istehsalı. == Film haqqında == "Qafqaz Neoliti" sənədli filmində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələri əks olunmuşdu. Filmdə əsasən bölgənin Neolit dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların fikirləri yer alıb. Sənədli film Azərbaycanın qədim mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayacaq. == Filmin yaradıcı heyəti == "Qafqaz Neoliti" filminin ssenari müəllifi Əməkdar jurnalist Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, prodüseri Xalq artisti, Ramiz Həsənoğlu, elmi məsləhətçisi isə Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d. Fərhad Quliyevdir. == Filmin təqdimatı == Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Dövlət Televiziyası – “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan “Qafqaz Neoliti” sənədli filminin təqdimatı keçirilib. Tədbiri Milli Məclisin deputatı Qənirə Paşayeva açaraq filmin yaradıcı kollektivini iştirakçılara təqdim edib, ekran əsərində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələrinin əks olunduğunu söyləyib. Qeyd olunub ki, filmdə əsasən bölgənin Neolit dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların fikirləri yer alıb.
Çox sənədli interfeys (İnformatika)
Çox sənədli interfeys (İng. multiple document interface (= MDI), ru. многодокументный интерфейс) — qrafik istifadəçi interfeysinin pəncərələrdən istifadəyə əsaslanan və pəncərələrin əksəriyyətinin (adətən, yalnız modal pəncərələr istisna olmaqla) bir ümumi pəncərənin daxilində yerləşməsini nəzərdə tutan təşkili üsulu. Bu interfeysdən fərqli olaraq, SDI interfeysində pəncərələr bir-birindən asılı olmayaraq yerləşir. Hansı interfeys növünün – MDI, yoxsa SDI interfeysinin üstün olması məsələsi tez-tez proqram təminatı gəlişdiricilərinin və istifadəçilərinin müzakirə mövzusu olur. Belə ki, istifadəçi eyni vaxtda bir neçə müxtəlif növ proqramla işləyirsə, SDI interfeysi daha əlverişli olur. Gəlişdiricilər hər iki interfeysdən, tez-tez isə qarışıq növ interfeysdən geniş istifadə edirlər. Məsələn, Microsoft şirkəti Microsoft Office paketində öncə SDI interfeysini MDI ilə əvəz etdi, sonra yenidən SDI interfeysinə qayıtdı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Natiq Qasımov (sənədli film)
Natiq Qasımov sənədli filmi — 24 fevral 2017-ci ildə təqdimatı keçirilmiş sənədli film. Film Birinci Qarabağ müharibəsində mülki azərbaycanlıları azad etmək üçün erməni silahlı dəstəsi təslim olan Natiq Qasımov haqqındadır. Film 2016-cı ildə çəkilmişdir. == Haqqında == Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdur. Sənədli film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib. Rejissor Elçin Musaoğlu isə film haqqında bunları söyləyib: Mən əvvəl bu filmi müstəqil çəkmək istəyirdim, maliyyə tapa bilmədim. Millətçilikdən danışan adamlara da müraciət etdim, bir şey çıxmadı. Sonra prodüser Müşfiq Hətəmovla danışdım, filmin mövzusu, ideyası xoşuna gəldi və dedi ki, sənə mütləq dəstək olacam. Müşfiq bəy Mədəniyyət Nazirliyinə film haqqında danışdı və nəhayət, maliyyəni əldə edə bildik.
Azərbaycanda restavrasiya edilmiş tarixi abidələr
Azərbaycanda Rusiya, sovet və müstəqillik dövründə bir çox tarixi abidələr restavrasiya edilmişdir.
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr hal-hazırda orada mövcud olan, yaxud vaxtilə orada mövcud olmuş yazılı başdaşılardan, yazılı başdaşı qəlpələrindən və bir yazılı qəbirüstü abidədən ibarətdir. == Ümumi məlumat == Şəki Xan məscidinın şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtilə 15-20-yə qədər yazılı başdaşı olmuşdur. Hal-hazırda orada cəmi 10 yazılı başdaşı və bir yazılı qəbirüstü abidə var. Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində, bir neçə başdaşı haqqında isə 1984-cü və 2001-ci ildə çap olunmuş kitablarında məlumat vermişdir. Bir başdaşı hissəsi üzərindəki kitabəni 2009-cu ildə Aydın Məmmədov oxumuş və həmin başdaşının İsmayıl xanın qızı Saadət bəyimə aid olduğunu ilk dəfə müəyyənləşdirmişdir. 2018-ci ilin sonlarında isə AMEA Şəki Regional Elmi Mərkəzi qəbristanlıqdakı epiqrafik abidələrin kompleks tədqiqinə başlayıb. Qəbiristanlıqda Şəki xanlarından cəmi birinin — Fətəli xanın, qəbrinin üzərində başdaşı var. Onun 1831-ci ildə Həştərxanda dünyasını dəyişmiş qardaşı Məhəmmədhəsən xanın da bu qəbiristanlıqda torpağa tapşırılması, atası Məhəmmədhüseyn xanın isə Xan məscidinin mehrabı içində dəfn edilməsi məlum olsa da başdaşıları aşkar edilməmişdir. Heç bir şübhə yoxdur ki, gəncəli Cavad xanın arvadının da qəbri buradadır; mənbədə göstərilir ki, Cavad xan ruslarla döyüşdə öldürüldükdən sonra onun arvadı Nuxaya qayıtmış (Məhəmmədhəsən xanın bacısı idi) və 1830-cu ildə burada dünyasını dəyişmişdir. 2022-ci ildə aparılmış "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun apardığı elmi tədqiqat işlərinin nəticəsində məlum olmuşdur ki, Şəki Tarix-Diyarşünaslıq muzeyinin topladığı və fondunda saxlanılan və dövlət mühafizəsinə götürülmüş dekorativ-tətbiqi sənət nümunəsi olan baş daşlarından bəziləri Şəki Xan qəbirstanlığında vaxtı ilə mövcud olmuş qəbrüstü abidələrdir.
