Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amsterdam sazişi
Amsterdam müqaviləsi — 1997-ci il 2 oktyabr tarixində Avropa Parlamentinin sədri Xose Mariya Gil-Roblesin iştirakı ilə Niderland Krallığının Amsterdam şəhərində imzalanıb. Müqavilə 1999-cu ildə bütün üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə minib. 1999-cu ilin may ayında qüvvəyə minməsi ilə Avropa İttifaqının qərar qəbulu proseduru sadələşdirilmiş və əhatə dairəsi genişləndirilmişdir. Amsterdam müqaviləsi Maastrix müqaviləsinin maddələrini şərh etməklə yanaşı, müqavilədəki əsaslı dəyişikliklər həm də Aİ-ni gələcək genişlənmə prosesinə hazırlamaq məqsədi daşıyırdı. Müqavilədən qazanclı çıxan əsas Avropa İttifaqı orqanı Parlament oldu. Belə ki, artıq Avropa Parlamenti Avropa Komissiyasının prezidentinin təyin etmək hüququ var idi. Maastrix müqaviləsi ilə yaradılmış "3 sütün sistemi"nin (eng: three pillars system) 3-cü sütunundakı bir çox məsələlərə düzəlişlər edilmişdi. Həmçinin Avropa İttifaqı vətəndaşlığı da əsas müzakirə mövzularından biri idi. Amsterdam müqaviləsinin gətirdiyi əsas yenilik isə Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə (eng: High Representative for CFSP) vəzifəsinin yaradılması oldu. İlk Ali Nümayəndə Xovier Solama idi.
Balkan sazişi
Balkan sazişi — 1934-cü ilin 9 fevralında Afinada Türkiyə, Yunanıstan, Rumıniya, Yuqoslaviya arasında imzalanıb. 1933`dən sonra Almaniya da Nasist partiyası nın hakimiyyətə gəlməsi, İtaliya nın Ağ dəniz də və Balkanlar da ərazilərini genişləndirmək istəməsi və Avropa dövlətlərinin silahlanma yarışına girməsi sülh üçün təhlükə yaradırdı. Türkiyə təhlükəsizliyini qorumaq məqsədilə 1933-cü ildə bu 3 ölkə ilə ayrı ayrılıqda saziş bağlamışdı. Lakin 1934-cü ilin 9 fevralı İtaliya və Almaniya təhlükəsi qarşında qalan bu 4 Balkan dövləti Afina da saziş bağlayır. Bu sazişə görə Balkan ölkələri bir-birilərinin ərazi bütövlüyünə hörmət edəcəkdilər. İkinci dünya müharibəsi ndən sonra şərtlərin dəyişməsindən sonra bu saziş əhəmiyyətini itirir.
Belovejsk sazişi
Belovej razılığı (rus. Беловежские соглашения) — 8 dekabr 1991 tarixdə Sovet Sosialist Respublikaları İttifaqının ləğv edilməsi barədə RSFSR, Belorusiya və Ukrayna tərəfindən imzalanmış saziş. Onlar burada Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasını elan etdilər. Hüquqi baxımdan bu müqavilə etibarsız hesab edilməlidir. Çünki SSRİ konstitusiyasının göstərişinə görə İttifaqın beynəlxalq hüququn subyektliyini itirməsinə, yəni ləğv edilməsinə yalnız ümumxalq səsverməsi (referendum) vasitəsilə birbaşa xalq qərar verməli idi (hərçənd ki, bir qədər əvvəl xalq bunu etmişdi. Referendumda sovet vətəndaşlarının 74 faizindən çoxu SSRİ-nin qalmasına səs vermişdi). Lakin B. Yeltsin, L. Kravçuk və S. Şuşkeviç Sovet İttifaqının digər subyektlərinin rəyini nəzərə almadan, bununla belə SSRİ Konstitusiyasının normalarını kobud surətdə pozmaqla səlahiyyətləri olmadıqları halda bu qeyri-hüquqi müqaviləni imzaladılar. Onu da qeyd etmək lazımdır ki, bu müqavilənin əsli "itirilmişdir". Heç bir dövlətin arxivində yoxdur. Ona görə də bu müqavilənin şərtləri haqqında detallı məlumat yoxdur.
