Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Sail
Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi. 2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi. Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı.
Kafil (Çaypara)
Kafil (fars. كفيل‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (25 ailə).
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Mavi sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Qərb Sahil
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Rafil Hüseynov
Rafil Hüseynov (tam adı: Hüseynov Rafil İsrafil oğlu; 14 aprel 1953, Gülgəzli, Bərdə rayonu) — Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il Sərəncamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. 14 aprel 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini, 1980-ci ildə UİLKGİ MK-yanında AKM-ni, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakultəsini bitirmişdir. 15.08.1969–05.02.1977-ci illərdə Bərdə rayonu "Kommunizm yolu" qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdirivəzifələrində çalışmışdır. 15.02.1977–25.08.1978-ci illərdə Azərbaycan LKGİ Bərdə Rayon Komitəsnin ikinci katibi, 02.07.1980–03.10.1981-ci illərdə Azərbaycan LKGİ MK –nin təlimatçı metodisti, 03.10.1981–22.12.1988-ci illərdə Azərbaycan LKGİ Bərdə Rayon Komitəsinin birinci katibi, 22.12.1988–30.10.1990-cı illərdə Azərbaycan KP Bərdə Rayon Komitəsinin şöbə müdiri, 30.10.1990–23.10.1991-ci illərdə Bərdə rayon XDS İcrayyə Komitəsi- sədrin müavini, 23.10.1991–05.11.1991-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinin icraçısı, 08.11.1991–10.07.1992-ci illərdə Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi, 10.07.1992–18.12.1992-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 18.12.1992–04.09.1996-cı illərdə Bərdə Rayon İcra hakimiyyəti başçısının müavini, rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi, 04.10.1996–10.12.1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi, 10.12.1998–23.06.2003-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar və Sahibkarlığın inkişafı Baş İdarəsində rəis müavini, idarə rəisi. 26.09.2003–05.01.2006-cı illərdə Kənd Təsərrüfat Nazirliyinin Aqrar İslahatlar və sahibkarlığın inkişafı şöbəsində müdir müavini, sektor müdiri, 01.02.2006–03.02.2007-ci illərdə "Qara Torpaq" konsalting MMM-in icraçı direktoru, 03.02.2007–13.07.2007-ci illərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Icraçı katibliyinin Bələdiyyələrlə İş üzrə departamentinin direktoru, 13.07.2007–04.09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, 04.09.2007–31.03.2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 31.03.2009–04.08.2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 04.08.2010–14.04.2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il Sərəncamı ilə Masallı Rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun baş müşaviridir. "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Rafil İmanov
Rafil Cəlal oğlu İmanov (12 noyabr 1949, Fəxralı, Qasım İsmayılov rayonu – 1 sentyabr 2014, Bakı) — riyaziyyatçı, əməkdar müəllim və pedaqoq. Rafil Cəlal oğlu İmanov 1949-cu ildə noyabrın 12-də Goranboy rayonunun (keçmiş Qasım İsmayılov) Faxralı kəndində sadə kəndli ailəsində anadan olub. 1956–1966-cı illərdə Faxralı kənd orta məktəbində oxuyub. 1966–1970-ci illərdə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsil alıb və həmin institutu bitirib. 1970–1977-ci illərdə Balakən rayonunda müəllimlikdən direktor müavinliyi vəzifəsinədək yüksəlib. Ailəli olub. Beş övladı var. 1978-ci ildən etibarən müvafiq olaraq Bakı şəhərinin 116, 48, 245 saylı məktəblərində riyaziyyat müəllimi işləyib. 1991–1992-ci illərdə "Gələcək Zəkalar" liseyini yaradıb. 1992–1993-cü illərdə Bakı şəhəri Xətai rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.
Sabil (Tikantəpə)
Sabil (fars. ‎سبيل‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 872 nəfər yaşayır (171 ailə).
Sahil (ad)
Sahil — şəxs adı və təxəllüs. Sahil Qasımov — Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Məmmədov Sahil Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Sahil Məmmədov (Rasim oğlu) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (gizir) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (şəhid) — 2016-cı ildə şəhid olmuş əsgər.
Sahil (coğrafiya)
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Sahil (dəqiqləşdirmə)
Sahil — quru ilə kəsişmə xətti. Sahil qəsəbəsi — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Sahil (qəsəbə)
Sahil (əvvəlki adı: rus. Примо́рск; Primorsk; Dənizkənarı) — Azərbaycanın Qaradağ rayonunda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Qaradağ rayonunun Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Dənizkənarı şəhər tipli qəsəbə Sahil şəhər tipli qəsəbə, Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi Sahil qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Qəsəbə dəniz sahilində yerləşdiyi üçün belə adlandırılmışdır. Sahil qəsəbəsində 1949-cu ilə qədər balıq vətəgəsi olub. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement Zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xətləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. Qəsəbə Xəzər dənizi sahilində yerləşir. Küləkli, az rütubətli havası var.