Azərbaycan tammetrajlı sənədli filmlərinin siyahısı
== 0-9 == 1000 il (film, 1987) (tammetrajlı sənədli film) (AzTV) == A == Abbas və Gülgəz (film, 2000) (sənədli serial) (AzTV) "Ağ qızıl" ustaları (film, 1958) (tammetrajlı sənədli film) Anamın duaları (film, 2007) (tammetrajlı sənədli film) (TV) Arazın o tayında (film, 1947) (tammetrajlı sənədli film) Arazın sahillərində (film, 1953) (tammetrajlı sənədli film) Azadlığa gedən yollar (film, 1990) (tammetrajlı sənədli film) Azərbaycan (film, 1931) (tammetrajlı sənədli film) Azərbaycan elmi (film, 1969) (tammetrajlı sənədli film) Azərbaycan mədəniyyətinin baharı (film, 1959) (tammetrajlı sənədli film) Azərbaycan milisinin tarixi (film, 1969) (tammetrajlı sənədli film) Azərbaycan Respublikasının mayakları (film, 2006) (tammetrajlı sənədli film) (TV) Azərbaycan teatrının ustaları (film, 1966) (tammetrajlı sənədli film) Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə (film, 1919) (tammetrajlı sənədli film) Azərbaycanın səhnə ustaları (film, 1965) (tammetrajlı sənədli film) "Azneft"in onilliyi (film, 1930) (tammetrajlı sənədli film) == B == Bahar oğlu (film, 2004) (tammetrajlı sənədli film)(Space Tv) Bakı (film, 1999) (tammetrajlı musiqili film) Bakı. Müharibə illəri (film, 1985) (tammetrajlı sənədli film) (TV) Bəxtiyar Vahabzadə (film, 2003) (tammetrajlı sənədli film) (AzTV) Bizim Azərbaycan (film, 1959) (tammetrajlı sənədli film) Bizim əkinimiz (film, 1931) (tammetrajlı sənədli film) Bizim əsas yolumuz (film, 1928) (tammetrajlı sənədli film) Böyük ömrün anları (film, 2006) (tammetrajlı sənədli film) (AzTV) Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968) (tammetrajlı sənədli film) == C == Cabir Novruz (film, 2002) (tammetrajlı sənədli film) (AzTV) Cavad Heyət varlığı (film, 2001) (tammetrajlı sənədli film) (AzTV) == D == Daşdan tikilmiş şəhər (film, 2008) (tammetrajlı sənədli film)(İTV) Dənizi fəth edənlər (film, 1959) (tammetrajlı bədii-sənədli film) Doğma torpaq, Azərbaycan (film, 1960) (tammetrajlı sənədli film) Dostluq melodiyaları (film, 1965) (tammetrajlı sənədli film) (TV) Dostuma məktub (film, 1992) (tammetrajlı sənədli film) == Ə == Əbədi qardaşıq (film, 1965) (tammetrajlı sənədli film) Əbədi odlar ölkəsi (film, 1945) (tammetrajlı sənədli film) Əbədiyyət elçisi (film, 2005) (üçseriyalı sənədli film) (ATV) Əbədiyyət ünvanı. II film. Heydər Əliyev və Naxçıvan (film, 2004) (tammetrajlı sənədli film) (AzTV) Əməyə eşq olsun (film, 1950) (tammetrajlı sənədli film) Əzablı yollar (film, 1995) (tammetrajlı sənədli film) Əzizə Cəfərzadə (film, 1999) (tammetrajlı sənədli film) (TV) == F == Fenomen (film, 1996) (tammetrajlı sənədli film) (AzTV) Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992) (tammetrajlı sənədli film) == G == Göylər sonsuz bir dənizdir. II film. Züleyxa (film, 1995) (tammetrajlı sənədli film) (AzTV) Günəşin batdığı yer... (film, 2012) (tammetrajlı bədii-sənədli televiziya filmi) (TV) == H == Hacı Arif (film, 1995) (tammetrajlı sənədli film) (TV) "Hacı Mail" nağılı... (film, 2005) (tammetrajlı sənədli film) (Lider TV) Hanı mənim övladlarım? (film, 1967) (tammetrajlı sənədli film) Havalansın Xanın səsi (film, 2001) (tammetrajlı sənədli film) (TV) Heydər Əliyev.
Səmədli
Səmədli (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Səmədli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Vənədli
Vənətli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Vənətli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Vənətli kəndi təpəli düzənlikdədir. Vaxtilə Ordubad rayonunun Vənənd kəndindən gəlmiş ailələr əvvəlcə Qubadlı rayonunun Dondarlı kəndinin qərbində Dağbaşı Vənətli kəndini salmış, sonralar isə indiki əraziyə köçmüşlər. Oykonim “Vənənddən gələnlər, vənəndlilər” mənasındadır.Kənddə 1993-cü ilə qədər (erməni qəsbkarları tərəfindən işğalınadək) orta məktəb,uşaq bağçası, ətraf 15 kəndə xidmət göstərən 50 çarpayılıq xəstəxana, ətraf 7 kəndə xidmət göstərən poçt və ATS, kitabxana, klub, mağazalar, baytarlıq müalicəxanası və digər sosial obyektlər olmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 23 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. == Coğrafiyası == Vənədli kəndi Zəngilan rayon mərkəzindən 14 km şimal- qərbdə,Ələddin (Aladin) dərəsi ərazisində, Süsən meşəsinin ətəyində yerləşir. Bir tərəfdən Süsəndağı, digər tərəfdən Ütəlgi dağı və Çaxmaq dağı ilə əhatələnib. Mənbəyini Süsəndağı silsiləsindən götürən Süsən çayı Vənətlini keçərək, şərqə doğru uzanıb gedir və Qubadlı rayonu ərazisindən keçərək Araz çayına tökülür. Vənətli kəndi Zəngilan rayonunun böyük əraziyə malik kəndlərindən olaraq, kəndin geniş əkin-biçin, otlaq sahələri, meşə ərazisi, iki böyük süni gölü olubdur.
