Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sementləmə
Sementləmə, quyuların sementlənməsi — qoruyucu kəmərlə quyu divarları arasındakı fəzanın sement məhlulu ilə doldurulması. Sementləmə neft, qaz və su laylarını bir-birindən ayırmaq, istismar olunan neft və qaz quyularına kənar suların keçməsinin qarşısını almaq, həmçinin kəməri lay sularının korroziyasından qorumaq və quyunun divarlarını möhkəmlətmək məqsədilə aparılır. Sementləmədən neft və qaz quyularının əsaslı təmirində, qazma zamanı baş verən qəzalarla mübarizədə və s. hallarda da istifadə olunur.
Ən dərin quyuların qazılmasında BU-6500 qurğusundan istifadə olunması (film, 1979)
Hacı Quluların mülkü
Hacıquluların malikanəsi — Şuşa şəhərində yerləşən tarix-memarlıq abidəsi. Üç mərtəbəli saray tipli evin inşasına 1849-cu ildə İkinci Gildiya taciri Qulu Məhəmmədəli oğlunun sifarişi əsasında başlanılmışdır. Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururdu. Sarayın 46 otağı və iki böyük qonaq zalı var idi. Evin uzadılmış düzbucaqlı formasına malik planı, ara divarı boyunca inşa edilmiş və birinci mərtəbədəki xidməti otaqları ikinci mərtəbədəki yemək və yaşayış otaqları ilə birləşdirən pilləkəni ilə diqqət çəkir. Evin tamamilə parad xarakteri daşıyan üçüncü mərtəbəsi iri zal və onun yanlarında yerləşən qonaq otaqlarından ibarətdir. == Tarixi == Şuşanın Çuxur məhəlləsindəki bu mülk İkinci Gildiya taciri Qulu Məhəmmədəli oğlu tərəfindən 1849-cu ildə inşa etdirilib. Bir zamanlar Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət edən Hacı Qulu, daha sonra, ticarətlə məşğul olur. Sonralar Şuşanın varlı tacirlərindən birinə çevrilir və əqli, fərasəti və zirəkliyi sayəsində xeyli var-dövlət toplayır. Hacı Qulu sarayı kimi tanınan bu mülk, öz memarlıq üslubu və milli koloriti ilə Şuşada hər kəsdə heyrət doğururdu.
Quzuların səssizliyi (film)
Quzuların səssizliyi (ing. The Silence of the Lambs) — 1991-ci ildə istehsal edilmiş ABŞ filmidir. Film Tomas Harrisin "Quzuların səssizliyi" (1988) əsəri əsasında çəkilmiş və 5 kateqoriya üzrə "Oskar" mükafatına layiq görülmüşdür. "Quzuların səssizliyi" filmi 2011-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Naməlum qatil ABŞ-nin qərb istiqamətində yaşayan əhali sırasında qadınları öldürür və onların dərisini çıxardır. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları ona "Buffalo Bill" ləqəbini vermişlər. Lakin qatili tapmaq FTB həmkarları üçün çətinlik törədir. Bu səbəbdən onlar keçmiş psixiatr və monyak olan Həkim Hannibal Lekterə müraciət edirlər. Görüş zamanı onun yanına FTB akademiyasının gənc həmkarı Klarisanı göndərirlər... Filmin çəkilişi ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pitsburqda baş tutmuşdur.
Quzuların səssizliyi (film, 1991)
Quzuların səssizliyi (ing. The Silence of the Lambs) — 1991-ci ildə istehsal edilmiş ABŞ filmidir. Film Tomas Harrisin "Quzuların səssizliyi" (1988) əsəri əsasında çəkilmiş və 5 kateqoriya üzrə "Oskar" mükafatına layiq görülmüşdür. "Quzuların səssizliyi" filmi 2011-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Naməlum qatil ABŞ-nin qərb istiqamətində yaşayan əhali sırasında qadınları öldürür və onların dərisini çıxardır. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları ona "Buffalo Bill" ləqəbini vermişlər. Lakin qatili tapmaq FTB həmkarları üçün çətinlik törədir. Bu səbəbdən onlar keçmiş psixiatr və monyak olan Həkim Hannibal Lekterə müraciət edirlər. Görüş zamanı onun yanına FTB akademiyasının gənc həmkarı Klarisanı göndərirlər... Filmin çəkilişi ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pitsburqda baş tutmuşdur.