Deyton sazişi
Deyton sazişi (Güc diplomatiyası) — keçmiş Yuqoslaviya ərazisində 1991–1995-ci illər arası Bosniyada vətəndaş müharibəsi, həmçinin Xorvatiya müharibəsinə son qoyan sazişdir. ABŞ-nin Deyton şəhərində 1995-ci ilin noyabrında razılaşdırıldıqdan sonra 14 dekabr 1995-ci ildə Parisdə bosniyalıların lideri Aliya İzzetbeqoviç, Serbiyanın prezidenti Slobodan Miloşeviç və Xorvatiyanın rəhbəri Franyo Tudcman tərəfindən imzalanmışdır. == ABŞ-nin təsiri == Sülh danışıqları ABŞ-nin aktiv iştirakı ilə keçirdi. Bəzi mənbələrin iddiasına görə ABŞ keçmiş Yuqoslaviya ərazisində olan münaqişələrdə adətən anti-serb mövqeyindən çıxış edirdi. ABŞ bosniya-xorvat federasiyasının yaradılmasını təklif edirdi. Elə ABŞ-nin təqidi ildə 1994-cü ilin martında, Vaşinqton və Vyanada Bosniya və Herseqovina Respublikasının baş naziri Haris Silaydic, Xorvatiyanın xarici işlər naziri Mate Qraniç və Herseq-Bosnanın prezidenti Kreşir Zubak tərəfindən xorvat-boşnak münaqişəsini sona bitməsi haqda saziş imzalamaşdılar. Bosniya serbləri bu razılaşmaya qoşulmaqdan imtina etmişdirlər. Deyton sazişinin imzalanması ərəfəsində avqust-sentyabr aylarında NATO aviasiyası bosniya serblərinə qarşı "Düşünülmüş güc" əməliyyatı keçirir. Bu əməliyyat haradasa serb hücumunun qarşısını alır və üstünlüyü boşnak-xorvat qoşunlarına verir. Deyton danışıqları bir sıra ölkələrin bir-başa iştirakı ilə keçirdi.
Lozanna sazişi
Lozanna müqaviləsi — 1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan müqavilə. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı. Birinci dünya müharibəsini məğlub bitirənlər arasında olan Osmanlı Türkiyəsi faktiki olaraq suverenliyini itirmişdi. 1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış Sevr müqaviləsinə əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan iddiası ləğv edilmişdi. Amma Yunanıstandan başqa, heç bir dövlətin müqavilənin şərtlərini tanımaması "Lozanna" konfransının çağırılmasına səbəb oldu. 8 ay davam edən mübahisələrdən sonra nəhayət 1923-cü il iyulun 24-də tarixi "Lozanna" müqaviləsi bağlandı. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi.
Maastrix sazişi
Maastrixt sazişi — Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir. Bu sazişə əsasən Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəçiliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilir. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət ədliyyə və daxili işlər. Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransada keçirilən referendumda fransızların yalnız 51.05%-i sənədin qəbulunun lehinə səs verir.Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir. Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.
Maastrixt sazişi
Maastrixt sazişi — Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir. Bu sazişə əsasən Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəçiliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilir. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət ədliyyə və daxili işlər. Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransada keçirilən referendumda fransızların yalnız 51.05%-i sənədin qəbulunun lehinə səs verir.Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir. Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.
Münhen sazişi
Münxen sazişi — İngiltərə, Fransa, İtaliya və Almaniya başçıları arasında (Hitler, Mussolini, Çemberlen və Daladye) Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan 29-30 sentyabr 1938-ci il tarixli saziş. Münxen konfransı Qərbin liberal-demokrat dövlətlərinin təcavüzkarı "sakitləşdirmək", "şirnikləndirmək" və "qarışmamaq" siyasətlərinə parlaq nümunə idi. Münxen toplantısında dörd dövlət İngiltərə, Fransa, İtaliya və Almaniya təcavüzkarları "sakitləşdirmək" və Şərqə tərəf "şirnikləndirmək" mövqeyini tutdular. Onlar Çexoslovakiyanı parçalamaq qərarını qəbul etdilər, bu ölkənin rəyini soruşmadan, hətta onun nümayəndəsini belə konfransa dəvət etmədən Sudet vilayətini Almaniyaya güzəştə getmək sazişini imzaladılar. "Münxen siyasəti" nəticəsində Mərkəzi Avropada vəziyyət kökündən dəyişdi. Almaniya strateji mövqeyini xeyli möhkəmləndirdi. Fransa və Böyük Britaniya isə beynəlxalq mövqelərini zəiflətdilər.
Nankin sazişi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840–1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Nitsa sazişi
Nitsa sazişi və ya Nitsa müqaviləsi — 2001-ci ildə Fransanın Nitsa şəhərində Avropa Parlamentinin sədri Nikol Fontenin iştirakı Avropa İttifaqı Şurasının görüşündə dövlət və hökumət başçıları tərəfindən imzalanıb. İrlandiyalı seçicilər ilk referendumdan sonra müqaviləni imzalamaqdan imtina etsələr, 2002-ci ildə II referendumdan sonra müqaviləyə razılıq verdilər. Nitsa müqaviləsi 2003-cü ildə üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə mindi. Müqaviləyə əsasən Aİ-nin vahid valyutası olan avronu və eyni zamanda 3 sütunlu idarə sistemini yaradan Maastrix müqaviləsinə, həmçinin Avropa İqtisadi Cəmiyyətinin və Avropa Atom Birliyinin əsasını qoyan Roma müqavilələrinə dəyişikliklər edildi. Nitsa müqaviləsinin əsas məqsədi Avropa İttifaqı institutlarını genişləmə prosesinə hazırlamaq idi. Nitsa Müqaviləsi ilə Parlamentin qanunvericilik və nəzarət səlahiyyətləri artırılır və ixtisaslı səs çoxluğu Şura daxilində daha çox sahəyə şamil edilir.