Ağdam abidələri
=== Ağdamın yaşayış əraziləri üzrə abidələri === Çıraqtəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri) Qarahacı yaşayış yeri – ilk tunc dövrü (Ağdam-Xankəndi yolunun sağ tərəfində) Qarahacılı nekropolu – tunc dövrü (Ağdam şəhəri) Vəlixanpətə yaşayış yeri – eneolit dövrü (Ağdam-Ağcabədi şosesinin 1,5 km-də) Kurqan – tunc dövrü (Üzümçülük sovxozu) İlanlıtəpə yaşayış yeri – eneolit – dəmir dövrü (Baş Qərvənd kəndi) Dəyirmantəpə kurqanı – tunc və dəmir dövrü (Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında) Yaşayış yeri – qədim dövr (Qərvənd kəndi) Şomullutəpə yaşayış yeri – eneolit dövrü (Miəşrəfli kəndindən 1 km şimal-şərqdə) Bənövşələr təpəsi yaşayış yeri – eneolit dövrü (Mirəşəlli və Armudlu kəndlərinin arasında) Gültəpə yaşayış yeri – eneolit dövrü (Mirəşəlli kəndindən 300 m. şimal–şərqdə) Yaşayış yeri- e.ə. II-I minilliklər (Armudlu kəndi) Rəsultəpə yaşayış yeri – orta tunc dövrü, orta əsrlər (Armudlu kəndinin şimal qərbində) Rəsultəpə kurqanları tunc dövrü (Armudlu kəndi, Rəsultəpə yaşayış yerinin 30–40 m. şimalında) İsmayılbəy təpəsi yaşayış yeri – eneolit dövrü (Armudlu kəndi) Kəbləhüseyn yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndi) Namazəli təpəsi yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndindən 500 m. şərqdə) Boyəhmədli kəndi kurqanları (80-a qədər)- ilk tunc dövrü (Boyəhmədli, Qızıllı Gəngərli və Salahlı Gəngərli kəndlərinin arasında) Gavurqala yaşayış yeri – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda) Daş qutusu nekropolu – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda) Papravənd-Boyəhmədli kurqanları (Möhülü təpələri, Əli kişi təpəsi, Molla Mustafa oğlu təpəsi, həmşəri təpəsi və.s)- tunc-dəmir dövrü- (Boyəhmədli kəndinin şimal-şərqində) Qarapirim təpələri – tunc və ilk dəmir dövrü (Qarapirim kəndinin qərbində) Güllütəpə – I yaşayış yeri – III-XIII əsrlər (Papravənd kəndi) Güllütəpə – II yaşayış yeri – son tunc dövrü, ilk orta əsrlər (Papravənd kəndinin cənub-şərqində) Misir qışlağı yaşayış yeri – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 250 m. şərqdə) Kurqanlar – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 1 km. şərqdə) Qala qalıqları – orta əsrlər (Tarpaut kəndi) Nekropol – orta əsrlər (Kənçərli kəndi) Şomullutəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Quzanlı kəndi) Gülməmməd təpəsi yaşayış yeri- eneolit dövrü (Quzanlı kəndindən 2 km. cənub-şərqdə) Çaqqalı təpənin yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən şimal-şərqdə) Əjdahatəpə yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən 2,5 km. şərqdə) Yaşayış yeri – e.ə.V-II minilliklər (Zəngişalı kəndi) Yaşayış yeri – e.ə.V-II minilliklər ( Mərzili kəndi) Nekropol – qədim dövr (Seyidli kəndi) Yaşayış yeri – antik dövrü (Əlimədətli kəndi) Yaşayış yeri – antik dövrü (Göytəpə kəndi) Göytəpə yaşayış yeri – tunc dövrü (Göytəpə kəndinin qərbində) Göytəpə kurqanları – tunc dövrü (Göytəpə kəndinin qərbində) Şümürlütəpə kurqanı – tunc dövrü (Əfətli kəndi) Balatəpə kurqanı – tunc dövrü (Əfətli kəndi) Yaşayış yeri – qədim dövr (Sarıhacılı kəndi) Çinartəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Sarıhacılı kəndindən 3 km. cənub-şərqdə) Sarıhacılı yaşayış yeri və nekropol – eneloit, tunc dövrü (Sarıhacılı kəndindən 2 km.
Bakı abidələri
Bakı abidələri — Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. == Azərbaycan memarlıq tarixi == Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Memarlıq tarixi — insanlıq tarixidir . Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvanda, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar.Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir. Şəki (1968), Bakının İçərişəhər hissəsi, Şuşa və Ordubad (hər üçü 1977 ildə) şəhərləri, Lahıc qəs.
Elegeş abidələri
Elegeş abidələri və ya Elegeş abidəsi – 650-ci illərdə yaradılmış və Elegeşt çayı vadisində yerləşən Göytürk abidəsidir. Orxon abidələrindən təxminən 100-150 il əvvəl yazılmışdırlar. == Abidə == İlk yayımlarda "Elegeş abidəsi " olaraq anılan bu abidə 1888-ci ildə Elegeşt çayı vadisində, çayın sol sahilində tapılmışdır. Abidə 1891-ci ildə Klements tərəfindən incələnmiş və kopyalanmışdır. 1892-ci ildə də Oşurkov abidənin eştampajını çıxarıb Vasili Radlova vermişdir. Elegeşt abidəsi 1915-ci ildə Adriyanov tərəfindən Minusinsk muzeyinə gətirilmiş və 19 nömrə ilə qeydiyyata alınmışdır. == Abidənin ölçüləri == Abidə qatı boz rəngdə, 320 x 66 x 20 sm ölçüsündə, üst qismi dar, aşağıya doğru genişləyən qum daşından ibarətdir. Daşın üzərində yuxarıdan aşağıya doğru yarıqlar və çatlar vardır. Abidədə uzunlamasına yazılmış 12 sətir vardır. Abidənin alt qismində ilk yayımlarda müəyyən olmayan damğa vardır.