Qumuqların siyahısı
Qumuqların siyahısı — qumuqların hal-hazırda kompakt yaşadığı dövlətlərin, həmçinin digər dövlətlərin ərazisində tarixin müxtəlif dövrlərində yaşamış seçilən üzvlərinin siyahısı. Endireyli Sultan Mahmud — Rusiyanın Şərqi Qafqaz kompaniyası zamanı onları Qaraman döyüşündə məğlub edərək işğalı bir neçə onillik gecikdirən görkəmli hökmdar və şamxal. İmam Şamil — qafqazlıların Rusiyaya qarşı müqavimətinin siyasi, hərbi və mənəvi lideri. Taşev-Hacı Endireyevski — İmam Şamildən sonra qafqazlıların Rusiyaya qarşı müqavimətinin siyasi, hərbi və mənəvi lideri. Uçar Hacı Yaqub — XIX əsrdə yaşamış din xadimi və ağsaqqal. Bir dəfəyə iki rus generalını öldürmüşdür. Abdulhakim İsmayılov — Sovet İttifaqının II Dünya müharibəsində döyüşmüş hərbçisi. O, Yevgeni Xaldey tərəfindən Reyxstaq üzərindən Sovet bayrağını asarkən fotosu çəkilmişdir. Bu hadisə Nasist Almaniyasının təslim olmasından bir neçə gün əvvəl - 2 may 1945-ci ildə Berlin şəhərində baş vermişdir. Nəcməddin Bammat — qumuq əsilli görkəmli fransız-əfqan yazıçısı, dilçisi və islam alimi İzzət Qandəmir — qumuq əsilli görkəmli türk yazıçısı, tərcüməçisi, ictimai xadimi və tibb professoru Fəxrəddin Kırzıoğlu — qumuq əsilli türk tarixçisi və yazıçısı Murad Qaplanov — radio kommunikasiya mühəndisi, Sergey Korolevin dizayn mərkəzində inkişaf etdirilmiş Molniya kommunikasiya peyk sistemlərinin baş konstruktoru.
Yuxuların yozumu
Yuxuların yozumu (alm. Die Traumdeutung‎) — böyük Avstriya alimi, psixoanaliz nəzəriyyəsinin banisi Ziqmund Freydin əsas əsərlərindən biridir. İsteriya problemlərilə məşğul olan alim yuxugörmələri də müşahidə etdiyi hadisələr sırasına daxil etmişdir. Onun nəzəriyyəsinə görə yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Yəni həyata keçməyən arzular çox zaman şüur sahəsindən çıxaraq qeyri-şüur sferasına keçir, orada qalaraq insanın davranışına təsirlərini davam etdirir. Şüura daxil olmaq istəyən sıxışdırılmış arzular şüuri təsəvvürlərlə mübarizəyə girərək, yuxugörmə, gündüz xəyalları və s. kimi hallarda onlara qalib gəlir. Ona görə də, yuxuları düzgün yozmaqla insanın qeyri-şüuri təəssüratları barədə mühakimə yürütmək olar… Ziqmund Freydin bu məşhur kitabı dəfələrlə nəşr olunduğu üçün haqlı olaraq XX əsrin ən məşhur bestsellerlərindən biri hesab olunur.
