Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
La-Salveta-Perales
La-Salveta-Perales (fr. La Salvetat-Peyralès, oks. La Salvetat de Peiralés) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Salveta-Perales kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12258. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 33 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1068 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 533 nəfər (15-64 yaş arasında) 360 nəfər iqtisadi fəal, 173 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,5%, 1999-cu ildə bu göstərici 62,2%) idi.
Salveta-Perales (kanton)
Salveta-Perales (fr. Salvetat-Peyralès) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1243. Salveta-Perales kantonuna cəmi 7 kommuna daxildir, onlardan ən əsası La-Salveta-Perales kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 1 899 nəfər təşkil edirdi.
Valve
Valve Corporation — videooyunlar yaradan və nəşr edən ABŞ şirkətidir. 1996-cı ilin noyabrında buraxılan Half-Life oyununu yaratdıqdan sonra bütün dünyaya məşhur oldu. Mərkəzi ofisi Belvyu, Vaşinqtonda yerləşir. == Tarix == === Yaranma və Half-Life === Microsoft şirkətində işlədikdən sonra Qeyb Nyuell və Mark Harrinqton 1996-cı ildə Valve Software şirkətini təsis edirlər. Quake mühərrikinə lisenziya aldıqdan sonra onlar Quiver (Half-Life-ın işçi adı) oyununun yaradılmasına başlayırlar. Ssenari üzərində işləmək üçün peşəkar yazıçı, fantast Mark Leydlou dəvət edilmişdir. Oyun ilk dəfə 1997-ci ildə E3-də nümayiş etdirilib və nümayiş etdirildiyi andan əsil hitə çevrilmişdir. Oyunu 1997-ci ildə buraxmaq planlaşdırsalar da reliz 31 oktyabr 1998-ci ildə oldu. Oyun bəyənildi və yaradıcılara məşhurluq gətirdi. Half-Life çıxdıqdan sonra Valve uzun müddət heç nə buraxmırdı.
Filippe Sayve
Filippe Sayve (2 iyul 1971, Lyej, Valloniya[d]) — Belçikanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Filippe Sayve Belçikanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Filippe Sayve Belçikanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Filippe Sayve Belçikanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Valve Corporation
Valve Corporation — videooyunlar yaradan və nəşr edən ABŞ şirkətidir. 1996-cı ilin noyabrında buraxılan Half-Life oyununu yaratdıqdan sonra bütün dünyaya məşhur oldu. Mərkəzi ofisi Belvyu, Vaşinqtonda yerləşir. == Tarix == === Yaranma və Half-Life === Microsoft şirkətində işlədikdən sonra Qeyb Nyuell və Mark Harrinqton 1996-cı ildə Valve Software şirkətini təsis edirlər. Quake mühərrikinə lisenziya aldıqdan sonra onlar Quiver (Half-Life-ın işçi adı) oyununun yaradılmasına başlayırlar. Ssenari üzərində işləmək üçün peşəkar yazıçı, fantast Mark Leydlou dəvət edilmişdir. Oyun ilk dəfə 1997-ci ildə E3-də nümayiş etdirilib və nümayiş etdirildiyi andan əsil hitə çevrilmişdir. Oyunu 1997-ci ildə buraxmaq planlaşdırsalar da reliz 31 oktyabr 1998-ci ildə oldu. Oyun bəyənildi və yaradıcılara məşhurluq gətirdi. Half-Life çıxdıqdan sonra Valve uzun müddət heç nə buraxmırdı.
Lui-Jan Kalve
Lui-Jan Kalve (5 iyun 1942-ci ildə anadan olub) fransız dilçisidir. == Bioqrafiya == Dilçi Pier Gironun tələbəsi ola-ola Nitsa Universitetində tələbə olarkən Kalve 1964-cü ildə Union Nationale des Étudiants de France -ın milli bürosuna seçildi. Orada məlumata məsul idi və aylıq nəşrin baş redaktoru vəzifəsini tutdu 21.27 . Bundan sonra, Sorbonnada Andre Martine ilə birlikdə, bir tələbə kimi o, "Le système des sigles en français contemporain" ("Müasir Fransada Akronimlər Sistemi") adlı doktorluq dissertasiyasını müdafiə etdi və daha sonra "Langue, corps, société" ("Dil, Bədən, Cəmiyyət") adlı fərqli bir doktorluq dissertasiyasını müdafiə etdi. Kalve əvvəlcə Paris Dekart Universitetində, sonradan isə Eks-Marsel Universitetində 2012-ci ilə qədər bu vəzifədə işləyib. İlk nəşrindən ( Linguistique et colonialisme, ilk dəfə glottofagiya fikrini təqdim edəndə) o, linqvistik diskurs ilə dillərə xas müstəmləkəçi diskurs arasındakı əlaqələri, həm də dil və güc arasındakı əlaqələri təhlil etmişdir ( La Guerre des langues, 1987) və şəhərlərin linqvistik rolu ( Les Voix de la ville, 1994). Beləliklə, o, ən tanınmış nümayəndələrindən biri olan Fransız sosiodilçilik sahəsinin yaradılmasında iştirak etmişdir. Əsərləri iyirmidən çox dilə tərcümə olunub və o, dünyanın bir çox universitetlərində çıxış etməyə dəvət olunub. Bir neçə il, Payot nəşriyyatında Dillər və Cəmiyyətlər kolleksiyasının direktoru olan o, Silvən Oru, Andre Martine, Andre Şervel, Kristian Küksak, Tüllio Dö Moro, Ivan Fonagi, Pier Giro, Nensi Hyuston, Morris Svadeş, Jan-Didye Ürbən, Marina Yaqello kimi müəlliflərin əsərlərini çap etdirdi. Akademik fəaliyyətinə əlavə olaraq, Kalve həm də jurnalistdir və həftəlik Politique hebdo nəşrinə töhfə verir və bu nəşrdə mədəni hadisələrə, xüsusən də musiqiyə sosioloji və siyasi yanaşmadan baxır, əlavə olaraq etnik və dil azlıqları haqqında yazır.
