Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərgəran
Zərgəran — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Zərgəran kəndi Tircan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Bizlan kəndi olmaqla, Bizlan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Əhalisi 65 nəfərdir ki onunda 30 nəfəri kişi, 35 nəfəri qadındır.
Hərgəlan
Hərgəlan (fars. هرگلان‎‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanının Qalaçay bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,494 nəfərdən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Buranın yaxınlığında eyni-adlı bir şəlalə yerləşir.
Kərgəlan
Kərgəlan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik talışlardan ibarət hər iki cinsdən toplam 230 nəfər əhali yaşayırdı. Sonuncu siyahıyaalınmaya görə kəndin əhalisi 3114 nəfərdir. == Toponimiyası == Bu toponim yerli əhali arasında Kaqolon kimi tələffüz edilir. Oykonimi talış dilindəki kağ (toyuq) və lona (hin) komponentlərindən ibarət "toyuq hini" mənalı söz kimi izah edirlər. Bəzi tədqiqatçılara görə isə, kəndin əsl adı Kəqolondur və "ev tikmək üçün əkilməmiş, münbit torpaq, düzən" mənasını bildirir (talış kə - "ev", qo - "yer", lon "əkilməmiş, münbit torpaq" deməkdir). == Tarixi == 1918-ci ilin mart hadisələri zamanı Lənkəran rayonu ərazisində, eləcə də Kərgəlan kəndində erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törətmişdilər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində Respublika üzrə 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Həmin soyqırım hadisələri zamanı Kərgəlan kəndində onlarla sakin qətlə yetirilmişdir. Azərbaycanın Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Zəngəran
Hamarkənd — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Hamarkənd Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Oykonim hamar (düzən) və kənd sözlərindən düzəlib, "düzənlikdə yerləşən kənd" mənasındadır. Yaşayış məntəqəsi həqiqətən də düzənlikdə salınmışdır. "Azərbaycan toponimlərinin ensklopedik lüğəti"ndə Hamarkənd oykonimi hamar (düzən) və kənd şəklində, yəni, "düzəndə yerləşən kənd" mənasında izah edilmişdir. Kəndin son dəfə salınma tarixi Səfəvilər dövrünə təsadüf edir. Ətraf kəndlərə nisbətən düzənlikdə və hamar yerdə yerləşdiyi üçün 20-ci əsrin əvvəllərindən kəndin adı dəyişilərək, Hamarkənd adlanır. Kəndin qəbiristanlığındakı məzarüstü abidələrin, baş daşlarının, sinə daşlarının üzərindəki yazı və naxışlarının araşdırılıb öyrənilməsi üçün Azərbaycan Milli Elmlər Akademyasının arxeologiya institunun əməkdaşı tərəfindən tədqiq edilərək bildirilmişdiki bu tayfa 13–15-ci əsrin nümunələrinə təsadüf edir, daha doğrusu 1500-cü ildə Şah İsmayıl Xətainin qurub-yaratdığı qüdrətli Azərbaycan Dövlətinin, Səfəvilərin "Şiəlik" məzhəbinin kökündən gəlir. Bu tayfa sırf Bəylərbəyi tayfalarının bir qoludur.
Əsəngəran
Əsəngəran (fars. اسنگران‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Əsgəran
Əsgəran — Azərbaycan Respublikasının Xocalı rayonunun Əsgəran qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Əsgəran qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əsgəran qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Əsgəran qəsəbəsinə nəzarəti ələ keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Azərbaycan türkcəsində Əski Aran yəni köhnə, qədim Aran və ya Arran anlamına gələn Əsgəran qəsəbəsi Xocalı rayonununda qəsəbədir. Qarqarçayın sahilindədir. Bu şəhərin adı XVIII əsrdə Qarabağ xanlarından birinin (Pənahəli xan və ya Mehrəli bəy) tikdirdiyi Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan yerdə tikilmişdir. Yerin adı isə qədim mənbələrdən məlum olan əski (köhnə, qədim) və Aran (Arran toponimi) komponentlərindən ibarət olub, "Köhnə Aran, Qədim Aran) mənalarını özündə daşıyır.
Ağ kərgədan
Ağ kərgədan (lat. Ceratotherium simum) — kərgədanlar fəsiləsinin ağ kərgədan cinsinə aid yeganə növ. Ağ kərgədan savanna afrika filindən sonra Yer kürəsinin quru hissəsində yaşayan, kütləcə ikinci ən böyük heyvandır. Adətən kütələri 2-2,5 t, bədənlərinin uzunluğu 4,2 m-ə çatır. Bu nəhəng məməlilərin yaşlı erkəklərinin kütləsi 4-4,5 ton, bəzən hətta 5 t-a qədər olur. Süysününün hündürlüyü 1,6-2 m olur. Onun bədənində məxsusən ağ heç bir şey yoxdur, ona görə nəyə görə ağ kərgədan adlandırılması haqqında müxtəlif mülahizələr var. Qara kərgədanda olduğu kimi, ağ kərgədanın da 2 buynuzu olur. Qabaq buynuzu həmişə daha uzun olur və rekord göstəriciyə – 1.58 m uzunluğuna malikdir. Arxa buynuz əksər halda inkişaf etmir.
Bərbəran (Urmiya)
Bərbəran (fars. بربران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (30 ailə).
Dərbəran (Sərdəşt)
Dərbəran (fars. ‎داربران‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (5 ailə).
Fərxəran (Vərziqan)
Fərxəran (fars. فرخران‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 341 nəfər yaşayır (66 ailə).
Kargəran (Xudafərin)
Kargəran (fars. كارگران‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (6 ailə).