Xilasetmə Sazişi
Astronavtların xilasedilməsi, Astronavtların və kosmosa buraxılmış nəqliyyat vasitələrinin qaytarılması haqqında saziş və ya digər adı ilə Xilasetmə müqaviləsi olaraq da bilinən kosmosa göndərilən insanların xilası üçün ölkələrə dörd hüquq və öhdəlik gətirən beynəlxalq müqavilədir. Müqavilə 19 dekabr 1967-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (2345 saylı qətnamə (XXII)) konsensusla yaradılmış və 3 fevral 1968-ci ildə qüvvəyə minmişdir. Razılaşmanın şərtləri 1967-ci il tarixli Xarici Kosmik Müqavilənin 5-ci maddəsində yer alan xilasetmə müddəalarının detallı versiyasıdır.
Soçi sazişi
Soçi sazişi, rəsmi olaraq "Gürcüstan–Osetiya münaqişəsinin sülh yolu ilə həlli prinsipləri haqqında saziş" (rus. Соглашение о принципах мирного урегулирования грузино-осетинского конфликта) və ya Daqomıs sazişləri (gürc. დაგომისის შეთანხმება) — 24 iyun 1992-ci ildə Rusiya Prezidenti Boris Yeltsin və Dövlət Şurasının sədri (Gürcüstanın dövlət başçısı) Eduard Şevardnadze tərəfindən Rusiyanın Soçi şəhərində imzalanmış sənəd. Müqavilənin əsas müddəaları: Qarşı tərəflər atəşi dayandırmağa və silahlı birləşmələrini təmas zonasından çıxarmağa söz verirlər; Rusiya Cənubi Osetiyadan orada yerləşən mühəndis-istehkamçı və helikopter alaylarını çıxarmağı öhdəsinə götürür; Atəşkəs rejiminə, silahlı birləşmələrin çıxarılmasına, özünümüdafiə qüvvələrinin buraxılmasına və təmas zonasında təhlükəsizliyin təmin edilməsinə nəzarəti həyata keçirməli olan Qarışıq Nəzarət Komissiyası (QCC) yaradılır; Birgə Nəzarət Komissiyası hərbi müşahidəçi qruplarına və Qarışıq Sülhməramlı Qüvvəyə tabedir; Tərəflər regionun iqtisadi dirçəlişi və məcburi köçkünlərin geri qayıtması üçün şəraitin yaradılması üzrə dərhal danışıqlara başlamağa söz verirlər. Blokadaların və iqtisadi sanksiyaların tətbiqi qəbuledilməz elan edilir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) atəşkəs rejiminə nəzarət etmək və danışıqları asanlaşdırmaq barədə razılığa gəlmişdi. ATƏT gərginlik mənbələrini aradan qaldırmağa, mövcud atəşkəsi dəstəkləməyə və uzunmüddətli uyğunsuzluğu aradan qaldırmaq üçün daha geniş siyasi çərçivəni asanlaşdırmağa çalışmışdır. Müqavilənin müddəaları faktiki olaraq, 2008-ci ilin avqustunda Gürcüstanda baş verən müharibədən sonra öz qüvvələrini itirmiş və bu zaman kobud şəkildə pozulmuşdur.
Münxen sazişi
Münxen sazişi — İngiltərə, Fransa, İtaliya və Almaniya başçıları arasında (Hitler, Mussolini, Çemberlen və Daladye) Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan 29-30 sentyabr 1938-ci il tarixli saziş. Münxen konfransı Qərbin liberal-demokrat dövlətlərinin təcavüzkarı "sakitləşdirmək", "şirnikləndirmək" və "qarışmamaq" siyasətlərinə parlaq nümunə idi. Münxen toplantısında dörd dövlət İngiltərə, Fransa, İtaliya və Almaniya təcavüzkarları "sakitləşdirmək" və Şərqə tərəf "şirnikləndirmək" mövqeyini tutdular. Onlar Çexoslovakiyanı parçalamaq qərarını qəbul etdilər, bu ölkənin rəyini soruşmadan, hətta onun nümayəndəsini belə konfransa dəvət etmədən Sudet vilayətini Almaniyaya güzəştə getmək sazişini imzaladılar. "Münxen siyasəti" nəticəsində Mərkəzi Avropada vəziyyət kökündən dəyişdi. Almaniya strateji mövqeyini xeyli möhkəmləndirdi. Fransa və Böyük Britaniya isə beynəlxalq mövqelərini zəiflətdilər.
123 Sazişi
123 Sazişi, Saziş 123 və ya 123 saylı Nüvə Razılaşması — ABŞ-nin 1954-cü il Atom Enerjisi Aktının "Başqa Millətlərlə Əməkdaşlıq" başlıqlı 123-cü Maddəsi. ABŞ və hər hansı digər dövlət arasında nüvə sazişləri üçün ilkin şərt kimi əməkdaşlıq müqaviləsidir. Bu günə qədər ABŞ 48 ölkə ilə təxminən iyirmi üç saziş imzalayıb. Obama administrasiyası tərəfindən 2009-cu ildə Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmış 123 müqavilə 123 Sazişinin "qızıl standartı" adlandırılır.