Valve Anti-Cheat
Valve Anti-Cheat — ilk dəfə 2002-ci ildə Counter-Strike ilə buraxılan Steam platformasının komponenti kimi Valve tərəfindən hazırlanmış anti-hiylə sistemi. Proqram oyunçunun sistemində hiylə aşkar etdikdə orijinal aşkarlamadan günlər və ya həftələr sonra oyunçunu qadağan edir. Sistem yaddaşda və ya cihazda səhvlər aşkar edərsə, oyunçuları oyundan kənarlaşdıra bilər. Aşkarlanma tarixi və ya aşkar edilən hiylə növü kimi heç bir məlumat oyunçuya açıqlanmır. Oyunçuya məlumat verildikdən sonra, oyunçunun hiylə istifadə etdiyi oyunun onlayn "VAC ilə qorunan" serverlərinə giriş həmişəlik qadağan edilir və oyunçunun Steam hesabına əlavə məhdudiyyətlər tətbiq edilir. Sistem 2006-cı ilin noyabr ayının bir həftəsi ərzində 10.000-dən çox hiylə cəhdini aşkar edib. 2018-ci ilin dekabr ayı ərzində 600.000-dən çox hesaba qadağa qoyulub. == Tarixi == 2001-ci ildə, "Counter-Strike" və "Half-Life" modları üçün nəzərdə tutulmuş anti-hiylə proqramı olan "PunkBuster"in tərtibatçıları "Even Balance", "Valve"dən heç bir dəstək almadıqları üçün oyunları dəstəkləməyi dayandırdılar. Valve, texnologiyanı birbaşa oyunlarına inteqrasiya etmək üçün edilən iş təkliflərini də rədd etdi. Valve 2001-ci ildə hiylələr üçün "uzunmüddətli həll" üzərində işləməyə başladı.
Save the Children
Save the Children Fund — beynəlxalq qeyri-hökumət təşkilatı. 1919-cu ildə Birləşmiş Krallıqda yaradılmışdır və məqsədi bütün dünyada uşaqların həyatını yaxşılaşdırmağa kömək etməkdir. Təşkilat daha yaxşı təhsil imkanları, daha yaxşı səhiyyə xidməti və təkmilləşdirilmiş iqtisadi imkanlar yaratmaqla uşaqların həyatını yaxşılaşdırmaq üçün pul yığmağa kömək edir. Təşkilat Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında ümumi məşvərətçi statusa malikdir. == Mənşəyi == "Save the Children Fund" 15 aprel 1919-cu ildə İngiltərənin London şəhərində Eqlantayn Cebb və onun bacısı Doroti Bakston tərəfindən Birinci Dünya müharibəsi zamanı Almaniyanın müttəfiqlər tərəfindən blokadası zamanı və atəşkəşdən sonra Almaniya və Avstriya-Macarıstanda uşaqların aclığını azaltmaq məqsədi ilə yaradılmışdır. Birinci Dünya müharibəsinin sonunda qidasız və xəstə uşaqların təsvirləri bütün Avropada yayılmışdır. Aclıqla Mübarizə Şurası ilk olaraq 1919-cu ildə blokadaya son qoyması üçün Britaniya hökumətinə siyasi təzyiq göstərmək üçün kampaniyaya başlamışdır. 15 aprel 1919-cu ildə şuranın bəzi üzvləri oradan ayrılaraq "Save the Children Fund"ı yaratmışdılar. === İkinci Dünya müharibəsi === "Save the Children" əməkdaşları İkinci Dünya müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə ilk daxil olanlar arasında olmuşdur. Onlar keçmiş işğal olunmuş ərazilərdə qaçqın uşaqlar və köçkünlərlə, o cümlədən nasist həbs düşərgələrindən sağ çıxanlarla işləyirdilər.
Beatles For Sale
Beatles For Sale — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu. == Mahnı siyahısı == === Birinci tərəf === "No Reply" (Lennon, Makkartni) "I'm a Loser" (Lennon, Makkartni) "Baby's in Black" (Lennon, Makkartni) "Rock and Roll Music" (Berri) "I'll Follow the Sun" (Lennon, Makkartni) "Mr.
Şalle
Şalle (fr. Challex) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01078. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 100 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 60 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1225 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə 798 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 618 nəfər iqtisadi fəal, 180 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.4%, 1999-cu ildə 71.7%). Fəaliyyət göstərən 618 sakindən 575 nəfər (309 kişi və 266 qadın) işləyir, 43 nəfər işsizdir (23 kişi və 20 qadın).
Şilvə
Şilvə-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Şilvə-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Şəlvə
Şəlvə (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Şəlvə (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
San-Salvi kilsəsi (Florensiya)
San-Salvi — İtaliyada, Florensiyada katolik kilsəsi. == Tarixi == San-Salvi kilsəsi XI əsrdə monastır kompleksinin bir hissəsi kimi benedikt ordeninin tərkibinə daxil olan vallombrozian ordeninin rahibləri tərəfindən tikilmişdir. XI əsrin sonlarında monastırın rahibi müqəddəs Bernardo deli Uberti idi. 1529-cü ildə Florensiyanın mühasirəsi zamanı San-Salvı kilsəsi qismən dağılmışdır. Sonralar kilsənin ilkin görkəmi saxlanılmaqla bərpa olunmuşdur. == Mənbə == Zucconi, Guido (1995). Florence: An Architectural Guide (November 2001 Reprint ed.). San Giovanni Lupatoto, Verona, Italy: Arsenale Editrice. C. Acidini Luchinat e R. C. Proto Pisani (a cura di), La tradizione fiorentina dei Cenacoli, Calenzano (Fi), Scala, 1997.
Leqq-Kalve-Pertes xəstəliyi
Leqq-Kalve-Pertes xəstəliyi (ing. Legg-Calve-Perthes) – çox vaxt Pertes terminindən istifadə olunur. Bud sümüyünün başının osteoxondropatiyasıdır. Çox vaxt 5–10 yaşlı oğlanlarda olur, ayaqda ağrı və axsama yaranır.
