Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərincan
Sərincan — İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. XIX əsrin ortalarından sonra kənd barədə mənbələrdə məlumat yoxdur.
Sərnic
Sərnic – qədim mis qаb оlub, hər iki tərəfdən qulpu оlаrdı. Sərnicdən dаhа çох mаldаn südü sаğmаq üçün bir qаb kimi istifаdə оlunurdu. Sərnic tаm mənаsı ilə sənətkаrlıq nümunəsi оlub, özünün zərif nахışlаrı və üstündəki yаzılаrı ilə şöhrət qаzаnmışdı. Sərnic misgərlik məhsulu idi və vеdrə mеydаnа çıхdıqdаn sоnrа məişətdəki rоlunu itirmişdir.
Ərinc
Ərinc — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Sevinc
Sevinc sözü rifahın, uğurun və ya yaxşı bəxtin doğurduğu duyğuya aiddir və adətən sıx, uzunmüddətli xoşbəxtlik hissləri ilə əlaqələndirilir. == Səbəblər == Sevincin səbəbləri müxtəlif mənbələrə aid edilmişdir. "Ağıl təmiz olduqda, sevinc heç vaxt tərk etməyən bir kölgə kimi gəlir." — Qautama Budda,"[Sevinc] yaxşı həyatın, həm yaxşı gedən, həm də yaxşı yaşanan bir həyatın emosional ölçüsüdür." — Miroslav Volf "Bu, həyatda əsl sevincdir, özünüz tərəfindən qüdrətli kimi tanınan bir məqsəd üçün istifadə olunmaq; qırıntılar yığınına atılmadan əvvəl tamamilə köhnəlmək; qızdırmalı eqoist kiçik bir parça, dünyanın sizi xoşbəxt etməyə həsr etməyəcəyindən şikayətlənən xəstəliklər və şikayətlər əvəzinə Təbiətin bir qüvvəsi olmaqdır." — George Bernard ShawArianna Huffington, sevinci təhrik edən şeylərin müdafiəçisi, sevincin tətiklənə biləcəyi yolları araşdırmışdır. Tədqiqatında o, sevincin dopamin kimi stimullaşdırıcı fəaliyyətlər zamanı beyindəki bəzi neyrokimyəvi maddələrin yaratdığı müsbət reaksiyalar nəticəsində yarandığını müəyyən etdi. Huffinqtona görə, müsbət neyrokimyəvi reaksiya doğura bilən fəaliyyətlər sevinc istehsalçılarıdır. Inqrid Fetell Lee sevinc mənbələrini araşdırmışdır. O, "Sevincli: Fövqəladə Xoşbəxtlik Yaratmaq üçün Adi Şeylərin Təəccüblü Gücü" kitabını yazmış və bu mövzuda "Sevinc harada gizlənib və onu necə tapmaq olar" adlı TED məruzəsi ilə çıxış etmişdir.
Burak Sevinc
Burak Sevinc (27 oktyabr 1985, Zonquldak) — Türkiyəli aktyor. == Həyatı == Burak Sevinc, 27 oktyabr 1985-ci ildə Zonquldakda anadan olmuşdur. Ulduz Texniki Universiteti məzunudur. İlk olaraq "Atam üçin" adlı serialda Alpay obrazını canlandırmışdır. == Şəxsi həyatı == Burak Sevinc, 1 Avqust 2015 tarixində Şirin Kılavuz ile evləndi. 2021-ci ilin mayında boşandılar.
Sevinc (Gəncə)
Sevinc — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə. == Əhalisi == Sevinc qəsəbəsində 5 minə yaxın əhali yaşayır.
Sevinc (kinoteatr)
"Təbriz" kinoteatrı — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kinoteatr. == Tarixi == Kinoteatr 1970–72-ci illərdə tikilib. Əvvəlcə 1970-ci illərdən başlayaraq "Sevinc", 1990-cı illərdən sonra "Təbriz" adı ilə fəaliyyət göstərən kinoteatrın ərazisi 2000-ci ildə özəlləşdirilib. 2000-ci illərdə kinoteatrın binası baxımsız qalıb. Kinoteatrın binası çayxana, bilyard və kompüter oyunları zalları kimi fəaliyyət göstərib.2020-ci ildə sökülərək yerində alış-veriş mərkəzi tikintisinə başlanmışdır. Alış-veriş mərkəzinin "Sevinc" adını daşıyacağı açıqlanmışdır.