Centlmen sazişi
Centlmen sazişi və ya centlmen müqaviləsi iki və ya daha çox tərəf arasında qeyri-rəsmi və hüquqi cəhətdən məcburi element daşımayan müqavilədir. O, adətən şifahi olur, lakin həm də yazılı və ya sadəcə olaraq konvensiya və ya qarşılıqlı faydalı etiket vasitəsilə açıqlanmayan razılaşmanın bir hissəsi kimi başa düşülə bilər. Centlmen sazişinin mahiyyəti ondan ibarətdir ki, onun yerinə yetirilməsi üçün hər hansı bir güc tətbiqi nəticəsində icra olunmağa deyil, tərəflərin şərəfinə əsaslanır. Bu, hüquqi saziş və ya müqavilədən fərqlidir. === Beynəlxalq münasibətlərdə === Qərb Sahilində güclü anti-yapon əhval-ruhiyyəsi yarandıqdan sonra ABŞ prezidenti Teodor Ruzvelt Çin immiqrasiyasında olduğu kimi Yaponiyanın ABŞ-yə immiqrasiyasını qadağan edən qanunvericiliyi dəstəkləməklə Yaponiyanı qəzəbləndirmək istəmədi. Əvəzində ABŞ və Yaponiya arasında qeyri-rəsmi "Centlmen müqaviləsi" (1907–8) və müvafiq qeyri-rəsmi Xanımlar Müqaviləsi var idi ki, bununla da Yaponiya ABŞ-yə çox az və ya heç bir hərəkət olmadığından əmin oldu. Razılaşmaları ABŞ dövlət katibi Eliu Rut və Yaponiyanın xarici işlər naziri Tadasu Hayaşi imzalayıb. Müqavilə yapon işçilərinin ABŞ-yə mühacirətini qadağan etdi və yaponları aşağılayan və qəzəbləndirən Kaliforniyadakı San-Fransisko Məktəbi Şurasının seqreqasiya qaydasını ləğv etdi. Müqavilə Havay ərazisinə şamil edilməyib. Konqres Yaponiyadan bütün immiqrasiyanı qadağan edən 1924-cü ilə qədər müqavilələr qüvvədə qaldı.
Nişi-Rozen sazişi
Nişi-Rozen sazişi (西・ローゼン協定, Nişi-Rozen Kyotey) – 25 aprel 1898-ci ildə Yaponiya ilə Rusiya arasında Koreya barədə imzalanmış saziş. Saziş Rusiya naziri Roman Romanoviç Rozen və Yaponiya xarici işlər naziri Nişi Tokuciro tərəfindən imzalanmışdır. Yaponiya ilə Rusiya Koreya yarımadası üçün rəqabət içərisində idilər. Bu rəqabət 1895-ci ildə başa çatan Yaponiya-Çin müharibəsindən sonra daha da kəskinləşmişdir. Üçlər müdaxiləsindən sonra Yaponiyanı sakitləşdirmək istəyən Rusiya Koreya məsələsində bir sıra güzəştlərə getmək qərarına gəlmişdir. Sazişə əsasən iki ölkə də Koreyanın daxili işlərindən uzaq qalmalı, Koreya üçün hərbi qüvvə və maddi yardım göndərərkən bir-birilərinin təsdiqini almalı idi. Rusiya Yaponiyanın Koreyadakı ticarət və sənaye fəaliyyətlərinə qarışmayacağı barədə söz vermişdir. Saziş iki tərəfi də məmnun etmişdir. Rusiya Yaponiyanın Koreyadakı təsirini, Yaponiya isə Rusiyanın Mancuriyadakı təsirini tanımışdır. Yamaqata-Lobanov sazişi Kodansha Encyclopedia of Japan (ingiliscə).
Paris sazişi (2015)
Paris sazişi — BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına əsasən 2020-ci ildən atmosferdəki karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən bir razılaşma. Razılaşma, Paris İqlim Konfransı zamanı Kioto protokolunun əvəzinə hazırlanmış və 12 dekabr 2015-ci ildə konsensusla qəbul edilmiş və 22 aprel 2016-cı ildə imzalanmışdır. Konfransın aparıcısı, Fransa Xarici İşlər Naziri Loran Fabius, bu "iddialı və balanslı" planın qlobal istiləşmənin yavaşlaması yolunda "tarixi bir dönüş nöqtəsi" olduğunu söylədi. Razılaşmanın məqsədi (2-ci maddəyə görə) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının "tətbiqini artırmaq", xüsusən qlobal orta temperatur artımını 2 °C-dən "çox aşağıda" saxlamaq və məhdudlaşdırmaq üçün "səy göstərmək" temperatur 1,5 °C-yə yüksəlir. Razılığa gələn tərəflər СО2 emissiyalarının zirvəsinə "ən qısa müddətdə" çatmalı olduqlarını elan etdilər. İştirakçı ölkələr elan olunmuş ümumi hədəfə çatmaq üçün verdikləri töhfələri fərdi qaydada müəyyənləşdirir və hər beş ildən bir yenidən nəzərdən keçirirlər. Saziş, hazırda təklif olunan milli töhfələrin qeyri-adekvatlığına və yenidən işləndikcə "həvəs" və "irəliləməyə" istinad edilir. İstər milli hədəflərin elan edilməsi ilə əlaqədar, istərsə də onlara çatmaq öhdəliyini təmin etmək üçün heç bir icra mexanizmi nəzərdə tutulmayıb. Müasir elmi konsepsiyalara görə, müəyyən bir istiləşmə həddi və onu aşmamaq ehtimalı ilə birlikdə mövcud emissiya büdcəsinin ölçüsünü, yəni gələcək ümumi СО2 emissiyalarını təyin edir. İqlim modelləşdirməsi göstərir ki, XXI əsrdə 2 °C ehtimalının ən azı 50% -i əldə edilə bilmək ərəfəsindədir və 1,5 °C-lik ehtimalın 80%-i üçün emissiya büdcəsi sıfırdır.