Quşların miqrasiyası
Quşların bol qida və yararlı reproduksiya şəraiti tapmaq üçün yerini dəyişməsinə miqrasiya deyilir. Miqrasiya əsasən yazda və payızda olur. Yaz miqrasiyasının səbəbi reproduksiya instinktinin oyanması, payız miqrasiyasının səbəbi isə qidanın azalması. Avropa və Asiya quşlarının miqrasiyasının iki əsas istiqaməti var: yazda cənubi-qərbdən şimalı-şərqə, payızda isə bunun əksinə olan miqrasiya. Ümumi istiqamət cənubdan-şimala və onun əksinədir. Qərbi Avropada nəsil verib, qışlamaq üçün Afrikaya köçən quşlar payızda düz cənuba istiqamət alıb uçurlar. Yaz-yayda Azərbaycan ərazisində havada cücülər çox olur, payızda soyuqlar düşəndə isə azalır. Bu vaxt qaranquş kimi quşlar qida tapmır. Ona görə də ilin qiş mövsümündə havada bol cücə olan Afrikaya köçməli olurlar. Ətraf mühitdə temperaturun dəyişməsi quşların qida bazasına və birbaşa özünə təsir edir.
Quyular (Miyanə)
Quyular (fars. قويولار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (18 ailə).
Suçuların xəstəxanası (Taqanroq)
Suçuların xəstəxanası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 41-43 ünvanında yerləşir. Bina XIX əsrin sonları inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bir mərtəbədən ibarət olaraq müxtəlif dekor elementləri ilə işlənmişdir. Bina iki villanın birləşdirilməsi ilə meydana gəlmişdir. İki mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 41-43 ünvanında yerləşir. Bina XIX əsrin sonlarında inşa edilmişdir. ХIХ əsrin əvvəllərində binanın yerləşdiyi ərazidə böyük bağ yerləşirdi.
Quşların yaşama yerləri
Dünyada 9000 növə qədər quş məlumdur. Onların ərazidə yerləşməsi ətraf mühit şəraitindən asılıdır. Yaşama şəraiti müxtəlif olan yerlərdə quş da çoxdur. Məsələn, Azərbaycanın ərazisi Rusiyanın ərazisinin cüzi bir hissəsi qədərdir. Lakin Rusiyada olan quş növlərinin yarıya qədəri Azərbaycan faunasına da daxildir. Bunlar yaşama yerinə görə bir sıra qrupa ayrılırlar. Ağaclıq və kolluq quşları; açıqlıq sahə quşları; sahil quşları; su quşları; sinantrop quşlar. İlk quşlar meşədə əmələ gəliblər. Ona görə də təbiidir ki, ağaclıq və kolluq quşları çoxdur. Bu qrupa daxil olan quşların həyatı ağac və kol bitkiləri ilə bağlıdır.
Azərbaycandakı quşların siyahısı
Azərbaycanın quşları — Azərbaycanda 400 quş növü qeydə alınsa da, həqiqətdə onların sayı daha çoxdur. Belə ki, bu günədək mövcud bütün növlər hələlik müəyyən edilməmişdir. Bu da ilk növbədə miqrasiya edən və ötüb keçən növlərə aiddir. Bundan başqa bir çox növlər ölkə ərazisinə gələrək öz areallarını genişləndirməkdə davam edir. Məsələn, kiçik və halqalı qur-qur quşu kimi. Azərbaycanda qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdurlar. Bunların 40% -i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan və 10 %-dən çoxu köç vaxtı qeydə alınan növlərdir. Azərbaycan ornitofaünası çox zəngindir. Xüsusilədə su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları daha zəngindir (144 növ). Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir.
Küveytdəki neft quyularının yandırılması
Hərbi konfliktlərlə bağlı olan ekoloji fəlakətlərə bir misal kimi 1991-ci ilin əvvəllərində Küveytdə və Fars körfəzi ətrafında "Səhrada fırtına" əməliyyatından sonra baş vermiş hadisələri misal göstərmək olar. Küveytdən geri çəkilən işğalçılar 500-dən artıq neft qazma quyusunu partlatdılar. Onların əksəriyyəti od tutub yanaraq 6 ay ərzində böyük bir ərazini zəhərli qaz və his ilə zəhərləmişdilər. Yanmayan qazma quyularından neft fəvvarə vuraraq Fars körfəzində böyük göllər yaratmışdır. Bura həmçinin çoxlu miqdarda dağıdılmış terminal və tankerlərdən də neft axırdı. Nəticə olaraq 1554 km² dəniz səthi, 450 km sahil zolağı neft ilə örtülmüşdür ki, bu da xeyli sayda canlının məhvinə səbəb olmuşdur. Alov məşəllərində hər gün 7,3 mln litr neft yanırdı ki, bu da ABŞ-nin gündəlik neft idxalı həcminə bərabər idi. Yanğından əmələ gələn his dumanları 3 km-ə kimi qalxaraq külək vasitəsilə Küveyt sərhəddlərindən çox-çox uzaqlara yayılırdı. Səudiyyə Ərəbistanı və İranda qara yağışlar, Kəşmirdə qara qar yağırdı. Havanın neft hisi ilə çirklənməsi, həmçinin, əhalinin sağlamlığına da, pis təsir edirdi.