Sevinc Abbasova
Sevinc Zakir qızı Abbasova — Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru, genderşünas. == Həyatı == Sevinc Zakir qızı Abbasova 27 avqust 1976-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1983-1993-cü illər Naxçıvan şəhər 7 saylı orta məktəbində oxuyub və oranı əlaçı attestatı ilə bitirmişdir. 1993-1997-ci illər Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr pilləsini, 1997-1999-cu illərdə isə həmin universitetinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin "Azərbaycan tarixi" kafedrasında müəllim vəzifəsində elmi-pedoqoji fəaliyyətə başlamışdır. Əmək fəaliyyətini davam etdirərək 2009-2013-cü illər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Tarix” kafedrasında müəllim işləmişdir. 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin "Azərbaycan tarixi" kafedrasında dosent vəzifəsində işləyir. Ailəlidir, iki qızı, bir oğlu, bir nəvəsi var. == Elmi fəaliyyəti == Paralel olaraq elmi yaradıcılığını davam etdirərək Naxçıvan Dövlət Universitetinin "Azərbaycan tarixi" kafedrasında dissertant olmuş, 2004-cü ildə “Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi” mövzusunda dissertasiyasını müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildə isə “Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970-2015-ci illər)” mövzusunda yazdığı doktorluq dissertasiyasını müdafiə edərək tarix üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Sevinc Əlişova
Sevinc Əliyeva — == Həyatı == Sevinc Nadir qızı Əliyeva 2 aprel 1985-ci ildə Bakıda anadan olub. İncəsənət Gimnaziyasında (1992-2002), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində Cənnət Səlimovanın kursunda (2002-2006) təhsil alıb. I kursda ikən almanların Bakı haqqında çəkdiyi sənədli filmdə, bundan başqa bir çox reklam və kliplərdə çəkilib. == Şəxsi həyatı == 2007-2016-cı illərdə rejissor Fuad Əlişovla ailəli olub və Əlişova soyadını daşıyıb. Onların bu evlilikdən 3 övladı var.
Sarınc (Maku)
Sarınc (fars. ‎سارنج‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (20 ailə).
Sevinc Bünyatova
Sevinc Bünyatova (5 oktyabr 1989, Rusiya) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Sevinc Bünyatova 1989-cu il oktyabrın 5-də Rusiyada anadan olub. Əslən Əmircan qəsəbəsindəndir. Bacısı Sevil Bünyatova da qılıncoynadandır. == Karyerası == Sevinc Bünyatova 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də qalib gələn Sevinc Bünyatova "A" qrupunu 1-ci sırada başa vurdu. Pley-off mərhələsində isə Sevinc Bünyatova əvvəlcə 1/8 final mərhələsində İtaliya nümayəndəsi Rebecca Carganonanı 15:8, sonra isə 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Alina Komaşuxa 15:11 hesabları ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Polşa nümayəndəsi Angelina Vatora 11:15 hesabı ilə məğlub olan Sevinc Bünyatova I Avropa Oyunlarının bürünc medalına sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Sevinc Yaqut qızı Bünyadova "Tərəqqi" medalı ilə təltif edildi.
Sevinc Cəfərzadə
Sevinc Cəfərzadə (1 iyun 1996, Azərbaycan) – Azərbaycan millisində çıxış edən qadın futbolçu. 2021-ci ildə "Krasnodar" komandasına transfer olmuşdur. == Həyatı == 1 iyul 1996-cı ildə Azərbaycanın Lənkəran rayonunun Viravul kəndində fəhlə ailəsində anadan olub. Dörd uşaqlı ailənin üçüncü uşağıdır. Karyerası ərzində "Zaqatala", "Fidan", "Boblingen", "Donçanka", "Kubanoçka", "Yenisey", "Krasnodar" klublarında çıxış edib. Azərbaycanın U-16 milli komandası ilə debüt oyunu Uelsə olan qarşı oyun olub.
Sevinc Fətəliyeva
Sevinc Həbib qızı Fətəliyeva (17 avqust 1979, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin IV,V və VI çağırış üzvü. == Həyatı == Sevinc Fətəliyeva 1979-cu il avqustun 17-də Bakı şəhərində anadan olub. 1996-cı ildə Sevinc Fətəliyeva 160 №-li tam orta məktəbi bitirib . 1996–2000-ci illərdə Azərbaycan Dillər Universitetində (ADU) tərcümə ixtisası üzrə təhsil alan Sevinc Fətəliyeva, 2000–2002-ci illərdə ADU-da magistr pilləsində təhsil alıb. Rus və ingilis dillərini bilən Sevinc Fətəliyeva, fiologiya üzrə fəlsəfə doktorudur. Sevinc Fətəliyevanın atası – Həbib Fətəliyev Azərbaycan SSR-nin sənaye naziri olub. === Ailəsi === Sevinc Fətəliyeva ailəlidir, bir oğlu və bir qızı var. == Fəaliyyəti == 2000-ci ildə "Mitsui & Co." LTD-də tərcüməçi vəzifəsində çalışan Sevinc Fətəliyeva, 2003-cü ildən Slavyan Universitetində (BSU) çalışır. O, 2003-cü ildən "Roman-german dilləri" Kafedrasının müəllimi, 2006-cı ildən isə "İngilis fiologiyası" Kafedrasının müdiridir.Sevinc Fətəliyeva 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatıldı. 30 saylı Suraxanı 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Sevinc Fətəliyeva, səsvermədə qalib gəldi və Milli Məclisə üzv seçildi.