Says-Piko sazişi
Says-Piko sazişi — Britaniya imperiyası ilə Fransa arasında Osmanlı imperiyası tabeliyində olan Yaxın Şərq ərazisində təsir dairələrinin bölüşdürülməsinə dair müqavilə. Müharibənin başlanmasından az sonra gələcək qənimətlərin bölünməsi haqda məsələ Antanta dövlətlərinin əsas müzakirə mövzusu oldu. 1914-cü ilin sentyabrın 5-də Rusiya,İngiltərə və Fransa arasında saziş bağlandı.Tərəflər aşağıdakı öhdəlikəri götürürdülər: Müharibə gedişində separat sülh bağlamamaq. Sülh şərtlərinin müzakirə edilməsi vaxtı çatdıqda müttəfiqlərlə razılaşmadan sülh şərtlərini irəli sürməmək. 1914-cü il sentyabrın 14-də səfirlər gələcək sülhün əsas məqamlarını müəyyən etdilər.Bu proqramda alman imperiyasının və onun müttəfiqlərinin darmadağın edilməsi nəzərdə tutulurdu.Onun məzmunu aşağıdakılardan ibarət idi. Nemanın aşağı hissəsinin,Şərqi Qalisiyanın Rusiyaya birləşdirilməsi.Ponanın,Sileziyanın və Qərbi Qalisiyanın qatılması. Elzas-Lotaringiyanın Fransaya qaytarılması,Reyn vilayətinin bir hissəsinin və Palatinatın ona keçməsi. Alman ərazisi hesabına belçikanın xeyli genişləndirilməsi Şlezviq-Qolşteynin Daniyaya qaytarılması Hannovar krallığının bərpa edilməsi Avstriya-Macarıstanın 3 müstəqil monarxiyaya-Avstriya,Çexiya və Macarıstan monarxiyalarına bölünməsi. Bosniyanın,Hersoqovinanın,Dalmasiyanın və Şimali Albaniyanın Serbiyaya verilməsi. Serb Makedoniyası hesabına Bolqarıstanın mükafatlandırılması və Cənubi Albaniyanın Yunanıstana birləşdirilməsi.
Says piko sazişi
Says-Piko sazişi — Britaniya imperiyası ilə Fransa arasında Osmanlı imperiyası tabeliyində olan Yaxın Şərq ərazisində təsir dairələrinin bölüşdürülməsinə dair müqavilə. Müharibənin başlanmasından az sonra gələcək qənimətlərin bölünməsi haqda məsələ Antanta dövlətlərinin əsas müzakirə mövzusu oldu. 1914-cü ilin sentyabrın 5-də Rusiya,İngiltərə və Fransa arasında saziş bağlandı.Tərəflər aşağıdakı öhdəlikəri götürürdülər: Müharibə gedişində separat sülh bağlamamaq. Sülh şərtlərinin müzakirə edilməsi vaxtı çatdıqda müttəfiqlərlə razılaşmadan sülh şərtlərini irəli sürməmək. 1914-cü il sentyabrın 14-də səfirlər gələcək sülhün əsas məqamlarını müəyyən etdilər.Bu proqramda alman imperiyasının və onun müttəfiqlərinin darmadağın edilməsi nəzərdə tutulurdu.Onun məzmunu aşağıdakılardan ibarət idi. Nemanın aşağı hissəsinin,Şərqi Qalisiyanın Rusiyaya birləşdirilməsi.Ponanın,Sileziyanın və Qərbi Qalisiyanın qatılması. Elzas-Lotaringiyanın Fransaya qaytarılması,Reyn vilayətinin bir hissəsinin və Palatinatın ona keçməsi. Alman ərazisi hesabına belçikanın xeyli genişləndirilməsi Şlezviq-Qolşteynin Daniyaya qaytarılması Hannovar krallığının bərpa edilməsi Avstriya-Macarıstanın 3 müstəqil monarxiyaya-Avstriya,Çexiya və Macarıstan monarxiyalarına bölünməsi. Bosniyanın,Hersoqovinanın,Dalmasiyanın və Şimali Albaniyanın Serbiyaya verilməsi. Serb Makedoniyası hesabına Bolqarıstanın mükafatlandırılması və Cənubi Albaniyanın Yunanıstana birləşdirilməsi.