Savə
Savə — İranın Mərkəzi ostanı, Savə şəhristanının mərkəzi olan şəhər. Şəhər Ərak bölgəsinin şimalında 34-35 en dairəsi və 49-50 uzunluq dairəsi arasında yerləşir. Savə şimaldan Zərəndiyyə şəhristanı, şərqdən Tehran bölgəsi, cənubdan Təfreş şəhristanı və Qum bölgəsi, qərbdənsə Həmədanla sərhəddir. == Statistik məlumat == Savə şəhərliyi: Bölümlərin ətraflı məlumatı: Kəndliklərin ətraflı məlumatı: Şəhərlərin Ətraflı məlumatı: == Coğrafiya == Savə şərqdə isti iqlimə yaxınlığı için isti havası var, qərb kəsimində isə dağlıq və soyuqdur.Şəhərliyin yayda orta temperaturu 29.6 °C-dir və ən yüksək temperaturu 48.5 °C olaraq Əhməd abad’da səbt olunub. Bütövlükdəysə orta temperaturu 18.2 °C ölçülüb.Şəhərliyin çox sahəsin düzənliklər təşkil edir. Bu düzənliklər Savə şəhərinin cənubundan başlayır və Qərq abad və Savən’i qapsayan Savə böyük düzənliyinədək və 1000 m yüksəkliyə qədər çəkilir.Mərkəzi və Lain düzənlikləri isə çox məhsulludur. Hündürlüklər şəhərliyin qərbinə yığışmış və şimal-qərbdə ən yüksəkliyinə çataraq zirvə yüksəkliyi 2930m olur. == Etnik tərkibi == Əhalinin mütləq əksəriyyəti Azərbaycan türkləri olub əsasən Xələc, Bayat, Əfşar, Bəydilli, Şahsevən, Muğanlı, Qacar və başqa türk tayfalarının soyundan gəlmədilər .
Halvə (Sərdəşt)
Halvə (fars. حلوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 409 nəfər yaşayır (57 ailə).
Silvə (Piranşəhr)
Silvə (fars. سيلوه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 919 nəfər yaşayır (168 ailə).
Şalva Amiranaşvili
Şalva Amiranaşvili (gürc. შალვა ამირანაშვილი; 26 mart (7 aprel) 1899, Kutaisi quberniyası – 9 fevral 1975, Tbilisi) gürcü sənət tarixçisi, Gürcüstan sənətinin sistematik şəkildə elmi müalicəsi ilə məşğul olanlardan biri idi. 1991-ci ildə ölümündən sonra, adını 1939–1975-ci illərdə 36 il rəhbərlik etdiyi Gürcüstan İncəsənət Muzeyinə verdilər. Amiranaşvili, kiçik dağlıq Gürcüstanın Oni şəhərində (o vaxtlar Kutais qubernatorluğunun, Rusiya imperiyasının bir hissəsi) yerli müəllim ailəsində anadan olub. 1922-ci ildə yeni qurulmuş Tbilisi Dövlət Universitetinin (TDU) ilk məzunlarından biri idi. İki il Moskva və Leninqradda yaşadıqdan sonra, Rus və Bizans sənətləri üzrə ixtisaslaşmış Amiranaşvili TDU və Tbilisi Dövlət Rəssamlıq Akademiyasında dərs demişdir. 1925-ci ildə TDU-da Tarix və İncəsənət Nəzəriyyəsi şöbəsinə rəhbərlik etmiş və 1936-cı ildə professor elmi dərəcəsi qazanmışdır. 1939–1975-ci illərdə Gürcüstan İncəsənət Muzeyinin direktoru idi. 1921-ci ildə Bolşevik Sovet hökuməti tərəfindən Gürcüstan ələ keçirildikdən sonra 1945-ci ildə Fransaya köçürülmüş gürcü antikalarının geri qaytarılmasına nəzarət etmək üçün Parisə göndərilmişdir. Amiranaşvili 1943-cü ildə Sovet Elmlər Akademiyasının müxbir üzvü, 1955-ci ildə Gürcüstan Elmlər Akademiyasının üzvü, 1957-ci ildə Sovet Muzeyləri Milli Komitəsi və Beynəlxalq Muzeylər Şurasının üzvü seçildi.
Şalva Dadiani
Şalva Nikolayeviç Dadiani (1874 - 1959) — gürcü aktyor, yazıçı və dramaturq, ictimai xadim, tərcüməçisi. Gürcüstan Xalq artisti (1923). == Həyatı == 9 may (21), 1874-cü ildə Zestafoni şəhərində anadan olub. Məşhur gürcü knyaz nəsli Dadiani sülaləsinin üzvü Georgi Lipartianinin oğlu Manuçarın nəslindəndir. Atası - məşhur gürcü şairi, nasir və tərcüməçi Knyaz N.T.Dadiani (1844-1896), anası - knyaginya Lidia Antonovna Sulukidzedir. Şalva Dadiani ədəbi və ictimai fəaliyyətə 1890-cı illərdə başlamışdır. Teatr fəaliyyətinin başlanğıcı da eyni vaxta təsadüf edir. Ş.Dadiani 1893-1923-cü illərdə aktyor və Gürcüstan teatrlarının rejissoru idi. Bu müddət ərzində o, teatrda aktyor kimi 200-dən çox rol ifa etmişdir. 1905-ci il inqilabının təsiri altında Sovet dövründə Gürcüstanın akademik teatrlarında səhnələşdirilən bir sıra inqilabi pyeslər yazmışdır.