Gədəbəy abidələri
== Tədqiqi == Kiçik Qaramurad ətrafında qeydə alınmış mağara və Qalakənd kəndindən tapılmış materiallara görə Gədəbəyin tarixi daş dövrünə (mezolitə) gedib çıxır. Buradakı arxeoloji abidələr tunc və ilk dəmir dövrünə aid qəbirlərlə, daş qutu qəbirlərlə, kurqanlarla, qədim qalaçalarla, ibadətgahlarla izlənilir. Gədəbəy abidələrinin zənginliyi XIX əsrdən dünya alimlərinin diqqətini cəlb edib. Simensin misəritmə zavodunun tikintisi ilə əlaqədar görülən torpaq işləri zamanı ərazidə tapılan maddi-mədəniyyət nümunələri zavodun əməkdaşı V.Belkin diqqətini çəkir. 1888-1890-cı illərdə o Gədəbəydə və ətraf kəndlərdə 300-dən çox daş qutu qəbir abidəsi qazır. V.Belk tədqiq etdiyi qəbirlərdən əldə etdiyi yüzlərlə nümunələri Almaniyaya R.Virxova göndərir. Bu materiallar əsasında R.Virxov özünün "Qafqazın mədəni-tarixi əhəmiyyəti" adlı monoqrafiyasını yazır və Gədəbəyin zəngin arxeoloji materialları əsasında Berlində, o vaxtlar dünyada analoqu olmayan muzey yaradır. 1896-cı ildə Moskva arxeoloji cəmiyyətinin üzvü A.A.İvanovski Gədəbəydə yenidən arxeoloji qazıntı işləri aparır və 72 ədəd daş qutu qəbir qazır. 26 illik fasilədən sonra 2005-ci ildən rayonun arxeoloji abidələri yenidən öyrənilməyə başlandı. 2005-2006-cı illərdə kəşfiyyat xarakterli qazıntı işləri aparmaq üçün bölgədə kiçik dəstədən ibarət ekspedisiya fəaliyyət göstərib, rayonun arxeoloji abidələrlə zəngin olan Daryurd kəndində tədqiqat işləri aparılıb.
Kəlbəcər abidələri
== Tarixi abidələr == Qayaüstü təsvirlər və arxeoloji qazıntılar Dəniz səviyyəsindən iki-üç min metr yüksəklikdə yerləşən Zalxa və Pəriçınqılı Qara göllərin sahillərində, Dəlidağın ətəklərində, Ayıçınqılında, Pəriçınqılında və başqa ərazilərdə yerləşən çınqıllıqlarda daşların, qayaların üzərində ulu babalarımız tərəfindən çəkilən rəsm əsərləri geniş yayılmışdır. Bu yerlərin qədim sakinləri ibtidai daş alətlərindən istifadə etməklə möhkəm qayalar üzərində məişət və təsərrüfat səhnələrini, müxtəlif vəhşi heyvanları təsvir edən gözəl rəsmlər çəkə bilmişlər. Bu rəsmlərin müəyyən bir qismi qədim əkinçilik məşğuliyyətini əks etdirir. Ayrı-ayrı daşlar üzərində öküzlərə qoşulmuş ibtidai xışla yerin şumlanması, taxılın biçilməsi və döyülməsi kimi səhnələr, çiynində toxa tutmuş adam təsviri və s. verilmişdir. Bəzi daşlar üzərində ən qədim nəqliyyat vasitələrini göstərən ikitəkərli arabalar təsvir edilmişdir. Qədim ovçuluğa aid səhnələri təsvir edən çox sayda əsərlər də tapılmışdır. Yeni tapılan qayaüstü təsvirlərdə ulu babalarımızın dini təsəvvür, mərasim və etiqadlarına aid maraqlı səhnələr də var. Bunlara əyani misal ayrı-ayrı daşlar üzərindəki kütləvi rəqs səhnələri, rəmzi öküz təsvirləri, mücərrəd işarələrdir. == Elmi tədqiqatlar == Azərbaycanın məşhur arxeoloq-alimi, Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix elmlər doktoru, professor Qüdrət İsmayılzadə 1976-cı ildə tədqiqatlar zamanı ilk dəfə olaraq Azərbaycanın belə yüksək dağlıq zonasında eramızdan əvvəl III minilliyə aid qədim yaşayış yerinin qalıqlarını aşkar etmişdir.
Laçın abidələri
=== Memarlıq abidələri === Rayonun ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcə də bu ərazi çoxlu təbii sərvətləri, qiymətli minelar suları ilə zəngindir. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Alimlərimizin verdiyi məlumata əsasən bu ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir. Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olmuşdur. Onlar əsasən bir tağlı və yaxud iki tağlı körpülərdir. Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı rayonda mövcud olan əksər tarixi, mədəni və dini abidələr dağıdılmışdır. Rayonun ərazisində aşağıda adları çəkilən abidələr rayon ərazisində olan abidələrin yalnız 70%-ə qədərini təşkil edir. Abdallar (Bəylik) kənd ərazisində: Həkəri çayı üzərində körpü XVIII əsr, daş qutu-dəmir dövrü, qəbiristanlıq. Zabux kəndi ərazisində: Sümüklü qəbiristanlığı, XVI əsrə aid Xallanlı qəbiristanlığı. Malıbəy kəndi ərazisində: qədim qəbiristanlıq.