Soçi sazişi (2019)
İkinci Şimali Suriya Bufer Zonası, həmçinin Soçi sazişi və ya Soçi razılaşması (türk. Soçi Mutabakatı, rus. Сочинское соглашение) — Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələri (TSQ) ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında bufer zona. Bu, 2019-cu ildə Türkiyənin Suriyanın şimal-şərqinə hücumu zamanı Rusiya və Türkiyə prezidentləri tərəfindən 22 oktyabr 2019-cu ildə Rusiyanın Soçi şəhərində imzalanmış anlaşma memorandumu əsasında yaradılmışdır. Regionun böyük hissəsi Suriya Ordusu və Rusiya Hərbi Polisi, bir hissəsi isə TSQ tərəfindən idarə olunur. Razılaşma Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 22 oktyabr 2019-cu ildə Rusiyanın Soçi şəhərində keçirilən diplomatik zirvə görüşündə müzakirə edilmişdir. Müqavilə üzrə danışıqların yekunlaşdırılması altı saat yarım çəkmişdir. Aparılan danışıqlardan sonra əldə edilən anlaşma memorandumuna əsasən, Suriyanın şimalında İkinci Şimali Suriya Bufer Zonası regionda davam edən münaqişəni sona çatdırmaq məqsədilə bufer zona kimi formalaşdırılmışdır.
Azərbaycan-Ermənistan sazişi
Azərbaycan–Ermənistan sazişi və ya Zəngəzur qəzası ilə bağlı Ermənistan və Azərbaycan arasında imzalanmış razılaşma — 23 noyabr 1919-cu ildə Tiflis şəhərində Ermənistan və Azərbaycan respublikaları arasında ABŞ nümayəndəsi Ceyms Reyin vasitəçiliyi ilə imzalanmış sülh müqaviləsi nəzərdə tutulur. Sülh müqaviləsi Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun Zəngəzurda qırğınlar həyata keçirən və bölgəni öz əlində saxlayan erməni silahlı dəstələrinə qarşı uğursuz hərbi hücumundan sonra reallaşdı. Hücümün bir məqasədi də Naxçıvan azərbaycanlıları ilə birbaşa əlaqə qurmaq və onları ermənilərə qarşı dəstəkləmək idi. Sülh müqavilə imzalansa da, hərbi münaqişənin qarşısını bir dəfəlik almaq mümkün olmadı. Zəngəzurda azərbaycanlılara qarşı davam edən qırğınlara görə 1920-ci ilin martında hərbi əməliyyatlar yenidən bərpa edildi və Qarabağda ermənilərin üsyanı başladı. Lakin aprel ayında Azərbaycan bolşevik qüvvələri tərəfindən ələ keçirildi. == Zəmin == 1918-ci ildə Rusiya imperiyasının dağılmasından sonra formalaşan Ermənistan və Azərbaycan respublikaları öz aralarındakı ərazi münaqişələrinə görə 2 il müddətinə davam edəcək hərbi münaqişəyə başladılar. Mübahisə mövzusu olan ərazilər Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsi idi. Naxçıvan Osmanlı imperiyasının Cənubi Qafqaza etdiyi hərbi kompaniya zamanı ələ keçirilmişdi, lakin onların geri çəkilməsindən sonra Azərbaycan türklərinin hakim olduğu Araz Türk Cümhuriyyəti yaradıldı. Araz Türk Cümhuriyyəti iki ay nmövcud olduqdan sonra 1919-cu ilin may ayında ingilis-erməni birləşmələri onu sonlandırdılar və bölgədə ingilislərin yardımı ilə erməni hakimiyyəti quruldu.
Britaniya-İtaliya sazişi
İngiltərə-İtaliya sazişi — Cənubi Qafqazda ingilis ordusu mövqelərinin İtaliya ordusuna verilməsi haqqında saziş (1919, mart). == Tarixi == İtalyanların Qafqaza cəlb edilməsi ideyası ilk dəfə 1919-cu ilin martında ingilislər tərəfindən irəli sürülmüşdü. B.Britaniya hökuməti bəyan etmişdi ki, ingilislərin Qafqazdakı missiyası müvəqqəti xarakter daşıyır; onlar Qafqaz problemlərinin Paris Sülh Konfransı tərəfindən həllinədək regionda asayişi qoruyub saxlamaq üçün gəlmişlər; ingilislər üçün aydın idi ki, Qafqazın (o cümlədən Azərbaycanın) ingilis imperiyasına qatılması mümkünsüzdür; imperiyanın hüdudlarının genişləndirilməsinə deyil, yeni işğal olunan ərazilərin əldə saxlanmasına üstünlük verilməlidir; Qafqaz xalqlarının münasibətlərindəki gərginlik onların idarəçiliyini çətinləşdirər; ABŞ ilə Fransanın regiona buraxılmalarına və orada möhkəmlənmələrinə şərait yaradılması arzuolunmaz və yolverilməzdir. Buna görə də ingilis qoşunları İtaliya hərbi hissələri ilə əvəzlənməlidirlər. Yalnız bu cür əvəzlənmə İngiltərənin maraqları və Yaxın şərqdəki qüvvələr tarazlığı baxımından ingilislər üçün sərfəlidir. İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın Şərqdəki mövcud qüvvələr nisbətini pozmurdu. Digər tərəfdən, bununla İtaliyanın Paris Sülh Konfransından narazılığı da bir qədər aradan qaldırılırdı. İlk dövrlərdə Qafqaz barəsində ingilislərlə italyanlar arasında gizli aparılan danışıqlar İtaliya hökumətinin Qafqazla bağlı həm siyasi, həm də iqtisadi marağının olduğunu üzə çıxardı. Digər Avropa rəhbərləri kimi, İtaliyanın baş naziri Orlando da ermənipərəst siyasi xadim idi. Hətta o, dünya müharibəsi başa çatdıqda, Ermənistanın müstəqilliyini müdafiə edərək bildirmişdi: == Şərtləri == İngiltərə-İtaliya danışıqları 1919-cu il martın 24-də Baş qərargahlar səviyyəsində ilkin sazişin imzalanması ilə nəticələndi.