Sahil Alahverdovi
Sahil Alahverdovi (gürc. სახილ ალახვერდოვი) və ya Sahil Allahverdiyev (9 yanvar 1999, Soğanlıq) — Azərbaycan əsilli Gürcüstan boksçusu. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı. 5-ci sinifdə oxuyarkən boksla məşğul olmağa başlayıb. Boksçu kimi yetişməsində məşqçisi Füzuli Ələkbərovun böyük rolu olub. 2013-cü ildə tələbələr arasında, 2014 və 2015 illərdə isə gənclər arasında Gürcüstan çempionu olub. 2015-ci ildə Lvov şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa çempionatında 46 kq çəki dərəcəsində qalib olub. 2016-cı ildə Anapa şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında gümüş, 2017-ci ildə Antalya şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında isə qızıl medal qazanıb. 2019-cu ildə Minsk şəhərində keçirilmiş II Avropa Oyunlarında gümüş medal qazanıb. 2021-ci ildə Belqradda keçirilmiş dünya çempionatının yarımfinalında Tayland təmsilçisi Vuttiçay Yuraçaya məğlub olaraq, bürünc medalla kifayətlənib.
Sahil Atakişiyev
Sahil Babayev
Sahil Rafiq oğlu Babayev (1980, Bakı) — Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri. 1980-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb. İngilis, rus və türk dillərini əla, fransız dilini yaxşı səviyyədə bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1999–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi, daha sonra şöbə rəisi vəzifələrində çalışıb. Həmin dövrdə Hasilatın Pay Bölgüsü, həmçinin "Şahdəniz" təbii qazının satışı üzrə sazişlərin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəməri üzrə müqavilələrin hazırlanmasında iştirak edib. 2006–2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib və Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin və Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi olub. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib. Eyni zamanda, 2009–2014-cü illərdə "Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasının sədri, Avropa İttifaqı — Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri, Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri, "SOCAR Türkiyə Ege" Neft Emalı Kompleksinin (Star layihəsi) Direktorlar Şurasının üzvü kimi çalışıb.
Sahil Cəlilov
Sahil Hüseynov
Sahil Məmişli
Sahil Məmmədov
Sahil Məmmədov (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı. Sahil Məmmədov (Rasim oğlu) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (gizir) — II Qarabağ müharibəsi şəhidi.
Sahil Qasımov
Sahil Qasımov (7 aprel 1961, Hacıqabul rayonu) — Benilüks Azərbaycanlıları Konqresinin sədri, Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Sahil Məmmədyar oğlu Qasımov 1961-ci il aprelin 7-də Hacıqabul rayonunda anadan olmuşdur.1978-ci ildə orta məktəbi bitirdikdən sonra Volqoqrad şəhərindən Dovlət İnstitutunun tarix-filologiya fakultəsinə daxil olmuş və 1982-ci ildə bu fakultəni bitirmişdir. Omsk şəhərindəki Ali Polis Akademiyasının Cinayət İşləri uzrə fakultəsini bitirərək 2-ci ali təhsilini almış və Ali Huquq ixtisasına yiyələnmişdir. Marksizm Leninizm Univer sitetini Altay Vilayətinin Barnaul şəhərində qiyabi olaraq bitirmiş, Barnaul şəhərini Yeleznodorojnıy Rayon Komsomol Təşkilatının Buro uzvu və Altay Vilayəti Mərkəzi Komsomol Təşkilatının uzvu olmuşdur.90-cı illərin əvvəllərindən etibarən Hollandiyada əvvəlcə AzHol Kommersiya şirkətinin təsiscilərindən biri olmuş, sonralar isə Niderlandın Amsterdam şəhərində “Caspian International” Beynəlxalq Turizm şirkətini qeydiyyatdan kecirərək bu şirkətin prezidenti olmuşdur. 2000-ci ilin əvvəllərində Amsterdam şəhərində Azərbaycan Niderland Cəmiyyətinin təməlini qoyaraq Niderlandda ilk Azərbaycan təşkilatını qeydiyyatdan kecirmişdir.2003-cu ildən etibarən əvvəlcə "Azerbaijan - Netherlands News", sonralar isə "Azerbaijan Benelux News" qəzetinin təsiscisi və baş məsləhətcisi olmuşdur. 2006-cı ilin noyabr ayında Beniluks olkələrindəki 15 Azərbaycan təşkilatlarını bir araya gətirərək Beniluks Azərbaycanlıları Konqresini təsis etmiş və 2008-ci ilə qədər bu quruma sədrlik etmişdir. 2011-ci ildə yenidən Konqresin sədri secilmişdir. Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti, Dunya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür. 2010-cu ildən etibarən Brusseldə Avropa Parlamentində, Luksemburqda Avropa Komissiyasında və Strasburqda Avropa Şurasında Lobbist kimi akkreditə olunmuşdur. Hal-hazırda “Caspian İnternational Company” nin prezidentidir. “Qobustan” Beynəlxalq Mükafatına layiq görülmüşdür.
