Şərm əş-Şeyx
Şərm əş-Şeyx (ərəb. شرم الشيخ) — Misirin kurort şəhərdir.
Buranın gözəlliyi turistlərin simpatiyasını çoxdan qazanıb. Şərm əş-Şeyx nadir güllərin qeyri-adi, qəribə gözəlliyini, geniş çəmənliklərin yaşıllığını, hündür ağacların və palmaların bolluğunu özündə birləşdirir. Qızıl qumlu çimərliklər bütün il boyu Misirin qonaqlarını sevindirir. Hətta qışda belə dənizdə çimmək olar, belə ki suyun temperaturu +20-22 dərəcədən aşağı düşmür. Şərm əş-Şeyx qədim tarixə və çoxlu sayda abidələrə malik olan şəhərdir. Çoxlarında şəhərin adı ən maraqlı və çoxsaylı ekskursiyaların təşkil olunduğu Müqəddəs Yekaterina monastırı ilə bağlı assosiasiyalar oyadır. Şərm əş-Şeyx hərtərəfli istirahət üçün mükəmməl yerdir. Burada həm idmanla məşğul olmaq, həm dəniz faunasının gözəlliyinə tamaşa etmək, həm də məşhur mərcan parkı Ras-Məhəmməddə gəzintiyə çıxmaq olar.