Sevinc Hüseynova
Sevinc Hüseynova (28 yanvar 1970, Slavyanka, Gədəbəy rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı. == Hayatı == Sevinc Hüseynova 28 yanvar 1970-ci il tarixində Gədəbəy rayonunun Slavyanka kəndində anadan olmuşdur. Saratov Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Gədəbəy rayon Torpaq şöbəsində inspektor, 1994–2006-cı illərdə Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin rəisi, 2006–2009-cu illərdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini-şöbə müdiri işləmişdir. 2009–2010-cu illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi-kollegiyanın məsul katibi, Regionlar ilə iş və kadrlar şöbəsinin aparıcı məsləhətçisi vəzifələrində çalışmışdır. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyası üzvüdür.
Sevinc Həsənova
Sevinc Telman qızı Həsənova (15 mart 1971) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini. == Həyatı == Sevinc Həsənova 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakültəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.1993–2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçivənin müəyyən olunması üzrə komissiyanın sədri olub. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.
Sevinc Muradova
Televiziya aparıcısı. Veriliş ssenari müəllifi. == Həyatı == Əslən Qubadandır. Televiziya fəaliyyətinə 1996-cı ildən ANS kanalında başlayıb. Səhər verilişinə aparıcı müsabiqəsi əsasında seçilib. Efirlə ilk təması gözəllik haqda hazırladığı süjetlə olub. Daha sonra Hava proqnozu. Yeri gəlmişkən, hava proqnozu aparıcı kimi ilk dəfə onun təqdimatında olub. Yəni, ona qədər hava şərati haqda məlumatlar aparıcısız, titrlərlə verilirdi. Daha sonra «Salam», «Şirin çay» səhər verilişləri, 2000-ci ildə gözəlik haqda «Eybi yox» müəllif verilişi...
Sevinc Nuruqızı
İmanova Sevinc Nuru qızı (22 avqust 1964, Bakı) — Azərbaycan uşaq yazıçısı, şair, tərcüməçi, publisist. AJB-nin üzvü (1999), AYB-nin üzvü (2001). == Həyatı və təhsili == Sevinc Nuruqızı 1964-cü il avqustun 22-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Ağdam r-nu Şelli-Qaradağlı k. orta məktəbində təhsil almışdır (1971–81). M.F.Axundov ad. Rus Dili və Ədəbiyyatı İn-tunu fərqlənmə diplomu ilə bitirmişdir (1981–86). Əmək fəaliyyətinə Ağdam r-nu Şelli-Qaradağlı k. orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1986–91). Azərb.Resp.
Sevinc Osmanqızı
Mirzəyeva Sevinc Osman qızı — jurnalist, televiziya aparıcısı. ANS TV kanalının xəbərlər xidmətinin rəhbəri olaraq fəaliyyət göstərmişdi. O, bir müddət Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri idi. 1990-cı illərin əvvəllərində gənc yaşlarından siyasi meydanda olduğu üçün onu Azərbaycanın müasir dövrünün ilk qadın diplomatı adlandırmaq olar. Hazırda mühacirətdədir, ABŞ-da yaşayır. 2018-ci ildən “Osmanqızı TV” internet kanalı fəaliyyətdədir. == Həyatı == Sevinc Osmanqızı 22 iyun 1969-cu ildə Bakıda jurnalist ailəsində anadan olub. 1986-cı ildə Osman Mirzəyev adına 190 nömrəli məktəbi qızıl medalla, 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.Jurnalist fəaliyyətinə “Assa-İradə” xəbər agentliyində parlament müxbiri kimi başlayıb (1990). Azərbaycan Televiziyasının (AzTV) Xəbərlər Redaksiyasında müxbir işləyib (1990-1992). Müstəqil Azərbaycan Respublikasının ilk diplomat qadını kimi, Xarici İşlər Nazirliyində 3-cü katib vəzifəsində çalışıb (1993).İngiltərədə, BBC radiosu Azərbaycan redaksiyasının Jurnalist prodüseri işləyib (1994-1999).
