Rəhim Seyfullayev
Rəhim Seyfullayev — Azərbaycan Respublikasının əməkdar memarı (19.04.2000), SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü, Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu (1999)
== Həyatı ==
Rəhim Seyfullayev 16 fevral 1944-cü ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Politexnik universitetində memarlıq təhsili almışdır. 1970-ci illərdə Norilsk şəhərinə köçür və 10 il orada həyat yoldaşı Nailə Seyfullayeva ilə birgə memarlıq və interyer sahəsində fəaliyyət göstərir. SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü olur. 1982-ci ildə vətənə qayıdan memar Bakının baş rəssamı vəzifəsinə dəvət olunur. 1999-cu ildə R.Seyfullayev Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu seçilir.
== Mükafatları ==
2000-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı adına layiq görülmüşdür.
== Layihələri ==
Fəvvarələr meydanı — 1980-ci illər
Gənc Tamaşaçılar Teatrı — 1986-cı il (Sənan Salamzadə ilə birgə)
Nizami 10 ünvanında yerləşən ofis binası — 1998–2000 illər
İçəri Şəhərdəki ofis binası — 2000–2003 illər
İçərişəhərdə mehmanxana layihəsi — 2000–2003 illər
== Memarın fikirləri ==
Memarlıq yüksəldən, endirən, coşduran, süstləşdirən, qızdıran və üşüdəndir, nəvazişli və iyrəncdir.
Memar boşluğun sehrbazıdır.
Memarın başlıca ifadə vasitələri – Forma, işıq, rəng, material və onun fakturasıdır.