Şimali Makedoniyadakı quşların siyahısı
Bu, Şimali Makedoniyada rast gəlinən quş növlərinin siyahısıdır. Şimali Makedoniya Respublikasının aviafaunası cəmi 335 növdən ibarətdir. Bunlarn heç biri daha əvvəl tanınmamışdır və təmamilə nadir və endemikdir. Siyahıda olan on altı növ Şimali Makedoniyada məhv edilir və növlərin sayına daxil edilmir. Dəstə: Gaviiformes Fəsilə: Gaviidae Avropada dalğıc olaraq da bilinən qaqarlar, Şimali Amerikanın və Şimali Avropanın bir çox yerində tapılan su quşları qrupudur. Onlar böyük bir ördək və ya kiçik bir qazı ölçüsündədir, həmçinin bu quşlara üzgüçülükdə də bənzəyirlər, lakin bu cinslər arasında heç bir əlaqə yoxdur. Şimali Makedoniyada meydana gələn 2 növ var: Qırmızıdöş qaqar, Gavia stellata Qaradöş qaqar, Gavia arctica Dəstə: Podicipediformes Fəsilə: Podicipedidae Maygülüllər kiçik və orta ölçülü şirin su quşlarıdır. Ayaq barmaqları var və əla üzgüçü və dalğıcdırlar. Bununla birlikdə, ayaqları bədənlərinə nisbətən çox arxada yerləşir, bu da onları torpaq üzərində olduqca əlçatmaz edir. Şimali Makedoniyada 5 növ var: Kiçik maygülü, Tachybaptus ruficollis Bozyanaq maygülü, Podiceps grisegena Böyük maygülü, Podiceps cristatus Qırmızıboyun maygülü, Podiceps auritus Qaraboyun maygülü, Podiceps nigricollis Dəstə: Procellariiformes Fəsilə: Procellariidae Fırtınaquşları ortaq arakəsmə ilə birləşmiş burun dəlikləri ilə xarakterizə olunan orta ölçülü "həqiqi fırtınaquşukimilər"-in əsas qrupudur.
Antarktida ərazisində yayılmış quşların siyahısı
Antarktida ərazisində yayılmış quşlar - bu siyahıya 46 növ quş daxildir. Bu quş növlərindən beşinin nəsli kəsilmək üzrədir, bir növ isə endemikdir (İmperator pinqvini). == Pinqvinkimilər == Dəstəyə daxil olan 18 növdən 7-ni müşahidə etmək olur. Pinqvinlər (Spheniscidae) Antarktika pinqvini (Pygoscelis antarcticus) İmperator pinqvini (Aptenodytes forsteri) Kral pinqvini (Aptenodytes patagonicus) Makaronlar pinqvini (Eudyptes chrysolophus) Adeli pinqvini (Pygoscelis adeliae) Eudyptes chrysocome Papua pinqvini (Pygoscelis papua) == Fırtınaquşukimilər == Procellariiformes dəstəsinə 4 fəsilə daxildir: Albatroslar (Diomedeidae) Diomedea exulans Thalassarche chrysostoma Thalassarche melanophris Phoebetria fusca Phoebetria palpebrata Fırtınaquşular (Procellariidae) Macronectes giganteus Macronectes halli Fulmarus glacialoides Thalassoica antarctica Daption capense Pagodroma nivea Pterodroma macroptera Pterodroma lessonii Halobaena caerulea Pachyptila vittata Pachyptila salvini Pachyptila desolata Pachyptila belcheri Pachyptila turtur Procellaria cinerea Procellaria aequinoctialis Aphrodroma brevirostris Puffinus griseus