Sevinc Qasımova
Sevinc Qasımova — Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdirinin müavini. == Həyatı == Sevinc Qasımova, 1964-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Tarix üzrə fəlsəfə doktoru və dosentdir. === Təhsili === Orta təhsilini bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuşdur. 1982–1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == 1999-cu ildə "Mirzə Kazımbəyin tarixi baxışları" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 65 elmi məqalənin, 10 tədris proqramının müəllifidir. 2 dərs vəsaiti, 1 metodik vəsaiti və 1 monoqrafiyası vardır. === Tədqiqat sahəsi === Sevinc Qasımovanın əsas tədqiqat sahəsi Azərbaycanda maarifçilik hərəkatının tarixşünaslığı və Mirzə Kazım bəyin həyatı və yaradıcılığıdir. == Əmək fəaliyyəti == 1994-cü ildən BDU-nun Tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında çalışır."Azərbaycan tarixinin mənbəşünaslığı", "Azərbaycan tarixinin tarixşünaslığı", "Tarixi biliyin elmə çevrilməsi", "1920–1930-cu illərdə Azərbaycanda antisovet çıxışlar", "Azərbaycanda kapitalizmin genezəsi və onun xüsusiyyətləri", "Azərbaycanda maarifçilik hərəkatının tarixşünaslığı, Mirzə Kazımbəy tarixli görüşləri" üzrə kurslar tədris edir.
Sevinc Qiyasbəyli
Qiyasbəyli Sevinc Ramiz qızı — həkim onkoloq tibb elmləri doktoru, professor, Milli Onkologiya Mərkəzi I kimyaterapiya şöbəsində böyük elmi əməkdaşı. == Həyatı == Nəcib bir ailədə dünyaya gələn Sevinc Qiyasbəyli 1966-cı ildə Bakı şəhərində anadan olub. Atası ziyalı Ramiz Qiyasbəyli anası görkəmli müğənni Nərminə Məmmədova olub. 1984-cü ildə orta məktəbi bitirib və Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini daha sonra həkim interna terapiya kafedrasını bitirib. 1991–2004 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin I kimyaterapiya şöbəsində həkim-onkoloq vəzifəsində işləmişdir. 2004-cü il Milli Onkologiya Mərkəzinin I kimyaterapiya şöbəsində böyük elmi əməkdaş vəzifəsində çalışır. 1994-cü ildə "Yayılmış qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin müalicəsində Vepezidin effektivliyi" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildə, ona fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2004-cü ildə "Yayılmış bəd xassəli şiş olan xəstələrdə qaraciyərin funksional vəziyyəti" mövzusunda tibb elmləri doktoru elmi dərəcəsinə iddia olunan dissertasiyasını müdafiə edib. Həmin ildə, ona tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Sevinc Sarıyeva
Sevinc Ərşad qızı Sarıyeva (1972, Qarakənd, DQMV) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Sarıyeva Sevinc Ərşad qızı 1972-ci ildə Xocavənd rayonunun Qarəkənd kəndində anadan olub. Əslən Ağdam rayonunun Mərzili kəndindəndir. 1979-cu ildə Ağdam rayonunda Xudu Məmmədov adına Mərzili kənd orta məktəbində 1-ci sinifə daxil olub. 1989-cu ildə həmin məktəbi bitirmişdir. Eyni zamanda 1985-ci ildə Ağdam rayon Xan Şuşinski adına musiqi məktəbinin xanəndəlik sinifinə daxil olub və 1990-cı ildə həmin məktəbi uğurla başa vurmuşdur. Sevinc Sarıyevanın təhsil aldığı illər ağır bir dönəmə təsadüf etdiyi üçün həmin illərdə doğulub boya-başa çatdığı doğma yurd yerlərinin işğala məruz qalması və eyni zamanda atası Ərşad Sarıyevin erməni əsirliyinə düşməsi ona təhsilini davam etdirməkdə çətinlik yaratmışdır. Daha sonra o Bakıya gəlmiş və təhsilini burada davam etdirərək 1997-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunun xanəndəlik sinifinə daxil olaraq ustad xanəndə Vahid Abdullayevin sinifində muğam sənətinin sirlərini öyrənmişdir. 2000-ci ildə A.Zeynallı adına musiqi texnikumunu bitirmişdir. 2001-2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasında Xalq artisti, professor Arif Babayevin sinifində təhsil almışdır.
Sevinc Səfərova
Sevinc Səfərova (Bakı) — "ENES.F production"un və "Şərq ulduzları" teatr ansablının, eyni zamanda "Şərq ulduzları” telelayihəsinin rəhbəri, prodüser, yazar, dramaturq. == Həyatı == Sevinc Fikrət qızı Səfərova Bakı şəhərində anadan olmuşdur. Atası mühəndis, anası həkim olub. 2009-cu ildə canlı ifa edən ansambldan ibarət olan "Xəzər" qrupunu yaradıb. Bu qrupda 17-27 yaş arasında olan istedadlı gənclər toplaşıb. Sevinc Səfərova hazırda "ENES.F production" şirkətinin rəhbəridir. 2009-cu ildən fəaliyyətə başlayan bu şirkət bugünədək bir çox layihələrə imza atıb. Sevinc Səfərova 2012-ci ildə ATV telekanalında yayımlanan "Şərq ulduzu" layihəsini həyata keçirmişdir. == Filmoqrafiya == "Qatillə görüş", "Ruhun səsi", "Kömək edin", "Nə idi o günlər?", "Burulğan" filmlərinin həm rejissoru və həm də ssenari müəllifidir. Sevinc Səfərova “Şərq ulduzu” məktəblərinin rəhbəridir.