Şalva Eliava
Şalva Eliava (gürc. შალვა ელიავა; rus. Шалва Зурабович Элиава; 30 sentyabr 1883 – 3 dekabr 1937, Tbilisi) — Sovet partiya və dövlət xadimi. == Siyasi karyerası == Şalva Eliava, 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına üzv oldu. Çar rejiminə qarşı aktiv fəaliyyətinə görə bir neçə dəfə sürgün edilmiş və həbsə məruz qalmışdır. 1917-ci ilin mart-dekabr aylarında Voloqda quberniyası İşçi və Əsgər deputatları Sovetliyinin birinci sədri, 1918-ci ilin yanvar-aprel aylarında isə Voloqda quberniyası İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edildi. 1920-ci ildən etibarən 1 il müddətinə Rusiya Sovet Federativ Sosialist Respublikasının Türkiyə və İran üzrə səlahiyyətli nümayəndəsi təyin edilir. Daha sonra Gürcüstan Sovet Sosialist Respublikasının Hərbi Dəniz məsələləri üzrə Xalq Komissarı təyin edilir. 1923-cü ildən etibarən Gürcüstan SSR Xalq Komissarları Sovetinin, 1927-ci ildən isə Zaqafqaziya SFSR Xalq Komissarları Sovetinin sədri təyin edilir. Daha sonralar 1931–1937-ci illər arasında SSRİ-nin Xarici Ticarət məsələləri üzrə xalq komissarının müavini və Yüngül Sənaye məsələləri üzrə xalq komissarının müavini vəzifələrini üstələyir.
Şalva Kikodze
Şalva Qerasimoviç Kikodze (gürc. შალვა ქიქოძე; 27 may 1894 – 7 noyabr 1921, Frayburq-im-Braysqau, Veymar Respublikası) — Gürcüstan ekspressionist rəssam, qrafika rəssamı, karikaturaçı və teatr dekoratoru, Paris məktəbinin nümayəndəsi. == Həyatı == Şalva Kikodze Gürcü zadəganları üçün gimnaziyada oxumuşdur. 1914-cü ildə Şalva Moskvaya getdi və Moskva Universitetinin hüquq fakültəsinə daxil oldu. 1916-cı ildə Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbində oxumağa başladı. Lakin 1918-ci ildəki inqilabi hadisələrdən sonra Gürcüstana qayıtdı. 1916-cı ildən — Gürcüstan Rəssamlar Cəmiyyətinin üzvü seçilmişdir. Cəmiyyətin təşkil etdiyi sərgilərin fəal iştirakçısı olmuşdur. Elə həmin il yerli kilsədə XV əsrə aid fresklərin surətlərini hazırlayaraq Gürcüstanın Nabakhtevi kəndinə ekspedisiyada iştirak etdi. 1918-ci ildə Tiflisdəki Georgi Jabadari Studio Teatrında quruluşçu rəssam və dekorator olaraq çalışmışdır.
Şalva Loladze
Şalva Loladze (gürc. შალვა ლოლაძე; alm. Schalwa Loladse‎; nid. Sjalwa Loladze; 16 aprel 1916, Tiflis – 25 aprel 1945, Teksel, Şimali Hollandiya) - keçmiş SSRİ əsgəri. Üçüncü Reyx tərəfindən yaradılmış Gürcüstan legionuna rəhbərlərindən biri. Loladze 1945-ci ilin 5 aprel tarixində Niderlandın Teksel adasında Reyxə qarşı başladılmış üsyan hərəkatına rəhbərlik etmişdir. == Həyatı == Loladze İkinci dünya müharibəsindən əvvəl və müharibə başlayan zaman SSRİ ordusunda xidmət etmişdir. Sovet Hava Qüvvələrində kapitan rütbəsinə yüksəlməsinin ardından döyüş təyyarələrinin pilotu kimi döyüş əməliyyatlarında iştirak edir. Loladzenin içərisində olduğu təyyarə 1942-ci ildə Ukrayna səmalarında olarkən almanlar tərəfindən vurulur. Reyx tərəfindən əsir alındıqdan sonra Gürcüstan legionuna qoşulmaq qərarı verən Loladze legionun tərkibində yaradılmış Böyük Tamaranın adını daşıyan 822-ci piyada batalyonuna rəhbərlik edir.
Şalva Mşvelidze
Şalva Mixayloviç Mşvelidze (gürc. შალვა მიხეილის ძე მშველიძე; 1904–1984) — sovet gürcü bəstəkarı və musiqi müəllimi. Gürcüstan SSR xalq artisti (1958). İki İkinci dərəcəli Stalin mükafatı laureatı (1942, 1947). 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. == Həyatı == Şalva Mşvelidze 1904-cü il iyulun 15-də (28) Tiflisdə (indiki Tbilisi, Gürcüstan) anadan olmuşdur. 1930-cu ildə Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasına daxil olmuş, burada M.M.Baqrinovskinin yanında bəstəkarlıq təhsili almışdır. Aspirantura təhsilini N. A. Rimski-Korsakov adına Dövlət Konservatoriyasında və Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasında (V. V. Şerbaçovun qrupunda təhsil alıb) davam etdirib. Şalva Mşvelidze ilk gürcü klassik musiqisinin pionerlərindən sayılır. Onun yaradıcılığına altı simfoniya və simfonik poema daxildir.
Şalva Natelaşvili
Şalva Natelaşvili (gürc. შალვა ნათელაშვილი; 17 fevral 1958, Tbilisi) — Gürcü siyasətçi. Müxalifətçi Gürcüstan Əmək Partiyasının lideri (1995-ci ildən). Gürcüstanın prezidentliyə keçmiş namizədi (nəticə — 6.49% səs) == Bioqrafiyası == 1981-ci ildə Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, müstəntiq, prokuror və Gürcüstan prokurorluğunun beynəlxalq əlaqələr şöbəsinin müdiri işləyib. 1989-cu ildə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının aspiranturasını bitirib. 1992-1995-ci illərdə Gürcüstan Parlamenti Hüquq Komitəsinin sədri 1994-1995-ci illərdə ölkə Parlamentində, parlament fraksiyalarında, parlamentin müvəqqəti və daimi komissiyalarında, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu ilə bağlı Redaksiya-Konstitusiya Komissiyasının rəhbəri. Onun təşəbbüsü ilə Gürcüstan insan hüquqları paktlarına və beynəlxalq hüququn əsas konvensiyalarına qoşuldu. 1992-ci ildə Gürcüstan Parlamentinə deputat seçildi. 1995-ci ildən parlamentdəki "Seçici" və "Majoritar" fraksiyalarına, 1997 -ci ildən "Əmək" fraksiyasına rəhbərlik etdi.