Lənkəran abidələri
== Bala-Şürük məscidi == Lənkəran rayonu Bala-Şürük kəndində yerləşən bu abidə XIX əsrdə tikilmişdir. Məscid yerli ağsaqqalların təşəbbüsü ilə Yuxarı Nüvədili zadəgan və mesenat Hacı Hacıbala tərəfindən verilən vəsait hesabına tikilmişdir. Sonralar Hacı ermənilər tərəfindən qətlə yetirilmişdir. Abidənin uzunluğu 14 m, eni 6 m, hündürlüyü 6 m, divarın qalınlığı 90 sm. Tədqiqatçı — tarixçi Aqşin Əliyev özünün Cənub bölgəsinin abidələr ensiklopediyası kitabında geniş məlumat vermişdir. Abidə dövlət qeydiyyatına alınıb, mühafizə olunur. == Seyid Xəlifə türbəsi == Ərəb xilafəti dövründə xəlifələrin təqibinə məruz qalmış bir sıra adamlar, alimlər və seyidlər müxtəlif yerlərdə sığınacaq tapmışlar. Onların bir qismi də Azərbaycana pənah gətirmiş, o cümlədən, Lənkəranın ərazisində də məskunlaşmışdır. Bu yerlərdən biri də Lənkəran rayonu ərazisində olan qədim kəndlərdən biri Cil kəndidir. El arasında Se Xəlifə, yəni üç xəlifə və ya Seyid Xəlifə ziyarətgahı da bura pənah gətirən şəxslərin məzarlarıdır.
Nüydü abidələri
Nüydü abidələri — Ağsu rayonunun Nüydü kəndinin cənub-qərbində Nüydü düzündə aşkar edilmiş e.ə, 3—1 əsrləra aid arxeoloji kompleks. Yaşayış yeri və qəbiristandan ibarətdir (sahəsi təqribən 10—12 ha-dır). Axtarışlar zamanı (1961, 1965) yaşayış yerindən çoxlu əmək aləti (dən daşları, kirkirələr, dəmir çin, təsərrüfat küpləri və s.), habelə çay daşından ev bünövrəsi, müxtəlif məişət avadanlığı və s., qəbiristandan isə saxsı qablar, bəzək şeyləri, müxtəlif silahlar (dəmir nizə, tuvc dəbilqə), ostoloji qalıqlar və s. aşkar edilmişdir. 1972—1973 və 1975-ci illərdə aparılmış arxeoloji qazıntılar zamanı isə (mədəni təbəqənin qalınlıqı təqribən 1,5 m) bina qalıqları, təsərrüfat quyusu, küplər, dəndaşı, daş toxa, çaxmaqdaşı və dəvəközüdəv alət qırıqları tapılmışdır. Bir neçə küp qəbir istisna olmaqla, qəbiristan əsasən torpaq qəbirlərdən (təqribən 50 qəbir tədqiq edilmişdir) ibarətdir. Buradan çoxlu keramika, dəmir nizə, çapacaq, oraq, bıçaq, tuvc bilərzik, üzük, sırğa, sancaq, şüşə muncuqlar və s. aşkar edilmişdir. Üzəri bəzədilmiş müxtəlif çeşidli qırmızı və qara rəngli zərif saxsı məmulatı dulus küpəsində bişirilmişdir. Qazıntılar nətiçəsində gümüş pul dəfinəsi - Nüydü dəfinəsi və ayrı-ayrı sikkə nümunələri də aşkar edilmişdir.
Orxon abidələri
Orxon-Yenisey abidələri — Orxon-Yenisey abidələrini isveç zabiti Filip Stralenberqin tapıntılardan sonra bu yazılarla tədqiqatçılar daha çox maraqlanmağa başladılar.Türk xalqlarına məxsus üzərində qədim türk yazıları olan abidədir. Bu abidənin adı ilk dəfə XII əsr tarixçisi Ələddin Ata Məlikin "Cüveyni-tarixi-cahangüşə" əsərində çəkilir. Orxon çayı sahilində tapıldığına görə bu cür adlandırılıb və qədim türk tayfaları tərəfindən düzəldilmişdir. Orxon abidələri qədim türk dilini öyrənmək baxımından olduqca vacibdir. Orxon abidələrinə Ongin, Gül-Tigin, Bilgə xaqan, Tonyukuk, Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-Təmir və Suci abidələri daxildir.Abidəni tərcümə edən danimarkalı alim Vilhelm Tomsendir == Abidənin aşkar olunması == Orxon-Yenisey abidələrinin mövcudluğu uzun müddət Avropa ölkələrində və Rusiyada məlum olmamışdı. Onları ilk dəfə XVIII əsrin əvvəllərində Rusiya ilə İsveç arasında baş vermiş müharibədə Poltava döyüşündə əsir düşmüş İsveç zabiti Filipp Starlenberq üzə çıxarmışdı. O, 13 il Sibirdə Tobol əyalətində yaşamış, həmin ərazinin keçmiş xalqları haqqında materiallar toplamış, həm də Orxon-Yenisey abidələrinin üzünü çıxarmış və vətənində dərc etdirmişdi. Türkcənin bilinən yazılı ilk nümunələri VIII əsrin əvvəllərinə aid olan və Orxon vadisində olan, buna görə də Orxon abidələri və ya Orxon-Yenisey Abidələri olaraq adlandırılan kitabələrdir. Bu kitabələr Türkcənin, tarixi müddətdəki qrammatik quruluşu və bu quruluşun dəyişməsiylə əlaqədar məlumatlar verdiyi kimi, türklərin dövlət anlayışı ilə rəhbərliyi, türklərin mədəni elementləri, türklərin qonşuları ilə soydaşlarıyla olan əlaqələri və ictimai həyatıyla və s. əlaqədar əhəmiyyətli məlumatlardan ibarətdir.