Sevinc Tofiqqızı
Sevinc Tofiqqızı – Azərbaycan bəstəkarı, musiqişünası və aktrisası. == Həyatı == Sevinc Tofiqqızı 1969-cu ildə Bakı şəhərində anadan olub. Bakıda 82 saylı orta məktəbdə ibtidai təhsil alıb. Moskva Dövlət Universitetinin musiqişünaslıq fakültəsini, Bakıda musiqi üzrə fortepiono şöbəsini bitirib. İki övladı var. == Yaradıcılığı == Bir sıra müğənnilərə (Aslan Hüseynov, Flora Kərimova, Nadir Qafarzadə, Vüqar Muradov və s.) mahnılar bəstələyib. Eyni zamanda bir neçə seriala çəkilib. Region TV-də yayımlanan "Babayevlər ailəsi" serialında rol alıb. Hazırda "Sindrom" adlı seriala çəkilir. Bu serialın həm bəstəkarı, həm də baş rolun ifaçısıdır.
Sevinc Əliyeva
Sevinc Əliyeva (aktrisa, 1965) — Azərbaycan aktrisası. Sevinc Əliyeva (aktrisa, 1985) — Azərbaycan aktrisası. Sevinc Əliyeva (tarixçi) — Azərbaycan alimi.
Sevinç Muminova
Sevinç Muminova (özb. Sevinch Mo'minova, rus. Севинч Муминова) — Özbəkistan müğənnisi və aktrisası. == Həyatı == Sevinç Muminova 1982-ci ildə Özbəkistan SSR–in Fərqanə vilayətinin Altıarıq tumanında anadan olmuşdur. Hazırda həm Daşkənd, həm də Fərqanə şəhərində yaşayır. Anası milliyyətcə azərbaycanlı, atası isə milliyyətcə özbəkdir. Daşkənd Mədəniyyət İnstitutunun məzunudur. Repertuarı Azərbaycan mahnıları ilə zəngindir. ilə ailə həyatı qurmuşdur. 2008-ci ilin yay aylarında "Sevasan Meni" (Sevirsən məni) adlı mahnısının klipini Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndində çəkdirmişdir.
Sevinc Ağasıyeva
Ağasıyeva Sevinc Məmməd qızı (Səhnə adı SİVVA) – bəstəkar-müğənni. == Bioqrafiya == Sevinc Ağasıyeva Astara şəhərində anadan olub. Orta təhsilini Astarada 2 nömrəli məktəbdə alıb. Paralel olaraq piano üzrə musiqi məktəbini oxuyub. İlk dəfə 3 yaşında Astara stadionunda təşkil olun tədbirdə "Cücələrim"i solo ifa edib. Daha sonra bir çox uşaq mahnılarını da oxuyub. 6 yaşına qədər rayonda təşkil olun böyük mədəni tədbirlərdə xorun soliti olub. Sonra Sevinc Ağasıyeva Lənkəran Musiqi Texnikuma daxil olub. Oranı bitirdikədən sonra Bakı Musiqi Akademiyasında təhsil alıb. Bəstəkar kimi yaradıcılıq fəaliyyətinə isə 2000-ci illərdə başlayıb.
Sərein
Səreyn (Sarıqaya) — Cənubi Azərbaycanın Ərdəbil ostanında, Savalan dağının ətəyində yerləşən şəhər. Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir; adın mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır.Bu şəhər təqribən 8000 nəfər əhaliyə malikdir və istisuyuna görə məhşurdur. Səreyn müalicə əhəmiyyətinə malik istisuyu ilə şöhrət qazanmışdır. Belə yüksək müalicəvi xassəyə malik suya dünyanın çox az yerində rast gəlmək olar. Məhz bu səbəbdən istisu özünə həm ölkədaxilindən, həm də ölkəxaricindən hər il minlərlə turist cəlb edir. Səreynin tanınmış istisuları arasında Qarasu, Sarısu, Camışgölü, Qəhvəsuyu, Beşbacılar istisularının adlarını çəkmək olar. Həmçinin Səreyn yaxınlığında yerləşən Vilədərə kəndi öz qazlı müalicəvi mineral suyuyla məşhur bulağa sahibdir.