Şalva Nutsubidze
Şalva İsakoviç Nutsubidze (gürc. შალვა ისაკის ძე ნუცუბიძე; 14 dekabr 1888 – 6 yanvar 1969[…], Tbilisi) — Gürcü və sovet filosofu, ədəbiyyatşünas, mədəniyyət tarixçisi. Aletoloji realizm (həqiqət doktrinası) cərəyanının banisi. Gürcü fəlsəfəsi tarixinin ən böyük tədqiqatçısı. Fəlsəfə elmləri doktoru (1926). == Həyatı == 14 dekabr 1888-ci ildə Tsxaltubski rayonunun (Gürcüstan) Partsxanakanebi kəndində anadan olub. 1910-cu ildə Sankt-Peterburq Universitetinin Tarix və Filologiya fakültəsini bitirib. A. İ. Vvedenski, N. O. Losski, İ. İ. Lapşinin seminarlarına qatılmışdır. 1911–1914-cü illərdə xaricdə oxumuş və çalışıb, Leypsiqdə Vilhelm Vundt, Volkelt və Bartın rəhbərliyi altında təhsil alıb. Tbilisi Dövlət Universitetinin qurucularından biri olub.
Şalva Vardidze
Şalva Vardidze (gürc. შალვა ვარდიძე) — gürcü mənşəli yazıçı və tərcüməçi. O, dini və siyasi fəaliyyətlə də məşğul olmuşdur. İstanbul Gürcü Katolik kilsəsində işlədiyi dövrdə Gürcüstanın müstəqilliyi üçün aparılan mübarizəyə dəstək vermişdir. Gürcü mədəniyyətinin tanınması istiqamətində bir sıra məqalələr yazmış və tərcümələr etmişdir. == Həyatı == Şalva Vardidzenin ailəsi rusların Mesxeti-Cavaxeti bölgəsini ələ keçirməsindən və ərazidə yaşayan gürcüləri oradan sürgün etməsindən sonra Adıgün bölgəsinin Arali kəndinə köç etmiş və Vardidze özü də həmin kənddə anadan olmuşdur. 1885-ci ildə dini təhsil almaq üçün İstanbul şəhərindəki Gürcü Katolik kilsəsinə getmişdir. Təhsilini bitirdikdən sonra Gürcüstana geri qayıtmamışdır. 1911-ci ildə onun tərəfindən İstanbulda Gürcü klubu adlı cəmiyyət qurmuşdur. İstanbulda yaşayan müsəlman gürcülərin də qatıldığı cəmiyyətə, 1914-cü ildə gürcü məktəbi açmaq icazəsi verilmişdir.
Şəlvə (Laçın)
Şəlvə — Azərbaycan Respublikasının Laçın rayonu Şəlvə kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Şəlvə kəndi Şəlvəçay sahilində, dağətəyi ərazidədir. Kəndin adı Şəlvə çayinin adından götürülmüşdür. Qədim türk dilində Şəlvə sözü şölə sözündən törəmiş аlov, parıltı, işıltı, şəfəq kimi mənaları ifadə edir. Deməli, toponimin tam düzgün mənası od, аlov, parıltı, işıltı, şəfəq mənalarını verir. Digər türk dillərində bu söz bir çox hallarda “dəri”, “örtük”, bəzən də “ləpə” mənasında işlənir. == Tarixi == Şəlvə kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur. Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.
Şəlvə (Xocalı)
Şəlvə (əvvəlki adı: Rev) — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Rev kəndi Şəlvə kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şəlvə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Şəlvə kəndi Qarabağ xanı İbrahim xana məxsus mülklərdən biri olmuşdur. Laçın rayonunda Şəlvə kənd adı ilə eynidir. XVIII əsrin ortalarına aid mənbədə Yuxari Qarabagın Xaçın nahiyəsində Şəlvə kəndinin adı qeyd olunur. Kənd dağətəyi ərazidədir. Bu kənddə məskunlaşmış ermənilər zamanında kəndin adı Rev adlanmışdır.
Şəlvə dərəsi
Şəlvə sövməəsi
Şəlvə sovməəsi — Laçın rayonunun Şəlvə kəndinin ərazisində, Şəlvə kəndinin mərkəzində yerləşən və XV əsrdə tikildiyi güman edilən məbəd. Məbəd sovməə tipli alban məbədləri sırasına daxildir. Sovməə binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. Məbəd hal-hazırda Azərbaycanın 27 sentyabrdan etibarən keçirdiyi uğurlu əməliyyat nəticəsində 10 noyabr 2020-ci il tarixində imzalanmış müqaviləyə əsasən 1 dekabr 2020-ci iltarixindən etibarən Azərbaycan Respublikasının nəzarətinə keçmiş qədim Alban məbədidir == Haqqında == Şəlvə sövməəsi Laçın rayonunun Şəlvə kəndində XV əsrə aid edilən sövməə tipli alban məbədləri sırasına daxildir. Sövməə binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. Tikintinin inşa strukturu ətraf ərazilərdə olan mərkəz tipli bazilikası olan digər sovməələrlə səsləşir, memarlıq quruluşuna görə onlara daha çox bənzərliyi diqqəti cəlb edir. Onlar arasında əhəmiyyətli fərq yalnız qurbangahın qapısının hər iki tərəfində keşiş cübbələrinin və kilsə avadanlığının saxlandığı yerlərin mövcud olmasıdır. Sövməədə işıqlandırma məsələsi pəncərələrlə həyata keçirilir. Dörd pəncərənin üçü sövməənin şərq divarında, biri isə qərb divarındadır. Sövməəyə giriş tikilinin qərb tərəfindəndir.