Qubadlı abidələri
Qubadlı abidələrinin siyahısı — Qubadlı rayonundakı abidələrin siyahısı == Tarixi-dini abidələri == Mağara məbədi — IV əsr (Gavur dərəsi) (İNV № 1456) Mağara məbədi — (Əliquluuşağı) (İNV № 1155) Alban kilsələri və abidələri – Yuxarı Cibikli kəndi Məbəd — XI əsr (Məzrə kəndi) (İNV № 4715) 1 nömrəli türbə — XIV əsr (Dəmirçilər kəndi) 2 nömrəli türbə — XIV əsr (Dəmirçilər kəndi) Cavanşir türbəsi — XIV əsr (Yazı düzü) Məscid — XV–XVI əsrlər (Xələc kəndi) (İNV № 4714) Gürcülü türbəsi — XVII əsr (Gürcülü kəndi) Məscid — XVIII əsr (Mollalı kəndi) (İNV № 4711) Məscid — XVIII əsr (Mirlər kəndi) (İNV № 4712) Məscid — XVIII əsr (Məmər kəndi) (İNV № 4713) Məscid — XVIII əsr (Yusifbəyli kəndi) (İNV № 4709) Məscid — XIX əsr (Dəmirçilər kəndi) (İNV № 4703) Məscid — XIX əsr (Dondarlı kəndi) (İNV № 4704) Məscid — XIX əsr (Mahrızlı kəndi)(İNV № 4716) == Ziyarətgahları == Ocaq dərəsindəki "Cicimli ocağı" - XII/XIII əsrlər ( Balahəsənli kəndi) Qəbristanlıq — XIV əsr (Qayalı kəndi) , Yazı düzü ərazisində (İNV№ 1454) Qədim Haramı qəbiristanlığı (XIX əsr) – Əliquluuşağı kəndi Türbə (1 nömrəli) (XIV əsr) – Dəmirçilər kəndi (İNV № 308) Türbə (2 nömrəli) (XIV əsr) – Dəmirçilər kəndi (İNV № 309) Cavanşir türbəsi (XIV əsr) – Yazı düzü (İNV № 4706) Türbə — XVIII əsr (Xocamusaxlı kəndi) (İNV № 4708) Türbə — XVIII əsr (Boyunəgər kəndi) (İNV № 4710) Türbə (XVII əsr) – Dəmirçilər kəndi Türbə (XVII əsr) – Gürcülü kəndi (İNV № 307) İmamzadə — Cılfır kəndi Mir Sədi ağa ocağı – Mirlər kəndi Ağ hasar piri – Mirlər kəndi Mirmehdi ağa piri – Dondarlı kəndi Armudlu piri – Armudlu kəndi Səfərə baba piri – Saray kəndi Qarakaha piri – rayon mərkəzindən 20 km şimalda Ağkaha piri – rayon mərkəzindən 20 km şimalda Ağa Kərim Yalı piri – rayon mərkəzindən 15 km aralı Salahlı piri – Mərdanlı kəndi İmamzadə — Novlu kəndi Umoy Kaha piri – Qaracallı kəndi Mədət bulağı (XIX əsr) – Mahmudlu kəndi (İNV № 4702) == Tarixi memarlıq abidələri == Sığınacaq — IV əsr (Balahəsənli kəndi) — Zəngəzur ərazisində ən qədim yaşayış yeridir. Xatırladaq ki, Daranlar deyilən ərazidə yerləşir.(İNV № 1451) Sığınacaq — IV əsr (Əliquluuşağı) (İNV № 1449) Sığınacaq — IV əsr (Zor kəndi) (İNV № 1452) Göy qala — V əsr (Əliquluuşağı) (İNV № 305) 'Qalalı' qalası — (Əliquluuşağı) (İNV № 4698) 'Qalalı' qalası (yeraltı keçidlə) — V əsr (Muradxanlı kəndi) (İNV №4699) Qız qalası – Əliquluuşağı kəndi (İNV № 305) Qalaça — son tunc və ilk dəmir dövrü (Əliquluuşağı) (İNV №1448) Körpü — XIX əsr (Mahmudlu kəndi) (İNV № 4717) Qara qaya sığınacağı — (Mahmudlu kəndi) (İNV № 1453) Daş sandıq — XV əsr (Məmər kəndi) (İNV № 6170) Qədim daş qoç fiquru (XVI əsr) –Mahmudlu kəndi (İNV № 6169) Oğlan-Qız abidəsi – Dəmirçilər kəndi Koroğlu qalaçası — son tunc və ilk dəmir dövrü (Əliquluuşağı) (İNV № 1447) Daş qoyun fiquru — XV əsr (Mahmudlu kəndi) Qalaçid qalası — XIV əsr (Xocamusaxlı kəndi) (İNV № 4707) Hacıbədəl körpüsü — XVIII əsr (Dondarlı kəndi) Bulaq — XIX əsr (Əliquluuşağı) Bulaq — (Əliquluuşağı) Şirin bulaq — XVIII əsr (Məmər kəndi) Bulaq — XIX əsr (Dəmirçilər kəndi) Mədət bulağı — XIX əsr (Mahmudlu kəndi) Xırman yeri yaşayış yeri — son tunc və ilk dəmir dövrü (Qubadlı qəsəbəsi) Mal təpəsi — son tunc və ilk dəmir dövrü (Muradxanlı kəndi) Laləzar körpüsü — 1867-ci il (Əliquluuşağı) == İstinadlar == == Xarici keçidlər == "Qubadlı: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri". ngoccupiedculture.az. 2021-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2021. ""Qubadlı ən qədim tarixi abidələri olan rayonumuzdu"". teleqraf.com. İstifadə tarixi: 11 iyun 2021. "Qubadlı rayonunun mədəniyyət abidələri". www.qubadli-ih.gov.az.