Zirinc
Zirinc (lat. Berberis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Zirinc qədim zamanlardan bəri tanınan və istifadə edilən bitkidir. Hələ qədim Babilistanda və Hindistanda yerli sakinlər zirinc meyvələrini qanı təmizləyən, Tibet monastrlarını idarə edən kahinlər isə ömrü uzadan vasitə hesab ediblər. Qədim slavyan təbiblərinin zirinc kökləri və qabığından hazırladığı cövhər isə soyuqdəymə və qanaxmalarda tətbiq olunurdu. Onun meyvə, kök, gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı. Tikanlı və yarpağını tökən kol bitkisi olan zirincın xırda çəlləyi xatırladan meyvələri qırmızı rəngdədir. Qurudulanda rəngi tündləşir. Turş dadına və faydalı xüsusiyyətlərinə görə onu bəzən "şimal limonu" da adlandırırlar. Xalq təbabətində bitkinin meyvə, yarpaq, qabıq və köklərindən də müalicə vasitəsi kimi istifadə olunur.
Zərincə
Zərincə dağı — Zəngi çayının yanında yerləşir. Zərincə (Talin) — Talin rayonunda kənd.
Zərənc
Zərənc— Əfqanıstan İslam Respublikasının Nimruz vilayətinin mərkəzi, qədim şəhər. == Coğrafiyası == İranın şərqində Əfqanıstan sırhəd-sınırını kəsən Hilmənd çayının sağ yaxasında yerləşir. == Etimologiyası == Zərənc (Zərəng) adını, Hilmənd çayının Zərəh (Hamun) gölünə töküldüyü geniş sahəyə verilən yunanca Zaranqiana (Zaranqa, Zaranka) və Qədim Fars dilində Dranqiana ismindən almışdır. Kəlimənin kökəni və mənası haqqında fərqli görüş və fərziyyələr olmaqla birlikdə Qədim Farscada “dəniz, böyük göl, böyük çay”, Yeni Farscada “dağın zirvəsi” anlamına gəldiyi qeyd edilir . == Tarixi == Zərənc Sasanilər dövründə Sistan bölgəsinin mərkəziydi və məhəlli hökmdarlar burada əyləşirdi. Zərənc və çəvrəsində Sasani hökmdarlarından II Şapur (309-379) və I Qubad (488-531) dönəmlərinə aid pullar tapılmışdır. V və VI əsrlərdə burada Sasanilərin Bizansa qarşı dəstəklədiyi Nəsturi xristianlarının bir piskoposluq mərkəzinin olduğu qeyd edilir . Xəlifə Ömər dönəmində Asım ibn Amr və Abdullah ibn Umeyr komandasındakı İslam birlikləri Sistan bölgəsinə yürüdü (644). Burada məğlub etdikləri Sasani birliklərini təqib edərək Zərənci mühasirə edincə şəhər əhalisinin istəyi üzərinə bəlli miqdardakı vergi qarşılığında barış andlaşması bağlandı. Zərənc əhalisinin andlaşmanı pozması üzündən 650-ci ildə Bəsrə valisi Abdullah ibn Amir tərəfindən Sistan fəthləriylə vəzifələndirilən Rəbi ibn Ziyad əl-Harisi Zərənci mühasirə etdi.
Adi zirinc
Adi zirinc (lat. Berberis vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Avropa, Aralıq dənizyanı ölkələri, İran və Kiçik Asiyada yayılmışdır. Avropada təsvir edilmşdir. Boyu 1,5 m-ə qədər olan şaxələnmiş koldur. Boreal coğrafi tipinin Avropa sinfinin Avropa-meşə qrupuna aiddir. Orta Avropa, Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Rusiya və Qafqazda yayılmışdır. Adi zirinc Azərbaycanın bütün rayonlarında arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir. == Botaniki təsviri == Adi zirinc may-iyunda çiçəkləyir. Salxım şəklində düzülmüş açıq sarı rəngli ətirli çiçəkləri vardır.
Doktor Strenc
Doktor Strenc (ing. Doctor Strange) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən yaradılmış personaj. Yaradıcıları Sten Li və Stiv Ditkodur. İlk dəfə 1963-cü ilin iyulundan çapdan çıxan "Qəribə hekayələr" komiksinin 110-cu sayında peyda olmuşdur. Keçmiş neyrocərrah olan Strenc Ali sehrbazdır və Yerin mistik təhlükələrdən qorunmasında vacib rol oynayır. İki mistik əşyadan istifadə edir: Levitasiya plaşı və Aqamotonun gözü. Nyu-York şəhərində yerləşən Sanctum Sanctorum binasından iqamətgahı kimi istifadə edir. Ən yaxın köməkçisi Vonqdur. 2008-ci ildə Doktor Strenc "Wizard" jurnalının "Bütün dövrlərin ən böyük 200 komiks personajı" siyahısında 83-cü yerdə, 2012-ci ildə isə IGN-in "Top 50 Qisasçı" siyahısında 33-cü yerdə göstərilmişdir. Personaj IGN-in "Top 100 komiks personajı" siyahısında 34-cü yerdə qərarlaşmışdır.