Şalva Qadabadze
Şalva Qadabadze (30 may 1984, Tbilisi) — 2000–2006-cı illərdə Gürcüstanı, 2008–2016-cı ildə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Karyerası == Şalva Qadabadze 2000-ci ildə Bratislava şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bu onun beynəlxalq turnirlərdə birinci uğuru idi. 2002 və 2004-cü illərdə yeniyetmələr arasında Avropa Çempionatlarında altıncı pillələrdə qərarlaşan Şalva Qadabadze 2005-ci ildə İzmir şəhərində Universiada Oyunlarının qalibi oldu. 2006-cı ildə Rusiyada Avropa Çempionatını 8-ci pillədə başa vuran Şalva Qadabadze həmin ilin iyununda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirin bürünc medalına sahib oldu. Şalva Qadabadzenin çıxışından razı qalan Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri onu Azərbaycan yığmasının heyətinə cəlb elədi. Şalva Qadabadze 2008-ci ildə əvvəlcə İtaliyada 1-ci Dünya Olimpiya Təsnifat Turnirində uğursuz çıxış eləsə də, daha sonra Serbiyada 2-ci Dünya Olimpiya Təsnifat Turnirin qalibi olmaqla olimpiya lisenziyasına sahib oldu. Olimpiadadan əvvəl Şalva Qadabadze iyunda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu. Avqustda isə Şalva Qadabadze Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 14-də 84 Kq.
Şalva Cakeli
Şalva Cakeli - hakimiyyətinə dair çox məlumat yoxdur. Əmir Teymura tabe olduğu, oğlu I Ağbuğanın 1389-cu ildə hakimiyyətə keçdiyi və qızı Sinduxtarın IX David ilə evləndiyi bilinir.
God Save the King/Queen
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı himni, «Allah Kralı/Kraliçanı hifz elə!» (ing. God Save the King/Queen) — vətənpərvər mahnı, Böyük Britaniyanın dövlət himni, Böyük Britaniyanın vacib dövlət və ictimai tədbirlərində və hadisələrində səsləndirilir. Həmçinin Kanada, Avstraliya, Yeni Zelandiya və Millətlər Birliyinə daxil olan bir sıra ölkələrin kral himni. Britaniya kral ailəsinin himni. Norveçin kral himni (mllli himn deyil) — Kongesangen, norveç dilində oxunur; 1871-1918-ci illərdə — Almaniya İmperiyasının himni ( Q.Hariesin mətni ilə).
Abbasabad (Savə)
Abbasabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Zərənd bölgəsinin Ətraf kəndistanında, Zərənd qəsəbəsindən 11 km şimal-qərbdədir.
Balva
Halle
Halle (alm. Halle‎) — Almaniyada şəhər. Maqdeburq ilə yanaşı, Saksoniya-Anhalt əyalətində əhali sayına görə ən böyük şəhərdir: 2016-cı ilin məlumatına görə bölgədə təxminən 240 min insan yaşayır.
Halva
Halva — Yaxın Şərqdə o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Halva hazırlamaq üçün qoz, fındıq və yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), un, yağ, şəkər, patka, ədviyyat, kakao məhsullarından istifadə edilir. Halvaya vanil, şokolad, vafli, kişmiş və s. qatılır. Tərkibində 4%ə qədər su, 35–47% şəkər, 30–32% yağ, 12–13% zülallı maddə, 1.8–2.9% mineral maddə vardır. Saxlanılma müddəti 2 aya qədərdir. 100 qram halvanın kaloriliyi 545–555 kkal olur. == Səməni halvası == Buğda, buğda unu, ərinmiş yağ, doşab, qoz ləpəsi, cirə, istiot, darçın, razyana istifadə olunur. Buğdadan adi qayda üzrə səməni cücərdir. Səməni cücərtiləri sarımtıl rəngdə olduqda ətçəkən maşından buraxılır, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğrulur.
Kalpe
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Kalva
Kalva — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Kalva Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Qədim türk kökənli kəndidir. Kəndin adı türkcəmizdəki "kalafa" sözündəndir ki, ("kalafa" sözündəki "kala" dilimizdəki "çala" sözüdür) bu da "çala, çökək, dərə yer" anlamındadır. Qədim Kalva dərəyaxasında yerləşdiyinə görə kəndə bu ad verilib. Kəndin adı haqqında bir çox rəvayətlər mövcuddur. Ümumiyyətlə, kəndə qıraqdan baxanda onun coğrafi mövqeyinə görə çalada, çökəkdə yerləşdiyi aydınca görünür. == Tarixi == Bəzi məlumatlara görə Kalvanın ən azı 8–10 əsrlik tarixi var. Belə ki, əvvəllər Şamaxı rayonunun tərkibində olmuş Kalva kəndində hələ xanlıqlar, bəyliklər dövründə yaşayış olub.
Lalle
Lalle (fr. Lalley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38204. Kommunanın 2005-ci il üçün əhalisi 195 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 673 ilə 2045 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Malva
Əməköməci və ya Balba (lat. Malva) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Əməköməci bitkisi əməköməcilər fəsiləsinə mənsub olan bitkidir. Çiçəkləri bənövşəyidir, yarpaq qoltuğundan çıxır, salxım, bəzən də, tək-tək yerləşir. Yarpaqları dilimlidir. Meyvəsi qutucuqdur. Latınca adı: Malva. Əməköməci cinsinin Azərbaycanda 10 növü bitir, onlar əkin sahələrində, tarlalarda, bağlarda, meşə və yol kənarlarında, münbit torpaqlarda yabanı halda tapılmışdır. Gövdə və yarpaqları bişmiş və çiy halda yeyilir. Göyərti kimi xörəklərə qatılır, yaxşı bal verən bitkidir.
Salah
Salah — Qaraqoyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Tərsəçay sahilində, rayon mərkəzindən 15 km cənub-qərbdə meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənd. Kəndin əhalisinin əhəmiyyətli bir hissəsi 1950-ci ildə qonşu Göyərçin kəndindən köçüb gələnlərdir. Azərbaycanlı əhalisi 1905-ci ildə 39, 1914-cü ildə 64, 1931-ci ildə 112 nəfər olub. Salah kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Ağavnavank" olaraq dəyişdirilmişdir. Hazırda Tavuş marzına (vilayətinə) aid bir kənddir. == Tarixi == Salah kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı.