Talas abidələri
Talas abidələri - Qədim türklərə məxsus daş-yazı abidələridir. Talas çayı sahilində yerləşdiyinə görə bu cür adlandırılıb. 1896-cı ildə Övliya-ata (Talas)qəza rəisi V.A.Kallur həmin şəhər haqqında tədqiqat əsəri nəşr etdirir. Bu əsərdə o Akçı kəndinin Şərqində 8 km aralı Ayırtan-oy deyilən yerdə Orxon-Yenisey əlifbası ilə yazılmış bir daşın olduğunu göstərir. Bundan sonra daha bir neçə abidə tapılır. Abidələrin tapılmasında V.A.Kallurdan başqa fin arxeoloqları Q.Heykel, K.Münik və O.Donnerin də böyük rolu olub. Abidələrin ilk nəşri Q.Heykelə məxsusdur. Lakin Q.Heykeldən başqa V.V.Radlov, P.M.Melioranski, Y.Nemet, H.N.Orkun, S.Y.Malov və İ.A.Batmanov da abidələri tədqiq etmişlər. 1932–1933-cü illərdə hələlik yeganə olan Talas Çubuğunun tapılması, oxunması və nəşrində M.Y.Masson və S.Y.Malovun xidmətləri olub. Sonralar bu abidəni H.N.Orkun, C.Cumaqulov (S.Y.Malovun tərcüməsində) da nəşr etmişdir.
Elşən Səmədli
Elşən Bayram oğlu Səmədli (19 fevral 1993; Yurdçu, Şərur rayonu, Azərbaycan — 1 dekabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı və hərbi xidməti == Elşən Səmədli 19 fevral 1993-cü ildə Şərur rayonunda Yurdçu kəndinə dünyaya göz açmışdır. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanan Elşən 2011-ci ildə müddətli həqiqi hərbi xidmətini başa vurmuşdur. 2016-cı ilin aprel ayının əvvəlində Dördgünlük müharibədə iştirak etmişdir. === İkinci Qarabağ müharibəsi === 27 sentyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Elşən Səmədli könüllü əsgər olaraq iştirak etmişdir. 42 gün ərzində müharibənin bir çox döyüşlərində vuruşmuşdur. Vətən Müharibəsi bitdikdən sonra Elşən Səmədli Qubadlıda xidmətini davam etdirmiş və 1 dekabr 2020-ci ildə xidmət zamanı minaya düşərək şəhid olmuşdur. 2 dekabr tarixində Suraxanıda torpağa tapşırılmışdır. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Səmədli ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (24.06.2021) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == Bu gün, Şəhidimiz Səmədli Elşən Bayram oğlu doğum günündə anıldı.
Səmədli (Germi)
Səmədli (fars. صمدلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 148 nəfər yaşayır (28 ailə).
Səmədli (Göygöl)
Səmədli — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Quşqara kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Səmədli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 391 nəfər əhali yaşayır.
Sənan Səmədli
Sənan Fikrət oğlu Səmədli (27 dekabr 1997; Yevlax rayonu, Azərbaycan — 30 sentyabr 2020; Dəmirli, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Səmədli 27 dekabr 1997-ci ildə Yevlax rayonunda anadan olmuşdur. Sənan 2005-ci il sentaybr ayında Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2009-cu ildə Yevlax rayon T.Ismayılov adına Kövər kənd tam orta məktəbin 5-ci sinfinə daxil olmuşdur. 2015-ci ildə Yevlax rayon T.Ismayılov adına Kövər kənd tam orta məktəbin məzunu olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri Sənan Səmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Özüyeriyən Artilleriya Taqımının Top Komandiri kimi iştirak etmişdir. Tərtər döyüşlərində vuruşmuşdur. Sənan Səmədli 30 sentyabr 2020-ci ildə Tərtər rayonunun Dəmirli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Səmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Səmədli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Səmədli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüqar Səmədli
Vüqar Vaqif oğlu Səmədli (20 fevral 1992; Yengicə, Qəbələ rayonu, Azərbaycan — 3 noyabr 2020 (dəfn tarixi); Qubadlı-Şuşa istiqaməti, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Səmədli 20 fevral 1992-ci ildə Qəbələ rayonunun Yengicə kəndində anadan olmuşdur. Qəbələ rayon Yengicə kənd orta məktəbini bitirmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra tikinti sahəsində işləməyə başlamışdır. 2018-2020-ci illərdə Çeçenistanda çalışmışdır.İkinci Qarabağ müharibəsi zamanı Çeçenistan Respublikasından vətənə qayıdaraq könüllü olaraq ordu sıralarına yazılmışdır. == Hərbi xidməti == Vüqar Səmədli 2010-2011-ci illərdə Azərbaycan Sülhməramlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur. Vüqar Səmədli 2020-ci ilin sentyabrında Çeçenistandan Azərbaycana qayıtmış və Qəbələ Rayon Hərbi Komissarlığına gedərək könüllü yazılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Vüqar Səmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü kəşfiyyatçı olaraq iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüqar Səmədli Şuşanın azad edilməsi gedişatında Qubadlı-Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Səədli mahalı
Səədli mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Səədli mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. İrəvan xanlığının ən kiçik mahalı sayılan Səədli xanlığın "Səədli" qədim Uirk tayfalarından birinin adıdır. Azərbaycan, Türkiyə, Gürcüstan ərazisində onlarca "Səədli" adlı yaşayış məntaqələri var. Bütün bu yaşayış məntəqələri eyni adlı türk tayfasının qərb qurtaracağında yerləşirdi. Arpaçay mahalı iki hissəyə ayıraraq Araz çayına qovuşurdu. Səədli mahalı şimadan Talın, qərbdən Osmanlı dövləti, cənubdan Dərəkənd - Parçenis, şərqdən isə Sərdarabad mahalı ilə həmsərhəd idi. İ.Şopen Səədli mahalına məxsus 14 kənd qeydə almışdır və bu kəndlərdən 5-nin artıq dağıldığını, qeyd edir [95, 444, 513, 575-576]. Məz buna görə də C.Bornoutyan, əsasən, Səədli tayfasının yaşadığı Səədli mahalının mərkəzi Xeyribəyli olmaqla 9 kəndi əhatə etdiyini qeyd edir == Dağıdılmış kəndlər == 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Səədli mahalında dağıdılmış kəndlərin siyahısı 1.