Dərincə Bələdiyəspor
Fayez Sərrac
Fayiz Sərrac (ərəb. فايز السراج‎; 20 fevral 1960, Tərabülüs əl-Qərb) — Liviya Ərəb Respublikasının baş naziri. == Bioqrafiya == Tripolidə anadan olan Sarraj, Türk mənşəli bir varlı torpaq sahibi bir ailədəndir. Atası, Mustafa əl-Sərrac, Liviya Monarxiyası dövründə bir nazir idi. Mənzil Nazirliyində işə qəbul edildi. 2014-cü ildə GNC-nin Maiteeq Kabinetində Mənzil və Kommunal xidmətlər naziri vəzifəsini icra etdi. Onun əleyhdarları onun siyasi təyinatlılığını xarici tətbiq kimi tənqid etdi. Liviya Dialoqunun üzvü, BMT-nin yeni hökuməti yaradan qurumu olan əl-Gamaty, əl-Sarrajın "İŞİD-lə mübarizə və Liviya birliklərini yetişdirmək üçün kömək istəməsinin gözlənildiyini" söylədi. Liviyanın 2014 seçkilərindən sonra hökumət Tripolidəki Yeni Baş Milli Konqres və Tobrukdakı Nümayəndələr Palatasının beynəlxalq səviyyədə tanınan qanunverici orqanı arasında parçalandı. ==== Prezidentlik ==== 2015-ci ilin oktyabr ayının əvvəlində Birləşmiş Millətlər Təşkilatının Liviyadakı nümayəndəsi Bernardino Leon, Liviya üçün Milli Birlik Hökumətini, Baş nazir olaraq ölkənin şərqində, qərbində və cənubunda olan üç millət vəkili olaraq, Fayiz Sərrac Prezident Şurasının rəhbərlik etməsini təklif etdi.
Fayiz Sərrac
Fayiz Sərrac (ərəb. فايز السراج‎; 20 fevral 1960, Tərabülüs əl-Qərb) — Liviya Ərəb Respublikasının baş naziri. == Bioqrafiya == Tripolidə anadan olan Sarraj, Türk mənşəli bir varlı torpaq sahibi bir ailədəndir. Atası, Mustafa əl-Sərrac, Liviya Monarxiyası dövründə bir nazir idi. Mənzil Nazirliyində işə qəbul edildi. 2014-cü ildə GNC-nin Maiteeq Kabinetində Mənzil və Kommunal xidmətlər naziri vəzifəsini icra etdi. Onun əleyhdarları onun siyasi təyinatlılığını xarici tətbiq kimi tənqid etdi. Liviya Dialoqunun üzvü, BMT-nin yeni hökuməti yaradan qurumu olan əl-Gamaty, əl-Sarrajın "İŞİD-lə mübarizə və Liviya birliklərini yetişdirmək üçün kömək istəməsinin gözlənildiyini" söylədi. Liviyanın 2014 seçkilərindən sonra hökumət Tripolidəki Yeni Baş Milli Konqres və Tobrukdakı Nümayəndələr Palatasının beynəlxalq səviyyədə tanınan qanunverici orqanı arasında parçalandı. ==== Prezidentlik ==== 2015-ci ilin oktyabr ayının əvvəlində Birləşmiş Millətlər Təşkilatının Liviyadakı nümayəndəsi Bernardino Leon, Liviya üçün Milli Birlik Hökumətini, Baş nazir olaraq ölkənin şərqində, qərbində və cənubunda olan üç millət vəkili olaraq, Fayiz Sərrac Prezident Şurasının rəhbərlik etməsini təklif etdi.
Girdəmeyvə zirinc
Müxtəlifayaq zirinc (lat. Berberis heteropoda) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Göyümtül zirinc
Göyümtül zirinc (lat. Berberis candidula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,8-1,2 m-dir, çətri yarımyumrudur, eni 2 dəfə çoxdur, tez böyüyən, həmişəyaşıl koldur. Çoxsaylı zoğları vardır. Qabığı sarı-ağ, biraz yarıqlıdır, iynələrinin uzunluğu 2 sm-ə qədərdir. Yarpaqları növbəli, ellipsvaridir, uzunluğu 2-3 sm-dir, kənarları burulmuş, tərs-yumurtavarı, xırda dişlidir, üstdən parlaq tünd-yaşıl, alt tərəfdən ağ rənglidir. Zəngvari çiçəkləri çoxsaylı, xoş qoxulu,salxımvarı çiçək qruplarına yığılmışdır. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı, sarı rəngli çiçəkləri olur. Qırmızı, parlaq, uzunsov meyvələri, payızın əvvəlində yetişir, uzun müddət tökülmür.