Salam
Salam (ibranicə שלום, ərəbcə سَلَام,) sülh və əmin-amanlıq deməkdir. Yəhudilər və Müsəlmanlar arasında görüşərkən istifadə olunan ifadədir. Bir çox türkdilli ölkələr tərəfindən də istifadə olunur. Yəhudilikdə "Salam" Allahın sifətlərindən biri kimi, İslamda Əs-Səlam Allahın adlarından biri kimi qəbul edilir və sülh, əmin-amanlıq bəxş edən mənasını daşıyır. Yəhudilər və Müsəlmanlar rastlaşdıqda, görüşdükdə biri digərinə "Salam" (Sülh üzərinizə olsun!) deməklə Allahdan ona salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyir. == Sözün tarixi == Sözün ilk zamanlar deyiliş forması "Salam" deyil, "Şalom" şəklində idi. . Zamanla bu söz ərəb dilinə keçmiş və nəticə etibarilə formasını dəyişərək günümüzdəki "Salam" şəklində tələffüz edilmişdir == Yəhudilərdə Salam == Yəhudilik inancın görə "Salam" çox önəmli yer tutur. Belə ki, onlar bir-birləri ilə görüşərkən bu sözdən istifadə edirlər. İncil yazılarına əsasən, İsa Məsih də öz şagirdlərinə "bir evə girən zaman o ev sakinlərinə "Sizə Salam Olsun!" deyin" deməsi diqqətə layiqdir.
Salar
Salarlar — Çin Xalq Respublikasında yaşayan Türk xalqlarından biri. Sayları 104.503 nəfərdir . == Din == Salırlar Sünni müsəlmanlarıdırlar, Hənafi-Məturudi məzhəbinə aiddirlər. Salırlar öz ənənəvi yaşayış yerlərindən də başqa böyük şəhərlərdə Döngən kimi tanınan müsəlman Çinlilərlə bir arada yaşayırlar. İslam təhsili Sanlanbahai bölgəsində Jiezi kəndində Gaizi Mişit adı verilən bir mədrəsədə alırlar.
Salat
Salat (it. Salato, Salata) — klassik reseptdə soyuq yemək, müxtəlif tərəvəz və meyvələrin (əsasən kahı, göbələk, kartof, xiyar, paxla) qarışığından, sirkə, bitki yağı, mayonez, xama, limon şirəsi, duz, istiot ədviyyatlar əlavə etməklə hazırlanır. Salata tez-tez müxtəlif göyərtilər: kişmiş, şüyüd, cəfəri, kərəviz, yaşıl soğan, sarımsaq və s. əlavə edilir. == Növləri == Salatın müxtəlif növləri vardır: Alman kartof salatı və ya kartoffelsalat— adından göründüyü bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar vardır; Fransız salatı — Fransa mətbəxinə aid salat növü; Kobb salatı — Amerikan mətbəxinə aid bu salat növü dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanır; Lab — Laos mətbəxinə məxsus salat növü; Leço — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır; Malaq salatı — İspaniya mətbəxinə məxsus salat növü; Mimoza salatı — daha çox bayramlarda düzəldilən salatdır; Miçiqan salatı — Miçiqanda, Detroytda (ABŞ) və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növüdür; Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növüdür; Tərəvəz salatı — müxtəlif tərəvəzlərdən hazırlanan salat növüdür; Oliviye salatı — bir çox Şərqi Avropa ölkələrində məşhur olan və bəzi ölkələrdə bu salat Rus salatı kimi tanınan Rusiya mətbəxinə aid ənənəvi salatdır; Valdorf salatı — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatıdır; Vineqret salatı — Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salatdır; Tabule — Levant ərəb salatıdır; Şop salatı — Şərqi Avropa mətbəxinə aid salat növüdür; Yunan salatı — yunan mətbəxinə aid salat növüdür; İngilis salatı — ingilis mətbəxi aid salat növüdür; Sezar salatı, yumurta salatı, toyuq salatı, çuğundur salatı, nar salatı və s. == Salatlar haqqında maraqlı məlumatlar == Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər. Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir. Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz. Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
Salavr
Salavr (fr. Salavre) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Saldo
Saldo (it. saldo - hesablaşma, əvəzini çıxma) — müəyyən dövrdə pul daxilolmaları (gəlirləri) ilə xərcləri arasında fərqdir. == Növləri == === Mühasibat Uçotunda === Mühasibat Uçotunda - mühasibat hesabları (sintetik və analitik) üzrə hər ayın sonunda müəyyən edilən debet dövriyyəsi ilə kredit dövriyyəsi arasındakı fərqdir. === Tədiyə Balansında === Tədiyə Balansında - müəyyən ölkənin rezidentlərinin ixracının və İdxalının dəyər qiymətləndirilməsi (ticarət balansının saldosu) və ya onların xarici tədiyələri ilə daxilolmalan arasında fərqdir (tədiyə balansı saldosu). === Demoqrafiyada === Demoqrafiyada miqrasiya saldosu - müəyyən dövr ərzində ölkənin ərazisinə gələn (yerləşən) və ölkənin ərazisindən gedən insanların sayı arasında fərqdir. === Milli hesablar statistikasında === Milli hesablar statistikasında - yenidən bölgü saldosu hər hansı bir şəxs (iqtisadiyyatın sahə və ya sferası) üçün milli gəlirin yenidən bölgüsünün nəticəsi, bu prosesin gedişində onların əldə etdiyi gəlirlərlə sərf olunmuş xərclər arasında fərqdir.
