BƏRQƏRAR

[ fars. bər və ər. qərar]
1. köhn. Yerləşmiş, yerləşmə, qərar tapma, dayanma.
…Kərim xan adlı deyir ki: aləm dörd rüknün üstündə bərqərardır… M.F.Axundzadə.

2. Əvvəlki halında qalma, sabit olma.
[Bəhram:] …Pəri ilə yavuqlaşım, sonra yenə əvvəlki halımda bərqəraram. C.Cabbarlı.
[Anketov:] Filankəs öz vəzifəsində bərqərardır. Mir Cəlal.

3. Sabit, davamlı, daimi. Qanun öz hökmündə bərqərardır.
– Hər kəs elm oxur, bəxtiyar olur; Millət elm ilə bərqərar olur. M.Ə.Sabir.
O bizimçün daimidir, bərqərar; Gah incidər könlümüzü, gah açar. A.Səhhət.

□ Bərqərar etmək – sabitləşdirmək, möhkəmləndirmək, bərpa etmək.
Silahların ümumi azaldılması haqqında məclisin qəbul etdiyi qərar eyni zamanda sülhsevər xalqların möhkəm sülh və beynəlxalq təhlükəsizliyi bərqərar etmək əzminin ifadəsidir. (Qəzetlərdən).

Bərqərar olmaq1) sabitləşmək, qüvvəyə minmək, həyata keçmək.
…Bir sözlə, saxtalıqlar üstdə bərqərar olan bir dünya yaratdılar. B.Vahabzadə;

2) bir yerdə qərar tutmaq, dayanmaq. Əntərzadə gəlib N.
kəndində, şairlər demişkən, “bərqərar” oldu. Mir Cəlal.
Hər dəfə irəli keçmək, istəyən adam bu qilü qalın qabağında tab gətirməyərək qayıdır və öz yerində bərqərar olurdu. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏRQƏRAR yerləşmə — dayanma
  • BƏRQƏRAR sabit — davamlı — daimi
BƏRQ
BƏRQƏSD

Digər lüğətlərdə