İngiltərə-İtaliya sazişi
İngiltərə-İtaliya sazişi — Cənubi Qafqazda ingilis ordusu mövqelərinin İtaliya ordusuna verilməsi haqqında saziş (1919, mart). İtalyanların Qafqaza cəlb edilməsi ideyası ilk dəfə 1919-cu ilin martında ingilislər tərəfindən irəli sürülmüşdü. B.Britaniya hökuməti bəyan etmişdi ki, ingilislərin Qafqazdakı missiyası müvəqqəti xarakter daşıyır; onlar Qafqaz problemlərinin Paris Sülh Konfransı tərəfindən həllinədək regionda asayişi qoruyub saxlamaq üçün gəlmişlər; ingilislər üçün aydın idi ki, Qafqazın (o cümlədən Azərbaycanın) ingilis imperiyasına qatılması mümkünsüzdür; imperiyanın hüdudlarının genişləndirilməsinə deyil, yeni işğal olunan ərazilərin əldə saxlanmasına üstünlük verilməlidir; Qafqaz xalqlarının münasibətlərindəki gərginlik onların idarəçiliyini çətinləşdirər; ABŞ ilə Fransanın regiona buraxılmalarına və orada möhkəmlənmələrinə şərait yaradılması arzuolunmaz və yolverilməzdir. Buna görə də ingilis qoşunları İtaliya hərbi hissələri ilə əvəzlənməlidirlər. Yalnız bu cür əvəzlənmə İngiltərənin maraqları və Yaxın şərqdəki qüvvələr tarazlığı baxımından ingilislər üçün sərfəlidir. İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın Şərqdəki mövcud qüvvələr nisbətini pozmurdu. Digər tərəfdən, bununla İtaliyanın Paris Sülh Konfransından narazılığı da bir qədər aradan qaldırılırdı. İlk dövrlərdə Qafqaz barəsində ingilislərlə italyanlar arasında gizli aparılan danışıqlar İtaliya hökumətinin Qafqazla bağlı həm siyasi, həm də iqtisadi marağının olduğunu üzə çıxardı. Digər Avropa rəhbərləri kimi, İtaliyanın baş naziri Orlando da ermənipərəst siyasi xadim idi. Hətta o, dünya müharibəsi başa çatdıqda, Ermənistanın müstəqilliyini müdafiə edərək bildirmişdi: İngiltərə-İtaliya danışıqları 1919-cu il martın 24-də Baş qərargahlar səviyyəsində ilkin sazişin imzalanması ilə nəticələndi.
Kоmpyеn sülh sazişi (1918)
Birinci Kompyen sülh sazişi (fr. Armistice de Rethondes, 1918-ci il Kompyen sülh müqaviləsi) — I Dünya Müharibəsində hərbi əməliyyatların dayandırılması haqqında 1918-ci il noyabrın 11-də Kompyen şəhəri yaxınlığında Fransanın Pikardi bölgəsində Antanta və Almaniya İmperiyası arasında imzalanmış barışıq. Nəhəng münaqişənin son nəticələrini Versal sülh müqaviləsini qəbul edən Paris Sülh Konfransı yekunlaşdırdı. == Şərait == 1918-ci il sentyabrın 29-da Alman Ordusunun Ali Komandanlığı Spa şəhərində (Belçika) yerləşən baş qərargahında Kayzer II Vilhelmə və İmperator Kansleri Qraf Georq fon Qertlingə Almaniyanın hərbi vəziyyətinin ümidsiz olduğu bildirildi. General-kvartirmeyster Erix Ludendorff böyük fəlakətdən qorxaraq cəbhənin ən az 24 saat davam edəcəyinə zəmanət vermədiyini söylədi və Antantadan dərhal atəşkəs istənməsini tələb etdi. Bundan əlavə, o, ABŞ prezidenti Vudro Vilsonun əsas şərtlərini (Vudro Vilsonun 14 maddəsi) qəbul etməyi və daha yaxşı sülh şərtləri ümidi ilə demokratik bir əsasda Alman İmperatorluğu hökumətini yaratmağı tövsiyə etdi. Bu addım ordunun nüfuzunu qoruyacaq və təslimçi sülhün məsuliyyətini birbaşa demokratik partiyalara və parlamentin üzərinə yükləyəcəkdi. Oktyabrın 1-də o, qərargahının zabitlərinə belə söyləmişdi: "İndi onlar bizim üçün hazırladıqları yatağa getməlidirlər". Sentyabrın 30-da Qraf Georq fon Qertlingin hökuməti istefa verdi. Oktyabrın 3-də şahzadə Maksimilian Baden yeni kansler (hökumət başçısı) təyin edildi.