Saleh
== Saleh peyğəmbər == Saleh peyğəmbər Səmud qövmündə yaşayırdı, amma onlardan deyildi. Səmud qövmü Nuh peyğəmbərin kötücəsi Səmud ibni Amirin və ya, Səmud ibn Adın övladları hesab olunur. Saleh peyğəmbərin də Səmudun nəslindən olduğu iddia olunur. Səmud qövmü Hicazla Şam arasında yerləşən Həcər adlı bir dövlətdə yaşayırdılar. Səmud qövmünün orada qalıb məskunlaşması barədə aşağıdakı fikirlər mövcuddur: Onlar yəhudilərdən olan bir tayfa idilər və Fələstin deyilən yerə gedib orada məskunlaşmışdılar, Onlar Fərat çayının qərbindən köçüb gələn Əmaqilə adlı tayfadandırlar, Misirin Əmaqilə tayfasından olmuş və Misir sultanı Əhməs tərəfindən qovulublar, Onlar Ad qövmünün qalıqları idi və dövlətləri də o qövmün istismar etdiyi dövlətlərdən idi. Sonuncu fikir Quran ayələrinə daha uyğundur. == Səmud qövmünün mədəniyyəti == Quran ayələrindən Səmud qövmünün çox mədəni bir xalq olduğu anlaşılır: "Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmliklə ömür sürəcəksiniz?) Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?" Həmçinin ayələrdən onların əsas məşğuliyyətinin əkinçilik, çeşmələr çəkmək, xurma ağacları yetişdirmək olduğu və güzəranlarının xoş və rahat keçdiyi anlaşılır. Təbərsi Şüəra surəsinin bu ayələrinin təfsirində İbni Abbasdan nəql edir ki, Səmud qövmü yayda və hava mülayim olanda düzənliklərdə özlərinə evlər tikirdilər. Amma, qış gəldikdə isə dağları yarıb evlər yonurdular ki, daha möhkəm və daha isti olsun.
Salem
Salem — Brannon Braqa və Adam Saymon tərəfindən 17-ci əsrdə baş vermiş real Salem əcinnələri haqqında yaradılmış Amerikan fövqəltəbii qorxu teleserialıdır. Baş qəhrəman Meri Sibli (Canet Montqomeri) Salemdəki cadugarları eləcədə şəhəri idarə edən güclü cadugardır. Problemlər uzun illər əvvəl yoxa çıxmış sevgilisi Con Aldenin (Şeyn Vest) şəhərə geri qayıtması ilə başlayır. Bu qayıdış Merinin Salem ilə bağlı planlarında da çətinliklər yaradır. Serial həmçinin qotik romatizmi də nümayiş etdirir. Serial 20 aprel 2014-cü ildə WGN America kanalında yayımlanmağa başladı. Nümayişə başladığı vaxtda reytinq toplaya bilən serial həmçinin kanalın ilk orijinal lahiyəsidir. Bu serial kanalın ilk və uğurlu işi olduğu üçün kanal serialı 15 may 2014-cü ildə ikinci mövsüm üçün yeniləndi. Üçüncü mövsümün sifarişi 11 iyul 2015-ci ildə edildi və premyerası 2 noyabr 2016-cı ildə baş tutdu. 13 dekabr 2016-cı ildə WGN-in serialı ləğv etdiyi bildirildi və final seria 25 yanvar 2017-ci ildə yayımlandı.
Salfet
Salfet (fr. serviette) — yemək zamanı istifadə olunan süfrə aksesuarı == Tarixi == Salfetlərdən istifadə hələ orta əsrlərdə mövcud idi. İnsanlar yemək zamanı salfet kimi işlətdikləri dəsmalları sol çiyinlərinə asırdılar. Kağız salfetlərdən istifadə olunması XIX əsrin ortalarına təsadüf edir. Süfrədə ipək əl dəsmalları ilə yanaşı, kağız dəsmallarda olmalıdır. Bir neçə sadə hərəkətlə adi salfetlərə çox görkəm vermək olar ki, bu da süfrəni daha maraqlı göstərir.
Salik
Salik qanunu (lat. lex Salica) — Güman olunduğu kimi, salik franklarının 6 əsrin əvvəlində, yəni hələ Xlodviqin sağlığında ikən onun göstərişi ilə yazıya alınmış məhkəmə adətlərinin toplusudur. Başqa barbar qaydalarına nisbətən Roma təsiri burada qat-qat azdır və özü də, başlıca olaraq, zahiri əlamətlərdən -latın dilində yazılmasında, cərimələrin Qədim Roma pul vahidləri ilə alınmasında özünü göstərir. Salik qanunu franklarda hələ işğala qədər mövcud olmuş qədim İbtidai-icma quruluşu qaydalarını az-çox məlumatlar -əmlak və ictimai bərabərsizliyin, daşınan əmlak üzərində xüsusi mülkiyətin, torpağa irsi hüququn və nəhayət, dövlətin meydana gəlməsi haqqında da məlumatlar tapılır. 6–9-cu əsrlər ərzində frank kralları "Salik qanunu"na təkrarən əlavələr etmişdilər. Buna görə də o nisbətən sonrakı dövrlərin qaynaqları ilə birlikdə frank cəmiyətinin ibtidai icma quruluşundan feodalizmə doğru sonrakı təkamülünü də izləmək imkanı verir. Tasitin təsvir etdiyi qədim almanlara nisbətən franklarda təsərrüfatın inkişaf səviyyəsi xeyli yüksək idi. Bu dövrlərdə franklarda daşınan əmlak üzərində tamamilə inkişaf etmiş xüsusi mülkiyyət var idi. Bunu, məsələn, Salik qaydasının taxıl, mal-qara, ev quşları, qayıq, balıq toru oğurluğuna qarşı müəyyən etdiyi yüksək cərimələr təsdiq edirdi. Lakin həyətyanı sahələrdən başqa, torpaq üzərində xüsusi mülkiyət Salik qaydalarına məlum deyildi.
Spilanthes calva var. calva
Acmella paniculata (lat. Acmella paniculata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Acmella paniculata f. calva J.Kost. Acmella paniculata f. paniculata Spilanthes acmella var. albescentifolia A.H.Moore Spilanthes acmella var. paniculata (Wall. ex DC.) C.B.Clarke Spilanthes acmella var. paniculata (Wall.