Hamar zirinc
Hamar zirinc (lat. Berberis levis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Afrikadır. == Botaniki təsviri == Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Uzunsov ellipsvari yarpaqları üstdən parlaq, altdan isə ağımtıl rəngdə olur. Gövdəsi və budaqları hamardır, üzərində 3-5 bölümlü, sarımtıl-qəhvəyi rəngli, nazik, uzun tikanları vardır. Çiçəkləri sarıdır. Göyümtül-qara meyvələri yaşıl yarpaqların fonunda bitkiyə xüsusi gözəllik verir. Toxumla çoxaldılır. == Ekologiyası == Torpağa tələbkar, quraqlığa davamlıdır.
Lansetvarı zirinc
Lansetvari zirinc (lat. Berberis gilgiana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada geniş yayılmışdır == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, budaqları az tüklü, erkən yaşlarında qırmızı-qonur, sarı, yaşlı nümayəndələrdə isə al-qırmızı-qonur rəng alan kol bitkisidir. Budağın üzərindəki iynələr əsasən 3 hissəli, uzunluğu 0,5-2,5 sm-ə qədərdir. Yarpaqların uzunluğu 2,5-4,5 sm-dir, yumurtaşəkilli-ellipsvaridir, uzunsovdur, ucu biz, kənarları dişlidir. Üst tərəfdən tutqun-yaşıl, bir az tüklü və ya çılpaq, alt tərəfdən isə boz-yaşıl rəngli və tüklüdür. Çiçəkləri parlaq yaşıl, diametri təxminən 0,6 sm-dir, uzunluğu 2,5-3,5 sm olan sıx salxımlara yığılmışdır. Meyvələri uzunsov-yumurtaşəkilli, uzunluğu 1 sm-ə qədər olub, al-qırmızıdır. == Ekologiyası == Soyuğa, küləyə, kölgəyədavamlı olub, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur.
Müxtəlifayaq zirinc
Müxtəlifayaq zirinc (lat. Berberis heteropoda) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Palıdyarpaq zirinc
Palıdyarpaq zirinc (lat. Berberis ilicifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Çilidə və Argentinada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan koldur. Cavan budaqları qırmızı-qəhvəyi, yaşıl budaqları isə boz-sarı rəngli olub üzəri tükcüklərlə örtülmüşdür. Budaqlarının üzərində 0,4-1,2 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları yarımdairəvi, uzunluğu 2-5 sm, eni 1-2 sm-dir. Üst tərəfdən parlaq, boz-yaşıl, alt tərəfdən isə açıq yaşıldır. Yarpaqlarının kənarı mişardişli, uc hissəsi isə tikanlıdır. Avqustdan dekabr ayına qədər ardıcıl çiçəkləyir, 3-7 ədəd çiçəkləri salxım çiçək qrupunda toplanmışdır.
Qərinə Kərimova
Qərinə Rəhim qızı Kərimova (d. 16 iyun 1964, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı. == Həyatı == Qərinə Kərimova 1964-cü ildə Bakıda anadan olmuşdur.Q.Kərimova Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasının vokal fakültəsini bitirmişdir. 1986-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Bir çox beynəlxalq vokal müsabiqələrinin (Vokalçıların M.Qlinka adına müsabiqəsi, Musiqi ifaçılarının VII Zaqafqaziya müsabiqəsi, Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsi) qalib və laureatı olan Qərinə Kərimova Opera və Balet teatrının repertuarında olan bir çox milli (Nigar — "Koroğlu", Sevil -"Sevil") və klassik (Aida — "Aida", Toska — "Toska", Çio-Çio-San — "Çio-Çio-San", Mikaella — "Karmen") opera tamaşalarında aparıcı partiyaları ifa edir. 2003-cü ildə Rusiya Dövlət Akademik Böyük teatrı rəhbərliyinin dəvətilə Q.Kərimova həmin teatrın səhnəsində Puççininin "Toska" operasında Toska rolunda müvəffəqiyyətlə çıxış etmişdir. Qərinə Kərimova geniş yaradıcılıq fəaliyyəti ilə yanaşı, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin vokal fakültəsinin müəllimi vəzifəsində çalışır. Qərinə Kərimova son illərdə Azərbaycan incəsənət ustalarının nümayəndə heyətinin tərkibində bir çox xarici ölkələrdə — Türkiyə, Kipr, Fransa, Almaniya, Rusiya, Ukrayna, Avstriya və s. qastrol səfərlərində olmuş və milli vokal sənətimizi ləyaqətə təmsil etmişdir. Milli vokal sənətini dünya səhnələrində ləyaqətlə təmsil etdiyinə görə istedadlı vokalçı Azərbaycan Teatr Xadimləri ittifaqı tərəfindən "Qızıl dərviş" mükafatına layiq görülmüşdür.