Kaçurkalar (Hydrobatidae) Garrodia nereis Oceanites oceanicus Fregetta tropica Cumuldaq fırtınaquşuları (Pelecanoididae) Pelecanoides georgicus Pelecanoides urinatrix == Qutankimilər == Pelecaniformes dəstəsinə daxil olan növlər: Qarabatdaq (Phalacrocoracidae) Phalacrocorax bransfieldensis Phalacrocorax atriceps Phalacrocorax melanogenis == Leyləkkimilər == Ciconiiformes dəstəsinə daxil olan: Vağlar (Ardeidae) Misir vağı (Bubulcus ibis) == Qazkimilər == Anseriformes dəstəsinə daxil olan növ: Ördəklər (Anatidae) Sarıdimdik ördək (Anas georgica) == Çovdarçıkimilər == Charadriiformes dəstəsinə 4 fəsilə daxildir. Arktikadan Antarktidaya miqrasiya edəən yeganə quş qütb susüpürənidir, o hədəfə çatmaq məqsədi ilə 13-15 min km məsafə qət edir. Ağ çovdarçılar (Chionididae) Ağ çovdarçı (Chionis albus) Qağayıkimilər (Laridae) Dominikan qağayısı (Larus dominicanus) Susüpürənlər (Sternidae) Antarktik susüpürəni (Sterna vittata) Qütb susüpürəni (Sterna paradisaea) Sahilqağayıları (Stercorariidae) Stercorarius maccormicki Antarktika sahilqağayısı (Stercorarius antarcticus) == İstinadlar == == Ədəbiyyat == Clements, James F. Birds of the World: a Checklist. Cornell University Press, 2000, 880. ISBN 0934797161.
Ağaların əxlaqı və qulların əxlaqı
Ağaların əxlaqı və qulların əxlaqı (alm. Herren- und Sklavenmoral‎) ― alman filosofu Fridrix Nitsşenin əsərlərində, xüsusən də "Əxlaqın genealogiyası" (1887) əsərində toxunduğu mövzulardan biri. Nitsşe əxlaqın iki əsas növünün olduğunu iddia edir: "ağa əxlaqı" və "qul əxlaqı". Qul əxlaqına sahib insanlar xeyirxahlığa, təvazökarlığa və mərhəmətə, ağa əxlaqına sahib insanlar isə qürur, güc və nəcibliyə dəyər verir. Ağa əxlaqı, əməlləri törədəni nəticələrinin yaxşı və ya pis olmasına görə qiymətləndirir. Qul əxlaqı isə əməlləri yaxşı və ya pis niyyətə görə qiymətləndirir. Ağa əxlaqı və qul əxlaqı insan emosiyalarını nəzərə almır. Nitsşe əxlaqın bəşər mədəniyyətinin müəyyən bir növünün formalaşmasından ayrılmaz olduğunu müdafiə edirdi. Mədəniyyətin dili, onun kod və təcrübələri, mədəni təcrübə və institutlar bu iki əxlaq quruluşunun mübarizəsindən yaranır.
Neft və Qaz Quyularında Yanğının Söndürülməsi (1960)
Kinolentdə neft və qaz quyularında yanğının söndürülməsi üsullarından söhbət açılır. Film Azərbaycan Yanğından Mühafizə İdarəsinin sifarişi ilə çəkilmişdir.
Neft və Qaz Quyularının Əsaslı Təmiri (1980)
Neft və qaz quyularında yanğının söndürülməsi (film, 1960)
Kinolentdə neft və qaz quyularında yanğının söndürülməsi üsullarından söhbət açılır. Film Azərbaycan Yanğından Mühafizə İdarəsinin sifarişi ilə çəkilmişdir.
Neft və qaz quyularının əsaslı təmiri (film, 1980)