Kоmpyеn sülh sazişi (1940)
İkinci Kompyen sülh sazişi (və yaxud 1940-cı ilin Kompyen sülh sazişi) — 1940-cı il iyunun 22-də də Fransada alman qoşunlarının müvəffəqiyyətli döyüş kampaniyasını tamlayan (may–iyun 1940) Nasist Almaniyası və Fransa arasında Kompyen meşəsində bağlanmış barışıq. Sülh sazişi Fransanın Alman qoşunlarının işğal zonasına və Vişi rejimi tərəfindən idarə olunan bir marionet dövlətinə bölünməsi ilə nəticələndi. Hitler qəsdən israrla barışığın Kompyen meşəsində imzalanmağını tələb etdi. Çünki, burada 1918-ci ildə Almaniya üçün əlverişsiz şərtlərlə Birinci Dünya Müharibəsinin sona çatmasını rəsmiləşdirən Almaniya ilə Antanta ölkələri arasında Kompyen sülh sazişi imzalanmışdı. == İmzalanma tarixi == 1940-cı il mayın 10-da alman qoşunları Belçika, Hollandiya və Fransaya hücum edərək bir ay ərzində fransız ordusunu və qitədə yerləşən ingilis hərbi ekspedisiya birləşmələrini məğlub etdi. İyunun 14-də Paris işğal edildi və Fransa hökuməti Bordoya köçdü. Hökumət üzvləri arasında yekdil fikir yox idi. Bəziləri bunun üçün hətta Şimali Afrikaya (o dövrdə Fransa əraziləri orada da yerləşirdi) qədər çəkilmək lazım olsa belə müqavimət göstərməyi təklif edir, digərləri isə Almaniya ilə müharibədən çıxmaqda israr edirdilər. Fransanın baş naziri Paul Reyno sülh danışıqlarından imtina edərək iyunun 16-da istefa verdi. Onu bu vəzifədə Birinci Dünya müharibəsinin qəhrəmanı marşal Anri Filipp Paten əvəz etdi.
Saciçi
Saciçi — Azərbaycan mətbəxinin ən ləzzətli yeməklərindən biridir. Onun hazırlanmasında eyni vaxtda ətdən və bolluca tərəvəzdən istifadə olunur. Bu yemək sacın – universal qalxanabənzər çuqun qabın içində hazırlanan yeməkdir. Ət, toyuq, balıq sac içində bişirilə bilər. Ən qədim sac yeməyi – sac qovurmadır ki, o da ətin ən yaxşı hissəsi, qoyun quyruğu və soğanla birlikdə, yağda, sac içində qovrulur. Sacda bişirilən yeməklər isti halda süfrəyə verilməlidir. Bunun üçün sac süfrəyə "sac ayağı" deyilən 3 dayaqlı altlığın üzərində qoyulur.
Saziş
Pakt (lat. pactum — saziş) — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.
Yazıçı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Rüsuhi Savaşçı
Rüsuhi Savaşçı (1888, İstanbul — ö. 16 iyul 1959, İstanbul), türk əsgəri. Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün baş köməkçisi idi. Rüsuhi Savaşçı 1888-ci ildə İstanbulda anadan olmuşdur. Kuleli Hərbi Liseyini bitirib. Ancaq o dövrdə Hərbi Akademiya bağlandığı üçün eyni məktəbdə açılmış təhsili davam etdirdi və 1909-cu Bağdadda 4-cü Hərbi Akademiyaya gəldi. Ordu komandanlığına təyin edildi. Burada qısa bir müddət qaldıqdan sonra İstanbul Gənc Zabit (Zabit) Məktəbinə təyin edildi. Burada 2 il xidmət etdikdən sonra Beyrut QHT məktəbinə göndərildi. 1911-ci ildəki bu tapşırıqdan sonra Bəhri-Səfid (Çanaqqala Boğazı Komandanlığı) qərargahına təyin edildi.
Yarışçı Spidi
Yarışçı Spidi Mach GoGoGo (マッハGoGoGo, Mahha QoQoQo) — avtoidman mövzusunda olan anime franşiza. Azərbaycanda Mədəniyyət TV kanalında yayımlanıb. Spidinin atası keçmişdə guləş uzrə çempion olub və "Mach 5" adlı xüsusi bir avtomobil quraşdırıb. Bu avtomobilin koməyi ilə Spidi cinayətkarlarla və rəqibləri ilə mübarizə aparır. Mach GoGoGo Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Tokyo MX-da (Yapon dilində) web.archive.org/web/20110526005221/http://www.speedracer.com/ — Yarışçı Spidinin rəsmi saytı arxivləşdirilib Rəsmi rəqəmsal manqanın saytı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Mach Go Go Go — Internet Movie Database saytında.