Sahil Rəsulov
Sahil Salmanov
Sahil Tahirli
Tahirli Sahil Abdulla oğlu (16 yanvar 1983, Cəhri, Babək rayonu) — "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri.[mənbə göstərin] 1983-cü il yanvar ayının 16-da Babək rayon Cəhri kəndində doğulub. 1989-cu ildə Cəhri kənd 1 saylı orta məktəbə daxil olub. 2001-ci ildə Bakı şəhər 248 saylı tam orta məktəbini bitirib. 2001-ci ildə Xəzər Universitetinin Humanitar fənlər fakültəsinin jurnalistika ixtisasına qəbul olub. 2003-cü ildə Naxçıvan Dövlət Universitetində təhsilini davam etdirib. 2005-ci ildə həmin universitetin jurnalistika ixtisası üzrə tam kursunu bitirərək bakalavr dərəcəsi alıb. 2004–2005-ci illərdə "Şərq qapısı" qəzeti redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlayıb. 2005–2006-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. Ailəlidir, üç övladı var. Hərbi xidməti başa vurduqdan sonra "Şərq qapısı" qəzeti redaksiyasında İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri vəzifəsində işləyib.
Sarıl
Sarıl — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Şamil
Şamil — kişi adı və təxəllüs Şamil Rasizadə — Azərbaycan SSR dövrünün görkəmli dövlət xadimi. Şamil Basayev - Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri. Şamil Süleymanlı — Azərbaycan kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın xalq artisti Şamil Mahmudbəyov (rejissor) - Azərbaycan kinorejissoru, aktyor, ssenarist Şamil İbrahimov — Azərbaycanın teatr və kino aktyoru, rejissor. Şamil Əliyev — Azərbaycan kinorejissoru və ssenaristi. Şamil Şamxalov – Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət və idman xadimi Şamil Əsgərov - şair, tərcüməçi, filologiya elmlər namizədi, Əməkdar mədəniyyət işçisi. Şamil Fətullayev — memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) Şamil Əzizbəyov — geologiya-mineralogiya elmləri doktoru (1943), professor (1944) Şeyx Şamil - Qafqaz xalqlarının milli qəhrəmanı Şamil Xurşud - ictimai xadim, yazıçı, publisist və dramaturq, Şamil Ramazanov — Azərbaycanın Milli Qəhrəmanı, Şamil Əliyev (akademik) - akademik, Bakı Dövlət Universitetinin rektoru (1941-1944) Şamil Mahmudbəyov (repressiya qurbanı) — repressiya qurbanı Şamil rayonu - Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Şamil Cəfərov (entomoloq) — entomoloq. Şamil Şahməmmədov- jurnalist Şamil Qazıyev — rəssam, əməkdar incəsənət xadimi. Şamil Vəliyev — Professor, filologiya elmləri doktoru, əməkdar jurnalist, Şamil Səlimxanov - Tibb elmləri doktoru. Şamil Nəcəfzadə — Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, ssenari müəllifi və aktyor, Şamil Qurbanov — Azərbaycan Respublikasının dövlət xadimi, filologiya elmləri doktoru, professor Məşədi Şamil Hacıyev - vəkil, "Difai" təşkilatının üzvü Şamil Xudiyev - iqtisad elmləri dоktоru Şamil Qafarov - professor (2003) Şamil Allahverdiyev - Geoloq, geologiya-mineralogiya elmləri doktoru Şamil Yusifov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı.
Şafii
Məhəmməd ibn İdris əş-Şafii (28 avqust 767, Qəzzə, Abbasilər xilafəti – 20 yanvar 820) — Şafii məzhəbinin banisi. Şafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qureyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quran və hədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə orada da vəfat etmişdir. O, Əbu Abdilləh Muhəmməd bin İdris bin Abbas bin Osman bin əş-Şafi bin Səib bin Ubeyd bin Abdi Yezid bin Haşim bin əl-Muttalib bin Abdi Manaf əl-Muttalibi əl-Qureyşidir. Rəsulullah — səllallahu aleyhi və alihi səlləmin — nəsəbi ilə babası Abdu Manaf ibnu Qusayda birləşir. Künyəsi Əbu Abdilləhdir. Amma Əbu Hənifədən fərqli olaraq künyəsi ilə deyil babası əş-Şafiyə nisbəti ilə məşhurdur.
Şafi
Məhəmməd ibn İdris əş-Şafii (28 avqust 767, Qəzzə, Abbasilər xilafəti – 20 yanvar 820) — Şafii məzhəbinin banisi. Şafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qureyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quran və hədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə orada da vəfat etmişdir. O, Əbu Abdilləh Muhəmməd bin İdris bin Abbas bin Osman bin əş-Şafi bin Səib bin Ubeyd bin Abdi Yezid bin Haşim bin əl-Muttalib bin Abdi Manaf əl-Muttalibi əl-Qureyşidir. Rəsulullah — səllallahu aleyhi və alihi səlləmin — nəsəbi ilə babası Abdu Manaf ibnu Qusayda birləşir. Künyəsi Əbu Abdilləhdir. Amma Əbu Hənifədən fərqli olaraq künyəsi ilə deyil babası əş-Şafiyə nisbəti ilə məşhurdur.
Maksim Şamil
Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim. == Həyatı == Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir. 1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. == Yaradıcılığı == Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir. "Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur. == Kitabları == "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə).
Oktay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.
Oqtay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.