Binələr
Binələr (Ağdaş)
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Urud abidələri
Urud qəbiristanlığı — ermənilər tərəfindən dağıdılmış orta əsrlərə aid Zəngəzurun Urud kəndinin qəbiristanlığı. Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin “Azərbaycanlılar Qafqaza gəlmə xalqdır” fikrinin əsassız olduğunu təsdiqləyir. Erməni “alimləri” “xəttat savadsız olub, kitabəni səhv yazıb” deyə avlade-avğvanyə avlade-avğv (alban övladları) sözünə hərflər əlavə edərək “avlağum vağudlu” kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların yaşamadıqlarını “sübut” etməyə çalışsalar da, istədiklərinə nail ola bilməyiblər. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını dağıdıblar. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. 1988-ci ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla qovulduqdan sonra Urud abidələri də ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Hazırda burada heç bir abidə qalmamışdır.
Yaryat abidələri
Yaryat abidələri və ya Terhin abidələri – Monqolustanın Arhanqay inzibati vahidinin Doloon Mod bölgəsindəki Terhin çayının yaxınlarında olan Orxon əlifbası ilə yazılmış uyğur abidələridir. Bu abidələr Uyğur xaqanı Bayan Çor Xaqan tərəfindən VIII əsrin ortalarında, ehtimal ki, 753-760-cı illər arasında daşa işlənilmişdir. == Tapılması == Arxeoloqlar bu abidənin varlığından 1909-cu ildən bəri xəbərdardır. Çünki, 1909-da tapılan Şine Usu abidəsində belə bir abidənin varlığından bəhs edilməkdədir. Bununla birlikdə bu abidənin gün üzünə çıxarılması 1909-cu ildən etibarən 47 il davam etmiş, nəticədə Taryat abidəsi monqol arxeoloq Dorjsuren tərəfindən 1956-cı ildə tapılmışdır. Bu kəşfdən sonra isə rus-monqol elm heyəti tərəfindən 1969-cu ildə abidənin oturdulduğu tısbağa kaidə tapılmış, abidənin digər iki hissəsi Ser-Odjav Volkovun fəaliyyəti nəticəsində müəyyən edilərək elm dünyasına təqdim edilmişdir. Abidənin hissələri bu gün Ulan Batordakı Monqol Arxeoloji İnistitutunda sərgilənməkdədir. == Uyğurlar == Uyğur xaqanlığı 745-ci ildə türk xaqanlığının yıxılması ilə onun yerini alan türk dövlətidir. Xaqanlıq Qutluq Bilgə Kül xaqan tərəfindən qurulmuşdur. Uyğur xaqanlığı türk xaqanlığının əksinə, Tan sülaləsi ilə dost münasibətlər qurmuş və An Luşan üsyanı zamanı Tana yardım etmişdir.
Yenisey abidələri
Yenisey abidələri - əksəriyyəti Yenisey çayı hövzəsindən tapılan bu abidələr qədim türk abidələridir. == Ümumi məlumat == Mütəxəssislərin fikrinə görə Yenisey abidələri Orxon abidələrindən daha qədimdir. Lakin bəzi tədqiqatçılar Orxon abidələrinin dil baxımından bəsit olmasını əsas götürərək onların daha qədim olduğunu söyləyirlər. Yenisey abidələrinin varlığı haqqında avropalılara ilk məlumatı Niderlandın Amsterdam şəhərinin burqomistri Nikolay Vidzen bildirərək 1692-ci ildə Verxoturye çayı sahilində qayalardakı şəkillərdən bəhs edib. F.İ.T.Starlenberqin yazdığına görə Yenisey abidələrindən ilk tapılanı 3-cü Uybat abidəsdir. Bu abidəni Polşanın Dansiq şəhərindən olan təbiətşünas Daniel Qotlib Messerşmidt tapıb.
İsmayıllı abidələri
Şuşa Abidələri
Aşağıdakılar Şuşanın əvvəl mövcud olmuş abidələridir. İşğal altında olarkən bu abidələr, dağıdılmış, talan edilmişdir. Qala divarı (uzunluğu 8 km), Qala Divarları üzərində tikilmiş bürclər (17 ədəd) ,17 qədim üslübda salınmış məhəllə, 17 məscid, 17 bulaq, 17 hamam.
Mənəşli
Mənəşli (əvvəlki adı: Manaşid) — Azərbaycan Respublikasının Goranboy rayonunun Mənəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Manaşid kəndi Mənəşli kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Mənəşli kəndi dağətəyiə ərazidədir. XIX əsrdə Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra burada Türkiyənin Qars vilayətindən və Gürcüstandan gəlmə ermənilər yerləşdirilmiş və kənd bir müddət Manaşid adlandırılmışdır. 1992-ci ildən Mənəşli kimi rəsmiləşdirilmişdir. Mənəş türk dillərində "gözal surət, görünüş, mənzərə" deməkdir. Oykonim "mənzərəli", "gözəl görünüşlü" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 244 nəfər əhali yaşayır.