Kərgədan (komiks)
Kərgədan (ing. Rhino) və ya əsl adı ilə Aleksey Sitseviç (ing. Aleksei Sytsevich) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan supercinayətkar personaj. Sten Li və Con Romita tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 41-ci sayında (oktyabr 1966) peyda olmuşdur. Əsasən Hörümçək-adamın düşmənlərindən biridir. Kərgədanın güclü döyüş zirehi ilə təchiz olunmuş versiyası 2014-cü il istehsalı "Yeni Hörümçək-adam: Yüksək gərginlik" filminin axırında görünmüş və Paul Qiamatti tərəfindən canlandırılmışdır. == Nəşrolunma tarixi == Yazışı Mayk Konroy tərəfindən "Hörümçək-adamın ən ağılsız düşməni" kimi təsvir olunmuş Kərgədan ilk dəfə "The Amazing Spider-Man" komiksinin 41-43-cü saylarında (oktyabr-dekabr 1966) saylarında debüt etmişdir. Bu saylarda Şərqi Avropa bloku üçün işləyən cinayətkar kimi göstərilmişdir. Daha sonra bir təcrübədə iştirak etmiş, bədəni supergüclü polimer ilə örtülmüş və supergüclü olmuşdur. Kərgədan "Hulk" komiksinin 104-cü sayında (iyun 1968) yenidən qayıtmışdır.
Kərgədan böcək
Kərgədan böcək (lat. Oryctes nasicornis L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər. == Həyat tərzi == Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar.
Kərgədan gürzə
Kərgədan gürzə (lat. Bitis nasicornis) — Afrika gürzələri cinsinə daxil olan zəhərli ilan növü. Ümumi uzunluqları 60 sm — 1,2 m arasında dəyişir. Dişilər erkəklərdən iri olur. Başları düz, və üçbucaqdır. Burnun üzərində çıxıntılar vardır. Bədəni kök olub, üzəri gözəl naxışlarla örtülüdür. Bel hissəsində qara rəngli romblar ilə əlaqəli sarı saçaqlı, ikiqat mavi trapeziya vardır. Bu qarışıq rəngləri onun ətraf mühitdə asanlıqla gizlənməsinə səbəb olur. Rütubətli meşələr, bataqlıq əraziləri, meşə çaylarıının sahilləri və bulaqlar olan əraziləri sevirlər.
Kərgəlan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qara kərgədan
Qara kərgədan (lat. Diceros bicornis) — kərgədanlar fəsiləsinin qara kərgədan cinsinə aid yeganə növ. Yox olma təhlükəsi altındadır. Gövdəsinin uzunluğu 300–375 sm. Peysərdə hündürlüyü 140–150sm. Çəkisi 1–1,8 ton. Başında iki, bəzən üç və hətta beş buynuzu olur. Qabaq buynuzunun uzunluğu adətən — 50, maksimum 138 sm. Qabaq dodağının ucu biz kimidir və xortum kimi aşağı dodağının üstünə sallanır. Rəngi adətən tünd qonur olur.
Səmbəran (Əhər)
Səmbəran (fars. سامبران‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 272 nəfər yaşayır (54 ailə).
Tüklü gərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Tüklü kərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Vərgəhan (Əhər)
Vərgəhan (fars. ورگهان‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 960 nəfər yaşayır (208 ailə).
Yunlu gərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Zərgətan (Sərdəşt)
Zərgətan (fars. زرگتان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Muxtar (Əsgəran)
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş kənd Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında yerləşmiş olmuşdu. Muxtar kəndi 2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçmişdir. XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Qışlaq (Əsgəran)
Qışlaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən həm də Çağqaşat adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qışlaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salındığı üçün belə adlandırılmışdır. Qışlaqlar maldar ellərin müvəqqəti mövsümü yaşayış məntəqəsi olub kəndlərdən kənarda salmır, müəyyən vaxtdan sonra əhali burada məskunlaşır və daimi yaşayış məntəqəsinə çevrilirdi. Bəzən belə məntəqəlarin adı dəyişir, çox vaxt köhnə ad saxlanilirdi. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qışlaq kəndinin əhalisinin faktiki sayı 202 nəfər, qeydiyyatdakı əhalinin sayı 200 nəfər təşkil edirdi.
Rev (Əsgəran)
Şəlvə (əvvəlki adı: Rev) — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Rev kəndi Şəlvə kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şəlvə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Şəlvə kəndi Qarabağ xanı İbrahim xana məxsus mülklərdən biri olmuşdur. Laçın rayonunda Şəlvə kənd adı ilə eynidir. XVIII əsrin ortalarına aid mənbədə Yuxari Qarabagın Xaçın nahiyəsində Şəlvə kəndinin adı qeyd olunur. Kənd dağətəyi ərazidədir. Bu kənddə məskunlaşmış ermənilər zamanında kəndin adı Rev adlanmışdır.
Şərəban
Şərəban — üstü açıq at arabası, yarıyumşaq nəqliyyat növü. Şərəban səkkiz nəfərə qədər sərnişin götürən üstü açıq at arabasıdır. Yarıyumşaq nəqliyyat növü olan bu şərəbanla sərnişin daşınması adətən yaz, yay və qismən payız mövsümlərində yerinə yetirilir.
Serera
Serera (cırtdan planet). Serera (mifologiya) - Qədim Roma mifologiyasında əkinçilik ilahəsi.
Sehgərgan (Urmiya)
Sehgərgan (fars. ‎‎‎‎سه گرگان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 615 nəfər yaşayır (106 ailə).